Əzizim TƏRANƏ MƏMMƏD! Hər dəfə şeirlərini tərcümə etdiyim zaman bir daha sənə qarşı yaxınlıq, doğmalıq hissi keçirirəm. Bir şeirini də tərcüməmdə qəbul et. Ümid edirən ki, xoşuna gələcək.
Моя дорогая ТЕРАНЕ МЕММЕД! Каждый раз, когда я перевожу твои стихи, я испытываю чувство духовной близости и даже родства по отношению к тебе. Принимай ещё одно твоё стихотворение в моём переводе. Надеюсь, что тебе понравится.
Təranə MƏMMƏD
Oyan, Məmləkətim, sabahın xeyir!
Dan yeri sökülür, açılır səhər. Günəş Xəzərimə ilk salam deyir. Oyanır küçələr, oyanır şəhər, Oyan, Məmləkətim, sabahın xeyir!
Açılır Bakımın üzündən örpək, Birazdan alnlndan Günəş öpəcək. Şəfəqdən şəhərə nur səpələnir, Oyan, Məmləkətim, sabahın xeyir!
Şəkidən Şirvana,Muğandan Milə, Qədim Şamaxıdan cənub ellərə, Günəş addımlayıb dağlardan keçir, Oyan, Məmləkətim, sabahın xeyir!
Уже светает, утро наступает, Солнце Хазару привет посылает, Просыпаются улицы и дома, С добрым утром тебя, родная Cтрана!
Как только Баку лицо приоткроет, Тут же солнце в лоб его поцелует, Лучи солнца город озарят сполна, С добрым утром тебя, родная Cтрана!
В Шеки и Ширван, Миль и Муган, И в Шамаху, усталости не зная, Солнце спешит, через горы шагая, С добрым утром тебя, родная Cтрана!
Над Шушой нет туманов, наступил покой, Лачин приоделся, стал нарядный такой, Свой голос подаёт Кяльбаджар с высока, С добрым утром тебя, родная Cтрана!
Карабах, все районы прекрасны твои, У них есть, у каждого красоты свои, И все теперь свободны, свободна земля, С добрым утром тебя, родная Cтрана!
Родной Азербайджан мой, ты душа моя! Ты сердце, что бьётся в груди, ты жизнь моя! Твоей природы богатства славят тебя, С добрым утром тебя, родная Cтрана!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
56 il fasiləsiz məktəb direktoru işləmiş,Əməkdar müəllim,Qızıl qələm mükafatı laureatı Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabına istinadən. Bir insan ömrünü girov qoymuşam, Bir müəllim ömrünü yaşatmaq üçün. Səlim müəllim.
ÖN SÖZ
BÜTÖVLÜK MÜCƏSSƏMƏSİ
Böyük dostum Səlim müəllimin növbəti kitabı haqqında “Ön söz” yazmaq barədə düşünərkən bu adı seçməyim təsadüfü deyil.Bu mənim illər boyu keçirdiyim müşahidələrin nəticəsidir.Mənim 90 ildən yuxarı ömür yolum çox keşməkeşlərlə zəngin olmuş,iş belə gətirib ki,həyatımda vəfəaliyyətimdə on minlərlə adamlarla təmasda olub onları bacardığım qədər saf – çürük etmişəm və həm də hər zaman bütöv şəxsiyyət axtarmışam və buna çox nadir hallarda nail ola bilmişəm.Zira, bütöv şəxsiyyət fenomeni elə bir anlayışdır ki,onun deyərdim ki,saysız – hesabsız atributları vardır və bunların bütöv daşıyıcılarını tapmaq çox çətindir.
Səlim müəllimlə uzun illər tanışlığım və xüsusən son illər gündən günə möhkəmlənən dostluğumuzla bela qənaətə gəlmişəm ki, o məhz bütöv səxsiyyət fenomeninin daşıyıcısıdır və bu tapıntıdan qürur duyuram Zahirən görünən bir fakt onun 56 il məktəb direktoru işləməsi ( buna görə o, yəqin ki, Gennesin rekordlar kitabuna düşə bilər ) dəlili əsl bunun üçün kifayətdir. Mən əmək fəaliyyətimə pedaqoq, müəllim kimi başladığıma görə bunun necə bir amil olduğunu yaxşı bilirəm.
Lakin bütöv şəxsiyyət fenomeni yuxarıda dediyim kimi çox mürəkkəb bir anlayışdır ve onun mahiyyətinə varmaq üçün elə keyfiyyətlər var ki, bunları saf çürük etmək də çox böyük axtarış tələb edir. Səlim müəllimin nəşrinə hazırladığı bu kitabını məhz belqə bir axtarış üçün çox zəngin mənbə kimi dəyərləndirmək olar.
Kitabda özünə yer tapan 35 yazımın hər biri Səlim müəllimin bu va ya digər keyfiyyətinə işıq salıb onu bu bütövlüyə yaxınlaşdırır və sonda tamamlayır.
Kitabın epiqrafında verilən
“Bir insan ömrünü girov qoymuşam,
Müəllim ömrünü yaşatmaq üçün”
sözləri elə bu bütövlüyün başlanğıcıdır. Zira, dünyada müəllim peşəsindən dəyərli bir peşə olmadığını kim bilmir?
Kitab gözəl şairimiz və publisistik yazılarında məndə çox görkəmli bir ədəbiyyatşünas alim təəssüratı yaradan dostumuz Ramiz Məmmədzadənin “Dostluğun dirijoru” yazısı ilə başlayır ki, bunun üçün də Səlim müəllimə əhsən demək olar. Bu yazı kitabın ən dəyərli və Səlim Əzimov şəxsiyyətini işıqlandırımaq baxımından ən tutarlı yazısı olduğuna görə yəqin ki, belə seçim edilib.
Ramiz Məmmədzadənin yazısı Səlim müəllimin “Əsrə bərabər Ömür kitabına verdiyi şərhdir və bu kitabına da həmin adı seçməsi ( bu yerdə dünyaca böyük qırğız yazıçısı Cingiz Aytmatovun sovetlər dönəminin ən ali mükafatına Lenin mükafatına layiq görülən kitabına nəzirə kimi səsləndiyini də dilə gətirmək olar ) də diqqətəlayiqdir. Səlim müəllimin ömür yolunun 90 illiyi olsa da, o, bəlkə də öz məzmununa bir neçə belə ömür yaşamışdır. Ramiz müəllimin yazısı başdan ayaga Səlim Əzimov səxsiyyətini açmaq üçün ciddi cəhddən ibarətdir. Bu mənada gəlin onun açmalanin fikir verək
Müəllif onu kəndinin hünərli, işıqlı, istiqanlı övladı, bütün istedadını və mənəvi sərvətini insanlığa sərf etmiş bir şəxsiyyət kimi dəyərləndirir Mənim də elə həmin kitaba yazdığım “qaynar həyat, tükənməz həyat eşqi ilə yaşayan bir insan olduğunu iqtibas etməsini də alqışlayıram. Müəllif yazır: “Səlim müəlimin kəlamları bizi saflığa, düzgünlüyə, insanlarım əlindən tutmağa, xeyirxah, xoşəməl olmağa, təmiz yaşamağa çağırır Müəllifin Səlim müəllimin bir hikmətini “doğmalarını sevməyən vətənini, millətini sevə bilməz” kəlamını iqtibas etməsi də təqdirə layiqdır. Bu yerdə Səlim müəllimin nəsil şəcərəsi barədə yazılanları bunun gözəl nümunəsidir.
Müəllif Qarabağda şəhid olmuş məzunlar haqqındakı biografik məlumata görə Səlim müəllimə “var ol” deyir. Səlim müəllimin bu şəhidlər haqqında dediklərini oxuyub kövrəlməmək mümkün deyil. Ramiz müəllimin bu barədə yazısını mən də təkrar etməyi vacib bilirəm. “Sizin hər birinizin adını yazanda mən Ağdamın səsini eşitdim. Üzümə Ağdamın mehi vururdu, Ağdamın göz yaşları üzümə tökülürdü, Ağdamın kəndimizin qoxusu gəlirdi, səsi gəlirdi, kəndimiz ağlayırdı, sizi çağırırdı” Bu sözlər Ramiz müəllimi də kövrəldir və deyir. “Insafınız olsun, ay Səlim müəllim, ürəyimizı parçalayan bu sözləri necə yaza bildiniz, Allah sizə insaf versin, bizə rəhminız gəlmədimi, yazıq deyilikmi?”
Müəllif yazır. “Səlim müəllimin könlündə dostlara qarşı məhəbbət, səmimiyyət çeşməsi qaynamaqdadır”.
Əhsən sizə, Ramiz müəllim, Səlim müəllimin bu əvəzsiz keyfiyyətini nə gözəl tutmusunuz. Sonda müəllifin Səlim müəllim haqqında dediklərinə mən də ürəkdən qoşulub onları təkrar edirəm: “Səlim müəllim çox maraqlı bir şəxsiyyətdir. Bu şəxsiyyətin üfüqlərinə hər əl çatası, səs yetəsi deyil, sonu bilinməzdir.
Kitabın digər yazılarında da Səlim müəllimin şəxsiyyətinə işıq salan məqamlara toxunmaq istəyirəm.
Səlim müəllimin riyaziyyatçı alım, hindşünas Tofiq Əliyev (Tofiq Mükes) yazısı görkəmli alimin diqqətə layiq fəaliyyəti ilə yanaşı onun dostları olması hind aktyoru Radj Kapurun, Rəşid Behbudovun, bir sıra dünya şöhrətli alimlərin xatirəsinə işıq salaraq görkəmli publisist qələminin məhsulu kimi oxunur
Onun “Dilimizi qoruyaq” yazısı hər zaman, hər kəs üçün aktualdır. dilimizə yatmayan yad ünsürlərdən onu qorumaq mənasında qiymətlidir. Burada niyə yad ünsürlərdən sözlərini işlətməyim ona görədir ki, saysız- hesabsız dünya dilləri arasında elə birisi yoxdur ki, onun tərkibində elə saysız-hesabsız alınma sözlər olmasın. Məsələn dünya dilləri arasında ən çox yayılan ingilis dilində belə məşhur isveç alimi Şarl Balli yazır ki, onun tərcüməsində olan sözlərin 75%-i alınma sözlərdir.
Məsələ bundadır ki, dilimizdə doğmalaşmış sözləri qoyub başqa dillərdən yeni sözləri gətirmək yolverilməzdir və Səlim müəllimi də narahat edən bu məqamdır. Onun “dillə zarafat etmək olmaz, günahdır, onu əzizləmək, oxşamaq, sevmək gərəkdir” sözləri diqqətəlayiqdir. Səlim müəllimin “Özü getdi, sözü qaldı” yazısında verilən “ölüm qorxulu deyil, əziz dostlar, qorxulu unudulmaqdır, dostları unutmayın” sözlərinin böyük müdrikliyinə söz ola bilərmi?
“Dostuma məktub yazısının müəllifi Cəfər Qanlı (Tərtər) yazır: “Səlim müəllim neçə alimin, mühəndisin, xalqına layiq övlad olan yüzlərlə insanın inam yeri, söykəndiyi ziyalı ağacıdır. Səlim müəllimin “Təlim-tərbiyə məsələləri” yazısı insan fəlsəfəsinin zənginliyindən xəbər verən bir fəlsəfi traktatdır. Onun insan üçün vacib bildiyi hədəflərə fikir verin: başqalarına gərəklik, özünü təsdiq, mümkün qədər çox iş görmək, çox eşitmək, çox öyrənmək, daha geniş dairədə adamlarla əlaqə saxlamaq, ad-san qazanmaq, daha çox yaxşı işlərə yaramaq, onu tanıtmaq, kişiliyini, mənliyini qorumaq və s. Bu keyfiyyətlərin hər biri Səlim müəllimin şəxsiyyətində çox qabarıq şəkildə öz əksini tapmışdır.
Bu yazıda onun dünya müdriklərindən seçib təqdim etdiyi kəlamların hər biri insan fəlsəfəsinin ən dərin qatlarına gedib çıxan hikmətlərdir.
“Tarixi abidələrimiz, uca boylu bağlarımız” yazısı ilə ağsaqqalın ürək çırpıntılarını eşitməmək mümkün deyildir.
“Ağdamda görüşmək arzusu ilə” yazısı böyük tarzən Ramiz Quliyevin şərəfinə səsləndirdiyi sözlərin hikmətinə də fikir verin: “Şərəfli ömrünün kövrək cığırları – böyük yola çıxan, özü isə böyük həyat amalı və nurlu əməlləri ilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətın işıqlı yoluna çevrilən, mötəbər, nüfuzlu bir bəşər övladı”. Bu sözləri dilə gətirən Səlim müəllimin özü də bu gözəliyin parlaq timsalıdır.
O , bu yazısında Ağdamın şərəfinə söylənmiş şeirlərdən gətirdiyi nümunələri oxuyarkən böyük Səməd Vurğunun bir beyti yadıma düşdü “Qurbanı olduğum çinar kölgəsi,
Mənim də şeirimin qibləgahıdır.” Bəli əziz dostum “Qurban olduğun Ağdam torpağı, mənim də qəlbimin qibləgahıdır”
Əsrə bərabər ömür yazısında bu nurani kişinin ən çox zövq- şəfa duyğuları övladları, nəvə və nəticələridir. Bu da bir daha onun ucalığına dəlalət edir. Zira, hər bir insan övladının ən böyük qayəsi yaxşı övladlar yetişdirməsidir. O, bu məramına nail ola bilibsə, bu, onun bütövlüyünə dalalət edir.
” Xatirələrdə yaşanan ömür ” yazısında mənim həyat yoluma işıq salan Səlim müəllimə, bu əvəzsiz dostuma dərin minnətdarlığımı bildırırəm Yeri gəlmişkən deyim ki, ömür yolumda yaxşı olan nə varsa sizin kimi insanları özümə dayaq, arxa seçməyim olub. “Həbsxananın bir addımlığında” yazısı Səlim müəllimi görkəmli bir ədəbiyyatşünas alim səviyyəsinə qaldırır.
“Qardaş nisgili” yazısı qardaş faciəsinə (Saday qardaşının xəstəliyinə) həsr olunur və burada da Səlim müəllimin bu sevgidən doğan böyüklüyünün şahidi oluruq.
“O, dəyərli ziyalıdır” yazısı Ağdamın sayılıb-seçilən ziyalısı Çimnaz xanım Əliyevaya həsr olunub və Səlim müəilimin insan sərrafı kimi şəxsiyyətini bir daha büruzə verir. Kitabın II fəsli dünyadan vaxtsız köçən gözəl şairimiz Şahmar Əkbərzadənin xatirəsinə həsr olunmuşdur. Səlim müəllimin onu istedadlı şair olmaqla yanaşı, həm də xeyir-şər yaraşığı adlandırması çox orijinaldır və bu da onun bütöv insan amilini dəyərləndirməyin zirvəsində dayandığına dəlalət edir. Onun şairə üz tutub dediyi bir kəlamını iqtibas etməmək mümkün deyil: “Duz-çörəyə, dostluğa sədaqət, onun kişilik simvolu idi”. Əziz dostum, düz deyirsən, siz özünüz bu simvolun gözəl nümunəsisiniz.
Kitabın III fəsli Səlim müəllimin ensiklopedik dünyagörüşündən xəbər verir. Burada onun Allaha bağlılığı ilə yanaşı insanı yaşadan sağlamlıq amillərinə dair əks etdiyi hikmətlər, məsləhətlərdir.
Kitabın IV fəsli dünyanın ən məşhur dövlət xadimləri barədə çox maraqlı məlumatlarla yanaşı ömür-gün yoldaşı Zabilə xanıma olan sonsuz məhəbbəti, onu itirməsilə sankı dünyasını itirməsi və çırpınan qəlbinin ah zarını eşitməmək olmur. Bu da bir daha onun bütövlük dünyasından xəbər verir.
Burada müəllifin hər cümləsini, hər sözünü oxuyub həyəcan keçirməmək mümkün deyil.
Əziz dost! Yazıların hər birin Ağdamda görüşmək arzusu ilə tamamlayırsınız. Böyük Yaradan bu arzunuzu tezliklə çın eləsin. Kitabın son cümləsini oxuyub iqtibas edirəm:
“Əziz oxucular! Bacardığınız qədər yurd yerlərini xatırlayın, yada salın, gecə yatanda yönü Ağdama tərəf yatın, şəhidlərimizə rəhmət oxuyun, bu gün yaşayanların qədrini bilin, bir-birinizə hörmət edin, kömək edin, arxa durum”.
Bu sözlər bir daha Səlim müəllimin bütövlük mücəssəməsinin parlaq ifadəsidir.
İQLİM DƏYIŞIKLIYINƏ QARŞI MÜBARIZƏDƏ MULTIKULTURAL CƏMIYYƏTIN ƏHƏMIYYƏTİ
İqlim dəyişikliyi ətraf mühitə, cəmiyyətə və iqtisadiyyata geniş təsirləri ilə bu gün bəşəriyyətin üzləşdiyi ən aktual problemlərdən biridir. Bu böhranı həll etmək üçün qlobal səylərdə multikulturalizm prinsipləri cavablarımızın formalaşdırılmasında, həmçinin hamı üçün daha əhatəli və davamlı gələcəyin təşviqində mühüm rol oynaya bilər. Multikulturalizm müxtəlif mədəni perspektivlərin tanınmasına, qiymətləndirilməsinə vurğulayaraq, iqlim dəyişikliyi və sosial dinamika arasında mürəkkəb qarşılıqlı əlaqəni anlamağın çərçivəsini göstərir. İqlim dəyişikliyi mövcud bərabərsizlikləri və zəiflikləri gücləndirdiyinə görə, multikultural yanaşmalar mədəni mənşəyindən asılı olmayaraq bütün icmaların iqlim siyasətlərinin və uyğunlaşma strategiyalarının formalaşmasında söz sahibi olmasını təmin edə bilər. Multikulturalizmin əsas prinsiplərindən biri insan cəmiyyətləri və ətraf mühitin qarşılıqlı əlaqəsinin tanınmasıdır. İqlim dəyişikliyi bütün təbəqələrdən olan insanlara təsir edir, lakin onun təsirləri bərabər paylanmır. Təcrübəsiz icmalar, yerli xalqlar, azlıq qrupları tez-tez ətraf mühitin deqradasiyasının ağır yükünü daşıyırlar və ekstremal hava hadisələri, dəniz səviyyəsinin qalxması və biomüxtəlifliyin itirilməsindən qeyri-mütənasib şəkildə təsirlənirlər. İqlim dəyişikliyi kontekstində multikulturalizmi qəbul etməklə, biz ekoloji ədalətsizliklərdən ən çox təsirlənənlərin səslərini və perspektivlərini mərkəzləşdirə və icmalara onların həyatlarına birbaşa təsir edən qərarların qəbulu proseslərində iştirak etmək səlahiyyətini verə bilərik. İqlimlə bağlı fəaliyyətə multikultural yanaşmalar qlobal böhran qarşısında ortaq məsuliyyət hissini, kollektiv hərəkəti təşviq etməklə bərabərlik, müxtəliflik və inklüzivliyə üstünlük verir. Multikulturalizm müxtəlif bilik sistemlərinə, mədəni təcrübələrə, ənənəvi ekoloji müdrikliyə əsaslanaraq iqlim dəyişikliyinə qarşı innovativ həllər üçün katalizator rolunu oynaya bilər. Məsələn, yerli icmalar öz ətraf mühitləri ilə uzunmüddətli əlaqələrə malikdirlər, iqlimə uyğunlaşma, təsirin azaldılması strategiyalarını məlumatlandıra bilən davamlı torpaq idarəçiliyi təcrübələri haqqında dəyərli fikirlərə malikdirlər. İqlim dəyişikliyi ilə mübarizədə multikulturalizm mədəni müxtəlifliyin daxili dəyərini, ekoloji və sosial sistemlərin qarşılıqlı əlaqəsini tanıyan vahid yanaşma təklif edir. Mədəniyyətlərarası dialoqu təşviq etməklə, müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirməklə və yerli biliklərə hörmət etməklə, biz dəyişən iqlimin problemlərini həll etmək üçün daha yaxşı təchiz edilmiş daha möhkəm və davamlı icmalar qura bilərik. İqlim dəyişikliyini yumşaltmaq və ona uyğunlaşmaq üçün təcili ehtiyacla üzləşdiyimiz zaman multikulturalizmi bütün mədəniyyətlərin töhfələrini qiymətləndirən, sərhədlər boyu həmrəylik və əməkdaşlığı təşviq edən rəhbər prinsip kimi qəbul etmək vacibdir. Mədəni müxtəliflik və ətraf mühitin davamlılığı arasındakı daxili əlaqələri dərk etməklə biz hamı üçün daha ədalətli, əhatəli və davamlı gələcəyə doğru yol aça bilərik.
65 YAŞI TAMAM OLAN ŞAİR AKİF SƏMƏDLƏ BAĞLI BİR XATİRƏ 2024-cü ilin iyul ayının altsında qocaman mətbu orqanlardan biri olan “Vışka” qəzetinin nəzdində fəaliyyət göstərən “Neftçi” Ədəbi Məclisi”nin (“NƏM”-in) yaranmasının 25-ci ildönümü tamam oldu. “NƏM” “Vışka” qəzetinin readaktoru Mədinə Həsənovanın xeyir-duası və şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdır. O vaxtlar mətbuata, ədəbiyyata daha çox maraq var idi. “NƏM”- in yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılğa ruhlandlrmaq idi. İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir ki, “Vışka” qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan “Rodnik” Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm Rus dilində və həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılğa meyl edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq. Yarandığı ilk illərdə “NƏM”-in fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasina toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar.Neftçi-şairlər Mollalar Əşrəf, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, … məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi söz adamları ilə ünsiyyət necə də xoş idi. Neftçi-şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və Mahmud Vəli ilə “Vışka” qəzetinin redaksiyasnda görüşdük. Altı iyul həm də sevimli şairlmiz Akif Səmədin anım günüdür. Bu fani dünyadan 20 il bundan əvvəl əbədi dünyaya köç edib. Amma xatirəsi unudulmayıb. Böyük sevgi ilə qələmə aldığı şeirləri sevilə-sevilə oxunur. Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd səmimi fikirlərini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, həmişə haqqın yanındayıq, müqəddəs torpaqlarımızın düşmən tapdağında qalmasına dözə bilmərik. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə başa salmalıyıq. Mənim üçün xoş idi ki, Akif Səməd oxuduğum şeirləri bəyəndi və xoş sözlərini dedi. Hətta şeirin bir yerində “Türmə” sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, “Şairə qadağa yoxdur.”, dedi. Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlı və xoş təsadüfdür ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə şairin 65 yubiley yaşı tamam olur. Xəyalən Akif Səmədə səslənirəm: –Həmişə qəlbini sızladan, işğalına dözə bilmədiyin, döğma yurda gedə bilmədiyinə kədərləndyin, yüksək poetik dillə qələmə aldığın Şuşa yenə bizimdir.
Bu halal yolnan yoldaşnan Şuşaya gedə bilmirəm. Bir belə qohum-qardaşnan Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü? Dağına duman gəlirmi? Xudu müəllim bilirmi – Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu? Günahkar Segahmı oldu Təbrizdən uzaqmı oldu Şuşaya gedə bilmirəm.
Şuşa, Xankəndi, Laçın, Qubadlı… əbədiyyətə kimi bizimdir. Biz Şuşaya sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Gənclərimiz sənin milli ruhlu şeirlərini sevə-sevə oxuyur, saflaşır. Ruhun şad olsun, unudulmaz, sevimli şair! 65 yaşın mübarək!
1988 -ci ildə BDU -nun jurnalistika fakültəsinə daxil olanda elə ilk gündən Zərdabinin məzarı önündə bizə nə olursa olsun düzü düz , əyrini əyri görəcəyimizə və yazacağımıza dair and içdirdilər. Sevə -sevə and içdik. Ürəklə. Ondan sonrasını hamı bilir. Ondan sonra çox sular bulandı, çox sular duruldu. Çox həqiqətlər dəfn olundu, çox yalanlara həqiqət donu geydirildi. Sevincimiz, xoşbəxtliyimiz də o illərdə qaldı. Yaşımızdan tez böyütdü bizi zaman. Heç gəncliyimizi də, tələbəliyimizi də düz-əməlli yaşaya bilmədik. Qonşularımızın torpaq davası, hakimiyyətdə olanların taxt-tac hərisliyi, iqtisadi böhran, anarxiya, hərc-mərclik gözümüzü açıb dünya işığına doyunca baxmağa da imkan vermədi. Ağlımızın ucundan keçməyənlər ömrümüzdən gəlib keçdi. Nəyin düz, nəyin əyri olduğunu bilmədik beləcə. Azıb qaldıq dünyanın burulğanında. Çox dəyər verdiyimiz, arxalandığımız Söz də yolunu itirdi. Qərarsızlaşdıq. Sözbazlar artdı, söz adamları itib batdı “söz ” bolluğunda. Qaraguruhçular çoxaldıqca çox sevdiyumiz və güvəndiyimiz Söz də urvatdan düşdü. Azadlığımız boğulduqca andımız da unuduldu. Çəkilib bir köşədə gözlədik. Gözləyə-gözləyə zamanı yelə verdik. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu. Amma həyat yenə davam etdi. Pisiylə, yaxşısıyla. Çətinliklə də olsa gəlib bu günə çıxdıq. Bu gün andımızın bizə xatırlatdığı , milli mətbuatımızın doğulduğu gündü. Bir ömür keçib o günlərdən. Nəyi bacardıqsa , onu etdik. Bacarmadıqlarımız bacardıqlarımızdan , itirdiklərimiz qazandıqlarımızdan çox olsa da bu gün bizim günümüzdü. Zərdabi ənənəsinə sadiq qalan , jurnalistikanın sirrlərini Şirməmməd Hüseynovdan, Qulu Xəlilovdan, Cahangir Məmmədlidən və onlarla mütərəqqi ruhlu alimlərdən öyrənən , sözünə arxalanan , qələminə söykənən , doğruları həyat amalına çevirən bütün həmkarlarımı ürəkdən təbrik edirəm. GÜNÜMÜZ MÜBARƏK.
Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
149 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Milli mətbutın ilk “qaranquşu” olan “Əkinçi” qəzetinin nəşrindən sonra XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır.
XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlamışlar.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/22-iyul—milli-metbuat/
Salam olsun, dəyərli Dostlar! Milli Mətbuat və Jurnalistika Günü münasibətilə jurnalist – yazıçı dostlarımız FƏRHAD ƏSGƏROV, ARAZ ŞƏHRİLİ və TƏRANƏ DƏMİR “Bayram Bayramov” mükafatına layiq görülüb. Onları və onların timsalında əli qələm tutub, sözlə uğraşan hər kəsi təbrik edirəm. Gününüz mübarək, xeyirli-ugurlu olsun inşəAllah!!! Var olun. Allah Sizi qorusun!!! Nə yaxşı ki, varsınız!!! Qeyd: Diplomlar tezliklə – uyğun vaxtda təqdim olunacaq. İnşəAllah!
Milli Mətbuat gününüz qutlu olsun, dəyərli, Zaur USTAC! HƏSƏN BƏY ZƏRDABİ necə ki, “Əkinçi”nin əsasını qoydu, milləti aydınlatdı, siz də “Yazarlar”ı yaradıb, neçə-neçə istedadlı simaları tanıtdırıb, onlara uzun yol açdınız! Siz “ziyalı” titulunu həqiqətən əməlinizlə sübuta yetirənlərdənsiniz. Ürəyi vətən eşqi ilə alışıb yanan, torpaqlara qovuşmaq üçün çabalayan, qovuşduqdan sonra sevincini bölüşmək üçün hər anını bizimlə bölüşən, millətini sevən əqidədaş! Sizin tək insanlar çox olsun gərək. Baxın, onda vətən basılmaz, vətənin çörəyi də bol olar, zəkası ilə cahillərə meydan oxuyan insanları da! Var olun! Allah sizi qorusun!