Bir qrup yazar təltif olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı
AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 150

21 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində xidmətləri olan media işçiləri və Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan söhbət açıb. Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərən media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar.
Mükafatlandırılanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.

Təltif olunanlar

“İttifaqın dostu” diplomu ilə:
Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə

Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri
Vüqar İmanov

Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri
Kamran Qasımov

Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar)

«Xalq» qəzeti Humanitar siyasət şöbəsinin müdiri
Əli Nəcəfxanlı

İKİ SAHİL.AZ  xəbər portalı üzrə şöbə müdiri
Qvami Rəsulov

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
105 FM radiosunun rejissoru, jurnalist Vəfa Sərdar (Qədirova)

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
Ağalar İdrisoğlu (Mehdiyev)

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri
Fidan Əlizadə

“VƏTƏN SƏSİ” saytının müxbiri Mina Rəşid (Şıxova)

Jurnalist Şəlalə Camal

Mədəni tədbirlərin təşkilatçısı Sevda Əliyeva

PRESSKLUB.AZ saytının redaktoru Ramilə Qurbanlı

Fəxri fərmanla:

Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri
Həmid Əsədzadə

Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı
Sələmə Məhərrəmova

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri
Elvin Nüsrətoğlu (Abdulxalıqov)

Jurnalist-Dramaturq Ülviyyə Heydərova

Jurnalist-Dramaturq Cavid Zeynallı

“Teatr fədaisi” medalı ilə:

Gülcahan Mirməmməd
Həmidə Rüstəmova
Samirə Behbudqızı

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı yazır

“Əkinçi”- 150: Gələcəyə ismarıc

1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşrə başlayan, 1877-ci il avqust ayının 18-də son nömrəsinin çapı ilə 25 aylıq fəaliyyətini dayandıran “Əkinçi” qəzeti milli mətbuatımızın doğum tarixini yazdı. Bu, qəzetin təsisçisi və münşisi, 1865-ci ildə Moskva Universitetinin Ryaziyyat fakültəsini təbiət elmləri üzrə fərqlənmə diplomu ilə bitirən 33 yaşlı pedaqoq, maarifçi-demokrat, publisisti Həsən bəy Zərdabinin həyat missiyasının ən yaddaqalan hadisəsi oldu. O, qəzetə ana dilini öyrədən bir məktəb kimi baxır, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”- yazaraq, qəzetin qarşısında dayanan əsas vəzifələri xatırladırdı.
“Əkinçi”nin meydana gəlməsində ancaq Həsən bəy Zərdabinin deyil, XIX əsrin ikinci yarısında Azərbaycanda xüsusilə intişar tapmağa başlayan maarifçilik mühitinin, bu mühitin yaranmasına təkan verən ictimai-siyasi proseslərin oynadığı rolu qeyd etməyi lazım bilirik. Xüsusən böyük maarifçi, türk-müsəlman xalqlarını əhatə edəcək əlifbanın nəinki ən qızğın təbliğatçısı, həmçinin əlifba layihəsinin müəllifi Mirzə Fətəli Axundovla başlanan, Azərbaycan ictimai şüurunda özünü hiss etdirən renesans mərhələsinin diqtə etdiyi məqamları unutmamağı vacib sayırıq. Təhsil sahəsində, xüsusilə imperiya hüdudlarındakı xalqların təhsilə təşviqi ilə bağlı mərkəzi hakimiyyətin yürütdüyü işıqlı siyasətin nəticəsində məktəblərdə ana dilində tədrisin həyata keçirilməsi işi ləng də olsa olsa gedir, renesasnsın dayanıqlılığını təmin edirdi. Yeri gəlmişkən, Azərbaycan dilində fəaliyyətə başlayan dünyəvi məktəblərin ilk rüşeymləri ölkəmizdə məhz XIX əsrin 60-cı illərində gözə dəyirdi. Bütün bunlar milli burjuaziyamızın formalşma mərhələsini yaşayan Azərbaycanın dialektik inkişafında mühüm sayılan amillər idi və buna görə də cəsarətlə o qənaətimizi bölüşürük ki, milli mətbuatımın yaranmasını XIX əsrin ikinci yarısı üçün gözlənilən hadisə adlandıra bilərik. Ola bilər ki, o, 1875-ci ilin yayında deyil, bir, iki, hətta beş il tez və yaxud gec baş verəydi, o da tamamilə mümkün idi ki, həmin nəşrin təsisçisi Həsən bəy Zərdabi deyil, başqası da ola bilərdi, amma reallıq odur ki, bu möhtəşəm hadisənin baş verməsi üçün zəmin yaranmışdı.
“Əkinçi”nin ilk nömrəsindəki baş məqalədə qəzetin təsisçisi və redaktoru Həsən bəy Zərdabinin yazdığı məqalədə nəşrin məramnaməsinə diqqət çəkilir, materialların “Daxiliyyə xəbərləri”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər”, “Elanlar” rubrikası altında gedəcəyi qeyd olunurdu. Qəzetin bir neçə nömrəsinin çapından sonrakı nömrələrində digər rubrikaya ehtiyac yarandı. Bu, “Məktubat” rubrikası idi və bu bölümdə verilən yazılarda nəhayətsiz görünən imperiya sərhədləri daxilində, əsasən soydaşlarımız yaşayan məkanlardan istənilən şəxs ictimi rəy üçün əhəmiyyət kəsb edən hadisələrdən və yaxud insanlarımızı tərəqqidən saxlayan məsələlərdən söz açılırdı. Bununla “Əkinçi” qəzetində mövzuların rəngarəngliyi artmaqla yanaşı, təzə-təzə yaranan Azərbaycan jurnalistikasında ilkin ənənələr formalaşırdı. Bu prosesdə dramaturgiyamızın banisi böyük Mirzə Fətəli Axundov, şair Seyid Əzim Şirvani, Səid Ünsizadə, Nəcəf bəy Vəzirov, Qarabağ xanlarının nəslindən olan Əsgər ağa Gorani, Əhsənül Qəvaid və digər “Milləti- islami qəflətdən ayıltmaq istəyən”, bunun üçün özündə potensial görən və həmin potensialı cəmiyyətdə etiraf edilən azsaylı ziyalılarımız qoşulmuşdu.
“Əkinçi” meydana qədəm badığı məqamdan ancaq bir cəbhədə döyüşmürdü. Onun döyüşdüyü insanlar ancaq milləti buxovda saxlamağın elmsizlik, cəhalət olduğunu bilən və bunu aradan qaldıranlarla ölüm-qalım savaşına çıxanlar deyildi. Həmin əsrin 20-ci illərinin sonlarında Rusiya imperiyasının uzağagedən planlarına hesablanan və buna görə də Güney Qafqaza, xüsusilə İrəvan xanlığının ərazilərinə köçürülən erməni millətindən olan insanlar milli münaqişənin ocaqlarını yaratmaqda idilər. Oxşar proseslərdə olduğu kimi, bunun “tarixi kökləri”nin ideoloji əsasları yaradılırdı və bu işi erməni ziyalıları arasında görmək istəyənlər kifayət qədər tapılırdı. Belə “millətsevərlərdən” biri, erməni millətindən olan, Moskvada doğulub böyüsə də, hansı zərurətdənsə (?!) Tiflisdə qərarlaşan Qriqori Artsruni təsis etdiyi, özünün redaktorluğu ilə erməni dilində nəşr edilən “Mşak” qəzeti ictimai-siyasi, ədəbi qəzetdə xüsusilə ardıcıl idi. 1873-cü ilin fevral ayından nəşrə başlayan qəzet missiyasının təkcə xəbər dərc etməklə məhdudlaşmayacağı ilk nömrələrindən diqqət çəkirdi. Başlayan prosesin idarə olunmasının Sankt-Peterburqdakı imperator sarayının himayəsi ilə Qafqaz Canişinliyindən idarə olunması ona görə mübahisə doğurmurdu ki, senzorların razılıq verməsindən sonra çapa gedən həmin nömrələrdə milli münaqişələrin əsası qoyulurdu. Bu, nəşrin “həm də müxtəlif erməni məskənləri haqqında yeni biliklər, maarifləndirici məlumatlar yaymaq” kimi xeyirxah məqsədlər güdmədiyi senzarların razılığı ilə çap olunan ilk nömrələrindən görünürdü. Bu, 1873-cü ildə qəzetin 14-cü nömrəsində “Qandzak” (tarixən azərbaycanlılara aid olan Gəncə həmin yazıda belə təqdim edilirdi) sakinlərinin aborigen əhalisinin ermənilər olması ilə bağlı dərc edilmiş “araşdırma yazısı”nda mahalda əsasən ermənilərin yaşadığı iddia edilərək “onlar öz ana dili ilə sıx bağlıdırlar, həm də qonşularının dilində yaxşı danışırlar; xalq öz kilsəsinə sadiqdir, kilsə adət-ənənələrini qeyrətlə qoruyur, milli xeyriyyə işlərini hərarətlə, səxavətlə dəstəkləyir”-yazaraq təqdim olunan yazılarda qabarırdı: “Bunlardan sonra türklərin sayı 1800 nəfərdir, ermənilərdən çoxdur, lakin təsir gücündə deyil. Onların həyat tərzi Asiya tayfalarına xasdır. Onların sosial dünyagörüşünü qiymətləndirmək artıqdır, lakin onların təhsil vəziyyətinin son dərəcə əlverişsiz olduğunu qeyd etmək lazımdır. Onların yeganə məktəbi məsciddir ki, hər soxta (təhsilli adam), mirzə və ya molla bir neçə oğlanı başına yığıb kobud səslə yerdə oturan oğlanlara dərs keçirlər. Onlar nə öyrənirlər? Çox dəhşətli keyfiyyətlər… Onların aristokratlarının övladları kral məktəblərində təhsil alır, lakin verilən təhsildən bəhrələnməyə çalışmadan dərin bilik əvəzinə xaotik və səthi fikirləri mənimsəyir. Nəticədə rus dilini xatırladan təhrif nitqlə məzun olur, “möhtəşəm” təhsilləri ilə fəxr edirlər”(“Mşak” qəzeti- 1873-cü il,14-cü nömrə)
Oxşar mövzuda yazılaraq qəzetdə dərc edilən məqalələr təkcə yazı müəlliflərinin, heç o yazıları sifariş verərərək redaktə edən, nömrəyə qoyan redaktorun da deyil, ümumilikdə Çar Rusiyası mərkəzi hakimiyyətinin siyasətini əks etdirirdi. Qənaətimizi təsdiq edən arqument həmin nömrələrin çapına birbaşa siyasi hakimiyyət qarşısında hesabatlı senzorların icazə verməsi idi. Bu siyasətin nəticəsi idi ki, belə məqalələr qəzetdə təkəmseyrək görünmürdü. 1875-ci il iyul ayının 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” və onun rüdaktoru Həsən bəy Zərdabinin “Mşak”ın fəaliyyətindən azından xəbərdar olması ona görə şübhəsizdir ki, həmin vaxtlarda Tiflisdə yaşayan görkəmli azərbaycanlı ziyalıların əksəriyyəti ilə onun məktublaşmalarını təsdiq edən kifayət qədər faktlar mövcuddur. Əlbəttə, məktublaşmaların məzmunu təkcə hal-əhval tutmaqla məhdudlaşmır, Qafqaz Canişinliyinin bərqərar olduğu Tiflisdə gedən proseslər barədə fikir mübadilələri də aparılırdı.

“Əkinçi”nin informasiya coğrafiyasının Bakı quberniyası ilə qapanmadığını onun ilk nömrələrindən görmək mümkün idi. Qəzetin 1876-cı il 30 yanvar tarixli nömrəsində “İrəvandan məktublar” adlı yazı buna görə maraqlıdır. Rusiya-Osmanlı müharibəsi ərəfəsində belə bir xəbərin qəzetdə özünə yer tapmasını heç cür təsadüfi hesab etmək olmaz: “20, ya 30 il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe Şuragil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürməyə hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan Şuragilə varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin iltirmasına binaən onlara möhlət verib ki, torpaq məhsullarını götürüb sonra köçsünlər. Bu halda xəbər var ki, onlar da bu yaxınlarda köçürüləcəklər (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 94.).
“Əkinçi” sənətindən doğan intuisiya ilə əkin sahələrini basan alaq otlarının kökatma tendensiyası qarşısında hərəkətsiz dayanmır, imkanları daxilində 250-300 tirajla bunun maksimum ictimailəşməsinə çalışırdı. Azərbaycan və onun təbii coğrafiyasına məxsus Qərbi Azərbaycan, həmçinin Borçalı mahalında bu yöndə informasiyalara replika şəklində olsa belə, səhifələrində yer ayrılırdı. İnformasiyalardan birində qəzetin 8 oktyabr 1876-cı il tarixli nömrəsində
azərbaycanlılar barədə xarakterik olmayan rəy formalaşdırmağa çalışan ermənidilli mətbu orqanın paylaşdığı xəbər olduğu kimi təqdim olunur: “Ermənilərin “Mşak” qəzetinə Axalkalak şəhərindən yazırlar ki, müsəlmanlar oğurluğu zurna-qabal ilə eləyirlər. Bir dəstə adam gəlin aparırıq deyibən gedib gələni soyur” (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 277).
“Əkinçi”nin nömrələrini vərəqlədikcə millətimizə atılan daşları, edilən iftiraları cavablandıran gənc redaktorun qəlbində püskürən etiraz açıq-aydın görünməklə bərabər, onun səbr ilə verdiyi cavablara heyrət etməyə bilmirsən. Belə cavabların biri qəzetin 17 fevral 1877-ci il tarixdəki sayında, Həsən bəyin yazdığı məqalədə belə təqdim edilir: “Bizim qəzetin 24-cü nömrəsində qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan “Mşak” qəzeti erməni dilinə tərcümə elədib, basdırıbdır. Heç görülübdür ki, bizim zəmanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu? Xüləsa, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, İslam ətrafında olan erməni, gürcü və qeyri tayfaları güc ilə İslam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz… Yox, qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm sahibiyik və elm təhsil etməyə qabiliyyətiniz var. Bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən İslam eləmisiniz, verin bizə”.
Erməni baş redaktorun isterik qışqırtılarına 35 yaşlı Həsən bəy Məlikovun cavabı mükəmməl jurnalistika nümunəsi sayıla biləcək səviyyədədir: müdrik, arqumentli, emosiyasız-filansız. Zərdabi haqlı olduğuna əmindir və buna görədir ki, o, haqsız adamların kompleksini yaşamır, təmkinlə opponentini hələ başlamamış, az-az insanların görə biləcəyi qan-qada dolu yola çağırışları rədd edir. Bu, o vaxtlardır ki, 5 il sonra özünü elan edəcək, məramnaməsində türk və müsəlmanlara, hətta onların fikirləri ilə razılaşmayan, qanlı əməllərinə dəstək olmayan ermənilərə qarşı da açıq terror çağrğışları edəcək Daşnaksütyun partiyası hələ meydanda yoxdur. Hələ Qarabağda töküləcək qanlara, ardınca Bakı və İrəvanda qızışacaq, tarixdə 1905/06-cı illər erməni-müsəlman toqquşmalarına 28 il müddət var. Qanlı çağırışların hara qədər gedəcəyini görən az-az insanlardan biri kimi Həsən bəy Zərdabi Arsruni kimi “ziyalıların”, “millətsevərlərin” xalqını hara qədər aparacağını görür və onların bu təşviqinin elmli kəslər üçün ayıb olduğunu qələmə alır: “Ey cənab Arsruni (zikr olan qəzetin münşisinin adıdır), əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyb deyilmi ki, bizim aramızda ədavət salırsınız?!” (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 350).
Jurnalistikamızın əbədilik patriarxı Həsən bəy Zərdabinin uzaqdan gördüklərinin reallıq olduğunu Azərbaycan oxucuları kimi, “Əkinçi”nin hər bir nömrəsini diqqətlə izləyən, lazım olduğu təqdirdə oradakı ayrı-ayrı yazıları rus və erməni dillərinə tərcümə edərək müxtəlif nəşrlərdə dərc etdirən digərdilli auditoriyada da cəmi 7 ay sonra görəcəklər. Rusiya-Türkiyə müharibəsinin ilk vaxtlarından tərəf olaraq rus çarizminin ətrafında birləşən ermənilər Osmanlı təbəəsi olan yüzminlərlə soydaşının hansı ocaq başına sürükləndiyinin fərqində olmadılar və yaxud olmaq istəmədilər. Onlar açıqdan-açığa müharibənin nəticələrinə hesablanan addımlar ataraq Sultan Türkiyəsinin məğlub olacağı təqdirdə gözlənilən sülh müqaviləsinə “erməni məsələsi” deyilən məsələni əlavə etmək üçün ciddi planlar qururdular. “Əkinçi”nin münşisi isə təəsisçisi olduğu qəzetin nömrələrində qardaş ölkənin hərbi və siyasi elitasını gözlənilən savaşda tərəf kimi vuruşacaq ermənilərin gələcək planları barədə səsi yetən hər kəsi xəbərdar etməyi borc bilirdi. Onun, qəzetin 18 avqust 1877-ci il tarixli nömrəsində “Təzə xəbərlər” rubrikasında yazaraq dərc etdirdiyi replikada bunu görmək mümkündür: “”Mşak” qəzetinə Badkubədən yazırlar ki, bizim şəhərin erməniləri Üçkilsədə olan erməni patriarxına ərizə göndəriblər ki, cənab patriarx Rusiyada sakin olan ermənilərin adından padişahi-imperaturi-əzəmdən təvəqqe eləsin ki, Osmanlı dövlətinə tabe olan ermənilərin onlara olan zülmdən xilas etməkdən ötrü slavyan tayfasına alınan ixtiyarları onlar üçün də alsın və barədə “Mşak” qəzetindən iltimas ediblər ki, bu ərizəni çap edib, ermənilərə məlum eləsin ki, qeyri şəhərlərdə olan ermənilər də cənab patriarxa belə ərizə göndərsinlər” (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 465) .
“Əkinçi” və onun yaradıcı heyəti, başda qəzetin redaktoru Həsən bəy Zərdabi olmaqla istər qəzetin nəşr olunduğu dövrlərdə, istərsə də qəzet maliyyə sıxıntısı səbəbindən çapını dayandırdığı zamanlardan sonrakı zamanlarda öz missiyalarını- Xalq və Vətənə xidmət etmək borcunu ömürlərinin sonuna qədər ləyaqətlə davam etdirdilər. Onlar atdıqları addımların dəyərinin illər keçəndən sonra veriləcəyinə o qədər əmin idilər bu əminliyə bütün zamanların oxucusunun heyrətlənmsi belə, heyrətamiz görünür. Onlar keçdikləri yolu belə xarakterizə edir və gələcək nəsillərin qarşısında əbədi öhdəliyi səsləndirirdilər: “Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, “Əkinçi” olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir…. Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək”.
Kifayət qədər ibrətamizdir, deyilmi?

Mahirə NAĞIQIZI,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
QAİ İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor.

“Yunus Oğuz” Milli Media Mükafatı

“Yunus Oğuz” Milli Media Mükafatı “Yazarlar” jurnalı tərəfindən həyata keçirilən “Yunus Oğuz – 65” layihəsi çərçivəsində təsis olunmuşdur. Azərbaycan milli mətbuatının inkişafında xidmətlərə görə gənc jurnalistlərə təqdim olunur. Mükafatın ilk laureatı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Südabə Məmmədova olmuşdur.

Mənbə: Yazarlar.Az

2025 – ci il

  1. Südabə Məmmədova N: 001 22.07.2025. Bakı.

Gənclər Kitabxanasından yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun 65 illiyinə töhfə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Yunus Oğuz “Cığırı” 65″ adlı elektron məlumat bazası və “Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yunus_Oguz_el_melumat_bazasi/index.htmlyerləşdirilib (ehtiyat keçid: >>>> Yunus_Oguz_el_melumat_bazasi) .

Elektron məlumat bazasında Yunus Oğuzun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Şuşanın Zəfər Dastanı – Cığır”, “Tarix yalnız arxada qalmır, həm də öndən gəlir…”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Tarixi romançılıqda Yunus Oğuz yolu” və filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində” kimi məqalələrin tam mətni təqdim edilir.

Elektron bazada yazıçının redaktoru, məsləhətçisi, “Ön söz” müəllifi olduğu kitabların, esse, məqalə, felyeton və müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yunus Oğuzun 65 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Yunus Oğuzun sözlərində görkəmli şəxsiyyətlər”, “Dövri mətbuatda çap olunan romanlarından parçalar”, “Yunus Oğuz yaradıcılığı dünya kıtabxanalarında”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Bununla yanaşı elektron bazada kitabxana əməkdaşlarının hazırladığı “chr(“39″)Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi də yer alır.

Materialda tarixçi alim imzası seçilən Yunus Oğuzun “Siyasi hakimiyyətin idarəetmə prinsipləri” adlı ilk kitabının 1994-cü ildə çap edildiyi, onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi” əsərlərinin müəllifi olması diqqətə çatdırılır.

Virtual kitab sərgisində yazıçı-publisist, türkoloq – alim Yunus Oğuzun müəllifi olduğu və klassik tarixi romanın mükəmməl nümunələri hesab edilən “Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldeniz”, “Səfəvi Şeyxi”, 2016-cı ilin Aprel döyüşlərinə həsr edilmiş ilk roman – “Ovçu”, “Əmir Teymur”, “Çingiz Xan”, “Cığır” romanları haqqında geniş məlumat verilir. Bu əsərlərin Azərbaycanın qədim köklərə əsaslanan tarixinin araşdırılması, təbliğ edilməsi, milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində oynadığı mühüm tarixi əhəmiyyətdən bəhs edilir. 

“Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/yunus-oguz yerləşdirilib.
 

AZƏRTAC

Yunus peyğəmbərdən sonra üçüncü Yunus… Yunus Oğuz – 65

Yunus peyğəmbərdən sonra üçüncü Yunus

“- Qədeş, nə yaxşı şlyapan var?
– Yeri ala, sən yaxşı adam deyilsən.
– Hə, ürəyini yemə, iki manatını verəcəm də…
– Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…
– Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?
– Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə…”

Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır…

Müsahibələrindən birində deyir ki:- “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz…”

Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir…

“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki!  Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər.  Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.

Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var…

Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur…”

Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır…

Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir…

Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür…

İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

“…Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…”

 “- Qədeş, nə yaxşı şlyapan var?
– Yeri ala, sən yaxşı adam deyilsən.
– Hə, ürəyini yemə, iki manatını verəcəm də…
– Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…
– Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?
– Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə…”

Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır…

Müsahibələrindən birində deyir ki:- “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz…”

Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir…

“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki!  Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər.  Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.

Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var…

Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur…”

Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır…

Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir…

Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür…

İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

“…Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…”

Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

 

Müasir nəsrimizin Yunus Oğuz yolu

Müasir nəsrimizin Yunus Oğuz yolu

Yunus Oğuzu mənə doğmalaşdıran ən ümdə amillərdən biri müasir və mürəkkəb ədəbi məkanda bizim ruhdaş olmağımız, düşüncədaş olmağımız, sözdaş olmağımız, başlıcası isə vətənpərvər və əbədi tarixdaş olmağımızdır. Bu bağlılığın başında təbii ki, Yunus Oğuzun tarix fəlsəfəsinin türkçülük şüurundan, türk kimliyindən yol alan tarixi reallıqların, yazıçı təxəyyülündən doğan və bu reallıqların içindən boylanan ciddi hadisələrin və olayların, dramatik səhnələrin və baş obrazların kamil bədii təsvirini ustalıqla yarada bilmək bacarığı xüsusi yer tutur.

Bu ədəbi xəzinənin təməl daşlarını Yunus Oğuzun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasına yiyələnmasi, baş redaktor kimi milli mətbuatımızın inkişafındakı müstəsna xidmətləri, yüzlərlə elmi və publisistik məqalənin müəllifi olması və çoxşaxəli yaradıcılıq fəaliyyəti təşkil edir, eyni zamanda ədibin Böyük türk dünyası naminə göstərdiyi əməli işlər və əldə etdiyi uğurlar da bu xəzinəni bir az da  zənginləşdirir.

Bu baxımdan onun Azərbaycan və Özbəkistan  arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsinə, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsinə verdiyi töhfələr təqdirəlayiqdir.

Elmi-tarixi qatlara baş vurmadan və hər dövrün özünəməxsus tarixi proseslərinə dərindən bələd olmadan müasir tarixi əsər yazmaq müşkül məsələ olduğunu dəqiq bilən Yunus Oğuzun tarixin qaranlıq hücrələrini qəlbinin və əqidəsinin işığıyla işiqlandırıb tarixi roman ənənəsinin yeni mərhələsinə qədəm qoymasını çox bəyənirəm. Türkiyə türkcəsinə çevrilib İstanbulda və İngilis dilinə çevrilib Londonda işıq üzü görən “Qızıl kəlmə” mükafatlı “Nadir şah” romanı mənim də ruhumun əsəridir. Üzərində beş ilə yaxın bir zaman sərf etdiyim  “Vətən” poemasında mən də Nadir Şah Əfşarı Yunus Oğuz kimi müasir bədii təfəkkürün həqiqət süzgəcindən keçirməyə çalışmışam. Bu süzgəcin təxəyyül mərkəzi tarixi əsər ənənələrinin yeni formada inkişaf istiqamətlərini müəyyən edir ki, əsas istiqamət yönü də Azərbaycan, Azərbaycançılıq və Azərbaycanşünaslıq səmti olur. Bu səmtin elmi-tarixi fəlsəfəsi və ictimai-siyasi mahiyyətli türkçülük və azərbaycançılıq ideyalarının monolit birliyində bərqərar olur.

Yunus Oğuzun “Nadir şah” tarixi romanı ilə yanaşı bir-birindən mükəmməl və müasir bədii təfəkkürün məhsulu olan,- iki cildlik “Əmir Teymur-zirvəyə doğru” və “Əmir Teymur-dünyanın hakimi”, “Təhmasib şah”, “Atabəy Eldəniz”, “Attila”, “Ovçu”, “Səfəvi Şeyxi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” kimi tarixi romanları da nəsr tariximizin yeni və özünə məxsus mərhələsini müəyyənləşdirməyə yönəlib və bu missiyanı uğurla həyata keçirir. Yunus Oğuzun Zəfər savaşımızdan bəhs edən “Cığır” romanı, bir-birindən marağlı və məzmunlı pyesləri və digər əsərləri də müasir nəsr məkanımızın ayrılmaz hissəsi kimi əbədi yaşam dövrünə qədəm basmaqdadır.

Mən qüdrətli qələmdaşıma yeni və bənzərsiz ədəbi uğurlar diləyirəm.

Ramiz QUSARÇAYLI,

şair

RAMİZ QUSARÇAYLININ YAZILARI

Tanrının verdiyi istedad sahibi- YUNUS OĞUZ -65

Tanrının verdiyi istedad sahibi

Yunus Oğuzu 1993-cü ildən tanıyıram. Bu tanışlığa ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı, onunla birlikdə Rostov Dövlət Universitetində təhsil almış, mənim də 30 illik dostum Zahir Abdullayev vəsilə olmuşdu. O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə sahibi idi- dövlət müşaviri. Bir az sonra biz Yunus Oğuzla ailəvi  görüşdük. Bu görüş mənim Yunus Oğuzla ən yaxın təmasım idi…      Sonralar müxtəlif dost məclislərində, ədəbi, ictimai-siyasi tədbirlərdə vaxtaşırı görüşür, ünsiyyətimiz daha da intensivləşirdi…Əlaqələrimiz sıxlaşdıqca  bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən daha çox ünsiyyətdəyik və mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq,  səmimiyyət duyuram….
    …   Ümumiyyətlə götürdükdə ömrünə-gününə bir dövlət adamı, siyasətçi, publisist və yazıçı qisməti yazılmış, keşməkeşlər və mübarizələrlə dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir. Bu xüsusiyyətlərin hər üçü də paralel olaraq yaşanır və ideal formada bir- birini tamamlayır. Sözsüz ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır. 
      Yunus Oğuz siyasi fəaliyyətə gənc yaşlarından başlamışdır. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirərək mükəmməl fəlsəfə ixtisasına yiyələnən Yunus Oğuz təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır. Bu həmin dövr idi ki, Azərbaycanın da tərkibində olduğu SSR İttifaqının mənəvi  və siyasi, həm də sosial səbəblərdən aşınmış divarları yavaş-yavaş sökülür və çökürdü…Bu çökmələr fonunda müttəfiq respublikalarda xalqların milli oyanışı özünü qabarıq şəkildə göstərir, SSRİ  hökuməti və hakimiyyətdə olan Kommunist Partiyası bu oyanışların qarşısını zorla almağa çalışsa da buna müvəffəq ola bilmirdi. Qatar tərpənmişdi və tarixin təkərini geri döndərmək mümkün deyildi.
     SSRi-nin o zamankı  rəhbəri satqın Mixail Qorbaçovun dəstəyi, Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi ixtişaşlar nəticəsində Bakıda və bölgələrdə Milli Azadlıq Hərəkatı daha aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük əksəriyyəti gənclər idi. Həmin gənclərin önündə gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən biri də Yunus Oğuz idi…
     Dövlət müstəqilliyimizin bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın azadlığının və firavan yaşamasının, ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsi, türkçülük, turançılıq Yunus Oğuzun həyat amalı və mübarizəsinin əsas qayəsi idi və o, həyatının sonrakı dövrlərində bütün fəaliyyətini bu müqəddəs işə həsr etdi. Bu mübarizədə o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq. 
        Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə “Azad söz” qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib və 1991-1992-ci illərdə “Ordu”qəzetinin baş redaktoru vəzifəsində çalışırıb. 1995-ci ildən  isə “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır. 
        Mətbuat, publisistika həm də Yunus Oğuzun tale yazısı imiş. Bu il ölkəmiz Azərbaycan mətbuatının yaranmasının 150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti “Olaylar”ın 30 illik yubileyini qeyd edir. 22 iyul Azərbaycan mətbuatının yaranma günüdür, eyni zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi olduğu təsadüfdür, yoxsa zərurət?  Bunu hər halda bir filosof kim Yunus Oğuz daha aydın izah edə bilər. Ancaq görünür bu tarixi rəqəmlərdə də bir mistika var.
       Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasında “Olaylar”n 30 illik tədbirinə mən də dəvət almışdım. Tədbirdə ölkəmizin görkəmli elm, mətbuat və ədəbiyyat adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar çıxış etdikcə məni sevinc qarışıq təəccüb bürüyürdü. Çağdaş mətbuatımızın öncül nümayəndələri, media kapitanları, mətbuatımızın aparıcı simalarının, görkəmli jurnalistlərin böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus Oğuzun yaratdığı və 30 il rəhbərlik etdiyi “Olaylar”dan başlamışlar. Deməli Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər ordusunun xeyli hissəsi “Olaylar” məktəbini keçib. Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini hörmətli Natiq Məmmədlinin ifadəsindən eşitdim : “Olaylar”ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, “Olaylar” bir fikir məktəbidir. “Olaylar” həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. “Olaylar” da bizim mətbu yaddaşımızdır”. Məncə şərhə ehtiyac yoxdur.
 Yunus Oğuzun fəaliyyətinin 3-cü hissəsini,  vaxtının və düşüncəsinin əhəmiyyətli hissəsini bədii yaradıcılıq təşkil edir. Ümumiyyətlə, yaradıcılıq Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında da, nəsrində də, dramaturgiyasında da yaradıcı bir şəxs olaraq çıxış edir. Nə qədər mübahisəli də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun publisistikasında bir bədiilik, nəsr əsərlərində və pyeslərində publisistika var. Bəlkə də dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
      Heç şübhəsiz ədəbiyyat tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası,  dramaturgiyası ilə yanaşı  məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində tarixi roman yazan müəlliflərimiz kifayət qədər olmuşdur və bu gün də bu ədəbi proses davam edir. Bununla belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir müəllif yadıma gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad qarışıq, həm də müraciət etdiyi tarixi dövr və hadisələr barədə zəngin bilik və informasiya tələb edir. Onun tariximizi dərindən bilməsi, ictimai özünüdərk, vətənpərvərlik, vətəndaşlıq mövqeyi, Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərində keçdiyimiz çətin və şərəfli yolu, həm də səhvlərimizi öz əsərlərində əks etdirən və tarixdən ibrət götürmək üçün bir çağırış edən Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin əsas səbəbləridir, Bu istək həm də onun vətəndaşlıq, dövlətçilik, milliyyətçilik mövqeyindən irəli gəlr.  Qeyd etdiyim kimi Yunus Oğuz çox məhsuldar bir yazıçıdır. Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr edilir, dərsliklərə salınır, dərsdənkənar oxu ədəbiyyatı kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı keçirilir, haqqında araşdırmalar aparılır, tamaşaya qoyulur, həmin əsərlər əsasında ssenarilər yazılır, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda müxtəlif çoxsaylı mükafatlar, ödüllər alır. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 30 -a yaxın ölkədə 50-dən çox kitabı nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin və dəyərlərinin dünyada tanıdılmasında, təbliğində mühüm rol oynayır və bütün bunlar Yunus Oğuzun xalqına vətəninə, dövlətinə xidmət nümunəsidir.
       Yunus Oğuzun 44 günlük Vətən müharibəsi və   qələbəmizə həsr olunmuş “Cığır” romanı bu mövzuda son illər yaradılmış ən dəyərli əsərlər sırasındadır. O, “Cığır”ı qibtə ediləcək bir sürətlə yazdı. Ümumiyyətlə, sürətli yazı Yunus Oğuz yaradıcılığı üçün xasdır ki, bu da onun yaradıcılıq stixiyasından irəli gəlir.  Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır ki, mövzu müəlifin içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Onun tarixi romanlarının adlarına, əsərdə nəql olunan hadisələrə və bu əsərlərin baş qəhrəmanlarına diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində fəaliyyət göstərmiş türk dünyasının hökmdarlarına, sərkərdələrinə, dövlət xadimlərinə və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr olunmuşdur ki, burda da müəllifin əsas məqsədi “Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan”və tarixdən ibrət götürməkdən ibarətdir
      Son vaxtlar “Olaylar” qəzetinin səhfələrində dərc olunan parçalardan aydın olur ki, Yunus Öğuz “Türk etnonimləri və törələri” adlanan daha bir qiymətli əsər üzərində işləyir və  hiss olunur ki, bu əsər türklük və türkçülük elminə daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha da zənginləşirəcək. 
      Yunus Oğuzun şəxsiyyəti də yaradıcılığıl və fəaliyyəti kimi bütövdür.Tanrının verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik, sürətli və məhsuldar yaradıcılıq, təvazökarlıq və sadəlik, dövlətçilik, milliyətçilik, türklük və türkçülük, turançılıq onun yaradıcılığı üçün xarakterikdirsə, peşəkarlıq, operativlik, yenilik, qərəzsizlik, vətənpərvərlik, vətəndaşlıq onun publisistikası üçün xarakterikdir və o, şəxsi keyfiyyətləri ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı ilə həm də son dərəcə təvazökar, təkəbbürdən uzaq, sadə, səmimi, hay-küydən kənar, dövlətinə, xalqına, vətəninə, dostluğa sədaqət nümunəsi, mövqeyinə görə həm özünə, həm də qarşı tərəfə münasibətini dəyişməyən bir şəxsiyyətdir.
       Yunus bəy bu günlər 65 illik yubileyini qeyd edərək yaşının müdriklik çağına qədəm qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırm. 
 Ramiz GÖYÜŞ,                                                                                    
                                                                                                                                 

Ulusal yaddaşın gözətçisi- Dr. Yunus Oğuz – 65

Ulusal yaddaşın gözətçisi

Zaman öz hökmünü yürüdür: unudulacaq olanı silir, qalacaq olanı yazır. Tarix isə o zamandır ki, unudulacaq olanı unutmaz, qalacaq olanı isə bəzən görməz. Bu paradoksun içində  insan çıxır ortaya – həm zamana, həm tarixə səslənir. Həm dünəni qoruyur, həm bugünü yazır, həm də sabaha söz ismarlayır. Türk dünyasının, Qafqazların, can  Azərbaycanın belə miqyas, səciyyə və səviyyə nümayiş etdirən aydınları olub, bugün də var, gələcəkdə də olacağına inamımız sabitdir. Bu gün həmin kateqoridən olan çağdaş aydınlarımızdan biri haqqında söz açmaq istəyirəm. Jurnalistikamızın, tarixi romançılığımızın, ümumən ictimai fikrimizin (necə deyərlər) çağdaş yaddaş mühəndislərindən biri, (belə demək mümkünsə) kulturoloji keçidlərdə keşik çəkən ruhi güc ustalarından olan Dr. Yunus Oğuzu nəzərdə tuturam. Yunus bəy ömrünün 65-ci addamacından keçmək ərəfəsindədir. Yunus bəy builki yubileyini respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmini yolunda tarixi Zəfərimizin 5-ci ildönümünün qeyd olunacağı, “Konstitusiya və Suverenlik İli”ndə keçirmək bəxtəvərliyini yaşayır. Onun 65 illik yubileyi milli mətbuatımızın 150 illik əlamətdar yubileyi ilə üst-üstə düşür. Nə gözəl təvafüqlüklərdir! Qutlu olsun!

Yunus Oğuz – publisist kimi indiki zamanın üzərinə işıq salır, roman müəllifi kimi oxucunu keçmişin labirintlərində uhulət-suhulətlə gəzdirir. Bu iki görəvin yükümlüsü olmaq – sanki iki qütbdə ulusal varlığın sözlə qorunması aktı, faktıdır.

Sözün arxasında fikir, fikrin arxasında sorumluluq duranda bir başqa cür olur.
Yunus Oğuz adının yanıbaşında bir brend də var: “Olaylar”!
“Olaylar” təkcə bir agentlik, yaxud qəzet deyil; o, vaxtın ürək döyüntülərini duyan, duyduran və onu toplumla bölüşən bir ulusal platforumdur. “Olaylar”ın qurucu-Baş redaktoru Dr. Yunus Oğuz – mətbuatı yalnız informasiya ötürücüsü kimi deyil, ulusun düşüncə ehtiyacını qarşılayan bir institut kimi görür. Mənə elə gəlir, o, mətbuatı öz varlığı qədər ciddiyə alıb. Bu, təsadüfi deyil. Çünki onun mətbuatdakı varlığı, bir növ ümumtürk yaddaşının informasiya ilə təmas xəttinə çevrilib.

Ustadlar ustadı Əhməd bəy Ağaoğlu ulusu maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görür və milli mətbuatı milli varlığın əksi sayırdısa, XX yüzil sonu-XXl yüzil başlarında Yunus Oğuz kimi aydınlarımız o fikri irsi davam və inkişaf etdirmə yolunu izləyirdi. – “Olaylar” həmin izlənimin, duyğu, düşüncə və fikrin təcallalarından biriydi. “Olaylar”, ümumən Yunus bəyin yazıb-yaratdıqlarının toplusu müstəqillik illərimizin vicdanı kimi yorumu haqq edir deyənləri haqqlı sayıram.

Yaddaşla təkbətək

Yunus Oğuzun romanları – özəlliklə “Çingiz Xan”,
“Sultan Alparslan”, “Atabəy Eldəniz”, “Əmir Teymur. Zirvəyə doğru”, “Əmir Teymur. Dünyanın hakimi”,
“Təhmasib Şah”, “Səfəvi Şeyxi”, “Nadir Şah” və digərləri – sadəcə tarixi hadisələri bədii dillə yorumlamır. – Onlar itirilmiş yaddaşı geri qaytarmaq üçün ideoloji xəritə dəyərindədir. Hər bir obraz, hər bir süjet xətti bir ismarıc daşıyır: “Unutma! Xatırla! Özün ol”! 
Əlbəttə, “Ovçu”, “Cığır” kimi əsərlərlə – günümüzün  hadisələrini tarixi roman fəzasına qaldıran da Yunus Oğuz oldu. Necə ki  “Qədim Anadolu və Azərbaycan türkləri” (2002), “Türkün tarixinə yeni bir baxış” (2006), “Türkün gizli tarixi” (2010), “Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında” (2011) və b. elmi-publisistik əsərlərdə də Yunus Oğuz imzası vardır. Turançı ruh – onda ülkü ilə yanaşı, möhkəm mövqe məsələsidir.
“Keçmişdən gələcəyə nə daşıyırıq? – Tarix ibrətdir” fəlsəfi-tarixi-publisist düşüncələr, “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir” felyetonlar, “Mən Şuşada yazıram” esselər toplanmış kitablar da haqq etdikləri masada, rəfdə və internet resurslarında…

Onun tarixi romanları, əslində, bir ulusun psixoloji zədələrinə və kimlik parçalanmalarına qarşı dirəniş manifestidir. Bu romanlarda qəhrəmanlarla yanaşı, yaddaşın özü qəhrəmana çevrilir. Belə bir fikir var ki,  Yunus Oğuz tarixə ideoloji bərpaçı kimi deyil, mənəvi xilaskar kimi yanaşır – keçmişə qayıdaraq gələcəyi qoruyur… – Bu qənaətə şərikəm.
Bəli, 
Yunus Oğuz üçün Turan ideyası romantik duyğu deyil. O, Turanı tarixi gerçəkliklərlə, mədəni yaddaşa və siyasi sorumluluğa dayanan bir çağırış kimi ortaya qoyur. Əgər Turan onun romanlarında daha çox irs kimi görünürsə, publisistikasında bu, geosiyasi mövqe kimi formalaşır.

Biz bəzən “aydın” sözünü çox asan işlədirik. Dr. Yunus Oğuzun timsalında bu söz yeni anlam qazanır. O, aydınlığı kabinetdən küçəyə, tribunadan roman səhifələrinə, qəzet başlıqlarından ulusal ruha daşımağı bacaran insandır. Onun çalışmaları – fikrin etirazla, sorumluluğun isə göstərişsiz qürurla müşayiət edildiyi bir ömürdür.
Bəs yubiley necə? – Yubiley – aydınlar üçün yaşın yuvarlaq tamamlanması ilə birgə, bir yolun bəşəriləşməsi, ruhi gücün topluma nüfuzetməsidir (ictimai şüura hopmasıdır). Yunus Oğuz – bu ruhi gücün daşıyıcısı, ulu sözün gözətçisidir.

Biz də bu yazı üzrə, sözümüzün sonuna yetişmişkən, 
65 yaşı, sadəcə bir təqvim göstəricisi kimi görmədiyimizi deməliyəm. Bu yaş – ulusun düşüncə və yaddaş tarixinin çağdaş dönəmində bir iz, bir cığır, bir yol, bir imza dəyərində səciyyəlidir. Bu gün bu yazıda bu Yunus Oğuz imzasıdır. Həm ulusal, həm mədəni, həm ictimai xadim imzası!
Qutlu olsun!

Əkbər QOŞALI,

şair

Tarixin söz elçisi – Yunus Oğuz -65


Tarixin söz elçisi

    Yunus Oğuz türk tarixində iz qoymuş şəxsiyyətlər və hadisələr vasitəsilə milli kimliyimizi, mədəniyyətimizi, dəyərlərimizi incə, fəlsəfi  mesajlarla dünyaya çatdırmağı qarşısına məqsəd qoyan bir yazıçı kimi müasir ədəbiyyatımızda müstəsna yerə sahibdir. Yazıçı bütün əsərlərində türk xalqlarının min illik tarixi ilə bağlılığı qoruyub saxlayaraq, bir millət olaraq kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi anladır. O, əsərlərində tarixin gələcəyimizə təsir edə biləcək dərslərini ön planda tutaraq böyük türk tarixinin necə formalaşdığını etap-etap təsvir edir, gənclərimizi öz tarixi kimliklərini kəşf etməyə dəvət edir.
    Yunus Oğuzun əsərlərində hər bir sözün, cümlənin və hadisənin strukturda özünəməxsus yeri vardır. Mətnin hər bir elementi  fəlsəfi, tarixi, mədəni  filtrdən keçirilərək, həmin  tarixi dövrün ruhunu zərgər dəqiqliyi ilə  çatdırmağa xidmət edir. Yazıçı, bəzən bir cümlə ilə bir insanın bütün həyatını, onun mübarizələrini,
arzularını və xəyallarını ifadə edə bilir. Bu, onun yazı üslubunun ən güclü cəhətlərindən biridir; çünki bir cümlə, bəzən bir romanın dərinliyini, bir insanın həyatının bütün çalarlarını özündə cəmləyə bilir. 
Yazıçının yazı üslubu, bədii dili zənginliyi ilə yanaşı, sadə və anlaşılan olması ilə də seçilir. O, mürəkkəb tarixi konsepsiyaları sadə, lakin bədii cəhətdən təsirli bir şəkildə geniş oxucu kütləsinə çatdırmağı bacarır. Yunus Oğuz, bədii dilin imkanlarından istifadə edərək, tarixi şəxsiyyətlərin və hadisələrin sosiokultural kontekstini açır, oxucunu həmin dövrün atmosferinə daxil edir. 
Yunus Oğuz oxucuya təqdim etdiyi tarixi-bədii fakturalarda  təsvir etdiyi dövrün sosiopolitik kontekstinə xüsusi diqqət yetirir, millətin tarixin labirintlərində necə formalaşdığını bədii müstəvidə məharətlə əks etdirir. Yazıçı tarixi hadisələri yalnız faktlar silsiləsi kimi təqdim etmir, eyni zamanda bu hadisələrin arxasında duran insan duyğularını, cəmiyyətin ruhunu və sosial dinamikaları da ön plana çıxarır.Onun əsərlərindəki dərin fəlsəfi qatlar bir tərəfdən milli özünüdərkin, digər tərəfdən isə insanın daxili mübarizələrinin geniş bir panoramasını təqdim edir. 
    65 yaşına qədəm qoyan Yunus Oğuz, ədəbiyyat sahəsindəki zəngin yaradıcılığı ilə yalnız milli kimliyin formalaşmasında tarixin rolunu vurğulamaqla kifayətlənmir, eyni zamanda gənclərə də öz köklərini unutmamağı, mədəniyyətlərini yaşatmağı və gələcək nəsillərə ötürməyi öyrədir. Onun əsərləri, dərin tarixi və mədəni konteksti ilə gənc nəslə öz kimliklərini tapmaqda və bu kimliyi qorumaqda kömək edir. Yunus Oğuzun yaradıcılığı, bütün aspektləri ilə ümumtürk gəncliyinə bir çağırışdır: “Tarixinizi bilin, mədəniyyətinizi yaşadın, gələcəyinizi formalaşdırın!” Bu mesaj, gənclərin öz köklərinə bağlı qalmasının və mədəni irsi yaşatmalarının nə qədər vacib olduğunu önə çıxarır. Yunus Oğuz bütün yaradıcılığını ifadə edən bu mesajla gəncləri yalnız keçmişlə bağlı olmağa deyil, eyni zamanda bu keçmişi gələcəyə daşımağa da təşviq edir.

Elnarə QARAGÖZOVA ,

Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi

YUNUS OĞUZUN YAZILARI

QARAGÖZOVA ELNARƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru