Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız

Güney Azərbaycandan olan vətənsevər soydaşımız Həbib Yakamozla yeni bir layihəyə başlamışıq.
Məqsəd Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız, söz xəzinəmiz, gələnəklərimiz və s. haqda yazılar paylaşmaq, soydaşlarımızı məlumatlandırmaq, diqqəti Azərbaycanın bütövlüyü məsələsinə yönəltməkdir.

İnanıram ki, Biləsuvar, Parsabad və Germi adlarının kökəni haqda paylaşdığımız bilgilər, faktlar oxucularımız üçün faydalı olacaqdır.

Redaktə işi çox vaxt aparsa da, təmənnasız və sevə-sevə bu işləri görməyi özümə mənəvi borc bilirəm.

Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız
(H.Yakamoz)

Ümumiyyətlə Qacar sülaləsinin devrilməsindən dərhal sonra min il boyunca hakimiyyətə susamış dari taciklər ərkələti (hakimiyyəti) ələ keçdikdə necə deyərlər:”əli atına çatan” İran adlanan ərazidən türklük simgələrini silməkdə sanki bir yarışa giriblər.

Pəhləvi çağının ilk günlərindən Qacarlar ölkəsindəki bütün makro və bir çox mikrotoponimləri türkcədən farscaya dəyişdirməkdə o çağlar yeni qurulmuş Fars Dili və Ədəbiyyatı Akademiyasından tutmuş Şəhərsalma və Yol Nazirliyi, eləcə də Ölkə İnzibati İdarəetmə Ərazi Dairəsinə qədər və hərdən də Rayon İcra Hakimləri yeni yaranmış mərkəzçi qatı panfars hakimiyyətin qulları kimi bu işdə dəridən- qabıqdan çıxıblar.

Aşağıda qısa açıqlamasını verdiyimiz Güney Azərbaycanın yer-yurd adları Pəhləvi və İran İslam Respublikası hökumətləri tərəfindən Azərbaycan türkcəsindən farscaya dəyişdirilmiş Ərdəbil əyaləti kənd və şəhər ərazilərinin coğrafi adlarının bir bölümüdür.

Güney Azərbaycan türkləri bu yerləri hələ də öz tarixi adları ilə adlandırılır. Təəssüf ki, elmi ədəbiyyatda Güney Azərbaycanın Biləsuvar, Qoç Qışlağı (Parsabad) və Germi şəhər adlarının da kökəni haqda yanlış yozumlar yer almışdır.

BİLƏSUVAR

Biləsuvar həm Güney, həm də Quzeydə eyniadlı Azərbaycan şəhərlərindəndir. 1805-ci ildən Qacarlarla rus çarlığı arasında başlanan savaşlar 1828-ci ildə Türkmançay anlaşması ilə bitdi. Bu anlaşmaya görə Biləsuvar şəhəri də ikiyə bölündü.

Biləsavarın əski adı ərəb hökmranlığından öncə “Biləsqan”, ərəb hökmranlığından sonra isə “Beləskan” və “Beləscan” olaraq dəyişdirilib. Büveyhi dövründə “Biləsuvar” olmuşdur. Biləsuvar adı bilə boyunundan bir iz olaraq günümüzə qədər gəlmişdir. Bir sıra araşdırmaçılara görə, Biləsuvarın adı I minillikdə Araz çayı həndəvərində yaşamış suvar boyundan götürülüb.

Farsların qatı soyçuluq (şovinizm) düşüncəsinə görə, Mars planetindən tutmuş qara dəliklərdəki bütün hissəciklərin adı kəsinliklə fars dili kökənlidir. Buna görə də guya Biləsuvar şəhərinin adı farsca “Pil səvar” (“Fil minən”) bir ordu başçısının adı ilə ilgilidir.

Bunu əsaslandırmaq üçün qəzvinli Həmdullah Mustovfinin “Nüzhət əl-qulub” (“Qəlblərin əyləncəsi”) kitabında verdiyi bilgilərə istinad edirlər. Guya Biləsuvarı X yüzillikdə Büveyhi əmiri “Pilsuvar” saldırmışdır və şəhər də öz adını ondan almışdır.

Təəssüf ki, yanlış fikirlər Azərbaycan vikipediyasında
da öz əksini tapmışdır.

Əli Rövşənzadə “Türklərin dili ilə uyqarı” (“Türklərin dili və mədəniyyəti”) bölümündə yazır: “…Azərbaycan Respublikasında da Biləsuvar adlı şəhər var. İranın coğrafi atlasına görə Germidən 42 kilometr quzeydə və Ərdəbildən Biləsuvara gedən yolun sonunda yerləşir. Biləsavar Azərbaycanın quzey-batı qulağında, Xəzər dənizindən 50 kilometr aralıda yerləşir.

Biləsuvar adının bir neçə anlamı vardır: “Su olan ərazi” və “Subar və ya Suvar tayfasının ərazisi”; Bilə həm də “hovuz və ya bataqlıq və kiçik göl” deməkdir.

Savar və ya subar tayfa adıdır. Su qoruqçusuna, su olan əraziyə də deyirlər. Biləsuvar dedikdə “su işləri ilə məşğul olan savar tayfasının yurdları” nəzərdə tutulur.

Həmdullah Mustovfi “Nüzhət əl-qulub”da deyir:

“Biləsuvarın suyu Bəcravandan gəlir və hasılı taxıldır”. Bu şəhər Bəcravandan 8 ağac aralıda və Bəcravandan gələn çayın yanındadır. Həmdullah Mustovfinin bu təsviri ilə tarixi Bəcravanın təxmini yerini öyrənmək olar. Bu məsafə bugünkü ölçü ilə 40 kilometrdir. Biləsuvar hansı çayın yaxınlığında yer alıb? Balharı dərəsi və Balharı çayı. Balharı çayı hansı ərazidən qaynaqlanır? İndiki İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sınır bölgəsindən.

Germi şəhərinin doğu ərazilərində. Biləsuvar iki çayın arası kimi şərh edilmişdir. Biləsuvar “Biləlilər yaşayan yer” deməkdir. Biləsuvar iki çayın, Balhari və Ağ Bəylər arasında yerləşdiyinə görə, bəzi insanlar bilmədən, cəhalət üzündən Biləsuvar adını pillərə
(fillərə) aid edirlər ki, bu da kökündən yanlışdır. Bu şəhərin adının böyük heyvanla (fillə) heç bir ilgisi yoxdur. Çünki fillərin Biləsuvarda mövcud olması haqda qaynaq yoxdur. Muğan düzü isə bütövlükdə ekologiya baxımından bir neçə min il öncədən fillər üçün yaşamağa uyğun bir yer deyildi. Suvar və ya sabar türk tayfasının adıdır.

Diakonovun fikrincə, “subar” sözü midiyalıların“sibara” sözünə bənzəyir. Sibara (Əski Zənqan), Zənqan-Qəzvin xəttində – Sabarda Şumer yazılarında subir tayfasının adı çəkilir.

Subarlar turoklarla birlikdə qut tayfa birliyinin yaranmasında iştirak etmişlər. Eradan öncə III-II minilliklərdə Urmu gölü hövzəsində yaşamışlar. Şumer dilində subar sözü Babilin quzey-batısında yerləşən Mesopotamiya torpaqlarına aiddir.
Bunlar Araz çayının quzeyi ilə güneyində Azərbaycanın çeşidli bölgələrində kəngərlərlə ilgiləndirilmişdir.
Xəzər Ərkələtinin (hökümətinin) formalaşmasında
subarların da rolu olub. Qutlar öz adlarını Muğanlı Üngüt adında qatınqa (yadigar) qoyublar. Qızılçılar (Zərgərlər) ailəsi qutlarla eyni soydan idilər”.

PARSABAD

Güney Azərbaycanın quzeyində yerləşən Araz çayının sahilində “Parsabad” adı ilə tanınan şəhərin əski adı Qoçqışlağı, sonralar Qoçkəndi olmuşdur.
“Pars abad” (Parsa Abad) adlanan bu şəhərin adını necə yaratmışdır ?

Birıncı dönəm 1951-ci ildə bu şəhərin əsasını qoyan (ilk kanalizasiya sistemini) “Şiar Azərbaycan” şirkətinin baş direktoru mühəndis İbrahim Parsanın soyadı olan Parsa sözündən götürülmüşdür. Sonralar ard-arda iki a hərfinin tələffüzü ağır olduğundan hərflərdən biri çıxarılaraq “Parsa abad” adı “Parsabad” şəklinə salınmışdır. Ölkədə fars dilinin yayğınlığına görə də, bir çoxları şəhərin adını artıq Parsabad yox, yanlış olaraq “Farsabad” kimi deməyə üstünlük veriblər.
Bunu da bildirməliyəm ki, hazırda Muğan bölgəsinin ən böyük şəhəri kimi tanınan Parsabad şəhərinin adını Güney Azərbaycan Milli Hərəkatının mənsubları “Muğan şəhər” adlandırırlar.

GERMİ

Louis Germanın yazdığı Oksford Universitetinin araşdırmasında sunulan bilgilərə görə, Germi adının kökəni “ümumi
otlaq sahəsi olan bir neçə qəbilə mənasını verən Gerameni sözündən götürülmüşdür. Onların başçısı Gerameni adlanırdı.

Digərləri isə bu şəhərin Babək Xürrəmdinin dövründə “Baz” və ya “Bəzin” olduğunu düşünür və onun Qalabaşı məhəlləsi ilə
Ələ Dərə kəndi arasında yerləşdiyini, Dev Qalası isə Bəz qalası hesab
edirlər. Bəzi tarixçilər bu bölgənin qədim zamanlardan bəri parfiyalıların məskəni olduğunu, Germi sözünün parfiya ləhcəsində müqəddəs söz olduğunu güman edir və “günglü” (böyük bardaq) qəbirlərin mövcudluğuna dəlil gətirirlər. Tarixçilər və digər
araşdırmaçılar hesab edirlər ki, bu söz şumer sözlərindən biridir və iki hissədən (“ger” və “mi”) ibarətdir. “Ger” “məskunlaşma”, “xüsusi yer və ya ev”, “mi” isə “səmavi qanunlar” (“Səmavi qanunlar evi”) deməkdir.
Germidəki tayfaların ən qədimi Həsənlidir. Bu tayfa Şah Abbas Səfəvinin məğlubiyyətindən sonra Azərbaycanın müxtəlif yerlərində yayılmış Uzun Həsənin törəmələridir.

İbad Məmizadə “Ərdəbil kəndləri toponimi” əsərində
yazır:
“Azərbaycanda ən azı 7 yerin eyni adla tanındığını, onlardan ikisinin eyni şəhərdə (Germi şəhəri və Üngüt rayonuna tabe olan kənd), üçünün isə Azərbaycan Respublikasında olduğunu nəzərə alsaq, biri Qərbi Azərbaycandadır (Urmu kəndi) və Şərqi Azərbaycanın Miyana rayonunda bir çay eyni adla tanınır və adın Gürcüstanın Kaxeti vilayətindəki Azərbaycanın Gremi şəhəri ilə oxşarlığı belə
olmalıdır və bu baxımdan daha çox araşdırılmalıdır. Araşdırmaçıya görə, Türkiyənin güneyində “Germili oğlanları” kimi tanınan bir tayfa yaşayır. O hesab edir ki, sözügedən tayfa Səfəvilər dövründə bu şəhərin indiki sakinləri ilə mübadilə etmiş ola bilər, ancaq tarixi yaddaş bu fikrin inandırıcı olmadığını deyir. Adıçəkilən tayfa arasında “Germi plovu” adının məşhur olması bu adın bitki və ya ədviyyat adı ilə bağlı olması haqda fikirlərə də yol açır.

Qeyd edək ki, ərəb dilində yazılmış müxtəlif tarixi kitablarda Germi adı “Qerm”, “Qorm”, “Əlğorm”, “Əl-Qorm” və “Qermi, Qormi” kimi çəkilir. Bunu da Krım adı ilə bağlayırlar. Lakin Krım adı ilə Germi şəhəri arasında əlaqəyə dair heç bir dəlilə rast gəlinmir.

Halbuki Zikriya İbn Məhəmməd Qəzvinli “Asarul-ibad və əxbarul-bəlad” kitabında Muğanın vəsfində yazır:

“Tatarların əsl vətəninin Krım olduğunu nəzərə alsaq, yəqin ki, hicri 10-cu əsrdə İraq və Yəməndən gələn mühacirlər ərəb və İran yazıçılarının Krım üçün işlətdikləri sözü “Qerm”,”Ğerm”, “Əlqerm” və ya başqa bir formada işlətmişlər. Bu bölgədə yaşayan tatarlara aid edilən krım sözü zaman keçdikcə azərbaycanlıların tələffüzündə “Germi”yə çevrilmişdir.

Bu sənəd həm də türk dilinin bu bölgədə Səfəvilər dövründən sonra və hicri X-XI yüzillikdən etibarən geniş yayıldığı iddiasını rədd edir və tarixini ən azı hicri 7-ci əsrə və hətta ondan əvvələ aid edir.

Muğan Azərbaycanın geniş əyalətidir. Kəndləri və qəsəbələri var. Kim Ərdəbildən Təbrizə getsə, bu vilayət onun sağ tərəfində yerləşir. Muğan isti, Azərbaycanın qalan bölgələrinin iqlimi soyuqdur. Türkmənlər isə yemin bolluğuna və qışın xoş keçməsinə görə orada yaşamışlar və indi tatarlar türkmənləri oradan qovub özləri orada məskunlaşmışlar”.

Görünən budur ki, “Germi” adının farsca “istilik” sözü ilə ilgisi yoxdur. Buna da ən sadə cavab Germinin dağlıq ərazidə yerləşməsi və sərt qışı olmasıdır.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
2-ci hissə
Şair Həbibi (Sultanüş-Şüəra, Şairlər Sultanı)
Əsl adı Gürzəddin, təxəllüsü Həbibi olan şair Göyçayın Bərgüşad kəndində (qəsəbəsində) doğulub.Bəziləri deyəcəklər, Bərgüşad Ucardadır axı.Xeyr, Həbibi doğulandan təxminən 469 il sonra Ucar rayonu yaranıb.O kəndlər ta qədimdən Göyçay nahiyəsinə, daha sonra isə Göyçay qəzasına aid olub, yəni tarixi kontekst baxımından kobud səhvdir Ucar yazmaq.
Həbibinin Azərbaycan hökmdarlarından Ağqoyunlu Sultan Yaqubun dövründə yaşamaqla, çobanlıq etdiyi bizə məlumdur. Bu haqda məşhur bir rəvayət də günümüzə qədər gəlib ki, bu da şairin Sultanın müasiri olduğuna işarədir.
Bir gün Sultan Yaqub şikara çıxdıqda bir çobanın sürü ilə qoyun otardığını görür.Quzuların yiyəsini öyrənmək üçün mülazimlərindən birisini çobanın yanına göndərir.Mülazim (yavər) Həbibidən soruşur:
-Bu quzular kimindir?
-Qoyunların
-Bu kəndin böyükləri kimlərdir?
-Öküzlər və camışlar
-Mən insanları pişvaz edən böyükləri soruşuram
-İtlər və köpəklər
Mülazim qəhərlənərək türkcə deyir:
-Eh, nə çapaydım səni!
-Çapa gör ki, yoldaşların getdilər.
Mülazim Həbibinin yanından qayıdır, qəziyyəni Sultan Yaquba ərz edir. Sultan isə bu əhvalatdan çox xoşlanır, Həbibini öz yanına cəlb edir.Gələcək şairin təlim və tərbiyəsi üçün əmrlər verir.Həbibi o gündən Sultanın himayəsində yaşayır, onun vəfatından sonra Şah İsmayıl Səfəvinin məliküş-şüərası olur.Yenidən gerçək adı ilə Gürzəddinbəy çağrılır.
Həbibi həm də ədəbiyyatımızın tacı Füzulinin də mürşidi-kamili olub.Füzuli Həbibinin kəlamlarına olan heyranlığını gizlətməyib.
Gər səninçün etmiyəm çak ey güli-nazik bədən,
Qəbrim olsun ol qəba əynimdə pirahən kəfən.
mətləli qəzəlin tamamını böyük Füzuli təxmis etməklə rəhmsiz ruzgarın çəngindən xilas edərək bu günə kimi qoruya bilib.
Çaldıran savaşı olmasaydı Həbibi də aləmdə məşhur şair olardı, zira bu döyüşün şahidi olmuş Həbibi bu olaydan sonra el-obadan dərbədər düşür, necə deyərlər isti aşına soyuq su qatılır, güzəranı təlx olur.
Həbibini qarşıda isə yorucu səyahətlər gözləyirdi.
Səhvən müxəmməs kimi şöhrət tapan məlum təxmisi “Füzuli divanı” nda yer alıb.

M.Füzuli:
Ta cünun rəxtin geyib tutdum fəna mülkün vətən,
Əhli-təcridəm qəbul etməm qəbaü pirəhən.
Hər qəbaü pirəhən geysəm misal qönçə mən.

Həbibi:
Gər səninçün qılmıyam çak ey büti-nazik bədən,
Gorum olsun ol qəba, əynimdə pirahən kəfən.

M.Füzuli:
Gərçe sövdayi-sər zülfündəyəm zarü zəlil,
Keçmən ol sövdadən olduqca məna ömr təvil.
Sanma tərk etdim bu sövdanı gər olsam mən qətl.

Həbibi:
Çıxmaya sövdai-zülfün başdan, ey meh, gər yüz il,
Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən.

Əslində, Həbibi Füzulidən yarım əsr əvvəl vəfat edib.Şəmsəddin Sami yazırdı ki, hicri 918 ilə 926 arasında olub.Füzulinin təvəllüdü isə hicri 910- cu ildir.Deməli, Həbibi vəfat edəndə Füzuli 12-15 yaşlarında yeniyetmə idi.
Haşiyə:
(Şəxsən mən Turan Uğura görə yuxarıdakı rəqəmlərdə qeyri-dəqiqlik var, əgər Həbibi Çaldıran döyüşünü görübsə, ki səyyahlar, tədqiqatçılar bir ağızdan deyirlər ki, görüb, deməli, şairin Füzulidən 50 il öncə vəfat etməsi düz alınmır.Miladi təqvimlə 1556-cı ildə vəfat edən Füzuli və 1514-cü ildə baş vermiş Çaldıran döyüşü: məsafə 42 il düşür, yəni Həbibi vəfat edəndə Füzulinin ən azı 20 yaşı olub, ən çoxu isə 26.Hər halda, əsas odur ki, Füzulinin Həbibinin müasiri olduğu dəqiqdir)
Həbibinin vəfatı ilə bağlı Övliya Çələbi daha geniş bilgilər verib.Onun dəlillərinə görə şairin məzarı Südlücə qəsəbəsində Cəfərabad təkiyəsindədir.Həmin təkiyəni Övliya xeyli öymüş, sən demə, nəqqaş Ağa Rza divarına siyah qələmlə bir vəhşi dağ keçisinin surətini qaya üzərinə elə gözəl həkk etmiş ki, Behzad və Mani də belə təsvir yaratmaqda aciz görünərlər.Yəni, Həbibi böylə nəfis bir təkiyə içərisində əsrlərdir ruhən dinclik tapmaqdadır.
Ruhuna dinclik, ey gözəlim Göyçayın fəxri, şairlər sultanı Gürzəddinbəy Həbibi!
05.05.2024
(Həbibi haqqında yazımda Salman Mümtazın, Övliya Çələbinin, Şəmsəddin Saminin dəlillərinə, araşdırmalarına istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Spinoza aforoz edilərkən oxunan qərarın mətni isə belə idi.

Yəhudi icması Spinozanı 1655-ci ildə həm yəhudi dinindən, həm də icmadan xaric etmişdir. Əsrlər sonra bir çox məşhur yəhudi alim və mütəfəkkirlərinin müraciətlərinə, 369 il keçməsinə baxmayaraq, yəhudi icması aforoz qərarını geri çəkmədi.
Spinozanın 23 yaşında xaric edilməsi bu gün də öz təsirini itirməyib. Məsələn, məşhur Spinoza ekspertlərindən biri olan Yitzhak Melamed, 2021-ci ildə bir araşdırma üçün Spinozanı xaric edən cəmiyyətin hazırkı nümayəndələri ilə əlaqə saxlamaq istədi. Onun cavabı belə oldu: “Spinoza və onun yazıları ən sərt qadağa ilə xaric edilir. Bu qadağa hələ də qüvvədədir və geri götürülə bilməz. Siz həyatınızı Spinozanın qadağan olunmuş əsərlərini öyrənməyə və onun ideyalarını inkişaf etdirməyə həsr etmisiniz. Bizim obyektlərə baş çəkmək istəyiniz yersizdir. Bu, kimliyimiz və irsimiz üçün qəbuledilməzdir.” Bu, hücumdur, ona görə də xahişinizi rədd edirik.”


Spinoza aforoz edilərkən oxunan qərarın mətni isə belə idi: “Mələklərin qərarı, övliyaların kəlimələri ilə Barux de Spinozanı xaric edir, qarğışlar tökür, lənətləyirik. Uca Tanrının lütfü və müqəddəsin razılığı ilə camaat, bu adamı gündüz lənətləsin, gecələr lənətlənsin, yatanda lənətlənsin, qalxanda lənətlənsin. Gedəndə lənətləsin, gələndə lənətləsin. Uca Tanrı onu heç vaxt bağışlamasın və bütün qəzəbi ilə ona lənət etsin. Allahın bütün bəlaları onun üzərinə olsun. Tanrı onun adını səma altından hər yerdən silsin, ən böyük bəlaları nəsib etsin. Biz hamını xəbərdar edirik: Sizlərdən heç biriniz onunla şifahi və ya yazılı danışa bilməzsiniz. Ona zərrə qədər yaxşılıq edə bilməz, onunla bir dam altında otura bilməz, ondan dörd addımdan artıq yaxınlaşa bilməz, hazırladığı və ya yazdığı kağızı oxuya bilməz.”

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

06, 07 may 2024-cü il tarixlərdə “Neytral zona” (“Tarafsız Bölge”) tamaşası ilə (müəllif Firuz Mustafa) Teatr Xadimləri İttifaqının səhnəsində -“Aktyor Evi”ndə çıxış edəcək.

Hörmətli teatrsevərlər!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində
Türkiyənin Trabzon Sənət Teatrı Bakı tamaşaçılarının qonağı olacaq.
Teatrın yaradıcı heyəti 06, 07 may 2024-cü il tarixlərdə “Neytral zona” (“Tarafsız Bölge”) tamaşası ilə (Müəllif: Firuz MUSTAFA) Teatr Xadimləri İttifaqının səhnəsində –“Aktyor Evi”ndə çıxış edəcək.
Tamaşa saat 19.00-da başlanır. Giriş sərbəstdir.

Mənbə: Firuz Mustafa

FİRUZ MUSTAFANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şair Səfər Boluslunun ən çox sevilib oxunan şeirlərindən biri – Sorğu.

SORĞU

Əziz dostlar, şeir həvəskarları! Aşağıda sizə gözəl ziyalı, şair, rəhmətlik Şair Səfər Boluslunun ən çox sevilib oxunan şeirlərindən birini yazıram. Bu şeir 60-70-ci illərin şeridir. Qoyun-quzu otarardıq- səsləndirərdik, qızlara oxuyardıq, yol gedərdik, bu şeiri züm-zümə edərdik. Toylarda hökmən oxunardı. Mqsədimsə xahiş etməkdir: Şeirin son iki bəndi təhrif olunub. Oriqinalı bilən varsa çox-çox XAHİŞ edirəm, göndərin!

Get, uğurlar olsun, mehriban sonam,
Təhsilin bitəndə qayıt, kəndə gəl.
Özün – öz əlinlə düzüb qurduğun,
Sizin sarmaşıqlı aynabəndə gəl.

O siyah telləri kəsdirmə qısa,
Mina gərdənini batırma yasa!
Əzəlki sadəlik səndə qalarsa,
Bilginən, artacaq inam məndə! Gəl!

Demirəm, oxuma! Oxu-savadlan,
Elmidə alim ol, həyatda insan.
İşdə mübariz ol, evdə mehriban,
Yaşayaq bu bağda, bu çəməndə, gəl.

Kədər də, sevinc də olur həyatda,
Nə qədər qiymət var bir təmiz adda!
Əhdi-peymanını bərk saxla yadda,
Gözlərəm – saçıma dən düşəndə, gəl!

Əqlini almasın hər gülən bəniz,
Saxta məhəbbəti sevməyirik biz!
Sadə get, sadə gəl, bəzənmə qəliz,
Sevinsin el-oba sən gələndə! Gəl!

Buraya kimi, yəqin düzgündür. Şeirin mənası, gücü ilə, misraların bir-birini tamamlamağı ilə fəxr edirsən! Əfsuslar, sonrakı bəndlərdə ahəng pozulur, təkrarlığa yol verilir. Səfər Boluslu təkcə istedadlı şair yox, olduqca savadlı ziyalı olub. Moskvada Timiryazevdə oxumuş zəka sahibi, gözəl şair mətndə belə qırıqlığa, təkrara, misraların “özbaşınalığına” yol verə biməzdi. Son bənddə isə, şeirin ahəngi, mətn bütövlüyü pozulmağı ilə yanaşı, qafiyə itgisi (iki dəfə “kəndə gəl”) ortaya çıxır ki, böyük istedadın belə yazmağına heç cür inanmaq olmaz:

Deyirəm, hər yerdən bura gözəldir,
Özün de, buradan hara gözəldir?!
Yalvarmaq-yaxarmaq yara, gözəldir,
Alaram könlünü hər küsəndə, gəl.

Kəndimizdə torpaq – ana, şirindir,
Bilmirəm anadan bəs nə şirindir?
Səfər başqasından yenə şirindir,
Uyma başqasına, qayıt kəndə gəl.

Şair gözəl Goranboyda yaşayıb. Kimsə düz variantı bilirsə yazmağını xahiş edirəm. Onun əlimə düşən şeirlərini PDF edib qoyacam internetə, qoy yaşasın. Kağız cırıla, çürüyə bilər. İnternetsə yaşadacaq şeiri. Sağ olun!

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ MƏMMƏDOVUN YAZILARI

EYVAZ ZEYNALOVUN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (5)

Əli Azəri-şair, alim, general, hərbi xadim, Azərbaycanın qəhrəman övladı.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə, fədailərimizə ithafən)
Ə.Süleymani:
1946-cı ilin 14-16 may tarixlərində Təbrizdə keçirilən müşavirədə mən də iştirak edirdim.Burada gözü çeşməkli, mavi gözlü bir rus nümayəndəsi SSRİ tərkibinə daxil olmağı bizə təklif etdi.Verilən cavablar eynilə yadımdadır.Məhəmməd Qazi dedi ki, biz bir boyunduruqdan açılıb digərinə qoşula bilmərik.Pişəvəri isə sərt yox, nəzakətlə cavab verdi:
“Əlbəttə, sizin qardaşlıq ailəsində yaşamaq bizim üçün şərəfdir.Lakin hələlik belə bir addım atmağa ona görə yol vermərik ki, bu Tehran, Vaşinqton radiolarının, mətbuatının hər gün bizim barədə qusduğu yalanı təsdiq etmiş olar.Lakin Sovet Azərbaycanının Cənubi Azərnaycanla birləşməsinə razılıq versəniz, SSR-nin yanında Çexoslavakiya kimi bir respublika yaranmış olar.Əlbəttə, Stalin belə bir təklifə razılıq verə bilməzdi.Dekabrın 9-da bizə demişdilər ki, düşmənə qarşı son nəfəsinə kimi döyüşənlərə Azərbaycan qəhrəmanı adı veriləcək.Zatən heç kəs qaçmaq niyyətində deyildi.Ertəsi gün Təbriz İran faşistləri tərəfindən tutulduqda xalqı aldatdılar.Radiodan elan etdilər ki, biz seçki keçirməyə gəlmişik, silaha əl atmayın.Xalq bu vədə inandı.Ən ciddi səhvlərdən biri bu oldu ki, Pişəvərinin, Qulam Yəhyanın və Bedaganın ailəsi Təbrizdən köçürüldü.Xalq bundan təşvişə düşdü, köçməyə başladı.Culfada bu taya keçəndə sərhədçilər demişdilər ki, bizə yalnız 3 ailəni buraxmaq tapşırılıb.Əslində, Güney Azərbaycan Hökuməti elə bir qüvvəyə malik idi ki, öz gücü ilə İranı başdan-ayağa kimi tuta bilərdi.Fars zabitləri dəstə-dəstə bizim tərəfə keçirdilər.Bağırovun, Stalinin himayəsinə sığınıb inqilabi qətiyyəti əldən verən Pişəvərinin nöqsanı bağışlanmazdı.
-“Axı sən fədailərini qoyub hara qaçırsan?”-deyən cəsur Azərbaycan qəhrəmanı, şair, alim, general
Əli Azəri Naxçıvanda Pişəvərini yaxalamış və ona bir sillə çəkmişdi.
-Bu, xalqın silləsi idi.Tarixi sillə idi.Yerində vurulmuş sillə idi.
Əli Azəri fransızca mükəmməl bilən, əsasən farsca yazan misilsiz şair idi.
Nə Firudin İbrahimi, nə də Əli Azəri Seyid Cəfərlə düz gəlirdilər.Onlar daha qəti, daha inqilabi mövqe tuturdular.”Qonşuya ümid olan şamsız yatar” deyirdilər.
Pişəvəri Azərbaycanın böyük oğludur, inqilab xadimi, mühərriridir, ancaq ona yaraşmayan ölüm nəsib oldu.Halbuki ən şərəfli, ən gözəl ölüm qazanmaq imkanını tarix özü ona təklif etmişdi.
Düşünürəm ki, Pişəvəri öyrədilmiş bir erməni şoferinin sürdüyü maşında başı dəmirə toxunub qan sızmasından deyil (əslində, Pişəvəri Gəncə-Yevlax yolunda, Yevlaxın 14 kilometrliyində baş verən qəzada yerindəcə həlak olmamışdı, xəstəxanada canını naməlum şəkildə tapşırmışdı) səngər başında, Təbrizdə qəhrəman kimi həlak olmalı idi.

(Yazımda Əli Azərinin, Əsgər Süleymaninin və Xəlil Rzanın xatirələrindən istifadə olunub)
07 may 2024.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİBİMƏRYƏM – ТЕҢИЗ ТОЛҚЫҒАНДА

ТЕҢИЗ ТОЛҚЫҒАНДА

Теңиз толқығанда толқыйман менде,
Ой қыяляым жағысына келгенде.
Бүгин және шықтым сайранлар етип,
Теңиз және толқып атыр дегенге…

Жүрекгенем пурса бермес шыдаўға,
Жүгиргеннен түстим терли булаўға.
Ақбас толқын из изинен келгенде,
Ынтық болдым бир тоймастан қараўға…

Мендеги оянған ышқы муҳаббат,
Қәлбимде сени деп толқып атқандай.
Диң басында турдым бир қанша саат,
Сүйген ярым тереңинде жатқандай…

Көк көмбек суўларың ақшыл түс енип,
Бунша урынасаң шуўылды берип.
Жаным арасынан көтер басыңды,
Сени сағынғаннан турыппан келип…

Теңиз толқығанда сезим күш бермей,
Жағаңа жеткенше асығаман мен.
Оңым болғайдағы және түс көрмей,
Сондай қыялларды жасыраман мен…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB.

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB. – PDF: yazarlar-41

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – “Yarını gözləyir hər gün Lütfiyar…”

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"