Etiket arxivi: BARƏDƏ

AFƏT ŞAHİD. ARZU.

AFƏT ŞAHDİN YAZILARI

ARZU
Sənə çatmaq arzusu
İçimdə böyütdüyüm həsrət…
Aldığım nəfəsmi qiymətli
Yoxsa verdiyim nəfəs…
Ağrı daşıyan ağır buludlar kimi
ağlamasam yüküm boşalmaz…
Çaxılan şimşək –
qəlbimdən çıxan atəş…
Kimini yandıracaq,
kimisə aydlnladacaq…
Susuz çöllərə məlhəm olan
gözümdəki yaş
axib-axıb dodağımda quruyacaq…
Sənə çatmaq üçün
Həsrət havası lazım…
Həsrət yağışı lazım…
Təmizlənmiş ruhum
sənin olsun…
səninlə olsun.
***
Ucsuz bucaqsız dairə
sonsuzluq kimi
O na işarət edər.
O hər yerdə var
O təkdir
O bir başlanğıcdır
O bir sonsuzluq…
O bir mərkəzdir…
O yaradandır..
O dağıdandır….
O hər şeyi özünə çevirəndir.
O istərsə saysız hesabsız edir,
O istərsə heç edir.
Mərhəmətinə və sonsuz nemətlərinə sonsuz şükürlər olsun…
***
Dilimlənmiş zamanın
Sonsuzluğa məhkum olmuş marafonunda
Kimisi uçur,
Kimisi qaçır…
Kimisi də ağır yerişi ilə,
sanballi çəkisi ilə
məsləhət verir, öyüd-nəsihət edir…
Geridə qalan sayları
əqrəb kimi sancır bəzən,
İrəlidəkilər təsəlli verir…
Hərdən qum kimi
gözümüzə sovrulub kor edir,
hərdən dənə-dənə,
incə-incə gözəl xatirələr oyadır…
Bəzən su kimi axıb,
bəzən də heç keçməyəcəkmiş kimi
üzüntülərdə boğan havası ilə ağırlıq verir…
Sonrakı peşmanlıqların fayda vermədiyi,
Ümidləri bəzən verib,
bəzən kəsən,
heç kimə güzəşt etməyib
dəqiqliyi ilə heyrətə gətirən
Zaman ölçən SAAT,
Sənin qiymətin nə qədərdi?!…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“VİDADİ TURAN AĞDAMLI” DİPLOMU

“VİDADİ TURAN AĞDAMLI” DİPLOMU TƏRANƏ TUNAR və ya TUNCAY ŞƏHRİLİnin təqdimatları əsasında VİDADİ TURAN AĞDAMLI ənənələrinin təbliğində fərqlənən şəxslərə təqdim olunur.

MÜKAFATIN LAUREATLARI:

  1. Təranə Tunar N: 001 03.02.2023. Bakı.
  2. Şəfəq Şərqiyə Lətifli N: 002 03.02.2023. Bakı.
  3. Sevil Əlimuxtarqızı N: 003 03.02.2023. Bakı.
  4. Azər Məmmədcəfərli N: 004 03.02.2023. Bakı.
  5. Rahilə Nuriyeva N: 005 03.02.2023. Bakı.
  6. Qurban Təbiətoğlu N: 006 03.02.2023. Bakı.
  7. Nazı Yazar N: 007 03.02.2023. Bakı.
  8. Bahar Cavadova N: 008 03.02.2023. Bakı.
  9. Mehri Ağdamlı N: 009 10.03.2023. Bakı.
  10. Vaqif Zaurlu N: 010 10.03.2023. Bakı.
  11. Yaqub Səmədov N: 011 10.03.2023. Bakı.
  12. Nazlı Hacılı N: 012 10.03.2023. Bakı.
  13. Gülnarə Hacıyeva N: 013 10.03.2023. Bakı.
  14. Gülarə Çılğın Xəyal N: 014 10.03.2023. Bakı.
  15. Günel Paknur N: 015 10.03.2023. Bakı.
  16. Fəxrəndə Quliyeva N: 016 10.03.2023. Bakı.
  17. Nuranə Rafailqızı N: 017 10.03.2023. Bakı.
  18. Dürdanə Qaraşova N: 018 10.03.2023. Bakı.
  19. Sahib Böyükturan N: 019 07.06.2023. Bakı.
  20. Sona Amal N: 020 07.06.2023. Bakı.
  21. Ənvər Durucalı N: 021 07.06.2023. Bakı.
  22. Dayandur Cabbarov N: 022 07.06.2023. Bakı.
  23. Səyyarə Könül N: 023 07.06.2023. Bakı.
  24. Nazir Hətəmov N: 024 07.06.2023. Bakı.
  25. Musayeva Ünbülbanu N: 025 07.07.2023. Bakı.
  26. Ramiz Titayev N: 026 07.07.2023. Bakı.
  27. Səlbi Baxış N: 027 07.07.2023. Bakı.
  28. Reyhan Məhərrəmqızı N: 028 07.07.2023. Bakı.
  29. Kirman Rüstəmli N: 029 07.07.2023. Bakı.
  30. Bədirə Rza Həsənqızı N: 030 07.07.2023. Bakı.
  31. Hacı Əkbər Rüstəmov N: 031 08.08.2023. Bakı.
  32. Məhərrəmova Xanım Qabil N: 032 08.08.2023. Bakı.
  33. Tükəzban Vəliqızı N: 033 08.08.2023. Bakı.
  34. Şamil Namazov Rüstəm N: 034 08.08.2023. Bakı.
  35. Sultanov Rəşad Elşad N: 035 08.08.2023. Bakı.
  36. Məmmədova Rəna İsmixan N: 036 08.08.2023. Bakı.
  37. Talıbova Mətanət Yusif N: 037 08.08.2023. Bakı.
  38. Aləmzər Xudiyeva (Aləmzər İlay) N: 038 18.10.2024. Bakı.
  39. Emfira Tağıyeva (Emfira Ərkli) N: 039 18.10.2024. Bakı.
  40. Xıdır Hacıyev ( Xıdır Şahin) N: 040 18.10.2024. Bakı.
  41. Məftunə Hüseynbəyli (Məftunə Nur) N: 041 18.10.2024. Bakı.
  42. Nailə Əşrəfova (Nailə Nübar) N: 042 18.10.2024. Bakı.
  43. Ramiyə İskəndərzadə (Ramiyə İmranqızı) N: 043 18.10.2024. Bakı.
  44. Səttar Qarağaclı N: 044 18.10.2024. Bakı.
  45. Tamaşa Rzayeva (Tamaşa Sübhan) N: 045 18.10.2024. Bakı.
  46. Tənzilə Əliyeva N: 046 18.10.2024. Bakı.
  47. Xuraman Fətullayeva (Xuraman Zakirqızı) N: 047 18.10.2024. Bakı.
  48. Solmaz Əfəndiyeva (Solmaz Elqızı) N: 048 18.10.2024. Bakı.
  49. Şamama Mürsəlova N: 049 18.10.2024. Bakı.
  50. Mətləb Abdullayev N: 050 18.10.2024. Bakı.
  51. Vidadi Ağdamlı Turan (“İlin şairi”) N: 051 17.12.2024. Bakı.
  52. Emfira Ərkli (“İlin şairi”) N: 051-10 04.02.2025. Bakı .
  53. Sahib Böyükturan (“İlin şairi”) N: 051-02. 10.02.2025.Bakı.
  54. Təranə Tunar (“İlin şairi”) N: 051-03. 10.02.2025.Bakı.
  55. Sona Amal (İ.Ş) N: 051-04. 10.04.2025. Bakı.
  56. Təranə Tunar (Z) N: 051-05. 10.4.2025. Bakı.
  57. Mehparə Sadıqova (Z) N: 051-06 10.04.2025. Bakı.
  58. Mətləb Yusifli. (Z) N: 051-07.10.04.2025. Bakı.
  59. Mətləb Yusifli (B) 051-08. 10.04.2025. Bakı.
  60. Mehparə Sadıqova (B) 051 -09.10.04.2025. Bakı.
  61. Sərdar Xankişiyev (VAT) 052 -12.06.2025. Bakı.
  62. Sərdar Xankişiyev (Z) 053- 12.06.2025. Bakı.
  63. Sərdar Xankişiyev (B) 054-12.06.2025. Bakı.
  64. Sərdar Xankişiyev (İŞ) 055-12.06.2025.Bakı.
  65. Qarayeva Radə Nadir qızı N: 056 21.12.2025. Bakı.
  66. Hacı Əkbər Rüstəmov N: 057 21.12.2025. Bakı.
  67. Yaqub Məğrur (VTA) N: 058 12.03.2026. Bakı.
  68. Yaqub Məğrur (İŞ) N: 059 12.03.2026. Bakı.
  69. Vilayət İbadoğlu (VTA) N: 060 12.03.2026. Bakı.
  70. Vilayət İbadoğlu (İŞ) N: 061 12.03.2026. Bakı.
  71. Şəfa Nur (VTA) N: 062 12.03.2026. Bakı.
  72. Şəfa Nur (İŞ) N: 063 12.03.2026. Bakı.
  73. Bəhram Şəms (VTA) N: 064 12.03.2026. Bakı.

XÜSUSİ MÜKAFATLAR:

“VİDADİ – 70” DİPLOMU

“VİDADİ TURAN AĞDAMLI” DİPLOMU

ARXİV >>> LAUREATLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. XİSLƏTİMİZ.

Fotoda Səttarxan və oğlu Yadulla1907-ci il.

XİSLƏTİMİZ
Bilirik;
Zaman nisbidir,
Məkan müvəqqəti…
Adlar müxtəlifdir,
Kimliklər fərqli…
Fəqət, sabit bir cövhər var;
O xislətdir!
Yaşayır;
Ana dilimdə,
Ata sözümdə…
Qorunur;
Laylalarda,
Bayatılarda,
Dastanlarda…
Nə qədər ki, dilim var;
Doğulacaq,
Yaşayacaq,
Səttarlar!!!
30.01.2023. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

RAMİZ İSMAYILIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALININ FEVRAL – 2023 -CÜ İL N: 02 (26) MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR JURNALININ FEVRAL – 2023 -CÜ İL N: 02 (26) MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF:

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PƏRVANƏ BAYRAMQIZI YAZIR

PƏRVANƏ BAYRAMQIZI

Dua ilə oxuduğum şeirlər

Mətnin adı demək istədiyimi tam ifadə edə bilmədi. Uzun başlıq yazı üçün uğursuz olduğundan sözə qənaət etməyə (bu, əslində, oxuyanları qəzəbləndirməmək ehtiyatıdır) məcbur oldum. Uzun mətləbləri bir cümləyə sığışdırmaq sənətkarlıq tələb etsə də, bəzən sənətkarda da (özümü demirəm) alınmır. Ona görə alınmır ki, dolanbac yollar olduğu kimi, bir-birindən keçən fikirlər də var. Gərək incə-incə, dənə-dənə, kəlmə-kəlmə açasan.

Poeziyaya sevgimi dönə-dönə bu mövzuda yazmaqla, bir-birindən gözəl şeirlər paylaşmaqla, əzbər söyləyənləri maraqla dinləməklə izhar etmişəm. Onu da demişəm ki, yaxşı şeir yazammasam da, yaxşı şeirlər oxuyuram. Şeir üstündə xətri əziz insanlarla incikliyim də olub. Hərəsilə bir səbəbdən. Əslində, deyəsən, mən onların qəlblərini qırmışam. Şair çoxdur, şeir az. Mən də azı sevirəm. Şairlər  inciyirlər: mənim şeirimi paylaşmırsan. Şeir özü isə bu barədə susur. Danışmayan şeiri loqopedə aparmaq olmur axı. Elə şeir paylaşıram, oxucular mənə inanıb növbətisini özü axtarıb tapsın.

Ramiz İsmayılın şeir kitabını oxumağa başlayanda dua etdim: İlahi, ruhumu oxşayacaq şeir tapıb zövq ala bilim. Onun şeirlərindən yazmağı yadıma salanda Allaha əməlli-başlı yalvar-yaxar elədim: Allah, qurban olum kitabda haqqında yazmağa bir-iki şeir olsun, başqa heç nə istəmirəm. Soruşa bilərsiniz, vacibdirmi bu əziyyətlə şeirdən yazmaq? İndi qulaq asın, cavab verim. Haqqında yazdıqlarınızın hansı qəşəng yazır? Bəziləriniz resenziyaları xətir-hörmətdən başqa  pul ilə də yazırsınız. Müəllif də var, həyasızlığına salıb yazdırır. Bu səbəblərdən uzaq olan mətni niyə də yazmayasan? Öz abrına qısılıb heç kəsi narahat etməyən səssiz şairdən yazmağa dəyər.

Hekayələri ilə çoxdan tanış idim. Hətta oxuyub sayta da yerləşdirmişdim. (Çoxu elə bilir saytda şalışıram. Bunun xobbi olduğunu bilməyənlər tez-tez yazı göndərib: “sayta yerləşdir” deyə əmr edirlər) Şeir kitabını isə imzalayıb sinif yoldaşına gətirmişdi. Atama kitab verəcəkdim? Hədiyyə kitab olanda balamdan başqa heç kəsə vermirəm. Atam özü kitabdır, övladı kitablaşdırmaq lazımdır. Ona görə də R. İsmayılın kitabını öz evimə gətirdim. Səhifəni vərəqləyəndə gözüm ürəkdən tikan çıxaran şeirə sataşdı. Bütöv yazmayacam. Qarışıq zamandır, milli ayrıkeçkinlik kimi səslənər, amma reallığı əks etdirir.

Ərəb gəldi, ərəb olduq
dağımızda, daşımızda
qərib olduq…

Laqeyd qala bilmədiyim digər şeir populyar mövzudadır. O da bir çox şairlər kimi vədəsiz sevgidən gileylənir. Şair qəbahətini bilir, özünü məzəmmət edir, amma sevir. Bunu bədii boya vurmadan etiraf edir:

Sevən vaxtım keçib daha
Bilə-bilə sevəcəyəm.
Səadəti lüğətimdən
Silə-silə sevəcəyəm.

Yuxa könül, qoca ürək
Ramiz, kimə, nəyə gərək?
Şama dönüb əriyərək
Belə, belə sevəcəyəm.

Məhz buna görə şair: “Taleyimiz bir sükansız gəmidir” deməkdə haqlıdır.

Sevdiyinə sevgisini “sabahın xeyir”lə bildirmək istəyəndə, qız arif olduğundanmı, yoxsa boşuna ümid vermək istəmədiyindənmi: “sevmirəm xeyr” deyə yüyrək cavab verir. Maraqlı “elçilik”dir.

Dərdi bezdirən şairin dərddən başqa həmdəmi yoxdur.

Dünya kirkirədir iki daşı var,
Bir dayaq daşıdı, bir əl daşıdı.
Ömrümüzü yarma kimi üyütdü
Bir əl qamarladı, bir əl daşıdı.

Ramiz İsmayılın yubileyidir. Ömrü “üyütdüyünü” zənn edir, amma özü boyda bir dünya olan Fərəhlə oynayanda sevincindən: “Hələ bunlar harasıdır?” deyə şadlanır. Biz də: “görməli, yaşamalı günlər qarşıdadır, Ramiz müəllim, yaşayın, hələ bunlar nədir ki” deyirik. Yox, yazıram. Yazıram ki, yubiley təbriki olsun.

İlkin mənbə: kamilinfo.net

Müəllif: Pərvanə BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

75-İN MÜBARƏK, RAMİZ İSMAYIL!

RAMİZ İSMAYIL

ƏLLİ ALTINCI YAZI

75-İN MÜBARƏK, RAMİZ İSMAYIL!

(Ramiz İsmayılın həyat və yaradıcılığı barədə)

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Ramiz İsmayılın keşməkeşli həyatı, zəngin və rəngarəng yaradıcılığı barədə olacaq.

Ramiz İsmayıl – İsmayılov Ramiz Məmməd oğlu 1 fevral 1948 – ci ildə Gədəbəy rayonun Kiçik Qaramurad kəndində anandan olub. 1954 – ci ildə həmin kənddə I sinifə daxil olub, 1965 – cil ildə  XI sinfi bitirib. Orta məktəbdə oxuduğu illərdə jurnalistikaya böyük maraq göstərib. İlk mətbu yazısı  1962 – ci ildə Gədəbəyə çıxan “Tərəqqi” qəzetində çap olunub. İlk şeiri də məhz həmin qəzetdə yayımlanıb.  Sonralar Şəmkirdə çıxan “Ulduz” qəzetində müxtəlif mövzularda məqalələri müntəzəm olaraq dərc edilmişdir. Müxbirliklə fəal məşğul olsa da tale onu  tamam  başqa sahəyə “yönəldib”.  Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunub  və  “Mühəndis-mexanik”  ixtisasına yiyələnib.

Ramiz İsmayılın sonraki həyatı Mingəçevirlə bağlıdır. Yetmişinci illərin əvvəlində “Mingəçevir yol maşınları” zavodunda işə düzəlib. Bu şəhərdə müxtəlif müəssidələrdə öz ixtisası üzrə işləyib, şəhərin ictimai həyatında fəal iştirak edib, partiya və həmkarlar təşkilatlarından çalışıb. Şəhərdə çıxan “Mingəçevir işıqları” və  “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri  redaksiyasının fəal ictimai müxbiri olub. Dövrün tələblərinə uyğun olaraq qəzetlərdə, radioda istehsalat qabaqcıllarından, ayrı-ayrı peşə sahiblərindən məqalələr və oçerklər yazmışdır. “Mingəçevir işıqları” qəzeti ilə fəal əməkdaşlıq edən Ramiz İsmayıl  redaksiyanın nəzərində fəaliyyət göstərən “Kür” Ədəbi məclisində yaxından iştirak etməklə məclis üzvlərinin şerilərinə, redaksiyaya daxil olan ədəbi nümunələrə  dəyərli fikirlərinin bildirmiş və yazılar haqqında resenziyalarla çıxış etmişdir.

Şairin ömür yoluna bu qısa “səyahətdən” sonra onun yaradıcılığına diqqətinizi yönəlmək istəyirəm. Ramiz İsmayılın  ilk kitabı 2000-ci ildə nəşr olunub. “Payızda xatırla məni” adlanan kitabda 100-ə yaxın şeir toplanmışdı. Bu kitab Ramiz İsmayılın yaradıcılığını tam əhatə etməsə də hər halda müəllifin ilk kitabı, ilk sevinci idi. Otuz ildən çox yaradıcılıqla məşğul olan bir şairin ilk kitabının belə gec nəşr olunmasının məlum səbəbləri var: maddi cəhət və…

Kitabının nəşrinə qədər Ramiz İsmayılın bir çox rayon qəzetlərində şeirləri, oçerkləri, hekayələri, tərcümələri çap olunub. “Azərbaycan qadını”, “Kirpi”, “Muxbir”, “Mingəçevir leysanı”(indi “Bənövşə”), “Ovqat”, “Yazarlar”, nəhayət, “Xəzan” jurnalı. Bu jurnal haqqında xüsusilə ətraflı söhbət açmağa dəyər. Beş ildən çoxdur ki, “Xəzan”nın baş redaktoru, həm də təsisçi Əli bəy Azəri ilə sıx əməkdaşlıq Ramiz İsmayılın fəaliyyətində xüsusi yer tutur. “Ədalət” qəzetində çoxlu sayda şeirləri, publisistik yazıları və bir neçə hekayəsi dərc olunub. İndi Ramiz İsmayılın üç almanaxda, iki antologiyada şeirləri, iki almanaxda hekayələri, bir almanaxda isə sənədli povesti dərc olunmuşdur. Qeyd etmək yerinə düşər ki, şairin  elə bu qədər, bəlkə də daha çox qələm məhsulları əlyazma şəklində çapını gözləyir.

“Payızda xatırla məni” kitabından sonra Ramiz İsmayıl “Gözü yolda qalan var” sənədli povestini çap etdirmişdir. Bu povest birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun  döyüş yolundan və həyatından bəhs edir. Bu povest haqqında kitabın redaktoru – uzun illər “Mingəçevir işıqları” və “Azərbaycan işıqları” qəzetində işləmiş Yusif Ələkbərov layiqli “Ön söz” yazmışdır. Tanınmış qələm sahibi Pərvanə Bayramqızı isə geniş təhlilli məqalə ilə povest haqqında yüksək fikirlər söyləmişdir. Məqalə “Ədalət” qəzetində çap olunmuşdur. Yeri gəlmişkən qeyd edim ki, “Gözü yolda qalan var” povesti “Xəzan” jurnalında ardıcıl olaraq beş nömrədə, eyni zamanda Əlibəy Azərin tərtib etdiyi “Povestlər toplusunda” dərc olunmuşdur.

Povestin kitab halında çapı isə Mingəçevir Poliqrafiya müəssisəsində həyata keçirilmiş və təmannasız olaraq oxuculara, kitabxanalara paylanmışdır.

Natiq Qasımovun qəhrəmanlığı barədə bir neçə qısa metrajlı film çəkilmiş, xarici jurnalistlər və kinomotoqrafçılar onun qəhrəmanlığını işıqlandırmışlar. Natiq haqqında bir çox yazılar dərc olunmuşdur. Lakin ən samballı və əhtəli əsər Ramiz İsmayılın “Gözü yolda qalan var” povestidir. Müəllif özü bu əsərini “Sənədli povest” adlandırmışdır. Lakin əsərin roman həcmli olduğunu cəsarətlə qeyd edə bilərik. Təəsüf  ki, gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm rol oynaya biləcək bu əsəri müəllif təkrar çap üçün bir neçə yerə, o cümlədən Yazıçılar birliyinə müraciət etsə də istəyinə nail ola bilməyib. Qeyrətli Azərbaycan oğlunu Vətən yolunda rəşadətli döyüş yolu haqqında yazılan bu dəyərli əsəri təkrar çap etdirmək üçün qeyrətli də sponsora ehtiyac var.

Ramiz İsmayılın “Gədəbəyim, şan-şöhrətim” şeirlər kitabı doğulub boya-başa çatdığı el-obasına, yurd-yuvasına dərin məhəbbətinin məhsuludur. Kitabın titul vərəqində şairin bircə bənddən ibarət şeiri verilmişdir.

                                 “Arxamca göz yaşı tökməyin,dağlar,

                                 Sizdən ayrılana göz yaşı düşmür!

                                 Nə bir qarış torpaq, nə bir damcı su,

                                 Nə bir əl boyda başdaşı düşmür!”

Elə bircə bu bir bəndlik şeirdə müəllifin duyğularının nə qədər səmimi olduğuna inanmamaq mümkün deyil.

“Gədəbəyim, şan-şöhrətim” kitabının redaktoru və “Ön söz” müəllifi, fəlsəfə elmləri namizədi, dosent Rabil Novruzov Ramiz İsmayılın şeirləri barədə ürək sözlərini belə ifadə etmişdir:

“Doğma yurduna vurğunluq – bu şeirlərin əsas leytmotividir. Misradan-misraya, bənddən-bəndə, şeirdən-şeirə keçdikcə hiss edirsən ki, “Qara muradın Ramiz adlı balası” bütün gədəbəy torpağını qarış-qarış gəzib, onun hər guşəsinə incədən-incəyə bələddən. Ancaq bu azdır: o qarış-qarış gəzdiyi bu yerlərin vurğundur və bu vurğunluq onun … ehtiraza gətirir, qəlbində şeriə, musiqiyə çevrilir. Şair bu torpağı dərdlərə dərman bilir, qədrini bilənlər üçün, duyanlar üçün cənnət sanır. Ana Yurdum mənzələrinizi təbiətik özünün toxuduğu xalıya-xalçaya bənzədir. Bu yerlərin hər qarışının, daşının şeir olduğu təbiətin özünün insanı şairə çevirdiyini azır. Mənə elə gəlir ki, Gədəbəyi görməyənlər də bu şeirləri oxuyandan sonra onun təbiətinə, torpağına vurulurlar bu yerləri gəzib görmək istəyər.”

Göründüyü kimi hörmətli filosofumuz Rabil Novruzov Ramiz İsmayıl yaradıcılığına yaxından bələd olmuş, şeirlərə diqqətlə yanaşmış, təəsüratlarını səmimiyyətlə bölüşmüşdür.

Rabil müəllim yazır: “Bu şeirlər sadəcə şeir deyil, həm də Gədəbəyin etnoqrafiyasıdır. Onlardan bu yurdun insanlarının ruhu, təbiəti, xasiyyəti, zövqü, həyata baxışı, adət-ənənəsi,həyat tərzi barədə soraq alırsan.”

Açığını deyim ki, təbiət vurğunu olaraq  mən də Rabil  Novruzovun bu bənzətmələrindən, səmimi etirafından zövq aldım.

Ramiz İsmayılın “Gədəbəyim, şan-şöhrətim” kitabında ən müxtəlif mövzularda yazılmış şeirlərə rast gəlmək mümkündür. Həm də bu şeirlərdə dilimizin şəhdi-şəkəri, dadı-duzu, məzəsi, şirinliyi var. Gədəbəylilər sazı-sözü, təbiəti sevən insanlardır. Ramiz İsmayıl əbəs yerə demir:

“Nə var bu yerlətdə şair olmağa

Hər qarış torpağı, daşı şeirdir”.

Şair vətən sevgisini, doğma yurda, torpağa məhəbbətini belə təsvir edir:

Vətən torpağında kiçik daş olam

Tapıb zirvələrdə qoyalar məni.

Qartal kimi qanad çalam səmada

Qıy vuram, dinləyə qayalar məni.

… Ramizəm, tanrıdan budur muradım:

Daim təmiz olsun bir quru adım,

Qismət ola doğma Qaramuradın

Zümrüd sularında yuyalar məni!

Ramiz İsmayıl “Çobanla deyişmə” şeirində çox ibrətamiz bir mövzuya toxunub. Şifahi ədəbiyyatımızda çoban obrazı çox işlənib. Bir çoxlarının ironiya ilə çobanlar haqqında fikirləşdiklərinin əksinə olaraq çox vaxt çobanların müdrikliyi, ağılı və düşüncəsi barədə ümumilikdə xalqın rəyi çox maraqlıdır. Ən çətin şəraitdə məhz çobanlar çıxış yolu göstərmişlər. Bu baxımdan Ramiz İsmayılın da maraqlı yanaşması var. O, yazır:

Çoban qardaş, gəl dəyişək sən Allah

Qələm sənin olsun, çomaq ver mənə!

Gəl sənə təp-təzə panama verim

Qoyun dərisindən papaq ver mənə!

Beləliklə, şair çobana kəndi atıb şəhərə köçməyi, telinə “jele” sürtməyi, maqnitofonda roka-popa qulaq asmağı, “yevrotəmirli” evdə yaşamağı, dəmir qapılı, qəndilli mənzili hisli-çıraqlı komaya dəyişməyi təklif edir. Çoban görün nə cavab verir:

Çoban gülümsəyib dedi: – a şair,

Ya çoban ol, ya alim ol, ya şair,

Hərə öz yurdunda xoşbəxt yaşayır

Dumanlı çiskinli yaylaq ver mənə!

Çobanın bir bəndlik cavabı onun elinə-obasına, yurd-yuvasına məhəbbətini çox konkret ifadə etmişdir.

“Gədəbəyim, şan-şöhrətim” kitabında hər cür zövqə malik oxucular üçün poeziya nümunələri kifayət qədərdir.

Ramiz İsmayılın “Görülən çox işim qalıb” kitabı haqqında da bir neçə kəlmə demək istəyirəm.  Bir bəndlik  bu şeirə nəzər salaq:

Bir millətin üç vətəni

Qərqindən Allah saxlasın

Cənubi, Qərbi, Şimalı (Azərbaycan)

Şərqindən Allah saxlasın!

Bir milləti çoxvətənli, çoxdövlətli bir milləti rəmzi olaraq Cənuba, Qərbə, Şimala, silsilə ardıcıllığı ilə Şərqə ayırmaqda güclülərin məqsədi nədir? Dünəninin, bu gününün və gələcəyinin prizmasından dünyaya baxmağı bacarmayan sənətkara beynəlmiləlçi damğası vurub, onun sənətini bayraq eləməklə o sənətkarı uzunömürlü etmək olmaz. Dünyaya meydan oxuyan, yerlə göylə əlləşən olsan belə sonda ömür-günün öləziyən çağında kökünə, yurd-yuvana bağlı xatirələr çəkəcək səni:

Dəryaz alıb biçənəyi biçdiyim,

Daş üstündən yağış suyu içdiyim,

Sel gələndə coşan çayı keçdiyim,

O günləri xatırlayıb kövrəldim!

Ramiz İsmayılın vətən sevgisi haqqında nə qədər desən danışmaq olar. Mən burda şairin uzaqgörənliyindən bir sitat gətirmək istəyirəm.

Nə boyun əymə yada,

Nə “boyun əti” olma!

Nə məzlum ol, nə yazıq,

Nə aciz, müti olma!

ATƏT-ə ümid olma!

Millətim, qəti olma!

Bu misralar şairiin 2011-ci ildə nəşr olunan kitabındandır. Daha bir bəndə nəzər salaq:

Vətəni daş qorumaz

Hər vətəndaş qoruyar,

Bədəni leş qorumaz

Bədəni baş qoruyar.

Vətən ana-bacıdır

Oğul-qardaş qoruyar.

Necə dəqiq, necə hədəfə tuş.

Bu misralar da “Dünya bizə inanmır” şeirindəndir.

Baş açmıram doğrusu,

Anlamıram nə işdi,-

Dünya bizə inanmır.

“Beynəlmiləl” oxuduq,

Əqidəmiz dəyişdi, –

Dünya bizə inanmır!

Otuz il ATƏT Azərbaycana, Ermənistana “qastrola” gəldi, getdi, hər dəfə yalan vədlər, hər dəfə siyasi oyunbazlıq. Nəticə etibarı ilə əllaməçilik. 44 günlük müharibədə tarixi qələbəmizdən sonra da ermənipərəst qüvvələr yenə də min bir bəhanə ilə sülhə mane olurlar. Qəribəsi budur ki, məğlub ölkəyə bir sülh təklif edirik. Dağıdılmış şəhərlər, kəndlər, mina basdırılmış min hektarlarla ərazilər, daşınmış sərvətlər, talanmış evlər-eşiklər, tarixi abidələr, mədəniyyət ocaqları, islami dəyərlərin məhv edilməsi və başqa vandalizm əlamətləri göz qabağında ola-ola erməni havadarları yenə həqiqqəti etiraf etmək istəmirlər.

“Qaçqın şəhərciyində

Milyon qaçqın yaşayır

Dünya bizə inanmır.”

Ramiz İsmayılın Qarabağ münaqişəsi (əslində müharibə) ilə bağlı çox şeiri vardır. Hamısı barədə müfəssəl danışmağa imkan yoxdur. Ona görə də deyilənlərlə kifayətlənirik.

Əvvəlcədən qeyd etdiyim kimi Ramiz İsmayıl ömrünün qırx ildən çoxunu Mingəçevirdə yaşayıb şəhərin ictimai həyatında  özünəməxsus fəaliyyəti olub. Burada ailə qurub, ev-eşik sahibi olub. Bu şəhəri o özünün ikinci vətəni, yurdu hesab edir. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2012-ci ildə Bakıya köçmüşdür. Təsadüfi deyildir o, şeirlərinin birində yazırdı:

“İki yurdum, iki elim var idi,

Biri Mingəçevir, biri Gədəbəy.”

Bu şeiri yazanda şair  artıq Bilgəh qəsəbəsində yaşayırdı. Ramiz  İsmayıl Mingəçevirdə yaşadığı illərini ömrünün “qızıl dövrü” adlandırır. Mingəçeviri vəsf eləyən çoxlu şeirləri və “Bozdağın ülkər şəhəri” adlı poeması vardır. Mingəçevirə məhəbbətinin təzahürüdür ki, növbəti kitabını “bir şair ayrılır Mingəçevirdən” adlandırıb.

“Hökmünə qul olub Tanrı əmrinin

Bir şair ayrılır Mingəçevirdən.

Qırx ilini burda qoyub ömrünün

Bir şair ayrılır Mingəçevirdən.”

Bu ayrılıq taledirmi, qismətdirmi ? Məcburiyyətdirmi, alın yazısıdırmı? Hər nədirsə həqiqətdir. Hal-hazırda Ramiz İsmayıl Xırdalan şəhərində məskunlaşıb. Yurddan-yurda köçmək hansı zərurətdən yaranıb?

“Unuda bilmirəm Mingəçeviri,

Orada doğma bir məkanım qalıbdır.

Mənim Məkkəm imiş, Mədinəm imiş,

Qibləm, pirim, din-imanım qalıbdır.”

Bu ayrılıq, bu nisgil Ramizin qəlbini daha da kövrəldir.

“Əziz Mingəçevir, a doğma şəhər

Gəlin halallaşaq mən gedər oldum,

Tutmamış hönkürtü, boğmamış qəhər

Gəlin halallaşaq mən gedər oldum.”

Ayrılığın kulminasiya nöqtəsinə baxın:

Doğma anam kimi duyanım şəhər,

Dar gündə simsarım, həyanım şəhər

Gəlin halallaşaq mən gedər oldum.

Ramiz xilaf çıxmaz öz adətinə,

Diz çöküb əyilər ibadətinə

Qayıdıb gələcək ziyarətinə

Gəlin halallaşaq mən gedər oldum.

Gədəbəydə doğulub boya-başa çatıb, ömrünün  ən gözəl çağlarını Mingəçevirdə yaşayıb, qısa müddət  Bilgəhdə, indi isə Xırdalanda yaşayan şair hələ də sakitlik tapa bilmir və duyğularını belə izah edir:

Səndən ötrü ürəyimin

Başı göynəyər, köhnə yurd

Gözlərimin qurumayan

Yaşı göynəyər, köhnə yurd.

… Ramizin də ömrü bitər,

Dədi yoxdur bundan betər

Qürbət eldə qəbri itər,

Nəşi göynəyər, köhnə yurd!

Keşməkeşli həyat yolu keçən Ramiz İsmayıl çətinliklər qarşısında sarsılmayıb. Ən ağır günlərində qələmə pənahlanıb, könül duyğularını da, ağrılarını da, sevinclərini də şeirin, poeziyanın qüdrəti ilə ifadə edib. Yaxından tanıdığım, insanlığına, ləyaqətinə, mədəniyyətinə, bir sözlə, bütün insani keyfiyyətlərinə bələd olduğum şairin təvazökarlığını xüsusilə qeyd etmək istəyirəm. Əlli ildən çox yaradıcılıqla məşğul olan, kifayət qədər ədəbi məhsulu olan Ramiz İsmayıl heç vaxt sinəsinə döyüb “şairəm” deyib lovğalanmayıb. Onun otuz hekayəsi və bir povesti “Sonuncu görüş” kitabında çap olunmuşdur. Hələ çap olunmamış onlarla hekayəsi, povestləri, dram əsəri var. Necə deyərlər: Ramiz İsmayıl yetmiş beş ilini mənalı yaşayıb və “papağı günə yandırmayıb”.

Ən əsası  isə yazmaq xatirinə yazıb kəmiyyət ardınca qaçmayıb. Duyğularını oynadan, düşündürən mövzulara məsuliyyətlə yanaşıb. Oxucuların əsəbi ilə oynamağı özünə rəva bilməyib. Yaradıcılığa şöhrət xatirinə yanaşmadığına görədir ki, tanınmış qələm sahibləri Ramiz  İsmayılın  şeirlərinə yüksək qiymət vermişlər. AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə, “Ədalət” qəzetinin baş redaktorunun birinci  müavini Əbülfət Mədətoğlu və başqaları onun yaradıcılığından bəhs edən yazılarla mətbuat səhifələrində yüksək fikirlər söyləmişlər. Əbülfət Mədətoğlu “Bir şair ayrılır Mingəçevirdən” və “Bəsimizdi ay işığı” kitabları haqqında “Ədalət” qəzetində xoş sözlər yazmışdır.

Ramiz İsmayılın “Xəzan” jurnalı ilə əməkdaşlığı barədə xüsusi  danışmaq lazımdır. Beş ildən çoxdur ki, Əli bəy Azəri ilə birlikdə “Xəzan” jurnalının ərsəyə gəlməsində öz xidmətini  əsirgəməmişdir.

Ramiz İsmayılın “Bəsimizdi ay işığı” kitabında yazdığı  bir fikir diqqətimi cəlb elədi:

“Ədəbiyyata,ədəbi yaradıcılığa məhəbbətim nə qədər güclü olsa da tale məni əks qütbə tulladı, mən mühəndis oldum. Qələmim həm çertyoj cızdı, həm də şeir yazdı. Bir qələmim maddi ehtiyacımı, bir qələmim mənəvi ehtiyacımı təmin edirdi. Mühəndislər arasında öz yerim oldu. Hansı sahədə işlədimsə sayılan mühəndis kimi tanındım.”

Mən isə cəsarətlə deyirəm: Ramiz İsmayıl şairlər arasında da sayılan şairdir.

İndiki zəmanəmizdə “Avropaya inteqrasiya” adı altnda modernist, postmodernist və s. şeir formaları gənclər arasında geniş yayılmışdır. Bu səbəbdən klassik, ənənəvi üslubda yazanlara münasibət dəyişmişdir. Ömrünün ahıl yaşına çatan şairlərimiz isə ənənəni qorumağa çalışmaqla zəngin ədəbi irsimizi, şifahi xalq ədəbiyyatını qorumağa çalışırlar. Kökə, ənənəyə bağlılıq yaşlı nəslin böyük əksəriyyətində qorunub saxlanılır. O cümlədən Ramiz  İsmayıl yaradıcılığında aşkar görünür. Son zamanlar çox az-az rast gəlinən aşıq deyişmələri, bağlamalar, qıfılbəndlər və s. şeir növlərinə Ramiz İsmayılın yanaşması mənə maraqlı göründü. O, qocaman şair Budaq Təhməzlə birlikdə bir neçə qıfılbənd yazmışdır. Bir nümunəuə diqqət yetirək:

-Budaq Təhməz, icazə ver soruşum

                       Hansı günah yuyulmaz ki, yuyulmaz.

                       O nə dərddir ürəklərdə yurd salar

                       Ha qovasan, qovulmaz ki, qovulmaz.

Budaq Təhməzin cavabı:

                        -Ramiz qağa, yaxşı sual veribsən

                         Zinalıqdı, yuyulmaz ki, yuyulmaz!

                         O fikirdi, ürəklərdə yurd salar

                         Ha qovasan, qovulmaz ki, qovulmaz!

     Daha bir nümunə:

                          O nədir toxumu, dəni əkilmir,

                          Başını kəsirsən, qanı tökülmür,

                          O nədir ki, beli sınır, bükülmür

                          Dizləri qatlanıb qatbaqat olur?

Budaq Təhməzin cavabı:

                          Göbələkdir, yerə dəni əkilmir

                         Başını kəsirsən qanı tökülmür,

                         Çəyirtkədir beli sınır, bükülmür

                         Dizləri qatlanıb qatbaqat olur.

Onların bir neçə belə deyişmələri- qıfılbəndləri var ki, şairlərin folklorumuza, ənənəyə bağlı olduqlarını sevindirici hal kimi qiymətləndirmək olar.

Yazımın sonunda Ramiz İsmayılın bugünkü həyatı, yaşam tərzi barədə bir neçə kəlmə diqqətinizə çatdırıb, söhbətimi yekunlaşdırmaq istəyirəm. Şair bu gün də bir əlində “külüng”, bir əlində qələm gənclik illərində olduğu kimi əsl həyat, yaşam mücadiləsi veririr. Təkrar olsa da (bir neçə yazımı təxmini belə sonlandırmışam) yenə digər böyük sənətkarımız Cabir Novruzdan  sitat gətirməyi özümə borc bilirəm:

Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

1 fevral  dəyərli söz adamı, el sənətkarı Ramiz İsmayılın növbəti doğum gündür. Şairin 75 yaşı tamam olur. Yubiley münasibəti ilə onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram! Yaradan yardımçınız olsun, Ramiz müəllim!

31.01.2023. Bakı.

MÜƏLLİF: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

RAMİZ İSMAYILIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kolanıda kişilər olub – Qurban Bayramov yazır

QURBAN BAYRAMOVUN YAZILARI

Bayramov Fərman Salman oğlu 1914 cü ildə Cəvanşir qəzasımın Şixəvənd kəndində ( İndiki Ağdam rayonunun Əlimədədli kəndi ) anadan olmuşdur.

O, babasının evində savadsızlığın ləğvi kursunda təhsil almışdır. O,1935 ci ildə Ağdam Pedoqoji məktəbinə daxil olmuş və 1938 ci ildə Ağdam pedaqoji məktənini bitirmişdir.

O, 1941 1945 ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur, qardaşlarının təhsil almalarında böyük rolu olmuşdur.

Bayramov Fərman Salman oğlu1954 cü ildən 1959 cu ilə qədər Əlimədədli kənd orta məktəbində direktor müavini olmuşdur.

O,1960 cı il sənədlərini Azərbaycan Pedaqoji İnistutunun fiologiya fakultəsinə təqdim edərək 1965 ci ilə qədər Azərbaycan Pedaqoni İnistutunun fiologiya fakiltəsində ali təhsil almışdır .

Bayramov Fərman Salman oğlu 1968 ci ildən 1985 ci ilə qədər Xaçınsu tikintisi fəhlə gənclər orta məktəbinin direktor olmuşdur.

Bayramov Fərman Salman oğlu Ağdam rayon kənd sovetinə 6 dəfə, 2 dəfə də Ağdam rayon sovetinə deputat seçilmişdir. O,dəfələrlə yuxarı rəhbərlik tərəfindən orden və medallarla mükafatlandırılaraq təltif olunmuşdur.

Bayramov Fərman Salman oğlu Maarif Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür O,1989 cu ildə vəfat etmişdir,məzarı Ağdam rayonunun Əlimədədli kənd mazarlığındadır.

BAYRAMOV FƏRMAN SALMAN OĞLU

Allah rəhmət eləsin.

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mingəçevirdə “Palira” Ədəbi Klubu üzvlərinin növbəti toplantısı baş tutub

VAHİD QAFARLNIN YAZILARI

ƏRƏN OĞULLARIN DÖYÜŞ HÜNƏRİNDƏN BƏHS EDƏN   

                              YENİ SÖZ SOVQATI

     Ağdamın Mərzili kəndində doğulan, doğma ata eli işğal olunandan sonra məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşan şair-publisist Məmməd Mərzili ötüb keçən illər ərzində xeyli sayda nəşr olunan kitabları ilə oxucular arasında imzasını tanıtmağa nail olub. Ana vətənimizə, uşaqlıq və gənclik illərində gəzib dolaşdığı Ağdama, cənnət timsallı Qarabağa qırılmaz tellərlə bağli olan vətənpərvər yazar oxuculara nəcib hisslər aşılamağı özünə borc bilib.

 Bununla yanaşı, AYB-nin Mingəçevir bölməsində  öz fəallığı, təşkilatçılıq bacarığı və məhsuldar yaradıcılığı fərqlənib. Yazar dostumuzun nəşr etdirdiyi kitabları arasında illər boyu düşmən tapdağı altda qalan doğma torpaqlarımızı  azad etmək naminə canlarından keçən şəhidlərimizə yönəlik sevgisi həmişə ön planda olub, Şəhidlik mövzusunda qələmə aldığı bir neçə kirabı da elə bu istəyin ən bariz nümunələridir…

 İllərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və adətən hər ayın sonuncu bazar günündə yazarları bir araya gətirən “Palira” Ədəbi Klubu üzvlərinin bu dəfəki toplantısı onun ötən ilin sonlarında işıq üzü görən “845” adlı kitabının təqdimatı ilə başlayıb.

   Tədbiri giriş sözüylə açan bölmə rəhbəri İsmayıl İmanzadə kitabın I Qarabağ Müharibəsində sözün əsl mənasında təkcə cəsur döyüşçü kimi deyil, həm də Ağdam bölgəsində şərid Eldar Bağırov adına 845-ci batalyonun yenilməz komandiri kimi tanınan, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Allahverdi Bağırovun və onun döyüşçü dostlarından bəhs etdiyini diqqətə çatdırdı. Və cəmi şəhidlərimizə Allahdan rəhmər diləməklə, çıxışının aşağıdakı misralarla sonucladı:

Yurdunu ürəkdən sevənlər ölmür,

Əbədi yaşayır xatirələrdə…

     Şəhər Əmək Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı kitabı yüksək dəyərləndirməklə yanaşı, şəxsən tanıdığı və dəfələrlə cəbhə bölgəsində görüşdüyü ərən eloğlusu Allahverdi Bağırovla, onun komandiri olduğu batalyonda Ağdamdan və müxtəlif bölgələrdən olan igid döyüşçülərlə ilgili  xatirələrini dilə gətirdi.

 Şair, ehtiyatda olan polis mayoru Bəhman Gülövşəli də I Qarabağ Müharibəsinin getdiyi vaxtlarda 5 ay ərzındə Ağdamda işlədiyini, Allahverdi Bağırovu, onun rəhbərlik etdiyi 845 nömrəli batalyonun bir çox döyüşçülərini yaxından tanıdığını vurğuladı.

Mingəçevir Dövlət Universitetinin dosenti, tədqiqatçı-publisist Mehman Rəsulov şəhidlik mövzusunda yazılan əsərlərin, o cümlədən Məmməd Mərzilinin “845” adlı kitabının gənc nəslə vətənpərvərlik hissi aşılamaq baxımından böyük önəm kəsb etdiyini deyib, müəllifə yaradıcılıq uğurları arzuladı.

Tədbirə qatılanlardan Namiq Zaman, Bəsti Bərdəli, Rəşid Rəsulov və başqaları da kitab müəllifinin yaradıcılıq üslubundan, fəallığından və yurd sevgisindən söz açdılar. Müəllifin etibarlı faktlara və reallığı əks etdirən arxiv materallarına, o cümlədən, 1988-1992-ciilərdəki qanlı-qadalı döyüşlərdən sağ çıxan keçmiş döyüşçülərin xatirələrinə istinad etdiyin, bu baxımdan kitabın dövrki hərb tariximizi zənginləşdirdiyini dönə-dönə vurğuladılar…  

    Tədbirin ikinci bölümündə İsmayıl İmanzadə bildirdi ki,  Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Mingəçevir bölməsinin xəttiylə yanvarın sonu, aprel ayının birinci ongünlüyü ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş iki nominasya üzrə müsabiqə keçiriləcəkdir. Sonra o,  bu önəmli müsabiqənin müddəti, şərtləri və münsiflər heyətinin tərkibi barədə müfəssəl məlumat verərək, qaliblərə mükafatların aprelin ikinci ongünlüyünün sonlarında küçirilməsi nəzərdə tutulan poeziya gücəsində təqdim ediləcəyini qeyd elədi…

  Tədbirin sonrakı məqamlarında AYB Mingəçevir bölməsində təmsil olunan yazarlardan Bəsti Bərdəli, Ağabala Salahlı, Namiq Zaman, Bəhman Gülövşəli, Mahir Musa və İsmayıl Mərcanlı  vətən-yurd sevgisindən, ülvi məhəbbətdən, ana təbiətin gözəlliklərindən və günümüzün reallıqlarından bəhs edən şeirlərini söyləməklə, məclisə əlvan söz çalarları bəxş etdilər.

          


Vahid QAFARLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

VAHİD QAFARLNIN YAZILARI

HƏMÇİNİN:>>>> “RUHUMUZUN YAZ HAVASI”

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

UŞAQ NƏSRİNİN İNKİŞAFINDA ŞƏFAHƏT ŞƏFİ İMZASI

ƏYYUB TÜRKAYIN YAZILARI

UŞAQ NƏSRİNİN İNKİŞAFINDA ŞƏFAHƏT ŞƏFİ İMZASI
Ölkəmizdə uşaq ədəbiyyatının ilk təşəkkül tapdığı illərdə balaca oxucular üçün nəsr əsərlər meydana çıxaran Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq və s. maarifçi yazıçılar məna və məzmun etibarı ilə bir-birindən maraqlı nümunələr ərsəyə gətirmişdir. Müasir dövrümüzdə də uşaq nəsrinin davamçıları azlıq təşkil etmir desək yanılmarıq. Bunların sırasında Zahid Xəlil, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, Qəşəm Nəcəfzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Mina Rəşid, Qəşəm İsabəyli, Ələsgər Əlioğlunun və son dövrlər uşaqlar üçün ardıcıl olaraq nağıl və hekayələri ilə ədəbi mühitdə tanınmağa başlayan Şəfahət Şəfinin adını çəkmək olar. Səfahətin qələmə aldığı uşaq nəsrlərini oxuyanda onun ölkəmizlə yanaşı dünya uşaq ədəbiyyatı ilə də yaxından tanış olması hiss olunur. Nağıl və hekayələrin ustalıqla balaca oxuculara çatdırılması müəllifin mütaliə gücü və zəkasının üstünlüyünün göstəricisidir. Bundan başqa yazıçı qələmə aldığı əksər uşaq əsərlərininin mövzusunu gerçək həyatdan götürür ki, bu da azyaşlı oxuculara əsərin ideya və mövzusunu daha rahat şəkildə anlamağa imkan yaradır. Ən əsası odur ki, uşaqlar üçün yazılan əsər onların estetik zövqünə xələl gətirməməli, mədəni tərbiyəsinin inkişafına, duyğularının gözəlləşməsinə, saflaşmasına vəsilə olmalıdır. Yuxarıda sadalanan vacib nüanslar Şəfahət Şəfi yaradıcılığında tamamilə özünü ehtiva edir.
Yazıçının “Adilin səhvi” adlı hekayəsində əsərin qəhrəmanı olan Adilin bilik mənbəyi sayılan kitaba etinasız yanaşması, onu özündən
sonrakı nəslə yararsız halda təqdim etməsinin yaxşı iş olmadığı aşılanır. “Yusif və qaranquş” hekayəsində isə quşların min bir əziyyətlə qurduğu yuvalarını dağıtmaq istəyən Yusifə babası tərəfindən məzəmmət edilir. Onların təbiətdə oynadığı vacib rol əsərin qəhrəmanına başa salınır. Nasirin uşaq əsəbiyyatındakı xidmətini böyüməkdə olan nəslin mərhəmətli, qayğıkeş, insani keyfiyyətlərə xas şəkildə tərbiyə olunmasına bir çağırış kimi dəyərləndirmək olar. Səfahət uşaq nəsrlərində təsvir israfçılığına demək olar ki, yol vermir. Yazılar yığcam olmaqla yanaşı məna yükünü də özündə saxlayır. Müəllifin bədii əsərləri oxucuda obrazlı şəkildə real, aydın təsəvvür yaradır. Nasir həm də qələm yoldaşlarının uşaq şeirlərini və təmsillərini də nağıl və hekayəyə çevirərək balaca oxucularına daha rahat və maraqlı çalarlarla təqdim edir. Bunlardan “Ördək və Qarğa”, “Bülbül və Nadan Sərçə”, “Göyərçin və Qumru”, “Oğurluq”, “Mənim atam dənizçidir”, “Ağacları qoruyaq” adlı hekayələri misal göstərmək olar. Bütün bu sadalanan yazılarda uşaqların yaş səviyyəsinə uyğun ideya və maraqların təlqin olunmasını, həmçinin yığcam halda canlı aləmlə ahəngdarlıq təşkil etməsini kiçik yaşlı məktəblilər üçün əlavə oxu kimi estetik zövq baxımından uğurlu yaradıcılıq məhsulu olduğunu söyləyə bilərik.
Şəfahət Şəfinin uşaq ədəbiyyatındakı xidməti təkcə nağıl və hekayələrlə bitmir. Onun qələmə aldığı “Arı pətəyi” pyesi günümüzdə uşaqlar üçün nadir halda yazılan səhnə əsəridir. Pyesi oxuyanda ilk baxışdan bal arılarının həyat tərzi haqqında yazılmış sadə bir əsər kimi görünsə də, mahiyyətin dərinliyinə varanda pyesdə bal arılarının timsalında dürüstlük, əməyə sevgi, yaşadığı yurda bağlılıq, ailəyə sevgi, çətinliklərin öhdəsindən cəsarətlə gəlmək, xeyirin şər üzərində qələbəsi və s. bu kimi humanist dəyərlər balaca oxuculara sətraltı mənalarla çatdırılır. Şəfahət Şəfinin yazılarının hər biri zəruri mövzulardır. Təbiətə sevgi, böyüklərə hörmət, təhsilə maraq, zərərli vərdişlədən uzaq durmaq və digər bu kimi mövzular uşaqların dünyanı daha yaxşı dərk etmələri, özlərini tərbiyə etmək baxımından dəyərli nümunələrdir. Bütün bu müsbət keyfiyyətləri nəzərə alaraq demək olar ki, Şəfahət Şəfinin uşaq nəsrlərinə müasir dövrümüzün uşaq ədəbiyyatında tez-tez müraciət olunacaq. Uşaq ədəbiyyatı adına sevindirici haldır ki, balaca oxucular onlar üçün yorulmadan, bir-birindən maraqlı nağıl və uşaq hekayələri qələmə alan ədib və eyni zamanda bir dost qazandılar. Təbriklər, “Uşaq ədəbiyyatı”, təbriklər, Şəfahət Şəfi.

Müəllif: Əyyub TÜRKAY

ƏYYUB TÜRKAYIN YAZILARI

ATLAZ RZAYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN, QARABAĞ, AĞDAM…

ASİM PRİMOV TARZƏN

Parlayan ulduzlar….

Məşhur tarzən Qurban Primovun nəslindən olan Aqil Primovla İlhamə xanımın ailəsində 2004 cü ilin21 oktyabrında bir oglu oldu.
Adını Asim qoydular..
O Asim ki,özləri də hiss etmədən gələcəkdə nəslin layiqli davamçısı oldu.!
Elə uşaqlıq illərindən Asimdə tara maraq oyanmışdı.Bu, əlbəttə gen ilə baglı olan bir iş idi….
Valideynləri,xüsusən də gələcəkdə daim onunla birlikdə olan anası İlhamə xanım oglunun maragını nəzərə alaraq 6 yaşlı Asimi–nəslin davamçısını təhsil almaq üçün K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbinə gətirdi.Məqsədi aydın idi:ulu babaları Qurban Primovun sənətini davam etdirmək!
Asim burada 4 illik təhsilini ugurla bitirdikdən sonra Bülbül adına Orta İxtisas Musiqi məktəbinə daxil oldu…
Burada oxudugu illər ərzində bir çox ugurlara imza atdı..Məktəb konsertlərində,Dövlət tədbirlərində,radio-televiziya kanallarında maraqlı proqramlarla çıxışları oldu. Eyni zamanda artıq xarici ölkə müsabiqələrinə də qatılan Asim l yeri tutaraq qızıl medal,laureat,diplomant adına da layiq görüldü.
Bəli,ugurlar sonsuz idi!Və bu ugurlardan ruhlanan Asim daha çox çalışır,qələbələrini yeniləyirdi…
Budur,qardaş Türkiyədə keçirilən uluslararası Caspi Art müsabiqəsinə qatılan Asim l yerin qalibi olur,qızıl medalla təltif edilir,həm də laureat adına layiq görülür…
.2019 – cu ildə Moskvada yaşayan həmyerlilərimiz Xalidə xanım və İlqar bəy Səmədovların tərəfindən Moskvanın Veqas Ticarət Mərkəzində keçirilən Qarabag Atlarının Rəsm sərginə qarabaglı kimi dəvər almış,Qarabag Şirkətlərinin sədaları altında sərginin açılışında iştirak etmişdi…
Azərbaycanda keçirilən Qara Qarayev adına 3-cü Beynəlxalq müsabiqəsində maraqlı ifası ilə. İİİ yerə,italyanların Azərbaycanda keçirtdikləri Festenc Art müsabiqəsində II yerə layiq görülmüşdür.
2020 -ci il onun üçün daha ugurlu olmuşdur…
O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib,Azərbaycan Milli Konservatoriyasına müvəffəqiyyətlə imtahan verfək. ali məktəbə qəbul olundu…
Dostlarından fərqləndiyinə görə onun ugurlarının inkişafını daim izləmişik.
2020 ci ildə o, sinif yoldaşları ilə “Gənc İstedadlar Qrupu”yaratdı.
Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalareyasının “Parlaq Yaradıcı” İctimai Birliyinin təşkillatçılıgı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş “Harmoniya”adlı Qrup sərgisində iştirak edərək Fəxri Diplomla təltif olundu..O,
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalgı Alətləri Orkestrinin üzvüdür.
Eyni zamanda Bakı şəhər”Asan xidmət”Mərkəzinin nümayəndəsi olmaqla bir çox layihələrdə iştirak edir.
“Asan könüllülər” təşkilatı ilə bir çox tədbirlərdə– DTX Mədəniyyət Mərkəzi,Beynəlxalq Mugam Mərkəzi,Bakı Konqres Mərkəzi və b.kimi bir çox səhnələrdə çalışır ki,ulu babası Qurban Primovun sənətini layiqincə daşısın …
Bütün tədbirlərdə anası İlhamə xanımla iştirak etdiyinin şahidi olmuşuq…llhamə xanım evdar qadın olsa da,artıq tarın sirrlərinə qismən də olsa bələddir…Əsla Agdam rayonunun Gülabli kəndindən olan, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti ,Xəzər Dəniz Neft Donanmasında (AXDG QSC. XDMD)çalışan atası Aqil Primov da oglunun ugurlarına çox sevinir və onun ifalarından xüsusi olaraq mənəvi zövq alır…
Mugam Mərkəzində keçirilən müsabiqəyə bizi də dəvət etmişdi Asim…
Konsertə mugam sahəsində tanınmış xanəndə Yaqub Məmmədovun qızı Hekayə xanımla qatıldıq.Həqiqətən Asimin ifası fərdi istedadı ilə yaşıdlarından fərqlənirdi…
Ali Baş Komandanlmızın və Müzəffər Ordumuzun qələbəsindən sonra onun Şuşada,Agdamda…..ifa etdiyi əsərlər dinləyiciləri çox kövrəltmişdi…


Bəli,bu istedad onun genindən irəli gəlir.
Asim bu yola çıxandan məqsədinə dogru irəliləyir,çünki,qarşıda onu hələ uca zirvələr,daha yüksək,yeni – yeni yaradıcılıq ugurları gözləyir.
Bu sənətin parlaq ulduzlarından birinin-Asim Primovun ugurlu nəticələrinin şahidi olmaq ümidilə….

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru