
Bu şeri AYB-də çoxlarının sevimlisi olan şair dostum Zaur Ustaca həsr eləmişəm. ZAUR müəllim Azərbaycanın qəhrəman oğullarından biridir. 1-ci və 2-ci Qarabağ savaşında iştirak edib, qazidir. Şirin dili, gözəl qələmi var.
O ağacın altı bu gün boş qalıb
Atamdan yadigar həyətımızdə,
Dostluğun məbədi nar ağacı var.
O nar ağacını sevirik biz də,
Narın meyvəsinin çox əlacı var.
Çoxdandır, Zauru gözəl insanı,
Narı ziyarətə çağırmışam mən
O, igid, qəhrəman, qazi oğlanı,
Ülvi sevgisiylə bişirmiş Vətən.
Onun qəlbindəki duyğular,hisslər,
Gözəl Qarabağın mayasındandır.
Şuşanın üzünü bəzəyən çislər,
Ağdamın saf təmiz havasındandır.
Ağ üzlü Ağdamın zəvvarı olan,
Hələ ziyarətə gəlməyib narı.
Vətənin qazisi, şairi oğlan,
Gözü yolda qoyub dost olanları.
Bahardır, rəvamı belə gözəl gün,
Nar ağacımızın altı boş qala?.
Sındırıb şeytanın qıçını bu gün,
Zaur öz dostunun qonağı ola.
Oturaq altında biz gözəl narın,
Şirin söhətlərlə dincələk bir az.
Udub nəfəsini gözəl baharın,
Döşəməli aşdan yesək pis olmaz.
O ağacın altı boş qalıb Zaur,
Sənin qulaqların cingildəmirmi?
Şəhərdə qaldığın daha bəsdir, dur,
Ruhun dincələcək dost istəmirmi?
Göyçay şəhəri
Müəllif: QALİB NURİ ARİF
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru