Şair
Saysız varlıqlar olub,
Gördüyümüz həyatda.
Şair fərqli doğulub,
Bu qoca kainatda.
Şair haqqdan yoğrulub,
Ədaləti sevəndi,
Hər sözün, hər kəlmənin,
Dəyərini biləndi.
Əsl şair unutmaz ,
Kəsdiyi duz-çörəyi,
Heç nəyi olmasa da,
Vardır sevən ürəyi.
Qanında var şairin,
Düzlüyü-etibarı.
Yazdığı şeirlərdi,
Onun dövləti-varı.
Şair olmasa əgər,
Gözəl şeirlər olmaz.
Şeir, şeir olmasa,
Şair də, yadda qalmaz.
05.06.2024.
Müəllif: Mərziyyə SARVAN
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru