Bu günlərdə yazıçı-dramaturq Pərvinin “Hava limanı” kitabı Türkiyədə işıq üzü görüb. Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə Turay yayın evində ərsəyə gələn kitabda müəllifin “Xalis xilas”, “Dəniz aptek”, “Ala qarğa”, “Yollar yorğunu”, “Serpantin”, “Hava limanı”, “Xəyanət”, “Kəfən pulu”, “Piqmalion”, “Avara bağı”, “Çarəsiz yalan” hekayələri və “Mən öləndə ağlama” monopyesi yer alıb. Sözügedən hekayələri və pyesi türkcəyə çevirib Türkiyədə geniş oxucu auditoriyasına təqdim edən Azərbaycan ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı, istedadlı qələm adamı İmdat Avşardır.
Pərvinin “Hava limanı” kitabı
Qeyd edək ki, müəllifin “Mən öləndə ağlama” lirik monotamaşası 2019-cu ilin payızında Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb, eyni zamanda 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılanıb. Geniş oxucu kütləsinin və izləyicilərin rəğbətini qazanmış əsərə gənc rejissor Ayla Bəhramqızı Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verib, pyesdəki Leyla obrazını isə istedadlı aktrisa Səbinə Məmmədova canlandırıb. Həmçinin ötən il Diyarbakırda Mordem Sənət Mərkəzinin yaradıcıları Savaş və Barış İşıq qardaşlarının təşəbbüsü ilə Pərvinin “Qadın” kitabının imza günü də baş tutub.
Azərbaycan mənəviyyatının başkəndi sayılan Şuşaya həsr olunmuş “Çarəsiz yalan”, müəllifin yaşam səbəbi olan yeganə övladının xilaskar missiyasından bəhs edən “Xalis Xilas”, qədim yunan əsatirini əks etdirən “Piqmalion”, Qarabağ qazisinin yaşantılarının ən incə cizgilərinə qədər xatirəyəbənzər söhbət şəklində oxucuya təqdim edən “Yollar yorğunu” və digər hekayələrin Türkiyəli oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.
Xatırladaq ki, “Hava limanı” Pərvinin “Anar dünyası”, “Balerin”, “Sevdim səni” və “Qadın” kitablarından sonra Türkiyədə işıq üzü görən beşinci kitabıdır.
Ayətxan Xiyad – İsgəndərov “Ziyadar” Mükafatına layiq görülüb – N: 066 25.03.2021.
Azərbaycan Yazıçılarvə Jurnalistlər birliklərinin üzvü,yazıçı-jurnalist, tədqiqatçıAyətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edib: AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.
Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosent.
ON İKİNCİ YAZI
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.
Qısa arayış:
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.
27.06. 2017. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14.dərc olunub.
Azərbaycan Yazıçılarvə Jurnalistlər birliklərinin üzvü,yazıçı-jurnalist, tədqiqatçıAyətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb.
İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Xanım Nərgiz Musayeva Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində tədris prosesinin təşkilndə, xüsusi ilə əyani vəsaitlərlə təminatında fəal iştirak etdiyinə görə “Vintsas” Mükafatı ilə təltif olunub. Laureatı təbrik edir, yeni-yeni uöurlar arzu edirik! Uğurlarınız bol olsun, Nərgiz xanım!
Zaur Ustacın tanınmış yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və xüsusi tərtibatında “Gülüzənin şeirləri” adlı yeni kitabı işıq üzü görüb. Kitab məktəbəhazırlıq qrupları, digər məktəbəqədər uşaq müəssisələri və gənc valideyinlər üçün nəzərdə tutulmuş metodik tədris vəsaitidir. Kitabın elektron variantı var.
Tanınmış Azərbaycan yazıçısı, filoloq alim Akif ƏLİ “Azman” adlı kitabına görə “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif olunub.
AKİF ƏLİ N: 065 24.03.2021. – BAKI.
Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Akif müəllim!!!
Sehran Allahverdinin sərgidə iştirak şəhadətnaməsi.
Tanınmış şair-rəssam Sehran Allahverdi Türkiyədə – Sakarya – təşkil olunmuş beynəlxalq sərgidə uğurla iştirak edərək yüzdən çox ölkənin qatıldığı tədbirdə Azərbaycanı şərəflə təmsil etmişdir. Bu münasibətlə sənətkarı təbrik edir, yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Sehran müəllim!!!
Uzun yıllardır federasyonumuzda başarılı çalışmalar yapan Azerbaycan başkanımız Sona İsmayılova, Askef genel kurulunda yeniden seçilerek, Azerbaycan başkanı ve Orta Asya ülkeleri örgütlenme sorumlusu olmuştur.Kendisine görevlerinde başarılar dileriz.