Şükranım (Dünyanı vaxtsız tərk etmiş əziz qızım Şükran üçün)
Sən getdin doğmalar qaldı yaralı, Biz necə yaşayaq səndən aralı. Gün-gündən pisləşir atanın halı, Məni çox yandırır sənsizlik dərdim, Kaş sənin yerinə özüm ölərdim.
İnana bilmirəm hələ də sağam, Dözsəm bu acıya qayayam, dağam. Düşünmə ki, səndən cismən uzağam, Bilirsən ki, qızım cəsur, comərdim, Kaş sənin yerinə özüm ölərdim.
Heç sənin ətrindən doymadım gülüm, Səni qəfil alıb apardı ölüm. Bu necə dözülməz iztirab, zülüm, Dərdindən alışdım, yandım, əridim, Kaş sənin yerinə özüm ölərdim.
Cəlilabad rayonu – 15.01.2026
Sakit Üçtəpəli, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair
Layihə rəhbəri: İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
Mən öldüm — amma heç kimin hiss etmədiyi yerdə. Bədənim diri qaldı, öz içimə isə dəfn edildim. O vaxtdan bəri hər səhər oyanıram, güzgüdə görürəm ölü əksimi.
Ağactək kəsildim, dağtək yıxıldım. Sonsuzluğun sonsuz sərhədində mən qum idim – ədəbi səhraya sovruldum.
Mən su idim — axıb gedərək çayıma qoşula bilmədim, dəniz olub coşa bilmədim. Başqa dünya adamı idim, dünyama qovuşa bilmədim.
Mən dəfələrlə öldüm: hər bir xəyanətdə, hər bir zülmdə, hər bir sükutda. Amma yenə dirildim – İlahi ədalətdə, uca sevgidə.
Göyü qaldırdım ürəyim, çiyinlərimlə – ona görə bükülmüşəm. Mən Allahı axtarmadım. Mən Ondan qaçmadım da. Mən yalnız içimdəki boşluğu, EŞQİ dinlədim.
Boşluq deyil, — müqəddəs çağırış idi. Onun adı — əbədi həyat! Ona görə mən indi cavab vermirəm. Mən yanıram. Yanmaq isə – ən saf ibadət. Və əgər bir gün mən büsbütün kül olsam, bilin: bu son deyil. Əbədi ibtidanın başlanğıcıdır!
05.02.2026
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
SÜKUTA HOPMUŞ ÜRƏK
Qəlbimi sükut sarıb, Mən artıq danışmıram. Öz-özümə parçalanıram, Gözlərimdən səbr axır, Bu göz yaşı deyil, Ürəyimin axan qanıdır.
Heç qışqırmadım. Qışqırmaq acizliyin dilidir. Mən sükutu seçdim- Məni yeyib bitirdi.
İçimdə kimsə qalmadı, İçimdəki mənim dirildi. Əyilsəm də sınmadım. Ağrılarım çoxaldı, Qəlbimdə tufanlar qopdu, Ahım şumşək kimi göyləri yardı.
Yalanlarla yaşamadım. Vicdanım yol vermədi. Dünya yalançı olsa da, Doğru yaşamaq istədim.
Daha az hiss edib, az düşünsəydim, Çox az inansaydım, bəlkə də asan yaşardım. Amma mən asan yaşamaqçün doğulmamışam.
Tərcümə: Cahangir Namazov Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
“HƏR ŞEY YAXŞI OLACAQ!” (Cavadlının “Hökümə” poeması haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu gün söhbətimizi tanınmış şair, publisist, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabiti Mahir Cavadlnın “Hökümə” poeması əsasında qurmağa çalışacağam. Azərbaycan ədəbiyyatında faciə mövzusu həmişə xüsusi bir yer tutub. Tariximizin ağrılı səhifələri, xalqımızın üzləşdiyi sarsıntılar və qəhrəmanlıq nümunələri poeziyada öz bədii əksini taparaq həm yaddaşa çevrilib, həm də gələcək nəsillərə mənəvi dərs olub. Tanınmış şair və jurnalist, Qarabağ müharibəsi veteranı Mahir Cavadlının 2025-ci ildə “Füyuzat” nəşriyyatında çap olunan “Hökümə” poeması da məhz belə əsərlərdən biridir. Redaktoru şair-publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli olan, ön sözü yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin qələmindən çıxan bu 86 səhifəlik poema təkcə bir ədəbi nümunə deyil – o, həm də milli yaddaşın poetik ifadəsidir. Zemfira Məhərrəmlinin ön sözündə qeyd olunduğu kimi, “Hökümə” poeması ötən ilin dekabrında Bakı–Qroznı reysi ilə uçan, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə həsr olunub. Rusiyanın hava məkanında silahlı müdaxiləyə məruz qaldığı bildirilən və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan bu təyyarədə həyatını itirən ekipaj üzvlərinin və sərnişinlərin əziz xatirəsinə ithaf edilən poema, ağrının poetik memorialıdır. Faciə yalnız azərbaycanlılara deyil, müxtəlif millətlərdən olan insanlara da toxunmuşdu. Hər kəs öz arzusu, istəyi, ailəsi, doğması üçün səfərə çıxmışdı. Lakin taleyin acı hökmü bu arzuları yarımçıq qoydu. Məhz bu məqamda şairin qələmi tarixin və taleyin sərt hökmünü sənət hökmünə çevirir. Poemanın adı – “Hökümə” – çoxqatlı məna daşıyır. Bu söz həm hüquqi qərarı, həm taleyin qaçılmaz yazısını, həm də zamanın sərt hökmünü xatırladır. Mahir Cavadlı bu adı seçməklə sanki oxucunu düşünməyə vadar edir: bu hökmü kim verdi? Müharibələr, siyasi ambisiyalar, məsuliyyətsizlik, yoxsa taleyin özü? Şair hadisəyə yalnız informativ yanaşmır; o, faciəni insan taleləri prizmasından təqdim edir. Zemfira Məhərrəmlinin vurğuladığı kimi, əsərin bədii siqləti, təsir gücünü artıran təsvirlər, ağrılı gerçəyin emosional təqdimatı oxucunu hadisənin içinə aparır. Oxucu yalnız məlumat almır – o, yaşayır, hiss edir, sarsılır. Mahir Cavadlı Qarabağ müharibəsi veteranıdır. Onun yaradıcılığında vətənpərvərlik, ədalət, şəhidlik, milli ləyaqət mövzuları daim ön planda olub. “Hökümə” poemasında da bu xətt davam edir. Lakin burada pafoslu çağırışdan çox, dərin hüzn, sükut içində qopan fəryad var. Bu poema bir tərəfdən konkret bir hadisəyə reaksiya olsa da, digər tərəfdən müasir dünyanın təhlükəli reallıqlarına işarədir. İnsan həyatının siyasi oyunlar qarşısında necə kövrək və müdafiəsiz qalması, günahsız insanların faciə qurbanına çevrilməsi əsərin alt qatında açıq şəkildə hiss olunur. Şair bu hadisəni yalnız yas mətni kimi qələmə almır. O, qəhrəmanlıq məqamını da önə çəkir. Təyyarə heyətinin son ana qədər məsuliyyət və peşəkarlıq nümayiş etdirməsi, insanların həyatını xilas etmək üçün göstərilən fədakarlıq poetik dillə ucaldılır. Beləliklə, faciə yalnız itki deyil, həm də insanlıq dərsi kimi təqdim olunur. “Hökümə” poeması bir daha sübut edir ki, ədəbiyyat yalnız estetik zövq üçün deyil, həm də tarixi yaddaşın qorunması üçündür. Şair hadisəni sənədləşdirmir – onu mənalandırır. O, statistik rəqəmləri insan talelərinə çevirir, xəbəri duyğuya, faktı fəlsəfəyə yüksəldir. Zemfira Məhərrəmlinin ön sözü əsərin dəyərini və aktuallığını vurğulayaraq oxucunu mətni daha diqqətlə oxumağa istiqamətləndirir. Onun təqdimatında “Hökümə” yalnız bir poema deyil, zamanın sarsıdıcı çağırışına ədəbi cavabdır. Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təkcə bir taleyin poetik salnaməsi deyil, həm də mərdliyin, fədakarlığın və milli-mənəvi dəyərlərin bədii manifestidir (səh. 46): “İyirmi sərnişin gəlsin qabağa!” – Deyəndə bilirdin ölüm var öndə. Bu misralar artıq ilk baxışdan oxucunu dramatik situasiyanın içinə salır. Burada adi bir çağırış yox, ölümün gözünə dik baxan iradə var. Şair qəhrəmanını tərəddüdsüz qərar verən, taleyin hökmünü öz üzərinə götürən bir obraz kimi təqdim edir. “Özün öndə olub hökmü verəndə” ifadəsi həm də əsərin adına – “Hökümə”yə semantik bağ yaradır. Höküm burada həm taleyin hökmü, həm də vicdanın, məsuliyyətin verdiyi qərardır. Poemada təsvir edilən situasiya – düşən təyyarə, alov, su, ölüm təhlükəsi – real hadisə fonunda qəhrəmanlıq aktını daha da ucaldır. “O iyirmi nəfərdən sədd, divar qurmaq, / Özünü alova… oda atmaqdır” misraları qəhrəmanın özünü başqalarına sipər etməsini simvolizə edir. Bu, fiziki fədakarlıqdan daha artıq – mənəvi böyüklüyün təcəssümüdür. Poemanın diqqətçəkən cəhətlərindən biri də vicdan amilinin ön plana çəkilməsidir (səh. 46): “Kimin qınamağa haqqı var indi, Bu vicdan yükünü çəkə bilməzdin.” Burada müəllif oxucuya sual ünvanlayır, amma cavabı da misraların özündə gizlidir. Qəhrəmanın seçimi elə bir mənəvi ucalıqdır ki, onu qınamaq yox, anlamaq və dəyərləndirmək lazımdır. Mahir Cavadlı qəhrəmanını mifləşdirmir, onu real, hiss edən, anlayan bir insan kimi təqdim edir. Lakin bu insan öz daxili əxlaq kodeksinə sadiq qalaraq ölümün üzərinə gedir. Əgər “qabaqda sıralar alınmasaydı”, “bütün sərnişinlər məhv olacaqdı” – deyə (səh. 46) müəllif qeyd edir. Bu isə qəhrəmanlığın təsadüfi deyil, zəruri və xilasedici xarakter daşıdığını göstərir. Deməli, “Hökümə” poeması fərdi şücaətin kollektiv xilasa çevrilməsinin bədii salnaməsidir. Parçanın davamında – “Son səs… Son nəfəs …” sərlövhəli bölümün sonunda (səh. 47) müəllif ümumiləşdirici bir mövqeyə keçir: “Bax, buna deyərlər mərdlik, dəyanət, Hər zaman beləmi düşün bir anlıq.” Bu misralar artıq konkret hadisədən çıxaraq ümumbəşəri və milli dəyər səviyyəsinə yüksəlir. Qəhrəmanlıq yalnız bir epizod deyil, millətin yaddaşında yaşamalı olan örnəkdir. “Var olsun qəhrəman yetirən millət” ifadəsi (səh. 47) ilə müəllif fərdi igidliyi xalqın mənəvi gücü ilə əlaqələndirir. Bu kontekstdə “Hökümə” poeması təkcə bir insanın taleyi deyil, həm də Azərbaycan insanının xarakter portretidir. Mərdlik, dözüm, iradə – bunlar müəllifin qəhrəmanında cəmlənmiş milli keyfiyyətlərdir. Poemanın “Yolumuz Turanadı” (səh. 47) başlıqlı hissəsi isə əsərin ideya coğrafiyasını genişləndirir. Burada artıq fərdi qəhrəmanlıqdan Türk dünyası miqyasına keçid edilir (səh. 47): “Qazaxstan, Turan yurdu, Ulu yurd, qədim diyar…” Bu misralar göstərir ki, müəllif üçün qəhrəmanlıq anlayışı yalnız bir hadisə ilə məhdudlaşmır. O, bu ruhu Turan ideyası, qardaşlıq, ortaq tarix və mədəniyyət kontekstində təqdim edir. “İki dost, iki can bir” ifadəsi (səh. 47) Azərbaycan–Qazaxıstan qardaşlığının poetik rəmzinə çevrilir. Beləliklə, “Hökümə” poeması həm fərdi qəhrəmanlıq dastanı, həm də Türk birliyi ideyasının poetik tərənnümüdür. Bu ideoloji xətt əsərə publisistik çalar verir, onu sırf lirik mətn olmaqdan çıxarıb ictimai-mənəvi manifest səviyyəsinə qaldırır. Mahir Cavadlı jurnalist təfəkkürünə malik şairdir (ixtisaslı mütəxəssis – peşəkar jurnalist – BDU). Bu xüsusiyyət poemada aydın hiss olunur. Mətn həm emosional, həm də faktoloji dinamika daşıyır. Hadisə konkret, təsvirlər yığcam, mesaj isə aydındır. Şair pafosa qapılmadan yüksək emosional ton yarada bilir. Poemanın dili sadə, lakin təsirlidir (Bu keyfiyyət də məhz onun təhsili ilə bağlıdır – təəssüf ki, hazırda BDU jurnalistika fakültəsində Azərbaycan dili bir fənn kimi tədris olunmur. Bu hal gənc məzun-mütəxəsislərin bütün fəaliyyətndə hiss olunur). Bədii ifadə vasitələri şişirdilmədən, təbii axarda təqdim olunur. Bu isə oxucunun hadisəni göz önündə canlandırmasına, qəhrəmanın daxili aləmini hiss etməsinə imkan yaradır. Bu poema oxucunu düşündürür: insanı ucaldan nədir? Həyatın özü, yoxsa başqaları üçün fəda edilən həyat? Mahir Cavadlı bu suala misralarla cavab verir – insanlıq dünyanı yaşadan hissdir. Və o hissin adı mərdlikdir, dəyanətdir, vicdandır. “Hökümə” – son səsin, son nəfəsin içindən doğulan əbədi bir söz abidəsidir. Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təqdim olunan parça əsasında həm lirik, həm də ictimai-ruhi yükü ilə seçilən, kədər və qürurun vəhdətində yazılmış təsirli bir elegiyadır. Bu əsər yalnız bir insanın itkisinə həsr olunmuş mərsiyə deyil, həm də milli xarakterin, qadın mərdliyinin və mənəvi ucalığın poetik salnaməsidir. Poemanın “Axan göz yaşları…” (səh. 68) başlığı ilə başlayan hissəsi oxucunu dərhal nisgil və sarsıntı mühitinə aparır. Şair “Dərd-sərdən aram-aram / Qəm hopur əklillərə” misraları (səh. 68) ilə ağrının tədricən bütün varlığı bürüdüyünü göstərir. Burada kədər bir anlıq emosional partlayış deyil, için-için yanan, şəkillərə baxdıqca yenidən alovlanan bir yanğıdır. “Gülüş donub gözlərdə” ifadəsi (səh. 68) isə itkinin miqyasını daha da dərinləşdirir – həyatın təbii axarını dayandıran, sevincin donduğu bir məqam təsvir olunur. Şairin dili sadədir, lakin bu sadəlik içində böyük psixoloji ağırlıq var. Bu, publisistik düşüncə ilə lirik duyğunun qovuşduğu nöqtədir. Poemada Hökümə yalnız fərdi taleyi ilə deyil, mənəvi keyfiyyətləri ilə təqdim olunur. “Qəhrəman Şaşa, İqor, / Od ürəkli Hökümə” misraları (səh. 69) onun ailə və toplum kontekstində mövqeyini göstərir. Burada qadın obrazı zəiflik simvolu kimi deyil, “od ürəkli”, mərd, dayanıqlı bir şəxsiyyət kimi təqdim edilir. Digər hissədə isə şair onu“millətimin mərd qızı” (səh. 69) adlandırır. Bu ifadə artıq fərdi çərçivəni aşaraq obrazı ümumxalq səviyyəsinə yüksəldir. Hökümə konkret bir insan olmaqla yanaşı, Azərbaycan qadınının rəmzinə çevrilir – sədaqətli, vətənpərvər, saf niyyətli. Poemada ilahi ədalət və tale qarşısında acizlik duyğusu da diqqət çəkir.“Tanrım, nolar cavab sor / Fələk verdiyi hökmə” misraları (səh. 68) bir növ metafizik etirazdır. Burada şair qəzəblənmir, lakin sual verir. Bu sual həm şəxsi, həm də ümumbəşəri xarakter daşıyır: niyə yaxşılar tez köçür? niyə saf ürəklər sınağa çəkilir? Eyni zamanda“cin-şeytanın kələyi”, “iblislər can alacaq” kimi (səh. 69) ifadələr ictimai eyham daşıyır. Şair yalnız bioloji ölüm faktını deyil, zamanın mənəvi aşınmasını, dəyərlərin sarsılmasını da qabardır. Bu isə poemanın publisistik qatını gücləndirir. Əsərin ən diqqətəlayiq cəhətlərindən biri onun ümidsizliklə bitməməsidir. Şair Hökümənin səsini “bizə əmanət” adlandırır və bu əmanətin məğzi bir cümlədə ifadə olunur(səh. 69):“Hər şey yaxşı olacaq!” Bu fikir poemaya fəlsəfi bütövlük verir. Ölüm fiziki sonluq olsa da, mənəvi davamlılıq qalır. “O mərdlik, o dəyanət / Ürəklərdə qalacaq” misraları göstərir ki, insanın əsl ömrü onun qoyduğu izlə ölçülür. Mahir Cavadlının jurnalist təcrübəsi bu poemada aydın hiss olunur. O, emosiyanı pafosa çevirmir, kədəri süni bəzəmir. Dil aydındır, səmimidir, birbaşa oxucunun qəlbinə yönəlir. Publisistik məqamlar – millət, hikmət, həqiqət, yurdsevərlik kimi anlayışlar – lirik axını pozmur, əksinə, onu dərinləşdirir. Poema həm fərdi ağrının ifadəsidir, həm də milli-mənəvi dəyərlərin manifestidir. Burada qadın obrazı müqəddəsliklə deyil, real həyatın içində – ailəsi, övladları, mübarizəsi ilə birlikdə ucaldılır. Mahir Cavadlının “Hökümə” poeması müasir Azərbaycan ədəbiyyatında faciə mövzusunun yeni və təsirli bədii ifadəsidir. Bu əsər həm ağrının poetik təcəssümü, həm də insanlıq, məsuliyyət və yaddaş haqqında dərin düşüncədir. “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında və ümumən müasir Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusunun uğurlu poetik nümunələrindən biri kimi dəyərləndirilə bilər. Əsər ölümün astanasında verilən qərarın mənəvi böyüklüyünü, vicdanın hökmünü və millətin yetirdiyi qəhrəmanların ölməzliyini tərənnüm edir. “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında həm emosional, həm də ideya baxımından sanballı bir nümunədir. Bu əsər oxucunu təkcə kədərləndirmir, həm də düşündürür; həm ağladır, həm də ümid verir. Bu poema göstərir ki, insanın böyüklüyü ömrünün uzunluğu ilə deyil, mənəvi işığı ilə ölçülür. Hökümə obrazı da məhz belə bir işıqdır – sönsə də, izi qalan, adı yaşadıqca nur saçan bir işıq. Faciələr unudulduqda təkrarlanır. Ədəbiyyat isə unutmağa imkan vermir. “Hökümə” də məhz bu missiyanı daşıyır – zamanın hökmünü sənətin hökmü ilə əbədiləşdirmək. Bu poema həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də gələcək nəsillərə ünvanlanan mənəvi bir çağırışdır: insan həyatının dəyərini unutmaq olmaz. Ədəbiyyat yaşatdığı müddətcə, onların xatirəsi də yaşayacaq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. 11.02.2026. Bakı.
Юрий Гагарин и Валентина Терешкова находятся в кафе «Молодежное» на улице Горького в Москве (1963 год). В бокале у первого космонавта — молочный коктейль. В те годы в СССР молочные коктейли были невероятно популярны. Их готовили в специальных миксерах «Воронеж», смешивая мороженое (обычно пломбир), молоко и сироп (яблочный или шиповниковый). Стоило такое удовольствие от 10 до 15 копеек.
Şeyx Şamilin oğlanları ilə son şəkli Şeyx Şamil təslim olduqdan sonra Həccə getmək üçün çardan icazə alır. Məkkəyə yetişəndə Həcc zamanında Şeyx Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökümət idarəçiləri onu Kəbənin üzərinə çıxardırlar. Bu, Həzrət Əlidən sonra İmam Şamilə qismət olan şərəf idi. Şeyx Şamil Həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə gedir. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələnir və 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumur.