Etiket arxivi: SONA XƏYAL

Sona Xəyalın 65 illik həyat salnaməsi

Sona Xəyalın 65 illik həyat salnaməsi

Azərbaycan ədəbiyyatının və elmi mühitinin tanınmış simalarından olan Sona Xəyal ( Hadiyeva ) 65 illik mənalı ömür yolunu zəngin yaradıcılıq fəaliyyəti, elmə və elmi-mənəvi dəyərlərə sədaqəti ilə qarşılayır. Onun həyat yolu zəhmət, axtarış, yaradıcılıq və vətənə xidmət nümunəsi kimi diqqəti cəlb edir. Sona Xəyalın yaradıcılığı Azərbaycan qadınının mənəvi dünyasını, xalqımızın milli-mədəni dəyərelərini, insanın daxili aləmini və həyatın müxtəlif çalarlarını əks etdirən əsərlərlə zəngindir. Şairə və yazıçı kimi qələmə aldığı şeirlər, hekayələr və publisistik yazılar oxucular tərəfindən maraqla qarşılanmış, müxtəlif ədəbi məclislərdə və mətbuat orqanlarında yüksək qiymətləndirilmişdir. Onun əsərlərində vətənə sevgi, ana məhəbbəti, insanpərvərlik, mənəvi saflıq və həyat həqiqətləri aparıcı yer tutur. Yaradıcılığının əsas xüsusiyyətlərindən biri səmimilik və həyatiliyin vəhdətidir. Sona Xəyal oxucuları düşündürməyi, onları mənəvi dəyərlərə səsləməyə bacaran qələm sahibidir. Onun poetik nümunələrində duyğuların incəliyi, bədii təsvirlərin zənginliyi və ana dilinə məhəbbət aydın hiss olunur. Ədəbi fəaliyyətlə yanaşı, Sona Xəyal elm sahəsində də mühim uğurlara imza atmışdır. Elmi araşdırmaları və maarifçilik fəaliyyəti onun çoxşaxəli şəxsiyyətinin göstəricisidir. O, həm elm adamı, həm də yaradıcı ziyalı kimi cəmiyyətə faydalı xidmət göstərmiş, gənc nəslin milli ruhda yetişməsinə öz tövhəsini vermişdir.

Ömrünün məhsuldar ilərinin bir hissəsini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlayan Sona Xəyal burada qazandığı zəngin təcrübə və elmi-mədəni mühitdən bəhrələnərək Azərbaycan ədəbi irsinə dərin ehtiramını əməli fəaliyəti ilə nümayiş etdirmişdir. Milli yaddaşımızın daşıyıcısı olan əlyazma abidələrinin qorunub öyrənildiyi bu nüfuzlu elm ocağında fəaliyyəti onun həyat yolunun və yaradıcılıq taleyinin yaddaqalan səhifələrindən birini təşkil edir.

65 illik yubiley insan ömrünün müdriklik və kamillik dövrüdür. Bu yubiley nünasibətilə  Sona Xəyalın keçdiyi həyat yoluna nəzər saldıqda onun zəngin yaradıcılıq irsi, elmi  fəaliyyəti və vətənə bağlılığı xüsusi ehtiram doğurur. Onun əsərləri bu gün də oxuculara mənəvi dəyərləri aşılayır,insanı xeyirxahlığa, vətənpərvərliyə və yüksək əxlaqi keyfiyyətlərə səsləyir.

Sona Xəyalın 65 illik yubileyi münasibətilə ona möhkəm cansağlığı, uzun və xeyirli ömür,  yeni yaradıcılıq nəaliyyətləri arzulayıram. İnanıram ki, onun qələmi bundan sonra da Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edəcəv, adı mənim kimi oxucuların qəlbində daim hörmət və ehtiramla yaşayacaqdır. 65 illik ömür hekayəniz mübarək, hörmətli Sona xanım! Sizə yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi və xoş günlər arzu edirəm!

Hörmətlə: Aytən Musayeva

Biblioqrafiya şöbəsi

Aytən Musayevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ELDAR NƏSİBLİ

Eldar Nəsibli Sibirel – Şair publisist.

ELDAR NƏSİBLİ SİBİREL

(Qısa arayış)

1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib.
9 yaşlarından yaradıcılığa başlayıb.
Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu da bir ömürdür ağlı-qaralı, “Bura Qazaxdır, oğlum!” Turan Şərqisi şeirlər kitablarının müəllifidir. E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının isə baş redaktoru olub. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib.
Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər.
E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da.
Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.

MİN İL GƏZSƏLƏR DƏ…
(Şairin şeiri)

Vallah, səni bir də sevə bilərəm,
Sənə də sirr olar bu “qəbahətim”
Bütün sərhədləri yarıb gələrəm,
Demə ki, qalmayıb buna taqətim.
Sənin məhəbbətin yağar dünyaya,
Həsrətlər, möhnətlər qırğına düşər.
Günəş pəncərəndən doğar dünyaya,
Hissim də, ruhum da yanğına düşər.
Gecə pəncərənə mələklər qonar,
Qaranlıq ağarar ay işığında.
Heyrətdən göylərdə fələklər donar,
Qolları açılar sarmaşığın da.
Bu qəfil sevincdən buludlar dolar,
Qərib durnalar da köçündən keçər.
Səni evinizə aparan yollar,
Gəlib gözlərimin içindən keçər.
Qovaram dünyadan kədəri, qəmi,
Çəkilər dağlardan dumanlar, sislər.
Elə gizləyərəm sinəmdə səni,
Min il gəzsələr də tapa bilməzlər…

(1975 – şairlər ili)

HƏYAT HEKAYƏSİ

(Bir tanıyanın dilindən)

1982-ci ildən AYB-nin üzvü olan Eldar Əli oğlu Nəsibli 1952-ci il mayın 18-də Tomsk vilayətində Baxçari rayonunun Çernişovka kəndində dünyaya göz açmışdır. Qazax rayonunun ll Şıxlı kəndində orta məktəbi bitirmiş, ADU-nun jurnalistika fakültəsində ali təhsil almışdır. ,,Elm və həyat,, jurnalında ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdır. ,,Mərhəmət,, jurnalını təsis etmiş, baş redaktoru olmuşdur. Ömrünün son illərində ,,Azərbaycan,, qəzetində çalışırdı. Bədii yaradıcılığa 60-cl illərdən başlamış, şeirləri dövri mətbuatda çap olunmuşdur. Əsərləri SSRI xalqlarının dillərinə tərcümə edilmişdir. 1982-ci ildə Lvovda keçirilən XII ümumittifaq poeziya festivalının və 1984-cü ildə Moskvada keçirilən VIII ümumittifaq müşavirəsinin içtirakçısı olmuşdur. ,,Salam dan ulduzu,, ,,Məni səsləyən var,, ,,Harayla məni,, ,,Dünya məndən gəlib keçər,, və s. kitabları çap olunmuşdur.Yaxşı insan idi. Nəşriyyata gedəndə ,,Mərhəmət,, jurnalına da baş çəkərdim. Maraqlı söhbət edərdi. ,,Mərhəmət,, jurnalının əlavəsi kimi ,,Qazax şairləri,, adlı kitab buraxmışdı. Elə sevinirdi ki. Vətənpərvər idi. Çap olunan kitablarımı verərdim, oxuyardı, fikrini deyərdi. Son dəfə Azərbaycan nəşriyyatında görüşdük. Dedi ki: ,,Kitablarını oxudum, geniş bir yazı yazmaq fikrim var,,…Bir gün ,,Azərbaycan,, qəzetinə getdim, lövhədə şəklini gördüm, haqqındakı nekroloqu oxudum. Allah rəhmət eləsin. Amin…

Hazırladı: Sona XƏYAL


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru