
Atamdan ötəri darıxıram mən
Dərdim çəkilməzdir a qardaş mənim,
Atamdan ötəri darıxıram mən.
Təsəllim olmadı qara daş mənim,
Atamdan ötəri darıxıram mən.
Nə qədər halıma yanan da olsa,
Dərdimi anlayıb qanan da olsa,
Qardaşım da olsa, anam da olsa,
Atamdan ötəri darıxıram mən.
Həsrətlə yanıram hər ötən anda,
Xəlvət ağlayıram gözüm dolanda,
Halımı anlamır doğma balam da,
Atamdan ötəri darıxıram mən.
Allahın verdiyi payı da xoşdur,
Əmi də yaxşıdır, dayı da xoşdur,
Amma neyləyim ki gözlərim yaşdır,
Atamdan ötəri darıxıram mən.
26.04.2025. Qaradolaq.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var