
31 Mart soyqırımı bütün insanlığın faciəsidir
1918-ci ilin martında Bakı şəhərində və Bakı quberniyasında azərbaycanlılara qarşı törədilmiş soyqırımından 107 il ötür. Bu hadisə hər bir azərbaycanlını vətənpərvərlik hisslərini gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V.İ.Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.Soyqırımın törədilməsinin səbəblərindən biri neft amili ilə bağlı idi.
Soyqırımının səbəblərindən biri də Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyə yiyələnmək uğrunda dövrün böyük dövlətləri arasında gedən amansız mübarizə ilə bağlı idi. Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Azərbaycan böyük ticarət yollarının üstündə yerləşirdi.
Bakı Sovetinin istifadə etdiyi erməni-daşnak qüvvələri isə tarixdə olmayan “böyük Ermənistan” qurmaq yolunda onlara mane ola biləcək azərbaycanlıları məhv etməyə çalışırdılar.Qırğınlar üçün kiçik bir bəhanə lazım idi. O da tapıldı.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası, erməni ziyalıları, erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik.“ Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Mülki azərbaycanlı əhali diri-diri su quyularına, yanar təndirlərə, neft quyularına atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi.
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.
Qüvvələr bərabər deyildi. Buna görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Döyüş yalnız aprelin 2-də dayandırıldı.
Milli qırğın törətdilər, 20 min nəfərə qədər məzlum müsəlman əhalini qırdılar…
Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi. Ermənilərin qoşun qüvvələri bolşeviklərə
Martda Bakıda törədilən soyqırımında çoxlu itkilər verilsə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan xalqının Ümummilli Lideri, Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi.
Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.
Mart ayında törədilən soyqırımı insanlığa qarşı cinayətdir. 1992-ci ilin fevralında Ermənistan Xocalıda bəşəriyyətə və sivilizasiyaya qarşı soyqırımı törətdi. 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar meydanından uzaq olan Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrində mülki əhalini raket atəşinə tutub öldürməklə cinayətlərini davam etdirdi.Azərbaycan xalqı daim güclü olmalı, yalnız güclü dövlət milləti fiziki baxımdan qoruyur və bütün sahələrdə inkişaf etdirir! 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə bunu göstərdi.
31 Mart soyqırımı Azərbaycan tarixində ən faciəvi hadisələrdən biridir. 1918-ci ildə bolşevik-daşnak qüvvələri tərəfindən törədilən bu qırğın minlərlə günahsız insanın həyatına son qoydu. Azərbaycan dövləti bu məsələni dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına xüsusi diqqət yetirir.Erməni təcavüzkarlığını, onların türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımını beynəlxalq səviyyədə tanınması üçün dünya bilməlidir:-Ermənilər müxtəlif dövrlərdə, şəraitin uyğun olduğu zamanlarda türk-müsəlman əhalisinə, xüsusən də azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədiblər. Onlar yaşayış məntəqələrini qarət edib, evləri yandırıb, minlərlə günahsız insanı qətlə yetiriblər.
Müəllif: Saçlı Ağayeva
ADPU Cəlilabad Filialının əməkdaşı