Mənə sözün ixtiyarın verdi Yaradan, Dedi: – sənə ilham, qələm qoy kömək olsun. Məni başa düşmədilər bu zəmanədə, Axı başa düşmək üçün baş gərək olsun.
Durub dövrə yalvarmadım, üz tutmadım, yox, Külək hansı səmtə əsdi ora əsmədim… Şair haqdan yaranıbdır, utanmadım, yox, Gündə-gündə özümə bir allah gəzmədim…
Öz inamım, öz məsləkim oldu həmişə, Öz sevincim, öz kədərim, öz qəmim oldu. Söz şairə əqidədir, yoldur həmişə, Sözə xain çıxanlara söz qənim olsun…
Anam getdi o anamı eylədi əvəz, Bacım getdi şeir mənə bir bacı oldu. O mənimçin könüllü həbs, könüllü qəfəs, Həm əzabım, həm də əsil əlacım oldu…
Pulsuz oldum, amma ruhsuz yaşamadım mən, Söz dövlətim, söz ziynətim, söz daşım oldu. Ölüm ömür yoldaşımı aldı əlimdən, Poeziya mənə ömür yoldaşı oldu…
Zalım, nankor zəmanənin yaxşısı, pisi, Aşkar hopdu, çökdü mənim sətirlərimə. Elə bil ki, vəcdə gəlib Tanrının özü, Öz əlini çəkdi mənim sətirlərimə…
Əsla bitib, tükənmədi söz əmanətim, Yollarıma gecə-gündüz o tutdu məşəl. Amma məni duymadılar bu zamanədə, Yəqin ayrı zamanədə başa düşərlər…
Ürəklərə toxum səpdim vermədi səmər, Ha çağırdım yatan kütlə sanma ayıldı… Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr, Köhnə, cındır ibarələr şeir sayıldı…
Nə qədər ki, ruh yaşayır, can var bədəndə, Dəyişməzdir şeirim, fikrim, əqidəm, səsim… İstəmirəm bu dünyadan bir gün köçəndə, Qara kütlə tabutumun dalınca gəlsin…
Başsız qoyun sürüləri dünyada nə çox, Qoy iki-üç qanan adam ötürsün məni… Qoymazsınız, qoymazsınız balalarım, yox, Çirkin əllər tabutumu götürsün mənim…
Gec-tez sona çatacaqdır ömür nağılım, Gedəcəyəm bu dünyadan şeir dilimdə… Gedəcəyəm ən birinci oğullarımın, Bir də, bir də sözlərimin çiyinlərində…
“Şair şeir-şeir yanır şam kimi, Dünya bu işıqdan tutub dayanır”
Rəhman Babaxanlı həyatı ilə yaradıcılığı bağrıbadaş olan, Xudu müəllimin sözlərilə desək, Vətənin dərdli suallarıyla, zamanın problemləri ilə yaşayan, yəni tərcümeyi-halı Vətənin tərcümeyi-halı olan şairdir.
Qarabağın ağır günlərində “Şuşaya ən çox gedib-gələn şair” (“Yol” qəz., № 14, fevral, “Xalq Ordusu”, №3, 25.02. 1992), Şuşanı son dəfə görən şairdir.
Mənim nəzərimdə Rəhmanın şeirləri əsl sənət əsərləridir. Əsl sənət əsəri isə gözəllikdir. O da axıracan izaha gəlmir. Zaman-zaman ona müraciət edilir və hər dəfə də yeni məna açılır. Onu əbədi estetik gerçəkliyə çevirən də məhz axıracan açılmazlığıdır.
Rəhmanın şeirlərini oxuduqca, hər şeiri bir dəli “Segah nağılı” ilə adamı öz sehrinə salır və əslində, onun haqqında yazmağa mane olur. Bir vaxt ayılırsan ki, vaxt keçir, zaman ötür, özü demişkən, “varağın çoxu ağ qalır”.
Rəhmanın şeirlərini oxuduqca, zərbi-məsəl, atalar sözü səviyyəsində dayanan çoxlu sayda sərrast, diləyatımlı, tutumlu deyimlərlə rastlaşırsan: “Mənim məhəbbətim cavab istəmir”, Ölümün də çarəsi var”, “Ömür ilk sevgiyə qədərmiş”, “Kədər yalan deyir”, Ən nadir incilər ən dərindədir”, “Başdaşından baş nə var”, “Haqqı ha geri at”, “Ürəyim dərd kürəsidir”, “Hər ötən sevgidən bir payız gəlir” və s. Bu deyimlərin hər biri arxasınca dərin hikmət dünyası gətirir. Onların məna dərinliklərinə vardıqca, dilə gətirdikləri məqamdan əvvəli də, sonranı da görürsən, irəlini də, gerini də düşünürsən. Əmin olursan ki, bunlar həyatdır, həyatın SÖZlə ifadə olunmuş düsturları, dünyanı dərk etməyin poetik formasıdır. Bunları araşdırmaq istəyi məni Rəhmanın poeziyası haqqında ümumi filoloji planda çox düşündürdü. Nəhayət, yeni fikirlər və əvvəlki yazılarımız monoqrafiyaya çevrildi.
Rəhman şeirlərinin birində deyir ki, “Dünya “Ol!” sözündən başlayan yoldur”. Deməli, bu yolda ilk olan, yolun başında dayanan SÖZdür. Söz “dünyanın anasıdır”.
Söz möcüzədir, “yoxdan var olan” və yoxdan var yaradan möcüzə, yaranmışlardan “…tamı bərpa edən, insanı və dərk aləmini birləşdirən” möcüzədir.
Bizim Rəhmanla ədəbiyyat haqqında, ədəbiyyatımızın bədii-estetik problemləri barədə söhbətlərimizin kökündə həmişə F.Dostoyevskinin belə bir fikri dayanmışdır: “Sözlə düz dolanmaq lazımdır”, “Bədii əsərlə zarafat eləmək olmaz”. Rəhmanın sözə, şeirə münasibəti son dərəcə ciddidir, ehtiramlıdır, səmimidir. Onun poetik intonasiyası təbiidir. İntonasiyasında səslər dən-dən dənələnir. Hər sözündə torpaq dənəvərliyi, hər şeirində torpaq ətri var. Sözünün sanbalı, möcüzəsi doğma torpağa, el-obaya, dilə bağlılığından gəlir. Amma öncə Allaha bağlılığından. Allahın yerini, torpağın, elin, dilin çəkisini bildiyi kimi sözün də çəkisini bilir, ustadı Füzuli kimi onu candan duyur.
Şeir sirrdir. Bu sirr, Mixail Epşteyn demişkən, “fantastik olanla gerçəyin sərhəddində, onların sezilməyən qarşılıqlı keçidlərində yaranır”. Onu isə Şair yaradır. Əgər Rəhman deyirsə ki, “Şair şeir-şeir yanır şam kimi,/ Dünya bu işıqdan tutub dayanır”, deməli, Dünya – SÖZə sığınır, ŞEİRə, ŞAİRə arxalanır.
Rəhman üçün “Ol!” sözü təzə de
yilən vaxtlarda şeirləri ortada yox idi. Amma dünyaya gəldiyi doğma Ağdamın Üçoğlan kəndinin şeir ətirli ab-havası vardı. Sonradan kəndin şeir ətirli ab-havasını nəzmə çəkən “ağıl dəryası” – yetişdi. O kənd şeirin “geniş düzlər mənzərəsi”ni, mühitini də verdi, onları şeirə çevirəcək şairini də. Onun “Ağıl dəryası” şeiri əvvəldən-axıra bu prosesin tarixçəsidir.
Hər bir sənətkarın şəxsiyyəti əsərlərində özünü məxsusi tərzdə göstərir. F.Solloqub deyir ki, əslində, oxucu üçün yeganə meyar “şairin ümumi mənəvi simasıdır”. Flober isə deyir: ideal sənətkar öz əsərində Tanrı kimi hər yerdə var olmalı, ancaq heç yerdə gözə görünməməlidir. Əsas məsələ müəllifin əsərdə “gözəgörünməz” mövcudluğunun ifadə, forma və prinsiplərini tapmaqdır.
Rəhman Babaxanlının yaradıcılığına bu kontekstdən yanaşanda ilk növbədə qeyd etməliyik ki, dünyaya estetik münasibətdə onun individuallığı (fərdilik) şəksizdir. Bu keyfiyyət isə kənardan izah olunmur. İndividuallıq, A.Losevin hesab etdiyi kimi, ancaq özündən izah olunandır.
Rəhman Babaxanlının hələ sovetlər dövründə, vahid ideologiyanın hamıya və hər şeyə hakim kəsildiyi zamanlarda, yaratdığı yaddaqalan poetik obrazlar, tutarlı deyimləri və onların arxasında dayanan mövqe doğrudan da hünər tələb edirdi. Bu, bir-birini qarşılıqlı şərtləndirən güclü mövqe, istedad, orijinal təb, poetik ehtiras və enerjinin qranit bölünməzliyindən, bu bölün-məzliyə sadiqlikdən gəlirdi. S.Kravçinskinin məşhur bir sözü var: “Terror dəhşətli şeydir. Terrordan daha pis bircə şey var. O da zorakılığa səssiz–səmirsiz dözməkdir”. Zorakılıq isə gücdən deyil, gücsüzlükdən yaranır. Zorakılıq özündə olmayan gücdən başqalarını məhrum etmək cəhdindən başqa bir şey deyil. Əsl güc özünü başqalarına həsr edir. O, yaranışdan əxlaqidir.
Onun hələ 70-80-ci illərdə yazdığı “Səsini içinə salan adamlar”, “İnqilab” və s. şeirləri dediyimizə misaldır.
Onun poeziyasının səciyyəvi xüsusiyyətlərindən biri də bayağı tərənnümçülükdən uzaq olmasıdır. Rəhmanda tərənnüm var, tərənnümçülük yoxdur. Onun poeziyasında həmişə Azərbaycan gerçəkliyi, Vətən, insan, ümumbəşəri dəyərlər tərənnüm edilir. Rəhman sosializm realizminin tələb etdiyi kimi, ideoloji tərənnümçülüyə köklənmiş təsdiqedici pafosa malik şablon ədəbiyyatı yaratmayıb. Böyük Səməd Vurğunun göstərdiyi “hər cürə sözçülükdən, uraçılıqdan, ritorika dediyimiz bataqlıq və çirkabdan təmiz olan bir yol” tutub. Məhz bu mənada tərənnümçü şair olmayıb, tərənnümçü şair deyil.
Tərənnümçülükdə bir seyrçilik və onların doğurduğu müəyyən indifferentlik olur. Rəhman Babaxanlıda indifferentlik yoxdur, çünki onun poeziyasında yaradıcılıq prinsipi kimi birinci yerdə Sintez deyil, hərçənd şeir başdan-başa sintezdir, Analiz (poetik təhlil) gəlir. Analiz dərinliklərə enməkdir və endikcə də təhlil edilənləri zərrə-zərrə yaşamaqdır. Məhz bu dərinliyə endirən Analiz özündə Sintezi də gətirir. Burada indifferentlik mümkünsüzdür.
Digər bir səciyyəvi cəhət: Rəhman Babaxanlı poeziyasının mənbəyi xalqımızın mənəvi dünyası, bu dünyada tarixlər boyu öz əksini tapmış Azərbaycan gerçəkliyi, dövlətimizin, dövlətçiliyimizin taleyidir. O, milli mənəvi dünyamızın parçası olan öz poetik dünyasını, Moruanın dediyi kimi, daha bir “insani dünya” yaratmışdır. Bu yolda Rəhmanın bayağı beynəlmiləlçiliyi də olmayıb. Heç vaxt düşmənə “dayı” deyib şeir qoşmayıb. “Qılınclarla ağız-ağıza dayan” – deyib. Rəhman deyir ki,
Yaddaşı boydadır insan,
Tarixi boydadır ölkə.
Bu böyüklüyü yaşayan və yaşadan Rəhman Babaxanlı işıqlı, nurlu şairdir, şəxsiyyətcə bütöv, daxilən azad sənətkardır. Onun poeziyasının kökündə bir aydınlıq var. Rəhman ulu türk dünyasının genişliyini, əzəmətini, vətəni, torpağı, milləti, dövləti, dövlətçiliyi, insanı, dünyanı və onları Yaradanı sevir. Şeirləri də sevgisindəndir.
Rəhman Babaxanlı şöhrət dalınca qaçan
şair də olmayıb. Şan-şöhrətin hansısa mənəvi qurban tələb etdiyini bilən Rəhman həmişə şan-şöhrətdən qaçıb, mənəviyyatını, şeir, sənət beşiyi olan Azərbaycanımızda öz poetik nəfəsini, orijinallığını saxlayıb.
Rəhman Babaxanlını seçdirən cizgilərdən biri də həssas və səmimi şair olmasıdır. Onun qənaətinə görə, “ən böyük vətəndaşlıq səmimiyyətdir”. Sözünün sanbalı, şeirlərindəki vətən havası istəyinin gücündən, istedadının həssaslığından, təbinin səmimiliyindən qaynaqlanır.
Dostoyevskiyə görə, “çox şeyi bilməmək, amma duymaq olar. Qeyri-iradi, düşünmədən də lap çox şey bilmək olar”. Yəni dahi yazıçı hesab edirdi ki, zənn, güman, öncəduyma, fəhmin işığı – bütövlükdə poetik ehtiras düşünüşü ötüb keçir, çox şeydə onu qabaqlayır.
Rəhman Babaxanlının yaradıcılığına bu yöndən baxanda onun poetik ehtirasının gücünün, fəhminin bugünkü tariximizi qabaqladığı aydın görünür. Qarabağ müharibəsindən xeyli öncə oğulları qurdürəkli olmağa, vətənə oğul olmağa səsləyən Rəhman bunun üçün döyüş meydanı olacağını da, azadlıq yolunda, müharibə meydanında şəhidlik zirvəsinə ucalacaq qurdürəkli oğulları da sanki öncədən görmüşdü. Belə qurdürəkli oğulların adından hələ 1982-ci ildə deyirdi: “Vətən köynəyindən keçirir bizi”.
Bir vaxtlar yel qanadlı ümidləri heyratı, bayatı üstə köklənib uçan, heyratısı da, bayatısı da, ağısı da, muğamı da Qarabağ olan Rəhman Qarabağın ağısını “Bir səsin qarasınca” şeirində (1982) belə demişdi:
Heyratım, bayatım, ağım, muğamım,
Mənim Qarabağım, mənim Ağdamım!
Sənin şikəstəni deyə bilmədim,
O qara sevdanın qara yasında…
Mənim batan səsim bir xəncər kimi
Pas atır qəlbimin tən ortasında…
Bunlar Rəhman Babaxanlıda tarix hissinin gücündəndir. Eliot yazır ki, tarix hissi belə bir həqiqəti nəzərdə tutur – keçmiş nəinki keçməyib, o, indidə davam edir… Zaman xaricində olan bu tarix hissi yazarı ənənəyə qovuşdurmaqla bərabər, onu zamanda öz yerini və öz müasirliyini duymağa məcbur edir. Rəhmanın şair fəhmində keçmiş, indi, gələcək birgədir, bütövdür. Bu fikri Y.Seleznyovun sözlərilə belə dəqiqləşdirmək olar: şair Rəhman Babaxanlı tarixi müasirliyin möhkəm bir düyününə cəmlənmiş kimi hiss edir: bütün keçmiş də, gələcək də buradadır, çörək buğda dənəsində, palıd qozada olduğu kimi.
Şair 1987-ci ildə “İki səhv” şeirində milləti iki amilin məhv edəcəyini deyirdi. Bu amillər özünə qapılıb həvəsdən düşmək və geniş mənada alqı-satqı idi. Bunların hər ikisi səhv idi.
Sonralar xalq mübarizəsi doğrudan da bəzi mənəviyyatsızların əlində siyasi möhtəkirlik alətinə, ulu Vətənimiz kreslo davası səviyyəsində alqı-satqı predmetinə çevrildi. Onlar bir-birini əvəz elədikcə xalq ağlamağa-sıtqımağa məhkum oldu. O ərəfələrdə Laçın – Bakı arasında yollarda Rəhman Babaxanlı millətin taleyini düşünə-düşünə başımıza gələnlərin səbəb-nəticə, təsadüf-zərurət əlaqələrini belə götür-qoy edirdi:
Dedik, başımıza yağan daşların
Çoxu təsadüfdür, azı – zərurət!
Torpaq dilə gəldi: “Axan yaşların
Dadı təsadüfdür, duzu – zərurət!
Müharibə başlandı. Onda keçmişimizə güvəndik, mənəviyyatımıza tapındıq. Gücü orada aradıq, təsəllini orada tapdıq. Güclü mənəviyyatımızla hər şeyi həll etmək istədik. Rəhman demişkən, “başsız başçıların milləti” ağlar günə qaldı.
Hələ Şuşanın süqutundan dörd ay əvvəl bu faciələri görən şair Rəhman Babaxanlı “Şuşada yazılan sonuncu şeir”ində (“Şuşa” qəzeti, 08.01.92) belələrinə kəskin etirazını bildirir, var səsiylə onları vətənin, millətin taleyinə laqeyd olmamağa çağırırdı. Sonra “Zərurət”, “Qəhrəmanlıq”, “Gülürsən”, “Qaçqınlıq”, “Bakı şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub” və s. şeirlərini yazdı.
“Qəhrəmanlıq” şeirinin fonetik tərtibatının, məna yükünə uyğun ritminin və bütövlükdə intonasiyasının kifayət qədər emosional şəkildə ifadə etdiyi niskillərimiz əsərin elə ilk bəndlərindəcə dərhal verilir. Birinci bənd (niskillərimiz) elegiya nəqəratı kimi şeirin sonunda təkrarlanır, şeiri qapadır. Refren forması göz bəbəyi kimi qoruya bilmədiklərimizi sanki bir yerə yığır. Eyni zamanda, şeirdə belə bir seçim də qoyulur:
Ya gərək əzab içində
əziləsən, büzüləsən.
Ya gərək qəzəb içində
səngərlərə düzüləsən.
Rəhman Babaxanlının yaradıcılığında xüsusi seçilən bu məqamı da vurğulamaq istərdik. Bakının küçə və meydanlarını, hər tin, hər döngəsini əcnəbi reklamları bürüyəndə, şəhər reklam yarışına çıxanda Rəhman bu yarışa da Qarabağ müharibəsi prizmasından baxdı – “Bakı şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub”u yazdı. Yazdı ki:
Ancaq düşmənlərin zindanlarında
Yanır Şuşa, Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı yanır…
Zəngilan özünü atır Araza…
Xocalı hər gecə qana boyanır,
Reklamsızdır deyə, gedir güdaza…
Adətən, belə mövzulara həsr edilmiş şeirlər gurultulu çağırışla, hay-həşirə gedib çıxan bir küylə müşayiət olunur. Rəhman Babaxanlıda dərdin ağırlığı bütün gurultulu hay-həşirlərin üstündən basır, onları boğur və dərdimiz özü boyda ağır bir tonda qabarır. Dərdin ağırlığı şeirin ləngərinə dönür. Bu, poetik intonasiyanın təbiiliyindəndir və şeirdə intonasiya əsas rol oynayır. Şeirdə göstərilən dərdlərin üçü də ağırdır – odda yanmaq da, sulara qərq olmaq da, al-qana boyanmaq da. Şair bunları insanlara dərs götürüləsi görk kimi təqdim edir.
Xocalı faciəsindən hələ neçə il əvvəl belə bir dəhşətli hadisənin əlamətlərini “Bir cüt ayaqqabı, bir şüşə benzin…” şeirində göstərən şair yanan on yaşlı mələk qızcığazın poetik heykəlini ucaltmışdı. (Bu barədə “Xalq Ordusu” (1992), “Bizim əsr” (2005) qəzetlərində yazmışdıq).
Millətimiz müharibənin min bir zillətini yaşadı. Bu taleyə biganə olanlara lirik qəhrəmanı deyir:
Gah qaçqın deyirsən, gah da ki, köçkün,
Mənəm taleyikəm, yığvalı küskün!
Demirəm, başımın daşı bu pis gün
Torpağına gəlsin, daşına gəlsin…
Başıma gələnlər başına gəlsin?..
“Qaçqınlıq” şeirinin intonasiyasından da aydın sezilir ki, bu, qarğış deyil, özlərini Allah sayan manqurtlara ünvanlanmış sualdır. Bu sualda qışın oğlan çağı qarlı aşırımlardan ayaqyalın, başıaçıq keçib gəlmiş, öz elindən–obasından, isti yurd-yuvasından didərgin salınmış, onun-bunun küncünə-bucağına qısılmağa vadar edilmiş “yığvalı küskün”, qəlbisınıq soydaşlarımızın naləsi səsləndirilmişdir.
Bu “taleyikəm” zavallılar belə ağır vəziyyətdə də qürurlarını, insanlığı, vətənə, torpağa sevgilərini qoruyub saxlayırlar. Onlar hətta qarğıyanda da daşa-torpağa qıymır, ona ağır söz deməyə dilləri gəlmir, xalq, vətən qədri bilməyənləri qarğıyırlar. Bu, zəngin milli mənəvi keyfiyyətlərimizi bütün tarixi əzəmətilə özündə canlandıran milli xarakterimizin ümumiləşdirilmiş obrazı, mənəviyyatımızın abidəsidir.
Şeirdə sualların ünvanlandığı nakəslər də, təəssüf ki, yad deyildi.
Rəhman Babaxanlı məhz bu mövqedən deyəndə ki, Dərdi açıb–ağartmaq olmur,/ Varağın çoxu ağ qalır – yəqin elə onu nəzərdə tutur ki, dərdi açıb-ağardanda ağı kimi səslənən “Qaçqınlıq” şeirindəkilər ortaya çıxır. Amma varağın ağ qalması da dərddir. Varaq ağ qalanda şair də “öz dərdi ilə baş–başa qalır“ (“Mən sənə dərdimi demərəm daha”), görür – Kiminin dişi ağarır, / Kiminin saçı-saqqalı. Bunun özü də şairə bir dərd olur.
“Baxtabaxt” (1988-ci il) şeirində göstərilən başıdaşlıların diqqətini bir neçə il sonra Xocalı faciəsinə yönəltməyə cəhd edən şair “Gülürsən…” şeirində hamını, “Qəhrəmanlıq” şeirindəki kimi, bir də böyük dilemma qarşısında qoyur. Əslinə qalsa, bu, dilemmadan daha çox antinomiyadır:
Gülmə, sən güldükcə gülürlər bizə!
Gülmə, sənə gülən düşmənlərə bax!
Xocalıdan sonra sifətimizə
Nə gülmək yaraşır, nə də ağlamaq.
Gülün, əsir qıza, əsir oğlana
Gülüş yaraşırsa, buyurun, gülün!
Xocalıdan sonra Azərbaycana
Ya döyüş yaraşır, ya da ki… ölüm…
Rəhman Babaxanlının yaradıcılıq bioqrafiyasına bu qısa nəzər də onun “ümumi mənəvi simasının” saflığını göstərir, onu da göstərir ki, Belinski demişkən, “poeziya həyatın ifadəsidir, daha doğrusu, həyatın özüdür”. Bir də: “həyat poeziyada daha çox həyatdır, nəinki həyatın özündə”. Rəhman öz poeziyasında yaşayır və həmişə yaşayacaq.
Sədi NURİYEV
Filologiya elmləri doktoru, Yazıçılar Birliyinin üzvü
Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
Mahirə NAĞIQIZI 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir
1984-cü ildən təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayan Mahirəxanım bu gün də şərəfli peşəsini ən yüksək səviyyədə layiqincə davam etdirir.
Mahirə NAĞIQIZI2017-ci ildən filologiya üzrə elmlər doktorudur. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub
YAZARLAR cameəsi adından Mahirəxanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.

QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
Bu gün – 12 sentyabr 2023-cü il tarixində “Trend.az” agentliyində “Replay media”nın təqdimatında 44 günlük Vətən müharibəsi zamanı 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmin təqdimatı keçirildi.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, bir dəqiqəlik sükutla torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi yad olundu.
Sonra mərasim iştirakçıları salamlandı, onlara “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi haqqında məlumatlar verildi. Birinci taborun qazi komutanı mayor Elçin Allahverdiyev bildirdi ki, filmdə canlı döyüşlərdən kadrlar əks olunub, onun komutanı olduğu taborun əsgər və zabitləri Qaraxanbəyli döyüşlərində şücaətliklə vuruşaraq qalibiyyət əldə ediblər. Filmin sifarişçisi şəhid Ruslan İmanquliyevin dayısı Ceyhun Səfərov bildirdi ki, bu filmi sifariş etmək Vətən müharibəsi bitən kimi çəkdirmək arzusu olub və elə həmin ildən filmidə istifadə olunan kadrları şəhid və qazilərin, sıralarımızda olan hərbiçilərin telefonlarındakı video çəklişləri yığaraq ərsəyə gəldiyini bildirdi: “Bu film dəyərli millət vəkili Aqil Abbasın müəllifi olduğu “Dolu” filminin davamıdır. O filmdə Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir, döyüşçülərimiz işğal olunmuş Qarabağımızdan tankla çıxırlar. “Qaraxanbəyli döyüşü” adlı sənədli filmində isə döyüşçülərimiz tankla Qarabağa girir və torpaqlarımızı azad edir.
27 sentyabrda başlanan Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli idi. İlk əməliyyatlardan biri Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid komutan Həmdəm Ağayev və qazi komutan Elçin Allahverdiyevin 1-ci taboru tərəfindən keçirilirdi. Beləliklə, Azərbaycanın hərb tarixində ən qanlı savaşlardan olan Qaraxanbəyli döyüşünün adı həkk olundu. 34 şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun şücaətini bütün dünyaya göstərə bildi. “Replay media” nın təşkilatçılığı ilə hazırlanan “Qaraxanbəyli döyüşü” sənədli filmi əsgərlərimizin qəhramanlığını real kadrlar əsasında nümayiş etdirmək və şəhidlərimizin xatirəsini əbədiyyən yaşatmaq məqsədini daşıyır. Xatırladaq ki, sənədli filmdə istifadə olunan videomateriallar 1-ci taborun əsgərlərinin döyüş əsnasında çəkdikləri kadrlardır, məhz bu səbəbdən filmdə tam olaraq real döyüş şəraiti əks olunur. Bundan əlavə, filmdə şavaşın dəqiq təsvirini, eləcə də əməliyyatın ab-havasını taborun qazi komutanı Elçin Allahverdiyevin dilindən də eşidilir. “Qaraxanbəyli döyüşü” adlı sənədli filminin təqdimat mərasimində iştirak edən şəhid anaları; əfsanəvi generalımız Polad Həşimovun anası Səmayyə Həşimova, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, kəşfiyyatçı leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, şəhid ailə üzvüləri, elm xadimləri, döyüşçü qazilər, bir sıra media nümayəndələri filmə baxaraq çox təsirləndilər və hələlik bu səpkidə yeganə olan filimin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdilər.