Su Su, Hava, Hər yerdə çirklənmə. Biz plastiklə nəfəs alırıq. İnsanlar okeanda zibillərin arasında üzür. Biz isə təmiz atmosfer gözləyir, xoşbəxt olmaq istəyirik. Amma insanlar şəhərləri və ölkələri zəhərlə bombalayırlar. Ətraf mühitin sağlamlığından danışırıq, amma biz — insanlar — özümüz çirkləndiririk. Özümüzə hörmət etmirik, təbiətə hörmət etmirik. Tanrı rolunu oynayırıq. Zəlzələlər yaradırıq, yağış yaradırıq, tayfunlar yaradırıq. Bir gün Yer “bəsdir” deyəcək və insan pis davranışına görə rədd ediləcək.
Rəy
Şair: Kujtim Hadjari Bu şeir insanın ətraf mühiti məhv etməsinə və özünü məhv edən davranışlarına qarşı güclü və birbaşa tənqiddir. Burada incəlik yoxdur — bu, qəzəb və xəbərdarlıq dolu bir fəryaddır. Şair bildirir ki, bizim müdaxiləmiz nə müdrikdir, nə də ilahi — bu, təbiətin sistemlərinə qarşı təkəbbürlü və təhlükəli bir müdaxilədir. Yer kürəsi üçün yaratdığımız təhlükəni izah etdikdən sonra, şair mətni peyğəmbərcəsinə bir xəbərdarlıqla tamamlayır. Yer canlı bir varlıq kimi təqdim olunur və bir gün dözüm həddinə çataraq “bəsdir” deyəcək. “İnsan rədd ediləcək” — bu, son və sarsıdıcı nəticədir. Sadəcə cəzalandırılmaq deyil, rədd edilmək — sanki bədən yad cismi qəbul etmir və ya ev sahibi paraziti qovur. Bu o deməkdir ki, Yer özünü xilas etmək üçün insanı kənarlaşdıracaq. Bu şeir ekoloji-apokaliptik bir xəbərdarlıqdır. O göstərir ki, bəşəriyyətin çirklənməsi, zorakılığı və təbiəti təkəbbürlə idarə etmə cəhdi ayrı-ayrı problemlər deyil — bunların hamısı eyni xəstəliyin əlamətləridir: “Bizi yaşadan canlı sistemə fundamental hörmətsizlik.” Şairə görə bu yol intihara aparır. Əgər biz dağıdıcı, parazit bir qüvvə kimi davranmağa davam etsək, Yer (iqlim fəlakətləri, ekosistemlərin çökməsi və ya özümüzün zəhərlədiyimiz mühit vasitəsilə) planetimizi bizim üçün yaşanmaz edəcək. Bu şeir təbiətlə qarşılıqlı bağlılığımızı gec olmadan dərk etməyə çağırışdır. Qısaca desək: Biz öz yuvamızı zəhərləyirik və əgər dayanmasaq, oradan qovulacağıq. Bu, Yer üzündə yaşayan hər kəs üçün davranışını dəyişməyə çağıran bir müraciətdir.
1987-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Tovuzluyam, Köhnəqala kəndində anadan olmuşam.
Müstəqil Azərbaycanın ilk hərbi jurnalistlərindən biriyəm. 1992-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Hərbi bilik jurnalında redaktor kimi fəaliyyət göstərmişəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Ehtiyatda olan mayoram.
2003-2008-ci illərdə “Qızıl əsr” qəzetinin təsisçisi və baş redaktoru olmuşam. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nin sifarişi ilə teatr, kino sahəsində kitablarım çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin (1995) üzvüyəm. Prezident təqaüdçüsüyəm. 50-yə yaxın kitabın müəllifiyəm. Gənclər bəlkə də məni tanımır. Ancaq Azərbaycan mətbuatında imzama peşəkarlar bələddir. Medianın İnkişafı Agentliyi nin fəaliyyətini yaxından izləyirəm. Həmkarlarımın mükafatlandırılmasını görüb, sevinirəm. Bu il 65 yaşım tamam oldu. Jurnalist kimi fəaliyyətimin 40 yaşı tamam olacaq. Heç vaxt mükafat və təltif haqqında yazmamışam. Heç düşünməmişəm də… Ancaq haqqım olanı istəmək məncə təbiidir. Düşünürəm ki, müvafiq qurumlar bu yazını oxuyacaq. Salamat qalın!
“Həməşəra” Mətbu Orqanı – 10 il (Bir mətbu orqanın təqdimatı və 10 illik hesabatı) “Həməşəra”: Müasir və doğma Cəlilabadın qədim adıdır. Bu ad əslində “Ən böyük şəhər” mənasını yetirən və zaman ötdükcə fonetik baxımdan dəyişikliyə uğramış “Əbərşəhr” sözünün təhrif olunmuş formasıdır. Bu il özünün 10 illik yubileyini qeyd edən “Həməşəra” müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı da məhz həmin tarixi və qədim adı daşıyır. Mətbu orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19.03.2020 tarixində № 4297 ilə qeydiyyata alınmışdır.
Yaranma tarixi: “Həməşəra”: müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı 01.10.2015 tarixində Bakı şəhərində təsis edilmişdir. Mətbu orqanın ilk təsis mərhələsi “Facebook” sosial şəbəkəsi üzərində həyata keçmiş və internet üzərindən fəaliyyətə başlamışdır. Lakin 2020-ci ilin ikinci yarısından (2020, iyul) etibarən rüblik mətbu orqanı olaraq məhdud tirajda nəşr edilməyə başlamışdır.
Adın dəyişdirməsi: “Həməşəra” mətbu orqan 01.10.2015 tarixindən etibarən 08.10.2021 tarixinə kimi “Cəlilabad” olsa da, 08.10.2021 tarixindən bu günədək “Həməşəra” adı ilə fəaliyyət göstərir.
Mətbu orqanın devizi: “Həməşəra” mətbu orqanının ilk əvvəldən istifadə etdiyi deviz (şüar) “Dəyərliləri dəyərləndirmək borcumuz və fəxarətimizdir!” cümləsindən ibarət olmuşdur. Kağız formatında çap olunan mətbu orqanın devizi isə belədir: “Hər bir millətin süqutu öz keçmiş tarixini unudarkən başlayır!”
Hədəf: “Həməşəra” mətbu orqanının əsas hədəfi çoxşaxəli və genişdir. Belə ki, bu mətbu orqan Odlar Yurdu Azərbaycan Respublikasının ayrılmaz parçası olan Muğan elləri və xüsusilə də onun ən böyük şəhəri və mərkəzi olmuş qədim Həməşəra (müasir Cəlilabad)-la bağlı aşağıda sadalanan mövzuların araşdırılması və təbliğini öz üzərinə götürmüşdür:
Tarix;
Mədəniyyət;
İncəsənət;
Folklor;
Etnoqrafiya;
Toponimlər;
Müxtəlif (siyasət, mədəniyyət, incəsənət, tarix, idman, ədəbiyyat və s.) sahələrə aid olan dəyərli insanların təqdimatı…
Yayımlanan statusların sayı: “Həməşəra” mətbu orqanının Facebook sosial şəbəkəsi üzərində fəaliyyət göstərən səhifəsində 01.10.2025-ci ildən etibarən bu günədək 3500-dən çox təbiət, tarix, mədəniyyət, incəsənət, ədəbiyyat, kitabşünaslıq, təqdimat və s. kimi müxtəlif kateqoriyalar üzrə statuslar hazırlanaraq paylaşılmışdır. Paylaşılmış statuslar isə ümumi baxımdan aşağıdakı formatda olmuşdur:
Fotoşəkil və yazılı statuslar – 95%
Video statuslar – 4%
Digər (faydalı internet linkləri və s.) statuslar – 1%.
Bəyənənlər və izləyicilər: “Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi bu günədək 4930 nəfər tərəfindən bəyənilmiş və izlənilməkdədir. Lakin paylaşılan statuslar minimum 500, maksimum 53.000 nəfər tərəfindən izlənilir.
Səhifənin izlənildiyi ölkələr: “Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi əsasən Azərbaycan Respublikasının ərazisindən, bundan əlavə digər ölkələrin ərazisindən izlənilir. Bunu ümumi olaraq aşağıdakı kimi göstərmək olar:
Azərbaycan Respublikasının ərazisindən – 95%
Digər ölkələrin ərazisindən – 5%. Burada digər ölkələr dedikdə, əsasən Rusiya, qardaş Türkiyə, Almaniya, Albaniya, ABŞ, Kanada, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s. ölkələr nəzərdə tutulur. Səhifənin izləyiciləri cinsiyyət baxımından 85% bəylərdən, 15% isə xanımlardan ibarətdir. Yaş qrupu isə 18-68 arası göstərilir.
Problemlər: Digər bütün sahələrdə olduğu kimi “Həməşəra” mətbu orqanının da təsis edildiyi ilk gündən indiyədək müxtəlif problemləri olmuş, bir sıra çətinliklərlə qarşılaşmışdır. Burada onlardan bir neçəsini sadalamaq olar:
Uzun illər boyu internet probleminin olması;
Ayrı-ayrı qərəzli və paxıl şəxslər tərəfindən heç bir sübut təqdim etmədən və əsassız olaraq plagiatda ittiham edilmək;
Min bir əzab-əziyyətlə araşdırıb yazdığım və status formasında ərsəyə gətirdiyim müxtəlif materialların dəfələrlə ayrı-ayrı media qurumları və şəxslər tərəfindən plagiat edilməsi;
Sifarişlə işləmək, görülən işlər qarşısında pul almaq, yaltaqlıq, məddahlıq və s. bu kimi ittihamlara qarşılaşmaq;
Dəyərləndirmə mədəniyyətinin formalaşmadığından görülən işlərin ayrı mənada anlaşılması…
Uğurlar: “Həməşəra” mətbu orqanının təsis edildiyi gündən bu günədək bir sıra mühüm uğurlara imza atılmışdır. Onların daha önəmli olanlarını aşağıdakı kimi sadalamaq olar:
Cəlilabad və onun qədim və tarixi adı olan Həməşəra adının ölkə və beynəlxalq səviyyədə şöhrətlənməsi və tanıdılması;
Doğma yurdumuzun dəyərli simalarının tanıtdırılması və təbliğ edilməsi, əslində isə cəmiyyət üçün gözəl örnəklərin göstərilməsi və dəyərlərin təbliğ edilərək yaşadılması;
Dəyərləndirmə mədəniyyətinin formalaşmasına dəstək verilməsi;
Mətbu orqan nəzdində “Həməşəra” Fəxri Diplomunun təsis edilməsi və indiyədək doğma Cəlilabaddan başqa Bakı, Lənkəran və Yardımlıdan olan, eyni halda müxtəlif sahələrdə uğurları və xidməti olan 50-ə yaxın dəyərli insana təqdim edilməsi.
Mətbu orqan nəzdində ədəbiyyat sahəsində “Nizami Gəncəvi” Fəxri Diplomunun təsis edilməsi və indiyədək Cəlilabad ədəbi mühitindən olan 6 tanınmış qələm əhlinə təqdim edilməsi;
Aşağıda adları sadalanan kitab, monoqrafiya və təqdimat əsərlərinin ərsəyə gəlməsi və işıq üzü görməsi:
“Kamillik zirvəsinin fatehi” (Hacı Paşa Rüstəmovun təqdimat);
“Müdrik insan” (Cahangir Muradovun təqdimatı);
“Cəlilabad Güləş Məktəbi”;
“Qələm tutan incə əllər (Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ərsəyə gəlmiş və nəşr olunmuş ilk təqdimat əsəri);
“Şəhla Rəvan zirvəsi” (Şəhla Rəvanın təqdimatı)… Bundan əlavə, indiyədək Muğan ellərinin tarixi və mədəniyyətinə aid olan aşağıdakı xəritələr də hazırlanmışdır:
“Qədim Muğan şəhərlərinin xəritəsi” – 2020;
“Muğan zonasının müasir rayonları” – 2022;
“Küp qəbirləri xəritəsi” (Azərbaycan Respublikası ərazisində tapılmış küp qəbirlərinin xəritəsi) – 2022;
“İran ərazisində yerləşən Muğan zonasının müasir rayonları” – 2022;
“Qədim Muğan diyarı və onun şəhərlərinin xəritəsi” – 2025;
“Həməşəra şəhərinin xəritəsi” (Qədim Həməşəra şəhərinin kordinatları) – 2025… Sonda “Həməşəra” mətbu orqanı çərçivəsində qədim diyarımızın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və milli-mənəvi dəyərlərimizə davamlı, daha geniş və faydalı xidmətlərin həyata keçirilməsini arzulayır, bu sahədə bizə dəstək olan bütün səmimi və dəyərli insanlara öz səmimi təşəkkürümü bildirirəm!
22.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…
Heç vaxt yaradıcılığında plan tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…
“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.
Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…
Deyir ki:- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”
Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”
“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.
Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə insanları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…
Bəli, dekabrın 23-ü nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 64 yaşı tamam olur. Onu həm ad günü və həm də qarşıdan gələn təzə il münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram! – I>>Elçin Hüseynbəyli
Bu gün “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlıların Azərbaycan SSR-in Kür Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarının qəbul edilməsindən 78 il keçir.
Qərara əsasən 1948-1950-ci illərdə ümumilikdə 100 min azərbaycanlı kolxozçunun köçürülməsi nəzərdə tutulmuşdu. 1948-ci ildə 10 min adam, 1949-cu ildə 40 min adam, 1950-ci ildə isə 50 min adam Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməli idi.
ГРОЗА ФАШИСТОВ В ЮГОСЛАВИИ И ИТАЛИИ ВО ВРЕМЯ ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ АЗЕРБАЙДЖАНЕЦ “МИХАЙЛО”!
Сегодня исполнилось бы 107 лет Герою Советского Союза, отважному партизану и умелому разведчику, прославившегося своими дерзкими диверсиями против немецких оккупантов во время Второй мировой войны в Италии и Югославии, славному сыну азербайджанского народа Мехти Гусейнзаде.
Он родился в 1918 году 22 декабря в Баку. С самого детства любил литературу и живопись. Мехти прекрасно рисовал, играл на таре и писал стихи. После школы он поступил в Бакинское художественное училище и по окончанию училища продолжил учёбы на факультете французского языка в Ленинградском институте иностранных языков.
Планам Мехти стать литератором помешала война. В августе 1941 года 22-летний комсомолец Гусейнзаде вступил в ряды Красной Армии, и после окончания Тбилисского военно – пехотного училища ушёл на фронт.
Попав тяжелораненым в плен, он был отправлен с эшелоном военнопленных в Берлин, где задался целью бежать, чтобы бороться с фашистами. Мехти свободно говорил по-русски, по-азербайджански и по-французски, прекрасно рисовал, имел незаурядные способности к языкам и актёрскому мастерству. Поэтому освоить немецкий язык для него не составило особого труда. Через некоторое время его вместе с другими перебросили в Италию.
Ему удалось в 1943 году убежать к югославо-итальянским партизанам. Необыкновенная дерзость, которой восхищались друзья и отдавали должное враги, была осмысленным расчетом военного стратега, умевшего четко планировать задуманные операции, учитывать реалии немецкой военной машины, которую он досконально изучил.
Воинские подвиги Гусейнзаде, начавшего работать под подпольной кличкой “Михайло”, перечислить сложно – здесь и минирование железнодорожного полотна, и пущенные под откос немецкие воинские эшелоны, и взорванные автомашины с немецкими солдатами, и захваты “языков”, и подорванные мосты. Он учил партизан рисовать топографические карты, готовил взрывчатку, разрабатывал диверсионные планы, был прекрасным организатором.
В апреле 1944 года в результате устроенного Михайло взрыва кинотеатра недалеко от Триеста погибло 80 и было ранено более 100 фашистов. Потом был налёт на немецкие солдатские казармы, где погибло и было ранено 450 солдат и офицеров. Мехти взорвал казино, где погибло 250 солдат и офицеров, потом типографию, где печаталась фашистская газета.
За голову Михайло было обещано 300 тысяч марок, но это не заставило его остановиться. Творческая натура Мехти помогала в проведении операций с переодеванием. Как-то Гусейнзаде в форме немецкого офицера технической службы проник на аэродром противника и с помощью мин замедленного действия взорвал два самолета и 25 автомашин, а через несколько дней в форме немецкого офицера он подъехал на мотоцикле к фашистской роте, находившейся на учебном марше, расстреляв из автомата более 20 солдат и исчез. Форма офицера вермахта помогла Михайло и в ходе другой операции, когда он организовал налёт на местную тюрьму, освободив 700 военнопленных и захватив начальника тюрьмы. Налётчиков было трое, но немецкое радио сообщало о трехтысячной партизанской дивизии.
Всего в результате диверсий, организованных Гусензаде в 1944 году, было убито и ранено более 1000 немецких солдат и офицеров.
В ноябре 1944 года дом, в котором Михайло остановился после выполнения очередного задания, был окружен фашистами. Он вступил в бой, имея лишь две лимонки и пистолет. Силы были неравны. Последний патрон Мехти Гусейнзаде приберёг для себя, выстрелив в сердце…
Его могила находится в городе Триест. Долгое время о подвиге Михайло в Советском Союзе ничего не знали. Югославы и итальянцы сообщили об этом советскому руководству, вернее азербайджанской стороне. После этого начался тщательный сбор материалов о подвигах Михайло.
В апреле 1957 Указом президиума Верховного Совета СССР Мехти Гусейнзаде было посмертно присвоено звание Героя Советского Союза.
Фильм о нём «На дальних берегах», прошедший по всем экранам СССР, имел оглушительный успех. Но после просмотра фильма итальянцы и югославы сказали, что в фильме показан только 5% подвигов Михайло…
В 2018 году в Украине в честь 100-летия Мехти Гусейнзаде была выпущена 2000 почтовых марок в оборот. В том же году Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о проведении 100-летнего юбилея Мехти Гусейнзаде.
OLMAYAN QUYRUĞU BULAMAQ (Azad Qaradərəlinun “Atavizm” hekayəsindən yaranan yarıciddi, yarızarafat ovqat)
Ruhun şad olsun, Mirzə Cəlil.
Yazıçı Azad Qaradərəli bir “quyruqlu hekayə” yazıb, adı da “Atavizm”. Atavizm bəzi canlılarda əcdadlarından qalma qalıqların təkamül nəticəsində yoxa çıxmasından sonra yenidən yaranmasıdır. Terminin “ata” hissəsi sizi çaşdırmasın. Həmin qalıq atada da ola bilər, anada da. Məsələn, quyruq. Quyruq insan təşəkkül tapdıqca – “meymun insana çevrildikcə”, yaşamaq uğrunda mübarizə gərginləşdikcə heyvanlarda əlavə funksiya daşımasa da, bəni insanda çoxfunksiyalı orqana çevrilib. İndi işi çətinə düşəndə, dar macalda, canına qorxu dolanda, xüsusilə maddi durumu pisləşəndə asanlıqla, tər tökmədən, abır-həya bilmədən vəziyyətdən çıxmaq üçün ən asan üsul quyruq bulamaqdı. Nə olsun ki, quyruğun yoxdur, ancaq keçmişdə quyruq bitib sonra yoxa çıxan əzanı məharətlə oynatmaq bəs edir ki, əlavə “devident” əldə edəsən. Yəni quyruq “vəfasızlıq” etsə də, bulamalı arxa öz yerindədir. İnsan sürü “mədəniyyəti”ndən çoxdan ayrılsa da, təbəqələşdikcə, yaşamaq, mübarizə təcrübəsi artdıqca anladı ki, bu dünyanın işləri quyruqsuz, arxasız düzəlməyəcək. Başın, bədənin ən “etibarlı qoruyucusu” elə arxada ingilis bayrağı kimi yellənən quyruqdu. Çoxları təkamülün atasına rəhmət oxuyur ki, nə yaxşı quyruqlarını gözəgörünməz edib, rahatca öz işini görə bilirlər, mənsəbə, sərvətə, rahat kürsüyə yol məhz quyruğun mütəhərrikliyindən keçir. İllər keçdikcə, bədii söz yaradıcıları çoxaldıqca, aralarında yarınmaq, sarayda təlxəklik etmək uğrunda gərgin və amansız rəqabət yarandıqca quyruq (elə “arxa” da oxuya bilərsiniz) bulamağın dürlü-dürlü funksiyaları yarandı Rudiment orqanların (funksiyasını itirmiş) yeni funksiyaları sivilizasiyanın eybəcər işləkləridir, “istedad”ın varsa daha yaxşı yaşayacaqsan. O vaxtdan quyruqlu və arxalı qələm sahibləri bizə ögey atalar sırımaq, soy-kökümüzü qarışdırıb yolumuzu, milliliyimizi həftəbecər etmək üçün quyruqlarını işə saldılar. Sən demə, obamıza işıq verən Lenin “babamız”mış, lampa da “babamız”ın atası İliçinmiş. Leninin başqa “ata”ları da varmış – Marks, Engels. Engels bizə öyrətdi ki, bəs meymunun insana çevrilməsinin səbəbi əməkmiş. Qabaq ətraflarımız qul əməyi ilə məşğul olmaq üçün dikəlmək lazımmış. Belə çıxır ki, qul əməyi ilə məşğul olmayanlar dördayaqlılardır. Əslində Engels düz deyirdi, uzaqgörən idi. İndi sərvət qazanmaq üçün iki əl yox, bircə quyruq kifayətdir. Təki bulamağı bacarasan. Bacarmasan, vay halına! Acından ölməmək üçün əlləş ki, əlləş. İnsana çevrilmədik, belimiz yenidən büküldü, geriyə, insandan hansısa məzlum varlığa doğru “təkamül” yolu seçdik. Yazarlarımız da sadəlövh və müti varlıq yaratmaqda davam etdilər. Bizi aldada-aldada öz yalanlarına özləri də inandılar. Şanlı kommunizm yolu ilə “işıqlı” gələcəyə yorulmadan irəlilədik, “xariqələr yaradır el Sumqayıtda” oxuya-oxuya gənclik şəhərini qoca “ölü zona”ya çevirdik, “qardaş olub Hayastan Azərbaycan” əzbərləyə-əzbərləyə xain, nankor, tamahkar “qardaş”la səngərdə üz-üzə gəldik. Cəfər Cabbarılının tuğlu Allahverdisi və İmamverdisi kimi. Ruhun şad olsun, Cəfər Cabbarlı! Görəsən quyruq bulamaq nə vaxtdan qalmış incə “sənət”di? Sosializmdən qalıbsa, ondan əvvəl yaşayanlar necə dolanıblar? Yəqin sosializmdən əvvəl “məmur” adlı yeddimədəli müftəxor canlı olmayıb. Eh… Nədən şikayət edirəm özüm də bilmirəm. İşlədik, işlədik, gözəgörünməz quyruğumuzu bulamağı bacarmadıq da. Qürur imkan vermədi. Nə yaxşı ki, qüruru bulamaq olmur. Yazıçının təhkiyəsi ilə desək, doğrudan da “nağıldı, tamaşadı insan həyatı… Bir də şeir… “Yoxdan var olan…” Azad müəllimin “quyruqlu hekayə”sinin epiqrafındakı qarğışına mən də şərikəm: “Bizə sırınan ögey atalarımızın ruhu şad olmasın heç!”…
Əmək fəaliyyətimdə xüsusən son 24 ili xüsusilə gərgin və vacib hesab edirəm. Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azertac News Agency-da 24 il işləmişəm. Özü də necə illər! Fəxr edirəm ki, bu illərdə ölkəmizə qarşı informasiya blokadasının yarılmasında mənim də xidmətim var. Müstəqillik əldə etmiş ölkəmizin, dövlətimizin xarici siyasətinin təbliğində mühüm rolu olan beynəlxalq sənədlərin, Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin mühüm çıxışlarını, bəyanatlarını, müraciətlərini, digər rəsmi sənədləri, siyasi və beynəlxalq aləmdə respublikamızın haqlı mövqeyini müdafiə edən minlərlə informasiyanı, vacib sənədləri xarici dillərə OPERATİV tərcümə edib dünyaya yaymışıq.
Bu illər ərzində Cənab Prezidentimizin əhəmiyyətini dönə-dönə vurğuladığı informasiya müharibəsinin bir əsgəri olmuşam. Ölkəmizə qarşı ədalətsiz fikir və mövqelərin sındırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan Azertac News Agency-ın olduqca gərgin və OPERATİV işində mən də öz töhfəmi vermişəm. Bəzən elə olurdu ki, tərcümə etdiyim mühüm sənəd birbaşa Prezidentin stoluna gedirdi. Məsuliyyət böyük idi. Milli-mənəvi dəyərlərimizə aid neçə-neçə kitabın tərcüməçilərindən biri olmuşam.
Ömrümün üçdə biri Azertac News Agency-da keçdi. Buradakı zəhmətimin mükafatı olaraq “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olundum. Fəxr etməyə dəyər!
p.s. Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurasının sədri hörmətli Reshad Mecidi uzun illərdi ki, qiyabi tanıyırdım və hər cəhətdən dost hesab edirdim, bu il Reshad Mecid məni iki dəfə təltif və təbrik edib – fevral ayında 75 illik yubileyimdə və indi… Çox təşəkkür edirəm!