Etiket arxivi: FOTO

Meyxoş Abdullah – Mininci erməni qadını…   

MEYXOŞ ABDULLAHIN YAZILARI

                                      Mininci erməni qadını…   

                                      (hekayə)        

         … Gecənin qaranlığında, boynumun ardına dəyən avtomat qundağının zərbəsindən səndələyib, ağzıüstə yerə yıxılanda ölümün, artıq, bir addımlığında olduğunu zənn edərək taleyimə acıdım. – Demək mənimki bura qədərmiş! – düşündüm. Bəlkə, yenə də nə haqdasa fikirləşəcəkdim, ancaq böyürümə dəyən təpik zərbələrindən içim elə silkələndi ki, sancıdan az qala nəfəsim kəsiləcəkdi. Əllərimlə sifətimi qapatmışdım ki, vurulan zərbələr baş-gözümə dəyib, dağıtmasın.

             Əsir düşdüyümü yəqin bildiyimdən, içimi qorxu hissi bürüdü. Elə bu an acılacaq atəşin səsini eşitmək xofu altında, ötəri də olsa gözucu ətrafa nəzər saldım. Burnumun lap ucunda ağappaq, qarın üzərində qaralan bircüt əsgər çəkmələri gözümə dəydi. Uzandığım yerdəcə üzüyuxarı dartınıb, başımın üstündə duran adamın sifətini görməyə çalışdım.

            Qar işığında boz-bulanıq şəkildə əlində avtomat tutmuş əsgəri görəndə, tam yəqin etdim ki, artıq, mənim işim bitmişdir. Qorxmağın xeyiri yox idi, onsuz da güllələyəcəkdilər, – fikirləşdim.

            Başımın üstündə dayanan əsgər, əvvəl ermənicə, sonra da ləng tərpəndiyimi görüb, rusca: – “Qalx ayağa!” – əmri verdi.

            Yerə dirsəklənib zorla da olsa ayağa qalxdım. Boynumun ardındakı küt ağrıdan başqa, bədənimin heç bir yerində əyir-əskik yox idi. Bayaq böyürümə dəyən təpik zərbələrinin ağrısı da, ötüb keçmişdi.

            Qarşısında dayandığım düşmən əsgərinin acıqlı sifəti, ay işığında apaydınca görünürdü. Əsgər mənim ayağa qalxdığımı görüb, bir-iki addım geri çəkildi və avtomatının lüləsini üzümə tuşlayaraq: – “Əllərini boynunun ardına qoy!..” – deyə bağırdı.

             Əllərimi boynumun ardında daraqladım. O, tək idi. Ətrafda da səs-səmir eşidilmirdi. Necə oldu ki, mən əsir düşdüm? Yəqin, bu erməni əsgəri kəşfiyyatçıdır? – düşündüm. Çünki  kəşfiyyatçıların işi günlərlə künc-bucaqda dayanıb, hörümçək kimi səssiz-səmirsiz, öz “ovunu” gözləməkdir.

            Əslinə qalsa, mən də kəşfiyyata göndərilmişdim. Ancaq görünür sayıqsızlığım başıma bu oyunu açdı. – İndi nə edim? – düşündüm. Əgər bu oğlan təkdirsə məni əsir alıb aparmaq, ona o qədər də asan başa gəlməyəcəkdi. Çünki yanımda o çox cılız görünürdü. Bir dəqiqənin içində onu şil-küt eləmək mənim üçün çətin olmayacaqdı. Üç illik cəbhə həyatı məni çox zülmlərlə qarşı-qarşıya qoymuşdu. Bir neçə dəfə ağır yaralansam da, kəfəni cırıb çıxmışdım.

            Ətrafa gözucu nəzər saldım, hər tərəf sakitlik idi. Əgər bu cavan oğlanın ağlından məni güllələmək keçirdisə, yəqin ki,  elə indilərdə avtomatın tətiyini çəkib, sinəmı dəlmədeşik edəcəkdir, – deyə düşündüm. Yox, məqsədi əsir aparmaqdısa, onda öz məharətimi ona göstərməliydim.

            Dəqiqələr uzandıqca fikrimi bir yerə toplaya bilmirdim. Avtomat silahım da çoxdan erməni əsgərinin çiynindən asılmışdı. Ondan başqa üstümdə əlavə bir şey yox idi. – Eybi yoxdur, çəmləyib yalın əllə onun nəfəsini kəsərəm! – deyə öz-özümə təskinlik verdim.

            Oğrun-oğrun ətrafa nəzər salmağım, əsgəri bir azca şübhələndirdi. O, mənim qaşacağımı, yaxud da, ona hücum edəcəyimi zənn etdiyindən, avtomatının lüləsini göyə tuşlayıb tətiyi çəkdi.           Meşənin sakitliyi bir anın içindəcə pozuldu. Açılan güllələr başımızın üstünü  çətirləmiş ağacların budaqlarını biçib, qarın üstünə tökdü. Onun niyə belə etdiyini başa düşməkdə çətinlik çəksəm də, hiss etdim ki, “dostum” qorxur.

          Üstündən beşcə dəqiqə keçməmiş, yaxınlıqdan ağız-ağıza verib ulaşan atəş səsləri meşəyə qorxunc bir vahimə saldı. Hiss etdim ki, əsgər tək deyildir. Bayaq ürəyimdən keçirtdiyim xilas olmaq istəyim bir anın içindəcə silinib getdi. Elə bu an yaxınlıqdan qarma-qarışıq səslər eşidilməyə başladı. Düşmənlər idi, yaxınlıqdakı dərədən qalxırdılar. İndi anladım ki, bu sısqa erməni əsgərinin boynumun kökünə avtomat qundağını zollayıb, məni yerə yıxmasına cəsarət verən nə imiş?

            Dörd nəfər idilər, məni dövrəyə aldılar. İçərilərindən uzundurazının biri lap burnumun ucunda  dayanmışdı. Qəhrəmanlıq göstərməkdən söhbət gedə bilməzdi. Sakitcə dayanıb ölümümü gözləməkdən başqa əlimdən bir iş gəlmirdi. Onlar isə mənı öldürməyə tələsmirdilər. Yəqin ki, öldürməyəcəkdilər də…

            Qarşıda dayanan erməni əsgəri rusca ana söyüşü söyərək, dirsəyi ilə ağzımın üstünə ilişdirdi. Zərbə güclü olsa da, birtəhər duruş gətirib yıxılmadım. Burnumdan axan isti qan, çənəmdən üzüaşağı süzülərək, don vurmuş qarın üzərinə damcılayırdı. Onlar dartıb əyinimdən pambıq gödəkçəmi çıxartdılar. Sonra da ayağımdakı çəkmələri tələb etdilər. Ayaqyalın, başaçıq soyuq qarın üzərində qalanda hiss etdim ki, bundan sonra müsibətlı günlərim başlayır.

         Kiçik bir kəndə çatıb, mal tövləsinə salınınca, cəhənnəmin nə olduğunu yəqin ki, məndən yaxşı dərk edən olmazdı. Soyuqdan ayaqlarım şişib tuluğa dönmüşdü. Mənə elə gəlirdi ki, ayaqlarım hansısa  iti bir alətə toxunan kimi  qan fışqıracaqdır. Bədənim donmaq üzrə idi.

            Onlar məni mal tövləsinə salanda, qollarımı arxadan möhkəm-möhkəm bağladılar. Yaxşı ki, tövlədə iki baş inək, bir baş da balaca buzov vardı. Qapı qıfıllananda bildim ki, gecəni bu dördayaqlı “dostlarımla” birilikdə keçirməli olacağam. Hər halda bunlarla “dil tapmaq” düşmənlərlə dil tapmaqdan çətin olmayacaqdı mənə, – düşündüm.

            İçəri girən anda tövlənin ilıq, bir az da nəmqarışıq qoxulu havası canıma yayıldı. Bədənim sızıldamağa başladı, illahkı ayaqlarım. Ayaqlarımın ətini, elə bil sümükdən maqqaşla qoparıb ayırırdılar. Ayaqüstə zorla dayanırdım. Əslində, tövlənin divarına söykənib durmasaydım, çoxdan yıxılıb baş-gözümü əzəcəkdim. Uzun müddət belə də qalmaq olmazdı, çünki taqətim kəsilməkdəydi.

            Yavaş-yavaş dizə çöküb tövlənin küncünə uzandım. Üzüm nəm və çirkab döşəməyə söykəndiyi üçün burnumu mal peyininin kəsif qoxusu qıcıqlandırdı. Gözlərim isə möhkəmcə göynəyirdi. Bədənim get-gedə istiləşdikcə ayaqlarımdakı sızıltı da çoxalırdı. Ayaqlarımı uzadıb, təzə mal peyininin altına soxdum, sızıltı bir azca kəsilən kimi oldu. Səhərə qədər o böyür, bu böyürü üstə aşaraq, ölümlə çənə-boğazda oldum. Gözümə bircə anlıq da olsun yuxu getmirdi. Saat neçə idi bilmirəm, tövlənin qapısı açıldı. Dünən məni buraya gətirən əsgərlərdən biri tövləyə girib, əvvəlcə məni o ki var təpiklədi. Yəqin sağ olub, olmamağımı yoxlamaq istəyirdi. Azacıq boyunumu döndərib başımı yuxarı qovzamağımdan, salamat olduğumu görən əsgər, qolumdan yapışaraq dartıb məni ayağa qaldırdı. Sonra itələyə-itələyə tövlədən çıxartdı. Eşiyə çıxan kimi, günəşin qarın üzərinə düşən parlaq şüası gözlərimi qamaşdırdı. Bir müddət heç nəyi görmədim. Arxadan, əsgərin məni dürtmələyərək, irəli getməyimi tələb etməsi olmasaydı, yəqin ki, əlimi qaşlarımın üstünə qoyub, gic toyuq kimi bir yerdə hələ xeyli fırlanacaqdım.

            Gecə ayazlı-şaxtalı olduğundan, hava çox soyuq idi. Soyuqluğu parlayan günəşin al şəfəqləri də qızdıra bilmirdi.

           Əsgər məni qabağına qatıb irəli getməyimi əmr etdi. Buz bağlamış qar cığırı yalın ayaqlarımı bıçaq kimi doğrayırdı. Qəfildən köz üstünə çıxmış adamlar kimi ufuldaya-ufuldaya yeriyirdim.

            Kənd balaca idi. Evlər bir-birindən o qədər aralı tikilmişdi ki, ağ kağızın üzərinə səpələnmiş qara günəbaxan toxumuna bənzəyirdilər.

            Üstündə düşmən bayrağı asılmış kiçik bir binanın qabağına çatıb dayandıq. Əsgərin içəri girib çıxması bir an oldu. O, qolumdan yapışıb məni otağa apardı.

            Bayırdan gəldiyim üçün otağa girən kimi canıma xoş bir istilik yayıldı. Otağın bir küncünə odun peçi qoyulmuşdu. Peçin alt və böyür tərəfində təzəcə mişarlanıb, doğranmış yaş odun qalaqlanmışdı. Bir az aralıda pəncərənin qırağına qoyulmuş stolun arxasında, əyinində hərbi paltar olan bir erməni zabiti oturmuşdu. Geyimindən adi hərbiçilərə bənzəmirdi.     Əyinindəki matros köynəyi, yaxasız kiteli və dimdiksiz əyri papağı, onun xüsusu təlim görmüş əsgərlər bölməsinə aid olduğunu göstərirdi. Bizdə belələrinə “desant” və yaxud da “adamyeyənlər” deyirdilər.

            Məni erməni zabiti ilə üzbəüz oturtdular. Zabit oturduğu yerdəcə başını aşağı salaraq, nə iləsə qurdalanırdı. Hiss etmək olurdu ki, onun əlində oynatdığı tapançasıdır. Zənnim məni aldatmamışdı, bir azdan o, əlindəki tapançanı stolun üstünə qoyub, başını qaldırdı və düz gözlərimin içinə baxdı.

            Mən onun sifətini görəndə diksindim. Bu, qarayanız erməni zabitinin suyu mənə o qədər şirin gəldi ki… Qonur gözləri, qalın, qara qaşları bir azca kobud sifəti və bu kobud sifətə yaraşan enli burunu eynən oğlum Kərəmi xatırlatdı mənə. İllah ki, burununun sol tərəfindəki xırdaca ət xalı… Onlar bir-birlərinə nə qədər oxşayırdılar. Ayrı-ayrı adamların bir-birlərinə bənzədiklərinin  çox şahidi olmuşdum. Amma ağlıma gətirməzdim ki, düşmən olan iki millətin nümayəndəsi də bu qədər oxşar olsunlar.

            Zabit məni sorğu-suala tutaraq, hansı hissədə döyüşdüyümü, mövqeylərimizdəki canlı və texniki qüvvələrin sayını öyrənmək istəyirdi. Əlbəttə ki, ona cavab verirdim, cavab verməmək mümkün deyildi. Amma istər əsgəri qüvvənin, istərsə də texnikanın sayını həddən artıq şişirdərək sayca çox deyirdim. Postumuzda iyirmi əsgər olduğu halda, mən onların sayını artıraraq, qırx nəfər olduğunu bildirirdim. Əlimizdə olan silahların sayını da ikiqat artırırdım.

            Zabitin dodaqaltı gülümsəməsindən və birdən-birə qəzəblənərək, ayağa qalxıb tapançasının dəstəyi ilə başıma vurmasından anladım ki, bizim mövqeylər barədə onun dəqiq məlumatı vardır.

       Qərərgahdan çıxanda mənə dabanları əzik və burnu qopub sıradan çıxmış, bir cüt əsgər çəkmələri verdilər. Bunlar azacıq da olsa, yalın ayaqlarımı buzdan, şaxtadan qoruyurdu.

            Günorta vaxtı mənə iki ədəd kartof soyutması, bir əlcə boyat çörək və bir stəkan da soyuq su verdilər. Dünəndən ac olduğum üçün verilən ərzaqları acgözlülüklə yedim. Yemək qarnımın bir küncündə ilişib qaldı. Nə etməli, bunlara da şükür, – dedim.

              Günbatanacan mənə odun doğratdırdılar, əllərimin  içi suluq bağlamışdı. Taqətsizlikdən ayaq üstə zorla dayanırdım. Axşam yenə də məni həmin mal tövləsinə saldılar. Acımdan qarnım curuldayırdı. Tövlədə də nə vardı ki, inəkləri diri-diri yeməyəcəkdim ha… Eləcə, nəm tutmayan bir yerdə oturub fikrə dalmışdım. Fikirləşirdim ki, indi əsgər yoldaşlarım məni ölmüş bilirlər. Yəqin evimə də xəbər vermiş olardılar. Arvad-uşağımın halını gözlərimin önünə gətirəndə kövrəldim. Ha, fikir, xəyalla başımı qatmağa çalışsam da, gündüz gördüyüm o erməni zabitini bir an da olsun yaddaşımdan silə bilmirdim. – Onu harada görmüşəm? – düşünürdüm. Bu adam mənə çox tanış gəlirdi.

            Tövlənin içində azacıq mürgqləmişdim ki, aclıq çanıma ləlöyün qurd kimi daraşdı. Mədəm elə sancırdı ki, əlimə daşdan yumuşaq nə keçsəydi yeməyə hazır idim, təki aclığım ötüb keçəydi.

         Get-gedə vəziyyətim ağırlaşırdı. Tövlənin içində ora-bura sürünürdüm. Aclıq mənə o qədər təsir etmişdi ki, axtarırdım, əlimə heyvanların təzə peyinindən-zaddan bir şey keçsin, onu da basım yeyim.

            Bu  vaxt qəribə bir hadisə baş verdi. Tövlənin küncündə bağlanmış buzov dartınıb, ipdən açıldı və o, anasının altına cumub əmməyə başladı. Tövlənin pəncərəsindən düşən ay işığında, buzovun ağzının kənarlarında, getdikcə qabarıb köpüklənən ag südü görəndə acımdan udqundum. Bu mənim üçün gözlənilməz idi. Birtəhər dikəlib dizin-dizin süründüm. İnəyə çatıb, iri, uzun məməsinin birini ağzıma saldım və acgözlülüklə əmməyə başladım.

             Süd ılıq və dadlıydı. Xoşbəxtlikdən inək çox fağır heyvandı, yerindən tərpənməyərək aradabir mənə baxıb mələyirdi. Dana ilə birlikdə şirin süddən doyunca içdik. Qarınqululuq edib qarnımı çiy süd ilə o ki var doldurmuşdum. Ürəyimin bulanmasından bunu hiss edirdim.

            Çəkilib yenə də tövlənin küncünə öz yerimə gəldim və kürəyimi divara söykəyib mürgüləməyə başladım.

            Səhərə yaxın qarnımın gurultusuna ayıldım. Çiy süd ola, nəm tövlə, elə bil, qarnımda bir bölük əsgər təbil çalırdı, aləm dəymişdi bir-birinə. Bir yandan qarnımın ağrısı, bir yandan da ürəyimin aramsız olaraq bulanması, məni haldan çıxarmışdı.

           Səhəri dirigözlü açdım. Yaxşı ki, içdiyim çiy süd başıma əlavə oyunlar açmadı. Səhər açılandan sonra məni yenə də tövlədən çıxarıb apardılar. Axşamacan bu balaca kəndin bütün evlərinin həyətində eşşək kimi işlədim. Odun yarırdım, qar təmizləyirdim, tövlə kürüyürdüm, su daşıyırdım. Xülasə, kəndin nə ağır işi vardısa, mənə gördürürdülər.

             Başımın üstündə də, ev yiyəsindən başqa əlisilahlı bir əsgər dayanırdı. İş görməyə başlayanda əllərimdəki qandalları açıb, ayaqlarıma uzun zəncir vururdılar ki, qaçıb eləməyim. Bu zəncirlərlə hərəkət etmək asan olsa da, uzağa getmək mümkün deyildi. Hər halda məqam gözləyirdim, düşünürdüm kİ, fürsət tapan kimi aradan çıxacağam.

            Günorta vaxtları acından ölməyim deyə, mənə bir az  supdan-zaddan verərdilər. Səhərdən axşama kimi dayanmadan işləyən adama, bu yaxantıya bənzər bulanıq kələm supu nə edəcəkdi ki?.. İşləyərkən gözlərim ev yiyəsinin əlində olardı. Düşünürdüm ki, bəlkə, insafa gəlib mənə bir qırıq çörək verdilər.

            Axşamüstü məni yenə də həmin qərərgaha gətirdilər, o cavan erməni zabitinin yanına. Bu dəfə o, çox acıqlı görünürdü. Danışığından hiss edirdim ki, bərk əsəbləşibdir. Söhbət zamanı aydın oldu ki, keçən axşam bizimkilər onların bir əsgərini gəbərdiblər. Peçin ətrafında bir neçə adam da oturmuşdu. Onlar başlarını aşağı salıb öz dillərində nə isə danışırdılar. Məni görən kimi söhbətlərini yarımçıq kəsib, başlarını qaldırdılar. Sir-sifətlərindən acıqlı olduqları hiss olunurdu. Elə bu vaxt onlardan ən yekəpəri ayağa qalxıb, altındakı stulu mənə tərəf tolazladı. Başımı yana çəkməsəydim, atılan stul başıma dəyib dağıdacaqdı. Atdığı stulun yan keçdiyini görən həmin erməni, üstümə yeridi və mənə çatıb yumruqlarını işə saldı. Əli bağlı əsir ola, quduz düşmən ola, yumruqlar sir-sifətimə dəydikcə, beyinim sirkələnirdi. Sonra o, təpiklə qarnıma, böyürlərimə vurmağa başladı.

            Zabit, səhv eləmirəmsə, onu Vova deyə cağırırdılar, – irəli yeriyib məni onun əlindən zorla aldı. Yekəpər arxaya baxa-baxa elə fısıldayırdı ki, elə bil dədəsini mən öz əllərimlə güllələmişdim.

            Ağız-burnumdan qan axırdı. Döşəmənin üzərinə çilənmiş qan, burada sanki yekə bir heyvanın kəsildiyindən xəbər verirdi. Bir neçə günün içində onsuz da xeyli zəifləyib əldən düşmüşdüm. Bir yandan da aramsız olaraq döyülməyim, lap axırıma çıxmışdı. Beləcə davam etsəydi, yəqin ki, tezliklə nəfəsim kəsiləcəkdi.

            Bir azdan onlar otağı tərk edib getdilər. Onlar gedəndən sonra, Vova deyilən zabit məni stulda oturtdu və pəncərənin şüşəsini taqqıldadaraq, həyətdəki əsgərlərdən birini otağa cağırdı.       Əsgər içəri girəndə, zabit ona əmr etdi ki, otağa su və ləyən gətirsin. Əl-üzümün qanını yudum.

            Soyuq su zədələnmiş sir-sifətimə dəydikcə, ətim ürpəşirdi. Zabit yenə də məni sorğu-suala tutdu. Cəbhəyə könüllü gəlmiş bir əsgər idim. Əslində o da, gözəl bilirdi ki, mənim çox şeydən xəbərim yoxdur. Diqqətlə onun üzünə baxırdım. Gözlərimiz bir nöqtədə toqquşanda, qəribə də olsa, elə bil, erməni zabiti utanıb gözlərini gözlərimdən qaçırtdı. Bilmirəm, bəlkə də, bu mənə elə gəlirdi. Arada da: – “Nə işdir, tanış gəlirəm sənə?!”-  deyə soruşurdu.

            İçimdən gələn hansısa bir hiss məni ürəkləndirdi:

            – Hə, deyəsən səni haradasa görmüşəm, amma xatırlaya bilmirəm, – dedim.

            O, gülümsəyərək, başını buladı:

            – Harada görə bilərsən? – soruşdu – Bəlkə, yuxunda görmüsən?!

            Hiss etdim ki, zabit məni dolayır.

            Mən də söz altında qalmadım:          

            – Hə, düz deyirsən, ola bilsin ki, səni yuxumda görmüşəm, – dedim.

            Sonra zabit soruşdu:

            – Neçə yaşın var?

            – Qirx! – deyə cavab verdim.

            Zabit yerindəcə qurcalandı.

            – Mənimsə iyirmibeş. – Görürsən? – dedi. – Yaşıd da deyilik ki, deyək, nə vaxtsa bir yerdə bazlığa-zada getmişik.

            Onun bu atmacasına qarşı mən tam ciddi şəkildə:

            –  Sən mənim oğluma çox oxşayırsan, – dedim. – Elə bil tən yarıdan bölünmüş almasınız. Görsən, bunu özündə təsdiq edərsən. Amma o, səndən iki yaş kiçik olar, indi institutda oxuyur, – dedim.

             Zabit əlini əlinə vurub qəh-qəhə çəkdi. Sonra nə fikirləşdisə, birdən-birə ciddiləşib dedi:

            –  Deyəsən, döyülməkdən ağlını itirmisən, ha?.. İndi təpənə bir güllə vuraram, ağlın gələr yerinə. Məni aparıb hər qor-qoduğa tay tutmağına bax bunun.

           O möhkəmcə əsəbləşmişdi. Gözləyirdim ki, elə bu dəqiqə yumuruqlarını işə salıb ağız-burnumun qanını axıdacaqdır. Amma nədənsə, o, sakitcə dayanıb üzümə baxırdı.

            Bir azdan əsgərlərdən biri gəlib məni bayıra çıxartdı. Hava qaralmışdı. Qar yağmasa da eşikdə  bərk şaxta vardı. Yenidən məni gətirib ac-susuz həmin tövləyə saldılar. Tövləyə girən kimi gözlərimə işıq gəldi, çünki inəklər durada idilər. Bir-iki həftəni də beləcə başa vurdum.           Gündüzlər dəvə kimi işləsəm də, gecənin düşməsini səbirsizliklə gözləyirdim. Gözləyirdim ki, tövləyə gedəcəyəm və şipşirin ilıq süddən doyunca içəcəyəm. İnək südü içməkdən sinəm də açılmışdı. Qarnım da, çiy südə  öyrəşdiyinə  görə daha gurultu salmırdı.

            Vova deyilən erməni zabiti də bu kənddən idi. Varvara adlı anasıyla kəndin kənarındakı birmərtəbəli evdə olurdular. Bir neçə dəfə onların həyətində odun da doğramışdım.

            Varvara həyətlərində işlədiyim erməni qadınlarına nisbətən, mənə qarşı qəddar deyildi. Hətta, günorta vaxtları üstümüzdə dayanan nəzarətçi əsgərin etirazlarına baxmayaraq, mənə isti yeməklər də verirdi. Mən onların həyətində işlədiyim vaxtlar, o qadın da, toxunma  qalın yun şalını çiyinlərinə atıb, eyvandan oğrun-oğrun mənə baxardı. 

            Arada gözucu ona nəzər salardım. Belə vaxtlarda Varvara mənə göz vurub qımışardı. O, mənimlə həmyaşıd olardı. Onun mənə isti münasibət göstərməsi aramızı xeyli açmışdı. Nəzarətçi əsgər bir yerə gedəndə Varvara ilə söhbət də edirdik. Hiss edirdim ki, bu erməni qadını əməllibaşlı mənə vurulubdur. Hətta o, bir dəfə əsgərə bolluca araq verib, kefləndirdi və onu evə salıb yatırtdı. Sonra mənim qolumdan tutub həyətdəki balaca ərzaq anbarına apardı…

             O gündən sonra onunla dostlaşdıq. Hiss edirdim ki, məni oğluna da tapşırıbdır, daha əvvəlki kimi məni incitmirdilər.

            Başqa həyətlərdə işləməyə aparılanda Varvaradan uzaq düşürdüm. Amma bu çox çəkmirdi, bir də gördün günortadan sonra harda olsam məni tapıb onların həyətlərinə aparardılar. Bilirdim ki, bu onun işidir… Əvvəllər xırda-para işlər görsəm də, sonradan o fikirləşib mənimçün yaxşıca bir iş tapdı. Evin günbatan tərəfindən nə isə bir şey artırmalıydım. Bu iş də, bir-iki həftədən tez başa gəlməzdi.

            Bir dəfə söhbət zamanı onun oğlununun mənim oğluma çox oxşadığını bildirdim. O, cavabında gülə-gülə dedi:

            –  Mamedcan, məssəb haqqı, əgər bir dəfə də olsun siz tərəflərdə olsaydım, deyərdim ki, Vova, doğurdan da sənin oğlundur. Amma mən heç vaxt o tərəflərdə olmamışam. Əslinə baxsan, – deyə Varvara, əlini əlinə vurub bərkdən güldü, – mənim heç yerli-dibli ərim də olmayıbdır, axı.

            Doğrusu, onun bu sözlərindən bir şey anlamadığıma görə,  çiyinlərimi çəkərək təəccüblə onun üzünə baxdım.

            – Hə, Mamedcan, düzünü deyirəm, mən heç vaxt ərdə olmamışam. Biz mehmanxanalarda günümüzü keçirən  həyat qadınları idik, hər gün bir kişinin qoynunda yatırdıq.

            – Bəs onda, Vovanın atası kimdir? – soruşdum.

            – Eh, mən nə bilim, canım. Allah bilir o kimin oğludur.

            Məni heyrət bürüdü:

            – Siz nə danışırsınız, – dedim, – ola bilməz ki, siz onun atasını tanımayasınız?.

            – Deyirsən yəni, kişiləri qarışıq salmışam? – deyə o, güldü. – Yox, canım, mən doğru deyirəm, Vovanın kimin oğlu olduğunu, doğurdan da, bilmirəm. Məsələ tamam başqa cürdür…

            Mənə elə gəldi ki, Varvara məni dolayır, ona görə də daha bir söz deməyib, işimlə məşğul olmağa başladım.

            Varvara mənim incidiyimi görüb:

            –  Eh… Mamedcan niyə inciyirsən, mən ki, həqiqəti söyləyirəm. Doğurdan da, Vovanın atasının üzünü bircə dəfə də olsun görməmişəm. Vova süni mayalanmayla əmələ gələn uşaqdır…         O vaxt bizi mehmanxanalardan, şəhərin künc-bucaqlarından yığıb-yığışdırdılar. Yüzə yaxın fahişə qızlardıq. Gecəykən bizi elə yerə gətirdilər ki, oranı birinci dəfəydi ki, görürdük. Qaldığımız yer xəstəxanaya daha çox oxşayırdı. Burada çoxlu sayda palata vardı. Bizi beş-beş olaraq palatalara yerləşdirdilər. Hamımız da, say-seçmə cavan, harın qızlar idik. Bir aya yaxın ciddi rejmdə tibbi-müayinədən keçdik. Barmaqlarımızın ucundan, ta başımızın tükünə kimi yoxlayırdılar. Gündə iki dəfə həkim müayinəsində olurduq. Yaxşı qulluğumuz tutulduğundan yeyib, yamanca qızışmışdıq. Ürəyimiz nə istəyirdi onu da verirdilər, bircə kişidən başqa. Kişi üzünə həsrət qalmışdıq. Zarafata salıb, qızlardan biri arada deyirdi: – “ Bəlkə, bu verdiklərinizi qotur və axsaq bir kişiylə əvəz edəsiniz. Bu daha yaxşı olmazmı?”

             Bir aydan sonra xaricdən gəlmiş həkimlər süni yolla bizi mayalandırdılar. Əvvəlcə, heç nə başa düşmədik. Sonradan hər şey bizə aydın oldu. Sən demə, hardansa gətirilmiş kişi toxumlarıyla bizi mayalayıb, uşaq doğuzduracaqlarmışlar. Belə olanda qızlar yenə də dillərini dinc saxlamadılar: – “Görəsən kişilərə nə azar dəyib ki, onların işini bu vecsiz dəmir-dümürlər görürlər? Yoxsa onların kökü yerli-dibli kəsilibdir, xəbərimiz yoxdur?..”

            Süni yolla mayalandıqdan sonra, bizə çox ciddi nəzarət olunurdu. Demək olar ki, hər birimizə ayrıca tibb bacısı qulluq edirdi. Bir aydan sonra həmin həkimlər yenidən peyda oldular. Bu dəfə işin nəticəsiylə maraqlanırdılar. Bir neçə qızı çıxmaq şərtiylə iş yaxşı alınmışdı, deyəsən.

            Qəribə də olsa, mənim bəxtim yaman gətirmişdi. Bu işə nə vaxtdan başlamışdılar deyə bilmərəm, amma mən bu palatada süni yolla mayalanan mininci qadın olmuşdum. Ona görə də, mənə bahalı bir brliyant üzük hədiyyə etdilər. Təsəvvür edirsən, mənim bəxtim necə də gətirmişdi.

            Vədə tamam olandan sonra, hərəmiz bir uşaq dünyaya gətirdik. Doğulanların çoxu oğlan uşağı idi. Mən də sən gördüyün Vovanı doğdum. Uşaqları həkimlərin nəzarəti altında özümüz əmizdirirdik. Gündə üç dəfə körpələri bizə verirdilər. – Bir düşünürsən, Mamedcan, mən ana olmuşdum uşaq doğmuşdum. Bu bir möcüzə idi. Lap gülməli vəziyyət yaranmışdı, təsəvvür edirsən, uşağı döşlərimə salanda yaman qıdığım tutardı, gülməkdən özümü zorla saxlayırdım. Uşaq isə  zəli kimi sinəmə elə yapışırdı ki, onu canımdan qoparmağa qıymırdım. Ana olmaq gözəlmiş…

          Vova qarayanız və şirin uşaq idi. Onu elə ilk gündən sevdim. Arada da, öz-özümə fikirləşırdim, düşünürdüm ki, ilahi, görəsən bu uşağın atası kimdir, hansı millətdəndir? Qızlar arasında söz gəzirdi ki, guya bu kişi toxumlarını Afrika ölkələrindən gətirirlər, oranın adamları dözümlü olurlar, – deyirdilər. Amma balaca Vovkam heç də zənciyə oxşamırdı, o şipşirin bir bala idi.

            Uşaqlar bir yaşına qədər bizimlə qaldı. Sonradan onları ayırıb apardılar. Fikirləşdik ki, bəlkə bizi də buraxarlar, çıxıb gedərik işimizin dalısınca, lənətə gəlsin belə həyatı. Amma buraxmadılar, bir müddət keçəndən sonra, yenidən bizi həmin işə təhrik etdilər. Bax, mən Vovadan sonra iki oğlan da doğdum. Axırıncı uşağımı mənə göstərəndə, doğurdan da, az qaldım ki, dəli olum, o, qap-qara zənci balası idi. Qalın dodaqları, enli burnu, başının tükləri sıx bitmiş kol-kosa bənzəyən, kömür kimi qara olan bu uşağı qoynuma alanda, ətim ürpəşirdi. Amma nə edim, onu mən doğmuşdum, həm də bizi məcbur edirdilər ki, uşaqlara yaxşı baxaq. Bilirsən, bizi təəccübləndirən nə idi?! – deyə Varvara, qaşlarını çəkərək, söyləndi: – Biz doğduğumuz uşaqları nə vaxtsa başlayacaq müharıbəyə hazırlayırdılar..

            Varvara danışdıqca içimdə qeyri-adi nəyinsə baş verdiyini hiss edirdim Elə bil, beynimi bürümüş duman selinin içində uzaqdan da olsa, közərən bir işıq gəlirdi xəyalıma. Neçə illər bundan qabaq həyatımda baş vermiş o hadisə düşürdü yadıma. Fikirləşirdim, doğurdanmı Vova mənim oğlumdur?!..

                                                                             ***

            … Onda mən Bədəntərbiyyəsi institutunun axırıncı kursunda oxuyurdum. Uca boylu yaraşıqlı bir cavan idim. Bir dəfə təsadüfən yolum şəhərin kənar məhəllələrindən birinə düşmüşdü. Günorta vaxtı olduğundan yaxınlıqdakı kafeyə girib bir az qəlyanaltı etmək istədim.             Xidmətçi, sarısaç, yaraşıqlı, gənc  bir erməni qızı idi. Otağa daxil olan kimi o, diqqətlə məni süzdü. Sonra nə yeyəcəyimlə maraqlandı. Onun bu xoş nəvazişindən bir şey anlamadım. Əslində, bar və kafelərdə işləyən qadınların hamısı beləcə xoşqılıqlı olurlar.

            Mən bir pors sosiskanı yeyib, üstündən də bir şüşə pivə içib  getməyə hazırlaşırdım ki, həmin qadın mənim qoluma girib, yan otağa çəkdi və əllərini çiyinlərimə qoyaraq: – “Səndən yaman xoşum gəlir, axşam tərəfi vaxtın olsa, bir bu tərəfə baş çəkərsən. Səninlə bir saatlığa da olsa dünyanın dərd-qəmini unutmaq istəyirəm” – dedi. Və bayaq ona verdiyim yeməyin pulunu da ehmalca köynəyimin döş cibinə salıb, gülə-gülə: – “Xoşuma gəlsən axşamkı hesabından siləcəyəm!” – dedi.

            Cavan idim, qadının bu  nəvazişi sözsüz ki, mənə təsir etməyə bilməzdi. Axşamüstü mən həmin kafeyə gəldim. Qadın məni gözləyirdi. İçəri girən kimi yaxınlaşıb mehribanlıq göstərdi və mənə bir parç pivə gətirdi, sonra yemək tədarükü etdi. Hava qaralanda isə, kafeni bağlayıb, məni yan otağa apardı. Bir neçə dəfə onunla yaşadım… Axırıncı dəfə isə, o mənimlə “fransızsayağı” intim münasibətdə oldu və əlindəki xırda selefon paketi mənə göstərib dedi: – “Əzizim, unutma ki, bu sənin oğlundur… Biz səni həmişə xatırlayacayıq!..” – deyib, mənə bir göz də vurdu.

             Onun bu hərəkətindən heç nə anlamadım, sadəcə olaraq, bunu bir fahişə qadının şıltaqlığı kimi qəbul etdim.           

            Sonradan bir də o tərəflərə ayaq basmadım. Amma idmançı dostlarımın söhbətlərindən hiss edirdim ki, onlar da bir neçə dəfə həmin sarışın qadının qonağı olublar…

                                                                  ***

             O vaxtdan artıq iyirmi beş il ötmüşdü… Mən indi başa düşdüm ki, iyirmi beş il bundan qabaq, o, sarışın erməni qızının cüssəli gənclər sevdasına düşməsinin səbəbi nə imiş?..

           Varvaradan soruşdum ki, bəs, o biri uşaqlarının taleyi necə oldu, onlar da bu kənddədirlərmi?!

             O bildirdi kı, arada uşaqlarımla görüşürdüm, lap elə o zənci balamla da… – Əlbəttə ki, baş verənləri başqalarından gizlin saxlayırdılar, bu sirri ancaq özümüz bilirdik. – deyə qadın danışırdı.

             Keçən il qara zənci balamı sizinkilər döyüş zamanı vurub öldürdülər. Hətta, meyidini də vermədilər. Sizin tərəf onun xaricdən muzdla alınmış bir döyüşçü olduğunu iddia edirdilər. Yox, o öldürülən  zənci mənim qara balam Nikos idi.  Gözləri qıyıq, boyu balaca bir oğlan uşağı da doğmuşdum. Onun taleyindən xəbərsizəm.

            Vova isə mənim kimi, o da atası haqqında  heç nə bilmir. Bircə, onu demişəm ki, atası çoxdan ölübdür.

            Varvaranın danışdıqları mənim üçün bir yuxu kimi gəlirdi. Mən hər şeyi indi-indi anlayırdım və tam əmin idim ki, Vova mənim oğlumdur.      

         Varvaraya özüm barədə heç nə demədim. İndiyə qədər də fikirləşirəm ki, niyə mən ona bəzi şeyləri anlatmadım… Amma qarlı-şaxtalı bir fevral gecəsi, o, əsirlikdən qaçmağıma kömək edəndə başını sinəmə qoyub:

            – Mamedcan, Vova sənə yaman çox oxşayır. Bəlkə… O, sözünün ardını  deməyib, sadəcə olaraq gülümsədi.

            Varvaradan  ayrılanda:

       – Çalış Vovanı da götürüb buralardan uzaqlaşıb gedəsiniz. Bu müharibə sizlik deyil, – dedim.

            O, dediklərimi təsdiqləyəırək:

       –  Hə, mən də belə düşünürəm!.. – dedi.

            Mən özümüzünkülər tərəfə keçdim.

      … Bu hadisənin üstündən neçə illər keçməsinə baxmayaraq, bir fikir məni yaman narahat edir. Bu sualın cavamını indi də tapa bilmirəm… Biz kimlərlə vuruşuruq?!..

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlu adına elektron kitabxana

Mustafa Müseyiboğlu adına elektron kitabxana

ƏSAS ELEKTRON KİTABXANALAR:

AZƏRBAYCAN MİLLİ KİTABXANASI

ƏSAS DÜNYA KİTABXANALARI

“AÇIQ KİTAB” E-KİTABXANA

PREZİDENT KİTABXANASI

WWW.KİTABXANA.NET

ELEKTRON KİTABLAR

PDF KİTABLAR

JURNALLARIN PDF ARXİVİ:

“YAZARLAR” JURNALI PDF

“XƏZAN” JURNALI PDF

Bu elektron kitabxana MUSTAFA MÜSEYİBOĞLU – 70 yubiley tədbirləri çərçivəsində Mustafa Müseyiboğlunun (Mustafa Müseyiboğlu haqqında) xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılmışdır. Allah rəhmət eləsin. Ruhu şad olsun.

WWW.YAZARLAR.AZ    VƏ    WWW.USTAC.AZ

Türkiyə-Azərbaycan sənət birliyi

Ötən gün “NUR Art House”qalareyasında Izmir Iqtisayiyyat Universitetinin Incəsənət və Dizayn kafedrasının müdiri,fəlsəfə doktoru, professor Elvan Özkavruk Adanırın əsərlərindən ibarət”Tekstil sənətində seçilmiş əsərlər” adlı sərginin açılışı oldu.
Sərgini giriş sözü ilə qalareyanın əməkdaşı Gülşən xanım Hüseynova rəhbərlik adından iştirakçıları salamladı.
Vətən ugrunda gedən haqq savaşında həlak olmuş bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Gülşən xanım sərginin sentyabrın 19 na kimi davam etdiriləcəyini elan etdi.Sonra söz professor Elvan Özkavruka verildi.O, bu sahədə gördüyü əməli işləri barədə ətraflı məlumat verdi.
Yeri gəlmişkən taninmış sənətçi və tədqiqatçı Elvan Özkavruk Adanır tekstilin gündəlik həyatda böyük əhəmiyyət kəsb etdiyi Türkiyədə yaşayıb , yaradır. Qitələrin kəsişməsində, mədəni müxtəliflikdən qaynaqlanaraq heterogen elementlər toplusuna çevrilən zəngin mədəniyyətə malik qardaş ölkədən dünyaya səslənən sənətkar əsərlərini müxtəlif üsullardan istifadə etməklə tamaşaçıya çatdırır.Rəqəmsal çap, ekran çapı, tikmə, toxuculuq, keçə istehsalı və s.üsullarla özünü ifadə edir.Sənətkar yaradıcılıgında multikultural ənənələr vasitəsilə bəşəriyyəti narahat edən uşaq istismarı,qadınlara və uşaqlara qarşı fiziki zorakılıq,erkən nigahlar kimi problemlərə diqqət çəkməyə çalışır.
Sənətkarın yaradıcılıgının ana xəttini vətəninin multikultural mahiyyətinin nümayişi, ənənəvi tekstil texnikalarının müasir şərhinin təqdimatı təşkil edir.
Qeyd edək ki,Elvan Özkavruk Adanır Ege Universiteti Mühəndislik fakultəsini Tekstil mühəndisliyi ixtisası üzrə bitirib.”Dokuz Eylül”Universitetinin Sosial Elmlər Institunda 1992-ci ildə magistr dərəcəsini,1997-ci ildə Incəsənətdə Yetərlilik dərəcəsini alib.1999-cu ildə fəlsəfə doktoru, 2002-ci ildə dosent,2008-ci ildə professor olub.Ərsəyə gətirdiyi bir çox kitabdan əlavə, kitab bölmələri və məqalələr dərc etdirib, bir sıra beynəlxalq biennale və sərgilərdə iştirak edib.2011-ci ildən Izmir Iqtisadiyyat Universitetinin Incəsənət və Dizayn Fakultəsinin Tekstil və Moda Dizaynı kafedrasının müdiri vəzifəsində çalışır.
Söz respublikamızın xalçaçı rəssamı Eldar Hacıyevə verildi .O,bu sərginin əhəmiyyətindən danışdı.
DAMM vəSIM IB -in Fəxri üzvü,” Yazarlar” jurnalının əməkdaşı,”Xarıbülbül”ƏM-nin sədri ,AJB-nin üzvü,yazar-publisist Nəzakət Kərimova Ehmədli professor Elvan xanima sənət yaradıcılıgında yeni-yeni ugurlar arzulayaraq Azərbaycan-Türkiyə qardaşlıgının sarsılmaz birliyini ziyarətçilərin nəzərinə bir daha çatdırdı və sərgidən məmnun oldugunu bildirdi. O,qeyd etdi ki,növbəti sərgilərə də tamaşaçı ehtiyacınin olacagi hiss olunur….
“Cabir Novruz”Mədəniyyət Fondunun idarə heyətinin üzvü,” Gün Az.az saytının redaktoru, “Qızıl Qələm”media mükafatçısı Rəsmiyyə Heybətaga qızı B.Vahabzadənin Azərbaycan-Türkiýə qardaşlıgına,birliyinə həsr etdiyi “Bir ananın 2 oglu
Bir agacın 2 qolu
O da ulu, bu da ulu
Azərbaycan- Türkiyə..” şeirini səsləndirdi.Tədbir iştirakçıları onun çıxışını alqışlarla qarşıladılar…
Sonda Elvan xanım ziyarətçilərə dərìn minnətdarlıgını bildirərək xatirə şəkilləri çəkdirdi….

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əli Bəy Azəri – BİLDİRİŞ

Əli Bəy Azəri

BİLDİRİŞ:

Dəyərli dostlar, “Xəzan” jurnalı hekayələr toplusu hazırlayır. Toplu müəlliflərin öz hesabına nəşr olunacaq.

Hekayələrinizi 15 OKTYABR 2022-ci ilədək göndərə bilərsiniz.

Elektron poçt ünvanı: 5750399a@mail.ru

Mövzu seçimində müəlliflər sərbəstdir, lakin mümkün qədər müharibə mövzusunu əhatə etmək tövsiyyə olunur.

QEYD: Əgər kiminsə dostu, qohumu QHT təmsilçisidirsə, əlaqə yaratsın, danışaq. Bildiyim qədər büdcədən QHT-lər üçün bu məqsədə pul ayrılır. İştrak edəcək və dəstək olacaq hər kəs tarix üçün vacib olan tərəfsiz ədəbiyyatın inkişafına xidmət etmiş hesab olunur.

QEYD-2: Ödənişlərinizi də (50 manat) həmin tarixədək edin. Hər müəllifə 4 kitab veriləcək. 5-ci kitab kitabxanalara paylanacaq.

Bütün iştirakçılara uğur arzulayıram!

Hörmətlə: Əli Bəy Azəri “Xəzan” jurnalının baş redaktoru.


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “Xəzər deltasında göyqurşağı” (şeirlər)

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
  1. Zaur Ustac “Xəzər deltasında göyqurşağı” (şeirlər)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “Uşaq boğçası” (uşaq şeirləri – məktəbəqədər və məktəbəhazırlıq)

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
  1. Zaur Ustac “Uşaq boğçası” (uşaq şeirləri)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PƏRVANƏ SALMANQIZI. ÜMİD YERİ.

PƏRVANƏ SALMANQIZI – Yazar, ictimai xadim.

ADINI

Könlümə yazmışam
Sənin adını.
Allahın verdiyi,
Lütfüsən oğlum.
Həyatıma anlam qatanım,
Şanım, şöhrətim,
Bu günüm, sabahım,
Gələcəyimsən oğlum.
Sənin adınla bağlıdır
Hər uğurum, addımım,
arxam, dayağımsan,
muradımsan, oğlum.
Sən gedəndən
Sən mənim “ÖZ”ümsən – 
Mən sən olmuşam, oğlum.
Sən mənim canımda,
qanımdasan, oğlum.
Sən baxışlarımda,
duruşumdasan.
Hər ayaq izimdə,
hər baxışda – hər yerdə,
Mən sən olmuşam, oğlum!..

ÜMİD YERİ

Mən həyatı yaşayaraq öyrəndim,
Bütün çətinliklərə sinə gərdim,
Kimisinə dost kimisinə sirdaş oldum,
Kimlərinsə ümid yeri oldum.
Haqsızlıqlardan uzaq oldum,
Ehtiyacı olanın yanında oldum,
İnandıqlarımdan çox haqsızlıq gördüm,
Kimlərinsə ümid yeri oldum.
Doğrularımı görməyənlərin
Haqsızlıqlarını bağışladım,
Kimlərinsə ümid yeri oldum.
Peşman olduğumuz səbəblər oldu;
Özün-özünlə qalırsan, düşünürsən,
Zaman tələssə də, yenidən başlayırsan həyatı,
Kimlərinsə ümid yeri olursan!..

İlkin mənbə: 525.az

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI


“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜSABİQƏ ELAN OLUNDU


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF  OSMANOV – “BU  DÜNYADA  SEVGİDƏN  BAŞQA  HEÇ  NƏ  YOXDUR”

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“BU  DÜNYADA  SEVGİDƏN  BAŞQA  HEÇ  NƏ  YOXDUR”

(Xaliq Azadinin “Qəm yağışı” kitabı haqqında)

Məni kövrəldən bir roman haqqında yazıma Viktor Hüqonun deyimindən mənalı ad tapa bilmədim. Sokrat 2400 il əvvəl deyirdi ki, məhəbbət ölməzlik cəhdidir. İki sevən qəlbin sevgi dastanları – “Leyli və Məcnun”, “Aşiq Qərib”, “Əsli və Kərəm” və digərləri min il əvvəllər yazılsa da onun qəhrəmanları həmişəyaşardır. “Məhəbbət ölüncə var” fikrində söhbət sevənin ölümündən gedir, yoxsa məhəbbətin. Söhbət  aşiqin fiziki ölümdən gedirsə nə deyim, sevgi isə ölməzdir. Aqillər deyiblər ki, sevgi dolu həyatdan sonra sevgi dolu əbədiyyət gəlir. Məcnun, Leyli, Fərhad, Kərəm, Ilham, Fərizə sevgisi ölməzdir.

Leylilərin, məcnunların, əslilərin, kərəmlərin, fərhadların, şirinlərin bu günkü sələflərinin çoxunun sevgi “menyu”su 500-1000 il əvvəlkindən fərqlənsə də saf və təmənnasız sevgilər bu gün də var və olacaq. Əsl sevgi öz ilahiliyini, əbədiliyini özü qoruyur. “Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır” (Əbu Turxan). İşıqsa əbədidir.

Xaliq Azadinin kitabının çox mətləblərdən xəbər verən adı məni özünə yaxınlaşdırdı”. “Qəm yağışı. Azərbaycanlı Azadla özbək qızı İnqanın dastanı”. Əvvəldən qeyd edim ki, tanınmış yazıçı, naşir Əli bəy Azərinin redaktorluğu ilə nəşr olunan kitaba redaktor ön söz “qıymayıb”. Niyə? Əli bəy həssas söz adamıdır. Ona görə ön söz yazmayıb ki, iki gəncin saf eşqinin ürəkgöynədən təlatümlərini, yazıçının təxəyyülünü, təhkiyəsini dəyərləndirməyi mütaliəsevərlərin ixtiyarına buraxıb. Əli bəy yaxşı anlayır ki, Əfzələddin Xaqaninin fikri ilə deyilsə, “pərvanə ilə şam əsl aşiq-məşuqdurlar, çünki onlar birgə yanıb birgə də kül olmağı bacarırlar”. El deyimindəki kimi, burada üçüncü artıqdır. Axı “məhəbbət qarşılıqlı anlaşmanın ali ifadəsidir” (Andrey Tarkovski).

“Qəm yağışı”nda yazıçı bizə “sevginin nəyə qadir olduğundan danışmaq istəyir”. Özünü bir az da sığortalayır ki, “qarşılıqlı məhəbbətin sevmək və sevilmək sevincini məgər sözlə ifadə etmək olarmı?” Olar, Xaliq müəllim. Sizin yazdığınız əsər əsl sevgi dastanıdır – vüsalı, həsrətiylə, sevici, ayrılığıyla, ümidiylə, arzusuyla, gələcəyə inamıyla. Elə söz də sevgidən yaranıb. İlk sevənlər – babamız Adəm və nənəmiz Həvva bir-birinə o vaxt nəsə xoş söz deyiblər, həmin söz mütləq sevgini izhar edib. “Mən səni sevirəm!” qışqırmasalar da, göz-gözə baxışıblar. Əvvəlki sevgilərdə “riyazi hesablama” – gəlir-çıxarı toplamaq, bölmək yox idi. “Sevən ürəyin əmrinə tabe olan məhəbbət yaşayırdı ürəklərdə”.

Bir də onu vurğulayım ki, romanın məzmununu yazıb kitabı mütaliə etmək “əziyyət”indən mütaliəsevərləri azad etməkdən uzağam. Romanın süjet xəttini, təhkiyəsini, cərəyan edən hadisələrin təfərrüatlarını, razvyazkasını (ziddiyətlərin açılmasını), kulminasiyasını və finalını açıqlayacağam. Əsas nüansları kitabla üzbəüz olanlar özləri tapacaqlar. Mütaliə insanın şəxsiyyətinin formalaşmasında, təfəkkürünün zənginləşməsində, kamilliyə doğru yolunda önəmli mənəvi qüvvədir.

Çox işlədilən “məhəbbət üçbucağı” bənzətməsinə bu romanda da rast gəldim. Bu mənim bölgümdü: Azad – Solmaz, Baysal – İnqa, Azad – İnqa. Bu üçbucağın hər bucağının sevgi və ayrılıq yolları romanda kövrək, duyğulu, şirin və acı hisslərlə qələmə alınmışdır.

Müxtəlif milli və əxlaqi dəyərlərin daşıyıcıları Azad və İnqanın timsalında Rusiyada təhsil alan gənclərin müstəqil həyata addımları, qarşılarına çıxan maneələr, həyatın amansız sınaqları, ağrıl-acılı anlar çox inandırıcı qələmə alınmışdır. Roman sevgi əzablarının dramatikliyinin çağdaş tamaşasıdır. Obrazların milli xüsusiyyətləri, həyata baxışları, çətin anlardakı davranışları  inandırıcıdır. Hadisələrin artan gərginliyi, gənclərin sevgi etirafları təsirli, düşündurucudur, nəticə çıxarmağa, mərhəmətə, xeyirxahlığa çağırır.

Yazıçı nisgilli məhəbbət romanı yazsa da tarixi olayları xatırlamaqla mövzunu aktuallaşdırır. Çernobıl hadisələri, onun insanlığa, təbiətə vurduğu sağalmaz yaraların insanın hisslərinə təsirini, yeddi noyabr paradı, gənclərin ümidləri, arzuları, amalları romanı yaddaqlan edir. Sevgi və tarixin vəhdəti bir-birini tamamlayır. Çernobıldakı qəzanın fəsadlarını ram etmək üçün oraya göndərilən qazax balası Baysalın faciəsini tariximizin XX əsr olayları kimi bunu görməyən, eşitməyən, bilməyən gənclərin hafizəsinə həkk etmək missiyasını üzərinə götürüb, insanlığın biganəliyindən törənən acıların təsviri edir, çoxdan həyəcan təbilini çalmağın vaxtı olduğunu anladır.

“Eşq və ağılın gücü” (N.Gəncəvi) romanda paralel keçir. Azad və İnqanın mənəvi keyfiyyətləri ideal qəhrəman səviyyəsinə yüksəlmiş, onlar eşq ilə ağlın gücünün möhtəşəmliyinin canlı heykəlləridir.

Hər bir əsərdə milli ruhun müsbət və insanın ilahi hisslərinə mane olan cəhətlərini axtarmaq adətimə çevrilib. Azad anlamırdı ki, “sevinclə qəmin arası bir qarışdır”. “Böyük olan yerdə kiçik qələt eləyir, nə istək, nə arzu? Mən müəyyən edəcəm uşağımın taleyini”. Bu Solmazın – Azadın ilk məhəbbətinin atasının amansız hökmüydü. “Mlli adətin pərdəsi altında” onu Solmazından ayırdılar.

Azadın dediklərindən: “Solmazi görmək qismətim olmadı. Əvəzinə qohumları başa saldılar: “münaqişənin uzadılması onun məhvinə çalışmaq deməkdir!” Unuda bilməsəm də, bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yüküylə qayıtdım arxaya…”

Şərq aləmində bəzi ailələrin qız övladlarına münasibəti hələ də ən azı orta əsrlər adətləri səviyyəsindədir. Qızların əksəriyyəti indi də dilsiz, ağızsız, istəyi nəzərə alınmayan hüquqsuz məxluq, daha doğrusu əşya kimi ərə verilir. İlk yazılı “Leyli və Məcnun “poemasının dahi Nizami Gəncəvi tərəfindən yazıldığı XII əsrdəki kimi. Uğursuzluqlar məngənəsində səssiz fəryad qoparan Azadın həyatının qara zolağı da belə münasibətin nəticəsiydi.

Aristotelin fikri ilə desək, sevmək əzab çəkməkdir, sevməmək ölmək. Azad sevgi əzabı çəkməyə hazır idi, ölmək istəmirdi. Sevməliydi. Axı, gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür, Birincisi brilyant, ikincisi xəzinədir. İnqa da Azadın tapdığı xəzinə idi… Azadla İnqa dərslər başlayan gündən bir-birinə isinişmişdilər. Onlari səmimi dostluq birləşdirirdi. Azad sevgi haqqında heç düşünmürdü. Çünki onun qəlbini çoxdan Solmazın sevgisi fəth etmişdi.

Yazıçı Azadı milli mentallığa, adət-ənənələrə sadiq qürurlu, xeyirxah Azərbaycan övladı kimi bütöv yaratmışdır. Sözünə sadiq, ünsiyyətcil Azad dili dilindən ayrı rəsmxətt müəllimiylə tez dil tapıb İnqaya zaçotda kömək etməsində Oğuz Türkünün istiqanllığını önə çəkməkdə böyük həqiqət var. Azad işlədiyi qarajda, təhsil aldığı qrupda da hörmət və nüfuz sahibidir.

Və nəhayət, söz vermişəm ki, iki gəncin sevgi hekayəsinin bəzi məqamlarına, bu ilahi sevginin incə nüanslarına, hadisələrin kulminasiya nöqtəsinə toxunmayacağam. Əgər incəlikləri birər-birər açıqlasam kitabı mütaliə etmək həvəsiniz azalacaq. Bu, həm də yazıçının əməyinə sayğısızlıqdır. Başqasının bir əsərin detallarını danışması heç xoşuma gəlmir. Mütaliə ən mənalı istirahətdir. Sizi belə ləzzətli istirahətdən məhrum etmək istəmirəm.

Azad ilk və əlçatmaz sevgisini kənddə dəfn edib qayıtdıqdan sonra “Yaradanın subay vaxtında yaranan, dahi rəssamın rəsm əsərinə bənzəyən, ilahə İnqanın, əsl insan İnqanın” ona qarşı səmimi münasibətindən çox məmnun idi. Paramparça olmuş sevgi dolu qəlbinə İnqanin məsum körpə gülüşləri və bir də şəlalə kimi saçları məlhəm idi. Səmimi dostluq yavaş-yavaş məhəbbətə çevrilirdi. Amma hələlik Azadın qüruru bunu etiraf etməyə mane olurdu. Axı Azadın cibindən düşüb itirdiyi Solmazın şəklini İnqa tapıb Azada qaytarmışdı. İnqayla söhbətində də Solmazı əbədi itirdiyini də boynuna almamışdı.

Xatırladım ki, özbək şairi Əlişir Nəvai “Xəmsə”sinin poemalarından biri – “Leyli və Məcnun”u 1484-cü ildə – Nizamidən təxminən 300 il sonra yazmışdır. Məzmununa görə Nəvainin poeması Nizaminin “Leyli və Məcnun”undan fərqlənir. Leyli xəstəliyə tutulduqdan sonra atası onun sağalması şərəfinə qonaqlıq verir. Qonaqlıqda Leyliyə vurulan Qeysin huşu başından çıxır, Nofəl öz qızını Qeysə vermək istəyir, Qeyssə bu təklifi rədd edir.

Əslində “Leyli və Məcnun” dastanı Yaxın Şərq xalqlarının folklorunda genişyayılmış dastan-rəvayət kimi VII əsrdəki hadisələrdən bəhs edir. Bədəvi şair Qeysin sevgisini əks etdirən rəvayət VI əsrdə Babilistanda geniş yayılmışdı. Bu  məşhur sevgi hekayətinin tarixini niyə vurğuladım? Əvvəla, sevğinin tarixi, məkanı olmur. Sevgi sərhəd, millət tanımır. Qadının ləyaqətinin ölçüsü sevdiyi, həyatını ona bəxş etdiyi kişidir, həm də kişinin ləyaqəti onun namusunu qoruyan qadındır.

Bunları niyə xatırladım? Azad və İnqa da sevib sevilməyə layiq ideal cütlük idi. Hegelə görə, özünü başqasında tapan, sufi hikmətinə inansaq, özünü başqasında itirən iki sevgili.

Azad kimdir? “Keçənləri qaytarmağa heç bir yolu olmayan”, gənc və qürurlu olduğundan “səhvləri bir-bir sıralayan”, üz-üzə gəldikləri ilk günlərdə İnqanın duyğularına laqeyd yanaşan, hətta Vətəninə tətilə qayıdanda İnqaya deməyi, onunla görüşməyi unudan, vaxtında düşünüb-daşınıb qəti qərar verə bilməyən, sonda “hərəkətsiz dayanıb səs-küylə, taqqıltıyla gedən həyat qatarının arxasınca baxan” Türk oğlu. Sonra bunların peşmançılığını, acılarını yaşayan Azad İnqaya sevgisi yolunda hətta canını fəda etməyə hazır olsa da, həyatın sərt döngələri onun qulağına pıçıldayır: sən saydığını say…

Bəs İnqa kimdir? 19-20 yaşlı Özbəkistanda doğulan, oranı öz Vətəni bilən, özbək dilini ana dili kimi sevən alman əsilli, həyata inamlı, intellektual, sevgisi uğrunda bütün əzablara dözməyə hazır, sevib sevilməyə layiq bir gözəl. Yuxarıda Əlişir Nəvaidən, “Leyli və Məcnun” poemasından təsadüfən söz açmamışdım. “Özbək dili ilə Azərbaycan dili (Türk dili, Azərbaycan türkcəsi, Oğuz-Türk dili – V.O.) müəyyən oxşarlıq təşkil etsə də, Nəvainin şeir dilini başa düşmək Azad üçün çətin idi. İnqa gözəl köməkçi idi bu işdə, Azadın başa düşmədiyi beytləri İnqa ruscaya çevirirdi…” Ürəyimdən keçənləri bir cümlə ilə yazım: “Kaş, bizim “milli” rusdillilərimizdə ana dilimizə belə yanaşma, milli qürur olaydı…”

Uğursuz sevginin hıçqırıqları, pıçıltıları, naləsi min ilə yaxındır ki, milli ədəbiyyatımızın əbədi mövzusudur. Ancaq Xaliq Azadinin lirik qəhrəmanları həmişə ağlayıb-sızlamırlar, onlar xeyirxahdılar, mərhəmətlidirlər, bir-birinin dərdinə məlhəm qoymağı bacarırlar. Bu cəhətdən Azad çox maraqlı obrazdır. Azərbaycanın mənəvi cəhətdən saf və dolğun gəncliyinin həmişə arzuladığımız nümayəndəsidir. İnqa ilə Azad obrazlarını yazıçı uğurlu cütlük kimi bütöv yaradıb. Amma, doğru deyiblər ki, sevgiylə zarafat etməzlər, sevgidə güzəşt olmaz:

“Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim, yalnız. Baysal qəfildən sual verdi:

-Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir?

Mən gülərək başdansovdu cavab verdim:

-Dostluq səviyyəsində.

-Yalnız dostluq?

-Yalnız dostluq.

Mən bu sualları zarafat kimi qəbul etdim…

Yazıçının “başdansovdu” kəlməsi yerində işlədilmişdir. Laqeydlik və başdansovduluq sevgiylə yanaşı dayana bilməz. Azadın Vətənə məzuniyyətə gələndə İnqayla görüşməyi unutması da bu ilahi sevginin ömrünü qısaldır.

Azadın təəssüf dolu düşüncələri də yazıçının dili ilə desək, səhlənkarlığın nəticəsidir:

“Mənə taleyimin təklif etdiyi İnqa adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqqanlığı nələri gətirə bilərmiş gündəmə…”

Romanı oxunaqlı edən həm də lirik səhnələrdir:

“-Eşidirsən?

-Nəyi?

-Tuk-tuk, tuk-tuk… Necə də gözəl ahənglə vurur, tuk-tuk, tuk-tuk!

-Kimin “tuk-tuk”udur?

-Kimin? Necə yəni “kimin”, məgər ayrı-ayrıdır ürəklərimiz? İkimizin bircə ürəyimiz yoxdur, bəyəm? Diqqətlə qulaq as, eşidirsən?

-Doğru deyirsən, İnqa! İki sinənin bir döyüntüsüdür o səs…”

İnsana, insanlığa mərhəmət Xaliq Azadinin “Qəm yağışı”nın leytmotividir.

Ç.Bukovski deyirdi ki, hıçqıraraq ağlayan bir qadının göz yaşları ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. Bu deyimin “Qəm yağışı” romanında cərəyan edən hadisələrə, Azadla İnqanın taleyinə dəxli varmı?

Söz vermişəm axı, roman hansı sonluqla bitir, yazmayacağam. Bilirəm ki, sizdə maraq oyanacaq, mən niyə belə etdim. Sonda bir sufi hikmətini xatırladıram: “Sevmək sevilməkdən daha böyük fəzilətdir”. Sevin!

İyun,  2020.

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlu adına elektron kitabxana

Mustafa Müseyiboğlu adına elektron kitabxana

ƏSAS ELEKTRON KİTABXANALAR:
AZƏRBAYCAN MİLLİ KİTABXANASI

PREZİDENT KİTABXANASI

WWW.KİTABXANA.NET

ELEKTRON KİTABLAR

PDF KİTABLAR

JURNALLARIN PDF ARXİVİ:

“YAZARLAR” JURNALI PDF

“XƏZAN” JURNALI PDF

>>>>Mustafa Müseyiboğlu adına elektron kitabxana

Bu elektron kitabxana MUSTAFA MÜSEYİBOĞLU – 70 yubiley tədbirləri çərçivəsində Mustafa Müseyiboğlunun (Mustafa Müseyiboğlu haqqında) xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılmışdır. Allah rəhmət eləsin. Ruhu şad olsun.

WWW.YAZARLAR.AZ    VƏ    WWW.USTAC.AZ