BU YAYIN BÜRKÜSÜ NƏFƏSLƏR KƏSİR

BU YAYIN BÜRKÜSÜ NƏFƏSLƏR KƏSİR

Səması tutqundu görünmür günəş,
Can yaxır alovdan sonrakı atəş,
Yaşıl tarlaları eyləyib küləş,
Bu yayın bürküsü nəfəslər kəsir!

Tutqun göyün altda qovrulur torpaq,
Ağacda, kollarda tərpənmir yarpaq,
Yağışsız, yağmursuz, havası quraq,
Bu yayın bürküsü nəfəslər kəsir!

Küləyi səngiyib, durğundu hava,
Təndiri andırır quşlara yuva,
Sellənə buludu yanğından sova,
Bu yayın bürküsü nəfəslər kəsir!

Fərq etmir gecəsi, səhər, axşamı,
Günorta andırır əriyən şamı.
Allahım, qəbul et aciz duamı…
Bu yayın bürküsü nəfəslər kəsir!

2024

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir