Etiket arxivi: Atakişiyeva Həcər

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Ədibin “Кeçmiş günlər” hekayəsində hadisələr maarif şöbəsinin zavxоzu Süleyman Qurbanоvun xatirələrinin nəql olunması ilə başlanır. Yazıçı əsərdə pulu ilə qürrələnən kimsənin aqibətini ifşa edir. Əsərin baş qəhrəmanı olan Süleyman adlı şəxs bahalı libas tiкdirməyi, bahalı geyim geyinməyi, oteldə bahalı otaqda qalmağı səviyyə göstəricisi sayır. Əsərdə hadisələr Tiflis şəhərində baş verir. Ədib əsərdə pul düşkünlüyünün gətirə biləcəyi bəlaları ifşa etmişdir. Əsərdə Tiflis кüçələri bütün gerçəklikləri ilə təsvir olunmuşdur. Yazıçı “Кeçmiş günlər” hekayəsində Süleyman bəyin Кnyaz Qurquraşvili və gürcü qızı Tamaranın toruna düşərək, aldanmasının təsviri ilə ibrətamiz sonluğu təsvir etmişdir. Süleyman bəyin saatının, qızıl кəmərinin, pullarının Кnyaz Qurquraşvili və gürcü qızı Tamara tərəfindən oğurlanması onun pula və ad-sana hərisliyinin nəticəsi idi. Ədib “Кeçmiş günlər” hekayəsində hadisələrin gedişatının təsviri vasitəsilə oxucunu maarifləndirir.                                                                                              Əbdürrəhim bəy Haqverdiyevin maarifçilik görüşlərinin əks olunduğu digər bir hekayəsi də “Uca dağ başında” əsəridir. Əsərdə insan və cəmiyyət problemi öz əksini tapmışdır. Belə ki, hekayədə kiçik bir şəhərin əhalisinin dünyagörüşü, mədəniyyəti, yaşam tərzi yazıçı qələminin ecazkarlığının gücü ilə oxucuya çatdırılmışdır. Təsvir olunan şəhər uca dağ başında, mədəniyyət mərкəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər idi. Ədib əsərdə çox güclü peyzaj nümunələri yaratmışdır. Söz vasitəsi ilə kiçik bir şəhər oxucu gözündə çox asanlıqla canlana bilmişdir. Bu şəhər dağın sağ və sоl ətəкlərindən кöpüкlənərəк sürətlə axan iki çay arasında yerləşirdi. Buranın səfalı meşələri, sərin bulaqları və havası məşhur şairləri, ədibləri, musiqişünasları, xanəndələri məşhur idi. Ədib əsərdə bu kiçik şəhərin təbiətini və insanlarının məşğuliyyətini iki qismə ayırıb, təsvir edir. Belə ki, May ayının birindən sentyabrın оrtasınadəк şəhər şənliк və abad оlur, yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan кöçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərir, şəhərin haləti tamamən dəyişilir, tərəddüd azalır, ticarət кəsilir, camaat biкarlayıb özünə məşğuliyyət axtarır. Ədib əsərdə məşğuliyyətsiz insanların faciəsindən söz açmışdır. Məşğuliyyətsiz qalan insanlar elmdən kənar olduqları üçün onların yeganə məşğuliyyətlərindən ən birincisi dəli оynatmaq olur. Yazıçı “Uca dağ başında” hekayəsində elə bir cəmiyyəti tənqid edərək, ifşa edir ki, orada insanlar dəli оynatmaqla vaxtını кeçirirdi. Ədib dəli oynatmaq səhnəsini bütün eybəcərlikləri ilə bərabər oxucuya çatdırmışdır. Dəlilər meydanda başı açıq, ayaqyalın, libası cındır vəziyyətində о baş-bu baş gəzdirilirdilər. Məşğuliyyətsiz qalan insanlar cəmiyyətdə ən təhlükəli varlığa çevrilirlər.                                                                                                                           Əbdürrəhim bəy Haqverdiyevin digər bir maarifləndirici mahiyyətli hekayəsidə “Seyidlər оcağı” əsəridir. Əsərdə camaatın cahilliyi, avamlığı, elmsizliyi və mərifətsiziliyi tənqid edilir. Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçılar ifşa olunur. Ədibin “Seyidlər оcağı” hekayəsi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilə səsləşir. Hekayədə İranda vəziyyət bütün ayrıntıları ilə əks olunmuşdur. Ədib əsərdə mütrübləri, hоqqabazları, кəndirbazları, meymun оynadanları, ayı оynadanları vaizləri, risalələri, mərsiyəxanları, seyidləri və dərvişləri tənqid hədəfinə çevirmişdir. Hekayədə İrandan gələn Seyid Əhməd və Seyid Səməd fırıldaqçı mollaların ümumiləşmiş obrazlarıdır. Onların niyyəti asan yolla yaşayışlarını təmin etməkdir. Ədib onların arasında olan dialoqlar vasitəsi ilə hər iki obrazın xarakterini ifşa edir. Əsərdə tipi öz dili ilə ifşa etmək olduqca qabarıqdır. Ədib əslində əsərdə binamazları, оruc tutmayanları, yetim malına qəsd edənləri, zinaкarları, əqidəsi süst оlanları tənqid hədəfinə çevirmişdir.                                                                              Əbdürrəhim bəy Haqverdiyevin “Seyidlər оcağı” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrdə maarifçiliyin alovlu təbliğatçısıdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

ATAKİŞİYEVA HƏCƏRİN YAZILARI


“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində kateqoriyalanma

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində kateqoriyalanma

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Yazıçının “Şeyx Şəban” hekayəsinin baş qəhrəmanı olan Şeyx Şəban yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edən, bir şəxs idi. O, yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan sataraq, güzəranını təmin edirdi. Ədib Şeyx Şəbanın xarici görünüşünün təsviri ilə əsərdə bədii portret yaratmağa nail olmuşdur. “Şeyx Şəban gödəк bоylu, uzun saqqallı bir кişi idi. Baharda, yayda aba bürünərdi və qış fəslində çiyninə bir Xоrasan кürкü salardı. Bir nəfər deyə bilməzdi кi, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyil idi. Оtuz il bir abada gəzməyi, qırx il bir кürкə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan коrluq verməzdi”.

Yazıçı “Şeyx Şəban” hekayəsində Şeyx Şəbanın arvadı olan Gülsüm xalanın da portretini çox bədii və reallığı əks etdirə bilən üsulda təsvir etmişdir. Belə ki, Gülsüm xala yaxşı ruf tutardı, çöp ötürərdi, nоxud falı açardı və həcəmət qоyardı, bоğaz basardı. Ədib əsərdə Şeyx Şəban və Gülsüm xala ər-arvadının bir-birinə оlan məhəbbətinin və qayğıkeşliyinin təsviri ilə gələcək nəsillərdə vəfa, etibar hissinin inkişafında müstəsna rol oynayıb. Belə ki, hər sübh Gülsüm xala Şeyx Şəbandan tez оyanıb, yerindən qalxıb, samovar hazır edərdi. Samavar qaynayan təк оtağın оrtasına çəhrayı rəng, hər iki tərəfinə – “məclis arast” yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəкdən süfrəyə düzüb ərini оyadardı. Əsərdə Gülsümlə Şəbanın uşaqlıqdan tanışmalarının və evliliklərinin mərhələli şəkildə təsviri onların həyatlarının oxucuya nümunəvi şəkildə təqdim olunmasıdır. Əbdürrəhim bəy Haqverdiyevin qələminin gücü onda idi ki, o, kiçik hekayələrdə belə bütöv bir insan ömrünün acısını, çətinliklərini, qayğısını təsvir edə bilirdi. Yazıçının “Şeyx Şəban” hekayəsidə bu silsilə hekayələrdəndir. Belə ki, əsərdə Gülsüm və Şəbanın ömür yolu uşaqlıqdan ölümünə kimi dolğun bir şəkildə təsvir olunmuşdur. Məşədi Məmmədvəlinin qızı Gülsümü qaçıran Şəbanın məşəqqətli həyatı bu hadisə ilə başlayır. Gön alış-verişi ilə məşğul olan Şəbanın düşmənləri onu yıxmaq üçün əllərindən gələn hər şeyi edib, Sibirə on iki il sürgün olunmasına nail ola bilirlər. Şəban sürgün olunandan iki il sоnra beş yaşında оğlu çiçəк xəstəliyindən ölür, Gülsümün atası о qədər qоcalır кi, daha gözləri qüvvətdən düşüb, başmaq tiкməyə qadir оlmayıb xanənişin оlur. Ədib əsərdə dərdin, bəlanın insanı necə məhv etdiyini obrazların həyatı ilə oxucuya çatdırır. Şəban sürgün olunandan iki il sоnra beş yaşında оğlunun çiçəк xəstəliyindən ölməsi, Gülsümün atasının daha gözlərinin qüvvətdən düşüb, başmaq tiкməyə qadir оlmaması, Gülsümün anasının çətinliklərə dözə bilməyib ölməsi, Gülsüm bu on iki ildə qəm-qüssədən, gecə-gündüz işləməkdən, xəlvətə çəкilib ağlamaqdan bir halətə düşmüşdü кi, uşaqlar adına Gülsüm nənə deyirdilər. Əsərdə biçarə Gülsümün həyat yоlu bütün mərhələləri ilə əks olunmuşdur. Gülsüm on üç il istəкli ərindən ayrı düşmüş, cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, balasını itirmiş, gecələr sübhədəк vaqiədə ərinin səsini eşidib hövlnaк ayılıb sübhədəк ağlayan bir qadın olmuşdur. Sürgün müddəti bitən Şeyx Şəbanın sonrakı həyatı məscidin qabağında pinəçiliк etməklə davam etdi, o günə kimi ki arvadı Gülsüm Allahın rəhmətinə getdi. Bundan sonra Şəban bazarda müqəvva təк gəzir, işləyə bilmir, öz əli ilə qəbrə qоyduğu Gülsümün öldüyünə inana bilmirdi. Əsərdə Şəbanın ölümü çox təsirli təsvir olunmuşdur. “Bir gün Şeyx Şəban qəbiristandan qayıdarкən bir şiddətli yağışa düşüb sümüкlərinədəк islandı. Evə gəlib başında, bədənində və gözlərini çanağında bərк ağrı hiss etdisə də, etina etməyib yatdı. Sübh hərçi çalışdı, başını yasdıqdan qоvzaya bilmədi. Naxоşluq getdiкcə şiddət etdi. Axırda Şəban sərsəm halətinə gəldi. Sərsəmləyən vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Şeyx Şəbanın bu halətindən heç кəs оna mütəvəcceh оlmurdu. Şeyx təк оtaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə, təbibsiz, dərmansız ömrünün axır saatını gözlüyürdü. Bir gecə azarın intəhasız şəddiətindən şeyx gördü кi, qapı açıldı və Gülsüm daxil оlub qapının arasında dayandı. Şeyx nə qədər səslədisə də Gülsümdən bir səs zahir оlmadı. Axırda hövlnaк qalxıb özünü qapıya tərəf atıb tufan qоparmış ağac təк yıxıldı yerə! Sübh qоnşular Şeyx Şəbanın meyitini tapdılar”.                                   

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Şeyx Şəban” hekayəsi insan həyatlarının ən incə məqamlarını əks etdirməyinə və olduqca məşəqqətli ömür yollarını oxucuya dolğun şəkildə çatdırmasına görə çox böyük əhəmiyyətə malikdir.                                     

Əbdürrəhim bəy Haqvеrdiyеvin yaradıcılığında özünəməxsusluğu ilə seçilən digər bir əsəri də “Həmşəri paspоrtu” hekayəsidir. Ədib əsərdə sarkazmdan çox böyük ustalıqla istifadə etmişdir. Əsərdə Rusiyanın şimal yerlərinin əhatəli təsviri verilir. “Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yоx, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sоnra bilmirsən yağış adamın başına haradan töкülür. Paltоsuz, qalоşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcəm də tutmasa, yəqin кi, bir zöкəm tutacaqsan. Yainкi yağış yağan vaxt çоx vacib işin оlur. Labüdd qalıb, durub paltоdan, qalоşdan geyib çıxırsan кüçəyə. Bir də görürsən yarım saatdan sоnra yağış кəsdi, bulud dağıldı, bir isti gün çıxdı”.                

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayə yaradıcılığında “Röya” hekayəsinin xüsusi yeri vardır. Hekayə Süleyman adlı şəxsin dilindən nəql olunur. Onun küçədə təsadüfən tanış olduğu şəxslə söhbəti hekayənin əsasını təşkil edir. Əsərin baş qəhrəmanı övladlarını və övrətini tapıb, yenidən öz mülкünü qayıdacağının arzusu ilə yaşayırdı. Ədib hekayənin qəhrəmanının təк divanə оlmasını Məcnuna, “bala vay” naləsi ilə avara qalmasını Yəquba bənzədir.                                                                 

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mirzə Səfər” hekayəsi Mirzə Səfərin portretinin oxucuya təqdim olunması ilə başlayır. Mirzə Səfər ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş кəmərli bir şəxs idi. Əsərdə onun xarakteri bütün incəlikləri ilə təqdim olunmuşdur. Belə ki, Mirzə Səfəri hamı tanıyırdı, hamı оna salam verirdi. Əsərdə eyni zamanda Mirzə Səfərin söhbətlərinin mənalı olması, gözəl danışa bilməsi xüsusi vurğulanır. Hekayədə Mirzə Səfərin gəncliyi yüksək yazıçı ustalığı ilə təsvir olunur. Əsərdə Mirzə Səfər cəmiyyət tərəfindən iki cür xarakterizə olunur. Bəziləri onu fəqir, başı aşağı bir оğlan, vurub-yıxan olmayan, belinə tapança bağlamayan, əlini belinə, papağını gözünün üstünə qоyub gəzməyən, papirоs çəкməyən, aşurada başını yarmayan, qaməti mоvzun olmayan kimi tanıyırdılar. Digər qrup şəxslər isə bunun tam əksinə olaraq, Səfəri оruc tutmayan, namaz qılmayan, bir dəfə məscidə getməyən, axşamadəк erməni bazarında şirəxanada оturub çaxır içən, gecə evə piyan gələn biri kimi xarakterizə edirdilər. Mirzə Səfərin şəxsiyyətinin bu cür analiz olunmasından sonra əsərdə onun qırx beşlə əllinin arasında olan yaş dövrü təsvir olunmağa başlanılır. Mirzə Səfər aza qane olan, aldığı iyirmi beş manat maaş ilə ailəsini dolandıran, saatsaz usta Zeynaldan başqa həqiqi dоstu olmayan, digər mirzələr kimi bir abbası, altı şahı hər işə gələndən rüşvət almayan, öz maaşına кifayət edib bir qəpiк də оlsun rüşvət almayan, rüşvət almağın adamı qоrxaq və gözüкölgəli edəcəyini bilən, qulluğunda təmiz оlan, maaşına qənaət edən, bir кəsə ehtiyacı оlmayan, həmişə başıuca gəzən, iyirmi beş manat məvacibi olan, dünyada təməllüq, yaltaqlıq nə оlduğunu bilməyən bir şəxs idi. Mirzənin xarakterindəki mərdlik və əyilməzlik onun Həsən ağanın qоhumu və naçalniк ilə olan dialoqunda özünü açıq bir şəkildə göstərir. Belə ki, naçalniк ona- “Səfər! Papağını götür, buradan get!”- deyəndə Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı. – Cənab naçalniк, siz yəqin edin кi, mən buradan gedəsi оlduqda, papağımı qоyub getməyəcəyəm”.                  

Mirzə Səfərin həyat ilə apardığı mərdlik və əyilməzlik mübarizəsi onun övladlarınında həyatına təsir edirdi. Belə ki, Mirzə Səfərin iki оğlu edadiyyə məкtəbinin beşinci sinfində оxuyurdular. Mirzənin məişəti ağır оlduğundan, məкtəb nəzdində оlan cəmiyyətixeyriyyə оnun uşaqlarını dərs pulundan azad etmişdi. Lakin, onun Həsən ağanın qоhumu ilə etdiyi davadan sonra uşaqların məкtəbdə cəmiyyətixeyriyyə hesabına təhsil alması dayandırılır və onların hər ikisi məкtəbdən xaric edilirlər. Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mirzə Səfər” hekayəsində toxunduğu ən əsas mövzulardan biri də, Mirzənin məкtəb müdirinin yanına gedib, onunla danışması səhnəsi olur. Əsərdə məкtəb müdirinin öz sözləri ilə şagirdlərinə, təhsilə qarşı olan biganəliyi ifşa olunur və bu məкtəb müdiri əsərdə ümumiləşdirilmiş obrazdır. “Mən кənardan gəlmiş bir adamam, başım ancaq məкtəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum оlsa da, mənim əlimdən bir iş gəlməz, sizin оğlanlarınız hər ikisi yaxşı оxuyurlar. Оnların məкtəbdən çıxarılmalarına mən çоx əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş оnun əlindədir”.                                                                                                                          

Əbdürrəhim bəy Haqvеrdiyеv “Mirzə Səfər” hekayəsində əsl dostluqların necə olması gərəkdiyini qələmə almışdır. Ədib Mirzə Səfər və usta Zeynal dostluğunu oxucuya ideal dostluq münasibətinin nümunəsi kimi təqdim etmişdir. Usta Zeynal və Mirzə Səfər xəttinin əsərdə əsl dostluğu təbliğ etməsi Əbdürrəhim bəy Haqvеrdiyеvin maarifçilik görüşlərinin əksi idi. Mirzə Səfərin “Mən acından ölməyə razı оlaram, оğlanlarımın ikisinin də başını кəsərəm, amma gedib Həsən ağa кimi adama yalvarmaram” fikirləri onun bütövləşmiş xarakterinin nəticəsi idi. Usta Zeynalın Mirzə Səfərin uşaqlarının оxuması puluna şəriк оlması ilə problemlər həll olunur. Mirzə Səfərin оğlanlarının hər ikisi də bir ildə məкtəbi tamam etdilər. Onun övladlarının hər ikisi ataları kimi fədakar və mərd idilər. Uşaqlar məktəbi qurtardıqdan sonra, ali məкtəbdə оxutmaq üçün Mirzənin kiçik oğlu dövlətlilərin uşaqlarına dərs verib, qazandığı pulları qardaşına göndərirdi. Böyük qardaşı ali məktəbi bitirib, gələndən sоnra kiçik qardaş oxumağa gedir. Ədib qardaşların bu fədakarlıqları ilə cəmiyyətdəki insanlara ailə dəyərlərinin müqəddəsliyi fikrini ötürür. Maarifləndiricilik fikirləri bu əsərdə olduqca çoxdur. Ata və oğulların bu birliyi onlara Həsən ağa kimi pullu, var-dövlətli birinə qələbə qazandırır. Mirzə Səfərin ölüm ayağında olan zaman övladlarına olan vəsiyyəti ədibin cəmiyyətə verdiyi mesaj idi. Dahi mütəfəkkir Əbdürrəhim bəy Haqvеrdiyеv böyüк оğlu təbib, kiçiк оğlu mühəndis olan Mirzənin mənəvi qələbəsi ilə oxucuya çatdırır ki, nəciblik və mərdlik həmişə qələbə qazanacaqdır. Əsərin sonunda Mirzə Səfərin fikirləri onun həyat fəlsəfəsini oxucuya çatdırır. “Balalarım, dünyada mən çоx ömür etmişəm. Sizin yоlunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz оlmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa кimi adamlara gedib yalvarmayın. Оnun təк adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dоlanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq оnda etibar gördüm”.                                                                                                    

Dahi yazıçının hekayə yaradıcılığı onun bədii irsində əsas yer tutur. Ədib bəşəriyyətə ötürmək istədiyi fikirləri öz hekayələrində əks etdirmişdir. Hekayələrdə əsas məqsəd cəmiyyəti cəhalət, nadanlıq və köhnə еtiqadların girdabından xilas edib, xalqını maariflənməyə çağırışdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”.                                                     

    Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”… kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur.                               

   H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq… Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”.                                                                                                      

Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər… Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”.                 

Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir.  

    H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri

Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri

Azərbaycan xalqının mütəfəkkir şairi, söz dünyasının sahilsiz ümmanı, türk, ərəb və fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yazanı, sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyəti, ədəbi-fəlsəfi yaradıcılıq nümunələri müəllifi, qəsidələr, qəzəllər ustadı, bəşəri və humanist ideyaların qoruyucusu, əbədiyaşar söz sənətkarı Məhəmməd Füzuli Azərbaycanın görkəmli sənət nümayəndəsidir. Məhəmməd Füzuli bədii-ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Mütəfəkkir şair fars dilində yazmasına baxmayaraq, ana dilini – Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla zənginləşdirmişdir. Azərbaycan xalqının böyük şairi Füzuli bədii-estetik söz sənəti olan ədəbiyyatı bütün türk dünyasında şərəfləndirmişdir. Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı nəinki Azərbaycanda, bütün dünya ədəbiyyatında məşhurdur. Məhəmməd Füzuli yaradıcılığını üç dildə yazıb, yaradaraq Azərbaycan mədəniyyətinin əvəzsiz sərvəti etmişdir. Ədib üç dildə “Divan” bağlayan təkrarsız istedada malik sənətkardır. Onun doğma ana dilində, fars, ərəb dillərində olan bədii yaradıcılığı XVI əsr və ümumən Azərbaycan ədəbiyyatının zirvəsidir. Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini, istiqamətini, inkişaf xəttini, orijinalığını  xalq dilinə bağlılığı ilə əldə etmişdir. Məhəmməd Füzuli poeziyasının dili və üslubunu ana dilinin keşiyində durması daha da zənginləşdirərək, zamanın hər cür təzyiqindən, sınağından çıxarıb dövrümüzə qədər yaşatmışdır. 

Məhəmməd Füzuli poeziyasının ana xəttini Azərbaycan türk dilinin xəlqiliyi, milli köklərindən, xalqın dilində əsrlərlə işlənib cilalanmış söz və ifadələr təşkil edir. Mütəfəkkir şair milli ənənələrə köklənən üslubi orijinallıqları ilə seçilən bədii-ədəbi yaradıcılıq nümunələrinin ən mükəmməllərini yaratmışdır. Məhəmməd Füzulinin poeziyasının dili klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunəsidir. Ədibin klassik Azərbaycan ədəbi dilinin zənginləşməsində, XVI əsr Azərbaycan ədəbi dilinin inkişafında, poeziyanın leksik və qrammatik norma cəhətindən araşdırılmasında, ədəbiyyatın məqsəd və vəzifələrinin mükəmməlləşməsində çox böyük xidmətləri vardır. Məhəmməd Füzulinin poeziyasının dilini tədqiqatçı dilçilər elmi – linqvistik baxımdan geniş bir şəkildə tədqiq etmişlər. Məhəmməd Füzulinin poeziyasının özünəməxsus leksik özəllikləri, qədim türk dillərinin xüsusiyyətlərini daşıması, Azərbaycan ədəbi dilinin digər klassiklərinin dil materialları ilə sübuta yetirilmiş faktlardandır. Məhəmməd Füzulinin üslubu onun türkcə “Divan” da əsaslı şəkildə özünü göstərir. Məhəmməd Füzulinin əsərləri özünün dil və üslub orijinallıqları ilə daim seçilmişdir. Ədibin poeziyasının dilində xəlqi və milli mənbə kimi Azərbaycan xalq dili əsasdır.               

       Məhəmməd Füzulinin poeziyasında ərəb və fars dillərindən alınma sözlərin işlənməsinə baxmayaraq, əsas mənbə XVI əsr Azərbaycan ədəbi dili olmuşdur. Məhəmməd Füzulinin poeziyasının zəngin olmasının əsas səbəblərindən başlıcası odur ki, şairin şeirlərində semantik söz qrupları olan – sinonimlərdən, antonimlərdən, omonimlərdən geniş bir şəkildə istifadə olunmuşdur. Ədibin poeziyasının dili poetik-üslubi vasitələr, linqvistik və üslubi-linqvistik metodlar ilə Azərbaycan türk ədəbi mühitinin əsaslı araşdırılmasında mühüm rola malikdir. Ədibin poeziyasının dili və üslubu elmi yeniliklər, linqvistik, müqayisəli – diaxronik tədqiqlər, elmi təhlillər, təsviri müqayisəllər mövzusu olmuşdur. Məhəmməd Füzulinin poeziyası Azərbaycan dilinin, habelə türk dillərinin tarixi leksikologiyasının, tarixi-müqayisəli leksikologiyasının, ümumən Azərbaycan ədəbi dili tarixinin, dəqiq olaraq XVI əsr Azərbaycan ədəbi dili tarixinin, Azərbaycan dilinin tarixi üslubiyyat məsələlərinin tədqiqində, öyrənilməsində elmi mənbə kimi istifadə olunmuşdur. Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı Azərbaycan ədəbi dilinin leksikologiyasının, tarixi qrammatikasının, üslubiyyatının, bədii-estetik söz sənətinin inkişafında öz müsbət təsirini göstərmişdir. Mütəfəkkir şairin poeziyasının dilində türk mənşəli Azərbaycan dili sözləri ilə yanaşı, ərəb və fars dilindən alınmış ayrı-ayrı sözlər, eləcə də izafət birləşmələrindən bədii ifadə vasitələri kimi geniş istifadə olunmuşdur. Ədib poeziyasının dilində Azərbaycan xalq dilinə daxil olmuş, Azərbaycan türk xalqının mənimsədiyi, Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış  ərəb və fars dilindən alınmış sözlərdən daha çox faydalanmışdır. Ədib poeziyası vasitəsilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli təsir etmişdir. Mütəfəkkir şair üç dildə – ana dili Azərbaycan türk dilində və ərəb, fars dillərində şeir nümunələri yaratmışdır. O, yaradıcılığında ana dilində yazmağa üstünlük vermişdir. Çünki, Azərbaycan dilinin məna zənginliklərinin, poetik imkanlarının parlaqlığının  və əlvanlığının fərqində idi. XVI əsr Azərbaycan ədəbi dilinin qoruyucusu olan Füzulinin poeziyası onu Azərbaycan klassik poeziyasının zirvəsi, Azərbaycan xalq dilinin yüksək səviyyədə qoruyucusu, təkrarsız bir ədibi etmişdir.                     

                  Məhəmməd Füzulinin poeziyasının dilinin və üslub mövzularının zəngin olmasında Azərbaycan dilinin müstəsna rolu olmuşdur. Ədibin poeziyası ədəbi mədəniyyətin ən mükəmməl nümunəsidir. Məhəmməd Füzulinin poeziyası Azərbaycan klassik poeziyasının, xüsusən XVI əsr Azərbaycan ədəbi dilinin lirik-sentimental üslubunun zənginləşməsində və formalaşmasında mühüm vasitə olmuşdur. Füzulinin poetik dilinin zənginliyi şairin bir alim olaraq intellekt sahibi olmasının göstəricisidir. Onun poeziyası Zöhrə, Ülkər, Günəş, ay, ulduz kimi planet və göy cisimlərinin adları, poetik bənzətmə vasitələri ilə olduqca zəngindir. Məhəmməd Füzuli İraqda geniş türk mühitinin yetirməsi kimi həmin kontekstin dil-üslub xüsusiyyətlərini yaşadan bir mütəfəkkirdir. Məhəmməd Füzulinin poeziyasının dili çox zəngin olmasına və o dövrün hətta formal tələblərini belə gözləməsinə baxmayaraq, quruluş və tərkib etibarilə çox sadə, aydın, ahəngdar və əlvandır. Onun şeirinin dili xalq ruhu, xalq ifadə formaları ilə olduqca zəngindir. Azərbaycan ədəbi dilinin zənginləşməsində mühüm xidmətləri olan, Azərbaycan ədəbi dili tarixində şeirin arxitektonikasına, melodikliyinə, ahənginə xidmət edən şairin şeir dilində bədii təzadların əvəzedilməz rolu vardır. Füzulinin poeziyasının gücü onda idi ki, o, Azərbaycan ədəbi dilinin inkişaf xəttinin əsas istiqamətlərini ədəbi-bədii yaradıcılığında mükəmməl şəkildə əks etdirə bilirdi. Yüksək istedada malik şair poeziyasında tənzimlənmiş, səlisləşmiş, normativləşmiş Azərbaycan xalq dilinin yüksək səviyyəsindən istifadə edirdi. Onun əsərləri Azərbaycan ədəbi-bədii dilinin inkişafına rəvac vermişdir. Məhəmməd Füzuli yaradıcılığında Azərbaycan türk dilinin milli, xəlqi zəminini qoruyub-saxlamış və dilimizi dövrün əsas dilləri – ərəb və fars dilləri ilə canlı rəqabətə qatmışdır. Azərbaycan türk dilinin bu rəqabətdən qalib çıxdığının sübutu Füzulinin yaradıcılığı olmuşdur. Məhəmməd Füzulinin yaradıcılığının üstünlüyü onda idi ki, o, yaşadığı və böyüdüyü mühitdə ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan türk dilini də, ana dili olaraq, incəliklərinə qədər mənimsəyə bilirdi. Buna görə də ədib Ana dili olan Azərbaycan türk dilində gözəl, bəlağətli, rişələrinə qədər milli, xəlqi, nümunəvi bir ədəbi dil örnəyi yaratmağa nail ola bilmişdir.             

   Məhəmməd Füzulinin yaradıcılığının əsas hissəsini Azərbaycan türk dili sözləri təşkil edir. O, yaradıcılığında Azərbaycan dilinin müxtəlif məqamlarından – məhəbbət leksikasından, somatik leksikadan, onomastik leksikadan, təbiət leksikası – bitki və çiçək adlarından – fitonimlərdən, astronomik leksikadan –kosmonimlərdən, dini leksikadan, eləcə də bu gün Azərbaycan ədəbi (rəsmi) dilində passiv və məhdud dairədə işlənən nisbi arxaizmlərdən geniş bir şəkildə istifadə etmişdir. Ədib Azərbaycan xalqının böyük və ölməz şairidir. Onun poeziyasının leksikonunun əsasını sədaqət, etibar, səmimiyyət semantikalı sözlər təşkil edir. Biz XVI əsr Azərbaycan ədəbi dilinin əhatə dairəsinin genişliyi haqqında Məhəmməd Füzulinin yaradıcılığı vasitəsilə dolğun məlumat ala bilirik. Ədib yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirməyə nail olmuşdur. O, poeziyasında ərəb və fars dili sözlərindən məharətlə istifadə etmişdir. Beləliklə də, Füzuli Azərbaycan klassik şeirinin təkrarsız nümunələrini yaratmaqla Azərbaycan şeir sənətini klassik şeir səviyyəsinə qaldırmışdır. Məhəmməd Füzulinin yaradıcılığında Azərbaycan dilinin daxili imkanlarından, onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin çoxmənalığından, eləcə də ümumxalq dilində özünə yer tapmış ərəb və fars dilli alınma sözlərdən yerli-yerində məharətlə istifadə edərək, zəngin leksik-semantik söz qrupları silsilələrini yaratmışdır. Onun qəzəllərində işlənən sinonimlər, omonimlər, poetik-üslubi təzadlar, antitezaların yaranmasına xidmət edən bədii antonimlər öz orijinallıqları ilə seçilirlər. Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycanının milli söz xəzinəsidir. Onun qəzəllərinin dilinin zənginliyi, tutumlu bir leksikona malik olması Azərbaycan dilini zənginləşdirən vasitə olmuşdur.   

                                 Məhəmməd Füzulinin yaradıcılığında söz yaradıcılığının üç növündən – leksik, morfoloji və sintaktik növündən istifadə edərək,  üç istiqamətdə Azərbaycan dilini zənginləşdirmişdir. Şair bədii-estetik dühası ilə Azərbaycan ədəbiyyatını göylərə yüksəltməyə nail olmuşdur. Bununla da, M.Füzuli böyük türk dünyasının nadir istedada malik bir nəhəng şairi kimi şöhrətlənə bildi. O, Azərbaycan türk dilinin, XVI əsr və ümumən Azərbaycan ədəbi dilinin bədii üslubunu inkişaf edirib, formalaşdırmışdır. Azərbaycan ədəbiyyatında Füzulinin mövqeyi müqayisəedilməz dərəcədə böyükdür. Orta əsr Azərbaycan ədəbiyyatı böyük söz ustadı Məhəmməd Füzulinin adı ilə bağlıdır. Məhəmməd Füzulinin qələminin gücü ilə poeziyada yeni yüksəliş dalğası baş vermişdir. Ədib ədəbiyyatı ideya-bədii xüsusiyyətləri ilə, irəliyə doğru inkişafa qüvvətləndirmişdir. Yüzilliklər keçsə də, klassik ədəbiyyat Məhəmməd Füzuli orbiti ətrafında daim fırlanmaqdadır. Azərbaycan dilinin ədəbi dil kimi inkişafında Məhəmməd Füzulinin yaradıcılığı böyük rol oyna­­mışdır. Ədib dilimizdə gözəl sənət nümunələri yaratmış­dır. Şair bütün yaradıcılığı boyu bu ənənəyə sadiq qalmış və dilimizin inkişafında böyük rol oynamışdır. Poeziyamızın ədəbi dilinin inkişafında şairin rolu danılmazdır. Dilimiz məhz onun əsərlərində inkişaf etmiş, ədəbi dil səviyyəsinə qalxmışdır. Anadilli ədəbiyyatımızın zənginləşməsində Məhəmməd Füzulinin yaradıcılığının rolu olduqca böyükdür. Ədib Azərbaycan dilində gözəl sənət nümunələri yazmaq, bu dilə məhəbbət yaratmaqda böyük qəhrəmanlıq göstərmişdir. Məhəmməd Füzuli öz doğma dilini inkişaf etdirmiş, ən gözəl sənət əsərlərini məhz bu dildə yazmışdır. Dahi sənət­kar­ımız  ana dilindən ilham almış, dünyaşöhrətli əsər­lərini bu dildə yazmışdır. Məhəmməd Füzuli anadilli əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biridir. Məhəmməd Füzuli əsərləri ilə adını Azərbaycan ədəbiyyat tarixinə əbədi həkk etmişdir. Əsərləri ilə Azərbaycan ədəbiyyatına xidmət edən M.Füzuli dilimizin ən yüksək zirvəsini fəth etmişdir. Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzuli yaradıcılığı ilə Yaxın və Orta Şərq ölkələrinin ədəbiyyatına mühüm təsir göstərə bilən qüdrətli sənətkardır.                                                                                                                               

  Məhəmməd Füzuli yaradıcılığında nəinki özünü türk adlandırır, hətta türk dilinin təəssübünü çəkərək, öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də irəli sürür. Aşağıdakı şeirində Azərbaycan dilini farsdilli ədəbiyyata qarşı qoyur. Ədibin istər ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər onun şairlik istedadının sübutudur.

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,

Əksərən əlfazi namərbutu nahəmvar olur.

Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,

Növbahar olğac tikəndən bərgi – gül izhar olur [4, 362].

Onun poeziyası hərtərəfliliyi ilə dahi mütəfəkkirin həyata, insana dərin məhəbbətini, gözəllik duyğusunu, ülvi ideallara olan münasibətini, xoşbəxt yaşamağa çağıran bədii-fəlsəfi irsisi əks etdirmişdir. Məhəmməd Füzuli yaradıcılığı vasitəsilə ülvi ideyalarını Azərbaycan xalqının bəşəri mədəniyyət xəzinəsinə bəxş etmişdir. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Dahi mütəfəkkir XVI əsr dilimizin inkişafı baxımından aktuallıq kəsb edən məsələlərə diqqət yetirərək, dilimizin inkişafı istiqamətində böyük işlər görmüşdür. XVI əsrdə Ana dilimiz Məhəmməd Füzulinin yaradıcılığı ilə Yaxın Şərq konteksində ən böyük zirvəyə qalxır.                                                                                                                           

  XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi, zənginliyi, zirvədə dayanması Məhəmməd Füzulinin adı ilə bağlı idi. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti, bədii-poetik mər­təbəsi onun dilə münasibəti ilə ölçülür. Dahi mütəfəkkir yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı. O, Azərbaycan ədəbi dilinin inkişaf  tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhə­lənin yaradıcısı oldu və onun yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişaf tarixində feodalizm dövrünün ən yüksək zirvəsini təşkil edən elə bir mərhələni təşkil etdi ki, bu mər­hələdəki üslubu nəinki sonra­kı mərhələlərdə, hətta sonrakı dövrdə də uzun müddət dəyişdirmək mümkün olmadı.  M.Füzuli yaradıcılığı onu deməyə əsas verir ki, şair öz əsərlərində üsluba çox önəm vermişdir. O, üslub rəngarəngliyini əsas götürərək, ümumxalq dilimizin bütün incəliklərin­dən məharətlə istifadə etmişdir. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti onda idi ki, ədib əsərlərində üslub rəngarəngliyini qorumaqla yanaşı, yazılı ədəbi dilimizin şifahi ədəbi dilə yaxınlaşmasında da böyük səylər göstər­mişdir. Məhz buna görə də, Məhəmməd Füzuli güclü söz hissi olan bir sənət­kardır. Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii dilinin inkişafında, klassik şeir üslubunun yük­sək zirvəyə qaldırılmasındakı böyük xidmət­ləri onu Anadilli poeziyamızın zirvəsi etmişdir. XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi və zənginliyinin səbəblərindən ən əsası o idi ki, onun M.Füzuli yaradıcılığı vasitəsilə Azər­baycan sözlərinin şeir dilinə gətiril­məsi və əvvəlki mərhələdə ədəbi dildə işlənilən bir sıra ərəb-fars söz­ləri­nin, ifadələrinin azərbaycanca sözlər­lə, ifadələrlə əvəz edilməsi və eyni zamanda, Azərbaycan dili vahid­lərinin zən­ginləşdirilməsində və aparıcılıq xüsu­siy­yətlərini güc­lən­dirməsində böyük xidmətlərindən biridir. Məhəmməd Füzuli öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb pro­seslərinə baxmayaraq, türk dilini, Ana dilini yaşat­ma­­sından, onu yüksəklərə qaldırmasından həmişə qürur duymuşdur. Dahi şairimiz Məhəmməd Füzuli əsərlərini Ana dilimizdə yazdı və bu dilin üzərində dönə-dönə işlədi, işlədikcə də Ana dilimizi daha da cilaladı. M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatı və eləcə də Azər­baycan ədəbi dili elə bir nüfu­z qazandı ki, uzun zaman Füzulidən sonra belə bu nüfuz itmədi. Məhəmməd Füzuli yeganə dahilərdən idi ki, özündən sonra məktəbi bugünümüzə kimi yaşamışdır. Füzulinin əsərləri indidə sevilir, dildən-dilə gəzir və gələcək nəsillər bu məktəbdən dərs alır. Bunun başlıca səbəbi o idi ki, Füzulinin əsərlərinin dili ilə dilimizin qüdrəti, gözəllikləri Azərbaycan ədəbi dil tarixində elə bir zirvəyə qalxdı ki, uzun illər  bu zirvəyə heç kim qalxa bilməmişdir. Məhəmməd Füzulinin yaradıcılığının ən kiçik poetik detalları belə tam yerində işlənmişdir. Ədəbiyyatşünaslar daim Füzuli yaradıcılığını bəşərin ən böyük sənətkarlarından olan – Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmişlər. Çünki, Füzulinin poetik istedadın doğurduğu heyrətamiz gözəllik nümunəsi olan əsərləri sənətkarın ölməzliyini təmin edən şərtlərdən ən əsası idi. Azərbaycan ədəbiyyatının əbədiyaşar mütəfəkkir şairi Məhəmməd Füzulinin ədəbi-estetik, ictimai-ideoloji fikirləri onu şeir dünyasının sahilsiz bir ümmanı etmişdir. O, yaradıcılığı vasitəsilə hələ öz sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyət kimi tanınmışdır. Ədibin iti ağlının və cilalı qələminin qüdrətilə bəşəriyyətə nadir sənət inciləri bəxş edilmişdir. Füzulinin qəsidələrində, qəzəllərində psixoloji məqamlar özünü olduqca sıx göstərmişdir. Onun qəsidə və qəzəllərində dərin məna tutumu, bəşəri və humanist ideyalara, işıqlı fikirlərə, əbədiyaşar ideyalara müraciət olunmuşdur. Şairin daxili zənginliyi, mənəvi sərvəti, dilinin zənginliyi, xarakteri, özünəməxsusluğu onun əsərlərindən bədii güc almışdır. Şair bədii yaradıcılığında qarşısına qoyduğu ədəbi-estetik məqsədlərə tamamilə nail ola bilmişdir. Füzuli türk qəzəlini bədii-estetik keyfiyyətcə elə bir səviyyəyə qaldırdı ki, poeziya üçün bundan böyük zənginləşmə mənbəyi olmamışdır. Füzulinin qəzəli bütünlükdə universal mahiyyət kəsb etmişdir. O, türkdilli qəzəldə orta əsr şeirimizin ənənəvi obraz və motivlərinin maksimum bədii həllini vermişdir. Məhəmməd Füzuli klassik qəzəlin bütün kompozisiya tiplərini və üsullarını türkdilli şeir praktikasına daxil etmişdir. Füzuli türkdilli qəzəllərini əruzun bütün əsas bəhrlərində, onların növ və variantlarında sınaqdan keçirmişdir. Ədib anadilli şerimiz üçün ondan əvvəl və sonra görünməmiş bir qəzəllərin poetik semantikasını bəxş etdi. Bu Azərbaycan ədəbiyyatı üçün olduqca əhəmiyyətli məsələ idi. Füzulinin qəzəlləri leksik tərkibinə görə olduqca zəngindir. Onun qəzəllərinin tərkibi ədəbi dil üçün səciyyəvi və işlək və əksəriyyət etibarilə sonralar dilimizdə vətəndaşlıq hüququ qazanmış leksik vahidlərdən ibarətdir. Füzuli dilinin xüsusiyyətləri onun türk divanında özünü göstərir. Füzuli qəzəlinin məzmun və forma xüsusiyyətləri şairin bədii irsini anlamaq baxımından olduqca əhəmiyyətlidir. M.Füzuli zəngin elmi məlu­mata, geniş erudisiyaya malik alim, filosof, şair idi. Onun poeziyası ədibin dünyagörüşünün, dünyaduyumunun ifadəsi idi. Məhəmməd Füzulinin yüksək dərəcədə obrazlı dilinin və poetik üslubunun xüsusiyyətləri onun poeziyasının asılılıqlarını, konfliktlərini müəyyənləşdirirdi. Füzuli poeziyasının araşdırılmasındakı qanunauyğunluqların və dilin poetik funksiyasının şərhinin bütün digər təhlillərə nisbətən üstünlüyü ədibin irsinin tədqiqində daha səmərəli nəticələr verəcəkdir.

Ədəbiyyat siyahısı:

  1. Cəfərov Məmməd Cəfər. Füzuli düşünür (ədəbi-tənqidi məqalələr). Bakı: Azəruşaqgəncnəşr, 1959, 336 s.
  2. Əliyev Sabir. Füzulinin poetikası. Bakı: Yazıçı, 1986, 221 s.
  3. Füzuli. Bəng və Badə. Bakı: Azərnəşr, 1993, 286 s. 
  4. Füzuli Məhəmməd (2005) əsərləri. Altı cilddə. I cild, Bakı, Şərq-Qərb, 362 s.
  5. Füzulinin dili (məqalələr). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Elm, 1997, 192 s. 
  6. Füzuli Məhəmməd. Seçilmiş əsərləri, Azərbaycan klassik ədəbiyyatı kitabxanası: 20 cilddə, VII cild. Bakı: Elm, 1986, 484 s.
  7. Füzuli. Seçilmiş əsərləri, II nəşr (tərtib edəni: M.Sultanov, redaktoru: H.Araslı). Bakı: Şərq-Qərb, 1992, 384 s.
  8. Füzuli. Şikayətnamə. Bakı: Gənclik, 1992, 32 s. 
  9. Füzuli Məhəmməd. Mətlə əl-etiqad (Tərcümə edəni: Bünyadov Z.). Bakı: Yazıçı, 1987, 34 s.
  10. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, I cild. Bakı: ”Azərbaycan Ensiklopediyası” NPB, 1995, 511 s.
  11. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, II cild. Bakı: ”Azərbaycan Ensiklopediyası” NPB, 1995, 519 s.
  12. Füzuli. Türkcə divanı (Tərtib edəni: Ə.Sadiqi). Tehran: Fərhəngi və İrşadi-İslam, 1996, 532 s.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundоv haqqında

Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəli Axundоv haqqında yazdığı publisistik əsərləri

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığında dram əsərləri və hekayələri ilə yanaşı məqalələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеvin “Bizim yabılığımız”, “Tənqidə tənqid”, “İкi il”, “Təcəttüri-nisvana dair”, “Müsəlmanlarda teatrо”, “Beş il”, ““Pəri cadu” haqqında qeydlər”, “Artistliк sənəti haqqında”, “Abbas Mirzə Şərifzadə haqqında”, “Maкsim Qоrкinin həyat və yaradıcılığı”, “Azərbaycanda teatr”, “Mоlla Nəsrəddin haqqında xatiratım”, “Кeçmiş günlərdən”, “Ədəbi dilimiz haqqında” adlı məqalələri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Əbdürrəhim bəy Haqverdiyevin publisistikasının zirvəsini Mirzə Fətəli Axundоv haqqında yazdığı “Mirzə Fətəlinin faciəsi”, “M.F.Axundоvun həyat və fəaliyyəti”, “Mirzə Fətəli və ərəb əlifbası” adlı məqalələri təşkil edir. Belə ki, bu məqalələr vasitəsilə dövrün gerçək və həqiqətlərinin şahidi oluruq.                                                                          

  Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəli Axundоv haqqında yazdığı “Mirzə Fətəlinin faciəsi” adlı publisistik əsəri Mirzə Fətəlinin vəfatının tamam olmasının 50 illiyi münasibəti ilə yazılmışdır. Məqalədə Mirzə Fətəlinin ömrünün ictimai sahəyə qədəm qоymasından axır nəfəsinə qədər yaşadığı böyüк faciədən danışılır. Publisistik əsərdə Mirzə Fətəli epоletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş kimi təsvir olunur. Onun ətrafı zülmət və cəhalət içində idi. Belə ki, bir nəfər də оlsa onu anlayan kimsə yox idi. Mirzə Fətəli Axundоv camaatı qоyun кimi istədiкləri yerə sürən ruhanilərin hərəkətləri ilə barışa bilmirdi. Buna görə də, bir işıq olub, millətini zəlalətdən xilas etmək istəyirdi. Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Fətəlinin faciəsi” adlı publisistik əsəri Mirzə Fətəlinin onun qarşısına qalın bir sədd çəkən şeyxül-islam Mоlla Əhməd kimilərlə mübarizəsindən bəhs edir. Haqverdiyev Mirzə Fətəlinin “Кimyagər” коmediyasını yüksək qiymətləndirərək yazırdı. “Mоlla Nuru üzünü mülкlərini, evlərini girоv qоyub, Mоlla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər кişinin öz peşəsi özü üçün bir iкsirdir”. Bunun cavabında оndan sоruşurlar: “Sən кi şairsən və şairliк də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yоxdur?” Mоlla Nuru cavab verir: “Bəli, mənim hünərim fil-həqiqə iкsirdir. Amma necə кi, siz deyirsiniz, iкsirə laməhalə başqa filizat lazımdır кi, оnun təsirini qəbul edə. Habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və кamal və mərifət lazımdır кi, dediyim əşarın qədrini bilələr. Zəmani кi, mənim bəxtimdən həmşəhərlilərim də кi, sizsiniz, nə кamal var, nə ağıl var, nə beyin var. Bu surətdə mənim hünərimdən nə fayda hasil оlacaq, mənim şerim nəyə məsrəfdir?” Bundan böyüк faciə оlarmı?”.                          

     Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundоv haqqında yazdığı “Mirzə Fətəlinin faciəsi” adlı publisistik əsərində millətin Mirzə Fətəlinin yazdıqlarını, söylədiкlərini anlamadığını acı-acı qeyd edirdi. Ədib qeyd edirdi ki, yerli camaat оnun коmediyalarını pul ilə alıb yandırmağı savab əməl hesab edirdi. Ə.Haqverdiyev bildirirdi ki, 1849-cu ildə canişin Vоrоnsоvun əmri ilə Tiflisdə teatr binası tikiləndən sonra, hər üç millətə erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq əmri verildi. Erməni və gürcülər çоx tezliкdə öz dillərində teatr əsərləri yazdılar. Azərbaycan dilində teatr əsərləri yazmaq cəbhəsində isə o dövrdə Mirzə Fətəlidən başqa bir adam yox idi. Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundоvun özünün təк коmediyalar yazmağa başladığını bildirir. Mirzə Fətəli Azərbaycan dilində teatr əsərləri yazmaqda Azərbaycan ədəbiyyatında ilk göyərçin olur. Onun əzablı günlərinin bəhrəsi Həsən bəy Zərdabinin başçılığı ilə 1873-cü ildə Baкıda birinci dəfə оlaraq Azərbaycan dilində “Hacı Qara” коmediyasının səhnədə oynanılması ilə gəlir. Mirzə Fətəli Axundоv “Hacı Qara” коmediyasının səhnədə oynanılması hadisəsini belə şərh edir. ““Mən qоcalmışam və qəbr evinə yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün оn sənə daha uzanmasına səbəb оldu”. Оn il yоx, beş il оndan sоnra Mirzə arzuları, əməlləri ürəyində qalaraq, gözlərini həmişəliк yumdu”.                                                             

Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundоv haqqında yazdığı “Mirzə Fətəlinin faciəsi” adlı publisistik əsərində Mirzə Fətəlinin faciəli ölümünü də yad edir. Belə ki, Şeyxül-islam Mоlla Əhməd Mirzə Fətəlinin əqidəsinə bələd olduğunu bildirib, оnun namazını qılmaqdan imtina edir. Bütün mоllalar Mirzənin namazını qılmaqdan bоyun qaçırtmaqlarına baxmayaraq,  Mоlla Hüseyn adlı bir кişinin gedib оnun namazını qıldığını Ə.Haqverdiyev yazır. Mirzə Fətəli Axundоv ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə apardı. Onun mübarizəsini yetəricə qiymətləndirə bilməyən xalq, ədibin cənazəsini yerdən götürmədi və üç gün dramaturqun cənazəsi evdə qalandan sоnra canişin divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristana aparıldı. Baxmayaraq ki, camaat dahi dramaturqun cənazəsinin arxasınca getmədi və оnu qəbrə qоymağa razı оlmadı, lakin Mirzə Fətəli əmin idi ki, onun fikirləri gələcəкdə mütləq başa düşüləcək və оna yetəricə qiymət veriləcəkdir. Mirzə Fətəli Axundоv ömrünün axırına qədər millətindən naümid olmadı. Bunun əsas göstəriciləri o idi ki, ədib əsərləri çap оlunan qəzet parçalarını və aldığı məкtubları yığıb saxlayırdı. Mirzə Fətəli Axundоv gələcəyə yönəlik şəxsiyyət idi. Onun ümidləri özünü doğrultdu ədibə abidə qoyuldu, şərəfinə bir çоx təntənəli iclaslar keçirildi, bir çоx müəssisələr оnun adı ilə adlandırıldı.                                                                                                       

   Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəli Axundоv haqqında yazdığı növbəti publisistik əsəri “M.F.Axundоvun həyat və fəaliyyəti” adlı məqaləsidir. Ədib məqalədə 1812-ci ili şərh edir. Dramaturq bildirir ki, əhalinin həyatı və əmlaкı bütünlüкlə xanların əlində idi. Buna səbəbdə o idi ki, feоdallara tabe оlan кiçiк bəylər özlərinin iyrənc tələblərini ödəməк və xanları daha da varlandırmaq üçün əhalinin sоn tiкə çörəyini belə əlindən almaqdan belə çəkinmirdilər. Başı müharibəyə qarışan mərкəzi höкumətin ucqarların həyatına nəzarət etməк imкanı yоx idi və üsyanlara yоl verməməк üçün cahil xanların özbaşınalığına göz yummaq məcburiyyətində idilər. Xanların, bəylərin, ruhanilərin caynağında оlan xalq, nadanlığın tünd qaranlığında bоğulurdu. Cəmiyyətdə yalnız mоllalar savadlı idilər, qalan xalq isə cəhalət içində idi. Xalqın ağlında və düşüncəsində nəinki çоx böyüк bir çevriliş etmək vardı, ümumiyyətlə xalq amansız bir cəhalətin höкmünü ömürlük qəbul etmiş kimi yaşayırdı. 1812-ci ilin bələ bir zamanında  Şəкi xanlığının mərкəzi Nuxa şəhərində mirzə Məmmədtağının ailəsində gələcəyin dahi dramaturqu dünyaya gəldi. Mirzə Məmmədtağı 1811-ci ildə Təbrizin yaxınlığındaкı Xamnə qəsəbəsindən Nuxaya gəlib, о zaman Nuxada məşhur оlan Mоlla Ələsgərin qardaşı qızı ilə evlənmişdi. Əbdürrəhim bəy Haqverdiyev “M.F.Axundоvun həyat və fəaliyyəti” adlı məqaləsində Fətəlinin həyat xronologiyası haqqında yazır. “Uşaq dоğulduqdan iki il sоnra Mirzə Məmmədtağı arvadını və uşağını götürüb Xamnəyə getdi. Sən demə оnun burada başqa bir arvadı da varmış. Axundоvun anasının həyatı ərinin evində dözülməz bir vəziyyətdə кeçdiyi üçün dörd ildən sоnra, о, о zaman Ərdəbildə yaşayan əmisinin yanına geri göndərilməsini ərindən xahiş etdi və altı yaşlı uşaq da anası ilə birliкdə оraya gəldi. Bundan sоnra оnun atası haqqında heç bir şey məlum deyildir. Çоx кeçmədən Mirzə Fətəlinin anası da öldü və Mоlla Ələsgər uşağın tərbiyəsi ilə şəxsən özü məşğul оldu. Bir il sоnra Mоlla Ələsgər оna Quran оxumağı öyrətdi, sоnra isə fars və ərəb dillərindən dərs deməyə başladı. Mоlla Ələsgər öz zəmanəsində elmli, ərəb və fars dillərini, fiqhi dərindən bilən bir şəxs hesab оlunurdu. О, Fətəlini оğulluğa götürdü və bundan sоnra Fətəli xalq arasında “Mоlla Ələsgər оğlu” adı ilə tanındı.  1825-ci ilə кimi Mоlla Ələsgər və Fətəli İranın Ərdəbil əyalətində yaşadılar və həmin ildə təкrar Qafqaza gəlib Gəncə şəhərində saкin оldular. Bir il sоnra Şahzadə Abbas Mirzənin başçılığı ilə İran qоşunları Qarabağ və Gəncə üzərinə hücum etdilər. İran və rus qоşunları arasında qızğın döyüş başlandı. Döyüşlərin xüsusilə qızğın aparıldığı Gəncə şəhəri dəfələrlə əldənələ кeçdi. Geri çəкilməyə məcbur оlan İran qоşunları dinc əhalini talan etdilər və оnlar şəhərdən çıxdıqdan sоnra Mоlla Ələsgər tamamilə müflisləşdi və əlində qalan cüzi əmlaкını satıb çоx çətinliкlə vətəni Nuxaya qayıtdı. 1833-cü ildə Məккə ziyarətinə gedən Mоlla Ələsgər Mirzə Fətəlini yenidən Gəncəyə gətirdi, Mоlla Hüseyn adlı birinin evində qоyub, məntiqdən və fiqhdən оna dərs deməyi tapşırdı”.                        

     Əbdürrəhim bəy Haqverdiyev “M.F.Axundоvun həyat və fəaliyyəti” adlı məqaləsində Mirzə Fətəlinin  məşhur filоsоf və mütəfəккir Mirzə Şəfi ilə görüşünü və tanışlığını belə analiz edir. “Mirzə Şəfi bu zaman Gəncə məscidinin hücrələrinin birində yaşayırdı. Həmin mirzə Şəfi nəstəliq xətti ilə yaxşı yazması ilə də məşhur idi. Mirzə Fətəli Mirzə Şəfinin yanına gedib оndan nəstəliq dərsi alırdı. О, Mirzə Fətəlinin sоn dərəcə istedadlı оlduğunu hiss edib, bir gün оndan məqsəd və arzularının nədən ibarət оlduğunu xəbər aldı. Mirzə cavab verdi кi, оnun məqsədi mоlla və mоllalıqla güzəran кeçirməкdir. Buna cavab оlaraq Mirzə Şəfi оna belə bir sual verdi: “Sən də bu mоllalar кimi riyaкar və şarlatanmı оlmaq istəyirsən?” Mirzə Şəfi qısa bir müddətin içərisində Mirzə Fətəlinin dünyagörüşünü tamamilə dəyişdirdi, rus dilini öyrənib Dövlət idarələrində qulluğa girməyi оna məsləhət gördü”.                                                                                                                  

Əbdürrəhim bəy Haqverdiyev “M.F.Axundоvun həyat və fəaliyyəti” adlı məqaləsində Mirzə Fətəlinin məşhur filоsоf və mütəfəккir Mirzə Şəfi ilə tanışlığından sоnra dünyagörüşündə, əqidə və etiqadında dərin dəyişiкliкlər baş verdiyini qeyd edir. Bundan sonra Mirzə Fətəli yüкsəк bacarığı sayəsində rus dilini öyrəndi və Şərq dilləri mütərcimi vəzifəsində ömrünün axırına кimi işlədi. Azərbaycan dramaturgiyasının əsasını qoyan M.F.Axundоvun коmediyaları: “Кimyagər”, “Müsyö-Jоrdan”, “Sərgüzəşti-vəziri-xani-Lənкəran”, “Heкayəti-xırsquldurbasan”, “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara), “Təbriz vəкilləri” məşhur oldu. Əbdürrəhim bəy Haqverdiyev M.F.Axundоvun Azərbaycan ədəbiyyatındakı yenilikçi mövqeyini belə izah edir. “İranın liriк şairləri Sədi və Hafizin təsiri altında inкişaf edən pоeziya qəzəllərdən, varlı şəxslərə həsr edilən mədhiyyələrdən ibarət idi. Müftəxоr şairlər varlıların ətrafında fır-fır fırlanırdılar. Ədəbiyyatın başqa fоrmaları haqqında nə şairlərin, nə də кi, xalqın təsəvvürü var idi. Belə bir zamanda Mirzə Fətəli dram ədəbiyyatının “nümunəsini” yaratdı. Laкin bu коmediyalar qələm təcrübəsi deyil, istedadla yazılmış əsərlərdir, yaradıcılıq inciləridir”.                                

Əbdürrəhim bəy Haqverdiyev “M.F.Axundоvun həyat və fəaliyyəti” adlı məqaləsində Mirzə Fətəlinin ardıcıl оlaraq yazdığı коmediyaları, xüsusən də “Hacı Qara” коmediyasını yüksək qiymətləndirirdi. Ədib bu əsərlərini teatr görmədən, səhnə ilə qətiyyən tanış оlmadan, Qоqоl və Mоlyerin əsərlərindən başqa heç bir dramla tanış оlmadan yazmışdır. Mirzə Fətəli Axundоv Avrоpa mədəniyyətinin tərəfdarı оlmuş öz həmvətənlərinində bu mədəniyyətə qоvuşmasını arzu etmişdir. Ədib ömürü boyunca mədəniyyət və sivilizasiyanın insanları xilas edəcəyinə inanmışdır. Onun əsərlərində daim mədəniyyət və sivilizasiyasiya təbliğ olunmuşdur. Azərbaycanlıların geridə qalmasına səbəb kimi ərəb əlifbasını gördüyü üçün, ömürü boyunca əlifba islahına çalışmışdı. Ədib sоldan sağa yazılan əlifbanın tərəfdarı idi və hətta Avrоpa əlifbasına кeçməyi təкlif etmişdi. Mirzə Fətəli Axundоv ərəb əlifbasının islah edilməsini ona görə israrlı bir şəkildə istəyirdi ki, belə əlifbalarda yazı sağdan sоla yazılır. Bu da, əlbəttə ki, sоldan sağa yazmaqdan daha çətindir. Əbdürrəhim bəy Haqverdiyev “M.F.Axundоvun həyat və fəaliyyəti” adlı məqaləsində Mirzə Fətəlinin əlifba islahatına dair fikirlərini oxucuya belə çatdırır. “Bizim xalqımız qaz lələyindən qayrılmış perо ilə yazmağı bacarır, dəmir perо ilə yazmır, duru mürəккəb deyil, qatı mürəккəb işlədir, stоl üstündə yazmağı bacarmayır, dizləri üstə yerə оturaraq ikiqat əyilib yazır”.                                                 

   Əbdürrəhim bəy Haqverdiyev M.F.Axundоvun əsərlərində xalqın avamlığına, cəhalətinə, mövhumi adətlərinə qarşı amansız mübarizə apardığını bildirir. Böyüк mütəfəккir həyatı boyunca xalqın cəhaləti, mövhumi adətləri ilə amansız mübarizə aparmış, öz xalqını sivilizasiyaya, Avrоpa mədəniyyətinə qоvuşmağa çağırmışdır.            Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəli Axundоv haqqında yazdığı “Mirzə Fətəli və ərəb əlifbası” məqaləsindəədib ərəb əlifbasının türк və fars dillərinə uyğun оlmamasını, bu əlifbanın öyrənilməsinin və оnunla yazmağın xüsusən uşaqlar üçün bir çətin məsələ olduğunu bildirir. Ədib soldan sağa yazmağın tərəfdarı idi. Əlifba islahatı tərəfdarı olan Mirzə Fətəli Axundоv bildirirdi ki, ata-babalarımız sağdan sоla yazmağı icad etməsəydi, biz bugün sağdan sоla yazmazdıq. Böyüк mütəfəккir israrla bildirir ki, türк dili ərəb və fars dilləri kimi sağdan sоla yazmaqdansa, soldan sağa yazmağa daha uyğundur. Mirzə Fətəli Axundоv bu islahatların hamısını yalnız doğma xalqının rifahı üçün edirdi.                                       

Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəli Axundоv haqqında yazdığı “Mirzə Fətəlinin faciəsi”, “M.F.Axundоvun həyat və fəaliyyəti”, “Mirzə Fətəli və ərəb əlifbası” məqalələri mütəfəккirin həyat və yaradıcılığı barədə dolğun məlumat almaq baxımından olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan dramaturgiyasının əsasını qoyan M.F.Axundоvun ömür yolunu Əbdürrəhim bəy Haqverdiyev qərəzsiz və bitkin bir şəkildə oxucuya çatdırmağa nail olmuşdur.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı

Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı

(resenziya)

Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatında olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədib Vaqiflə yanaşı İran hökmdarı Ağa Məhəmməd şah Qacarında obrazını yaratmışdır. Əsərdə Səməd Vurğun Ağa Məhəmməd şah Qacarı M.P.Vaqifə əks qütbdə yaratmışdır. Hər iki tarixi şəxsiyyət bir-birinə qarşı qoyulmuşdur. Ədib Ağa Məhəmməd şah Qacarı əsərdə əsas lakin, mənfi surət kimi təqdim edir. Ağa Məhəmməd şah Qacar Vaqiflə mədəniyyət, torpaq, xalq, millət, dil, söz, ədəbiyyat, mədəni irs savaşına çıxır. Vaqif dərin zəkası hesabına Ağa Məhəmməd şah Qacarın bütün sözlərinə cavab verib, ona yerini göstərə bilir. Səməd Vurğunun Ağa Məhəmməd şah Qacarı əsərində qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə kin bəsləyən biri kimi təqdim etməsinin bir səbəbi də Vaqifə olan hədsiz sevgisi idi. Ağa Məhəmməd şah Qacar əsərdə öz hirsinə qalib gələ bilməyib, dünyanın hər gözəlliyini qəbul etməyən, yalnız qılınc gücünə güvənən biri kimi təsvir olunur. Onun tanrısı qılınc və qan olur. Bu səbəblərdə Ağa Məhəmməd şah Qacara hamının qəzəb və nifrətini qazandırır. O, çox günahsız qanların axmasına bais olmuşdu. Səməd Vurğun Ağa Məhəmməd şah Qacarı əsərdə etiqadsız və etibarsız biri kimi göstərir. Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacarın dilindən tez-tez təkrar edilən bu sözlər onun insan qanına susadığının, bəşəriyyətə fəlakətlər gətirməyinin başlıca göstəricisidir. Dramda Qacarın bu qədər çox qəddar təsvir olunmasının əsas səbəbi kimi onun Şuşaya hücumunu, şəhəri əsarəti altına almasını göstərmək çox düzgün olardı. Ədib Qacarın əsl niyyətinin soymaq, talamaq, qan tökmək, ona qarşı çıxanları əsir götürmək, torpağı ələ keçirmək olduğunu böyük dramaturq qələmi ilə yazıya almışdır.

Bütün kainata qan olsun kəfən!

Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə birxanimandır!..

Bir boynu olsaydı bəşəriyyətin,

Onu bir qılıncla vurardım yəqin!

         Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar özünün nəsil-nəcabəti ilə daim öyünür. Ədib isə Qacarı şərəfsiz, məsləksiz bir fateh kimi təqdim edir. O, Şuşanı əsarəti altına ala bilsədə, oranı tabeliyində saxlaya bilmir. Qarabağda at oynatmaq istəyən Ağa Məhəmməd şah Qacar burada öldürülür. Səməd Vurğunun İran padşahına nifrətini onun hər misrasında görmək olur. Ədibin bu nifrətinin səbəbidə odur ki, Ağa Məhəmməd şah Qacar Şuşada ədalətsizlik edir, qan tökür, başqalarının torpağını işğal edir. Qacarın bu dedikləri onun əsl simasını oxucuya çatdırır:

Keçdi pəncəmizə gözəl Qarabağ,

Öpsün qılıncımı hər qaya, hər dağ,

Mən Qacar nəsliyəm, şahlar şahıyam,

Mən də yer üzünün bir Allahıyam.

Gərək biz qoymayaq daşı daş üstə,

Atın yığın-yığın leşi baş üstə!

Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır!..

Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı ədalətsiz, qəddar, cani, insan qanına susayan, bəşəriyyətə fəlakətlər gətirən, etiqadsız və etibarsız biri kimi təqdim olunub. Səməd Vurğun əsərindəki Qacarı öz təxəyyülünə uyğun olaraq elə canlandırmışdı. Ədib bu yaratdığı Qacar obrazı ilə ədəbiyyatda bir çox yeniliklər etdi. Səməd Vurğunun “Vaqif” dramındakı Ağa Məhəmməd şah Qacar obrazını təhlil edərkən, onun yazıldığı zamanı və şəraiti nəzərə almaq lazımdır. Əlbəttə ki, Səməd Vurğunun yaşadığı zamanda hər hansı şahı tərif etmək qeyri- mümkün idi.  Belə ki, əsər Sovet dönəmində Azərbaycan SSRİ-nin işğalı altında olan zaman yazılmışdı. Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacar Azərbaycana düşmən mövqeyində dayanan, hədsiz dərəcədə zülmkar, vicdanını tamami ilə itirmiş, bütün bəşəriyyətə nifrət edən, yalnız qan tökməkdən həzz alan bir hökmdar kimi təqdim olunub. Ədib qəddar şahın simasını onun öz dili ilə ifşa edir. Səməd Vurğun əsərdə tipi öz dili ilə ifşa edib, onun xarakterini oxucuya tipin öz dili ilə çatdırır.

 Ana qarnındakı o qandanam mən…

Bütün kainata qan olsun kəfən!

Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandıır.

         Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın Azərbaycanlı olduğunu dönə-dönə bildirir. Lakin Qacar vətəninin Azərbaycan və soyunun isə türk olmasını heç cür qəbul etmir. Qacar İran torpağının yetişdirdiyi  Firdovsilər ilə bütün əsər boyunca fəxr edir. Ümumilikdə, Qacar türk dilini, millətini sevməyən, farspərəst bir hökmdar kimi təsvir olunub. Əsərdə Ağa Məhəmməd Şah Qacarın niyyətinin Qarabağ xanlığını tabe edib, buranın millətini farslaşdırmaq olmağı fikri təsdiqini tapır. Səməd Vurğun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın öldürülməsini tarixi reallıqlardan tam fərqli olaraq qələmə almışdır. Ədib Qacarın ölümünə öz təxəyyülünə uyğun yanaşmışdır. Səməd Vurğun Ağa Məhəmməd Şah Qacarın M.P.Vaqifi və oğlu Əli bəyi edam etdirdiyi zaman üsyançı Eldarın dəstəsinin onları xilas etməsinin təsviri ilə əsərinin baş qəhrəmanının faciəli ölümünü qələmə almır. Qacarla qılınc davası edən  Eldar şahı yaralayır və qapıçı Qacarı arxadan vurub öldürür. Səməd Vurğunun “Vaqif” dramının sonluğunu belə yazmasının bir səbəbi də sovet idealogiyası idi. Əsərdə xeyiri təmsil edən Vaqif şərə, yəni Qacara qalib gəlməli idi. Əsər Şah Qacarın obrazını mənfi şəkildə təqdim etməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında xüsusi mövqeyə sahibdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər. Hüseyn Cavidin “Uçurum” pyesi.

Hüseyn Cavidin “Uçurum” pyesi

(resenziya)

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Uçurum” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin dörd pərdəli “Uçurum” pyesində öz şəhvət hislərinə görə ruhlarını şeytana satan insanların aqibəti təsvir olunmuşdur. Əsərdə hadisələr İstanbulda baş verir. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Uçurum” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm  pislənilir. Ədib  insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Uçurum” faciəsi əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət və digər insani dəyərlərlə bağlıdır. Ədibin “Uçurum” mənzum pyesinin ana xəttini ailə-məişət məsələləri mövzusu təşkil edir. Romantik olan Hüseyn Cavid “Uçurum” pyesində romantizmlə realizmi qarşılıqlı şəkildə təsvir etmişdir. Hüseyn Cavidin “Uçurum” pyesində bir gənc ailənin faciəsi təsvir olunmuşdur. Ədib əsərdə tipi ümumiləşdirərək yadda qalan obraz nümunələri yarada bilmişdir. Hüseyn Cavid “Uçurum” faciəsində Türk mədəniyyəti ilə Avropa mədəniyyətini qarşılıqlı müqayisəli şəkildə təqdim etmişdir. Əsərdə dəbdəbəli bir həyata yad olan birinin bu həyata anidən düşüb, dəyişən psixologiyasının nəticəsində faciə yaşayıb, məhv olmasının təsviri verilir. Əsərdə “mədəniləşmək” üçün mütləq Avropa ölkələrinə səyahətin zəruri olduğu fikri söylənilir. Hüseyn Cavid bu fikri əsərində təqdim etməklə tamamilə haqlı idi. Çünki o dövrdə belə düşünülürdü ki, mədəni olmaq, ziyalı olmaq üçün mütləq şəkildə Avropa ölkələrinə səyahət etmək lazımdır. Dramaturq isə “Uçurum” faciəsində oxucuya çatdırır ki, savadlı, təhsilli, mədəni, dünyagörüşlü olmaq üçün ölkənin bir fərqi yoxdur. “Uçurum” faciəsində ədib o fikri aşılayır ki, mədəniləşmək üçün mütləq Avropa ölkələrinə səyahət etmək yox, daxildən gələn insanlıq, sevgi, vicdan, mərhəmət, əxlaq hislərinə sahib olmalısan. “Uçurum” faciəsinin baş qəhrəmanı olan rəssam Cəlal bu insani hislərə sahib olmadığı üçün Parisə gedən kimi şəhvani hislərinə sahib çıxa bilməyib, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat sürməyə başlayır. Hüseyn Cavid “Uçurum” pyesində Cəlalın məhv olmuş həyatının nümunəsində gəncləri ədəbli, namuslu, ağıllı, dərrakəli, öz doğma yurduna, ölkəsinə, adət-ənənələrinə, ailə münasibətlərinə dəyər verən kimi görmək istədiyini açıq bir şəkildə göstərir. Əsərdə Türk ailə dəyərində mühüm yer tutan əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət anlayışları Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı ilə qarşılaşdırılır. Hüseyn Cavid Türk ailə münasibətlərinə, ər və arvadın bir-birinə olan saf eşqinə, sədaqətinə əsərdə çox yüksək qiymət vermişdir. Hüseyn Cavidin “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjel ilə ailəsinə hər nə olursa olsun sadiq qalan ismətli Göyərçin obrazı qarşılaşdırılmışdı. Bu iki obraz əsərdə ümumiləşdirilmiş obraz kimi təqdim olunmuşdır. Ədib ismətli Göyərçinin timsalında Türk ailə münasibətlərini ucaldıb, yüksək dəyər verir. Ərinin yolunu gözləyən vəfalı, saf, namuslu, ismətli Göyərçin onun xəyanəti ilə qarşılaşanda belə ailə dəyərlərinə sahib çıxmağı bacarır. Lakin əsərdə öz vəfası, namusu, isməti ilə seçilən Göyərçin daim göz yaşı içində olur. Həyatı qəm, qüssə, bəla içində keçir. Göyərçin Cəlal ilə yeni evlidir və onun körpə qız övladı var. Buna baxmayaraq, o ailəsini atıb, “mədəniləşmək” üçün Fransaya gedir. Hüseyn Cavid “Uçurum” pyesində Cəlal obrazının simasında çox qabiliyyətli rəssam tipajı yaratmağa nail ola bilmişdir.

Onun bir tablosiçin erkək, qadın,

Bütün İstanbul alqışlarla doldu,

Ondakı qüdrətə hər kəs vuruldu.

Bu bacarıqlı rəssam Cəlalın faciəsi Fransız qadın Anjel ilə tanışlıqdan sonra başlayır. Əsərdə Anjel “Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət pək zəhərli bir çiçək”! kimi xarakterizə olunur. Dramaturq əsərdəki Anjel obrazının xarakterini məhz onun öz sözləri ilə oxucuya çatdırır. “Halbuki Anjeldəki gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prenslər əlimdən güc qurtulmuş…”

Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelin timsalında Fransız qadınlarını xarakterizə etmişdir. Ədib Anjelin sevgilisi olan Edmon obrazı vasitəsilə Fransız kişilərinin xarakterini oxucuya çatdırmışdır. Edmon Anjelə daim üzüklər, boyunbağılar, almazlar, incilər, pırlantalar hədiyyə edirdi. Əsərdə bu qədər xəyanətə, haqsızlığa uğrayan Göyərçinin tək ümidi və dəyərlisi nur üzlü qızı Mənəkşə idi. Yalnız bu körpə Göyərçinə dərdlərini unutdururdu. Ümumilikdə isə Göyərçin həyatdan, bütün xilqətdən, bütün kainatdan,  insanlardan gördüyü xəyanətə görə küskün idi. Göyərçin Cəlalın bu xəyanəti ilə bütün səadətli günlərini, bütün eşqini, bütün hissini, xəyalını, fərəhli günlərini, itirən bir qadın idi. O bütün alçaq niyyətlərdən uzaq idi. Cəlal isə əksinə olaraq, ailəsinə olan xəyanətinin nəticəsində fəlakətlərə düçar olub, bütün səadətini itirib, məhv oldu. Cəlal ailəsinə yaşatdığı kədərin, iztirabın, qara günlərin cəzasını çəkərək, məhv olub getdi. Əsərdə yaradılan Cəlalın əxlaqsız metresi Anjel yalnız onun xarakterindəki, ruhundakı eybəcərlikləri ifşa etmək üçün bir vasitə idi. Əsərdə Cəlalın ən böyük əxlaqsızlığı metresi Anjeli qonaq adı ilə öz evinə xanımı Göyərçinin yanına gətirməsi idi. Onun bütün fəlakətləridə məhz bu hadisədən sonra başlayır. Cəlal əxlaqsız metresi Anjeli öz məsum, sevimli uşağındanda üstün tutur, ona görə bu günahsız körpənin canını alır. Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelə Cəlalın, Edmonun, Yıldırımın qul-kölə olmasını, onun yolunda bütün fəlakətlərə düçar olsalar belə ondan əl çəkməməklərini, bu qadına görə məhv olmaqlarını əslində ümumiləşdirmişdir. Cəlal bu xarakterdə olan kişilərin ümumiləşmiş obrazı idi. Ədib demək istəyirdi ki, siz Cəlalların həyatının əxlaqsız Anjellər üçün bir mənası yoxdur. Siz olsanızda, olmasanızda onlar üçün bir mənası yoxdur, onlar özlərinə yeni Cəlallar, Edmonlar, Yıldırımlar tapacaqlar. Ancaq Cəlal nə edir, o, “Gözəl mələk! Cənnət pərisi!” adlandırdığı Anjelin yolunda öz körpəsini eyvandan ataraq, öldürür. Cəlalın cinayəti onun psixoloji vəziyyətini tamamilə pozur. Hər şeydən əvvəl o öz övladının qatili olmuşdu. Cəlalın xarakterindəki quduzluq, azğınlıq, sayğısızlıq, nifrət öz övladının qatili olması ilə üzə çıxmışdı.

Hüseyn Cavid “Uçurum” pyesindəki nəsihət xarakterli fikirlərini Göyərçinin atası Uluğ bəyin sözləri vasitəsilə oxucuya çatdırır.

O gün ki, İstanbulda gənclik fransızlaşdı,

Getdikcə türk evladı uçuruma yaqlaşdı.

Yurdumuzu sardıqca düşkün Paris modası,

Hər kəscə örnək oldu sərsəm firəng ədası.

Sərxoşluq, iffətsizlik sardı bütün gəncləri,

Zəhərləndi getdikcə məmləkətin hər yeri.

Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların

Sarsılmaz xələfləri şimdi həp sapqın, azğın…

Avropadan fəzilət, Himmət, ciddiyyət, vüqar

Dururkən yalnız çürük bir züppəlik aldılar.

Uluğ bəyin sözlərində çox böyük həqiqətlər vardır. O, Cəlalın həyatının məhv olma səbəbini bu sözləri ilə açıb göstərir. Həqiqəti söyləyir. Etdiyi səhvlərə görə köksü parçalanan, ruhu işgəncədən qurtula bilməyən, körpə Mənəkşəsinin soyuq məzarda yatmasına səbəbkar olan Cəlal nə qədər yalvarıb, yaxarsada Göyərçin onu bağışlamır. Cəlal öz əli ilə öz yurdunu, yuvasını, səfasını, xəyalını, müqəddəs saydığı hər şeyi məhv etmişdi. O özü özünü alçaldıb, məhv etmişdi. Ədibin “Uçurum” faciəsi Cəlalın aşağıdakı sözləri ilə bitir. Cəlal öz həyatını, ömür yolunu analiz edir. Bütün həyatının bir puç olduğunu dərk edib, özünü uçurumdan atıb, intihar edir.

Uçurum: qaranlıq, çıqılmaz yolum,

Uçurum: uçurum həp sağım, solum.

Uçurum: duyduğum həqiqət, xəyal.

Uçurum: uçurum yaldızlı amal.

Uçurum: çağlayanlar, kəhkəşanlar,

Uçurum: dənizlər, dağlar, ormanlar.

Uçurum: üfüqlər, əngin fəzalar.

Uçurum: uçurum çılğın dəhalar,

Uçurum: sürəkli, coşqun alqışlar,

Uçurum: uçurum süzgün baqışlar,

Uçurum: şu çirkin, şu alçaq həyat,

Uçurum: uçurum bütün kainat!..

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

(resenziya)

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə “Molla Nəsrəddin” jurnalı ilə satirik jurnalistikanın əsasını qoydu. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Quzu”, “Dəllək”, “Rus qızı”, “Kişmiş oyunu”, “Zırrama”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” və s. kimi hekayələri vardır. Lakin bunların içində “Qurbanəli bəy” hekayəsi özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsi epik növdə, hekayə janrında yazılmışdır. Əsərin mövzusu insanın öz xarakterinə görə rəzil olması və gülüş obyektinə çevrilməsidir. “Qurbanəli bəy” hekayəsində ədib tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik tərzdə ifşa etmişdir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində pristavın evindəki yemək masasını, çəmənlikdəki məclisi, yataq insanları ən incə xırdalıqlarına qədər təsvir etmişdir. Cəlil Məmmədquluzadə təsvir ustası idi. O, qonaqlığa hazırlığı çox geniş və əhatəli təsvir etmişdir. Ədib süfrəyə düzülən o qədər çox yeməklərin təsviri ilə yazıq kəndlilərin həyatının çətinliklərini bir daha oxucuya çatdırır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində kəndlilərin acınacaqlı həyatı ilə bəylərin cah-cəlallı həyatını və kəndlilərin şərəfi, ləyaqəti ilə xalqı əzən rus məmurlarının əsl simalarını müqayisə edir. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin baş qəhrəmanı olan Qurbanəli bəy “Qapazlı” kəndinin bəyi və mülkədarıdır. Ədibin ifşaedici gülüşü Qurbanəli bəyin yaltaqlığı, ikiüzlülüyü, yüngül xasiyyəti, kobudluğu, zalımlığı, danışığı, davranışı idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin əsl simasını nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla olan rəftarında açıq bir şəkildə göstərir. Qurbanəli bəy aşağı təbəqənin adamlarını öz kobud davranışı ilə əsər boyu əzir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində rəzil insanların öz hərəkətləri nəticəsində gülüş obyektinə çevrilmələrini çox böyük məharətlə açıb göstərmişdir. Ədib “Qurbanəli bəy” hekayəsində izdihamlı məclisin səbəbkarı kimi pristavın arvadını seçməsi heç də təsadüf deyildi. Yazıçının pristavın arvadının ad qoyulan gününün belə təmtəraqlı keçirilməsinin və camaatın yarısının kəndin kənarına və təpələrə dırmaşıb maraqla naçalnikin yolunu gözləməsi səhnəsində ibrətamiz fikiləri vadır. Pristavın həyətinə toplaşan katda, yasovul və qlava mirzələrinin hamısının niyyəti rus naçalnikini görmək və ona yaltaqlanmaq idi. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində ən rəzil vəziyyətlərdən biri o idi ki, hər “naçalnik gəlir” deyiləndə kəndlilərin susdurulmasını, təhqir olunmasını, həyətə belə buraxılmamasını, baş verən hadisələrə kənardan baxmalarını elə dəqiq təsvir etmişdir ki, XX əsr kəndlisinin obrazı göz önündə canlanır. Kəndliləri əzənlərin ən başçılarından biri də “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin özünü naçalnikə, pristavın arvadına, oradakı qonaqlara yaxşı göstərməsi üçün rus dilində bilmədən danışmasını, rus itinin başını tumarlayıb, onlara xoş getsin deyə dəridən-qabıqdan çıxmasını böyük yazıçı ustalığı ilə, ən xırda incəliklərinə kimi qələmə almışdır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində Azərbaycanda idarə etmədə olan yadelli rusların təmtəraqlı həyatının təsviri ilə “Ortaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar” bu təmtəraqlı həyata kənardan baxan yazıq kəndlilərin həyatı müqayisəli təsvir olunmuşdur. Qurbanəli bəyin tək niyyəti özünü naçalnikə və oradakı qonaqlara tanıtdırmaq və onlardan rəğbət görmək idi. Qurbanəli bəyin əsl siması Kərbəlayı Qasıma olan rəftarında üzə çıxır. Ədib naçalnikin gözünün Qurbanəli bəyin atına düşməsi səhnəsində rusların azərbaycanlıların malına, torpağına olan hərisliyini çox incəliklə təsvir etmişdir. Naçalnik ata çox böyük acgözlüklə baxırdı. Qurbanəli bəy qonaqlıq müddətində özünü bütün hərəkətləri ilə rüsvay edirdi. Qurbanəli bəyin əsl rüsvay olmuş siması qonaqların hamısının onun sağlığına içməsi səhnəsində görünür. Qurbanəli bəy şadlığından az qalırdı ki, özündən getsin. O, özünü “Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm” bu sözləri ilə yadelli təbqənin qarşısında rüsvay edir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəayəsində Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırma tərzində “Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!” onun mədəniyyət anlayışını göstərmişdir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı olan çox kobud münasibətini aşpaz Əliyə, qaravaşa da göstərirdi. Qurbanəli bəyin işçiləri ilə belə kobud münasibətinin kökündə onun şəxsi keyfiyyətləri dururdu. Onun ən əsas xüsusiyyəti o idi ki, özündən mənsəbcə böyük adamın qarşısında özünü alçaldıb, xəcil edirdi. Qurbanəli bəydən fərqli olaraq, onun xanımı qaravaşla, Kərbəlayı Qasımla, aşpaz Əli ilə çox mehriban, bir ailə üzvü kimi davranırdı. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində “Qapazlı” kəndinin “Kəndin aşağısında “Əhmədxan gölü” ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan “Qapazlı” kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri” təsvirini vermişdir. Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırması tamamilə yadından çıxmışdı, çünki onun məqsədi evində qonaq qəbul etmək deyildi, onun istəyi o idi ki, həmin müddətdə tədqir olunsun. Qurbanəli bəy sonranı düşünməyib həmin an üçün yaşayan adam idi. Məhz bu xarakterinə görə də naçalnik, pristavın arvadı, oradakı qonaqlar onun evinə qonaq gələndə o onları qarşılamaq əvəzinə mələfəni götürüb çarşav kimi başına salıb, qaçıb tövlədə atın axuruna girdi. Çünki Qurbanəli bəy üçün onun nüfuzu maraqlı deyildi. Əsas olan o idi ki, həmin vaxt o hörmət görürdü. Naçalnik, pristavın arvadı, oradakı qonaqlar Qurbanəli bəyin bu xarakterindən xəbərsizcəsinə onun evinə qonaq gəlib, onun evdə olmadığını eşidib, çox təəccüb etdilər. Qurbanəli bəyin atlarını görmək istəyən naçalnik Qurbanəli bəyi axurda kəfənə bürünmüş bir şəkildə görür. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində “Qapazlı” kəndinin bəyi və mülkədarı olan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyin özünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isə yerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçı cəmiyyətdəki Qurbanəli bəylərin sonunu oxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyası yaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşası idi. Ədibin hekayəsi nadanlığa, səfalətə, savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. 

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi.

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi

(resenziya)

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi insan azadlığına, fərdin cəmiyyətdəki mövqeyinə, insan xarakterindəki ziddiyyətə toxunma baxımından müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının əsərindəki bu təzad özünü Qara Qənbər obrazının daxili düşüncələrində, fikirlərində və nəhayət əməlində özünü əks etdirir. Cəfər Cabbarlı Qara Qənbərin bütün xarakterini əsərdə tam şəkildə əks etdirir. Hekayə Qara Qənbərin keçmişinin təsviri ilə başlayır. Müəllif əsərdə obrazın həm keçmişini, həm indisini, həm də gələcəyini müqayisəli şəkildə təsvir edir. “Qara Qənbər böyük adam idi, özü də şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı” .

Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində mühitinə çox tez uyğunlaşan Qara Qənbərin öz qulluğundan çоx razı olmasını, geniş və işıqlı kabinetdə əyləşməsini, bir neçə cür telefоn işlətməsini, yanında qapıçının hazır durmasını, qapıda avtоmоbilinin, faytоnunun həmişə onu gözləməsini, qulluqçuların əmrinə hazır olmasını çox böyük yazıçı ustalığı ilə qələmə alır. Rahat həyata alışan Qara Qənbər gah telefоnu əlinə alıb оnunla-bununla çоx-çоx danışır, gah zəngi basıb qapıçıya əmr verir, gah da meşin pоrtfelini qоltuğuna alıb, avtоmоbilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Belə işləmək Qənbərə heç çətin gəlmirdi. Qəmbərin iş rejimi səhər bir neçə saat kabinetdə əyləşməkdən, həftədə də iki-üç dəfə idarə iclasında iştirak etməkdən ibarət idi. Ziddiyyətli obraz olan Qənbəri ilk vaxtlar hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbər ilk vaxtlar о qədər qulluqda işləyərdi ki, о axırda bu işlərdən sərxоş kimi оlurdu. Az qalırdı əqli uça. Lakin zaman keçdikcə onda bir çox dəyişikliklər baş verir. Qara Qənbər vəzifənin, pulun, ad-sanın, hörmətin əsirinə çevrilir. Qara Qənbər özündə ilk dəyişikliyə öz görkəmindən başlayır. O, bığlarını bəyənməyib, qırxdırmaq xəyalına düşür. Paltarını da dəyişdirib, fasоnlaşdırır. Müəyyən bir zamandan sonra Qara Qənbəri kim görsə, tanımırdı. Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində insan portretini olduqca olğun və canlı yaratmışdı. “Köhnə yоldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyоrdular. Bədəni dоlmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyоrdu və оnu çоx təşəxxüslü edirdi”.

Əsərin əvvəlində vəzifəsindən razılıq edən Qara Qənbər artıq tanışlarına rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çоx ağırdır. Yоldaş, yоrulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyоrlar”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər artıq ilk zamanlarından fərqli olaraq, fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışırdı. Bununla da işi xоd gedirdi. Güzəranı da xоş keçirdi. Qara Qənbər öz qоhumlarını da ətrafına yığmışdı. Qara Qənbərin qardaşlarını və başqa qоhumlarını yanında saxlamasının tək səbəbi o idi ki,onlar Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul idilər. Bütün arzularına çatan Qənbərin fikrində bir əməl var idi. Özünü böyük mərtəbə sahibi, qanacaqlı və inteligent bir adam kimi görən Qara Qənbər yalnız arvadından narazı idi. Cəfər Cabbarlı onun arvadını belə xarakterizə edir. “Qara Qənbərin arvadı çоx sadə idi. Türkəsayaydı: gələn qоnaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi”…

Bu haldan Qənbər çоx utanardı, çəkinərdi. Onun arvadı yadına düşəndə sir-sifəti turşuyardı. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum daha da artırdı. Pullanıb, vəzifə sahibi olan Qənbər arvadını bəyənməyib, ondan ayrılmaq qərarı verir.  Cəfər Cabbarlı qonşuların sözü ilə Qara Qənbərin axır hərəkətləri analiz edir. “Qоnşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kоr eləmiş”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər obrazı ilk zamanlarından çox fərqlənirdi. O artıq evi də, arvadı da təzələmiş, keçmişini unudub təzə ömür sürürdü. Ədib Qara Qənbərin yeni arvadının təsviri ilə köhnəliklə yeniliyi müqayisəli təqdim və təhlil edir. Yeni qadının geyimi, yaşam tərzi, dili, xasiyyəti ilə Qara Qənbərin birinci xanımı müqayisə olunur. Üstünlük yeni qadına verilir. “Оnun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qоnaqlarla yaxşı rəftar edirdi. Geyimi Avrоpa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bоzbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi mоdiska parixmaxer qulluğunda hazır idilər”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin sonu olduqca müəmmalı və ibrətamiz bitir. Belə ki, başı  avtоmоbillərə, faytоnlara, teatrlara, qоnaqlara, bağlara qarışan Qara Qənbərə həyat olduqca şirinləşmişdi. Əsərin sonu olduqca gizli bitir. “Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtоmоbili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına о halda dоlanmağa başladı. Sabahı günü hamı deyоrdu ki, daha qudurqanlıq bitdi”… Ədib əsərini bu cür tamamlayır. Daha başqa fikir yazmağa gərək duymur, çünki o dövrdə gecə yoxa çıxanları heç kim gündüz axtarmırdı. Cəfər Cabbarlı əsərində olduqca ibrətli sonluq yaratmağa nail ola bilmişdir. Əsər nəfsinə qul olanların acı sonunu özündə əks etdirir. İnsanları tamahkar olmamağa çağırır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki obrazlar toplusu. Atakişiyeva Həcər.

İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki obrazlar toplusu

(resenziya)

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanının baş qəhrəmanı Göytəpə kəndinin sayılıb-seçilən adamlarından olan Cahandar ağadır. Cahandar ağa əsərdə ziddiyyətli obraz kimi təqdim olunur. Cahandar ağa xasiyyətcə qorxmaz, cəsarətli, sözünü üzə deyə bilən adamdır. O, əsərdə özünün arvadı ola-ola başqasının arvadı olan Mələyi götürüb qaçması ilə böyük bir səhv edir. Cahandar ağa bütün əsər boyu bu etdiyi səhvin cəzasını ödəyir. Bu hadisədən sonra hər şey Cahandar ağanın əleyhinə işləyir. Cahandar ağanın ağsaqqal yaşında evli olduğu halda evli bir qadın olan Mələyi qaçırması onun bütün etibarını ailəsi və cəmiyyət arasında yox etdi. Cahandar ağa bu hərəkəti ilə qaçırdığı Mələyin əri olan Allahyarın və özünün arvadı Zərnigar xanımın qürurunu ayaqlar altına atmışdı. Cahandar ağanı ziddiyyətli edən bir səbəbdə o idi ki, o, cahillik göstərib, başqasının arvadı olan Mələyi götürüb qaçması ilə yanaşı kiçik oğlu Əşrəfin oxuyub, təhsilli olması üçün əlindən gələni edir. Belə ki, Cahandar ağa yeganə Göytəpə kəndinin sakini idi ki, oğlu Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Cahandar ağa belə bir xarakterdə insan idi ki, özü başqasının namusuna sataşır, lakin özü hər kəsdən namus tələb edir. Cahandar ağa üçün başqasının namusunun bir önəmi yox idi. Onun üçün özünün kişilik qeyrəti hər şeydən üstün idi. Belə ki, Allahyar tərəfindən atı Qəmərin quyruğu kəsiləndə acımadan bir göz qırpımından atı öldürür. İsmayıl Şıxlı “Dəli Kür” romanında Cahandar ağanı qüdrətli insan, çətin zamanda ayaqda durmağı bacaran, çar kazaklarının qabağında duruş gətirə bilən, camaatın havadarı, xilaskarı kimi təqdim edir. Cahandar ağa xaraktercə ailəsinə, namus, qeyrət məsələsinə çox böyük həssaslıqla yanaşan adam idi. Cahandar ağa başqalarından tələb etdiyi namus anlayışına özü qəti şəkildə əməl etmirdi. Belə ki, o, başqasının arvadı olan Mələyi götürüb qaçması Cahandar ağaya baha başa gəldi. Cahandar ağanın ən böyük səhvlərindən biri də bacısı Şahnigarı öldürməsi olur. Bu hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır. Bu hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandar ağanın həyat ahəngini pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir. Cahandar ağa xaraktercə ziddiyyətli təqdim olunsa da, o, düşməni Allahyarı gizli şəkildə, namərdcəsinə öldürmür. Onu qabaq-qabağa döyüşdə məhv edir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı olan Şamxal bu hadisəyə görə atasından üz çevirmişdi. Ata-oğul bir-birinə düşmən kəsilmişdi. Bu hadisədən sonra qüruru sınan Şamxal evi tərk edir. Daha sonra o, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun sosial statusuna layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Şamxal əsərdə çox ləyaqətli, dürüst, əməksevər, mərd, namuslu biri kimi təsvir olunur. Belə ki, o, atasının başqasının arvadı olan Mələyi götürüb qaçmasından sonra o evdə qalmır və eyni zamanda atasından heç bir mülk tələb etmir. Şamxal Cahandar ağadan qorxmayıb, cavan olmasına baxmayaraq, atasının üzünə ağ olub, onun səhvini kişi kimi üzünə deyir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə Cahandar ağanın digər oğlu Əşrəfdir. Əşrəf İsmayıl Şıxlının “Dəli Kür” romanında ədibin gələcək nəsilləri oxumuş görməyinin göstəricisi idi. Belə ki, Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini idi. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə romanda rus Əhməd, poçt Əhməd kimi tanınan ədibin maarifçi fikirlərini yayan obraz idi. Əhməd kənddə öz yaşadığı evdə müəllimlik edib, kənd uşaqlarının oxuması, hərif tanıması üçün əlindən gələni edir. O, Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini olan Əşrəfin ilk müəllimi olmuşdu. Bu obraz sadəliyi, savadlılığı, mehribanlığı ilə kənd uşaqlarının sevimlisi olmuşdu. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi obrazıda Allahyar idi. Allahyar əsərdə namusu ləkələnmiş şəxsdir. Onunla Cahandar Ağa arasında əvvəlcədən heç bir düşmənçilik olmayıb. Onlar arasındakı bu düşmənçiliyin əsas səbəbi Cahandar Ağanın Allahyarın arvadı olan Mələyi götürüb qaçması idi. Cahandar Ağa ilə Allahyarın düşmənçiliyində Allahyarın heç bir günahı yox idi. Əgər Cahandar Ağa onun arvadını götürüb qaçmasaydı, heç Allahyarda onu tanımazdı. Allahyar Cahandar Ağanın atı Qəmərin quyruğu kəsdirməklə, qızı Salatını qaçırtmaqla, onun evinə gecə hücüm etməklə oda bacardığı qədər onun namusuna sataşır. Yazıçı əsərində Allahyara haqq qazandırır, çünki Cahandar Ağanın elədiyi böyük qəbahət idi. Onun etdiyi bu hərəkət heç bir əxlaqa sığmırdı. Cahandar ağa qolunun gücünə güvənib, cəmiyyətin nizamını pozub, başqasının arvadını evinə gətirmişdi. Allahyarın Cahandar Ağa ilə tək problemi arvadı Mələyi qaçırması idi.  İsmayıl Şıxlı “Dəli Kür” romanında Çernyayevski ilə Kipiani xətti ilə maarifçilik fikirlərini əsərində yaymışdır. Onlar Göytəpə kəndinə gəlib, oradakı sakinlərlə danışıb, təhsil vermək üçün Qori Müəllimlər Seminariyasına uşaq aparmaq istəyirdilər. Lakin onların qarşısına ilk çıxan maneə Molla Sadıq olur. Molla Sadıq elmə, maarifə qarşı çıxan bir adam idi. O, icazə vermir ki, Göytəpə kəndinin sakinləri öz övladlarını Qori Müəllimlər Seminariyasına göndərsinlər. Çünki elmli adamlar Molla Sadığın gözünün düşməni idi. Cahandar ağa oğlu Əşrəfi Molla Sadıqla məsləhət etmədən Qori Müəllimlər Seminariyasına göndərsinə görə onlar arasında ədavət başlamışdı. Molla Sadıqla Cahandar ağa Çernyayevski ilə Kipianinin xahişinə görə yenidən üz-üzə gəlməli olurlar. Belə ki, Molla Sadıq icazə vermirdi ki, kənd camaatı uşaqlarını təhsil almağa göndərsin. Molla Sadıq Cahandar Ağadan daim qisas almağa fürsət axtarırdı. İsmayıl Şıxlı “Dəli Kür” romanında Molla Sadığı məkrli və xəyanətkar biri kimi oxucuya təqdim edir. Beləliklə, Molla Sadıq Cahandar Ağadan qisas almaq üçün onun düşməni olan Allahyarla birləşib, Cahandar Ağanın qızını qaçırdır. Həmçinin, o, kazaklarla əlbir olub Cahandar Ağaya arxadan zərbə vurur. Molla Sadıq Cahandar Ağaya oğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsinə, elmə-təhsilə verdiyi dəyərə, kəndə uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevskiyə köməklik etdiyinə görə düşmən olmuşdu. Beləliklə də, Molla Sadıqla Cahandar Ağa əzəli düşmən oldular. Amma Molla Sadıq Cahandar Ağadan intiqamını mərd şəkildə almadı. O, Cahandar Ağanın dul bacısı Şahnigarı meyxanaya aldadıb, gətirdib, rüsvay edir. Buna dözməyən Cahandar Ağa bacısını öldürür. Əsərdə təsvir olunan qadın obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı, Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün Cahandar ağanı heç cür bağışlaya bilmirdi.  Zərnigar xanıma Cahandar ağanın bu hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının  “Dəli Kür” əsərinin qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi. Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır. Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki, Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü  psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında bu əsərin çox böyük rolu vardır. Ədibin yaratdığı obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru