
GÜMAN
Bir sevdanın ağuşunda,
İllər bir an olub, ötdü…
Bu sevginin işığında,
Gözlərimi duman örtdü…
***
Yamyaşıldı, sarı yarpaq,
Qu tüküydü, qara torpaq,
Göz cəsurdu, ürək qorxaq,
Ruhu toxtaq, iman tutdu…
***
Ustac gəzər eşq bağında,
Ağçiçəyin sorağında,
Təbiətin bu çağında,
Eylər güman, bəlkə bitdi…
17.05.2017. – Şamaxı.
Müəllif: Zaur USTAC
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru