1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu da bir ömürdür ağlı-qaralı, “Bura Qazaxdır, oğlum!” Turan Şərqisi şeirlər kitablarının müəllifidir. E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının isə baş redaktoru olub. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib. Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər. E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da. Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.
MİN İL GƏZSƏLƏR DƏ… (Şairin şeiri)
Vallah, səni bir də sevə bilərəm, Sənə də sirr olar bu “qəbahətim” Bütün sərhədləri yarıb gələrəm, Demə ki, qalmayıb buna taqətim. Sənin məhəbbətin yağar dünyaya, Həsrətlər, möhnətlər qırğına düşər. Günəş pəncərəndən doğar dünyaya, Hissim də, ruhum da yanğına düşər. Gecə pəncərənə mələklər qonar, Qaranlıq ağarar ay işığında. Heyrətdən göylərdə fələklər donar, Qolları açılar sarmaşığın da. Bu qəfil sevincdən buludlar dolar, Qərib durnalar da köçündən keçər. Səni evinizə aparan yollar, Gəlib gözlərimin içindən keçər. Qovaram dünyadan kədəri, qəmi, Çəkilər dağlardan dumanlar, sislər. Elə gizləyərəm sinəmdə səni, Min il gəzsələr də tapa bilməzlər…
(1975 – şairlər ili)
HƏYAT HEKAYƏSİ
(Bir tanıyanın dilindən)
1982-ci ildən AYB-nin üzvü olan Eldar Əli oğlu Nəsibli 1952-ci il mayın 18-də Tomsk vilayətində Baxçari rayonunun Çernişovka kəndində dünyaya göz açmışdır. Qazax rayonunun ll Şıxlı kəndində orta məktəbi bitirmiş, ADU-nun jurnalistika fakültəsində ali təhsil almışdır. ,,Elm və həyat,, jurnalında ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdır. ,,Mərhəmət,, jurnalını təsis etmiş, baş redaktoru olmuşdur. Ömrünün son illərində ,,Azərbaycan,, qəzetində çalışırdı. Bədii yaradıcılığa 60-cl illərdən başlamış, şeirləri dövri mətbuatda çap olunmuşdur. Əsərləri SSRI xalqlarının dillərinə tərcümə edilmişdir. 1982-ci ildə Lvovda keçirilən XII ümumittifaq poeziya festivalının və 1984-cü ildə Moskvada keçirilən VIII ümumittifaq müşavirəsinin içtirakçısı olmuşdur. ,,Salam dan ulduzu,, ,,Məni səsləyən var,, ,,Harayla məni,, ,,Dünya məndən gəlib keçər,, və s. kitabları çap olunmuşdur.Yaxşı insan idi. Nəşriyyata gedəndə ,,Mərhəmət,, jurnalına da baş çəkərdim. Maraqlı söhbət edərdi. ,,Mərhəmət,, jurnalının əlavəsi kimi ,,Qazax şairləri,, adlı kitab buraxmışdı. Elə sevinirdi ki. Vətənpərvər idi. Çap olunan kitablarımı verərdim, oxuyardı, fikrini deyərdi. Son dəfə Azərbaycan nəşriyyatında görüşdük. Dedi ki: ,,Kitablarını oxudum, geniş bir yazı yazmaq fikrim var,,…Bir gün ,,Azərbaycan,, qəzetinə getdim, lövhədə şəklini gördüm, haqqındakı nekroloqu oxudum. Allah rəhmət eləsin. Amin…
Abbasqulu ağa Bakıxanov Azərbaycan ədəbiyyatında, ümumiyyətlə söz sənəti və ictimai fikir tarixində özünəməxsus yeri olan dahi şəxslərdən biridir. Uşaq və yeniyetmələrin onun “Nəsihətlər” və ya “Nəsihətnamə” adlanan kiçik həcmli kitabını oxumasında böyük fayda var. Ruhu şad olsun, millətinin gələcəyini düşünən ziyadar bir yazar olub…
QISA ARAYIŞ:
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib. Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə etmişdir. Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb. Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub. Allah rəhmət eləsin… Amin…
Qarşımda, masamın üstündə Əli Rza Xələflinin diqqətlə oxuduğum və şair-publisist Hamlet İsaxanlının poeziyasına, onun “Ziyarət” poemasına həsr etdiyi yeni kitabı – “Həyatın dastanı” durur… Lakin, lap əvəldən başlamaq istəyirəm. Elə, Əli Rza Xələflini tanıdığım vaxtdan. Daha bu imzaya, bu ada şair, yazıçı, publisist, jurnalist, tədqiqatçı adlarını əlavə etmədən. Çünki, Əli Rza Xələfli imzası müasir ədəbi və ictimai mühitdə özünə elə köklü-köməcli yer tutubdur ki, adı çəkilən kimi bunların hamısı yada düşür. Özü də, həqiqət naminə, onu da deyim ki, sıraladığım bu yaradıcılıq shəsinin hər birində Əli Rza Xələfli özünəməxsus, orjinal bir məqamdadır və elə onun birilə də məşğul olsayıdı tanınacağıdı, seviləcəyidi, rəğbət doğuracağıdı… Səhv etmirəmsə, buna yaradıcılıq polufonizmi deyirlər, başqa sözlə, Əli Rza Xələfli çoxşaxəli yaradıcılıq imkanlarına malik “qələmsiz” qələm adamıdır və mən özüm də elə əvvəldən onu bu cürə tanımışam… “Qələmsiz qələm admı” ifadəsini də, deyəsən, ilk dəfə mən onun haqqında işlətmişəm, özü də bir əlavə ilə, demişəm ki, Əlirza Xələfli qədim Roma filosofları kimi, nə yaradırsa, bir əli cibində, bir əlində siqaret tutaraq qələmsiz-kağızsız diktə edir. İndi də əlavə edirəm ki, fikri improvizə edərək, nə yaradırsa şifahi şəkildə yaradır. Elə ona görə də, onun bütün yaradıcılığı şifahi xalq yaradıcılığı təkin şirin, cazibadar və diqqətçəkəndir…
Bu sözləri də onun haqqında mən yazmışam və təkrar etməkdə məqsədim budur ki, fikrimi gəlişigözəl söz təkin yox, sabit qənaətim təkin irəli sürmüşəm: “Mənim üçün (həmçinin eləcə də onu tanıyanlar üçün də) heç bir metaforaya sığışmayan bir qələm əhli, ürək və əqidə dostum var – bu, şair, yazıçı, publisist-jurnalist, tədqiqatçı-tənqidçi Əli Rza Xələflidir! Bu adın, bu imzanın özü müasir ədəbi prosesdə həyatı bədii-fəlsəfi dərkin və inikasın bütöv bir sistemini özündə ehtiva etməyə qadirdir!.. Əli Rza Xələfli adı, imzası ədəbi-bədii siferada ülfət və ünsiyyət mücəssəməsidir! Ülfət və ünsiyyət intiqralının bütün kodları onun ürəyinin, qəlbinin döyüntüləri ilə kodirovka ola bilər!..”
“İnteqral” deyəndə yadıma bir el kəlamı düşdü: “Dost dosta tən gərək!” Əslində, bu kəlamı yaradıcı aləmə tətbiq eləyəsi olsaq, bir-biri haqqında söz deyən yaradıcı şəxsiyyətlər də, gərək ki, bir-birinə tən gəlsin. Əli Rzanın qələm dostu, tanınmış alim, riyaziyyatçı, deyilənə görə, riyaziyyat elminin bütün “inteqrallarının” açarını cibində gəzdirən, fizika-riyaziyyat elmləri doktoru, professor, bizim üçünsə istedadlı şair-publisist Hamlet İsaxanlıdır və Əlirza Xələflinin Hamlet İsaxanlı yaradıcılığına müraciət etməsi, ondan bir kitablıq söz yazması bu iki yaradıcı şəxsiyyət tipinin bir-birinə tən-dürüst gəlməsidir…
Elə buradaca, tanınmış şair-publisist, tərcüməçi, kitabın redaktoru Hafiz Rüstəmin “Həyatın Dastanı” kitabına yazdığı, kitabın özü qədər dərin, mənalı “Həyatın Dastanı”nda “Ziyarət”in fəlsəfi mahiyyəti” adlandırdığı ön sözündən bir abzası fikrə qüvvət kimi misal gətirirəm: “Çünki ən azı iddiayla tələb, imkanla gerçəklik, formayla məzmun, təsadüflə zərurət bir-birini tamamlamayanda, başqa sözlə, real həyatla tale yazısı üst-üstə düşməyəndə heç nə alınmır. Əksinə, bütün bunlar düz mütənasib olanda, ədəbi şəxsiyyətin missiyası qismən müəyyənləşir.” Ziyalı şəxsiyyətinə və təfəkkürünə böyük hörmət bəslədiyim Hafiz Rüstəmin bu postulatından çıxış edərək “Həyatın Dastanı”nın müəllifi Əli Rza Xələfli ilə “Ziyarət” poemasının müəllifi Hamlet İsaxanlını görək bir ziyalı, şair, alim tipi kimi nələr birləşdirir, hansı cəhətlər üst-üstə düşür, bunların yaradıcı şəxsiyyətləri arasında düzmüntənasib gələn hansı məqamlardır ki, hər iki ədibi, hər iki ədəbi şəxsiyyətin missiyasını müəyyənləşdirib.
Ümumiyyətlə, Hamlet Isaxanlı adı çəkiləndə o belə səciyyələndirilir: alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, pedaqoq, şair, yazıçı və publisist, tərcüməçi, riyaziyyat, humanitar və sosial elmlər üzrə məqalə, kitab, dərslik və monoqrafiyalar müəllifi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin həmtəsisçisi, naşir, və redaktor… Biz burada Əli Rza Xələfli şəxsiyyəti ilə Hamlet İsaxanlı şəxsiyyətini müqayisə etmək fikrindən uzağıq, amma kimin kim haqqında söz, fikir demək səlahiyyəti ədəbi təsərüfatda və prosesdə mühüm amildir. Bu cəhətdən hər iki ziyalı şəxsiyyəti çox müxtəlif tərəflərdən və məqamlrdan bir-birini tamamlayır… Blə ki, Əli Rza Xələfli də, Hamlet İsaxanlı da müasir ədəbi prosesdə ən müxtəlif məqamlarda, məqamında nüfuzlu söz demək səlahiyyətinə malik ziyalılarımızdandırlar…
İndiyənə qədər Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır. Məsələn, Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim…” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı, Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər. Onun barəsində dünyanın onlarla ən nüfuzlu şəxsiyyətlərinin dediyi söz içərisindən ikisini seçmələyib təqdim edirəm: Azərbaycan mədəniyyətinin, elmi fikrinin nüfuzlu nümayəndələrindən biri olan, tanınmış diplomat, “Azərbaycan Doplomatiya Akademiyası”nın prezidenti, professor Hafiz Paşayev, Azərbaycan Respublikasının ABŞ-dakı sabiq səfiri: «Hamlet müəllimin fəaliyyəti respublikamızın ictimaiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi başlayıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o, elm, təhsil, humanitar və ictimai sahələrdə daha geniş fəaliyyətə qoşulmuş və ölkəmizdə keçirilən islahatlar üçün əhəmiyyətli konkret işlər görmüşdür.
Professor Hamlet İsayev (İsaxanlı) elmin və təhsilin inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xaricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə, yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin işlərində əvəzsizdir. Onun Amerika universitetləri ilə birgə proqramlar üzrə müvəffəqiyyətlə apardığı işləri qeyd edərək, məmnuniyyətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ hökumətinin Azərbaycanda maliyyələşdirdiyi ilk təhsil layihəsi məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universitetlə bağlı olmuşdur». Zəlimxan Yaqub, xalq şairi, millət vəkili: «Hamlet İsaxanlı – gözəl insan və böyük alim! Bu qün varlığıyla vətəninə bağlı əsil Azərbaycan vətəndaşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad sahibi! Təkcə Gürcüstan azərbaycanlılarının deyil, təkcə Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının ən şöhrətli nümayəndələrindən biri! …Kökünə, nəslinə, torpağına, ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, ömrünü elmi, bədii, siyasi, psixoloji, tarixi axtarışlara həsr edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müxtəlif millətlərə və ölkələrə məxsus olan ən böyük alimlərini heyrətə gətirən Vətən oğlu!..”
Yeri gəlmişkən, onu da qeyd edim ki, şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Nurəddin Rzayev, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Vaqif Arzumanlı, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada V. Odinets, Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.
Şair, yazıçı və jurnalist, tədqiqatçı-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin “Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr” Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında”, “Xəzər Universitəsi Nəşriyyatı” (2012) kitabı isə Hamlet İsaxanlının poetik yaradıcılığına həsr olunmuş əsərlər sırasında xüsusi, özü də deyərdim ki, əhəmiyyətli, siqlətli yer tutur (əsər əvvəlcə uzun zaman ərzində hissə-hissə “Kredo” qəzeti səhifələrində dərc olunmuşdu).
Bu kitab, Hamlet İsaxanlının təkcə bir poeması haqqında yazılsa da, Əli Rza Xələfli elə bir üslubi fənd tapır ki, bu fonda onun poetik yaradıcılığı, şəxsiyyəti, elmi-ictimai fəaliyyəti barədə müfəssəl təsəvvür yaradır. Həmçinin, müəllif – Əli Rza Xələfli “Həyatın Dastanı” kitabını bir şair fəhmi və bir tədqiqatçı təfəkkürü ilə yazdığından, Hamlet İsaxanlı poeziyasını müasir Azərbaycan poeziyasının faktı təkin götürmüş, bununla da ümumən müasir ədəbi proses haqqında da qənaətlərini və ədəbi-fəlsəfi düşüncələrini oxunaqlı, şirin-şairanə bir üslubda, müasir publisistikanın son imkanları çərçivəsində, hisslərini və fikirlərini yüksək səmimiyyətlə yoğuraraq ortaya qoymuşdur…
Əslində bu əsəri ilə Əli Rza Xələfli Hamlet İsaxanlını müasir şeirin xanı, poetik ruhun Məsihi kimi təqdim etmiş, onun bədii yaradıcılığının heç kəsin görmədiyi və ya görə bilmədiyi Hamlet fəlsəfəsini açmışdır… Və “Hamlet İsaxanlı kimdir?” sualına bədii-publisistik, fəlsəfi-estetik manerada cavablar axtararaq bu maraqlı şəxsiyyətin ədəbi-ictimai müstəvidə tutduğu yeri aşkarlamışdır… Əli Rza Xələfli əsərinin əvvəlindəcə ədəbi niyyətini ortaya qoyaraq yazır: “H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasirlərimiz üçün olduqca çətin olacaq. Buna görə də onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb edir. Bizim qiymətləndirdiyimiz onun çox böyük mənəvi aləmi, şairlik dünyasıdır. …H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət duyğularını əks etdirən poetik örnəklərində biz onun mənəvi gücü ilə qarşılaşırıq.”
Əli Rza Xələfli öz qələm dostu haqqında yüksək səmimiyyətlə, deyərdim, bir az da vurğunluqla danışır, ona Azərbaycanın ədəbi-mənəvi tarixində yeri olan, yeri görünən poetik sözü ilə özünü diktə edən bir sənətkar səviyyəsində yanaşaraq əminliklə deyir: “H.İsaxanlı sözün övladıdır, elmin övladı olmaqdan əvvəl. Kövrək duyğularının tarixi nə zamandan başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır… …H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. O, bütün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxanlının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir – həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. Oxucu, H. İsaxanlının ən azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olur. Onun şeirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir…”
Bu cümlələri, fikirləri oxuduqca, adam Əli Rza Xələflinin özünün də səmimiyyətinə, dosta, qələm yoldaşına, əsirdaşına yanaşma səmimiyyətinə qibtə edir, onun səmimiyyətdən yoğrulmuş qəlbinin çırpıntılarını səmimiyyət mahnısıının not sədaları kimi eşidir… Bu sözlərin, bu duyğuların, belə bir münasibətin arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, bütövləşmiş ziyalı dayanır.
Əli Rza Xələfli, bu əsərində də, şübhəsiz Hamlet İsaxanlı şəxsiyyəti ilə bahəm öz şəxsiyyətinin bütövlüyünü də ortaya qoymuş olur. Hamletin poezyasının oyatdığı duyğulardan irəli gələn hansısa fövqəltəbii qüvvənin təsiri ilə onu bir şair, bir yaradıcı kimi daxildən sıxan, ona əziyyət və güc verən, sevindirən, sözün fəthindən qürurlanan hisslərini, ədəbi-estetik görüşlərini, ictimai-fəlsəfi düşüncələrini ifadə edir, bəzən fikrin improvizə dalğalarında uyarlı və tutarlı gəzişmələr aparır… Bütün bunlar Əli Rza Xələflinin “Həyatın Dastanı” kitabını, doğrudan da həyat haqıında, müasir dünyamız haqqında, müasir poeziyamız və ədəbi-bədii fikrimiz barəsində elmi-publisist üslubda yazılan dastana çevirir – həyat dastanına, həyatımızın dastanına!…
Əli Rza Xələflinin “Həytın Dastanı” əsərində belə bir məqam da diqqətimi cəlb elədi. O, Hamlet İsaxanlıya xitabən yazır: “Əzizim Hamlet müəllim, sizin zəngin yaradıcılığınızı oxuduqca sizin insan hisslərinin rənga¬rəng xəritəsində ən ecazkar, bəlkə də, ekzotik ərazilər zonası olaraq təsvir elədiyiniz məqamları gözümün önünə gətirirəm və həmin anlarda düşünürəm ki, insan hisslərinin bu qeyri-adiliklərini ancaq şair görə bilər.” Çox doğru, düzgün, özü də elmi-psixoloji müşahidədir! Elmi, publisistik yaradıcılıqda da belədir. Bədii təfəkkür sahibləri bədiyyatı daha dolğun, daha dürüst duya və qiymətləndirə bilərlər. Bu mənada, şair-publisist Əli Rza Xələfli, Əli Rza Zal oğlu şair – publisist, alim-riyaziyyatçı Hamlet İsaxanlını, Qaçaq İsaxanın şair nəvəsini doğru-dürüst anlaya bilir, onun heç kəsin görmədiyi, daha doğrusu görə bilmədiyi tərəflərini görüb, qədrini-qiymətini bilə bilir! Ancaq şair şairin qəlbinin pünhanlarına, gizlinlərinə bu qədər mərhəmliklə əl apara bilər ki, biz bunu Əli Rza Xələflinin “Həyatın Dastanı” bədii-publisisistik üslubda yazdığı fəlsəfi-estetik traktaktının hər fəslində, hətta fəsillərin başlıqlarında belə müşahidə etdik. “Kövrək sözün işığında”, “Bitik”lər nəsillərə ünvandır”, “Göynəyin köynəyində”, “Obrazın məntiqi – həyatın mənası”, “Yurda könül ziyarəti”, “Söz var, kimsəyə deyilməz”, “Yaşamağın vətəndaşlıq mahiyyəti”, “Səsin işığı”, “Poeziya – ruhun zərrələri”, “Çiçəklər önündə təzim”, “Bənzərsiz anların poeziyası”, “Aristarxlara cavab”, “Həyatdakı həqiqət – yuxudakı səadət”, “Dedal və İkar əfsanəsi”, “Hamlet – olum-ölüm arasında”, “Yaddaş simfoniyası – son akkordlar” təkin başlıqların hərəsi bir şeir misrasını, hərəsi bir fəlsəfi postulatı xatırladır və deyim ki, gəlişigözəl ifadələr deyil, fəsllərdəki məna və mahiyyətə, qoyulan problemə, məzmuna tamamilə uyar, Hamlet İsaxanlı poeziyasının kod açarına çevrilən başlıqlardır və oxucunu məcbur edir ki, oxu, gör bu başlıqların arxasında hansı mətləblər, mənalar gizlənibdir… Oxucu hiss edir ki, qeyri-adi, bənzərsiz, filosof və şair düşüncəli, zövqü yüksək məqamda olan bir qələm sahibi ilə həmsöhbət olacaq. Və belə də olur!..
Əli Rza Xələflinin təhlilləri zərif, şərhləri mənalı, izahları inandırıcıdır. O, Hamlet İsaxanlının poetik üslububnda müşahidə etdiyi elə məqamlara toxunur ki, bunlar onun yaradıcılığının mahiyyətindən irəli gəlir. Məlumdur ki, Hamlet İsaxanlı mənalı dördlüklər, bayatılar müəllifidir və bu onun poetik stixiyasında əsas yerlərdəndir. Əli Rza bu stixiyanı onun epik-lirik “Ziyarət” poemasında da aşkara çıxararaq belə mənalandırır: “H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, bir bayatı ovqatıdır.
Müəllif anasına ismarıc elədiyi mahnısını “Gedin, deyin anama” şəklində oxuyur. Nə qədər gözəldir, nə qədər ritmikdir, nə qədər kədərli bir mahnıdır! Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-bayatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bundan o yanası yoxdur.”
Beləliklə, elə bu tərzdə Əli Rza Xələfli Hamlet İsaxanlının şeiriyyət aləminin söz, ritm və anəng qovuşuğunun sirli əlaqələrini sərrafcasına aşkarlayır, üzə çıxarır, bu harmoniyanın mahiyyətini izah edir, Hamlet İsaxanlının poetik üslubunu şərtləndirən lirik hissin ahəngdar təhkiyyə siferasına nüfuz edir: “Poeziya, nəzm və adi şeirdən fərqli olaraq daha çox fəlsəfi ümumiləşdirmədir. Poeziyada bənzərsizlik və təkrarsızlıq var. H.İsaxanlı da özünün səmimiyyətilə müşayiət olunan şeirlərində daha çox poetik ruhun daşıyıcısı kimi görünür. Onun “Ziyarət” poemasındakı əhval adi bir adamın, sıradan bir nəfərin əhvalı deyil. Onu oxuyan hər kəs özündən xəbəri olmadan, özünü o yerin adamı bilir, özünü elə orada bilir. Nə vaxtsa, hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır.
H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. O, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. …Onun daxili aləmində səslənən simfoniya ağır-ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu fəryad şəklində, bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində…” Əslində, Əli Rza Xələflinin qələmə aldığı “Həyatın Dastanı” əsəri də həyat eşqi ilə alışan bir ürəyin çırpıntılarıdır, müəllifinin mənəvi aləmindəki fırtınaların, təlatümlərin əks-sədasıdır. Əli Rza Hamletin lirik qəhramanına məxsus olan cizgiləri açdıqca, proyeksiya etdikcə onun özü də bir lirik qəhrəmana çevrilir, Hamletin lirik qəhrəmanına “Yaddaş Sahibi” adını verərək özü də sözün sahibinə çevrilir, onun əlindən tutub Yurd, Vətən, Torpaq adlandırdığımız mehraba doğru ziyarətə apararaq belə bir qənaəti ifadə edir: “Zənnimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən dəyərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elədiyi sözdə öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy göstərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, yurda, torpağa, təbiətə daha çox oxşayır.”
Hamlet İsaxanlı Əli Rza Xələflinin zənnində, qələmində yurduna, torpaqına, doğulduğu yerin təbiətinə oxşayan bir obraz kimi canlandırılır və bu cür də təqdim olunur… Bütün istedadlı şairlər kimi, Hamlet İsaxanlının şairlik mahiyyətini, şairlik kübarlığını da bu oxşarlıqda görür… Və müəllif doğru olaraq bu versiyanı irəli sürür ki, Hamle İsaxanlı yurd yerlərini gəzə-gəzə ozanlıq edir və ozanlaşa-ozanlaşa Hamlet özü də Yurd atasına çevrilir: “Məlumdur ki, “Ziyarət”də insan özünü ruhi-mənəvi aləmdə hiss edir. Demək olar ki, müəyyən mənada, gerçəklikdən təcrid olunur. Özünə qapanma, hətta yaşını unutma, həmin yerlərdəki yaşın çağlarına qayıtma burada əsas şərtdir. Həmin o erkən yaşlarından dünya işığını ona qaytaran şəffaf eynəyinin arxasından boylanan gənc – əslində, eynəkli adam – o adam ki, indi kifayət qədər ömür yolu keçmiş, həyatın ağırlıqlarını çiyinlərində duyan bir ziyalı özü yurd atasına çevrilib.”
“Yurd atasına” çevrilən ozan-şairin “Ziyarət” poeması da özü kimi rişəsiz, köksüz, ənənəsiz deyil. Əli Rza Xələfli tədqiqatçı fəhmi ilə, onu ulu Şəhriyarın “Heydərbabaya salam kitabxanası”na ən dəyərli hədiyyə hesab edərək, “Ziyarət”i üslubca, ritm və havacatla olmasa da, (bu Hamlet İsaxanlının ustalığıdır) ruhca onun “Şəhriyar düsturu”ndan istifadə etdiyini bildirir, onu bu sıradan yazılmış dəyərli ədəbi-bədii fakt təkin qiymətləndirir:
“Şəhriyar düsturu ilə, Heydərbaba ruhu ilə yazılmış əsərlərin dəqiq sayını bu gün bilən yoxdur. İraqdan Əlbüllətif Bəndəroğlu və onun “Yurt” dərgisi ətrafında birləşən çoxlu sənətkarlar “Heydərbabaya salam” poemasına nəzirələr yazmışlar. Cənubi Azərbaycanda da şairlər onun səsinə çox böyük hiss və duyğu ilə cavab vermişlər.
…Bu günə qədər Cənubi Qafqaz əhatəsində olan azərbaycanlı şairlər də “Heydərbabaya salam” kitabxanasına özlərinin zəngin töhfələrini vermişlər. Çox böyük məmnunluq hissi ilə qeyd edərdim ki, bu sətirlərin müəllifi olaraq mən də “Bir Xələfli var imiş” adlı əsərimlə o möhtəşəm “salam” qarşısında mənəvi borcumu verməyə çalışmışam. Təəssüflə bunu da deməliyəm, Şəhriyar düsturundan istifadə ilə yazılmış “qrafoman” əsərlər də az deyil. Bunu da təbii qəbul etmək lazımdır. Hər kəs yaddaş fenomeninin ecazkar sarayına özünün istedadı, düşüncəsi və təxəyyülünün imkan verdiyi güclə daxil olur. Son vaxtlar yaddaş fenomeninin təsiri altında yazılmış Şəhriyar ənənəsini yalnız mənəvi olaraq qəbul edib özünün original forması ilə diqqəti çəkən çox maraqlı əsərlər yaranmaqdadır. Xalq şairi Nəriman Həsənzadənin “Poylu beşiyim mənim” eposu, Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” yaddaş poeması, bu sıradan heç şübhəsiz, çox dəyərli yerlərdən birini tutan H.İsaxanlının “Ziyarət” poeması ədəbi-bədii dəyərinə, “sağlam-estetik əsaslarına” görə yaşarılıq haqqı qazanacaq, zamanzaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir.” Mənə elə gəlir ki, müəllifin bu müqayisələri, “Heydərbaba kitabxanası” və “Şəhriyar düsturu” onun bir tədqiqatçı kimi tapıntısıdır və ədəbiyyatşünaslıqda tamamilə yeni anlayışlardır.
Onun yeni yazı manerası da diqqətimi çəkdi. Əli Rza söz arası söz deyir! Poeziyada “lirik ricət” anlamı var. Elə bil ki, bu anlama uyğun olaraq Əli Rza publisistik ricətlər edir, sözə əriş-arğac qatır, təzə-tər ilmələr artırır… Ümumiyyətlə, Əli Rzanın bu əsəri publisist ricətlərlə, elmi monoloqlarla, fikri imrovizələrlə süslənmiş, yeni üslubda yazılan monoqrafik tədqiqat əsəridir…
Son olaraq qeyd edim ki, Əli Rza Xələflinin “Həyatın Dastanı” ədəbi-fəlsəfi düşüncələr əsəri Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında yazılsa da, müasir poeziyamızın, ədəbi-estetik düşüncəmizin bir sıra problemlərini əhatə edən kompleks səciyyəli əsərdir.
Hamlet İsaxanlı da, Əli Rza Xələfli də ruh adamıdırlar. Hər ikisi şeirin və elmin övladlarıdır… Bu iki tanınmış ziyalının ruh qovuşuğu öz gözəl nəticəsini, bəhrəsini vermiş, Kürlə Arazın qovuşuğu təkin bollu-bəhərli olmuş, müasir fikir dünyamızı, ruh dünyamızı zənginləşdirmişlər…
Əli Rza Xələflinin “Həyatın Dastanı” əsəri ədəbi-elmi dəyərinə, sağlam-estetik əsaslarına, təfəkkür dərinliyinə, güclü təxəyyül zənginliyinə görə müasir poeziyaşünaslığımza və əlbəttə ki, müəllifinə, onun ədbi qəhrəmanı Hamlet İsaxanlıya şöhrət qazandıracaq əsərlərdəndir…
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Şəkil MəzarSız şəhid İsmayılov İsmayıl Barat oğlunundur.
MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. – Bakı.
Mustafayev Müseyib Mahmud oğlu. Ağdam, Yusifcanlı.
“9 MAY” BİR TARİXDİR
Bəli, sözün əsl mənasında bizim bu gün nə düşünüb, necə qiymət verməyimizdən asılı olmayaraq “9 MAY” BİR TARİXDİR!!! Bu haqqda fikir yürüdən şəxs ilk növbədə öz ata-babalarını düşünməlidir. Əlbəttə bu mühakimə ata-babasını tanımayanlara aid deyil.
“9 MAY” Tomris və Kir hadisəsi kimi, Babəkin 20 il öz məmləkəti, dili, hakimiyyəti, hürriyyəti uğrunda mücadiləsi kimi, Şah İsmayılın Çaldıran döyüşü kimi, Nadir Şahin yerli türk soylu bəyləri Qarabağdan, ta uzaq Hindistana qədər öz yeni torpaqlarına köçürməsi kimi, Qacarın Şuşa qalasını alması kimi, Rus – Türk, Rus – İran müharibələri nəticəsində doğma torpaqlarımızın bölüşdürülməsi kimi, bu torpağın övladlarının II Dünya Müharibəsində həm Böyük Vətənin uğrunda SSRİ tərəfindən, həm də Azad Vətən uğrunda Almaniya tərəfindən savaşdığı kimi BİR TARİXDİR, tarixi hadisədir…
Biz nə qədər inkar etməyə çalışsaq da bugünkü Azərbaycan Ordusunun şanlı zəfərində o günün də payı, qatqısı var. Həzi Aslanovlar, Əhmədiyyə Cəbrayılovlar, Mehdi Hüseynzadələr sayəsində, hətta uzun illər sovet dövründə tikinti batalyonlarında xidmət etsələr də əsgərdən qayıdan əsgərlərin özləri ilə gətirdikləri adi nişanların, əsgər papaqlarının, bir cümləlik olsa belə “ŞANLI ƏSGƏR MƏKTUBU” başlığı ilə başlayan əsgər məktublarının bugünkü qələbəmizdə az-çox dərəcədə öz payı var. Bu dəqiq belədir…
Bizim nə düşünməyimizdən asılı olmayaraq baş vermiş hadisələr artıq tarixdir. Biz onları dəyişə bilmərik. Öyrənib nəticə çıxara bilərik. Tarixdə baş verənlər unudulmasa daha faydalı olar.
Mehdi Hüseynzadənin Stalinqrad cəbhəsindən bacısına yazdığı məktubdan: “Cəbhədən yazıram. Burada qəddar döyüşlər gedir. Faşistlərin qəddarlığını təsvir etmək çətindir. Onlar heç bir alçaq üsuldan çəkinmirlər. Sabah hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur!“
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
8 8 8
TORPAQ BİZİ GÖZLƏYİR… (…şəhid İlqar Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
8 8 8
VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
8 8 8
DAHA TƏK DEYİLSİNİZ (Şəhid İlqar Mirzəyevin ziyarətində) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. – Bakı ş. II FX.
8 8 8
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021 – Bakı.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şəhid İlqar Mirzəyevin doğum günüdür! Allah rəhmət eləsin, ruhu şad olsun… Amin.
QISA ARAYIŞ
İlqar Anzor oğlu Mirzəyev (8 may 1973; Qardabani rayonu, Gürcüstan — 14 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi (2019—2020-ci illərdə).
Tovuz döyüşləri (2020-ci il iyulun 12-16-da baş verən döyüşlər) zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandiri müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.
HƏYATI İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi.
İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1995-ci ildə oranı hərbi “Artileriya Qoşunlarına Taktiki Komandanlıq” və mülki “Artileriya Silahlarının İstismarı üzrə mühəndis” olmaqla iki ixtisas üzrə bitirmişdir.
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
AİLƏSİ İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli idi. Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qaldı.
İlqar Mirzəyevin ailəsi.
HƏRBİ XİDMƏTLƏRİ İlqar Mirzəyev 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Tağımının Komandiri vəzifəsində xidmət eləmişdir.
Daha sonra o, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Tağım Komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən “baş leytenant” hərbi rütbəsi verilmişdir.
İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən “kapitan” hərbi rütbəsi almışdır. 2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər “N” saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Azərbaycan Respublikası Müdafiə Nazirinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən “mayor” hərbi rütbəsi almışdır.
İlqar Mirzəyev 2003-cü ilin avqustunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər “N” saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində – 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər “N” saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi – Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət eləmişdir.
2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər “N” saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona “polkovnik – leytenant” hərbi rütbəsi verilmişdir.
Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.
Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.
2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər “N” saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə “N” saylı hərbi hissənin Komandiri idi.
APREL DÖYÜŞLƏRİ 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.
İlqar Mirzəyev Aprel döyüşlərindən sonra “polkovnik” hərbi rütbəsi almış və 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
TOVUZ DÖYÜŞLƏRİ 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.
Döyüşlərin ilk saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.
İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.
İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib.
Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.
İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusu]]na məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.
ÖLÜMÜ VƏ DƏFN MƏRASİMİ İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.
Həmin gün saat 13:00-da Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verdi: ”Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbr diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimiz, yaralıların qanı yerdə qalmayacaq.’‘— ”Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev”
Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olmuşdur. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olmuşdur.
İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilmişdir. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilmişdir.
Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutmuşdur.
II Fəxri Xiyabanda baş tutan vida mərasiminə Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermişdir.
Dəfn mərasimində çıxış edən Abdulla Qurbani Polad Həşimov və İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat vermişdir. Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Polad Həşimov və İlqar Mirzəyev hərbi ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınmışdır.
Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim etmişdir.
İRSİ VƏ XATİRƏSİ Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi
2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonu]]nda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuşdur və binanı həyəti abadlaşdırılaraq orada bağ salınmışdır.
2021-ci il mayın 7-də İctimai TV-də İlqar Mirzəyevə həsr olunan sənədli filmi təqdim olunmuşdur. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.
Sekulyarizasiya, “institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və ya zəifləməsi” prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir [1, s. 11; 2, s. 302]. Sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz etmək mümkündür. Dünyəviləşmə ilə qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağıla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə, cəmiyyətdə modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox məhdud sahədə fəaliyyət göstərirlər. Lakin daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq, əsasən, Qərbi Avropa ölkələri üçün keçərlidir. Modernləşmə baxımından yüksək səviyyədə olan ABŞ-da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Bu səbəbdən də sekulyarizasiya tezisini müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar [3, s. 22-23].
Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan başqa bir termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və onu sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm dinin dövlətdən ayrı olduğunu və qanunvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi” [4, m. 7.1., 18.1.; 5] və “təhsilin dünyəvi xarakter daşıması” [4, m. 18.3.; 5] maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ termin olub siyasi-hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai durumu təsvir edən deskriptiv (red.təsviredici anlayış) termindir.
Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fransız mütəfəkkiri Ferdinand Buisson (1841-1932) irəli sürmüşdür. Həmçinin o, 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətlər göstərmişdir [6, s. 6-7]. Buissona görə din və dövlət işlərinin ayrılması mənasında işlədilən dünyəvilik, dünyəviləşmənin nəticəsidir. Onun fikrincə, fransız cəmiyyəti Avropanın yüksək səviyyədə dünyəviləşmiş cəmiyyəti olmuşdur [6, s. 9]. Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə Fransada həyata keçirilmişdir.
Dinin ictimai əhəmiyyətinin azalması modernləşmənin üç xüsusiyyəti ilə əlaqələndirilir. Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir [1, s. 9]. Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir. Sekulyarizasiya nəzəriyyəsinin tarixi inkişafı Sekulyarlaşma, yaxud dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Lakin bu terminin kökləri klassik sosiologiyanın baniləri hesab edilən Ogüst Kont (red.Auguste Comte) və Emil Durkheymin (red.Émile Durkheim) çalışmalarına, Karl Marks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır.
O.Kontun (1789-1857) üç mərhələ qanununa görə insan düşüncəsi bir-birini izləyən üç mərhələdən keçir. O, teoloji dövrdə hadisələri fövqəlbəşər varlıqlara istinadən izah edir. Metafizik dövrdə mücərrəd fəlsəfi ideyalara müraciət olunur. Sonuncu pozitiv dövrdə isə insan hadisələri müşahidə edərək və aralarında sabit qanunauyğunluqları müəyyənləşdirərək onların izahına çalışır [7, s. 69]. Teoloji dövrdən metafizik dövrə, sonra da pozitiv dövrə keçid əslində cəmiyyətin getdikcə dünyəviləşdiyini ifadə etmənin başqa bir yoludur.
Maks Veber dinin tənəzzülünü “dünyanın sehrinin pozulması” şəklində ifadə edir, amma dünyəvi biliyin dinin yerini heç zaman doldura bilməyəcəyini də vurğulayır. Veberə görə din və dini dəyərlərin formalaşdırdığı davranış tiplərinin yerini ağıla və məqsədə yönəlmiş davranış tipləri almışdır. O bu davranış dəyişkənliyini kapitalizm və sənayeləşmənin ortaya çıxması ilə və ictimai institutlarda hakim vəziyyətə gəlmiş rasionallıq və bürokratiya ilə əlaqələndirir. Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” adlı klassik əsərində bu mövzunu detallı şəkildə izah edir. Protestantlığın Kalvinizm qolunun “ilahi qədər” haqqındakı təlimləri iqtisadi həyatda kapitalist münasibətlərin yaranmasında öz təsirini göstərmişdir [8, s. 85-87]. Veber “dünyanın sehrinin pozulmasını” narahatlıqla qarşılayır. Bürokratiyaya əsaslanan idarəçiləri “ruhsuz mütəxəssislərə”, rasionallığı isə “dəmir qəfəsə” bənzədir [9, s. 159].
Müasir sosioloqlardan Bryan Vilson (1926-2004) sekulyarizasiyanı “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. B.Vilson düşünür ki,, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir [2, s. 301].
Peter Bergerin(red.Peter Ludwig Berger) sekulyarizasiya tezisi ilə əlaqədar çalışmaları iki qismə ayrılır. Gənclik dövrlərində Berger sekulyarizasiya tezisini müdafiə edən ən əhəmiyyətli din sosioloqu olmuşdur. Xüsusilə, “The Sacred Canopy: Elements of a Sociological Theory of Religion (1967)” adlı kitabında sekulyarizasiya prosesinin başlanğıcını Yəhudi-Xristian dinlərinin köklərində axtarır. Qədim yəhudi dininin dünyəviləşməni öz içində ehtiva etdiyini belə ifadə edir: “Əhdi-Ətiq, özü yaratdığı, amma heç bir şəkildə ona nüfuz etmədiyi kainatın xaricində duran bir Tanrı anlayışını irəli sürür” [10, s. 211].Bergerin fikrincə, yəhudilərin tanrı anlayışını dünyadan uzaq və ayrı təsəvvür etmələri, dünyanı profan, yəni müqəddəslikdən uzaq hala gətirmişdir.Bergerin çalışmalarının bir hissəsi isə bu tezisin tənqidinə həsr edilmişdir. O, “The Desecularization of the World” və “Secularizm in Retreat” adlı məqalələrində bu tezisin dünyanın əksər yerində özünü doğrultmadığını, əksinə dinin getdikçə gücləndiyini etiraf etmişdir [3, s. 11-32].
Алиш бек Субхан оглу Керемли( Керимли- Ширвани, в Европе и Сирии его знают, как Алиш Шамахылы) родился 21- ого апреля 1322- ого года в городе Шамахы. Он является представителем династии Керимли, проживающей ныне в селе Арабшалбаш Гобустанского района. Представители этой династии во все времена отличались умением рисовать, мастерить, творить – словом, заниматься делами, требующими талант и особое воображение. В родном Шамахы, когда он был центром науки и медицины, Алиш бек получил уникальное религиозное и общественное образование, которое не способны дать наши нынешние университеты. Наряду с тем , что он был известным архитектором, он также мог бы быть медиком, астрологом , математиком или же религиозным деятелем. Но Алиш бек, обладающий особым даром рисовть, устремился в расцветающий в то время Восток и избрал себе профессией архитектуру. За короткое время он завоевал известность своими работами в Дамаске, Ширазе, Тэбризе. Его работы в Бахчасарае в Крыму пронесли славу о нем в Россию, а затем и в Европу. Последняя его работа – знаменитый во всем мире Московский Кремль (крепость Керимли), в котором обьединены красота и мощь, Восток и Запад. 22-ого июня 1371-ого года он стал жертвой предательства и в результате покушения, был убит в пригороде Москвы. В Шамахы до наших дней сохранился старый мост-дело рук Керимли у входа в город. Этот факт был весьма уверенно подтвержден летом 2017-ого года 83 –х летним жителем Шамахы, Гулу Балаевым, который был прекрасно осведомлен разными периодами истории родного города.
Поездка в Москву и Кремль Алиш бек Керимли уехал в Москву по приглашению Великого Князя. В конце 1366-ого года, посланники Великого Князя Московского русского дворца, Боярин И. А. Барантинский, посол Ширваншахов в Московском княжестве Гафур бек и 10 подданых князя пустились в путь. Преодолев долгий путь, 5-ого января 1367- ого года, в одно морозное зимнее утро, они дошли до столицы Ширваншахов, город Шамахы. Они были встречены с почетом и уважением и вошли во двор через главные ворота дворца. После встречи на высшем уровне, боярин Варатинский ознакомил Шейха Ибрагима Ширваншаха с содержанием письма Великого Князя Московского. Роль переводчика выполнял посол Ширваншахов в Москве Гафур бек. На основании этого письма, всемирно известный строитель- архитектор Алиш Кэрэмли приглашается Московским Князем для выполнения мощного строительства. Это было первое письмо Дмитрия Ивановича с просьбой к Шейху Ибрагиму. Несмотря на то, что шейх не хотел отпускать своего любимого зодчего, учитывая желание самого Алиш бека и гарантию Князя о безопасности архитектора, он соглашается на это. Получив от Ширваншаха благословление на поездку, мастер начинает готовиться в путь и 10-ого января 1367-ого года вместе с русскими послами отправляется в Москву. В Москве, для его безопасности, выделяется 7 человек охраны. Но он выбирает среди этих людей только одного солдата по имени Егор Булич. 14-ого марта 1367-ого года между Алиш беком и Князем Москвы Дмитрием Ивановичем подписывается контракт, по которому Алиш беку в его работе предоставляется полная свобода. Никто не имеет права вмешиваться в его работу и оказывать какое-либо давление. Чтобы никто не посмел превзойти его, Дмитрий Иванович предоставляет ему титул и полномочия барина. В котракте так же обязывается высокая оплата, не разрешается вмешательство, тайное наблюдение или внезапная ревизия со стороны князя. Все необходимые сведения в виде письменного отчета, должен был предоставить князю сам архитектор, тогда, когда он посчитает нужным. Никаких вмешательств в проект зодчего во время его работы не должно было быть. На основании этого контракта, не было ограничения на количество используемых в строительстве, рабочих. Алиш бек имел право в любое время привлечь на работу, желаемое им, количество рабочих. Единственным серьезным требованием Князя было то, что строительство должно было завершиться в течение 4-х лет. Алиш бек обещает не только это, но и то, что эта крепость будет обладать необычной красотой, будет охранять Москву не одно тысячелетие, всем понравится и превратится в место, которым все будут любоваться и гордиться. Для подтверждения своих обещаний, Алиш бек достает из кармана маленький коран и, положив руку на священную книгу мусульман, клянется выполнить свое обещание. Для того, чтобы строительство закончилось на год раньше, Алиш бек Керимли берет на себя не только архитектуру, но и возглавляет строительную работу. Оплату предусматривалось произвести только после полного окончания работы и принятия его, как лучшего строительства, после тайного голосования. По восточным законам, оплата составляла ровно половину цены материала, используемого на строительство. В случае, если работа не понравится, оплата не производилась. Однако, на время работы, зодчий обеспечивался всем необходимым и зарплатой 300 рублей золотом в месяц. Проживание архитектора предполагалось у старшей сестры князя и должны были быть обеспечены все его необходимые потребности в еде и одежде. Несмотря на возражение воеводы Бобракова-мужа сестры, все расходы Великий Князь взял на себя Строительство Московской крепости должно было вестись в основном, на острове, омываемом с четырех сторон Москвой рекой и ее притоком Яузой и там должен был создаться внутренний город, окруженный прочными крепостными стенами. А в предназначенных для военной и наблюдательной цели частях, должны были быть построены различной формы и размеров башни и ворота. В начале Алиш бек чертит и утверждает у Великого Князя чертежи 5-и башен и нескольких проходных вышек. Затем он определяет места для строительства кирпичных печей. Хотя архитектор и не должен был заниматься этим,но Алиш бек сам прогуливался по улицам, где жили бедняки,выбирал здоровых рабочих, принимал их условия и предлагал свои. Таким образом, в строительство было привлечено 1500 рабочих. Алиш бек обещал старательным рабочим оставить за ними квартиры и все предметы быта. Строительство начинается 25 ого марта, в день русского праздника Благоденствия. Этот праздник празднуется в честь зачатия Марии от Святого духа. Во время празднования, мусульманин Алиш бек, так же присутствует там и зажигает свечи. До этого времени многие и даже некоторые епископы не знали о том, что мусульмане принимали Иисуса, как пророка. В день начала строительства, Алиш бек достает из кармана коран и начинает нараспев читать суру «Марьям». Так как в его дела никто не имел права вмешиваться, то даже сам Митрополит Алексий не решается ему помешать. Таким образом, с одной стороны грубым голосом епископ читает Библию, а на другой стороне Алиш бек нараспев читает суру из корана. В этот же день в основу стен крепости закладываются крупные черные камни. В первый рабочий день в строительстве принимают участие все. Даже сам Великий Князь участвует при этом. Подлое предательство- смерть. 22-го июня 1371-ого года, будучи пьяным, атаман казак, нанося сильный удар сзади мечом, обезглавил Алиш бека. Это произошло на 9-ом километре дороги Москва – Смоленск, у нынешней дороги Волоколамск, недалеко от лесного массива, где проходила церемония проводов и возвращения нашего великого мастера. Целью этого унизительного убийства было убрать великого зодчего и стереть его имя, как мастера, воздвигнувшего Кремль, из истории навсегда. Алиш бека Керимли, ставшего жертвой жестокого убийства, хоронят там же. Больше всех по этому поводу скорбит племянница Великого Князя, Анна. Несмотря на то, что ее любовь к зодчему была безответной, она совершает постриг волос и уходит в монастырь в Пензе. До конца своей жизни Анна ухаживает за могилой мастера. Строительства, оставшиеся после него Кремль в Москве Здание медресе в Тебризе Три четырехэтажных здания в квартале «Сады» Дамаска. Багдадский мост через реку Диджле Фонтаны и дворец в Бахчасарае в Крыму. Дворец князя Додиа в древней столице Грузии Мсхета (Недалеко от Тбилиси) Комплекс торца Керим ага в Тебризе Огромная Каравансара, состоящая из 80 комнат, в Ширазе. Мечеть Джума в городе Дябиле. Десятки зданий в Шамахы и, сохранившиеся до сегодняшнего дня, остатки моста –входа в старый город.
Память о нем сохранилась В романе Сергея Бородина «Дмитрий Донской», написанного в 1941-ом году, имеются сведения о самом Алиш беке и его родине. Впервые сведения об Алиш Керемли были упомянуты в Азербайджане Огтаем Элдэгэзом. (Ульфат Джавад «Кремль построил Азербайджанец» «Научные произведения» института истории имени А. Бакиханова НАНА. Баку, 2009год ,том 28, стр.205) Азербайджанский писатель Хафиз Мирза написал о нем повесть «Архитектор московского Кремля Керемли». Эта повесть была опубликована в газетах и в книге « Последнее начало». В 2012-ом году в издательстве «Зердаби» в Баку была опубликована книга Али Ахмедоглу, состоящая из 168 страниц, под названием «Награда архитектору Кремля» . Очень интересна поэма, охватившая всю жизнь Алиш бека Керимли от рождения до смерти, «Алиш и Анна» автора Заур Устаджа.
Молодой художник- музыкантом Гюлю ханум подготовлен эскиз с изображением черт лица зодчего. Известный поэт- художник Сехран Аллахверди, который возраждает облики известных личностей, создал портрет зодчего , который предоставлен вашему вниманию выше.