Kateqoriya arxivləri: WWW.USTAC.AZ

İLAHƏ QƏHRƏMAN – BÖYÜK ADAM

İlahə Qəhrəman – yazar.

BÖYÜK ADAM

                                           (hekayə)

        Nərmingilin ailəsi böyük deyildi. Bacısı Nuranədən yeddi yaş, qardaşı Fikrətdən isə dörd yaş kiçik idi. Sonbeşik olduğu üçün evdə hamı onun nazını çəkir, qeydinə qalırdı. Amma Nərmin balaca olduğunu qəbul etmək istəmirdi. Fikirləri, arzuları o qədər böyük idi ki, ona balaca deyəndə əsəbləşirdi.

     Nərmin ağ bənizli, sarışın, gur saçlı idi. Güləndə al dodaqlarının arasından cərgə ilə düzülən mirvari dişlərinin parıltısı yaşılımtıl gözlərindəki işıltıya qarışıb üzünü nura boyayırdı. Zərif qaməti, incə səsi ilə nağıllardakı pəricikləri xatırladırdı. Qardaşı Fikrət Nərmini çox istəyirdi, amma zarafatından da qalmırdı. İmkan tapan kimi “balaca” deyə qızı cırnadırdı. Anası Fikrətə dediyi sözə görə acıqlananda uzaqdan işarə barmağı ilə baş barmağını üç santimetrlik məsafədə tutub pıçıltı ilə “Bu boydasan” deyib, qızı özündən çıxarırdı. Hərdən bacısına uzaqdan baxıb altdan-altdan güləndə də “O mənə ürəyində “balacasan” deyir” qışqıran Nərmin böyükləri güldürürdü.

    Uşaqların üçü də çalışqan idilər. Nərmin həkim olmaq istəyirdi., amma nə həkimi olacağına qərar verə bilmirdi. Hüquqşünas olmağı arzulayan bacısının da həkim olmasını istəyirdi.

    İllər ötdü. Uşaqlar böyüyüb təhsil aldılar. Nüranə arzuladığı kimi hüquqşünas olmuşdu. Şəxsi hüquq məsləhətxanasını yaratmış, əsasən qadınların haqlarının qorunması uğrunda mübarizə aparırdı. Ailədə, cəmiyyətdə qadın zorakılığına qarşı çıxır, bütün qadınları xoşbəxt görmək istəyirdi. Çünki bilirdi, yalnız qadını təhsilli, azad, xoşbəxt olan xalq inkişaf edə bilər.

         Fikrət jurnalist olmuşdu. Bütün dünyanı gəzir, məhşur insanlarla görüşür, məqalələr yazır, televiziya verilişləri hazırlayırdı. Müxtəlif sahələrdə çalışan xeyli sayda dostları var idi. Məktəb yaşlarından indiyə qədər dostluqları davam edən Eldar ilə bir kanalda çalışırdılar. Hər səhər görüşüb ya Fikrətin, ya da onun maşınında işə gəlirdilər.

         Həftənin cümə günü idi. Fikrət saat 8:00-da efirə gedəcək verilişi hazırlamaq üçün sübh tezdən işə gəlmişdi. Dəhlizdəki səs-küyü eşidib, nə baş verdiyini öyrənmək üçün qapını açar-açmaz xəbərlərin aparıcısı qonur gözlü, sarışın qız olan Sevda:

         -Eldarı maşın vurub-deyərək pilləkənlər tərəfə qaçdı. Bir anlıq donub qalan Fikrət Sevdanın arxasınca qaçıb çölə çıxdı. Eldar asfaltın üstündə huşsuz vəziyyərdə uzanmışdı. Gicgahından zədə aldığı aydın görünür, yaradan qan axırdı. Təcili yardım maşını gəldi. Eldarı ehtiyyatla xərəyə uzadıb, maşına qoydular. Fikrət veriliş üçün hazırladığı materialların yerini Sevdaya söyləyib maşına, Eldarın yanına qalxdı. Həkimin sözlərinə məhəl qoymayıb: “Neyrocərrahiyyəyə gedirik”-dedi. Yolda Fikrət mobil telefonla kiməsə zəng edib vəziyyəti danışdı. Xəstəxananın dəhlizində onları zərif, yaşıl gözlü, ağ bənizli gənc bir həkim qarşıladı. Xəstəni yerindəcə müayinə edib:

  • Əməliyyata hazırlayın-deyə, qətiyyətlə söylədi. Fikrət həkimi qolundan tutub saxladı:
  • Nərmin, yaşayacaq?

Qardaşının ümüd dolu gözlərinə baxıb heç nə söyləmədən əməliyyat otağına yollandı.

         Altı saatdan sonra xəstəni reanimasiyaya aparanda əməliyyatın uğurlu keçdiyini, xəstənin vəziyyətinin normal olduğunu tibb bacısı Fikrətə söylədi.

  • Bəs Nərmin hanı?
  • Həkim dincəlir. Bir saatdan sonra növbəti əməliyyata girəcək.

   Bu gün Nərminlə görüşə bilməyəcəyini anladı. Birdən Fikrətin yadına düşdü ki, Eldarın ailəsinə xəbər verməyib. Onlar işdə olduğunu,  axşam isə həmişəki vaxtda evə gələcəyini düşünürlər. Eldarın qardaşına zəng etmək qərarına gəldi, çünki anasına bu xəbəri qəfil söyləyə bilməzdi. Mobil telefonda Rasimin nömrəsini tapıb yığdı:

  –  Salam.

  – Əleykə salam. Səsini eşidək. Xeyir ola, Eldar olan yerdə məni yada salmısan?

Bir az ara verib:

-Kaş xeyir olaydı. Xəstəxanadayam. Gələ bilərsən?

-Nə olub ki?

-Olmuşdu. Şükür, ötdü, amma gəlsən yaxşıdı.

     İyirmi dəqiqədən sonra Rasimin hündür qaməti dəhlizin o başında göründü. Fikrət hadisəni danışanda oğlanın rəngi ağardı.

    -Özüm görmədim. İş yoldaşlarım söylədilər. Maşını dayanacaqda saxlayıb işə gələndə əlindəki buraxılış kartı yerində dayanmış bir “cip”in arxasında asfaltın üstünə düşüb. Əyilib kartı götürmək istəyəndə “cip” yerindən tərpənib. Sən demə, gecə növbəsindən çıxan Cavad müəllim maşının içində imiş. Arxada yerə əyilmiş Eldarı görməyib maşını üstünə sürüb. Gicgahına zərblə toxunan maşını yaxşı ki, anında saxlayıb. Yoxsa, Allah eləməsin, üstünə çıxa bilərdi. Bu böyük maşınların mənfi tərəfi budur da… Arxada kamera olmayanda yaxın məsafədə yerə əyilmiş adamı görmək olmur. Lap tank kimi. İçəridən qarşıdakı bir metrlik məsafəni görmək olmur. Müharibə vaxtı düşmən tankını partlatmaq üçün puskuda yaxınlaşmağını gözləyib məhz bu məsafədən içinə bomba ataraq məhv edə bilirdilər.

ikrət bütün bunları Rasimi sakitləşdirib vəziyyətdən çıxarmaq üçün uzun- uzadı söyləyirdi.

   – Sən ürəyini sıxma! Bizim Nərmin heç kimə boşuna ümid verməz. “Yaşayacaq” dediyi adama zaval yoxdur. Rasim:

   – Allah Nərmin bacının canını sağ eləsin.

Deyib, gözünün yaşını sildi.

         Səhəri gün işdən imkan tapan kimi xəstəxanya gələn Fikrət birbaşa Nərminin otağına yollandı. Üstündə iri hərflərlə “neyrocərrah N. Mehdiyeva” yazılan qapını döyüb içəri keçdi. Üzəri kağız-kuğuzla dolu böyük masanın arxasında oturan Nərmin nə isə yazırdı. Fikrəti görən kimi gülümsədi.

         -Dostun narkozdan ayılan kimi xaş istəyib. Deyəsən xaşın eşqinə düşündüyümdən də tez ayağa qalxacaq.

Bacı-qardaş xeyli güldülər. Sonra otağa sükut çökdü. Fikrət iri pəncərəyə yaxınlaşıb, Nərmini işarə ilə yanına çağırdı.

         -Nərmin, bilirsən də nə boydasan?

         -Fikrət, yenə başladın?

-O göydələni görürsən? Bax sən mənim üçün o boydasan. Deyib, bacısına sarıldı…


Müəllif: 
İlahə QƏHRƏMAN


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

AYTAC SAHƏD HAQQINDA

Aytac Sahəd – yazar.

Bu gün istedadlı gənc yazar Aytac Sahədin anadan olduğu gündür. Ad günü münasibəti ilə Aytac xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!

Aytac Sahəddən maraqlı bir yazı. Buyurun oxuyun:

Aytac Sahəd – Orxanın gəmisi

(hekayə)

Yaxşı yadımdadır, beş yaşım var idi, avqust son günlərini götürüb təqvimi, atam da özünü götürüb, bizi tərk etdi. O avqustun fəsadları, bizi bir sonrakı “avqust faciəsi”nə hazırladığını hardan bilərdik ki?! Atam elə getmişdi ki, Orxanla mən olmasaydım, bu gediş anamı da birdəfəlik aparacaqdı.

Orxan məndən altı yaş böyük olsa da, məndən daha çox əzizlənir, daha şıltaq aparırdı özünü. Ancaq bu şıltaqlığına rəğmən hamı onu çox istəyirdi. Təkcə küçəmizin uşaqlarından başqa. Orxan, anam demiş, onlara qan uddururdu. Küçədəki bütün uşaqlar ondan qorxurdu. Ona görə yox ki, o çox güclü idi, ona görə ki, heç nədən qorxmurdu. Nə qonşudakı Gülnaz xalanın itindən, nə bizi həmişə səs-küy saldığımız üçün danlayan Səfər dayıdan, nə də şırıltısından qulaq tutulan çaydan. O çay ki, orda çimməyə məhəllədəki uşaqlardan heç kim ürək eləmirdi, tək Orxandan başqa. 
Mən isə ona oxşamırdım. Hər şeydən qorxurdum, elə o itdən də, Səfər dayıdan da, çaydan da. Ən çox isə anamdan qorxurdum. Daha doğrusu, qorxduğumu düşünürdüm. Əslində mən anamı çox sevirdim deyə bu qədər sakit, bu qədər sözəbaxan uşaq idim. Mən görürdüm anamın nə çəkdiklərini. Mən gecələr qorxduğum üçün anamla yatırdım, daha doğrusu, mən yatırdım. Haçan yuxudan ayılsam, anam ya pəncərənin qabağında atamın evə gəlməyini gözləyir, ya da hıçqırıqlarını boğazına düyünləyirdi. Elə bilirdim ki, Orxan da gecələr anamla yatsa, onun ağladığını görsə, anamı incitməz. Ancaq yox, bizim Orxan ipə-sapa yatmırdı.
O lənətə gəlmiş avqustun axırları idi. Küçəmizdəki bütün uşaqlar yayla artırma dəqiqələrini oynayırdılar. Orxan da istisna deyildi. Az qala hər gün evin yaxınlığındakı çaya gedir, anam hirslənib, hay-kuy salana qədər evə qayıtmırdı. Nədənsə, həmin gün anam çox hirsli idi, nəsə hiss edirdi. 
Orxan:
-Ana, nə olar, vallah, axırıncı dəfədir, daha getməyəcəm, vallah getməyəcəm, qoy indi gedim, -desə də anam icazə vermirdi.
– Dedim ki, yox. Gedib özünü palçığa batırıb gəlirsən, yazığam axı mən, – deyib icazə vermədi, hətta Orxanın sözə baxmayacağını bildiyi üçün darvazanı baglayib, açarı cibinə qoydu.
Gəl ki, Orxan mütləq həmin gün çaya getməliydi. Ona görə yox ki, o çimmək istəyirdi, ona görə ki, ondan iki yaş böyük olan qonşunun oğlu Eldarın paltarlarını çiməndə oğurlamışdı. O da hirsindən: “Hə, qorxaq, görüm sən bir də bura gələ biləcəksənmi? Haçansa gəlsən, mən də sənin paltarlarını oğurlayacam” – deyə onu hədələməşdi. Orxan bilirdi ki, getməsə, hamı onun qorxaq olduğunu düşünəcək. Ona görə də, mütləq darvazanı açıb qaçmalı idi, amma necə, bax onu elə hey fikirləşə-fikirləşə qalmışdı. Bu vəziyyətdə onun azadlığı, mənim nə qədər cəsarətli olmağıma bağlıydı. Mən açarı götürüb qapını açmalı, ona çıxmağa kömək etməliydim. Ancaq mən çimmək istəmirdim, çünki bilirdim ki, anam əynimdəki paltarları təzə yuyub, mən onları bulaşdırsam, çox hirslənəcək. Ona görə Orxan nə qədər dilə tutsa da, razılaşmırdım, ta ki, atamın ona aldığı ağ gəmini mənə verəcəyini deyənə qədər. Axı atam mənə heç vaxt oyuncaq almamışdı, ona almışdı. Orxan mən yaşda olanda, atam daha az içirdi. Bax beləcə, Orxan gəmi ilə mənim başımı aldatmışdı, mən də anamın yanına gedib, onun başı qarışan kimi açarı götürməyi gözləyirdim. Ele bu vaxt qapı döyüldü, gələn qonşunun gəlini Elnarə xala idi. Anam bilirdi ki Elnarə xala atamdan xəbər gətirib, ona görə tez paltarları bir tərəfə qoyub, bütün diqqətini Elnarə xalaya verdi. Heç mənim açarı götürməyimə ehtiyac qalmadan Orxan açıq qapıdan sıyrılıb keçdi. Anam qaçdığını görüb, “bax, Orxan, paltarın yaş olsa, evə qayıtma, öldürəcəm səni” deyə qışqırdı. Nə bilərdi ki, qayıtmayacaq. Orxanın arxasınca da getmədi. Çünki Elnarə xala atamdan danışırdı, onun əri atamla yaxın dost idi. Anam yerində qalsa da, mən Orxanın dalınca getməliydim. Çünki açarı da verə bilməmişdim, barı gedib onun paltarlarını saxlamalıydım ki, Eldar oğurlamasın. Yoxsa o ağ gəmini mənə verməyəcəkdi. Beləcə mən anamın başı qarışan kimi tez çayın kənarına qaçdım. Orxan hələ çaya girməmişdi, məni gözləyirdi. Mən gələn kimi soyunmağa başladı və atam kimi, bir qaşını qaldırıb mənə baxdı.
– Sən indi çimməyəcəksən?
– Yox, mamam hirslənər mənə çimsəm.
– Sən həmişə belə qorxaq olmusan, həmişə, paltarlardan müğayət ol ha, – deyib, göy şalvarını da qucağıma tullayıb, bir anda suya atıldı. 
Mənim onun necə çimməyinə baxacaq həvəsim yox idi, ona görə də:
– Paltarları bax burda, daşların arasında gizlədirəm – deyə qışqırıb paltarlari gizlətdim. 
Orxan da:
– Elə yerə qoy islanmasın, yoxsa anam məni öldürəcək, – deyib, daha dərinə baş vurdu.
Mən də var qüvvəmlə gəmini Gündüzdən götürmək üçün onlara qaçdım. Orxan bir neçə gün idi ki gəmini Gündüzə vermisdi. Axı Orxanın gəmiylə oynayan yaşı deyildi. Mən də çox pis olmuşdum, axi niyə mənə yox, Gündüzə vermişdi. Onsuz da onun atası içmirdi. Gəmini Gündüzdən götürüb, axşama düşdüm. Yolboyu “birdən Orxan sözünün üstündə dayanmaz, gəmini alar” deyə düşünürdüm.
Ancaq Orxan bu gəmini məndən hec vaxt almadı.
Mən qayıdanda çayın kənarında heç kim yox idi. Axı Orxan burda olmalıdır, paltarları burdadı. Orxan, Orxan! Nə qədər çağırdım, cavab gəlmədi. Çayın ətrafına baxdım, Orxan yox idi. Onda elə bilirdim ki, sular təkcə gəmiləri batıra bilir, ona görə ağ gəmini bərk-bərk özümə sıxıb, Orxanın paltarlarını götürüb evə yollandım. Elə bilirdim Orxan evdədir, çünki mən, ancaq gəmilərin batdığını eşitmişdim, insanların da bata biləcəyindən xəbərim yox idi. Və “Orxan hardadı” sualına bir cavabım var idi. Yəqin sudan çıxıb, məni tapa bilməyib, mən paltarı daşın altına qoyanda hansı daş olduğunu da görmədi, yəqin uşaqlardan kimsə ona paltar gətirib, o da evə gedib deyə düşünə-düşünə evin darvazasına çatmışdım. Darvaza da açıq idi. Həyətdə də çoxlu adamlar vardı. “Nə baş verir burda? Anam niyə ağlayır? Orxan haradadır?” düşünə-düşünə heysiz şəkildə ağacın dibində ağlayan anamın “Orxan öldu, balam öldü” dediyini esitdim. Birdən anamın “paltarların yaş olsa, evə qayıtma, öldürəcəm səni” deyə qışqırdığını xatırladım. Tez anam tərəfə qaçıb: “Ana, Orxanı niyə öldürdün ki? Bax, paltarlari yaş deyil, bax, yaş deyil, niyə öldürdün!?” – deyib paltarları anama uzatdım. Anam daha bərkdən qışqırıb paltarları bağrına basdı. O gündən sonra həmişə Orxanın bütün paltarları quru, anamın gözləri isə yaşlı qaldı. Gəmi də batdı.

Müəllif: Aytac SAHƏD

İlkin mənbə:edebiyyat.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ: HİNDİSTAN, YOXSA EFİOPİYA?

Araz Şəhrilinin kitabı.

II YAZI

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Yazımızın I hissəsində (bax: Araz Şəhrili. “ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ – HİNDİSTAN, YOXSA EFİOPİYA?”. ) qeyd etdik ki, Azərbaycan torpaqlarında qondarılmış Hayastanın – indiki Ermənistan Respublikasının 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur. Yerdə qalan 9 şəhərdən yeddisi öz adını son iki əsrdə aldığına görə həmin şəhər adlarının heç bir tarixi dəyəri yoxdur.

Beləliklə, paralel toponimlərin faizinə görə (95%) bütün Qafqazın şəksiz lideri Ermənistandır. Bu məsələdə Gürcüstan Ermənistandan ən azı iki dəfə geridədir (bax: Araz Şəhrili. “Gürcüstan və Hindistan: düşündürücü faktlar”. https://fedai.az/?p=10914).

Apardığımız təhlilə əsaslanaraq ehtimal edə bilərik ki, müasir hayların etnogenez prosesi kifayət qədər mürəkkəb olmuşdur. Onların əcdadlarının bir hissəsi Sibir, Volqaboyu, Altay, Orta Asiya, Pamir, İran və Hindistandan, digər hissəsi, xüsusi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar.

Hindistanda və Nepalda təkrarlanan toponimlərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə (bax: Araz Şəhrili. “Qədim azərbaycanlıların izi ilə”. https://fedai.az/?p=6715; Араз Шахрили. «Кем был Будда? Спустя века обретший бессмертие». https://fedai.az/?p=13818), Afrikadakı paralellərdən bir neçəsini isə “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.

Qeyd etməliyik ki, ümumi mənzərə oxucuya yalnız III yazıdan sonra aydın ola bilər. Elə buna görə də müvafiq fərziyyə və mülahizələr növbəti hissələrdən birində təqdim ediləcəkdir.

ERMƏNİSTANIN HİNDİSTANLA ƏLAQƏLİ TOPONİMLƏRİ

1) Abaran, Aparan (Azərbaycanın qərb torpaqlarında qondarılmış Hayastanda – indiki Ermənistan Respublikasında əzəli sakinləri azərbaycanlılar olmuş şəhər və kənd, yaylaq yeri, eləcə də çöl və çay, Aparan şəhərinin adı qədim mənbələrdə Kasax kimi keçir) – Gadi Abaran (Hindistanın Uttar-Pradesh ştatının Firozabad dairəsində kənd);

2) Abelyan (gəlmə hayların feodal nəsli, saxta hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Abel adlı şəxsdir) – Abel (Hindistanda şəxs adı) – Abela (Hindistanın Madhya-Pradesh ştatının Vidisha dairəsində kənd) – Abela (Haryana ştatının Karnal dairəsində kənd);

3) Aravenyan (hayların feodal nəsli) – Aravan (Hindistanın Uttar-Pradesh ştatının Allahabad dairəsində kənd);

4) Ağin (Ermənistanda hay kəndi) – Agin Darengre (Hindistanın Meghalaya ştatının Şərqi Garo Hills dairəsində kənd);

5) Amasiya (Ermənistanda rayon və kənd) – Amasya (Türkiyənin Qaradəniz bölgəsində il və şəhər) – Amasi Kottai (Hindistanın Tamil Nadu ştatının Krishnagiri dairəsində kənd) – Amas (Bihar ştatının Gaya dairəsində kənd);

6) Amatuni (hayların Midiya və ya Manna əsilli feodal nəsli) – Amatun (Hindistanda və Banqladeşdə ad və soyad);

7) Ani (Türkiyənin Anadolu bölgəsində qədim şəhər, 961–1045-ci illərdə Ani çarlığının paytaxtı olmuşdur) – Ani (Hindistanın Karnataka ştatının Kannad dairəsində kənd) – Ani (Rajasthan ştatının Jaipur dairəsində kənd) – Ani (Chhattisgarh ştatının Koriya dairəsində kənd) – Ani (Himachal-Pradesh ştatının Kullu dairəsində şəhər və inzibati ərazi vahidi) – Ani (Uttar-Pradesh ştatının Mainpuri dairəsində kənd) – Bishanpur Ani (Bihar ştatının Samastipur dairəsində kənd);

8) Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (Hindistanın Jharkhand ştatının Hazaribag dairəsində kənd) – Arrah, Ara (Bihar ştatının Bhojpur dairəsində şəhər);

9) Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma Konda (Hindistanın Andhra-Pradesh ştatında dağ) – Arma (Andhra-Pradesh ştatının Visakhapatanam dairəsində kənd) – Arma (Qərbi Benqal ştatının Medinipur dairəsində kənd);

10) Armavir (Ermənistanda 1931-ci ildə salınmış şəhər) – Armavir (Azərbaycanın qərb torpaqlarında V əsrədək mövcud olmuş şəhər) – Armoor (Hindistanın Telangana ştatının Nizamabad dairəsində şəhər);

11) Erməni (hayların ekzoetnonimi – başqa xalqların onlara qoyduqları ad) – Ariman Chelka (Hindistanın Andhra-Pradesh ştatının Mahbubnagar dairəsində yer adı) – Arman Tola, Arman Patti (Uttar-Pradesh ştatının Gorakhpur və Sant Ravidas Nagar dairələrində iki kənd) – Arman Pura (Pəncab ştatının Firozepur dairəsində kənd);

12) Avatsatsi (hayların feodal nəsli) – Vatsa (qədim hind dövləti və onun paytaxtı);

13) Ayas (Kilikiyada mövcud olmuz hay şəhəri) – Ayas (Hindistanın Qərbi Benqal ştatının Birbhum dairəsində kənd);

14) Bakan (hayların feodal nəsli) – Bakan (Hindistanın Himachal-Pradesh ştatının Chamba dairəsində kənd) – Bakan (Rajasthan ştatının Bhilwara dairəsində kənd) – Bakan (Bihar ştatının Aurangabad dairəsində kənd);

15) Baqaran (Ermənistanda kənd) – Baqaran (Anadoluda qədim şəhər) – Bagaran Purwa (Hindistanın Madhya-Pradesh ştatının Chhatarpur dairəsində kənd) – Bagaran, Bagran (Pəncab ştatının Doda və Hoshiarpur dairələrində iki kənd) – Bakaran (Himachal-Pradesh ştatının Mandi dairəsində kənd);

16) Baqratuni (hayların feodal nəsli) – Bagrat, Bagrat Nagar (Hindistanın Haryana ştatının Kurukshetra və Mumbai dairələrində iki kənd);

17) Balak (Ermənistanın Sünik vilayətində kənd) – Balak (Hindistanın Haryana ştatının Hisar dairəsində kənd) – Balak (Jharkhand ştatının Giridih dairəsində kənd);

18) Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) – Barana (Hindistanın Haryana ştatının Panipat və Karnal dairələrində iki kənd) – Barana (Rajasthan ştanın Uniara və Bhilwara dairələrində iki kənd) – Barana (Odisha ştatının Puri dairəsində kənd) – Baran (Hindistanın Rajasthan ştatında dairə və şəhər, Bhilvara dairəsində kənd) – Paran Pula (Cammu və Kəşmir ştatının Baramula dairəsində kənd) – Chak Baran (Qərbi Benqal ştatının Birbhum dairəsində kənd) – Pure Purai Paran (Uttar-Pradesh ştatının Sultanpur və Jaunpur dairələrində iki kənd) – Parana, Parna (Uttar-Pradesh ştatının Agra və Bahraich dairələrində iki kənd) – Ram Paran, Ganga Paran, Jagdis Paran, Parna (Bihar ştatının Samastipur dairəsində üç, Begusarai dairəsində bir kənd) – Baran (Pakistanın Bəlucistan vilayətində kənd);

19) Basenatsi (hayların Urartu əsilli feodal nəsli) – Basen, Avaşin-Basyan (Türkiyədə tarixi ərazi) – Basen, Basena (Hindistanın Uttar-Pradesh ştatının Kanpur Nagar və Lucknow dairələrində iki kənd) – Basen (Chhattisgarh ştatının Surguja və Jashpur dairələrində iki kənd) – Basyan Khera (Madhya-Pradesh ştatının Chhatarpur dairəsində kənd);

20) Bavra (Ermənistanda kənd) – Bavra (Hindistanın Gujarat ştatının Kheda dairəsində kənd) – Bawara (Uttar-Pradesh ştatının Ghazipur dairəsində kənd);

21) Benuni (hayların Urartu əsilli feodal nəsli) – Benun (Hindistanın Cammu və Kəşmir ştatının Kishtwar və Doda dairələrində iki kənd) – Benun (Himachal-Pradesh ştatının Solan dairəsində kənd);

22) Bjni (Ermənistanda əsl adı Biçni olmuş kənd) – Bijni (Hindistanın Assam ştatının Chirang dairəsində şəhər);

23) Boquni (hayların feodal nəsli) – Bogun (Hindistanın Arunachal-Pradesh ştatının Upper Subansiri dairəsində kənd) – Boguni (Hindistanda ad və ya soyad);

24) Bujuni (hayların feodal nəsli) – Bujon Ka Khera, Bujon Ka Padla (Hindistanın Rajasthan ştatının Pratapgarh dairəsində kəndlər);

25) Dvin (Azərbaycanın qərb torpaqlarında mövcud olmuş qədim şəhər) – Divin (Hindistanın Himachal-Pradesh ştatının Solan dairəsində kənd);

26) Erivan, İrəvan (Ermənistanın paytaxtı) – Eriwang, İriwang (Nepalın Rolpa dairəsində kənd) – İravan (Hindistanın Kerala ştatının Pathanamthitta dairəsində kənd) – İravan (qədim hind eposu “Mahabharata”nın qəhrəmanı);

27) Gegham (hayların mifik əcdadı Haykın nəvəsi) – Geghamabak (Ermənistanın əvvəlki adı Basarkeçər olmuş Vardenis rayonunda kənd, 1991-ci ilədək adı Qayabaşı, əhalisi azərbaycanlılardan ibarət olmuşdur) – Gegam (Hindistanın Rajasthan ştatının Bhilwara dairəsində kənd);

28) Gorus (Ermənistanda şəhər) – Gorus (Hindistanın Madhya-Pradesh ştatının Sheopur dairəsində panchayat);

29) Gümrü (Ermənistanda şəhər) – Gumru (Hindistanın Jharkhand ştatının Khunti və Ranchi dairələrində iki kənd) – Gumri (Cammu və Kəşmir ştatının Doda və Kishtwar dairələrində iki kənd) – Gumri (Uttar-Pradesh ştatının Balrampur dairəsində kənd) – Gamri (Haryana ştatının Sonipat dairəsində kənd) – Gamri (Delhi ştatında kənd) – Gamri (Rajasthan ştatının Bharatpur, Rajsamand, Udaipur və Dungarpur dairələrində dörd kənd) – Gamri (Uttarakhand ştatının Uttarkashi dairəsində kənd);

30) Xorxoruni (hayların hurri əsilli feodal nəsli, bu nəslin əcdadının adı Xor olmuşdur) – Khor (Hindistanın Haryana ştatının Gurgaon dairəsində kənd) – Khor (Rajasthan ştatının Chittorgarh dairəsində kənd);

31) İcevan (Ermənistanda şəhər) – Jeevan (Hindistanın Maharashtra ştatında kənd) – Jeevan Wala (Uttarakhand ştatının Dehradun dairəsində kənd);

32) Kadmyan (hayların feodal nəsli) – Kadmi (Hindistanın Qərbi Benqal ştatının Darjiling dairəsində kənd) – Kadmi, Chandbad Kadim, Pipaliya Kadim (Madhya-Pradesh ştatının Shajapur və Bhopal dairələrində üç kənd) – Baopur Kadim, Khokhar Kadim, Passan Kadim, Ratta Kadim, Wadhel Kadim (Pəncab ştatının Kapurthala dairəsində beş kənd) – Shahapur Kadim (Maharashtra ştatının Aurangabad dairəsində kənd);

33) Karin (Ermənistanda kənd) – Karin (Hindistanın Cammu və Kəşmir ştatının Reasi və Udhampur dairələrində iki kənd) – Karin (Uttar-Pradesh ştatının Chandauli dairəsində kənd) – Karinkallathani (Kerala ştatının Malappuram dairəsində kənd);

34) Kiçan (hayların feodal nəsli) – Khichan (Hindistanın Rajasthan ştatının Jodhpur dairəsində kənd);

35) Qabelyan (hayların feodal nəsli) – Gabel Rongmasu (Hindistanın Meghalaya ştatının Şərqi Garo dairəsində kənd) – Kabel Pur (Uttar-Pradesh ştatının Ballia dairəsində kənd);

36) Qacaran (Ermənistanda şəhər) – Gajhar, Gajhara, Gajhar Mau (Hindistanın Uttar-Pradesh ştatının Siddharth Nagar dairəsində iki, Jaunpur dairəsində bir kənd) – Gajhar, Gajhara (Bihar ştatının Katihar və Madhubani dairələrində iki kənd) – Gajhar (Uttarakhand ştatının Pauri Garhwal dairəsində kənd) – Gajar (Uttarakhand ştatının Nainital, Almora dairələrində iki kənd) – Gajar (Madhya-Pradesh ştatının Rewa, Sidhi, Vidisha, Sagar dairələrində dörd kənd) – Gajar (Chhattisgarh ştatının Surguja dairəsində kənd) – Gajar Gota (Gujarat ştatının Narmada dairəsində kənd) – Kajar Sagalhan (Himachal-Pradesh ştatının Sirmaur dairəsində kənd) – Kajhar, Barka Kajhar, Chhotka Kajhar (Bihar ştatının Kaimur dairəsində üç kənd);

37) Qapan (Ermənistanda şəhər) – Kapan (Nepalda dağ və kənd) – Kapan (Hindistanın Chhattisgarh ştatının Janjigir dairəsində kənd) – Kapan (Odisha ştatının Kendujhar dairəsində kənd) – Gapan Talai (Rajasthan ştatının Barmer dairəsində kənd) – Gapan (Filippinin Nueva Echija vilayətində şəhər);

38) Qavar (Ermənistanda şəhər) – Gawar (Hindistanın Rajasthan ştatının Rajsamand və Pali dairələrində iki kənd) – Gavar (Odisha ştatının Baleshwar dairəsində kənd) – Gawar (Haryana ştatının Hisar dairəsində kənd) – Gawar (Uttarakhand ştatının Chamoli və Garhwal dairələrində iki kənd) – Gawar (Himachal-Pradesh ştatının Mandi dairəsində kənd) – Gawar (Cammu və Kəşmir ştatının Dumana dairəsində kənd) – Gawar (Maharashtra ştatının Yavatmal dairəsində kənd);

39) Qukan (hayların feodal nəsli) – Gukan (Hindistanın Tamil-Nadu ştatının Erode dairəsində kənd) – Rajinder Kukan Dhani (Pəncab ştatının Firozepur dairəsində kənd) – Kotli Kukan (Cammu və Kəşmir ştatının Cammu dairəsində kənd) – Kukanwali (Rajasthan ştatınının Nagaur dairəsində kənd);

40) Quqaratsi (hayların feodal nəsli) – Gugara (Hindistanın Cammu və Kəşmir ştatının Doda dairəsində kənd) – Gugara (Bihar ştatının Pashchim Champaran dairəsində kənd) – Gugara Pur (Uttar-Pradesh ştatının Kannauj dairəsində kənd);

41) Lori (Ermənistanda vilayət) – Lori (Hindistanın Uttar-Pradesh ştatının Sonbhadra dairəsində kənd) – Lori Bandh (Bihar ştatının Rohtas dairəsində kənd) – Chapa Lori (Uttarakhand ştatının Garhwal dairəsində kənd) – Lori (Himachal-Pradesh ştatında vilayət) – Loru (Cammu və Kəşmir ştatının Pulwama dairəsində kənd);

42) Mamikonyan (Movses Xorenatsiyə görə, hayların Çin əsilli feodal nəsli) – Mamik (Hindistanda şəxs adı);

43) Manas, Manes (Ermənistanın Alaverdi şəhərinin qədim adı, qeyd etmək lazımdır ki, nə Alaverdi, nə də Manas toponimlərinin haylara aidiyyəti var) – manas (hind fəlsəfəsində və psixologiyasında anlayış) – Manas (Nepalda çay və milli park) – Manas (Butanda milli park) – Manas (Çin, Hindistan və Butan ərazilərindən axan çay) – Manaslu (Nepalda dağ) – Manas (Hindistanda çay) – Manasa (Hindistanın Madhya-Pradesh ştatında şəhər) – Manas (Haryana ştatının Kaithal dairəsində kənd) – Manas (Assam ştatında milli park) – Manas (Rajasthan ştatının Udaipur dairəsində kənd) – Manis Nagar (Tamil-Nadu ştatının Coimbatore dairəsində kənd);

44) Mandakuni (hayların feodal nəsli, əcdadı Miandak adlı mannalı olmuşdur) – Mandakini (Hindistanın Uttarakhand ştatının Kedarnath şəhərinin yaxınlığından axan çay) – Mandaki (Maharashtra ştatının Solapur, Pune dairələrində iki kənd) – Mandak Ka Guda (Rajasthan ştatının Rajsamand dairəsində kənd) – Mandak (Uttar-Pradesh ştatının Jattari və Aligarh dairələrində iki kənd);

45) Mehri, Meğri, Mığrı (Ermənistanda şəhər, toponim qədim türk dilində “dalan kimi dərə” mənasını verən “mukur” sözündən yaranmışdır 1, 2, amma nəzərə almaq lazımdır ki, “mehr” sözü İran dillərində “günəş”, “sevgi” mənalarını ifadə edir) – Mehrili (Qubadlı rayonunda kənd) – Mehri, Mehri Rajviyan, Mehri Purohitan (Hindistanın Rajasthan ştatının Mandi və Churu dairələrində üç kənd) – Sia Mehri (Cammu və Kəşmir ştatının Udhampur dairəsində kənd) – Mekri (Chhattisgarh ştatının Raipur və Champa dairələrində iki kənd) – Mukur Pura (Madhya-Pradesh ştatının Dewas dairəsində kənd);

46) Maralik (Ermənistanda şəhər) – Mərəlik (Şahbuz rayonunda kənd) – Marali (Hindistanın Maharashtra ştatının Satara və Kolhapur dairələrində iki kənd) – Marali (Andhra-Pradesh ştatının Kurnool dairəsində kənd) – Marali (Karnataka ştatının Koppal dairəsində kənd) – Marali (Odisha ştatının Nabarangpur dairəsində kənd) – Marali (Pakistanın Pəncab vilayətində məntəqə);

47) Mokatsi (hayların feodal nəsli) – Moka (Hindistanın Karnataka ştatının Bellary dairəsində kənd);

48) Muratsyan (hayların feodal nəsli) – Muras (Hindistanın Bihar ştatının Khagaria dairəsində kənd);

49) Nor-Açin (Ermənistanda şəhər) – Achin Nagar (Hindistanın Chhattisgarh ştatının Uttar Bastar Kanker dairəsində kənd);

50) Paluni (hayların feodal nəsli) – Paluni (Türkiyənin Siirt ilində ərazi) – Paluni (Hindistanda ad, soyad) – Paluni (Hindistanın Uttarakhand ştatının Tehri Garhwal dairəsindəki Ghansali şəhərinin Magron qəsəbəsində yer adı) – Baluni (Uttarakhand ştatının Pauri dairəsində kənd);

51) Razdan və ya Hrazdan (Ermənistanda şəhər) – Rasthan və ya Rasadhan (Hindistanın Uttar-Pradesh ştatının Kanpur Dehat dairəsində kənd) – Razdan (Hindistanda şəxs adı);

52) Saaruni (hayların feodal nəsli) – Sarauni (Hindistanın Bihar ştatının Bhagalpur, Madhubani, Nawada, Saharsa dairələrində dörd kənd) – Sarauni Kalan (Bihar ştatının Madhepura dairəsində kənd) – Sarauni (Uttar-Pradesh ştatının Varanasi dairəsində kənd) –

Sarauni Purab Patti (Uttar-Pradesh ştatının Jaunpur dairəsində kənd) – Sarauni (Qərbi Benqal ştatının Bardhaman dairəsində yer adı);

53) Sevan (Ermənistanda şəhər və gəlmə hayların Göycə gölünə verdikləri ad) – Sevan Kheri (Hindistanın Rajasthan ştatının Baran dairəsində kənd) – Sevan (Madhya-Pradesh ştatının Sagar dairəsində iki kənd) – Sewan (Haryana ştatının Jhajjar dairəsində kənd) – Sewan (Jharkhand ştatının Palamu dairəsində kənd) – Sewan (Madhya-Pradesh ştatının Shivpuri dairəsində kənd) – Sewan (Pəncab ştatının Hoshiarpur dairəsində kənd) – Sewan Majra (Haryana ştatının Ambala dairəsində kənd) – Siwan (Bihar ştatında dairə);

54) Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Sirak (Hindistanın Uttarakhand ştatının Uttar Kashi dairəsində kənd);

55) Sis (Türkiyənin Kozan şəhərinin keçmiş adı, 1186–1375-ci illərdə Kilikiya haylarının paytaxtı) – Sispur (Banqladeşin Comilla dairəsində qəsəbə) – Sispur (Nepalda yer adı) – Sispur (Hindistanın Madhya-Pradesh ştatının Patna dairəsində yer adı);

56) Sisakan (Azərbaycanın Zəngəzur bölgəsinin orta pars dilində adı) – Sisakhane (Nepalda kənd) – Sisahanu (Budda Qautamanın ata babası);

57) Sisian (Ermənistanda şəhər və rayon) – Sisiyan (Hindistanın Rajasthan ştatının Jhunjhunu dairəsində kiçik şəhər) – Sisia (Bihar ştatının Kathar dairəsində kənd);

58) Siunia (hayların feodal nəsli) – Siuni (Hindistanın Odisha ştatının Kalahandi və Nabarangpur dairələrində iki kənd) – Siuni (Himachal-Pradesh ştatının Kangra və Hamirpur dairələrində iki kənd) – Siuni (Madhya-Pradesh ştatında ərazi) – Syuni (Uttarakhand ştatının Pithoragarh, Rudraprayag və Bageshwar dairələrində üç kənd);

59) Slkuni (hayların Manna əsilli feodal nəsli, bu nəslin əcdadı Cənubi Azərbaycanın sala adlı tayfasının nümayəndəsi Slak olmuşdur) – Silak (Hindistanın Jharkhand ştatının Godda dairəsində kənd) – Sala (Madhya-Pradesh ştatının Dhar və Khargone dairələrində iki kənd) – Sala Khedi, Bamori Sala (Madhya-Pradesh ştatının Ratlam və Vidisha dairələrində iki kənd) – Sala Bhari (Uttar-Pradesh ştatının Barabanki dairəsində kənd) – Barangay Sala (Filippində şəhər) – Sala (“Tövrat” personajı);

60) Sodatsi (hayların feodal nəsli) – Soda, Sodat (Hindistanın Rajasthan ştatının Tonk və Jaisalmer dairələrində iki kənd) – Sodat (Gujarat ştatının Chhota Udaipur və Vadodara dairələrində iki kənd);

61) Talin (Ermənistanda şəhər) – Talin Purva (Hindistanın Uttar-Pradesh ştatının Sitapur dairəsində kənd);

62) Tambaratsi (hayların feodal nəsli) – Tambar (Hindistanın Himachal-Pradesh ştatının Kangra dairəsində kənd);

63) Taşir (Ermənistanda şəhər) – Tashar (Hindistanın Manipur ştatının Ukhrul dairəsində iki kənd) – Dashir (Himachal-Pradesh ştatında göl);

64) Truni (hayların feodal nəsli, Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Tur adlı şəxs olmuşdur) – Tur (Hindistanın Pəncab ştatının Tarn Taran, Hoshiarpur, Amritsar dairələrində üç kənd) – Tura (Meghalaya ştatının Qərbi Garo Hills dairəsində şəhər) – Tura (Odisha ştatının Jajapur dairəsində kənd) – Tura (Maharashtra ştatının Parbhani dairəsində kənd) – Tura (Rajasthan ştatının Jalore dairəsində kənd) – Tura (Qərbi Benqal ştatının Paschim Medinipur dairəsində kənd);

65) Trpatuni (hayların feodal nəsli) – Tirupati (Hindistanın Andhra-Pradesh ştatının Chittoor və Şərqi Godavari dairələrində qədim şəhər və kənd);

66) Turk (hayların xristianlığa qədərki inanclarında nəhəng məhsuldarlıq tanrısı) –Turk Diha, Lakhnauti Turk, Chandat Turk, Jalalpur Turk, Sheh Pura Turk (Hindistanın Uttar-Pradesh ştatının Kushinagar və Saharanpur dairələrində iki, Bijnor dairəsində üç kənd) – Khan Pur Dhanimir Pur Turk (Delhi ştatında kənd) – Rendayal Turk, Mikpur Turk (Rajasthan ştatının Sawai Madhopur və Alwar dairələrində iki kənd) – Turka, Turku (Qərbi Benqal ştatının Medinipur və Purulia dairələrində iki kənd) – Turka, Turka Deh, Turka Lahchura (Uttar-Pradesh ştatının Lalitpur, Gonda və Jhansi dairələrində üç kənd) – Turka Gori, Turka Tisor (Uttarakhand ştatının Udham Singh Nagar dairəsində iki kənd) – Turka (Cammu və Kəşmir ştatının Baramula və Shopian dairələrində iki kənd) – Turka Wali (Pəncab ştatının Fazilika dairəsində kənd) – Turka (Jharkhand ştatının Dumka dairəsində kənd) – Turka (Madhya-Pradesh ştatının Jabalpur dairəsində kənd);

67) Ucan (Ermənistanda kənd) – Ujhan (Hindistanın Himachal-Pradesh ştatının Hamirpur dairəsində kənd) – Ujhan-a (Cammu və Kəşmir ştatının Rajauri dairəsində kənd) – Ujan (Bihar ştatının Darbhanga və Samastipur dairələrində iki kənd) – Ujan (Assam ştatının Cachar dairəsində kənd);

68) Vaqarşapat (Ermənistanda şəhər, bu toponimin haylara heç bir aidiyyəti yoxdur, gəlmə haylar eramızın 140-cı illərində Parfiya şahzadəsi Vaqarş tərəfindən salınmış və onun şərəfinə Vaqarşabad adlandırılmış şəhərin adını 1992-ci ildə Eçmiədzin şəhərinə vermişlər, Eçmiədzin şəhərinin 1945-ci ilədək adı isə Üçkilsə olmuşdur) – Vagar (Hindistanın Karnataka ştatının Chikmagalur dairəsində kənd) – Radha Vagar (Uttar-Pradesh ştatının Bahraich dairəsində kənd);

69) Vanadzor (Ermənistanda şəhər) – Vana (Hindistanın Rajasthan ştatının Udaipur dairəsində iki kənd) – Vana (Gujarat ştatının Surendranagar dairəsində kənd);

70) Vanandasi (hayların feodal nəsli, Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Vahandur Vənd adlı bulqar türküdür) – Vanand (Ermənistanda iki kənd) – Vənənd (Ordubad rayonunda kənd) – Vanand (Hindistanın Maharashtra ştatının Ratnagiri dairəsində kənd);

71) Vank (Ermənistanın Sünik vilayətində kənd) – Vank (Hindistanın Gujarat ştatının Sabar Kantha və Surat dairələrində iki kənd) – Terhawa Tappa Vank, Vank Bhawanipur (Uttar-Pradesh ştatının Bairampur dairəsində iki kənd);

72) Varnuni (hayların feodal nəsli) – Varnun (Hindistanın Gujarat ştatının Kachchh dairəsində kənd);

73) Vedi, Vedibasar (Ermənistanda şəhər, çay, mahal) – Vedi (Hindistanın Uttar-Pradesh ştatının Varanasi dairəsində kənd) – Vedi Theru, Vedi Nagar (Tamil Nadu ştatının Salem və Vellore dairələrində iki kənd) – Mithi Vedi (Gujarat ştatının Sabar Kantha dairəsində kənd) – Vedi Malli (Uttarakhand ştatında kənd);

74) Vijanuni (hayların feodal nəsli) – Baramai Nagla Vijan (Hindistanın Uttar-Pradesh ştatının Mahamaya Nagar dairəsində kənd);

75) Zandalan (hayların feodal nəsli) – Sandalan (Filippinin Calabarzon bölgəsində yer adı) – Sandlana (Hindistanın Haryana ştatının Hisar dairəsində kənd).

Ardı var…

Müəllif: Araz ŞƏHRİLİ

P.S. Bu araşdırmada müəllif apardığı paralellərdə ermənilərin soy və yer adlarının Hindistandakı etnonim və toponimlərlə oxşarlığı hay-boşların Hindistandan Kiçik Asiyada müqəddəs fahişəliklə məşğul olan hiyeredulların nəsilləri olmasını bir daha sübut edir. Bu gün ermənilər hay yyhəyasızlığı ilə və utanmadan Babur imperiyasının xanımı, əslən Qaraqoyunlu xanədanından olan Əncümənt Banunu erməni elan ediblər.. Buyurun erməniliyin mahiyyəti Artemid məbədində qaraçı taboru kimi gəlib müqəddəs məbəd fahişəliyi ilə məşğul olmalarının genoloji izləri kimi bu paralellər çox dəyərlidir…

YAZININ DAVAMI – III HİSSƏSİ BURADA: ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ: HİNDİSTAN, YOXSA EFİOPİYA?

İlkin mənbə:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

İLAHƏ QƏHRƏMAN – ÜÇ QARDAŞ

İlahə Qəhrəman – yazar.

UŞAQLAR ÜÇÜN

Biri var idi, biri yox idi. Üç qardaş var idi. Bu üç qardaş o qədər mehriban idilər ki, vaxtlarını həmişə birlikdə keçirirdilər. Onlar gözəgörünməz idilər və qaçmağı çox sevirdilər. Insanlar bu qardaşları gözlə görməsələr də varlıqlarından xəbərdar idilər. Söhbət zamanı “ Hiss elədin, kiçik qardaş qaçdı?” , “İndi isə böyük qardaş keçdi.” deyirdilər.

         İnsanlar onların hərəkətini gözlə izləyə bilmək üçün dairəvi meydança düzəltdilər.Bu, kənarları  cizgilənmiş, hər beş cizgidən bir rəqəmlər yazılmış səliqəli meydança idi. Qardaşları isə tilsimləyib üç qızılı qəngdə əqrəbə çevirdilər. Hər üçünü ayaqlarından meydançanın mərkızinə bərkitdilər ki, yalnız bu dairə üzrə qaça bilsinlər.

Onlar çox sürətli qaçmağı bacarırdılar. Amma ən sürətli qaçan kiçik qardaş olsa da nə o, nə də ortancıl qardaş böyüyə çata bilmirdilər.

Kiçik qardaş durmadan qaçırdı. O, qaçmağa başlayanda ortancıl qardaş hələ uzaqda idi. Düşündü: “ Bu dəfə mən onlara qalib gələcəm. Çünki uzun müddətdir məşq edirəm. Əzələlərim möhkəmlənib, daha əvvəlki tək tez  yorulmuram. Ortancıl qardaşım az bir məsafəni qət edənə qədər mən bütün meydançanı beş  dəfə dairə vururam.”

Ortancıl qardaş fikirləşdi: “Bizim balaca bərk qaçsa da az nəticə əldə edir. Mənim məqsədim boyük qardaşımın getdiyi yolu qət etməkdir. O bir rəqəminə çatana qədər mən bütün meydançanı altmış dəfə dövr edirəm. İdmançılar illərlə sürən aramsız məşqlərdən sonra istədikləri nəticəni əldə edə bilirlər. Mən isə əsrlər boyu yorulmadan qaçıram, lakin o həmişə məndən irəlidədir. ”

Böyük qardaş səbirli, təmkinli, müdrik idi. Qardaşları ondan hündür, cüssəli, cəld olsalar da səylərinin əbəs olduğunu bilirdi. Buna baxmayaraq qardaşlarının çalışqanlığını bəyənir, qələbəyə ruhlandırırdı, çünki onlar qaçmadan özü bir addım belə ata bilməzdi. O bilirdi ki, əsrlər, qərinələr ötsə də qardaşları onu heç vaxt ötə bilməyəcəklər…

         Bu üç qardaş dünyaya insandan, heyvanlardan, okeanlardan, daglardan, Yer kürəsindən, hətta kainatdan əvvəl gəlmişdilər. Onlar dünyanı, insan həyatını, idarə edir,  əvvəlini və sonunu müəyyənləşdirirlər.

Hökmdarların belə qarşısında baş əyib aciz qaldığı məvhum əlahəzrət zamandır. Bu üç qardaş isə onun sadiq qulları – Saat, Dəqiqə və Saniyədir.

Müəllif: İlahə QƏHRƏMAN


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Dərdlərimizin və zəfərimizin uğurlu bədii təqdimatı – Resenziya

Naibə Yusif – Gülün yarpıza dönsün…

Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına sığmayan coşqunluğundan xəbər verdi və mən bunu ədəbiyyatımızın uğuru kimi qiymətləndirirəm.

Naibə xanım dövrün şeirə sığmayan əzablarını, ağrılarını, keşməkeşli tariximizin dünənini, bu gününü nəsrdə qələmə almaqla rahatlıq tapmaq, olayları gələcək nəsillərə ötürmək istədi. Ona elə gəldi ki, şeir və qəzəlləri ilə nə oxucu gözünü doydura, nə də öz yanan ürəyini soyuda bilər. Məhz bu səbəbdən o, sosial-ictimai yüklü, haqqın-ədalətin mizanında özünə yer tapa bilən “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün” əsərlərini ictimaiyyətin qarşısına çıxartdı və çoxlu sayda oxucu sevgisi qazandı. Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarını, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir. Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının mənəvi borcu olsa da, hünəri deyil. Bu mənada Naibə xanımın qələmə aldığı hər üç əsər dəyərli ədəbi nailiyyətdir.

Müəllifin, haqqında xüsusi danışacağım “Gülün yarpıza dönsün…” romanının qəhrəmanı ecazkar səsi ilə qayaların, daşların köksünü qanadan, onların ağrısına layla deyən Muradxandır. Bu səsdən utanan, qıvrılan, sancıdan doğranan Araz hayqıraraq yox demək istəyir bu haqsız ayrılığa. Amma tikanlı məftilləri aşa bilmədiyi üçün sakitcə yatağında yırğalanır. Oxucu hiss edir ki, o, bir titrəyişə, təkana bənddir… 

Muradxanın Könüllə ilk tanışlığı və bu sevgi məşəlinin çərşənbə tonqalı ilə alovlanması müəllif ideyası ilə bərabər, həm də adət-ənənələrimizin, sərhədbilməz sevginin əbədi olduğuna işarədir.

İran-İraq müharibəsinin qurbanlarına rəhmət diləyən, bir-biri ilə əhd-peyman bağlayan sevgililər ayrılarkən Muradxan: “Sənə xəyanət etsəm, qəbrimin üstündə yarpız əkərsən”, – deyir.

Muradxanın “ölüm” xəbərini eşidən ana məzarda yatanın oğlu olmadığını duyur, hər gün onun yolunu gözləyir. Bu, ana müdrikliyinin, ana müqəddəsliyinin gözəl nümunəsidir. 

Üç ildən çox yolunu gözlədiyi Muradxanın səsini eşitmək istəyi ilə hər gün səhənglə suya gedən Könülün öz andına sadiqliyi azərbaycanlı qızının etibarına işarədir. Lakin onu dəlicəsinə sevən başqa bir oğlana nişanlanması qızın narahat qəlbini dara çəkir. Vida üçün son dəfə sahilə gedən Könülə elə gəlir ki, Muradxan Araz çayını keçərək ona yaxınlaşır. Sevgilisinə qovuşmaq istəyi onu sulara qərq edir… Gözünü Dəmir adlı qoca bir balıqçının evində açan Könülün dilinin tutulması, yaddaşının itməsi ona kim olduğunu unutdurur və bundan sonra qızın həyatına daha əzablı səhifələr yazılır. Bu isə süjet xəttinin şaxələnməsinə və yeni hadisələrin inkişafına imkan yaradır. Danışmayan, özü haqda heç kəsə məlumat verə bilməyən Könülün Dəmir kişinin evində uzun müddət yaşaması, ümidi üzülən valideynlərinin öz həyətlərində ona rəmzi qəbir düzəltməsi kimi ağrılı epizodlar müəllif tərəfindən çox məharətlə qələmə alınmışdır.

Dəmir kişinin və Kəbutərin ölümü ilə bağlı cinayətlərin açılması əsərin ən maraqlı və yaddaqalan epizodlarındandır. Hadisələrin inkişafı yeni bir səmtə yön alanda oxucuya elə gəlir ki, əsər burdan başlayır. Amma yox, bu hadisələr də ya birbaşa, ya da dolayısı yolla özü kimi arzuları da ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycan milisinin Dəmir kişini öldürən erməni Gümüşün izinə düşməsi, onun yeraltı lağımlar açan terrorçu erməni qruplaşmaları ilə birlikdə azərbaycalılara qarşı gizli məkrinin ifşası əsərin ən gərgin – kulminasiya nöqtəsidir. Bu məqam erməni vandalizminin Azərbaycan türklərinə növbəti xəyanətinin təsdiqi kimi diqqəti cəlb edir. Bir ucu Ermənistana, bir ucu Arazın o tayına gedib çıxan bu yeraltı tunellərdə gecələr “türk ovuna” çıxan erməni vəhşiliyinin əsl mahiyyəti uzun illərin acısı kimi nəzərə çarpdırılır. Orqan alverindən tutmuş narkotik maddələrin satışına qədər çirkaba batan bu məxluqların həyatda müqəddəs bir amala xidmət etmədiyinin şahidi olduqca onlara insan deməyə adamın dili gəlmir. Əsərdə əksini tapan yeraltı silah anbarları, tunellər erməni xislətinin uzun illərdən bəri üstüörtülü cinayətlərindən xəbər verir. Bir haşiyə çıxaraq qeyd edim ki, Vətən müharibəsi zamanı həmin lağımların ordumuz tərəfindən aşkar olunması mənim üçün bir möcüzə oldu. Bu, müəllifin uzaqgörənliyinə, düşmənlərin çirkin əməllərinə bələd olduğuna bir işarədir. Çünki əsl yazıçılıq gerçəkliyin hər tərəfini görməyi bacarmaqdır.

Əsərdə ən maraqlı epizodlardan biri Natella adlı erməni qızının azərbaycanlı oğlanla ailə qurmasıdır. Erməni məkri ortaya çıxanda gənc ailənin faciəsi başlayır. Qardaşı Arsen tərəfindən əkiz oğullarının qətlə yetirilməsi Natellada qardaşından, ata-anasından intiqam almaq hissini alovlandırır. Övlad itkisi ilə barışa bilməyən anada bu hiss çox təbii və güclü boyalarla əks etdirilib. Hər gün oğullarının məzarını ziyarət edən ana qisas almaq üçün planlar cızır və  oğullarının qırx mərasimi verilən gün bu plan gerçəkləşir. Arsenin növbəti ovuna çevrilən Natellanı son anda Malik xilas edir. Birlikdə oğullarının qisasını alaraq geri dönən cütlüyün cinayətə qisasla cavabı oxucunu çox düşündürür və o, dərk edir ki, bu, haqsızlığa qarşı yönələn insanlığın faciəvi üsyanıdır. O, baş qaldıranda insan günahkarları bağışlamaq hissini unudur, qisasçılıq qırmızı bir xətt kimi onun ömür yoluna həkk olunur. Həyat yoldaşı Malikin qucağında can verən erməni qızı Natellanın: “Məni cüt məzarın ayağı altda dəfn edərsən, üstümdə yarpızlar əkərsən… Xəyanətkarlığın rəmzi olan o yarpızlar məzarımdan boylanaraq məhz kəsdiyi duz-çörəyə qiymət verməyən mənim millətimə əbədi lənət oxuyacaq, gələcək nəsillərə əsl həqiqəti çatdıracaq”, – deməsi bunun əyani sübutudur.

Müəllif erməni xislətinin ən eybəcər simasını türk qanlı nəvələrin qətli səhnəsi ilə üzə çıxarır. Tapınacağı müqəddəs bir varlıq tapmayan Arakel və ailəsi türkə və türkçülüyə qarşı məkrli niyyətlərinə hər şeyi qurban etməyə hazır olduqlarını əməlləri ilə sübut edirlər. Babası ilə söhbət zamanı ermənilərin səhv yolda olduğunu, Azərbaycan torpaqlarında məskunlaşdığını Elnurun dilindən vermək müəllifin gələcək nəsillərə mesajıdır.

Ümumiyyətlə, əsərdə diqqəti çəkən bu epizodların hər biri erməni xislətinin eybəcər və çirkin qatlarını açan, onların şərəfsiz simalarını dəqiqliklə üzə çıxaran müəllifin qələbəsi sayılmalıdır.

Əfqanıstan müharibəsi tam qurtarmamış Qarabağ münaqişəsinin başlaması əsərin qəhrəmanı Muradxanı uzaq ellərdən Qarabağa gətirir. Onun ən qızğın nöqtələrdə düşmənlə mübarizəsi haqq savaşında Azərbaycanın qələbə çalacağına inam oyadır. Könülün sağ qalması və Muradxanla birləşməsi oxucunu sevindirir. Hər iki sevgilinin at belində Xudafərinin ortasında birləşən əlləri xalqımızın birliyinin simvolik qələbəsi kimi yaddaşlara hopur. Oxucu inanır ki, birləşən bu əllər yaxın gələcəkdə əldə edəcəyimiz birliyin rəhnidir.

Müəllifin təsvir etdiyi hadisələr,  Azərbaycana və Azərbaycan türklərinə qarşı imperiyanın riyakar və işğalçı siyasəti, erməni faşizminin, qəddarlığının uğurlu təqdimatı ilə diqqət çəkir. Naibə xanımın qeyd etdiyim hər üç əsərinin məhz bizim qələbəmizlə başa çatan sonluğu haqqın-həqiqətin təntənəsidir. Düşünürəm ki, bu əsərlərə filmlər çəkiləcək. Çəkdiyimiz faciələrin sonunda tarixi qələbəmizə açılan yollar əsərdə olduğu kimi, həyatımızda da öz yerini alacaq.

Bu əsərləri ilə qələbəmizə, Azərbaycanımızın birliyinə inamımızı gücləndirməyə çalışan Naibə Yusifə sonsuz təşəkkürlərimi bildirir, ədəbiyyatımıza daha böyük töhfələr vermək yolunda yeni uğurlar diləyirəm.


Nəcibə İLKİN
Şair-publisist, AYB və AJB-nin üzvü

İlkin mənbə: 525.az



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ – HİNDİSTAN, YOXSA EFİOPİYA?

Araz Şəhrilinin kitabı.

I YAZI

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Azərbaycanın tarixi torpaqlarında qondarılmış Hayastanın 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur. Nəzərə almaq lazımdır ki, yerdə qalan 9 şəhərdən –

1) Byureqavan 1945-ci ildə salınmış, indiki adını 1974-cü ildə almışdır;

2) Çarentsavan 1948-ci ildə salınmış, 1967-ci ildə hay şairi Çarentsin adı veilmişdir;

3) Martuni 1830-cu ildə salınmış, ilk adı Aşağı Qaranlıq olmuş, 1926-cı ildə dəyişdirilmişdir;

4) Metsamor 1969-cu ildə salınmışdır;

5) Stepanavan 1810-cu ildə salınmış, əvvəlki adı Cəlaloğlu olmuş, 1924-cü ildə dəyişdirilmiş, bolşevik Stepan Şaumyanın adı verilmişdir;

6) Spitak şəhərinin əvvəlki adı Hamamlı olmuş, 1949-cu ildə dəyişdirilmişdir;

7) Zaxqadzor şəhərinin əvvəlki adı Dərəçiçək olmuş, 1920-ci ildə Dərəçiçək toponimini hay dilinə tərcümə edərək, Zaxqadzora çevirmişlər.

Qondarma Hayastanın yalnız Artaşat və Yeğvard şəhər adlarının paralelləri barədə məlumat əldə olunmamışdır.

Beləliklə, son iki əsr ərzində salınmış Byureqavan, Çarentsavan, Martuni, Metsamor, Spitak, Stepanavan, Zaxqadzor şəhərlərinin adlarını istisna etsək, Hayastanda paralel toponimlərinin faizinin 95 olduğunu görərik. Bu, Qafqazda ən yüksək göstərici olmaqla, müasir hayların böyük əksəriyyətinin əcdadının Qərbi Azərbaycan torpaqlarına Cənub-Şərqi Asiyadan və Afrikadan gəldiyini göstərir.

Orta əsr hay tarixçisi Movses Xorenatsinin və gürcü əsilli müasir ABŞ tarixçisi Kirill Tumanovun məlumatlarına görə, hayların 89 feodal nəslindən otuz beşi Manna–Midiya, Əhəməni–Parfiya, alan–bulqar, yunan–Roma mənşəlidir. Apardığımız araşdırmaya görə, həmin 89 nəsildən 37-nin adının eynisi və ya bənzəri Cənub-Şərqi Asiya və Afrika ölkələrində mövcuddur. Şübhəsiz ki, əsl rəqəmlər bundan da yüksəkdir. Faktiki olaraq, hayların feodal nəsillərinin əhəmiyyətli bir hissəsi etnik cəhətdən hay deyildir. Ümumiyyətlə isə, apardığımız təhlil onu söyləməyə imkan verir ki, hayların etnik tərkibinin bir neçə komponentdən ibarətdir və bu xalq, əslində, monoetnik deyildir. Sözügedən nəsillərin bir hissəsi Sibir, Altay, Pamir və Hindistandan, digər hissəsi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar. Belə ki, qondarma Hayastanın Ararat, Areq, Artik, Ağin, Balak, Baqaran, Bavra, Berd (pəhləvicə «qala» deməkdir-red.), Bjni, Erivan, Gorus, Gümrü, Qarni, Qapan, Qavar, Lori, Mehri, Sevan, Sisian, Talin, Ucan, Vanand, Vank(? bu seçdirilmiş toponimlər isə türkcədir-red.) və s. yer adları Sibirdə, Altayda, Hindistanda, Nepalda və Efiopiyada (əsasən bu ölkənin Amhara bölgəsində) təkrarlaır. Hayların mifik əcdadı “Hayk”ın adı Efiopiyanın Amhara bölgəsində, onun törəmələri “Ara”nın, “Aram”ın, “Aramais”in, “Arma”nın, “Gegam”ın adları isə həm Efiopiyanın, həm də Hindistanın toponomikasında əks olunmuşdur. Paralellərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə, yaxud “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.

HAYASTANIN EFİOPİYA İLƏ ƏLAQƏLİ TOPONİMLƏRİ

1) Ağin (Hayastanda hay kəndi) – Agin (Efiopiyanın Somali ştatında bölgə);

2) Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Hayastanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Hayastanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara Shetan, Ara Terra (Efiopiyada göl və ərazi) – Ara (Efiopiyanın Tigray vilayətində yer adı);

3) Areq (Hayastanda kənd, əsl adı Pirmələk, köklü əhalisi azərbaycanlılar olmuş, 1918-ci ildə gəlmə haylar yerli sakinləri qırıb kənddə məskunlaşmış, adını Areq qoymuşlar) – Areg Mariam (Efiopiyanın Amhara bölgəsində yer adı);

4) Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma (Nigeriyada və Malidə xalq);

5) Aştarak (Hayastanda şəhər) – Ashtar, Aştar (İordaniyanın qərbində mövcud olmuş qədim Moab ölkəsində və Efiopiya ilə Eritreyanın ərazilərində mövcud olmuş Aksum krallığında ən çox pərəstiş edilmiş tanrılardan biri);

6) Aqarak, Aqarakavan (Hayastanda iki şəhər) – Agaro, Haggaro (Efiopiyanın Oromia bölgəsində şəhər);

7) Berd (Hayastanda şəhər) – Bug Berd (Efiopiyanın Somali bölgəsində kənd);

8) Hayk və ya Haig (gəlmə hayların mifik əcdadı) – Hayq və ya Haik (Efiopiyanın Amhara bölgəsində göl və şəhər) – Haik (İranın Yəzd ostanında kənd);

9) Qavar (Hayastanda şəhər) – Gawar (Efiopiyada və Cənubi Sudanda yaşayan nuer xalqının dörd qolundan biri);

10) Lori (Hayastanda vilayət) – Lori (Efiopiyanın Amhara bölgəsindəki Simien milli parkında kənd);

11) Masis (Hayastanda şəhər və kənd, qədim adı Uluxanlı olmuş, gəlmə haylar tərəfindən qəyişdirilmişdir) – Masisa (Sierra-Leonenin Şimal vilayətində yaşayış məntəqəsi) – Masisa (Konqonun Kouilou bölgəsində yer adı);

12) Mazazatsi (hayların feodal nəsli) – Mazaza (Zambiyada kənd) – Mazaza (Namibiyada kənd) – Mazaza (Konqoda çay);

13) Mexnuni (gəlmə hayların feodal nəsli) – Mexnun (Eritreyada soyad);

Hay–Efiopiya əlaqələrindən danışarkən belə bir məsələyə də toxunmaq yerinə düşərdi: haylar uzun illərdən bəri bütün dünyaya göstərmək istəyirlər ki, hay əlifbasını guya Mesrop Maştots yaratmışdır. Lakin SSRİ-nin görkəmli dilçi alimlərindən biri olan akademik Dmitri Olderoqqenin hələ 1975-ci ildə dərc edilmiş “erməni–Efiopiya əlaqələri tarixindən” adlı məqaləsində göstərildiyi kimi, hay əlifbası Efiopiya (amhar) əlifbası əsasında düzəldilmişdir.1 Onu da qeyd edək ki, hayların Mesrop Maştots barəsində uydurmaları Efiopiyanın özündə də etirazlar doğurmuşdur. Efiopiya alimləri açıq şəkildə bildirmişlər ki, Mesrop Maştotsun adı ilə bağlanan əlifba əslində amhar əlifbasının eynidir.

Beləliklə, toponim paralellərini də nəzərə alaraq deyə bilərik ki, haylar hələ Efiopiya ərazilərində yaşadıqları dövrdə oğurladıqları amhar əlifbasını da götürüb Azərbaycana və dünyanın digər yerlərinə köç etmişlər.

Ardı var…

Müəllif: Araz ŞƏHRİLİ

YAZININ İKİNCİ HİSSƏSİ BURADA :>>> “ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ: HİNDİSTAN, YOXSA EFİOPİYA?

İlkin mənbə:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ZAUR USTAC – DAĞLAR

Zaur Ustac – Batabat 2002.


DAĞLAR

(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

TƏRANƏ ARİFQIZI “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Təranə Arifqızı “İçimdəki səs”

Təranə Arifqızı “İçimdəki səs” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

TƏRANƏ ARİFQIZI N: 054 10.02.2021. – NAXÇIVAN.

Bu münasibətlə yazarı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Təranə xanım!



YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

TƏRANƏ ARİFQIZININ İKİ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Təranə Arifqızının kitabları.

Tanınmış yazar, Naxçıvanda yazıb-yaradan Təranə Arifqızı (Əliyeva) bu günlərdə iki yeni kitabla oxucuların görüşünə gəlib. Müəllifin “Əcəmi” nəşriyyatında nəşr olunan kitabları “İçimdəki səs” və “Qarabağda 44 gün” adlanır.

Təranə Arifqızı – yazar.

Bu münasibətlə Təranə xanımı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik!



YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Rəfail Tağızadə haqqında

Rəfail Tağızadə – şair-publisist.

Bu gün onun ad günüdür. Rəfail Tağızadə Respublika miqyasında istər ədəbi mühitdə, istərsə də siyasət meydanında kifayət qədər tanınmış, öz sözünü demiş çox dəyərli ziyalılarımızdan biridir. Ad günü münasibəti ilə Rəfail müəllimi təbrik edir yeni-yeni nailiyyətlər arzu edirik!

Bugünkü gündə Rəfail Tağızadənin keçdiyi keşməkeşli həyat yoluna qısa bir nəzər salmaq yerinə düşər. Həm də tanımayanlar da bu fədəkar, incə ruhlu, şair təbiətli Vətən oğlunu yaxından tanısın:

Həyatı
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti
Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.

Yaradıcılığı
Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş [[avanqard]] şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”, Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.

Mükafatları
Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatıilə təltif olunub.



YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r