
Xanlar Həmid -70
Xanlar müəllim düz 70 il bundan əvvəl uzunömürlülər diyarı Lerikin ziyalılar kəndi Çayrud kəndində dünyaya göz açmışdır.Bu günə qədər də dağlara söykənərək,öz doğma kəndində yaşamaqda davam edir.Öz poetik ruhunu,ilhamını söykəndiyi dağlardan,onun təmiz havasından və səffaf sularından almışdır.Orta məktəbi doğma kəndində,ali məktəbi isə doğma paytaxtımız Bakıda bitirmişdir.O vaxtdan ömrünü doğma kəndinə bağlamış,bütün həyat fəaliyyətini,yaradıcılığını bu kənddə davam etmişdir.Ədəbi yaradıcılığı da elə vaxtdan başlamışdır.Ədəbi mühitdə Xanlar Həmid imzası tez bir zamanda məşhurlaşmlşdır.Onun yazdığı qoşmaları,gəraylıları və qəzəlləri özünəməxsusluğu,dərin fəlsəfi mənaya malik olduğu,maraqlı və məntiqliliyi ilə seçilmişdir.Şeirlırində daim torpaq halallığı,dağ çiçəklərinin qoxusu və Vətəninə,doğma torpaqlarına bağlılıq hiss olunmuşdur.Vətənpərvərlik mövzusunda yazdığı şeirləri həmişə diqqət çəkmişdir.”Ana yurdum Azərbaycan”,Lerikimdədir”,”Bizim cənub böldəsində”,”Çayrud”,”Lənkəran” və s.kimi şeirləri dillər əzbəri olmuşdur.Xanlar Həmid Əruz vəznində də özünü sınamış və neçə lirik qəzəllər yazmışdır.Həmin qəzəllər xanəndə və müğənnilərin repertuarında böyük məharətlə və ustalıqla səslənmişdir.Elə bu sətirlərin müəllifi Tarix Vüsallı onun 15 şeirini səsləndirmiş və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmış,minlərlə baxış sayı ilə diqqət çəkmişdir.
Xanlar Həmid həm də avestaşünasdır.25 ilə yaxın Avestanın tərcüməsilə məşğul olmuş,1000 səhifəyə yaxın 3 cilddə kutab çap etdirmişdir.Hər kitabın təqdimatı Yazıçılar Birliyinin Natəvan zalında böyük təntənə və maraqla keçmişdir.Mən şəxsən həmin təqdimatların canlı şahidi olmuşam.
Xanlar Həmid həm də eşq,məhəbbət şairidir.Onda olan eşq,məhəbbət,sevgi Tanrının ona verdiyi ən böyük əlçatmaz möcüzəsidir.O,romantik bir şair kimi Tanrının ona bəxş etdiyi eşqdən qidalanaraq,oxucuları üçün çox gözəl lirik şeirlər yaratmışdır.Xanlar müəllimin məhz xoşbəxtliyi bundadır ki,öz sevgilərini,bu sevgidən doğan vüsal,həsrət duyğularını poeziyaya və nəğməyə çevirə bilmişdir.Xanlar Həmid yaradıcılığından günlərlə danışmaq olar.Ancaq mən burda fikirlərimi sona çatdırıram.Xanlar müəllimi bir daha ürəkdən təbrik edirəm.Ona həyatda uzun ömür,can sağlığı və saflığı,yaradıcılığında daha böyük uğurlar arzu edirəm.
Hörmətlə:Tarix Vüsallı.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru