Təvəkkül Goruslu – XINCILOVZ

Kiməsə bu şeir qəribə gələ bilər, amma bu göyərtini axtaranda elə bil öz kəndimizi axtarırdıq.

XINCILOVZ

Göyərti bazarda üst- üstə, dəst- dəst,
Piştaxta üstündə qalıblar sərbəst,
Səni axtarmaqdan olmuşduq zirdəst,
Nəhayət tapıldın, ay xıncılovuz.

Adını bilən var, bilməyən də var,
Eşidib gülən var, gülməyən də var,
Sevincim bölən var, bölməyən də var,
Nəhayət tapıldın, ay xıncılovuz.

Ağappaq gərdanın yumurta kimi,
Yamyaşıl qolların könül həkimi,
Ləzzətin ayılda, bayılda kimi,
Nəhayət tapıldın, ay xıncılovuz.

Bir yanda qırxbuğum, bir yanda xəzəz,
Qırmızan yeyəni tanınaz mərəz,
Gicitkən təbibə, loğmana əvəz,
Nəhayət tapıldın, ay xıncılovuz.

Alındı intiqam, alındı qisas ,
İndi də Zəngəzur sualdır əsas,
Ağ siman Gorusa , Ağbulağa xas,
Nəhayət tapıldın, ay xıncılovuz!

14. 04. 2025.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir