Etiket arxivi: ARAZ ŞƏHRİLİ

AZƏRBAYCAN ADININ MƏNASI

ƏVVƏLİ BURADA:>>>> AZƏRBAYCAN ADININ MƏNASI

Böyük bir təpə yarandı, onu Azərbaycan adlandırdılar.

Azərbaycan adının mənasını izah edən 12 fərziyyə

II hissə

Azərbaycan adının mənasını izah edən daha bir fərziyyə yəhudi əsilli İslam və İlxani tarixçisi Fəzlullah Rəşid əd-Dinin (1247–1318) “Oğuz-namə” adlı əsərində verilmişdir:

“Oğuzlar Azərbaycan vilayətini də ələ keçirdilər. Oğuz öz atlarını Ucanın geniş, gözəl çəmənliklərinə və otlaqlarına buraxdı. Orada olduqları zaman Oğuz əmr etdi ki, hər bir kəs öz ətəyində torpaq gətirib müəyyən bir yerə töksün və beləliklə, orada təpə ucalsın. Əvvəlcə onun özü ətəyində torpaq gətirib həmin yerə tökdü.

Bunu şəxsən etdiyinə görə döyüşçülərin hamısı ətəklərində torpaq gətirib ora tökdülər. Böyük bir təpə yarandı. Onu Azərbaycan adlandırdılar. Türkcə azər uca, bayqan isə varlıların, uluların məskəni deməkdir. Bu ölkə belə bir adla tanındı və məhz ona görə də bugün Azərbaycan adlanır”.

İzah. Fəzlullah Rəşid əd-Dinin qələmə aldığı variantın həqiqətəuyğunluğunu müəyyənləşdirmək üçün Azərbaycan adını əvvəlcə elemenlərə bölək, sonra isə hər bir elementi ayrılıqda tədqiq edək:

Az–ər. Böyük türk filosofu və dilçisi Mahmud Kaşğari (1029–1126) “Divani lüğət ət-türk” adlı əsərində göstərmişdir ki, türk dilində “aziz yir” ifadəsi hündür, yüksək yeri bildirir. “Aziz yir” kəlməsilə “azər” sözü arasında bənzərlik tam deyil. Amma onu da nəzərə almalıyıq ki, “aziz yir” ifadəsi şifahi nitqdə zamanla “azir” və ya “azer” şəklinə də düşə bilərdi.

Bay. “Qədim türk dili lüğəti”nə əsasən, “bay” varlı, zəngin deməkdir.

Can. Divara, hasara çuvaş dilində “xume”, monqol dilində “xana” deyilir. İran dillərində isə “xanə” sözü evi bildirir. Fin dilində “huone” (otaq), ingilis dilində “home” (ev), Azərbaycan dilində isə “koma” (kiçik, sadə ev) sözü vardır. Vətən ingilis dilində “homeland”, macar dilində “hon” sözü ilə ifadə edilir.

Avrasiyada yayılmış dillərin əksəriyyəti üçün ümumi olan belə misallar kifayət qədərdir. Onları çəkməklə göstərmək istəyirik ki, Azərbaycan toponiminin sonuncu “can” (kan) hissəsi həqiqətən də vətən, ölkə, məskən kimi mənaları daşıya bilər. Beləliklə, Fəzlullah Rəşid əd-Dinin variantına görə, Azərbaycan adı dörd hissədən ibarətdir:

Az – aziz, yəni hündür.

Ər, er, ir – yer.

Bay – varlı, zəngin, bəy.

Can (kan) – ölkə, məskən, ev.

Qeyd. Onu da vurğulayaq ki, Fəzlullah Rəşid əd-Dinin sözügedən fərziyyəsi Azərbaycan tarixşünaslığında ilk dəfə məhz bu yazıda belə bir üsulla tədqiq edilmiş, qədim türk dilindəki “aziz yir” ifadəsi Azərbaycan toponiminin “azər” hissəsilə müqayisə olunmuşdur.

Növbəti iki fərziyyə fransız əsilli İngiltərə səyyahı Jean-Baptiste Chardinin (1643–1713) “Jean Chardinin səyahətnaməsi” adlı əsərindəndir:

“İranlılar deyirlər ki, bu əyalət Azərbaycan, yəni od yeri və ya od ölkəsi adlanmışdır. Çünki ən məşhur od məbədi burada tikilmişdir. Az yiyəlik halın artiklidir. Qədim Şərq idiomlarının əksəriyyətində olduğu kimi, əski pars dilində də oda ər və ya ur deyilir. Pekan isə yer, yaxud ölkə anlamını verir”.

“İranlılar onu (Midiyanı) Azərbeyan və ya Azurpekan adlandırırlar. Bəzi adamlar onu Asurpekan şəklində tələffüz edir və yazırlar. Bu da Assur ölkəsi deməkdir. Deyirlər ki, bu böyük əyalət vaxtilə Assuriya dövlətinin tərkibində olduğuna görə onu Assur adlandırmışlar”.

Abbasqulu ağa Bakıxanov (1794–1847) isə Azərbaycan sözünü xalqımızın qəhrəman oğlu Babəkin (798–838) adı ilə əlaqələndirirdi. O, “Gülüstani-İrəm” adlı əsərində yazırdı:

“Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan ifadəsindəndir. Ərəblər onu Azər-Babəcan kimi tələffüz edirlər. Azərbaycan Babəkin atəşi deməkdir. Hər halda, bizə məlumdur ki, atəşpərəstlik bugün Azərbaycan adlandırılan məmləkətdə zühur etmişdir”.

Doqquzuncu fərziyyəni birinci və dördüncü fərziyyələrin sintezinin nəticəsi kimi irəli sürürük:

“Ola bilsin ki, Atropat e.ə. IV əsrdə yaşamış Azərbaycan hökmdarının adı deyil, ləqəbi idi. Bu halda mümkündür ki, atropat (atəş keçikçisi) sözü həmin şahın, əslində, kahin və ya din xadimi olduğunu göstərirdi”.

Amma bir məsələ də var ki, tarixi mənbələrdəki məlumatlar e.ə. IV əsr zərdüştiliyində od məbədlərinin mövcudluğunu şübhə altına alır. Əsaslı ehtimala görə, od elementini zərdüştiliyə eramızın III əsrinin əvvəllərində Sasanilər daxil etmişlər.

Ardı burada: >>>>Azərbaycan adının mənası

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan adının mənası

Azərbaycan adının mənası – SİLSİLƏ

Azərbaycan adının mənasını izah edən 12 fərziyyə

I hissə

Bu yazımızda Azərbaycan adının mənasını izah edən on iki fərziyyə təsbit olunmuşdur. Əvvəlcə onlardan ən populyarını qeyd edək:

1.“Azərbaycan toponimi qədim Atropatena dövlətinin adından törəmişdir. Əhəmənilər imperiyası (e.ə. 550–329) süqut etdikdən sonra, həmin dövlətin satrapı olmuş Atropat (e.ə. 370–321) tarixi Midiyanın (e.ə. 670–550) şimal-qərbində öz şahlığını qurmuşdu. Onun ölkəsi əvvəl Atropat (Aturpat, Atorpat) Midiyası, sonra isə Atropatena adlandırılmışdı. VII əsrdə bölgəni istila etmiş ərəblər Atropatena sözünü Azərbaycan kimi tələffüz etmiş və yazmışlar”.

Yunan əsilli İslam coğrafiyaçısı və səyyahı Yaqut əl-Həməvi (1178–1229) “Kitab əl-Buldan” adlı əsərində Azərbaycan adının mənşəyilə bağlı üç fərziyyə sadalamışdır:

2. “Əbu Muhəmməd Abdullah ibn əl-Mukəffa (723–759) deyir ki, Azərbaycan Azərbaz ibn İran ibn Əsvəd ibn Sam ibn Nuh əleyhissəlamın şərəfinə belə adlandırılmışdır”.

3.“Digərləri söyləyirlər ki, Azərbaycan adı Azərbaz ibn Bayvarasfın adından yaranmışdır”.

Qeyd. Belə bir ehtimal da var ki, ərəblər Atropat şəxs adını Azərbaz kimi tələffüz etmişlər. Bu fikri nəzərə alaraq deyə bilərik ki, tarixdə Atropat adlı daha bir məşhur şəxsiyyət olmuşdur. Marəspəndanın oğlu Azərbaz (Adurbad-i Mahraspandan, Azərbəd-e Marəspəndan) 290-cı ildə dünyaya gəlmiş, 320-ci ildə Sasanilər imperiyasının Mobədlər Mobədi (zərdüştilikdə ali dini dərəcə) seçilmiş, 371-ci ildə vəfat etmişdir.

Azərbaz zərdüştiliyin müqəddəslərindən, eyni zamanda tarixin ən müdrik şəxsiyyətlərindən biri hesab olunur. Yeri gəlmişkən, “özgəsinə quyu qazan, sonda özü o quyuya düşər” məşhur Azərbaycan zərb-məsəlinin müəllifi ola bilsin ki, həmin Azərbazdır.

Zərdüştiliyin “Denkərd” (IX əsr) kitabındakı məlumata görə, Azərbaz İranın Kuran kəndində doğulmuşdur. Güman edilir ki, həmin kənd indiki Pakistanın Sind və Bəlucistan vilayətlərindəki Mekran səhrasında yerləşirmiş. Belə bir iddia üçün yeganə əsas isə, Kuran və Mekran (Makuran şəklində də yazıla bilərdi) toponimləri arasındakı bənzərlikdir. Digər ehtimala görə, Azərbazın əsli İranın Mazandaran ostanının Miandorud şəhristanının Makeran kəndindəndir. Yenə də ad oxşarlığına istinad edilmişdir. Üçüncü fərziyyəyə əsasən, Azərbazın vətəni İranın indiki Fars ostanıdır.

Qeyd etmək lazımdır ki, bugün İranda Kuran adlı ən azı on bir kənd vardır:

Kuran – Qərbi Azərbaycan ostanının Urmiya şəhristanında kənd;

Kurani – Qərbi Azərbaycan ostanının Urmiya şəhristanında kənd;

Kuran – Qərbi Azərbaycan ostanının Mehabad (Soyuqbulaq) şəhristanında kiçik kürd kəndi;

Kuran – Şərqi Azərbaycan ostanının Hurand şəhristanında böyük türk kəndi;

Kuran-e Türkiyə – Şimali Xorasan ostanının Faruj şəhristanında qədim türk kəndi;

Kuran-e Kurdiyə – Şimali Xorasan ostanının Faruj şəhristanında kiçik kürd kəndi;

Kuran-e Tat – Şimali Xorasan ostanının Əsfərəyan şəhristanında əski türk–tat kəndi;

Kuran-e Ulya – Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanında kənd;

Kuran-e Suflə – Sistan və Bəlucistan ostanının İranşəhr ostanında kənd;

Kuran – Hörmözqan ostanının Bəndər-Abbas şəhristanında xırda sünni fars kəndi;

Kuran – Hörmözqan ostanının Bəstək şəhristanında balaca fars kəndi.

Göründüyü kimi, mobədlər mobədi Azərbaz, əslində, azərbaycanlı da ola bilərdi. Zərdüştiliyin “Bundahişn” adlı kitabına əsasən, Azərbaz İranın əfsanəvi Pişdadilər sülaləsindən idi. Xatırladaq ki, İran mifologiyasına görə, qədim zamanlarda bu ölkə bir-birini əvəz etmiş dörd sülalənin hakimiyyəti altında olmuşdur. Onlardan birincisi Pişdadilər, ikincisi Kəyanilər, üçüncüsü Əşkanilər (Ərsaqilər), dördüncüsü isə Sasanilərdir.

Hər hansı bir əfsanə və mifin əsasında müəyyən bir həqiqət, real tarixi hadisə yata bilər. Rəvayətlərdə deyilir ki, Kəyanilər sülaləsi hakimiyyət başına Pişdadilər sülaləsindən sonra keçmişdir. İran mifologiyasının tədqiqatçıları Kəyanilər sülaləsini Əhəmənilər (e.ə. 553–229) sülaləsilə eyniləşdirirlər. Tarixdən isə bəllidir ki, Əhəmənilər sülaləsindən əvvəl indiki İran və Orta Asiyanın da böyük bir hissəsi Midiya (Azərbaycan) şahlarına tabe idi. Deməli, Pişdadilər, o cümlədən, Marəspəndanın oğlu Azərbaz maday, yəni qədim azərbaycanlı olmuşlar.

Belə bir haşiyədən sonra Yaqut əl-Həməvinin diqqətini cəlb etmiş üçüncü fərziyyəyə nəzər salaq:

4. “Bəziləri isə güman edirlər ki, pəhləvi dilində azər sözü atəş, bayqan sözü isə keşikçi və ya mühafizəçi deməkdir. Beləliklə, Azərbaycan sözü atəş məbədi və ya atəş mühafizəçisi anlamını ifadə edir. Bu, həqiqətə uyğundur. Çünki həmin ərazidə çoxlu atəş məbədi vardı”.

Ardı burada: >>>> AZƏRBAYCAN ADININ MƏNASI

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Araz ŞƏHRİLİ – Aşura mərasimini daim vəhdət şəklində qeyd edən Azərbaycan

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Aşura mərasimini daim vəhdət şəklində qeyd edən Azərbaycan

– “Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı.”

Hər il hüzünlü məhərrəm ayı daxil olan kimi müəyyən şəxs və qruplar Azərbaycan xalqının ünvanına standart ittihamlar səsləndirməyə başlayırlar. O cümlədən belə bir iddia da irəli sürürlər ki, guya Aşura mərasimi yalnız konkret bir məzhəbə aiddir.

Bu fikrin kökündən yanlış olduğu hər bir bilikli və gözüaçıq azərbaycanlıya gün kimi aydındır. Bugün də Azərbaycanda keçirilən Aşura ayinlərində hər iki məzhəbdən olan vətəndaşlar iştirak edirlər. Onu da vurğulamalıyıq ki, bu, tarixən belə olub.

Azərbaycan xalqının dini və milli dəyərlərə bağlılığını, tolerantlığını, böyük dövlətçilik tarixinə malik bir millət kimi cılız hisslərdən və davranış tərzindən uzaq olduğunu göstərən çoxlu misal çəkə bilərik. Bu gün onlardan biri üzərində dayanacağıq.

1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı yenidən işğal etdi. Amansız repressiya dalğaları, qırmızı terror, talanlar ölkəni bürüdü. Minlərlə ziyalı, din xadimi, hərbçi, sadə şəhərli və kəndli sorğu-sualsız güllələndi, qaranlıq və soyuq zindanlara atıldı.

Belə bir ağır və ümidsiz vəziyyətdə Azərbaycanın vətənpərvər və cəsur övladları yadellilərə qarşı silahlı mübarizəyə qalxdılar. Onlardan biri də 1869-cu ildə indiki Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev idi.

Bəhlul Behçət əfəndi nüfuzlu ruhani, gözəl folklorşünas, istedadlı tarixçi və yazıçı olmuşdur. Cümhuriyyət dövründə o, Zəngəzur qəzasının qazisi vəzifəsində çalışmışdı. Bəhlul əfəndi dini təhsilini Osmanlı imperiyasında almışdı. O, İslamın əhli-sünnə yoluna etiqad edirdi.

Bəhlul əfəndi haqqında ən maraqlı məlumatı onunla mübarizə aparmış bolşevik Nəzər Heydərov (1896-1968) özünün «В горах Зангезура» adlı əsərinin 165–188-ci səhifələrində vermişdir:

“1921-ci ilin sonlarından etibarən özü də sünni olan Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı. O, deyirdi: Kim məhərrəm ayında Kərbəla şəhidləri üçün göz yaşı axıdacaqsa, həmin şəxsin son məkanı yəqin ki, Cənnət olacaq. Çünki Məşhər günü onun üçün şəfaəti İmam özü istəyəcək.

Bəhlul əfəndinin dəvəti Qubadlının sünni kəndlərində qəbul edildi. 1922-ci ilin payızında bu kəndlərin hamısında hər gün əzadarlıq mərasimləri keçirilir, kəndlilər sinə vurub mərsiyələr deyirdilər.

Aşura günü sünni azərbaycanlılar iki cərgədə düzülmüşdülər. Birinci cərgə addımlayaraq Şah Hüseyn, ikinci cərgə isə Vay Hüseyn deyirdi. Sonra birinci cərgə uca səslə Heydər, ikinci cərgə isə Səftər adlarını çəkdi. Ardınca birinci cərgədəki sünnilər başlarına xəncər və qılınclarla zərbələr endirdilər. Sonra şəbih mərasimi başlandı.

Zəngəzur qəzasının Dağ-Tumas, Sirik, Qazanzəmi, Maşanlı, Xanlıq, Çay-Tumas, Əfəndilər kəndlərinin əhalisi Bəhlul əfəndinin ətrafında birləşmişdi. 1922-ci il oktayabrın 18-də Bəhlul əfəndi bu kəndlərdən olan mücahidlərin qarşısında çıxış etdi.

O, müraciətini kəlmeyi-şəhadət formulunu ifadə etməklə bitirdi: Əşhədu ən lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən Rəsul Allah, əşhədu ənna Əliyyən vəliyullah. Döyüşçülər bu sözləri Bəhlul Əfəndinin ardınca təkrar etdilər”.

Zəhgəzurun sünni kəndlərinin sovet hökumətinə qarşı silahlı üsyanı belə başlandı. Üsyançılar qəzanın mərkəzini ələ keçirib xainləri cəzalandırdılar. Lakin qüvvələr qeyri-bərabər idi. Bolşeviklər özlərinin erməni dostlarını köməyə çağırdılar. Bir neçə gündən sonra üsyançıların üstünə rus ordusunun hissələri də göndərildi.

Rusların, ermənilərin və yerli manqurtların silah-sursat və canlı qüvvə baxımından böyük üstünlüyə malik birləşmələrinə inadlı müqavimət göstərən üsyançılar geri çəkilməyə məcbur oldular. Döyüşlərdən birində mücahidlərin hərbi komandiri igid Təhməz ağır yaralandı.

Satqınlardan biri Təhməzin artıq şəhid olduğunu güman edərək ona yaxınlaşdı və qəhrəman döyüşçünü təpikləyib təhqir etmək istədi. Təhməz son nəfəsində özünü toparlayıb bu yaramazı Cəhənnəmə vasil etdi.

Bolşeviklərlə mücahidlər arasında son şiddətli döyüş Maşanlı və Qazanzəmi kəndləri ətrafında oldu və bir neçə saat davam etdi. Yüksəkliklər düşmənin əlinə keçdikdən sonra üsyançılar İran sərhədinə doğru geri çəkilməyə başladılar.

Qırmızıların mühasirəsini yaran azərbaycanlılar başda Bəhlul əfəndi olmaqla İran ərazisinə daxil oldular. Lakin vətən həsrəti çəkən Bəhlul əfəndi 1923-cü ilin payızında Qubadlıya qayıtdı. Bolşeviklər bundan xəbər tutan kimi onu həbs etdilər.

10 il dustaq həyatı yaşadıqdan sonra azadlığa çıxan Bəhlul əfəndi 3 il “Azərnəşr”də, ardınca isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda çalışdı. 1937-ci ilin avqustunda o, yenidən həbs olundu. 1938-ci il martın 15-də saxta ittihamlar əsasında güllələndi.

20 il sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə Bəhlul əfəndi Behçətə bəraət verildi.

Allah Bəhlul əfəndiyə və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir insana rəhmət eləsin.

Müəllif: Araz ŞƏHRİLİ

İlkin mənbə: Milli Kimlik

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

ARAZ ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN ARAZ ŞƏHRİLİNİN DOĞUM GÜNÜDÜR!

Bu gün jurnalımızın məsul katibi, gözəl insan araşdırmaçı-yazar, pedaqoq, məşhur “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabının müəllifi Araz Şəhrilinin doğum günüdür! Ad günü münasibəti ilə Araz müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!

QISA ARAYIŞ

Araz ŞƏHRİLİ (Abbasov) 6 iyun, 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.

 “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

ARAZ ŞƏHRİLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN!!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” MAY 2023 N: 05 (29) MÜZAKİRƏYƏ TƏQDİM OLUNUR

“YAZARLAR” MAY 2023 N: 05 (29) MÜZAKİRƏYƏ TƏQDİM OLUNUR PDF: Yazarlar-29

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI N: 04 (28) APREL – 2023-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR JURNALI N: 04 (28) APREL – 2023-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB. PDF:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dövrümüzün qızılbaşı, məkanın Cənnət olsun.

XƏQANİ RZAQULİYEV

Dövrümüzün qızılbaşı, məkanın Cənnət olsun

Azərbaycan xalqı, Kolanı eli özünün ən igid, vətənpərvər və bilikli övladlarından birini itirdi. Xaqani müəllim Rzaquliyev onu tanıyanların yaddaşında həmişə mərd, sözü ilə əməli bir olan şəxsiyyət, əsl insan və həqiqi alim kimi qalacaq.

I Qarabağ müharibəsində erməni helikopterini avtomat silahla vurub yerə salmış, ən şiddətli üzbəüz döyüşlərdə iştirak etmiş, ağır yaralanıb qazi olmuş Xaqani müəllim Azərbaycan tarixinin ən gözəl bilicilərindən idi.

O, Ulu Şahımız İsmayılı dərin məhəbbətlə sevir, həmişə Azərbaycanın dövlətçilik tarixini təbliğ edirdi.

Allah rəhmət eləsin, ruhu şad olsun.

ARAZ ŞƏHRİLİ


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ ŞƏHRİLİ. DİLÇİLİK.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

Linqvistikanın ən böyük fırıldaqlarından biri – erməni dili…

I hissə

Qədim erməni (qrabar) dili ilə müasir hay (aşxrabar) dili tamamilə fərqli dillərdir.

Dünya dilləri müxtəlif dil ailələrinə bölünür. Onlardan ən böyüyü hind-Avropa dilləridir. Bugün hind-Avropa dillərində danışanların sayı 2 milyard 700 mindən çoxdur. Hind-Avropa dilləri, öz növbəsində hind, İran, kelt, german, slavyan, balt, alban, yunan, erməni dillərinə bölünür.

Bu dillərin hamısı üçün ümumi olan müəyyən xüsusiyyətlər vardır. Həmin cəhətlərdən ən əsası odur ki, hind-Avropa ailəsinə daxil edilmiş hər bir dil flektiv quruluşa malikdir. Yalnız bizim erməni adlandırdığımız, əsil adı isə hay olan dili çıxmaq şərti ilə…

Haşiyə. Flektiv quruluş iltisaqi quruluşun tam əksidir. Flektiv dillərdə yeni sözün yaranmasında iştirak edən kök söz dəyişikliyə məruz qalır. Fleksiya iki yolla baş verir. Bunlardan biri daxili, digəri isə xarici fleksiyadır. Xarici fleksiya şəkilçilərin köməyilə həyata keçir.

İngilis dilində daxili fleksiyadan nümunə: Foot (ayaq) – feet (ayaqlar);

Rus dilində xarici fleksiyadan misal: Рука (əl) – руки (əllər).

Nə qədər qəribə görünsə də bugün bədnam qonşularımızın danışdığı dil türk, moğol, macar, fin, gürcü, bask və dravid dilləri kimi iltisaqi quruluşa malikdir. Lakin buna baxmayaraq “möcüzəli” bir qərarla erməni dili hind-Avropa ailəsinin üzvü elan edilmişdir. Guya hay dili zamanla iltisaqi Qafqaz dillərinin təsiri altında (?) flektivliyini itirərək iltisaqi dilə çevrilmişdir.

Haşiyə. Çox güman ki, burada Qafqaz dilləri deyildikdə gürcü dili nəzərdə tutulur. Amma maraqlıdır, tamamilə fərqli bir kilsəyə (pravoslav) mənsub insanların ünsiyyət vasitəsi olan gürcü dili hay dilinə belə bir qüvvətli təsiri necə göstərə bilərdi? Bu iddianı irəli sürmüş dilçilər onun mexanizmini aça biliblərmi? Cavab birmənalıdır: Yox!

Bəri başdan qeyd edək ki, bu məsələdə dilçilər sadəcə fırıldaq işlətmişlər. Hay dili hind-Avropa dil ailəsinə qrabar adlandırılan “qədim erməni dili”nin örtüyü altında daxil edilmişdir. İltisaqi hay dilindən fərqli olaraq qrabar dili öz quruluşuna görə flektivdir. O həqiqətən də hind-Avropa dilləri üçün xarakterik olan müəyyən əlamətlərə malikdir.

Qrabar dili üzrə üzrə mütəxəssislər təsdiq edə bilərlər ki, bu dil, əslində, orta pars (pəhləvi) dilinin əyalət dialektidir. İndiki hay dilində qrabardan alınmış çoxlu söz vardır. Eynilə Azərbaycan dilinə də orta pars dilindən, fars dilinə isə ərəb dilindən xeyli söz keçmişdir. Lakin buna görə heç bir dilçi belə bir fikrə düşməmişdir ki, Azərbaycan dilini hind-Avropa dil ailəsinə, fars dilini isə semit dil ailəsinə aid etsin.

Təkcə bu fakt onu göstərir ki, qədim erməni (qrabar) dili ilə müasir hay (aşxrabar) dili arasındakı əlaqə genetik xarakter daşımır. Onlar, əslində, tamamilə fərqli dillərdir.

Digər misal: Müasir xarəzmcə türk dillərinin oğuz qrupuna aiddir. Amma qədim Xarəzmdə İran dil qrupunda təmsil olunan başqa bir dildə də danışılmışdır. Bugünkü Xarəzm türkcəsində həmin dildən kifayət qədər söz qalmışdır. Maraqlıdır ki, ayrı-ayrı dil ailələrinə aid olan bu dillərin adları da eynidir. Hər ikisi linqvistikada Xarəzm dili adlanır. Buna baxmayaraq, Xarəzm türkcəsi Xarəzm irancasının genetik varisi hesab olunmur.

Başqa bir nümunə: Bəlli olduğu kimi iki bulqar dili vardır: Ölü bulqar–türk dili və indiki bulqar–slavyan dili… Bu da bir həqiqətdir ki, müasir bulqarların əcdadları ən azı XII–XIII əsrlərədək bulqar–türk dilində danışmışlar. Sonradan müəyyən amillərin təsiri altında həmin dil unudulmuş və bulqarlar elliklə bulqar–slavyan dilinə keçmişlər. Lakin qeyd etdiyimiz fakt bulqar–türk dilini bulqar–slavyan dilinin genetik əcdadına çevirmir.

Amma hay – qrabar (pəhləvi) dilləri arasında əlaqəyə gəlincə dilçilər belə bir ikili standarta yol vermişlər. Şübhəsiz ki, bu məsələnin elmə heç bir aidiyyatı yoxdur. “Alimlər” növbəti dəfə siyasətçilərin sifarişini yerinə yetirərək bu yolla hayları ya Rusiya imperiyasına, ya da Qərbə bağlamağa çalışmışlar.

Ardı var…

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Erməni terrorizminin tarixi – TANRIVERDİ ƏLİYEV

Tanrıverdi ƏLİYEV – gənc yazar.

Tarix boyu ermənilərin türk-müsəlman əhaliyə qarşı nifrətinin və cinayətlərinin şahidi olduq.
Bunlardan ən dəhşətlisi Qarabağın işğalı və Xocalı qətliamıdır. Ermənilərin türk-müsəlmanlara qarşı nifrətinin əsl səbəbi bədnam qonşularımızın və onların havadarlarının təqdim etməyə çalışdıqları kimi heç də 1915-ci ilin “qondarma erməni soyqırımı” deyildir. 

Belə ki, hələ 1905–1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirmişdilər! 1885-ci ildə yaranmış ilk erməni terror təşkilatı “Armenakan” Osmanlı ərazisində silahlı terror aktları törətmişdir?! Göründüyü kimi, ermənilərin türklərə nifrətinin kökü “qondarma erməni soyqırımından” əvvəlki dövrlərə dayanır. 1887-ci ildə yaranmış “Hınçaq” terror təşkilatının, eləcə də  digər terror təşkilatlarının məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” dövlətini qurmaq idi.

 ”Qondarma erməni soyqırımı” isə bu məqsədə çatmaq üçün uydurulmuş bəhanədir. Erməni tarixçisi saxtakar Moisey Xorenyanın (410–490) uydurduğu məlumatlara əsasən, tarixdə “Böyük Ermənistan” adlı dövlət olmuşdur. Hazırda ermənilər Moisey Xorenyanın uydurduğu həmin “Böyük Ermənistan”ı bərpa etmək istəyirlər.

 Halbuki tarixə nəzər salsaq görərik ki, “Böyük Ermənistan” adlı dövlət, əslində, mövcud ola bilməzdi. Belə ki, saxtakar erməni tarixçilərinin iddiasına əsasən, guya ”dənizdən-dənizə” uzanan həmin çarlıq e.ə 331-ci ildən eramızın 428-ci ilinədək Yaxın Şərqin bir hissəsini və Qafqazı əhatə edirdi. Halbuki e.ə 330-cu ilə qədər Yaxın Şərq Əhəmənilər dövlətinin nəzarəti altında idi. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətini işğal etdi. E.ə 323-cü ilədək Asiyada İsgəndərin ağalığı sürdü.

 İsgəndər öləndən sonra Atropatena (Azərbaycan) dövləti yarandı. E.ə 312-ci ildən eramızın 60-cı ilinədək Yaxın Şərq Selevkilər dövlətinin hakimiyyəti altında oldu. Halbuki ermənilər iddia edirlər ki, Böyük Tiqran e.ə 69-cu ildə Ermənistanı ən böyük sərhədlərinə çatdırdı. İndiki Azərbaycan ərazisində Albaniya (e.ə IV əsr – eramızın 705-ci ili) dövləti mövcud idi. 226-cı ildən 651-ci ilədək Asiyanı Sasanilər dövləti idarə etmişdir. Beləliklə, ermənilər bu dövləti haçan qurdular?! Bundan əlavə, iddiaya əsasən, “Böyük Ermənistan” krallığını Ərtaşestlər və Ərsakilər sülalələri idarə etmişlər. Halbuki bu absurd iddiadır.Çünki Ərsakilər türk, Ərtaşestlər isə fars mənşəli sülalələrdir.

 Beləliklə, bu uydurma dövləti Böyük Ermənistan deyil, Turan və Parsiya adlandırsaq daha düzgün olar. Çünki nə Ərsakilər, nə də Ərtaşestlər erməni olmuşlar. Göründüyü kimi, ermənilər Moisey Xorenyanın fırıldaqları əsasında özlərinə tarix qurmağa çalışırlar. Qərb tarixçilərindən olan Avqust Karier yazır: “Qədim erməni tarixçilərinin məlumatlarına inanmaq savadsızlıqdır. Bu məlumatların əksəriyyəti uydurmadır”.

 Mənşəyi məchul olan bir xalqın tarixdə böyük bir dövləti ola bilərmi?! Ermənilərin mənşəyi ilə bağlı rəvayətlər kifayət qədər ziddiyyətlidir. Onların xisləti isə belədir: bir qarış torpaqda qısa müddət yaşayandan sonra bu torpaqlar əzəli erməni torpağıdır deyib həmin yerin əsl sahiblərinə qarşı ərazi iddiası qaldırırlar. 1828–1829-cu illərdə Türkmənçay və Ədirnə müqavilələrinə görə, ermənilər İrandan və Türkiyədən kütləvi surətdə Rusiya imperiyası tərəfindən Zaqafqaziyaya köçürülmüşlər. 

Çarizm ermənilərin vasitəsilə türklər arasında maneə, hasar yaratmaq istəyirdi. Qeyd etmək lazımdır ki, ruslar erməni xislətinə yaxşı bələd idilər. Rusiya imperiyasının  fövqəladə və səlahiyyətli səfiri Aleksandr Sergeyeviç Qirboyedov imperator Nikolay Pavloviç Romanova yazırdı: “Əlahəzrətləri, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Bu elə bir xalqdır ki, bir neçə il bir ərazidə yaşayandan sonra bütün dünyaya hayqıracaqlar ki, bu torpaqlar bizə ata-babalarımızdan miras qalmışdır”. 

 İmperator Nikolay erməniləri İrəvan ətrafına yerləşdirdi. O vaxtdan bu günədək ermənilər əzəli Azərbaycan torpağı İrəvana hökm edirlər və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Ermənilər indiki Türkiyənin şərq ərazilərinə (xüsusəndə Qars və Ərdəhan) iddia qaldırmaq üçün “qondarma erməni soyqırımından” istifadə edirlər. Özlərindən qondardıqları iddialara görə, 1915-ci ildə Osmanlı hökuməti 1.5 milyon ermənini öldürmüşdür.

 Halbuki o zamanlarda A.Arakelyanın etno-demoqrafiya statistikasına görə, Osmanlı ərazisində heç 1.5 milyon erməni yaşamırdı. Siyahıyaalma nəticəsində qriqoriyan erməniləri – 995.479 nəfər, katolik ermənilər – 89.746 nəfər, protestant ermənilər isə – 95.841 nəfər olmuşlar. Cəm olaraq isə 1.181.066 milyon erməni yaşayırdı. 

Rusiyalı politoloq Maksim Şevçenkonun dediyi kimi, “Osmanlıda yaşayan ermənilərin sayının öldürüldüyü iddia edilən ermənilərin sayından az olduğunu nəzərə alsaq görürük ki, səsləndirilən rəqəmlər qətiyyən həqiqətə uyğun deyildir”. Bundan əlavə, ermənilərin “Hınçak” və “Daşnaksütyun” terror təşkilatlarının üzvləri I Dünya Müharibəsinin gedişində Osmanlıda iğtişaşlar törətmiş, mülki əhalini kütləvi şəkildə öldürmüşlər. 

Bunun da əsas səbəbi o zamankı ABŞ Prezidenti V.Vilsonun bəyanatı idi. V.Vilson bildirmişdi ki, ”Osmanlı ərazisində çoxluq təşkil edən xalq dövlət qura bilər”. Həmin bəyanatdan “ilham alan” bədnam ermənilər Andronik Ozenyanın və digər körpə qatillərinin rəhbərliyi altında türklərin sayını azaltmağa, onları qətliam etməyə başladılar. Osmanlı dövləti bu dəhşətli cinayətlərin qarşısını almaq üçün qanlı qırğınlarda iştirak edən erməniləri ölkənin müharibə gedən bölgələrindən başqa ərazilərinə köçürdü.

 Osmanlı hökuməti iğtişaş törədən təşkilatları bağladı və onların əlləri dirsəyəcən günahsız insanların qanına batmış rəhbərlərini (2345 nəfər) həbs etdirdi. Hər il ermənilər bu hadisəni soyqırım kimi qeyd edirlər. Sabiq ABŞ prezidentlərindən biri demişdir: “Əgər arxivlər açılsa, ermənilər, sözsüz ki, rüsvay olacaqlar”. Onu da vurğulayaq ki, soyqırım sözünün mənası kütləvi surətdə hansısa etnik ya da mədəni qrupun məhv edilməsidir.

 Əgər ermənilər həqiqətən də soyqırıma məruz qalmışlarsa, o zaman Türkiyədə xeyli erməninin hələ də yaşaması necə izah olunur? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Əgər Türkiyə soyqırım etmiş olsa idi, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı”. İmperialist dünya dövlətləri və ermənilər köç (təhcir) zamanı ölüm hadisələrini “böyük erməni soyqırımı” adlandırırsa, o zaman 1948–1953-cü illərdə İrəvandan azərbaycanlıların kütləvi deportasiyasını da böyük Azərbaycan qətliamı olaraq tanımalıdırlar. 

Çünki kütəvi deportasiya zamanı azərbaycanlılar ya yolda aclıq və susuzluqdan öldülər, ya da gəldikləri yerdə hava şəraitinə və iqlimə dözə bilməyərək tələf oldular. Bəs bu şərəfsizləri türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlara görə kim sorğulaycaq?! Ermənilərin 10-dan çox terror təşkilatı və minlərlə məşhur terrorçuları vardır.

 Onların hamısının hədəfi biz türk-müsəlmanlarıq. Onlar qətliamın hər növünü biz türklərə qarşı tətbiq etmişlər. İlk kütləvi soyqırımlardan biri Daşnak təşkilatının (rəhbəri Drastanat Kamayan) törətdiyi, 1905–1906-ci illərin “erməni–müsəlman davası”dır. Daha sonra 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərlik etdiyi quldur dəstələri tərəfindən amansız bir soyqırımı törədildi. Ardınca müxtəlif terror təşkilatları yarandı.

Erməni terror təşkilatları (Armenakan, Hınçaq, Daşnaksütyun, ESƏD, YEM, ASALA, EGAO, EİO, EAC, Oril qrupu, İntiharçılar, Erməni birliyi, GEİ, 9 iyun qrupu, EAH, Geqaron, Apostol, Demokrat cəbhə) yalnız Azərbaycan və Türkiyə ərazisində deyil, dünyanın böyük dövlətlərində, hətta bitərəf  İsveçdə belə terror aktları törətmişlər. Bu təşkilatlardan ən məşhuru və şərəfsizi Akop Akopyan tərəfindən yaradılmış ASALA terror təşkilatıdır. 

ASALA-nın bədnam komandirlərindən biri də Monte Melkolyan idi. Hətta bəzi ehtimallara görə, Xocalı qətliamında da ASALA terror təşkilatının barmağı vardır. Bundan əlavə, Xocalıda qətliam törədənlərdən biri də 366-cı rus motatıcı alayı idi.1988-ci ildə təxribat xarakterli Sumqayıt hadisələri baş verdi.

 Özünü ”Paşa” ləqəbli türk kimi tanıdan E.Qriqoriyan Sumqayıtda yaşayan (özlərinə lazım olmayan) erməniləri ən qəddar üsullarla öldürdü. Ermənilər bu yolla türkləri vəhşi xalq kimi tanıdıb öz məqsədlərinə nail olmaq istəyirdilər. 1991-ci ildə Xankəndi erməni birləşmələri tərəfindən işğal olundu. Həmin vaxt Ermənistanda hakimiyyət başında terrorçu Levon Ter-Petrosyan idi. Qarabağın və ətraf rayonların işğalı Ter-Petrosyanın hakimiyyəti dövrünə düşür. 1992-ci il Xocalı qətliamının da ən böyük səbəbkarlarından biri də Levon Ter-Petrosyan idi. 

Zəngilan rayonu işğal olunana qədər ermənilər Qarabağda müxtəlif terror aktları törətdilər.1998-ci ildə hakimiyyətə Robert Koçeryan gəldi. Bu şərəfsiz də alçaqlıqda sələflərindən geri qalmır, müxtəlif vaxtlarda terror aktları təşkil edirdi. Göründüyü kimi, Ermənistan liberal-demokrat deyil, məhz terror dövlətidir. 2008-ci ildə hakimiyyətə Serj Sarkisyan gəldi. Bu şərəfsizin prezidentliyi dövründə 2016-cı ildə aprel döyüşləri baş verdi.

 Azərbaycan ordusu erməniləri geri oturdaraq Lələtəpəni işğaldan azad etdi. 2018-ci ildə inqilab nəticəsində qərbəmeyilli Nikol Paşiniyan hakimiyyətə gəldi. Paşinyanın hakimiyyəti dövründə Vətən müharibəsi başladı və Allaha şükürlər olsun ki, Qarabağ işğaldan azad edildi.

 Müharibənin gedişində ermənilər Azərbaycanın mülki əhalisinə qarşı ağır hərbi cinayətlər işlətdilər. Azərbaycan Respublikasının müxtəlif rayonlarına, o cümlədən, Gəncə şəhərinə bir neçə dəfə Skad/Elbrus raketi, təslim kapituliyasiyasını imzalamazdan bir neçə dəqiqə əvvəl isə Bakıya bir raket atdılar. 

Bakıya atılmış raket hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Qarabağı tərk edərkən ermənilər evləri və meşələri yandırıb məhv edərək ekoloji terror törətdilər.
İşğal olunmuş torpaqlarımızı azad etdiyinə və yürütdüyü uğurlu siyasətə görə Ali baş komandan Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dərin təşəkkürümüzü bildirir, şəhidlərimizə 
Allahdan rəhmət diləyirik.

Müəllif : Tanrıverdi ƏLİYEV
Redaktor :
Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN DİGƏR YAZILARI

TANRIVERDİ ƏLİYEVİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ ŞƏHRİLİNİN AD GÜNÜDÜR!

Bu gün dəyərli dostumuz, gözəl insan araşdırmaçı-yazar, pedaqoq, məşhur “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabının müəllifi Araz Şəhrilinin doğum günüdür! Ad günü münasibəti ilə Araz müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!

QISA ARAYIŞ

Araz ŞƏHRİLİ (Abbasov) 6 iyun, 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.

 “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

ARAZ ŞƏHRİLİNİN DIGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru