Hər birimiz bir çiçək

Bənövşəmi, ömrü qısa?
Ya laləmi –
buludların tellərində
gizlənərək
çəmənlərdə yarı pusa?
Mələk üzlü bir körpəmi –
gülüşündən nur süzülə,
ləçəklərə şeh düzülə,
bulaqlara həyat verə,
xiffətindən qəm üzülə?
Sevgi dolu bir ürəkmi –
döyüntüsü aram-aram
dilə gəlib deyə:
-Mən də, mən də varam –
həsrətimdən
cadar-cadar dodaqlara
bir loğmanam, munis yaram?
Bu nə hikmət?
Bu nə qüdrət?
Bənövşətək
səmalarda çətir açar,
gülüşləri göyü qucar,
zümzüməsi ətir saçar.
Yaz yağışı!…
Yaradanın təbiətə
naz baxışı!

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir