Cahangir NAMAZOV – AZƏRBAYCANA

AZƏRBAYCANA

Bu qədər ürəkdən sevmək olarmı,
Üzünü görmədən bir başqa yeri.
Adı çəkiləndə ruhum sevinir,
Odur ürəyimin xoşbəxtlik sirri.

Xəyalım dolaşır küçələrində,
Qayalar dil açır Qobustandakı…
Alov qüllələri boylanır, baxır,
Salam söyləyirəm, eşidir Bakı!

Dənizin nəfəsi, küləyin səsi
Hicran yanğısıtək toxtamaz bir an…
Laylası məst edər gözəlliyilə
Qoynuna çağırar əziz Abşeron.

Sən məğrur, əbədi, qədim tarixsən,
Müdrik gələcəkdən xəbərdar, agah…
Qədim qalaların, gözəl bağların,
Köksündə cəmlənib Gəncə və Qazax.

O çay kollarının ətrin duyuram,
Yaşıl yarpaqlayır duyğular hər an.
Astara səsləyir: gəl, qardaş, deyə,
Limonlu çay süzür mənə Lənkəran.

Mingəçevir- səntək hey işıq saçır,
Çoşur ilhamım da səndən başlayır.
Mənə çox doğmasan, elə əzizsən,
Çünki gül qoynunda dostum yaşayır!

Dünya dərdlərindən yorulur könül,
Rahatlıq və hüzur axtarır bu can.
“Şükr elə” deyərək səccadə sərib,
Əlimə bir təsbeh verir Naxçıvan.

Qırmızı almalar, yaşıl almalar,
Quba tərəflərdə gözüm qalıbdır.
Xaçmazın o geniş, xoş yaylaqları
Ürəyimə vətən eşqi salıbdır.

Şoran olsa belə , bərəkəti bol,
Nə qədər təmizdir, xoşdur həyatı.
Döyünən qəlbidir hər sətirimin
Şirvan və Salyanın şərəfli adı.

Sarsıtdı, çox yordu nisgil, iztirab,
Şəkillərdən sənə həsrət baxıram.
Səni hiss edərək qucaqlayıram,
Səninlə göylərə uçuram,Aran.

Azərbaycan, böyük sevgimsən mənim,
Kədərim, sevincim — sənə bağlıdır.
Özüm Özbək oğlu, türk oğlu türkəm,
Amma duyğularım Qarabağlıdır.

Ey mənim görmədən sevdiyim diyar,
İstəyim də sənsən, arzum da sənsən.
Hüsnünə dastanlar söyləsəm yetməz,
Sözüm aciz qalır, can Azərbaycan!

30.03.2026.

Cahangir NAMAZOV,

Azərbaycan dilinə uyğunlaşdıran: AYSEL XANLARQIZI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şanlı tariximiz aprel döyüşləri

Şanlı tariximiz aprel döyüşləri

Aprel döyüşlərinin 10 illiyini yad edirik.
10 il öncə aprel döyüşləri tarizimizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələn bu döyüşlər nəticəsindəTərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
2016-cı ilin aprel ayının 1nən -5-nə baş vermiş bu döyüşlər, xalqımızın qəhrəmanlığını, mübarizliyini və Vətənə bağlılığını bir daha dünyaya göstərdi.
Döyüşlərin taktiki və strateji əhəmiyyəti, düşmənin cəbhədəki mövqelərinin qurluşu, itkilərin miqyası, həmçinin bu döyüşlərin Azərbaycan xalqının azadlıq mübarizəsində yaratdığı psixoloji gücünü vurğulamaya bilmərik.
Bir də qeyd edim ki, bu döyüşlər atəşkəsin ləğvini sürətləndirdi, hərbi potensialın bərpasını və yeni bir dönəmin başlanğıcını müəyyən etdi.
“Aprel döyüşləri taktik baxımdan strateji mövqelərin ələ keçirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Lələtəpə və Talış yüksəkliklərinin alınması cəbhədəki tarazlığı dəyişdi, bizim Ordumuzun ruhunu, birliyini gücləndirdi. Bu döyüşlər, xalqımız üçün bir simvol oldu və atəşkəsin dağıldığı o günlər Azərbaycan tarixində yeni bir mərhələ açdı.”
“Aprel döyüşlərində düşmənin zəif istiqamətləri bizim üçün aydın oldu, xüsusən də onların müdafiə xətləri səthindəki boşluqlar və koordinasiyadakı çatışmazlıqlar üzə çıxdı. Eyni zamanda, güclü istiqamətlər də məlum oldu, məsələn, Lələtəpə və Talış istiqamətində onların müdafiəsi xüsusilə möhkəm olması. Bu, gələcək strateji planlarımız üçün əhəmiyyətli dərəcədə məlumat verdi.”
Əlavə olaraq, Aprel döyüşləri bizim ordumuza həm döyüş təcrübəsi qazandırdı, həm də strateji planlamada çevik qərar vermə bacarığını artırdı. Operativ taktikada biz daha sürətli qərar vermək, koordinasiyanı gücləndirmək və mövqelərin müdafiəsini daha effektiv qurmaq bacarığı əldə etdik.
Ümumi itkilərin sayı, təxminən
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı, 320-dən çox düşmən məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu döyüşlər bir daha təsdiqlədi ki, işğalın sonu yaxınlaşib.
Bu döyüşlər, Azərbaycan Ordusunun gücünü, vətənpərvərliyini və qətiyyətini bir daha sübut etdi. Biz, bu xatirəni yaşatmalı, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmalıyıq. Mən, müharibə iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Anar Quliyev, Qəhrəman şəhidlərimizi ehtiramla yad edirəm.
Ümid edirəm ki, yaxın vaxtlarda
Səhid qardaşım Raquf Orucov və silahdaşları layiq olduğu ada layiq görüləcəkdir. Xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı var.
Sərəncama əsasən 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, 7 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni, 1 hərbi qulluqçusu 2-ci dərəcəli və 4 hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 hərbi qulluqçusu “Vətən uğrunda” medalı, 43 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 45 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı, 2 hərbi qulluqçusu “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Allah şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad olsun.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR