Bu gün görkəmli dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın doğum günüdür

Bu gün görkəmli dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın doğum günüdür

26 mart tanınmış dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olduğu gündür.
Dəyərli yazıçımızı böyük hörmətlə yad edirik!

Mahmudov Sabit Kərim oğlu – Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — “Pozğun” 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Bəstəkar Emin Sabitoğlunun atasıdır.
Musiqişünas Ceyran Mahmudovanın babasıdır.
Yazıçının əsərləri aşağıdakılardır:
Hekayələri:
“Şirin bülbül”, “Qudurğan”, “Mir Qasımın macəraları”, “Kölgələr”, “Mirzəkələntər”, “Xəyal plov”, “Nikolay taxtdan düşdü”, “Qohumlar”.
Povestləri:
“Vəfasız”, “Son faciə”.
Pyesləri:
“Toy”, “Xoşbəxtlər”, “Aşnalar”, “Aydınlıq”, “Əliqulu evlənir”, “Yalan” və s.
Romanı:
“Nina”.
Ruhu şad olsun!

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir