
Yəhudi icması Spinozanı 1655-ci ildə həm yəhudi dinindən, həm də icmadan xaric etmişdir. Əsrlər sonra bir çox məşhur yəhudi alim və mütəfəkkirlərinin müraciətlərinə, 369 il keçməsinə baxmayaraq, yəhudi icması aforoz qərarını geri çəkmədi.
Spinozanın 23 yaşında xaric edilməsi bu gün də öz təsirini itirməyib. Məsələn, məşhur Spinoza ekspertlərindən biri olan Yitzhak Melamed, 2021-ci ildə bir araşdırma üçün Spinozanı xaric edən cəmiyyətin hazırkı nümayəndələri ilə əlaqə saxlamaq istədi. Onun cavabı belə oldu: “Spinoza və onun yazıları ən sərt qadağa ilə xaric edilir. Bu qadağa hələ də qüvvədədir və geri götürülə bilməz. Siz həyatınızı Spinozanın qadağan olunmuş əsərlərini öyrənməyə və onun ideyalarını inkişaf etdirməyə həsr etmisiniz. Bizim obyektlərə baş çəkmək istəyiniz yersizdir. Bu, kimliyimiz və irsimiz üçün qəbuledilməzdir.” Bu, hücumdur, ona görə də xahişinizi rədd edirik.”

Spinoza aforoz edilərkən oxunan qərarın mətni isə belə idi: “Mələklərin qərarı, övliyaların kəlimələri ilə Barux de Spinozanı xaric edir, qarğışlar tökür, lənətləyirik. Uca Tanrının lütfü və müqəddəsin razılığı ilə camaat, bu adamı gündüz lənətləsin, gecələr lənətlənsin, yatanda lənətlənsin, qalxanda lənətlənsin. Gedəndə lənətləsin, gələndə lənətləsin. Uca Tanrı onu heç vaxt bağışlamasın və bütün qəzəbi ilə ona lənət etsin. Allahın bütün bəlaları onun üzərinə olsun. Tanrı onun adını səma altından hər yerdən silsin, ən böyük bəlaları nəsib etsin. Biz hamını xəbərdar edirik: Sizlərdən heç biriniz onunla şifahi və ya yazılı danışa bilməzsiniz. Ona zərrə qədər yaxşılıq edə bilməz, onunla bir dam altında otura bilməz, ondan dörd addımdan artıq yaxınlaşa bilməz, hazırladığı və ya yazdığı kağızı oxuya bilməz.”
Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru