5 il öncə gözəl bir bahar səhəri idi… Universitetdəydik. Həyat yoldaşım bizim kafedraya gəlib təbəssümlə „indicə mətbuatdan oxudum. Zərrab əmiyə əməkdar kənd təsərrüfatı işçisi“ fəxri adı adı verilib – deyə müjdələdi. Qanadım olsaydı, həmin an Bakı Dövlət Universitetindən birbaşa Naxçıvana uçardım… Gücüm sadəcə yazmağa, mətbuatdan oxuduğumuz bu xoş xəbərlə bağlı Atamı elə mətbuatda təbrik etməyə çatdı… Bu sabah qəzetin elektron arxivi həmin yazımdan 5 il ötdüyünü xatırladır… o günü xatırladım, gözlərim yaşardı…
Atam həyat yolumun başında dayanan İşıq və hər addımından örnək götürdüyüm Böyük İnsandı…
Atam mənə alın təri ilə çalışmağın və alın açıqlığı ilə yaşamağın bu həyatda ən uca dəyər olduğunu öyrədən Adamdı…
Bu gün insanların bir il, beş il bir idarədə, təşkilatda sözsüz, söhbətsiz işləməyə təhəmmül edə bilmədiyi bir zamanda Atam düz 40 il eyni idarədə – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində zəhmətkeşliyi, əmək fəaliyyəti ilə hər kəsə örnək olacaq bir yol keçib. Bu həyatda təkcə təmiz adını yox, Əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Atam sözün həqiqi mənasında işlədiyi bu 40 il ərzində bu ləyaqəti qoruya bilib, işini övladları kimi sevib, üzərinə düşən bütün vəzifələri vicdanla haqqa gətirib, hesabında, kitabında, yazısında, pozusunda, münasibətlərində, verdiyi sözündə, tutduğu əməlində son dərəcə dəqiq olub, dürüst olub, gördüyü hər işə məsuliyyətlə yanaşıb, fədakarlıqla çalışıb…
Dəyərli ağsaqqal, müdrik ziyalı, rəhmətlik cənnətməkan Fəttah müəllim bir söhbətimizdə Atam haqqında dediyi bu fikirləri heç unutmuram: „Qızım, dedi, biz fiqurların yerinin səhv düşdüyü bir şahmat taxtasının üstündə yaşayırıq. Amma böyük Səməd Vurğun deyib ki: Günəşi örtsə də, qara buludlar. Onun Günəş adlı bir qüdrəti var. Mən Zərrab müəllimə Günəş ömrü arzulayıram. Bütün şüurlu ömrünü, həyatını, sağlamlığını dövlətimiz və dövlətçiliyimiz yolunda vicdanla xidmət edib. Tanrı O böyük İnsanın başının üstünü, addımladığı yolunu qara buludlardan – qaramat düşüncələrdən hifz eləsin! Özü kimi işıqlı insanlar çıxsın qarşısına!“…
Allah Fəttah müəllimə qəni-qəni rəhmət eləsin, dəyərli insanlar, dəyərli fikirlər heç vaxt unudulmur. Elə Fəttah müəllimin arzuladıqlarını diləyirəm Atam üçün… Əslində, valideynin oyandığı hər sabah övladın Tanrıya şükranlığıdır. Bundan böyük səadət nə ola bilər ki?! Ata var, söykənəcəyin dağ, qürur duyacağın zirvən var… Allah o Zirvəmi qorusun!
Bu günə qədər doğma Naxçıvanımızın çiçəklənməsi üçün çalışıb, demək olar ki, cahanın nəqşi olan bu ulu diyarın bütün guşələrində Atamın zəhmətinin, əllərinin izi var.
Xəyalə xanım və Zərrab müəllim.
İnnən belə Atam üçün və Atamın kölgəsində özüm üçün bir müqəddəs diləyim var: Azad Qarabağımızın yeni həyat quruculuğunda Sənin əllərinin izi, əməyin olsun, Ata! Şuşada, Xankəndində, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə… bayrağımız qədər müqəddəs torpağımızın cana gəlməsində Sənin də iştirakın olsun, Ata! O torpağa həyat verən bəxtiyar adamlardan – kənd təsərrüfatı işçilərindən biri də Sən olasan, Ata! Bunu ürəkdən arzulayıram və ümid edirəm ki, o müqəddəs günə addım – addım yaxınlaşırıq…
Azərbaycan ədəbiyyatının sovet mərhələsi nəsrinin ən görkəmli, müqtədir ədiblərindən biri olan Bayram Bayramov böyük ədəbiyyata öz yaşıdlarına nisbətən gec gəlsə də, hədsiz yaradıcılıq zəhməti və bənzərsiz isdedadı hesabına ədəbi aləmdə ləyaqətli yerini sürətlə zəbt etdi. Bu da ondan irəlı gəlirdi ki, tale elə gətirmişdi Bayram Bayramov yazıçılığa başlamazdan öncə böyuk və zəngin həyat təcrübəsi qazanmişdı, başqa sözlə həyat universiteti keçmişdi.
Azərbaycan xalq yazıçısı (1984), Azərbayan Dövlət Mükaftı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) Bayram Bayramov 1918-ci il dekabrın 11-də ( aprelin 7-də göstərilir) Gəncə guberniyasının Ağdam bölgəsinin Şıxavənd kəndində ( Əlimədədli adlanır) Məşədi Qurban oğlu Salman bəyin ailəsində doğulmuşdur. Atası dövrünün seminariya təhsili almış, ərəb, fars, rus, erməni, türk dillərini bilən, Cümruhiyyət dövründə Müsavat partiyasının bölgə üzrə idarə heyətinin üzvü olan, buna baxmayaraq sovet dönəminin başlangıcında mühüm dövlət işlərinə cəlb edilən, erməni böhtanları nəticəsində 1937-ci ilə qədər iki dəfə həbs edilən, sonda isə 1938-ci ilin martın 5-də Bayıl türməsində güllələnən repressiya qurbanlarındandır… Talelərinə belə qismət düşənlər bilər ki, bü nədir,bu nə deməkdir?!..
Və keçən əsrin 50-ci ıllərinin sonlarına qədər jazıçı Bayram Bayramov sovet quruluşunun xofundan və məngənələrindən özünün bacarığına, istedadına,mübarizliyinə,vətənpərvərliynə sığınaraq qoruna-qoruna həyatda irəliləyə bilmiş, apelasiyadan sonra nisbətən daxilən rahatlanmışdır.
Müştərək taleli,bəy oğlu, tanınmış yazıçı-publisist Cəmil Əlibəyov yazır:
“Bayram müəllim mənim nəinki yzıçı aləmində, şəxsiyyət kimi polad iradəsi ilə mənəviyyatımda da iz buraxıb. Salman bəyin oqlunu mən, onün əlli illik yubileyində Şıxavənd kəndinə gedərkən tanıdım desəm, təəccüblənməyin. Ona qədər əkinçi oğlu Bayramı tanıyırdım. Və hər bir agayana hərəkətində (cod, sözü şax deyən, saxta sığal-tərif xoşlamayan adam kimi) məndə şübhə oyadardı. Haradandır bu ağa amirliyi?! Və kənddə xəbər tutdum ki, rəiyyət və ya Qarabağın “pambıq” bəylərindən yox, köhnə bəylərindən imiş Bayramın nəcabət siqləti”.
Yazıçı Bayram Bayramov həyatının bu sıxıntılarını, fərəhli-fərəhsiz çağlarını xatirə-memuar janrında yazdığı “Üzlü-astarlı günlər”(1991) romanında realist, ancaq kövrəklirik bir üslubda, ətraflı bir şəkildə qələmə almışdır. Ömürlüyündən məlum olur ki, o, yeddillik kənd məktəbini bitirib, Aqdam Pedaqoji məktəbində təhsilini davam etdirmiş (1934-1938) və müəllim ixtisasına yiyələnərək Tərtər rayonundakı Hüsənli kənd natamam orta məktəbində müəllimlik fəliyyətinə başlamış və göndərişlə müxtəlif kənd məktəblərində 1942-ci ılə – müharibəyə çağrışa qədər müəllim,tədris hissə müdiri, məktəb direktoru vəzifələrində çalışmış, müharibədə faşızmə qarşı ağır döyşlərdə iştirak etmiş, Mozdok uğrundakı döyüşlərdə yaralanaraq müalicə ücün arxa cəbhəyə – Yevlaxda yerləşən hərbi xəstəxanaya göndərilmişdir.
Natamam sağaldiqdan sonra müəllimə entiyaca ğörə Yevlağın Qoyunbinəsi kənd məktəbində alti ay müəllim işləmiş, özünün təkidi ilə 1943-cü ilin aprelində cəbhəyə qayitmiş, yenidən yaralanmış 1944-cü ildə ordudan tərxis edilmişdir.Sonralar yazıçı müharibədə müşahidə etdiyi, çiyin-çiyinə vuruşduğu azərbaycanlı döyüşcülərinin şücaətindən, ağır həyatlarından, onların döyüş yollarından bəhs edən “Üç gün, üç gecə”( 1967) romanını qələmə almışdır.
Ordudan tərxis edildikdən sonra 1945-ci ilə qədər doğma kəndində müəllimlik etmiş, sonra ali təhsil almaq üçün Bakıya gələrək Azərbaycan Dövlət Universitetnin filologiya fakültəsinə daxil olmuş, 1950-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərin çox maraqlı faktlarindan birini – diplom işi ilə əlaqədar faktı xüsusi fəxarətlə, gülümsəyrək belə xatirlayardı: “Tələbə yoldaşarimin,demək olar ki, hamısından yaşlıyıdım. Əksinə, müəllimlərimizin bir çoxu ilə həmyaşıydım.Müharibədə olmağım,ictimai fəaliyyətim, yaxşı oxumagım, yazı-pozuya meylim,müəllimlərim arasında mənə xüsüsi mövqe və hörmət qazandırmışdı. Əli Sultanlı, Mirzə Feyzulla, Həmid Araslı, Məmmədhüseyin Təhmasib, Muxtar Hüseyinzadə kimi müəllimlərimin xoş,həlim, qayğılı münasibətlərini unutmağmı olar?!.. Xüsüsən, o vaxtlar artıq mötəbər yazıçı, tənqidçi, ədəbiyyatşünas kimi tanınmış, məşhürlaşmış, bizə dərs deyən professor Mir Cəlal müəllim Paşayevin mənə fərqli rəğbətini həmişə hiss edirdim. Bu hisslər bizim aramızda mərhəm münasibətlər yaratmışdı və bu sonralar da, davamlı şəkildə olduğu təkin qaldı, yaradıcılıq dostluğuna çevrildi.
Yazıçı olmaq qənaətim qətiləşməyinə baxmayaraq dilçilik ürəyimə yaman yatirdı.Elə ona görə də, diplom mövzuları təqdim olunanda “Mir Cəlal yaradıcılığının ədəbi dil normaları” mövzusunda diplom işini göturdüm və yerinə yetirdim. Elmi rəhbərim də çox dəyərli dilçi Muxtar Hüseyinzadə idi… Samballı bir elmi iş alınmşdı və bəh-bəhlə təqdir olundu. Hətta namizədlik təkin müdafiyə etməyim məsləhət görüldü.” Sonra gülümsəyərək, zarafat tərzi ilə əlavə edərdi: — Təklifdən şirnikmişdim. Amma hiss etdim ki, yazıçılıqla bu tutmaz. Dilçi alim dostlarimızın xətrinə dəyməsin, bəxtləri gətirdi ki, bu işin arxasnca düşmədim…
Xalq yazıçısı Bayram Bayramov “Körpü” adlı hekayəsi ilə ədəbiyyata gəlib.Onun bu ilk qələm təcürbəsinin üzə çıxması faktı da maraqlıdır.Yazıçı bununla əlaqədar müsahibələrinin birində deyir:
“1949-cu ildə “Azərbaycan gəncləri” qəzeti ən yaxşı hekayələr müsabiqəsi elan etmişdi. Mən o vaxtlar son kursda oxuyurdum və Bakı kitabxanaçılıq texnikumunda ədəbiyyatdan dərs deyirdim. Müsabiqədə iştirak etmək qərarına gəldim, ancaq bunu heç yerdə demədim, hətta evdə də bildirmədim. Hekayənı yazıb redaksiyaya göndərdim. Bir qədər gözlədim, deyəsən, müsabiqəni də unutmuşdum.
Günlərin birində işlədiyim texnikumun o vaxtki direktoru Yaqub Həsənzadə məndən soruşdu ki, Bayram müəllim, siz ədəbi yaradıcılıqla da məşqul olursunuz? Dedim ki, necə bəyəm? Cavab verdi ki, qəzetdə hekayənizi oxumuşam. Bu şad xəbəri eşidəndə qulaqlarima inanmadim. Həmin illərdə Bakının meydanlarında radiolar qoyulardı.Bir gün şəhərdə gəzərkən radiodan eşitdim ki, hekayəmi səsləndirəcəklər. Durub gulaq asırdım. Mənə elə gəlirdi ki, hamı mənə baxır. Bərk sıxılır, həyəcan keçirirdim…
Hekayə çapdan çıxandan sonra hörmətli və qayğıkeş yazıçımız Mehdi Hüseyn məni yanına çağırdı. Hekayəmi oxuduğunu və bəyəndiyini dedi. Bu məni ədəbi yaradıcılığa daha da ruhlandırdı”.
Beləliklə, həmin vaxtdan Bayram müəllim dövrü mətbuatda hekayələri, povestləri, romanları, problematik publisist məqalələri, oçerkləri ilə müntəzəm çıxış edir. Ümumiyyətlə, ədəbi mühitdə Bayram Bayramovu ən məhsuldar və istedadlı, əsərlərində həmişə mühüm ictimai-sosial problemlər qaldıran yazıçı kimi tanımışlar.
Onun yaradcılığının birinci mərhələsində “Tək adam”, “Müqəddəs vəzifə”, “Cehiz məsələsi” povestləri (1950-1956) , “Ayrılıq”(1957), “Yarpaqlar”(1961) romanları ədəbi-tənqid tərəfiindən çox yuksək qiymətləndirilmiş, oxucuların geniş marağına səbəb olmuş, onu yeni fikirli, maraqlı mövzuları qələmə alan, istedadlı bir yazıçı kimi tanıtmışdır.
“Körpü” yazıçının ilk hekayəsı olduğu təkin, “Ayrılıq”da onun ilk romanıdır. Adın özü sətiraltı məna yükündə başlığa çıxarılan simvoldur, məcazdır, xalqımızı daima sıxıntıda saxlayan siyasi-sosial dərdə işarədir.
Romanin fabulasının alt qatında da, üst laynda da ayrılıq insanın ən böyük mənəvi, sosial, siyasi faciəsi hesab edilir. Bütün faciələr ayrılıqdan başlayır. Bütün məhəbbət dastanlarında sevənlərin faciəsinə səbəb ayrılıq olur. Bütün millətlərin faciəsi ayrılığın nətıcəsidir. Və bu sözü, belə bir anlayış yükündə nəsrə, epik ədəbiyyata, roman janrına hamıdan öncə gətirən Bayram Bayramov oldu!.. Onda hələ “Ayrılıq” mahnısı yaranmamışdı, ona görə də, yanıqlı-yanıqlı, yandıra-yandıra oxunmurdu … Onda hələ “ayrılıq” kəlamı ədəbi fikrə bu mənada daxil edilməmişdi, sətiralti məna yükündə başlığa çixarılmamışdı… “Ayrılıq” romanının baş qəhrəmanının adının Ümid olması da təsadüfi deyil. Hər məqamda həyat uğrunda çətin mübarizələr aparmalı olan, həyatı boyu sixışdırlan, sındırılmağa cəhd edilən, məhəbbəti əlindən alınan bu yenilməz Ümid qəhrəman, əslində məcazi mənada zəmanənin, dövranın sıxıntılarına məruz qalan xalqımızın ümididir ki, “Ayrilıq” romanini başlığında ehtiva olunurdu…
Bayram müəllimin bacarıgını və yaradıcılıq ugurlarını nəzərə alaraq o, 1954-cü ildə Azərbaycan Yazıcılar İttifaqına üzv qəbul edilir.O çağlar üzvülüyə götürmək üçün iki nəfər tanınmış yazıçının zəmanəti tələb olunurdu. XX əsr Azərbaycan ədəbiyyatının hələ canlı ikən klassikləri olan Süleyman Rəhimovun və Mir Cəlalın zəmanətləri, inam və etimadları ilə bu iş başa gəlir. Və Bayram müəllim bu faktı da, xoş ovqatla, bir az da fəxarətlə xatırlardı. Qeyd etdiyim təkin o, yaradıcılığının ilk mərhələsindəcə bu nəhəng ustad sənətkarların onun istedadına olan inam və etimadını doğruldub. Onlara qürur gətirib…
Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Bayram müəllimin ən yaxın qələm dostü və gayğıkeşi olan, azman ədib Süleyman Rəhimov yazırdı: “Bayramın hər bir əsəri mənə, ədəbiyyatımıza töhfə təsiri bagışlayır.Onun özü və əsərləri ilə qürur duyuram.
Geniş ürək sahibi, xeyirxah insan, böyük yazıçı, ədəbiyyatşünas, tənqidçi, professor Mir Cəlal Yazıçılar İttifagının 1959-cu ildə kecirilən plenar iclasında “Yarpaqlar” romanının jürnal variantının müzakirəsində söyləmişdi: “Mən Bayramın “Yarpaqlar” romanını diqqətlə, özü də maraqla oxudum. Yaxşı əsərdir. Yaxşı yazılıb. Onun əvvəlki əsərləri də ( “Tək adam”, “Müqəddəs vəzifə” povestləri və “Ayrılıq” 1957 / romanı nəzərdə tutulur-Q.B.) məndə xoş təəssurat oyatmışdı. “Yarpaqlar”ı tezliklə kitab şəklində görməyi arzulardım. Onun yazıçılıq istedadının gələcəyinə və inkişafına inanıram.” Bu arzunun dəyərini bilənlər bilir…
Bu fikirlər təkcə ustad sözləri deyildi, ustad istəyi, xeyirxahlığı və ustad xeyir-duası idi… Və bu günlərimiz üçün əvəzsiz örnəklərdir…
Bayram Bayramov öz masştabli, geniş spektirli, zəngin yaradıcılıqı ilə nəinki genişürəkli ustadların, həmnəsil qələm dostlarının, ədəbi mühitin, eləcə də, geniş oxucu siferasının rəğbətini, xalqının məhəbətini qazandı. Bu isə, son dövr, müstəqillik dövrü oxucusunun–Gültəkin Ağdamlının mətbuatda dərc edilmiş fikirləridir, olduğu təkin təqdim edirəm: “Adam var ki, doğulduğu torpağa da, böyüdüyü ailəyə də, mənsub olduğu millətə də, həmişə başucalğı və şərəf gətirir. Adam da var əksinə. Bayram Bayramov torpağımız üçün də, xalqımız üçün də şərəf gətirənlərdən idi.
Gözümü açandan Qarabağın saf havasını udub, təmiz suyunu içmişəm. Bu yerlərin musiqisi də, şeri, nəğməsi, bayatısı da ürəyimə, qəlbimə onun müdrik , istedadlı adamlarının dillərindən süzülübdür.
Bir də onun bu qədim diyarın milli koloriti ilə dolu əsərlərini oxuya-oxuya o torpağa bir könüldən, min könülə yenidən vurulmuşuq. Qarabağa məxsus dad-duz, torpağa bağlılıq, yanmcıllıq Bayram müəllimin demək olar ki, bütün əsərlərində duyulurdu. Biz bu torpaqda doğulsag da, böyüsək də, bəzən o torpağı təkrarən Bayram Bayramovun əsərlərindən öyrənirik.
“Karvan yolu” təkcə unudulmaz Mirzə Cəlilin və onun vəfalı ömür- gün yoldaşı Həmidə xanımın həyatı deyil. Bütün külli Qarabaqın dünəni, bu günü, sabahıdır. Onun neçə-neçə ogullarının , qızlarının , əbədiyyətə uzanan karvanıdır. Bu karvan indən belə həm də Bayram Bayramovun bizə qalan yaradıcılıq ömründən keçir.
Bayram Bayramov bütün Azərbaycanı ürəyinə sıxan , onun sevgisi ilə yaşayan , qəmi ilə qəmlənən yazıçı ıdı. Təsadüfi deyildi ki, qayğılı illərin dalğalarında üzə çıxan balaca formatlı, səkkiz səhifəli ilk müstəqil qəzetin adı da “Azərbaycan” və onun əsas yaradicilarından biri də Bayram Bayramov idi.
Xeyli vaxtdır Qarabağın bərəkətli torpaqları, buz bulaqları , oylaqları, yaylaqları düşmən tapdağı altındadır. Bu yerlərin əsl sahiblərinin taleyinə isə qaçqınlıq nəsib olubdu. İnanirıq ki, o yerlərə qayıdacağıq. İnanırıg ki, hər kəndi, hər obası, uşağı, böyüyü Bayram Bayramovu bu qayıdış karvanında ruhən öndə görəcək. Axı, Bayram müəllim bu nisgili yaşayan narahat qarabağlıların ən narahatı idi.” Məncə oxucu məhəbbətinin,istəyinin və müstəqil düşüncə tərzinin və qənaətinin əlavə şərhinə və izahına ehtiyac yoxdur…Həm də bu sadə oxucu fikri ustadların fikir karvanının davamıdır…
Xronologiyani pozsag da, həssas oxucunun məktubunda “Karvan yolu” romanı xatrlandiğından bu monumental tarixi roman barəsində fikrimizi buradaca bildirmək istərdik.
Xalq yazıçısı Bayram Bayramov öz dövründə, əsasən müasir mövzular müəllifi kimi taninmışdı. “Karvan yolu” onun tarixi roman janrında yazdığı və milli iftixarımız olan, dahi sənətkar Mirzə Cəlil Məmmədquluzadənin, onun ömür-gun yoldaşı və məslək dostu Həmidə xanim Cavanşirin—bu böyük tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin fərəhli,sevincli, iftixarlı çağları ilə yanaşı, əzablı, müsibətli günlərindən bəhs edən, onların parlaq bədii obrazlarını yüksək sənətkarlıgla canlandıran ilk monumental , geniş epik vüsətli, ayri-ayrı , iki cilddən ibarət 60 x 90 formatda 1986 və 1993-cü illərdə çap edilən, 1230 səhifəlik kitablardir. Bu, Bayram Bayramovun samballı roman yaradıcılığının sağlığında çap üzü görən sonuncu romanıdır. Yeri gəlmişkən qeyd edək ki, mətbutda bir-iki kiçik parçası dərc olunan “Qırmızı güllə”(1993-94) sənədli-sübutlu roman adlandırdığı iki cilddən ibarət sonuncu tarixi-xronikal əsəri müəllifin özü tərəfidən tam çapa hazirlanmış tərzdə nəşrini gözləyir.
“Karvan yolu” romanı təkcə yazıçının yaradıcılıgında deyil, ümümiyyətlə ədəbiyyatımızda ən dəyərli nümünəvi əsər təkin ən müxtəlif ədəbi nəsil nümayəndələri tərəfindən total şəkildə, yekdil fikirlə qiymətləndirilmiş, bütöv ədəbi mühitdə yaxşı mənada əks-səda doğurmuşdu. Onlardan birini, ən səciyyəvisini nümunə təkin misal gətirirəm. Qocaman ədəbiyyatşünas,ədəbiyyatimizin yorulmaz təəssübkeşi,professor Abbas Zamanov bu əsəri belə qiymətləndirmişdi: “Bayram Bayramovun “Karvan yolu” romanını ölməz Mirzə Cəlilə ucaldılan ən layiqli abidə hesab edirəm!”.
Təsadüfi deyildir ki, bu roman olduqca istedadlı yazıçı-publisist, bacarıqlı tərcüməçi Elmira xanım Axundovanin rus dilinə mükəmməl çevirməsində kitab şəklində çap edilmiş,alınan çoxlu oxucu məktublarından məlum olur ki, rus dilli oxucular tərəfindən geniş rəğbətlə qarşılanmışdı.
Lakin, bu romana qədər 45 illik uzun və zəngin bir yaradıcılıq və fəaliyyət yolu varıdı… Müasir oxucuda təsəvvür yaratmaq üçün yenidən yazıçının ömürlüyünün xronologiyasna qayıdırıq…
Bayram Bayramov 1956-cı idən fəaliyyət sahəsini dəyişir-Azərbaycan Dövlət radiosunda ədəbi dram verilişləri üzrə məsul redaktor (1956-1958), Yazıçılar İttifaqının orqanı “Azərbaycan” jurnalında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləyir… Sonra üç il dövləti vəzifələrdən uzaglaşmış, bu müddətdə sərbəst bir şəkildə ancaq yaradıcılıqla məşgul olmuş, özünü və ailəsini qələmi ilə dolandırmışdır…
Bu müddətdə,yəni yaradıcılığının 60-cı illərində zəhmətkeş yazıçı “Qocalar”(1960),”İlk məğlubiyyət”(1960), “Cümləqayğı”(1961), “Tağızadə yoldaşını işə buraxmır” (1961), “Köhnə tanışlar” (1962), “Caxmaq daşı” (1962), “Xüsusi qonaq” (1962), “Qibtə” (1964), “Köhnə portfel” (1967) … qəbildən onlarla klassik tipli hekayələr; “Sənsiz”- 1957, (bu əsərdə Azərbaycan nəsrində ilk dəfə dahi Üzeyir bəyin cox parlaq, xüsusi məhəbbətlə bədii obrazı yaradılıb), “Onun gözləri” (1958), “Mən ki, gözəl deyildim” (1959), “Gördüyüm günlər” ( 1960), “Sərinlik”- 1962 (“Firəngiz” adı ilı də taninir), “Sevirsə qayıdacaq” (1964), “Bələdçi” (1965), “Qoz agacı” (1966) təkin məşhur povestlərini, ilk romanlari olan “Ayrılıg” (1957) və “Yarpaqlar”ın (1957-1960) ardınca “Xəzinə” (1964), “Bəlalı sevgim” (1965), “Üç gün üç gecə” (1966-67), iki cilddən, dörd kitabdan ibarət iri həcmli “Arakəsmələr” (1959-66; 1970) təkin maraqlı və problematik romanları qələmə alıb nəşr etdirir. Hələ biz bura müəllifin bu dövrdə yazdığı bir çox məzmunlu, aktual oçerklərini, silsilə bədii – publisistik məqalələrini, sissenarilərini , radio-pyeslərini də əlavə etsək yazıçının istedadının və zəhmətinin miqyasi haqqinda təsəvvür daha da aydin olar…
Yeri gəlmişkən, xatırladaq ki, Bayram Bayramovun “Mən ki, gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı məhəbbəti” sissenariləri əsasında, görkəmli aktyorların və çəkliş qrupunun iştiraki ilə baxımlı, təsirli bədii filmlər çəkilmiş və uzun müddətdir ki, ekranlarımızda vaxtaşırı nümayiş etdirilir..
İş elə gətirmişdir ki, bu mərhələdə Bayram Bayramova mətbuat sahəsində məsul bir təşkilati sahə tapşırılır, 1966-cı ildə Azərbaycan Dövlət Nəşriyyat Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilir və 1971-ci ilə qədər o, bu vəzıfədə çalışmış, sonra 1989-cu ilə gədər yenə də, heç bir yerdə işləmədən sərbəst, azad yaradıcılıqla məşğul olmuşdur…
Bayram Bayramovun yaradicılığını müntəzəm izləyən qələm və ürək dostu, taninmış yazıçı-publisist, ləyagətli və prinsipial tənqidçi-alim, filologiya elmlər doktoru, BDU-nun professoru Qulu Xəlilov (Xəlilli) yazırdı: “İnsanın bütün hissi, fikri,arzusu,qayəsi,fəaliyyəti,sevinci, kədəri, məhəbbəti – bir sözlə, yaşayışı, varlığı ilə əlaqədar bütün sahələr yazıçının mövzu mənbəyidir. Kənd həyatının müxtəlif və rəngarəng sahələri, arxeoloqlarımızın, memarlarımızın, geoloqlarımızın, həkimlərimizin, sevən-sevilən adamlarımızın, yaradan-quran ziyalılarımızın mənəvi dünyası Bayramın ilham mənbəyidir. Onun bütün əsərlərinin mərkəzində müasir inan və onun əməlləri, daxili varlığı dayanır”.
Göründüyü kimi, görkəmli sənətkarın mövzu və maraq dairəsi olduqca geniş və əhatəlidir. Elə buna görə də, yazıçı maraqlı, rəngarəng, müxtəlif xarakterli, realist, hamımızın müasirləri olan, tanıdığımiz, sevdiyimiz, yaxyd nifrət etdiyimiz, xoşlamadığımız insanların tipikləşdirilmiş, ümumiləşdirilmiş, yadda qalan , maraq doğuran obrazlar və surətlər qalareyasını, silsiləsini yaratmışdır.
Belə ki, sözün həgigi və geniş mənasında Bayram Bayramov bir sənətkar kimi bəədiyyatın bütün istiqamətlərində müasir yazıçıdır. Bu müasirlik təkcə onun əsərlərinin mövzularında deyl, təsvir etdiyi adamlarin bir-birinə münasibətlərində, həmçinin yazıçının özünün fakt və hadisələrə orjinal, bənzərsiz münasibətində, təsvirlərində, şirin, oxunaqlı lirik təhkiyyəsində, ədəbi-bədii üslubunda, gerçəkliyə modern-realist baxışlarında, yeni, dəyərli estetik yozumlarında da özünü parlaq,aydın bir şəkildə göstərir. Bir çəhəti xüsusilə vurğulamaq lazımdr ki, Bayram Bayramov bütün irihəcmli əsərlərinin- povest və romanlarının, demək olar ki, hamısında namuslu, qeyrətli, agıl və dərrakəli, mənən və fikrən intellektual səviyyəli, örnək milli ənənələrin daşıyıcıları olan, müasir təfəkkürlü gadın qəhrəmanlarına, obrazlarına, surətlərinə daha çox üstünlük və yer verirdi. O, Azərbayçan qadınının yerini, mövqeini “nənəmin cəhrəsi” mühitində, siferasnda yox, Məhsəti, Natəvan, Möminə Xatun, Həmidə xanım Cavanşir mühitində, haləsində görürdü.
Həmçinin, o millətimizin, xalqımızın inkişafını da, gələcəkli olmasını da, yeni təfəkkürlü, milli xarakterli yeni nəslin yetişməsinin də əsas bünövrəsini, özülünü bu tipli qadınlarımızın cəmiyyətdə çoxluğunda, üstün mövqedə olmasında görürdu və bütün ziyalılıq gücü ilə bunun tərəfində-təbliğində idi.
Ümumiyyətlə, bu qüdrətli yazıçının əsərləri bütövlükdə “dəyərsizlik kompleksindən” uzaqdır. Streotip, gəlmə, yad, həyatdan uzaq, imitasiyali mövzu və süjetlər tamamilə onun yaradıcılığına yaddır.Heç vaxt, heç vədə nə özünü, nə də özgələrini təkrarlamadı!.. Bütün mövzüları və yaratdığı xarakterlər bir-birindən fərqldir, orjinaldır, ilkindir, yetgindir… Antey gücü, qüvvəti torpaqdan aldığı təkin, Bayram Bayramovun yaradıcılıq gücünün sirri də, bu orjinallıga, ilkinliyə və bu yetginliyə baglıdır… Bütün bu yaradicılıq keyfiyyətləri və fəalliğı ilə o, 60-cı illər ədəbi prossinə davamlı dinamika, yetgin və milliliyə söykənən müasirlik gətirdi…
XX əsr Azərbaycan ədəbi fikrinin, tənqidinin və ədəbiyyatşünaslığının digər azman nümayəndələrindən biri, akademik Məmməd Cəfər müəllim “Mənalı konfliktlər” məqaləsində Bayram Bayramovun 70-ci illərə qədərki yaradıcılığının birinci mərhələsinin mühüm cəhətlərini müəyyənləşdirərək, bir növ, yazıçının ədəbi fəliyyətinin bu mərhələsinin yekunu təkin onun bədii- estetik qiymətini belə ymumiləşdirir: “Sənətdə canlı həyat müşahidələrinə əsaslanmaq Bayram Bayramovun yaradıcılığı üçün səciyyəvidir.Bay-ram müşahidələrində diqqətli, ayıq və təmkinlidir. Onun təsvir etdiyi adamlara, hadisələrə münasibəti aydın və anlaşıqlıdır”.
Xalq yazıçısi, akademik Mirzə İbrahimov da, qələm dostunun yaradıcılığındakı həyatiliyi və konfliktin təbiiliyini görərək yazırdı: “Bayram Bayramovun əsərləri canlı həyatiliyi, konfliktinin təbiiliyi ilə secilir.Onun povestlərinin süjetinin mərkəzində müasir həyatın inandırıcı lövhələri durur”.
Belə ki, görkəmli yazıçının tapındığı ən böyük və müəddəs mehrab Azərbaycan və Azərbaycan həqiqətləri idi… Yaşadığı mühıtin,müasirlərinin həyatı, qayğıları, əxlaq və mənəvyyatları onun bədii düşüncəsini ən çox məşğul edən sahə idi… Bayram müəllim yaradıcı ziyalıya məxsus bu mənəvi-əxlaqi enerjini ən çox Üzeyir bəydən alırdı. Üzeyir bəy Hacıbıyli onun üçün milli,vətənpərvər ziyalı etalonu idi və Üzeyir bəyin ağ mərmərdən düzəldilmiş kiçik büstü bəxt amuleti təkin daima onun yazı masasının üstündə, gözlərinin qənşərində olardı. Bu kiçik büst sanki, yazıçının qələminə güc, qüvvət, qüdrət, dəyanət və dözüm verirdi…
Belə bir ədəbi missiyanı çiyinlərinə götürən ədibin 70-ci illər mərhələsində yaradıciliq siferası, mövzu əhatəsi daha da genişləndi və bu illərdə böyük yaradıcılıq potensialına malik Bayram Bayramov bir-birinin ardınca “Sarı baba”, ”Qaşsız üzük”, “Çəpər”, “Ürəkdə yaşayanlar”, “Bizim kəndin axşamları”, “Quru çayın sahillərində”, “Bahar soyuğu”, “Oğul həsrəti” təkin müxtəlif , orjinal mövzularda, müasirlərin həyatından bəhs edən povestlərini, “Fəhlə qardaş”, “Yazılmamış kitab”, “Cıdır düzü”, dörd cilddən, iki kitabdan ibarət “Arakəsmələr” romaninin bir kitabda cəmlənən 3-4-cü cildləri təkin böyük, həcmli, ictimai-sosial məzmunlü , analitik bədii təfəkkürün məhsulu olan , təsirli xarakter və obrazlar silsiləsinə malik romanlar qələmə almışdır…
Müasirlik və müasir həyat hadisələrinə müraciət onun estetik idealının mahiyyəti və cövhəri idi. Bayram Bayramov müasirlərini olduqca dərin məhəbbətlə sevirdi və onlari böyük sevgi ilə də əsərlərinə gətirirdi. Hətta o mənfi obrazlarına da humanizm mövqeyindən yanaşirdı, onlarin mənfilikləini nifrətlə deyil, onlari düzəltmək, yola gətirmək xatirinə edirdi. Sırf satirik janrda yazdığı “Kərəməlinin sərgüzəştləri” hekayələr silsiləsində belə, janrın tələblərindən qismən uzaqlaşır, boyalari qatılaşdırmır, elə orjinal məzahlar, eyhamlar tapırdı ki, bunlar mənfiliklərin islahına sərt tənqiddən daha təsirli olurdu.
Müasirlik və müasir mövzuya müraciət etmək yazıçıdan xüsusi, deyərdim ki, əlahiddə istedad, fəhm, dəqiq müşahidə, sürəkli təhlil, dürüst nətiçələr çxarmaq, həqiqəti təhrif etmədəh dərin ümumiləşdirmələr aparmaq bacariğı tələb edir. Çünki, həyat ətrafda sürətlə davam edir, gözləmir, həmçinin baş verən hadisələrin hamısının çanlı şahidləri var, Sən bir sənətkar kimi bunları elə təsvir etməlisən ki, hami sənə inansın və baş verənlərin mənalandırılmasinda da orjinal olmalisan, hamının gördüyündən haminin görmədiyini tapıb, deyərdim ki, kəşf edib yazıya gətirməlisən.
Keçmiş hadisələrə, əhvalatlara, tarixi mövzulara müraciət nisbətən asandır.
Düşünüb-daşınmaqa , təhlil və tədqiqata imkan, sərbəst seçim etməyə vaxt olur. Müasir mövzularda isə bunlarin heç biri olmur…
Yazıçının bu mərhələdə yazdiğı və tamamladığı əsərlərin içində “Arakəsmələr”, “Fəhlə qardaş” və “Cidir düzü” romanlari xüsusən fərqlənir, dövrün ədəbi hadisəsinə çevrilərək diqqəti cəlb edir,nümunəvi ədəbi-bədii fakt təkin tənqidin, ədəbi mühitin müzakirə obyektinə çevrilir, müxtəlif rakurslardan təhlil və tədqiq olunur… Bunun ən ümdə səbəbi o idi ki, bu əsərlərdə müəllif müraciət etdiyi mövzuların tamamilə fərqli və orjinal bədii şərhini tapmişdi…
“Arakəsmələr” romanı ayır-buyur, çəpərləmə əxlagına (müəllifin “Çəpər” adlı hekayəsi də var), həyatda, məişətdə, sosial-mənəvi mühitdə olan və cəmiyyəti gözəgörünməz mənəvi iflasa aparan “arakəsməçiliyə” qarşı yazılan, ciddi sosial məzmunlu, monumental epikliyə malik romandır.
Görkəmli ədəbiyyatşünas-tənqidçi, Bayram Bayramovun yaradıcılığını ardicıl izləyərək onun haqqında bir sıra maraqlı nəzəri-estetik dəyərdə məqalələr qələmə alan professor Pənah Xəlilov yazır: “Arakəsmələr” romanında müasir şəhər quruculuğunda memarlığımızın bugünkü nailiyyəti, keçmiş ənənələrə münasibəti və gələcək perspektivləri, üslub rəngarəngliyi, maddi rifahın artması ilə bağlı olarağ yaşayış komplekslərinə verilən tələblər, indiki məişət tələblərinə uyğun gələn mənzillər tikintisi və s. problemlər bədii mətndə mühüm yer tutur”.
Göründüyü təkin romanda şəhərsalma problemi, Bakının yenidənqurma məsələləri (təsadüfi deyildi ki, əsərin baş qəhrəmanlarından biri, həmişə şəhərsalma işinə böyük ürəklə cəlb edilən, qüdrətli memar-qurucu, tarixi şəxsiyyət olan Əliş Ləmbərənski idi ) bu romanın süjet xəttində əsas yer tutsa da, alt qatda şərəf gətirən Azərbaycanğurma, cəmiyyətgurma problemləri laylanırdi və bu əsər yeni oxunuşda müasir, çağdaş ictimai –sosial məsələlərlə səsləşdiyindən daha müasir səslənir, daha lazımlı olduğu görsənir…
“Fəhlə qardaş” romanını bir çoxları adına görə o vaxtların tənqid anlayışlarına uyğun olaraq “istehsalat romanı” təkin qəbul edir və bu istiqamətdə də təhlillər aparırdılar. Elə bununla da yanılırdılar, romanın estetik məna və mahiyyətini dürüst təyin etmirdilər, bəlkə də, bilərəkdən, o dövrün tələblərinə uyğun olaraq bu cür təhlillə güya, yazıçıya uğur qazandırmaq istəyirdilər. Məram xoş niyyət daşısa da, əsərin daşıdığı məram örtlü qalırdı.
Romanin baş qəhrəmanı Ziyadaxan cəmiyyətdə elitar bir mövqe tutmuş böyük bir ailənin övladıdır. Bu ailənin , demək olar ki, bütün üzvləri “ailə birliyi” yaradaraq yaradı-yaramadı, istedadı oldu-olmadi hamısı idarəetmənin yüksək pillələrinə qaldırılmalıdı… Ziyadxan öz ailə prinsiplərinə qarşi üsyan edir, zavoda yollanir, adi fəhləliyi secir və beləliklə də, tituliyar bir ailənin prinsiplərini təhdid edən fəhlə qardaşına çevrilir.
Əslində, bu “fəhlə qardaş” adında ciddi bir sosial məzmunlu ironiya vardı. Fəhlə hökuməti və fəhlə hakimiyyəti adlanan bir guruluşda gizli garşıdurma səviyyəsinə çatan bir sosial təbəqə yaranmışdı. Yuxarılar nəinki aşağıları bəyənmirdi , hətta gizlidə, arxada onlara nifrət edir, aşağı eşalonu qoruq elan etdikləri siferalarına yaxın belə buraxmırdılar. Bu ailənin gələcəyinin ümid yeri olan sonbeşiyin adini da, elə belə Ziyadxan qoymayiblar və ona xanlığa bərabər ziyadə hakimiyyət kreslosu yaratmaq istəyindədilər.
Romanin süjeti və ədəbi estetik qayəsi bu sosial-siyasi bəlanin ifşasına yönəlib və fabula belə bir sosial problemin yaratdığı həyati konflikt üzərində qurulub. Vaxtilə bir çoxlari bu mətləbdən yayınmış, romanın adnı “sinifiliyə baglayarag onu “istehsalat romanı” təkin qəbul etmişlər…
Romanın adının “Fəhlə qardaş” adlandırılmasının özü yazıçı tərəfindən qəsdən yaradılmış aldadıçı zahiri effekt idi, şahmat terminologiyası ilə desək “at gedişi” idi… Bir də, bu fəhlə qardaş, elə müəllifin öz obrazına daha çox yaxın idi. O, istedadlı, zəhmətkeş və məhsuldar bir romançı kimi əsərlərinin və yüksək ədəbi, insani ideallarının həm memarı idi, həm fəhləsi!.. Iyirmi altı il sovet dövlətinin idarələrində işləmək imkanından məhrum olan, məvacib almayan, öz qələmqardaşlarının arasında – onların yazıçı-fəhlə qardaşı idi, Bayram müəllim!.. O, elə əsl insanı da belə düşünürdü, belə qəbul edirdi – işinin-gücünün fəhləsi İNSAN! Başqa sözlə, Bayram Bayramova görə İNSAN bir sosium kimi mənəviyyatının, əxlaqının, həyatının halallığa dirənişli FƏHLƏSİ olmalıdır!.. Şəxsiyyətinin fəhləsi olan şəxsiyyət olur!! Özünütanımağın, özünüdərkin, özünütəsdiqin yolu bu cür fəhləlıkdən keçir!!..
Bu sıradan “Cıdır düzü” romaninn mövzusu, məzmunu və ideyası daha aktualdır. Və bu günümüz üçün – Şuşamızın, igidlər meydani, gözəllər seyrangahı Cıdır düzünün erməni yağmaçılarının tapdağı altında olan bir məqamda müasirlərimiz üçün cox dəyərli bir əsərdir bu roman …
“Cıdır düzü” romani 1979-cu ilin sonlarında isıq üzü gördü və sonra görəcəyimiz məşum illərə hələ düz 10 il qalırdı və Bayram Bayramov ağlının, fəhminin gücü ilə Şuşanin, Garabağın faciəsini öncədən gördüyundən, bu faciəni önləməkdən ötəri haray çəkirdi və bu romanı yazmaqla bütün Azərbaycan cəmiyyətinin yatmış, soyumuş diqqətini Azərbaycanın içərisindəcə ermənilər tərəfindən təklənmiş lacivərd Şuşaya yönəltmək istəyirdi… Təkcə bu romanlamı?!
Yazıçı bədii-publisitik məqalələrində də, ardıcıl olaraq Qarabağ – Şuşa problemlərini ciddidən-ciddi qaldırırdı, bu problemlərin həlli yollarını “karlara və korlara” eşitdimək, göstərmək istəyirdi. Məqsədinə çatırdimi, bu başqa məsələ…“Qarabağda bağ olar”- 1977, “Daglar gözəli Şuşa”- 1977, “Şəhər qayğıları”(Şuşa şəhəri haqqında) – 1978,“Gələcəyə gedən yollar” -1985, “Hər daşın da qədir, qiyməti var”-1987, “Şuşanın qayğıları”-1987, “Qarabaqın tacı – Cıdır düzü”- 1988 bu silsilədən olan məğalələrin bir qismidir…
Yeri gəlmişkən deyim ki, Bayram Bayramov külli Qarabağı, onun paytaxtı hesab etdiyi Şuşani canından artıq sevirdi. Şuşanı tək qoymaq istəmirdi, hər ıl yay aylarında vaxtini orada keçirərdi. Dostları, qohumları da ora səsləyirdi ki, qoy ermənilər görsünlər Şuşa yiyəsiz deyil, onun ziyalıları həmişə onunla birlikdədir. Özü də bunlar sadə gediş-gəlişlər deyildi. Yazıçı öz nüfuzundan istifadə edərək Şuşa şəhərinin ictimai həyatında yaxından iştirak edirdi, yeri düşəndə daşnak xislətli Gevorkovlarla qoç kimi döyüşməkdən çəkinmirdi…
Qarabağ problemləri ilə yaxından məşğul olmaq üçün onün əlinə daha konkret fürsət düşür. Azərbaycan xalqının müsibətləri başlarkən, Qarabağın başının üstündə erməni-daşnak buludları sıxlaşanda bu müdrik, mübariz, yuxarıdan, aşağıdan heç bir təmənnası, umaçağı olmayan xalq ağsaqqalını qələm və əqidə dostlarının təklif və təkidlərilə özünün xəbəri və iştirakı olmadan yeni təsis edilmiş Qarabağa Xalq Yardımı Komitəsinə (1989) sədr vəzifəsinə seçirlər. Bu illərdə (1994-cü ilə qədər) o, zavala düçar olunmuş xalgına, millətinə, qaçqın və köçkünlərin bütün qayğılarına vəzifəsinin yetəri imkanları çərçivəsində əlindən gələn köməklikləri etmiş, Sabir Rüstəmxanlının təbirincə desək “ ictimai təşkilat səviyyəsində, zahiri görüntü xatirinə dövlət tərəfindən yaradılmış bu kiçik komitəni o, böyük enerji ilə işləyən ən nüfuzlu nazirlik səviyyəsinə yüksəltdi”.
70 yaşında olan bu qoca nər ( yazıçının “Qoca nər” adında hekayəsı də var) bütün varlığı ilə Xalqı ilə, Qarabağı ilə birgə idi və hər cür siyasi konyukturalardan çox-çox uzağlarda dayanırdı, heç buna vaxtı da yox idi. Yazıçı bütün bu çətin, qarışıq, ağrılı prosesləri “Qırmızı güllə” (1993-1994) sənədli-sübutlu iki cildlik romanında əks etmişdir…
80-90-cı illərdə Bayram Bayramovun yaradiciliq tempi eyni ritmdə davam edir, yaradıcılıq imkanları daha da, müdrikləşə-müdrikləşə genişlənir. O, bir-birinin ardınca “Gün batanda”,”Şəhərdən gələn qız”, “Üzlü-astarlı günllər” (xatirə-memuar), “Çox sözdən sonra”, dörd cilddən, iki kitabdan ibarət “Karvan yolu” romanlarini yazır, üç cilddən ibarət “Seçilmiş əsərlər”ini çap etdirir…
Xalq yazçısı Bayram Bayramovun yaradıcılığı lirik-epık üslubu, şirin, oxunaqlı təhkiyyəsi, zəngin həyat materialı ilə həmişə fərqlənmiş, müasirlik ruhunda olmuş, mövzuları və ideya-estetik qayələri günün, dövrün milli-əxlagi, sosial – iqtisadi problematikasını qaldırmış, xalqımızı indi də düşündürən, əhəmiyyətini bu gün də itirməyən istək və arzularını əks etdirmiş, ümümiyyətlə Azəbaycan həyatı onun çoxşaxəli zəngin yaradıcılığının aparıcı tematikasını təşkil etmişdir.
Nəzəri-ədəbi təfəkkürünə hamının qibtə və hörmətlə yanaşdığı akademik Yaşar Qarayev ədibin yaradıcılığını və şəxsiyyətini belə qiymətləndirirdi: “Onun romanları onun öz şəxsiyyətinə bənzəyir – sərt və kövrək, təmkinli və əzəmətli, təbii və məğrur, milli və müasir…”.
Professor Pənah Xəlilov isə yazıçının ədəbi-bədii dilinin lirik-emosional keyfiyyətlərini nəzərdə tutaraq yazırdı: “Bayram Bayramovun əsərlərinin zəngin dili vardır. O, ümumən canlı danışıq dilinin əlvan imkanlarina arxalanır, surətləri fərdiləşdirməkdə dil materialından yaxşı istifadə edir, xalq hikmətindən, atalar sözlərindən, kənd camaatının işlətdiyi ifadələrdən gen-bol istifadə edə bilir.” Yazıçının ədəbi dilinin məhz bu cür zənginliyinə görə ədəbi dil normalarından danışan, üslubiyyati tədqiq edən əksər məşhur dilçilər, izahlı lüğətçıliklə məşqul olan alimlərimiz ardıcıl olaraq onun yaradıcılığına müracıət etmiş, ondan çoxlu dürlü misallar gətirmişlər…
Böyük və müqtədir yazıçı Bayram Bayramovun ədəbi yaradıcılığı həmişə ədəbi tənqidin və ədəbiyyatşünaslığın diqqət mərkəzindədir. Fikirlərinə müracıət etdiyim ədib və tənidçilərdən başqa ədəbiyyatımızın tanınmış və məşhür nümayəndələrindən, ədiblərindən olan Mehdi Hüseyin, İmran Qasımov, Rəsul Rza, Əli Vəliyev, Məmməd Rahim, İlyas Əfəndiyev, Ğasım Ğasımzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı, Salam Qədirzadə, İslam İbrahimov, Teymur Elçin, Şixəli Qurbanov, Əlfi Gasımov, Fami Mehdi, Ayaz Vəfalı, Çingiz Hüseyinov və başqaları, ədəbiyyatşünas- tənqidçilərdən Məmməd Arif, Mehdi Məmmədov, Əkbər Ağayev,Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yəhya Seyidov, Nazim Axundov, Məsud Bəliyev, Seyfulla Əsədullayev, Kamran Məmmədov, Rasim Tağıyev, Xalid Əlimirzəyev, Camal Əhmədov, Təhsin Mütəllibov,Cahangir Məmmədov, Tofiq Hüseynov, Elməddin Məmmədov (yazıçının yaradıcılığına həsr edilmiş “Həyat nəfəsli nəsr” samballı monoqrafiyanın müəllifi), Əhəd Hüseynov, Elçin, Akif Hüseynov, Şamıl Salmanov, Qəzənfər Kazımov, Abbas Hacıyev, Xeyrulla Əliyev,Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Muxtar İmanov, Vaqif Yusifli və digərləri (bu natamam biblioqrafik məlumat olduğundan adlarını çəkmədiklərim məni üzürlü hesab etsinlər) Bayram Bayramovun əsərləri haqqında dəyərli məqalələr yazmışlar, fikir və mülahizələrini söyləmişlər…
Məsələn, Əli Vəliyev onu “Vətəndaş sənətkar” adlandırırdı, Məmməd Rahim isə onu “poetik lövhələr müəllifi” kimi görürdu, Süleyman Rəhimov isə Bayram müəllımi “Yaradıcı – fədai” hesab edirdi…
Pənah Xəlilov onun yazıcı həyatına “axtarışda keçən ömür”, Sabir Rüstəmxanlı isə “ Ümumi ışı öz mövqeyindən üstün tutmaği bacarirdi, demokratik adamıydı Bayram Bayramov!”—deyirdi. Ayaz Vəfalı onun bədii sözünün sambalını nəzərdə tutaraq məgaləsinə “Sözün siqləti” başlığını qoymuşdu. Vilayət Quliyev ədibin əsərlərini “həyatın kamil bədii əksi” təkin şərh edir, Nizaməddin Şəmsizadə isə “yazıçının əsərlərini oxuyarkən özünü nikbin adamlar arasında hiss etdiyini” yazırdı… Və bütün bunlar Xalq yazıçısı Bayram Bayramovun yazıçı şəxsiyyəti, yaradıcılığı barəsində söylənən, həqiqəti əkc edirən fikir xəzinəsidir…
Olduqca istedadlı, qüdrətli söz ustasi, ədəbi zəhmətkeş, qələmini söz -tişəsinə çevirən nasir Bayram Bayramov 40-a qədər roman və povestdən, yüzlərlə hekayə və məqalələrdən, 50-dən çox kitablardan ibarət zəngin ədəbi irs qoyub getmiş, şəxsiyyəti və yaradıcılığı ilə xalğının yaddaşında və doğmadan-doğma ədəbiyyatının tarıxındə əbədiləşmişdir. Onun əsərlərindən nümunələr ,demək olar ki, kecmiş SSRİ-də yaşayan əksər xalqlarin və eləcə də türk, bolqar, macar, monqol, çin, polyak, rumın, çex, alman, fars, ərəb dillərinə tərcümə olunub yayılmışdı. Bu proses Türkiyədə davam etməkdədir…
Xalq yazıçısı Bayram Bayramov sovet dönəminin “Şərəf nişani”(1968), “Xalqlar dostluğu” (1978), “Qırmızı Əmək Bayrağı” ( 1988 ) ordenləri ilə təltif olunmuşdu.
Bayram Bayramov 1994-cü il noyabrin 9-da uzun sürən xəstəlikdən sonra Baki səhərində vəfat etmiş, Fəxri Xiyabanda qələm dostlarının sırasında dəfn olunmuşdur. Allah hamısına rəhmət eləsin!..
Famil Mehdi “Ədəbiyyat qəzeti”ndə dərc olunan vida sözündə haqlı olaraq yazırdı: “Bayram müəllim öldü. Onu Allahdan aşağı Qarabağ dərdi öldürdü. Bayram Bayramov Qarabağ şəhididir!”.
Bayram müəllimin rühünün dili olsaydı deyərdi: – Allah Qarabağı şəhid etməsin!!..
Qurban BAYRAMOV – tənqidçi-ədəbiyyatşünas, doktor-professor.
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
QISA ARAYIŞ: Abdulla ŞAİQ – Abdulla Axund Mustafa oğlu Talıbzadə — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyi]]nin üzvü, Əməkdar incəsənət xadimi (1940), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri.
Həyatı Erkən illəri və təhsili Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu.
Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. – səh. 244. Oğlanları Yusiflə Abdulla da ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər.
Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən maarifçilik hərəkatının ideyaları gənc Abdullada öz təsirini buraxırdı. Abdulla Şaiq 1889-1893-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana ziyarətə gedən anası, qardaşı Yusiflə birlikdə onu da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasana davam etdirirlər. Burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllim də dərs deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olmuşdur. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə “”Ziya”” təxəllüsü götürmüşdür.
1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cü ilin payızınadək Xorasana bir tanışlarının evində qalaraq burada bakıkılə Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. Yeddi il Xorasana mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Payızda anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.
Abdulla Bakıda iki sinfi mübarizə ilə üzləşdi. Bir tərəfdən burjuaziya, digər tərəfdən isə proletariat. 1905-ci il inqilabı ərəfəsində bu iki sinif arasında başlanan mübarizə tarixin zəruri bir hadisəsi kimi meydana çıxmışdı. Bununla bərabər Bakı həm də elm, ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilirdi, mətbuat orqanları, məktəblər, mədəniyyət orqanları açılır, ziyalıların sayı artırdı.
Pedaqoji fəaliyyəti Dövrün ziyalılarının çoxu Qori müəllimlər seminariyasının məzunları idi. Onlar yeni üsulla dərs deyir, əsərlər yazırdılar. Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov və digər dramaturqların əsərlərini tamaşaya qoyurdular. 1905-1907-ci illər inqilabının təsiri altında məktəb ətrafında gedən mübarizə günü-gündən şiddətlənirdi və bu, Azərbaycan ziyalılarının, müəllimlərinin, mühərrirlərinin və ədiblərinin dəstələrini əhatə edirdiHəmin dövrdə şəxslər Qori müəllimlər seminariyasını bitirib Azərbaycanın müxtəlif yelərində çalışırdılar. Onlar nəslin təlim-tərbiyəsinə, onların dünyəvi təhsil almalarına qayğı göstərirdilərBu insanlar yeni üsulla məktəblər açır, qəzet, jurnallar çıxarır, dərsliklər hazırlayır, tədris proqramlarında dünyəvi elmlərə geniş yer verirdilər. Məqsəd insanların şüuruna təsir göstərmək, xalqlar arasında dostluq ideyası yaymaq idi.
Abdulla Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. Abdulla, Nəriman Nərimanova onun Bakıya müəllim arzusu ilə gəldiyini, Nərimanov isə ona bu sənət üçün imtahan verməli, müəllimlik hüququ qazanmasının vacib olduğunu bildirdi. Nərimanovun məsləhətlərindən sonra Abdulla Nəriman Nərimanovun ona verdiyi “”Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”” kitabını, Azərbaycan dilinin qrammatikasını, ədəbiyyatı, eləcə də metodikasını öyrəndi.
1901-ci ilin aprelin 22-də I Aleksandr adına üçüncü oğlan gimnaziyasında imtahan komissiyası çağırıldı. Abdulla üç növ üzrə imtahan verdi: yazılı, şifahi və nümunə dərsi. Bu imtahanları zamanı o, öz istedadı və bacarığını göstərmiş, səyi sayəsində Azərbaycan dili və ədəbiyyatına metodikaya aid suallara Nəriman Nərimanovu və başqa komissiya üzvlərini razı salan cavablar vermiş və hər üç imtahandan “”5”” qiyməti almışdır.
Abdulla Talıbzadə 1901-ci il aprelin 22-də 608 nömrəli şəhadətnaməyə əsasən “”Azərbaycan dili müəllimi”” adını alır. Şəhadətnaməni komissiya üzvü olan Nəriman Nərimanov imzalamışdır. Onun müəllim kişi işə düzəlməsində Nərimanov mühüm rol oynamışdır. Onun Bakı Dövlət Dumasının maarif şöbəsinin müdiri Mixail Aqanoviçə yazdığı məktubda bildirilir:
“Qulluğum Sizinlə görüşməyimə mane olur, ancaq alicənablığınıza və xeyir-xahlığınıza güvənərək Sizə məktub yazmağa cəsarət edirəm. Sizdən xahiş edirəm ki, Mirzə Abdulla Talıbzadəni rus-tatar məktəbinə tatar diliTatar dili dedikdə Azərbaycan dili nəzərdə tutulur. müəllimi vəzifəsinə təyin edəsiniz. Onun bu fənni tədris etməyə səlahiyyəti vardır və rus dilini də kifayət qədər yaxşı bilir. Əgər Siz onun sənədlərini başqalarının sənədləri ilə müqayisə etsəniz, onun başqalarından fərqlənən ləyaqəti aydınlaşar.”
Lakin boş yer olmadığı üçün Abdulla Talıbzadəni rus-tatar məktəblərində “”ehtiyat müəllim”” təyin etməyi qərara aldılar. Bu haqda o, məktəb komissiyası sədrinə məktub yazır: “Siz ali cənab həzrətlərinizə bildirirəm ki, mən 31 oktyabr 1901-ci il 85 nömrəli əmrinizə əsasən 5 noyabr 1901-ci ildən rus tatar məktəblərində “ehtiyat müəllimi” olmağa razıyam.”
Bununla, Abdulla Talıbzadə Sultan Məcid Qənizadənin müdir olduğu altı sinifli şəhər məktəbində pedaqoji fəaliyyətə başlayır. Abdulla Talıbzadənin pedaqoji fəaliyyətə başladığı dövrdə xalqı maarifləndirmək, onları zamanın tələbinə uyğun tərbiyə etmək ictimai bir məsələ kimi meydana çıxmışdı.
Abdulla Talıbzadənin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən 1901-18-ci illər arasında Azərbaycan maarifi sahəsində iki qüvvə qarşı-qarşıya gəlmişdi: köhnə təlim ocaqları – mollaxanalar, mollalar, sxolastik təlim-tərbiyə üsulu ilə dərs deyən müəllimlərdən ibarət qüvvə, ikincisi isə: yeni təlim-tərbiyə üsullarına, dünyəvi məktəblərə meyl edən pedaqoji qüvvə idi. Abdulla Talıbzadə yeni tipli tədris ocaqlarının şəbəkəsinin genişləndirilməsi uğrunda mübarizə aparan ikinci qüvvənin – dövrün maarifçilərinin sıralarına qoşuldu.
Azərbaycan dilinə ayrılmış dərs saatı az olduğundan o, beş-altı ay hazırlaşdıqdan sonra imtahan verərək şəriət müəllimi şəhadətnaməsi aldı. O, işlədiyi məktəbdə azərbaycan dili dərsləri ilə yanaşı şəriət dərsləri də aparırdı. İkinci Real məktəbin direktorunun Qafqaz Təhsil Dairəsinə göndərdiyi 1916-cı il 18 oktyabr tarixli məktubunda yazılır: “Sinif mürəbbesi işləyən A.Şaiqə birinci Realnı məktəbində şəriət dərsləri aparmasına icazə verilmişdir.”
Abdulla Şaiq şəriət dərslərinin kiçik mahiyyətini dərk edərək çox vaxt onun yerinə Azərbaycan dilini, dünyəvi elmləri tədris edirdi. Lakin atdığı bu addın onu vəzifəsindən kənarlaşdıra bilərdi. Abdulla Şaiq bununla bağlı “”Xatirələrim””-də yazırdı: “Bir gün müdir qəflətən içəri girdi və üzünü sinfə çevirərək bugünkü dərsin mövzusunu soruşdu. Şagirdlərdən Həbib Talışinski ayağa qalxaraq: – Bu gün dərsdə müəllim “miras məsələsini keçir” – deyərək məni çətinlikdən qurtardı.”
1901-1906-cı illərdə Abdulla Talıbzadə bir neçə məktəbdə dərs deyirdi. 1902-ci ilin sentyabrında o, Həbibbəy Mahmudbəyovun müdir olduğu altısinifli şəhər məktəbinin aşağı siniflərinə daimi ana dili müəllimi təyin edildi. Dərs saatı az olduğuna görə 1903-cü ildən Sabunçuda altıillik məktəbdə də dərs deməyə başlayır. Gənc müəllim fəhlələrin iş şəraitini ilk dəfə olaraq daha yaxından müşahidə edir, öyrənirdi. Abdulla Talıbzadənin 1903-cü ildə üçüncü kişi gimnaziyasında çalışması haqqında üç sənəd mövcuddur: birincisində, onun 1903-1905-ci illərdə progimnaziyada işlədiyi göstərilir. İkinci sənəd isə Mərkəzi Ədəbiyyat Arxivində saxlanılan 31 nömrəli şəhadətnamədir.Şəhadətnamədən məlum olur ki, o, Qafqaz Maarif Müfəttişliyinin 15672 nömrəli əmrinə əsasən 1905-ci il 29 oktyabr|oktyabrın 29-dan 1912-ci il 31 oktyabr|oktyabr 31-ə qədər gimnaziyada çalışmışdır.
Sabunçuya gedib-gəlmək çətin olduğu üçün Abdulla 1906-cı ilin sentyabrında oradan ayrılaraq Bakı realnı və yeddinci şəhər məktəbinə işə düzəlir. Abdulla Talıbzadə rus dilində tərcümeyi-halında göstərir ki, 1906-cı ildə 7-ci rus-tatar məktəbində yerli dildən dərs deməyə başladı. Seyid Hüseyn, Cəfər Cabbarlı məhz bu məktəbdə onun şagirdləri olmuşdur. O, burada 1908-ci ilə qədər çalışdı. Abdulla Talıbzadə 1908-ci ildən pedaqoji fəaliyyətini Bakıdakı realnı məktəbində davam etdirir. Abdulla Şaiq burada şəhərin bir neçə məktəbində altıncı dərs kimi tədris edilən Azərbaycan dilindən dərs vermişdir.Mütərəqqi fikirlərinə Abdulla Şaiq şagirdləri və qabaqcıl fikirli maarif işçiləri arasında böyük hörmət və nüfuz sahibi olmuşdur.
Abdulla Şaiqin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən illər xalq maarifi sahəsində başlanmış böyük bir canlanma ilə müşayiət olunur. Müxtəlif maarif cəmiyyətləri yaradılırdı. Bu cəmiyyətlər içərisində “”Nicat”” cəmiyyəti öz fəaliyyəti ilə diqqəti cəlb edirdi. Cəmiyyətin sədr müavini olan Nəriman Nərimanovun və onun həmfikirlərinin Həsən bəy Zərdabi, Fərəc bəy Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Üzeyir Hacıbəyli və başqalarının səyi nəticəsində 1906-cı ilin avqustunda və daha sonra 1907-ci ildə Azərbaycan müəllimlərinin müvafiq olaraq I və II qurultayları çağırıldı.
Azərbaycan ictimai həyatında tarixi əhəmiyyət kəsb edən qurultaylar maarif və məktəb məsələsini müsəlmanların inkişafının ən vacib komponentləri ilə bağlı olan siyasi, mədəni və ictimai məsələ idi. Dərsliklərin, proqramların vəziyyəti, təlim üsulları (həmin dövr ibtidai şəhər məktəblərində rus dili ”nemoy”Nemoy sözünün tərcüməsi ”lal” deməkdir. metodu ilə təlim edilirdi), oxumaq və yazmaq üçün asan olan yeni üsulun tətbiqi haqqında, kənd müəllimlərinin vəziyyəti, məktəblərdə Azərbaycan dili dərslərinə verilən dərs müddətinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, tətillərin düzgün bölüşdürülməsi, ibtidai təhsilin ümumi və icbari olması, yeni üsullardan istifadə edilməsi hər iki qurultayın əsas müzakirə mövzusu olmuşdur.
Abdulla Talıbzadə birinci qurultayda çıxış edərək ana dili və ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında öz fikirlərini verdi. Qurultay Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq və digərlərindən ibarət xüsusi komissiya seçdi. Qurultayın növbəti iclasında komissiya adından Abdulla Talıbzadə çıxış edərək proqramın tərtibi prisinsiplərindən və əhəmiyyətindən danışdı.
Yaradıcılıq fəaliyyəti İlkin dövrlər
1908-ci ildə «İkinci il» adlı elmi, pedaqoji-metodik cəhətdən faydalı bir vəsait tərtib etdilər. Həmin dərslik klassik rus ədəbiy- yatından tərcümə olunmuş nümunələr, A.Səhhət, M.Ə.Sabir və A.Şaiqin uşaqlar üçün yazdıqları əsərlər əsasında tərtib olun- muş, sadə və aydın Azərbaycan dilində yazılmışdır. A.Şaiq və digər müəlliflərin tərtib etdikləri bu dərs vəsaiti müəllimlərin ikinci qurultayının qərarının yerinə yetirilməsi baxımından bö- yük əhəmiyyət kəsb edirdi. Lakin dərslik cəmiyyətdə birmənalı qarşılanmır. Professor Ə.Ağayev vəsaiti müsbət hadisə kimi dəyərləndirərək yazır: «İkinci il» dərsliyi əlifba təlimindən son- ra oxunan birinci kitab idi. Bu dərslikdə digərlərindən fərqli ola- raq bir sıra yeniliklər edilmişdi. Əvvələn, kitabda Azərbaycan dilinin özünəməxsus qrammatik qayda – qanunları verilmişdi, digər tərəfdən «ə» səsini bildirən bir işarə də əlavə edilmişdir. Bu, oxunu asanlaşdırırdı. İlk dəfə olaraq «İkinci il» dərsliyində dilimizə məxsus ahəng qanunu öz əksini tapmışdır. Müəlliflər bu barədə kitabın elə birinci səhifəsində məlumat verib yazırdı- lar ki, «türkcədə gözəl bir hal var ki, haman heç bir lisanda bu- lunmaz: o da lisanda bulunan ahəngdir, yəni türkcədə bir kəlmə- nin ilkin hecası nasıl bir səs ilə başlanarsa, ondan sonra gələn hecalarda da ona uyğun olar. Məsələn, ilkin hecanın səsi incə isə ötəkilərin də səsi incə, qalın isə qalın olur. Kitabda çalışmalara geniş yer verilmiş, dilimizin qrammatikası geniş əhatə olunmuşdur. Buraya A.Şaiqin səkkiz müxtəlif məzmunlu uşaqlar üçün yazdığı şeirləri daxil edilmişdir. A.Şaiq dərsliyin bir nüsxə- sini dostu, böyük maarifçi Firudin bəy Köçərliyə göndərir. F. Köçərli 1908-ci il 2 dekabr tarixli cavab məktubunda dərsliyi çox yüksək qiymətləndirirdi. «Azərbaycan dilinin təmizliyi və yeni əlifbanın vacibliyi ideyası müxtəlif istiqamətlər üzrə həyata keçirilirdi. Bir tərəfdən ana dilində yeni dərslik və proqramlar hazırlanır, başqa tərəfdən də qəzet və jurnallarda təhsilə aid sənədlərin ümumi ideyasını təqdir edən materiallar, ədəbi-pe- daqoji əsərlər yazılır, xalq maarifinin qarşısında duran əsas və- zifələrə diqqət yetirilirdi» (2, s.74). Əsrin əvvəllərində cəmiyyə- tin keyfiyyətcə yeni mərhələyə keçməsi, mənəvi aləmin güzgüsü olan xalq maarifinin güclü bir sahəyə çevrilməsi prosesi getdik- cə güclənirdi. Cəmiyyət və məktəb münasibətləri daha sıx əlaqə- də gündən-günə yeni məzmun kəsb edirdi. Azərbaycanın de- mokratik fikirli pedaqoqları öz fəaliyyətlərində ana dili və ədəbiyyatın tədrisinə, proqramlar və dərsliklərin tərtibinə xüsusi diqqət verirdilər. Bu tərəqqinin qarşısını almaq üçün imperiya məmurları mühüm tədbirlər planlaşdırıb həyata keçirirdilər. Bunu təsdiq edən sənədlərdən biri də Rusiya daxili nəzarəti po- lis şöbəsi, üçüncü kargüzarlıq dairəsinin 1900-cü ildə dekabrın 31-də 13421 saylı təhrirat ilə Gəncə valisinə göndərdiyi müra- ciətnaməsi diqqəti cəlb edir: – “Gəncə qubernatoru həzrətlərinə! Polis departamentində olan məlumata görə, son zamanlarda tatar ədəbiyyatında (ruslar o zaman yerli türklərə tatar deyirdilər qeyd:MM) yeni bir cərəyan müşahidə olunur. Bu cərəyan Rusi- ya türkləri və müsəlmanları həyatında böyük bir təbəddülat do- ğuracağından təhlükəlidir. “
Yaradıcılığı Abdulla Şaiq 1901-ci ildə 22 aprel üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr] 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyİiətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyat” adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatı]]nı tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.
A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.
Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.
Şairin “Hürriyyət pərisi”nə, “Niyə uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.
Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox hekayə, povest və romanlar yazıb. “Köç” və “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.
A.Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olub. O, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayıb. M.Ə.Rəsulzadə bu dövrdə “milli istiqlalın sevincini ilk duyanlar” sırasında A.Şaiqin də adını çəkib. Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı “Tələbə həyatı” pyesini yazıb, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını tamamlayıb. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun “Vətənin yanıq səsi” şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilib.
Vətənpərvər şair kimi
Şair “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışıb.
1920-ci il aprelin 28-də rus ordusu (XI qırmızı ordu) Azərbaycana soxulur, kommunistlər hakimiyyəti ələ alır. Buna baxmayaraq, A.Şaiqxalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başladı. “Şaiq Nümunə məktəbi”nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını vurğulayaraq yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapır. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrılır: aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırılır. Akademik M.Salehli söyləyir ki, məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşar, hörmət əlaməti olaraq “Mirzə” deyərdik. 1923-cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi “Şaiq Nümunə məktəbi” adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilir.
Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan A.Şaiqin “Vəzifə”, “Özü bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz” inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də “Tənqid-Təbliğ” teatrı üçün əsərlər yazır.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
Ədib bu illərdə də [[uşaq]]lar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.
Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.
Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə A.Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur.
Abdulla Şaiqin övladı tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadədir. Eyni zamanda böyük şair Səməd Vurğun ilə bacanaq idi.
ABDULLA ŞAİQ İŞ MASASINDA
KİTABLARI
Gülşən ədəbiyyat. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 89 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 64 səh.
Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 18 səh.
Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881-1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun “…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır”.
V. Kreve 1917-1918-ci illərdə Bakı şəhər Dumasının deputatı olaraq fəaliyyət göstərib. O, 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətləri təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de facto tanınmasında bir sıra faydalı işlər görübdür. V. Kreve 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki konsulu vəzifəsində çalışıbdır. V. Kreve həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınmışdı.
Şair Zaur Ustacı neçə müddətdir ki, şair kimi tanıyır və yaradıcılığını izləyirəm. Lakin son vaxtlar onun “Oriyentir ulduzu” adlı povestinə gec də olsa, rast gəldim (povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım. Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin dramatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s. oxucuya həcmli əsər təsiri bağışlayır.
Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lakin hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır. Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə – əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; “Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar. Lap dəli oluram. Ya Allah, sən özün səbr ver!”.
Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s. olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mövqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır. Mübariz qarşısına məqsəd qoymuşdur; düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.
Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə keçməsi ilə davam edir. Gücünə və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O, bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.
Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; “Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları “yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görəsən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?
Yoxlamaya bizim Mübariz gedirdi, “Mübariz”
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)
Zirvədə yurd salan qartallar kimi Səngərdə düşməni izləyirdi o. Qəlbinə yığmışdı qəzəbi, kini, Vulkan püskürməsi gözləyirdi o.
Hələ iyirmi iki yaşı var idi, Hələ iyirmi iki bahar görmüşdü. Hələ qəlbində eşq körpə bar idi, Həm də bu yaşda o, nələr görmüşdü.
Onun qan yaddaşı haray salaraq Bütöv bir tarixi deyirdi ona. Yurda “qonaq” gələn erməni alçaq İndi sahib çıxıb Qarabağıma.
Ey Milli Qəhrəman, alqış bu ada Adına yaraşır bu fəxri adın. Mübariz adını atan qoysa da, Qəhrəman adını özün qazandın.
Yurdun bütövlüyü dinin imanın Gec-gec yox olacaq bu duman, bu çən. İndidən görürəm, ey qəhrəmanım, Şuşada ucalan heykəlini mən.
Mübariz “məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.
Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.
Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da diqqətə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.
Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s.
Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.
QISA ARAYIŞ:Qurban BAYRAMOV – Bayramov Qurban Fərman oğlu — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.
Həyatı Qurban Bayramov 1946-cı il mayın 30-da Azərbaycanın Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işci olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.
1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” təkin maraqlı tədqiqat işləri vardır.
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları maraq doğurmuşdur.
Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü(2011)olmuşdur.
Azərbaycan MEA-nın Rəyasət Heətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) layiq görülmüşdür.
Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs.
Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs.
Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs.
Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs.
Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs.” və s.
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh.
Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s.
Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s.
Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s.
Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s.
Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s.
Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.
Məqalələri
(Qeyd:Burada verilən məqalələr tam siyahı deyil seçmədir.)
Aşıq gördüyün çağırar.(Qasım Qasımzadənin eyni adlı əsəri barədə), 1970. Məqalə ilk dəfə Şahməmmədin “Şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti” monoqrafiyasında çap edilibdir, Bakı,”MBM” nəş.,2011, s.137-144. – 428 s.
Ədəbi düşüncələr (Bəkir Nəbiyevin eyni adlı əsəri barədə), “Azərbaycan gəncləri” qəz.31.IX.1971.
Səməd Vurğun poeziyasının novator xüsusiyyətləri.AEA,Nizami ad.Ədəbiyyat İnstitunun Elmi konfrasının materialları, 1973, s.19.
Yaradıcılıq əlaqələri möhkəmlənərsə. “Ədəbiyyat və incəsənət” qəz.,19.V.1973.
Səməd Vurğun poeziyasında emosionallıq və rasionallıq.Azərb. EA-nın “Xəbərləri” (Ədəbiyyat ser.),№ 4,1975.
Şair haqqında ilk söz. (S.Vurğun) “Ədəbiyyat və incəsənət” qəz.,O9.IX. 1975.
Алега Кюрчайлы, Нариман Гасанзаде, Hakime Bulluri.(портрет очерки, КЛЕ,№9, Москва, 1978. 8.Təbiiliyin poetik dərki (Cabir Novruzun yaradıcılığı), “Bakı-axşam” qəz.,13.01.1979.
Şəxsiyyət və yaradıcılıq.(Kamal Talıbzadə), “Ədəbiyyat və incəsənət” qəz.,20.04.1979. 11.Лирический герой в поэзии Самеда Вургуна. Автореферат. Баку,Елм, 1979, 21 с. 12.Mənəvi saflığın bədii təcəssümü. (Elçin Əfəndiyev).),”Bakı” qəz., 19.02.1979. 13.Arazın nəğmələri (Naxçıvan şairlərinin yaradıcılığı). “Azərbaycan gəncləri” qəz.,13.12.1979. 14.Gerçəklik poeziyası (Qasım Qasımzadə), “Azərbaycan gəncləri” qəz., 15.05.1980.
Söz – abidə (Adil Babayev), “Ədəbiyyat və incəsənət” qəz., 25.07.1980. 16.Ədəbiyyatımızın böyük dostu (Nikolay Tixonov), “Ədəbiyyat və incəsənət” qəz., 14.11.1979. 17.Hamı elə bilirdi (Seyran Səxavəti nəsri), “Kommunist” qəz., 10.03.1981.
Выдающейся поэт современности. (Самед Вургун -75), Газ. “Баку”, 20.03.1981. 19.Yazıçı şəxsiyyətilə bədii obrazın qovuşuğu.(Əli Vəliyevin yaradıcılığı),”Ulduz” jurn.,say:4;, 1981. 20.Tənqidçi xarakteri. (Qulu Xəlilov), “Ədəbiyyat və incəsənət” qəz., 21.05.1982. 21.Ədəbiyyata tükənməz məhəbbətlə.(Kamal Talıbzadə). “Bakı” axşam qəz.,30.09.1983. 22.Ədəbi irs və ədəbiyyat (Qulu Xəlilov). “Kitablar aləmi” jur. № 03, 1984. 23.Bir ürəyin söhbəti (İbrahim Göyçaylı),”Ədəbiyyat və incəsənət” qəz.,20.09.1985. 24.Ədəbi tənqidimizin bu günü və gələcəyi.”Azərbaycan gəncləri” qəz., 06.06.1985.
Əxlaqi münasibətlərin bədii təqiqi(Əzizə Əhmədovanən nəsri), “Azərbaycan gəncləri” qəz., 22.06.1985. 26.История Азербайджанской критический мысли.(Кяамал Талыбзаде),”Баку”, вечер.газ.,23.04.1986.
Görkəmli yazıçı, alim, ictimai xadim. (Akademik, Xalq yazışısı Mirzə İbrahimov), Qasım Qasımzadə ilə birgə, “Elm” qəz., 23.10.1986. 28.Сегодния перо мае стало штыком (К 80 л. С. Вургуна), газ.”Вышка”, 23.10.1976. 29.Səməd Vurğun lirikasında müasirlik. Azərb.EA “Xəbərləri” (Ədəbiyyat ser.),№ 4, 1986. 30.Poema və qəhrəmanın fəal həyat mövqeyi.”Müasir ədəbiyyatın qəhrəmanı” kitabı, kollektiv,Bakı, “Elm”, 1986.
Süleyman Rüstəmin şeirində müharibə mövzusunun şərhi. “Süleyman Rüstəm” kitabı,kollektiv, Bakı, “Elm”, 1986. 32.Alman xalqının böyük nağılçıları-ön söz.”Dünya ədəbiyyatı kitabxanası” ser.,”Qrimm qardaşları”, Bakı, “Gənclik”, 1987. 33.Üslubi aydınlıq (Zeynal Xəlil), “Ulduz” jur.,say:05,1987. 34.Poeziya: tarixilik və müasirlik.”Sosializm realizm müsir mərhələdə” kollektiv, Bakı, Elm,1988. 35.Səməd Vurğun irsi və müasir nəzəri fikir. Azərb.EA Ədəbiyyat İnst., elmi konf. mater., Bakı, Elm, 1989. 36.İrəvanda qalmayan xalın nisgili (Hidayətin poeziyası), “Yeni fikir” qəz., 01.11.1990. 37.Məmməd Araz poeziyasında Vətən və vətəndaşlıq motivi.(Məmməd Araz-60),Azərb.EA Nizami ad. Ədəbiyyat İnstitutu, Ədəbiyyat Muzeyi və Azərb. Yazıçılar İttifaqının birgə elmi sessiyası. Məruzə.22.10.1993.
Milli azadlıq hərəkatı və Əhməd Cavad poeziyası. Gəncə şəhərində, Beynəlxalq səyyar elmi sessiyada məruzə, 20.03. 1993. 39.Ziyalı mövqeyi. “Doğru yol” qəz., 05.02.1993. 39a. Yaşayan sətrlər (Əhməd Cəmil), “Ədəbiyyat qəzeti”, 19.09. 1993. 39b.Maarif sahəsinə yeni baxış tələb olunur…,”Doğru yol” qəz., 02.07. 1993. 39c.Şamaxının yolları yastıdı…, “Meydan” qəz.,13.07.1994. 39.ç Həmişə bizimlə (Məmməd Cəfər-75), Azərb. EA Ədəbiyyat inst., elmi sessiyasında məruzə, 17.05.1994. 40.Ədəbi icmal əvəzi. “İcmal” qəz.,21.11.1995. 41.Səməd Vurğun lirikası…, “Ədəbiyyat qəzeti”, 09.05.1996. 42.Satirik şeirin imkanları. “Tək səbr” qəz.,05.09.1997.
XX əsr Göyçə aşıq mühiti. “Respublika” qəz.,27.07.1997.
“Qəzəldir güli-busitani hünər”, Kazım Ağa.”Bir gözəl, 200 qəzəl” kitabı. Redaktoru və ön sözün müəl. Qurban Bayramov, Bakı, “Şərq”, 1997, s.5-12. 45.Qəlbini nar kimi kağıza sıxan şair” (VI-məqalə), “Tək səbr” qəz., 15-08; 10, 22,30-09;10-10-1997; 11-10.1998. 46.Ədəbiyyat və zaman (IV məqalə), “Vicdanın səsi” qəz.,(say:12-15),1998. 47.Gənc şairin ilk kitabı və ilk söz.Qələndər Xaçınçaylı.”Qarabağın ağlar gözü” (şeirlər), Tərtibçi, redaktor və ön sözün müəllifi Qurban Bayramov, Bakı, “Şərq-Qərb” nəş., 1998, s.4-12. 48.Redaktor sözü. Elşin İsgəndərzadə. “Müqəddəs görüş” kitabı,(Ön söz- Məmməd Araz),Bakı, “Gənclik”, 1998, s.98-102. 49.”Ədəbiyyat generalları” və ya pərqu yastıq sindromu.”Çıraq” jur., 1999,№ 03,s.48-55. 50.Ədəbi proses-98. Poeziya. AMEA-nın Ədəbiyyat İnstitutu. İlin ədəbi yekunları, Elmi sessiya.Məruzə.1999. 51.Özgürlüyün olmasaydı özün olmazdın.(Vaqif Arzumanlı haq.) Vəli Həbiboğlu.”Azərbaycanı dünyaya tanıdan alim” kitabında, Bakı, “Qartal”, 2000, s.178-187. 52.Yazıçılar birliyində nə baş verir? (Açıq məktub).”Təzadlar” qəz.,12-19.10.1999. 53.Qarabağ ədəbi mühiti. Azərb.Respub. Təhsil Cəmiyyəti.Şuşanın 200 illik yub. həsr olunmuş elmi-prakt. konf. məruzə.(14 mart 2001).Həmin konfrasın “Materialları”, ,Bakı, “Təhsil”,2001, s.14-19.
O, bu gün də bizimlədir.(Yusif Əzimzadə)- AYB-nin plenar iclas. məruzə; “Ədəbiyyat qəzeti”, 23.02.2001. 55.Tale düyünlərindən keçən şair ömrü (Tale Həmid), “Mədəniyyət qəzeti”, 22.05.2002.
Nəsrimiz – yeni mövzunun yeni bədii həlli. AYB plenar iclasında məruzə. “Ədəbiyyat qəzeti”, 12.07.2002.
Ədəbi prosesin qayğiları polemik müstəvidə. “Sözün işığı” qəz.,04.04.2003.
Ölümündən doğulan şair (Zakir Fəxri). “525-ci qəzet”, 29.04.2003.
Şeiri tənqidə qurban vermişəm (müsahibə), “Sözün işığı” qəz., 10-17.05.2003. 64.”Qan içində xarı bülbül”, “Vətəndaş həmrəyliyi” qəz., 04-10. 05. 2003.
İstedadlı ədəbiyyat özü hər şeyi yerbəyer edir. “Vətəndaş həmrəyliyi” qəz., 11-17ş 05.2003.
Qəlbimizə açılan pəncərə-Qarabağ yanğısı (Yusif Kərimovun yaradıcılığı), AYB-nin plenar iclasında məruzə, “Ədəbiyyat qəzeti”, 15.08. 2003. 67.Şuşa elm və mədəniyyət mərkəzi kimi… “Qarabağ dünən, bu gün və sabah” II Ümumrespublika elmi-əməli konf. mater.,Bakı, “Şuşa” nəş., 2003, s.140-147.
Qarabağ ədəbi mühiti – uzaq tarixi keçmişimizdən bu günümüzədək. Şuşa şəhərinin ermənilər tərəfindən işğalına həsr edilmiş II Ümumrespublika elmi-praktik konfransının materialları,Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı, 2003,s.30-37. 69.Ədəbiyyat tarixi də Şumerdən başlayır. “Yeni Azərbaycan” qəz.,19.06.2004. 70.Şair ömrünün sirləri (Nazim Əhməd), “525-ci qəzet, 27.09.2004. 71.Ədəbi proses- ilin yekunları. 2004-cü ilin poeziyası. “Ədəbiyyat qəzeti”, 08.04.2005. 72.Müasir poeziya haqqında düşüncələr. (I-II məqalə),”Vətəndaş həmrəyliyi” qəz., 18-22; 22-25. 05.2005. 73.Kövrək hisslər şairi- Hidayət. “Zəngəzurda doğuldum” kitabında, Bakı, 2005, s.50-61. 74.Aydınların aydınlığı(Hüseyn Kürdoğlu). “Bir şeir kitabıydım” məqalələr toplusu, Bakı, “Sabah” nəş.,2005, s.92-99. 75.Poetik hissin palitrası (Nəriman Həsənzadə). “Ədəbiyyat qəzeti”, 17.02.2006. 76.Müasir nəsrin imkanları və yaxın tarixi keçmiş. (I-IV məqalə),”Kredo” qəz., 25.03; 01, 08,15.2006.
Çağdaş poeziya – ədəbi istiqamətlər və sənətkarlıq məsələləri (2005-ci il poeziya materialları əsasında), “525-ci qəzet”, 02.05.2006; “Ulduz” jurn.,2006, say.04,s.5-18. 78.Poeziyanın bu günü və perspektivləri.(I-III məqalə), “Açıq söz” qəz., 15.04; 06,12.05.2006. 79.Müasir poeziya – illər və nəsillər. (I-VI məqalə), “Kredo” qəz.,10,17,24-06;01,08,15-07-2006. 80.Искусство слова.”Литературный Азербайджан”журн.№8, 2006, ст.98-100. 81.Штрихи к портрету писателя и публициста Али Илдырымоглу. В кн. Али Илдырымоглу “Возрождение” (роман), предсловя, Баку,”Нурлан”, 2006, ст.3-28. 82.İbrahim Göyçaylının ədəbi portretindən cizgilər.(I-III məqalə), “Kredo” qəz.,29.07;08,12.08.2006. 84.Poeziyanın kredosu, “Kredo”nun poeziyası (2006-cı il poeziyası haqqında düşüncələr).AYB-də poeziya müşavirəsində məruzə. “Kredo” qəz.,30.06.2007, s.2-3,5. 86.Ömrün zirvəsindən baxanda…(Cəmil Əlibəyov-80), “Ədəbiyyat qəzeti”, 30.11.2007. 87.Seçmələrin seçməsi, poyezyanın çeşməsi, yaxud Hidayətin poeportretindən cizgilər. (I-VI məqalə), “Kredo” qəz.23.02; 01,08,15,20.03;05.04.2008. 88.Yazıçı ömrünün çəhlimləri (Yusif Həsənbəy-70).(I-II məqalə), “Kredo” qəz., 24, 31.05.2008. 89.Sahilsiz istedadın imkanları (Elçin-65)-ədəbi məktub, “Kredo” qəz., 31.05.2008.
İçində sufi ruhu gəzdirən şair (Zakir Fəxri-60).”525-ci qəzet”, 25.10.2008. 91.Arta juvantulu.Joteva amanunte despre portretue seriitorului Ali ildaraoqlu.(rumın dilində ön söz.),Ali İldaramoqlu.Rasplata(roman), İDEEA EUROPEANA,Budapeşt, 2008.s.5-23.- 455 s. 92.Ənənəvi üslubun müasirlik ladı (Ön söz). Şöhlət Əfşar.Dodaqdan könüllərə(şeirlər), Bakı, “Nurlan”, s.3-28.- 236 s.
“Ədəbiyyatın təəssübkeşi, həqiqi dostu və xeyirxah məsləhətçisi” (Mehdi Hüseyn – 100), “Kredo” qəzeti, 17.10. 2009, № 39(558),s.3.5. 97.“Müasirliyin epik-lirik dərkində mənsur şeirin imkanları”, “İslam Ağayevin elmi və bədii yaradıcılığı” kitabı: (tərtibçi Fərhad İslamoğlu, red., Qurban Bayramov), Bakı-2009, “Qarabağ” nəş., s.298-310.
“Tale çiçəkləri”, “İslam Ağayevin elmi və bədii yaradıcılığı” kitabı: (tərtibçi Fərhad İslamoğlu, red., Qurban Bayramov), Bakı, 2009, “Qarabağ” nəş., s.271-273.
“Zəngəzur dağlarından car olan poeziya çeşməsi” (Hidayət – 65), “Ədəbi İrəvan” (almanax), Bakı-2009, “Nurlan”, s.377-410.
“Ana südü, dağ çiçəyi” və ya sözlə ucaldılan ana abidəsi”. Nailə Bayramqızı. “Anamla söhbət” kitabı, Mingəçevir-2009, “MMC” nəş., s.3-9. 101.“Ölməzliyə qovuşan şair ömrü…”, I məqalə, “Qarabağa aparan yollar” qəzeti, 20.01.2010, № 01(103), s.5.; “Ölməzliyə qovuşan şair ömrü…”, II məqalə, “Qarabağa aparan yollar” qəzeti, 30.01.2010, № 02(104), s.5.;“Ölməzliyə qovuşan şair ömrü…”, III məqalə, “Qarabağa aparan yollar” qəzeti, 11.02.2010, № 03(105), s.5.; “Ölməzliyə qovuşan şair ömrü…”, IV məqalə, “Qarabağa aparan yollar” qəzeti, 26.02.2010, № 04(106), s.5. (Əhməd Elbrus haq.) 102.“Şeyxülislam – ömrün salnaməsi: sözdə və şəkillərdə”, “Kredo” qəzeti, 09.09.2010,№32 (597), s.3-4-5. ( 1-məqalə); “Ömrün salnaməsi – sözdə və şəkillərdə” – (“Şeyxülislam – alın yazısı: kitab-albom, Bakı, 2009, – 296 səh., 156 şəkil), “Zamanın nəbzi” qəzeti, 15.09. 2010, № 01(027), s. 4-5. (2-məqalə). 103.“Əhməd Elbrus haqqında xatirələrim”, “Əhməd Elbrus dünyası” kitabı, Bakı, “Gənclik”, 2010, s.53-76. 104.İlin ədəbi yekunları (2010-cu ilin poeziyası), “Ədəbiyyat qəzeti”, 22.04. 2011, №14(3765), s.3. 105.“Müasir poeziya haqqında düşüncələr – Poeziyamızın bu günü…”, I məqalə, “Həftə içi” qəzeti, 29.04.2011, №075(2211), s.7.; “Müasir poeziya haqqında düşüncələr– Sənət həyatın güzgüsüdürmü?…”, II məqalə, “Həftə içi” qəzeti, 02.05.2011, №076(2212), s.10-11.; “Müasir poeziya haqqında düşüncələr – Epik poeziyanın imkanları.”, III məqalə, “Həftə içi” qəzeti, 04.05.2011, №077(2213), s.7. 106.“Hər şair ömrü bir taledir…”, “Həftə içi” qəzeti, 28-31.05.2011, № 095(2228), s.13-14. 107.“Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), I yazı, “Kredo” qəzeti, 07.05. 2011, № 17(637), s.6; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), II yazı, “Kredo” qəzeti, 14.05. 2011, № 18(638), s.3.; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), III yazı, “Kredo” qəzeti, 21.05. 2011, № 19(639), s.3. ; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), IV yazı, “Kredo” qəzeti, 28.05. 2011, № 20(640), s.3.; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), V yazı, “Kredo” qəzeti, 04.06. 2011, № 21(641), s.3.; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), VI yazı, “Kredo” qəzeti, 11.06. 2011, № 22(642), s.3. 108.“Şair Əli Rza Xələflinin poepoetik obrazından cizgilər…”, “Kredo” qəzeti, 19.01.2011, № 40,(660), s. 4, 6. 109.“Qorqudşünaslıq: Şakir Qabıssanlı – təzə tədqiqat üsulu…”. Şakir Qabıssanlının “Dədə Qorqud və Qabıssan” kitabı. Ön söz., Bakı, “Təkamül”, 2011, s. 10-28. 110.”Şair ömrü şeirdə, şeir ömrü şairdə”, “Bütöv Azərbaycan” qəz.,№ 25(157), 25-31 iyul 2012, s.7.
“Çağdaş mətbuatımızda Qarabağ mövzusu.”, “525-ci qəzet”, 12.04.2012, №061(3617), s.6. 113.“Azərbaycan türk dili tarixinə sevgi örnəyi”, I məqalə, “Kredo” qəzeti, 14.04. 2012, № 15(680), s.3.; “Azərbaycan türk dili tarixinə sevgi örnəyi”, II məqalə, “Kredo” qəzeti, 21.04. 2012, № 16(681), s.3. 114.“Qarabağ – Şuşa ədəbi-mədəni mühiti” (AMEA Nizami adına Ədbiyyat İnstitutunun elmi müşavirəsində məruzənin tam mətni), I məqalə, “Bütöv Azərbaycan” qəzeti, 23-29.05. 2012, say: 17(149), s.6.; “Qarabağ – Şuşa ədəbi-mədəni mühiti” (AMEA Nizami adına Ədbiyyat İnstitutunun elmi müşavirəsində məruzənin tam mətni), II məqalə, “Bütöv Azərbaycan” qəzeti, 30-05.06. 2012, say: 18(150), s.4.; “Qarabağ – Şuşa ədəbi-mədəni mühiti” (AMEA Nizami adına Ədbiyyat İnstitutunun elmi müşavirəsində məruzənin tam mətni), III məqalə, “Bütöv Azərbaycan” qəzeti, 06-12.06. 2012, say: 19(151), s.6. 115.“Məhəmməd Hadi və mətbuat” (İslam Qəribli), “Türk dünyası” qəzeti, say: 01(149), s.5. 116.“Dünyamızın qara daşlarını göyərdən şair” (Musa Yaqub-75), “Ədəbiyyat qəzeti”, 26.05.2012, say: 19(4822), s.3. 117.“Mələklər də günahkar olmur, yaxud, dan üzünün sevgisinə bələnmiş şeirlər”, İslam Qəribli. “Gecikmiş görüş” (şeirlər) kitabı, Bakı, “Elmvə təhsil” nəş., 2012, s.3-36. ; “…Dan üzünün sevgisinə bələnmiş şeirlər”, “Kredo” qəzeti, 28.07.2012, say: 29(694), s.5-6-7. 118.“Şair ömrü şeirdə, şeir ömrü şairdə” (Şahməmməd-65), “Bütöv Azərbaycan” qəzeti, 21-31. 07.2012, say: 25(157), s.6-7.
“Poetik obrazdan cizgilər – Əli Rza Xələfli”, “Ulduz” jurnalı, 2012, say: 06, s.35-46. 120.“Məslək silahımsan sən poeziya” (Xəlil Rza Ulutürk-80) – Azərbaycan Respublikası Mədəniyyət və Turizmi nazirliyinin elmi-nəzəri konfransındakı məruzənin tam mətni; “Ədəbiyyat qəzeti”, 12.10.2012, say: 38(4841), s.6. 121.“Milli müstəqilliyimizin mübariz şairi – Xəlil Rza Ulutürk”, “Bütöv Azərbaycan” qəzeti,24-31.10.2012, say: 37(169), s.10, 14. 122.“Türk dünyasının türkçü şairi – Xəlil Rza Ulutürk”, oktyabr, 2012, “Kərkük” qəzetəsi, İraq. 123.“Türk dünyasının türkçü şairi – Xəlil Rza Ulutürk”, noyabr, 2012, “Türkün səsi” dərgisi, Qüzey Kıprız Cümhuriyyəti, Kıpır. 124.“Söz sənəti” (Əli İldırımoğu – 85), “Ədəbiyyat qəzeti”,16.12.2012, say: 42(4845),s.4. 125.“Kərkük məcnunu” (Qəzənfər Paşayev – 75), “Kredo” qəzeti, 08.12.2012, say:44(709),s.5. 126.“Kərkük sevdalı alim – Qəzənfər Paşayev”, “Kərkük qəzetəsi”,İraq, dekabr, 2012. 127.“Qəzənfər Paşayev fenomeni ədəbi mühitin gözündə və sözündə”, “Bütöv Azərbaycan” qəzeti, 28-11, 04.12.2012, say:41(173), s.9. 128.“Ədəbi mühitin gözündə və sözündə”(Qəzənfər Paşayev) “Ədəbiyyat qəzeti”, 23.11.2012, say: 43(4846), s.6. 129.“Məhsuldar yaradıcı ömrü” (Yusif Həsənbəy-80), “Ədbiyyat qəzeti”, 21.12.2012, say: 47(4850), s.7. 130.“Şair ömrü, söz ömrü” (Şahməmməd-65), “Şahməmməd- kitabında, Bakı, “MBM” nəş., 2012, s..104-121. 131.Dünyamızın qara daşlarını göyərdən şair [Text] : Musa Yaqub – 75 / Q. ”’Bayramov”’ // Ədəbiyyat qəzeti. – 2012. – 26 may. – № 19. – S. 3 132.Rəsmi təşkilatlara “Açıq məktub” (yazıçı Aqil Abbas və şair Ənvər Əhməd haq.), “Bütöv Azərbaycan” qəzeti,№14(146),25-30 aprel 2012,s.2.; “Modern.az.”, “Kult.az.”. 133.“Vətəndaş alim”, Qəzənfər Paşayev. “Biblioqrafiya” kitabında, Bakı, “Təhsil”, 2013, s.99. 134.“Tanıdığımız və tanımadığımız Məsiağa Məhəmmədi”, “525-ci qəzet”, 01.05.2013, say: 076(3852), s.7. 135.“Tanıdığımız və ya tanımadığımız şərqşünas Məsiağa Məhəmmədi və ya Atlant əfsanəsi”, “Bütöv Azərbaycan” qəzeti, 01-07.05.2013, say:15(191), s.6,14; “Tanıdığımız və tanımadığımız şərqşünas Məsiağa Məhəmmədi”, “Məsiağa Məhəmmədi – 50” kitabı, Bakı, “Bakı Çap Evi” nəş., 2013, s.18-32.
“Sahilsiz istedadın imkanları” (Azərbaycanın xalq yazıçısı Elçinə ədəbi məktub), “Kredo” qəzeti, 11.05.2013, say: 19(729), s.4. 137.“Ədəbiyyatımızın xan çinarı” (Elçin – 70), “Bütöv Azərbaycan” qəzeti, 15-20.05.2013, say. 16(192), s.9; həmçinin “Modern.az” və “Kult.az” saytlarında yayımlanıb. 138.“Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”, I məqalə, “Bütöv Azərbaycan” qəzeti, 25-30.09.2013, say.31(209), s.6.; “Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”, II məqalə, “Bütöv Azərbaycan” qəzeti, 02-08.10.2013, say.32 (210), s.10.; “Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”, III məqalə, “Bütöv Azərbaycan” qəzeti, 16-22.10.2013, say.33(211), s.9.
“Türkün milli mücadilə şairi – Məmməd Araz”, “Türkümcə” dərgisi, noyabr, 2013, Kosova. 140.“Söz içində söz”ə əlavə, yaxud, müəllif obrazının görünən tərəfləri…”, “Kredo” qəzeti, 12.10.2013, say: 39(749), s..8.
“Onun bir şeir dünyası da var…” (AMEA-nın müxbir üzvü Teymur Kərimli – 60), “Bütöv Azərbaycan” qəzeti, 06-12.11.2013, say:35(213), s.6, 11,12; həmçinin “Modern.az”, “Kult.az” sayıtlarında yayımlanıb. 142.“Toponimşünaslıq elminə yeni baxış”, Şakir Qabıssanlı. “Toponimlərin açılmayan sirləri” kitabı, Bakı, “Təkamül”, 2013, s.14-29. 143.“Qubada, Qaraçay sahilində Nazif alleyası” (xatirə), “Unudulmaz Nazif Qəhrəmanlı” (tərtibçi V.Arzumanlı) kitabı, Bakı, “Qartal” nəşriyyatı, 2013, s.221-229.) 144.“Mələklər də günahkar olmur, yaxud, dan üzünün sevgisinə bələnmiş şeirlər”, İslam Qəribli. “Gecikmiş görüş” (şeirlər) kitabı, Tehran (İran İslam Respublikası), 2013, s. 3-53. 155.“Bir ananın söz çələngi”, Hacıxanım Səmayyə. “Ana duası” (mənzumələr) kitabı, Bakı, “Oğuz eli” nəş., 2013, s.3-5. 156.“Poeziyanın kredosu…”, “Əlirza Xələfli – 60” (Ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr) kitabı, 3 cilddə, I cild, Bakı, “Vətən” nəş., 2013, səh.160-163. – 430 səh. 157.“Azərbaycanın xalq yazıçısı Elçinə təbrik məktubu və ya sahilsiz istedadın imkanları”, “Tənqid.net” dərgisi (heoakademik nəşr), Bakı, 2013,say: 10, səh.289-293. – 455 səh. 158.”Elmin və şeirin övladı – Hamlet İsaxanlı…”-Modern.az/articles/40454/1/19 июня 2013 г. 159.”Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”,[“Bütöv Azərbaycan” qəzeti] №31(209), 25-30 sentyabr 2013-cü il, s.6.
“Tanınmış mənbəşünas, mətnşünas alim (Asif Rüstəmli – 60), “Kredo” qəzeti, 15.02.2014, say:06(761), s.3; həmçinin “Modern.az” və “Kult.az” saytlarında yayımlanıb.
“Cabbarlısevərlərin sevimli tədqiqatçısı – Asif Rüstəmli və yaxud, elm fədaisi”, “Kaspi” qəzeti, 19.25.2014, say: 27(3121), s.14.
“Çırpdım söz qanadımı” Yusif Nəğməkar üçün və yaxud, poeziyanın söz ətri”, “525-ci qəzet”, 17.04.2014, say: 065(4082), s.8.; “Çırpdım söz qanadımı” Yusif Nəğməkar üçün və yaxud, poeziyanın söz ətri” (Yusif Nəğməkarın poeportreti), “Kredo” qəzeti, 26.04.2014, say: 17(772), səh. 3, 7, 9.
“Qəzənfər Paşayev fenomeni poeziyada” (ön söz), Vaqif İsaqoğlu. “Mənalı ömrün dastanı” (poema), məsləhətçi və ön sözün müəllifi Q.Bayramov, Bakı, “MBM” nəşriyatı, 2014, s.3-13.; “Kredo” qəzeti, say: 19 (774), 10.05.2014, səh. 6-7-8.
“Erməni məsələsi” ədəbi-bədii müstəvidə” (Azərbaycan və Türkiyə Yazıçılar Birliklərinin, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Müasir Azərbaycan ədəbiyyatında erməni məsələsi” mövzusunda keçirilən Beynəlxalq Konfransda məruzə – 24-26.04.2014.) – “Kredo” qəzeti, 03.05.2014, say:18(773), səh.2, 4, 6.
“Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə”. ( I məqalə) – “Ədalət” qəzeti, say.77(4345), 06.05.2014, səh.5.; “Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə”. ( II məqalə) – “Ədalət” qəzeti, say.78(4346), 07.05.2014, səh.5.; “Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə”. ( III məqalə) – “Ədalət” qəzeti, say.79(4347), 08.05.2014, səh.5.
“İrəvan türklərinin ədəbi mühiti yeni tədqiqatda”, “Kredo” qəzeti №21 (776) 24 may 2014-cü il. səh. 8.; və “Respublika” qəzeti №122 (4995) 11 iyun 2014-cü il. səh. 5.
”’Müasir poeziyanın problemləri (“Kredo” qəzeti, 24.07.2015, say.30(838), s. 8-9; “Media.info” 22.07.2015 . 169.”ÜZÜ XƏLƏFLİYƏ SÖZ YAĞIŞI, yaxud “həsrətdən üzü bəri…” Daha bir görüş”. “Kredo” qəzetində də dərc edilibdir. “Mediainfo.az” 07.08.2015; Əlirza Xələfli. Həsrətdən üzü bəri (şeirlər,poetik məktublar, esselər),redaktor və ön sozün müəllifi Qurban Bayramov. On söz:”ÜZÜ XƏLƏFLİYƏ SÖZ YAĞIŞI, yaxud “Həsrətdən üzü bəri…” Daha bir görüş”.s.5-42; Bakı,”Vətən” nəşriyyatı,2015-224 s.
Ədəbi hadisə: Poema-Trilogiya (“Modern.az.”. 16.09.2015; “Media.info”, 16.09.2015 13:56 {{!}} 369 dəfə oxunub; “Bütöv Azərbaycan” qəzeti, 04. 11. 2015; “Kredo” qəzeti, 06.11.2015, say.45 (853), s. 8, 9; Şöhlət Əfşar. Poema triogiya. Ön sözün müəllifi Qurban Bayramov. B., “Nurlan”, 2015, s.7-13. – 176 c.) 171.”Şöhlət Əfşarın poema-trilogiyası”. www. kaspi. az. Ədəbiyyat səhifəsi. 19.09.2015. – 26.09.2015. say. 247,s.22. kaspiedebiyyat@gmail.com 172.Şəhriyar şeirinə yeni baxış. “525-ci qəzet”,30.11.15.
“Aydın Məmmədov – yeni tənqidçi tipi kimi və yaxud gerçəyin nağılı…” Aydın Məmmədov-70. (“Türkologiya” jurn, 2015, say. 2, s.12-25.) 174.Biz Azərbaycan dilinin saflığını təmin etməliyik . (AMEA-nın 70 illik yubley mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışına münasibət.) “Həftə içi” gündəlik ictimai-siyasi qəzet, 11.11.2015, çərşənbə, s.3.
Müasir Azərbaycan nəsrində feminizm və yaxud professor Rəhim Əliyev neorealist yazıçı obrazında. ( Avanqard.az. saytı, “Kredo” qəzeti, 09.10.2015, say.41(849), s.05.- 1 məqalə; “Kredo” qəzeti, 16.10.2015, say 42(850), s.5, 7. – 2 məqalə.
Nuranə Nihan. “Bir qəlbin harayı” (şeirlər), Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2015, kitabının redaktoru və ön sözün – “Kolanı ellərinin göyərçin qızı – sözləri çin-çin qızı…” müəllifi Qurban Bayramov. s. 4-8.
Sözlə xalça toxuyan tədqiqatçı. (Şakir Qabıssanlı (Həmzəyev), “Azərbaycan xalçalarının açılmamış sirləri”, Bakı, “Təhsil”, 2015, – 232 s. kitabına ön söz, s.3-18.
Alim Qasımov – səsin sehri. “Həftə içi” gündəlik ictimai-siyasi qəzet, 21.10. 2015, s. 12.
Məsiağa Məhəmmədi. Şəhriyar və zəmanəmiz. Redaktoru və ön sözün (“Şəhriyar şeirinə yeni baxış” – s.5-9.) müəllifi Qurban Bayramov.B., “ADMİU”, 2015, 80 s.
Poeziyanın söz ətri.Yusif Nəğməkar-60.Xüsusi buraxılış.№ 01.2015, s.11. 182.Aşıq sənətinin bilicisi Elxan Məmmədli. (70 illik jubiley). “Kredo” qəzeti, say 02(863),08.01.2016, s.5.
Təqdir olunmağa layiq ədəbi-poetik fakt. “525-ci qəzet”,14 yanvar 2016-cş il.№ 07(4503),s.8.
Sazın, sözün xridarı – Elxan Məmmədli… “Bütöv Azərbaycan” qəz.,say: 2 (286), 20-27 yanvar 2016-cı il, s.9, 13.
Ədəbi hadisə: poema trilogiya. “Aran” qəz., (Ağcabədi rayonunun ictimai-siyasi qəzeti, say: 01-02(702), 26 yanvar 2016-cı il, s.5.
Ədəbi hadisə : poema trilogiya. “Vətən səsi” qəz., (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin orqanı),say: 01(1162), 15 yanvar 2016-cı il, s. 4.
Sozün Maradonası… “Modern.az” saytı, 02.02.2016, 12:58; Qurban Bayramov – Sözün Maradonası… “Avanqard.net” ədəbiyyat portalı, 03.02. 2016; Sözün Maradonası_ Qurban Bayramov, “Persona.az” saytı, 08.02.2016.
Əhməd Qəşəmoğlu = sonsuzluğun ahəngi. “Moderator.az.” saytı, 21/02/2016 [10:18] – Ədəbiyyat – (2925 dəfə baxılıb)
Ruhu göylərdən eşq içən şair. (Əhməd Qəşəmoğlu haqqında),”Bütöv Azərbaycan” qəzeti, say: 12(296), 14-20 aprel 2016-cı il, s.11, 14.
Jurnalistlərin ağsaqqalı Yusif Kərimov. azpress.az/index.php?lang=az§ionid…
Aşıq sənətinin bilicisi Elxan Məmmədli. “Elxan ömrü, saz ömrü” kitabı, Bakı, Ağrıdağ, 2016, s.44-49. – 336 səh.
Qurban Bayramov. Jalə Qurbanqızı. Ədəbi-nəzəri etüd. “Kredo”, №21(882) 13.05.2016,s.4.
Qurban Bayramov: Jurnalistlərin ağsaqqlı Yusif Kərimov.Перевести эту страницу
Redaktordan. Ön söz əvəzi. (İsmayıl Kazımov.Müasirlik meyarı /Ağarəhimin yaradıcılıq potensialı/, Bakı: BQU nəşriyyatı, 2016,199 s. = s.3. 195.Həmişə müasir şair – Nəbi Xəzri. “Modern.az” saytı
80 yaşlı müqtədir alim = Qəzənfər Paşayevin yeni monoqrafiyası.
Dünyanın zərrəsi olmaq istəyi. “Azərbaycan müəllimi” qəzeti, № 06(8722) 18.02.2017.
Ədəbi əlaqələrin “meqapolis” alimi – Vaqif Arzumanlı. “Bütöv Azərbaycan qəzeti”, №03(318), 23.02.2017., s.14.;
“Bakı xəbər” qəzeti, № 39(3472),02.03.2017. s.13.
Ədəbi əlaqələrin görkəmli tədqiqtçısı Vaqif Arzumanlı – 70. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi-Prktik konfransın materialları (27 fevral 2017), Bakı, “Ozan” nəşriyyatı, s.34-40. – 52 səh.
İşıq adam – Aydın Dadaşov…(Vida sözü), “Ədəbiyyat qəzeti”,18.03.2017, şənbə, №10(5081), s.23.
Leylanın poeziyası və yaxud poetik … – MODERN.AZ.17.04.2017/
Poetik duyğuların zərif və səmimi ifadəsi, (Leylanın poeziyası). “525-ci qəzet, 25.04.2017.
Xəlil Rza Ulutürkün mübariz poeziyası. Miq.az. saytı, baxış sayı: 4917; 08.09.2017. 203.Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti = M.P.Vaqif-300 məqaləm çapa təqdim olunmuş, Qazaxda keçirilən Ümumrespublika konfransında məruzə edilmiş, tezisləri nəşr edilmişdir. Bundan başqa: I məqalə, “Ədalət” qəz., say.234(5223), 21.12. 2017,s.7; II məqalə, Yenə orada, say.235(5224), 22.12.2017, s.7; Yenə orada, III məqalə, say.236(5225), 23.12.2017, s.4; IV məqalə, say.237(5226),26.12.2017, s.7; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri, XXXI cild, Bakı, Elm və Təhsil, 2017, s.28-43. – 354 səh.
Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi (Leyla Əliyeva. Poeziya. Bakı, “Adiloğlu” nəşriyyatı, 2016, 200 səh.) , “Modern. Az.” saytı, 17.04.2017; “Aziya.İnfo” elm və araşdırma portalı, 04.07.2017; “525-ci qəzet, 25.04.2017; “Təzadlar” qəzeti, 04.07.2017;
Xəlil Rza Ulutürk: O, bu gündür, o, gələcəkdir…, “Ədəbiyyat qəzeti”, (“Yurdum, sənin sağlığına” – Ulutürk – “1 şeir/2 rakurs” layihəsi), 30.09.2107, say: 34(5105), c.6-7.
O, təkcə şair deyil, həm də yazıçı-publisistdir. (Şahməmməd), “Paralel” qəzeti, 05.08.2017,say: 135(2690) s.13.
Ədəbi sözün sehrinə sığınanlar. “Media.İnfo.” saytı, 25.07.2017.
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun “Leyla Əliyeva: ürək, mərhəmət və şəfqət” məqaləsindən bir fraqment. “Təzadlar” qəzeti, 06.07.2017.
Hikmət Ziya (radio-oçerk). Bu radio oçerk Mərkəzi Azərbaycan Radiosu = ” Gəl, səhərim” verlişində, 13 may 2017-ci ildə efirdə səsləndirildi və “Feysbuk”da 3700 dost arasında yayımlandı…
Öz yaradıcılıq iqlimi olan şair-yazıçı Yusif Həsənbəy. I məqalə= “Ədalət” qəzeti, say: 210(5199), 17.11.2017., s.3: II məqalə = 211(5200), 18.11. 2017., s.4; III məqalə = 212(5201), 19.11. 2017. 216.Ən qədim türk boylarından – Kolanılar.(Müəllif: Namiq Hacıheydərli), təqdim etdi- prof. Qurban Bayramov, I – IV məqalələr,”Ədalət” qəz., say. 217 – 221(6206 – 5209), 28, 29. 11. 2017; 01, 02. 12.2017-ci il saylarında., s.7.
Poetik fikrin təbiiliyi (Sahib Əliyev). “Ədalət” qəz., say. 229(5218), 14.12.2017.
“Həqiqəti, mənəviyyatı qorumaq istəyi… (Şair-publisist Nəcməddin Mürvətovun yaradıcılğı barədə düşüncələr…)”, “Kredo” qəzeti, № 04 (892), 15 mart 2018, səh. 6-7.
“Öz yaradıcılıq iqlimi olan – Yusif Həsənbəy”, 1-ci məqalə: “525-ci qəzet”, 30.01.2018. № 18(4996), s.06.
“Öz yaradıcılıq iqlimi olan – Yusif Həsənbəy”, 2-ci məqalə, yenə orada, 31.01.2018. № 19(4997), s.06.
“Öz yaradıcılıq iqlimi olan – Yusif Həsənbəy”, “Azərbaycan” jurnalı, 2017, say: 12, s.131-136.
“Şair, nə incədir rübabın sənin?!”. “Kredo” qəz., say: 19(907), 21 iyun 2018-ci il, s.6, 11.
“Sözün işığını tutub gedən şair…”, “Ədalət” qəz., say: 113(5343), 21 iyun 2018-ci il, s.8.
“Poeziya – zülmətdə işıq axtarmağa bənzər…”, (Məqalə – son söz əvəzi.) Vəliyulla Novruz. “Görmədiyim yuxular” (şeirlər), Bakı, “Elm və təhsil”, 2018, s. 183-184. – 200 səh.
“Hissin və idrakın vəhdətində”, “Kredo” qəz., say.20(908), 28 iyun 2018, s.10.
“Əkbər Bayramov : Azərbaycan psixologiyasının korifey – fenomenal şəxsiyyəti (xatirə-oçerk)”, Nigar Nəsirova.“Əkbər Bayramov: alim ömrü” kitabı. Bakı, “Mütərcim”, 2018, səh.54-83. – 216 səh.; Bax: Əkbər Bayramov: Azərbaycan psixologiyasının korifey – fenomenal şəxsiyyəti…(Xatirə-oçerk )”, ;
Qurban Bayramov. Şeirlər: “Bura vətəndirmi, balam?!”, “Bayram düşüncələri”, “Yollara bxma, quzum!”. AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Ədəbiyyatşünaslıq, plyus” Yaradıcılıq Birliyinin “Ədəbi Almanağı”, II kitab, Bakı, “Elm və Təhsil” nəş., 2018, s.145-151. – 500 səh.
“Güllə işığında”, yaxud ölüm və qandan keçən azadlıq yolu…”, “Bütöv Azərbaycan” qəzeti, № 14 (350), 27.09. 2018, s.6, 10.
Mənəviyyatı qorumaq istəyi… (Müstəqillik illəri poeziyası barəsində bir fraqmentlik düşüncə)”, “Dağdan dənizə doğru” kitabında, (Tərtibçi-müəllif Ə.Xələfli), Bakı, 2018, “3 saylı Bakı Mətbəəsi”, s.140-156. – 248 səh.
“Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, I məqalə, “Kreativ düşüncənin dəyərli nəticələri…” , “Ədalət” qəzeti, № 192 (5422), 31.10. 2018, s. 12;
“Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, I məqalənin ardı – “Kreativ düşüncənin dəyərli nəticələri”,”Ədalət” qəzeti, № 193 (5423), 01. 11. 2018, s. 12.
“Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, II məqalə, “Ədəbi əlaqənin “bumeranq effekti”, № 194 (5424), 02. 11. 2018, s.7.
“Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, II məqalənin ardı – “Ədəbi əlaqənin “bumeranq effekti”, № 195 (5425), 03. 11. 2018, s.7.
“Şair Qələndər Xaçınçaylının “Güllə işığında” povesti və yaxud, ölüm və qandan keçən azadlıq yolu”, Kitaba ön söz. Qələndər Xaçınçaylı. Güllə işığında. Povest. “Zəngəzurda” çap evi, Bakı, 2018, s. 3-14. – 100 səh.
“Mahir Həmzəyevin 60 yaşına = Görünməz körpülərin Mahir memarı”, I məqalə, “525-ci qəzet”, № 200 (5178), 14. 11.2018, s. 6, 8.
“Mahir Həmzəyevin 60 yaşına = Görünməz körpülərin Mahir memarı”, II məqalə, “525-ci qəzet”, № 202 (5180), 16. 11.2018, s. 6, 8.
“Azərbaycan mədəniyyətinin Litvadakı böyük elçisi – Mahiras Gamzayevas.”,Ədəbiyyat.
“Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair…”, I məqlə, “Ədalət” qəzeti, № 229 (5459), 22.12.2018, səh. 8-9.)
“Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair…”, II məqlə, “Ədalət” qəzeti, № 230 (5460), 25.12.2018, səh. 6.)
“Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair…”, III məqlə, “Ədalət” qəzeti, № 231 (5461), 26.12.2018, səh.6.)
I məqalə: “Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti” (oxucuların xahişi ilə təkrar dərc), “Kredo” qəzeti, say: 24 (949), 06 iyun 2019, s.8.
II məqalə: “Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti” (oxucuların xahişi ilə təkrar dərc), “Kredo” qəzeti, say: 25 (950), 13 iyun 2019, s.10.
III məqalə: “Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti” (oxucuların xahişi ilə təkrar dərc), “Kredo” qəzeti, say: 26 (951), 20 iyun 2019, s.10.
“Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi – Qurban Bayramov yazır.”, (oxucuların xahişi ilə təkrar dərc), “ONN media” informasiya agentliyi, 03 İyun 2019 – 10:30.ONN informasiya agentliyi.
“Tahirə İmanovanın “Unuda bilmirəm” şeirlər kitabı barəsində düşüncələrim…” , “Ədalət” qəzeti, 01.08.2019, № 129(5593), s.7.
“ELMİNİN KANI, MİLLƏTİNİN LİDERİ – KNYAZ MİRZƏYEV. Qəribə və maraqlı tale yolunun yolçusu.” (çapa təqdim olunub)
Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , I məqalə. “Ədalət” qəzeti, 22.08.2019, № 137(5601), s.6;
Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , II məqalə, “Ədalət” qəzeti, 23-24. 08. 2019, № 138(5602), s.12;
Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , III məqalə, “Ədalət” qəzeti, 27.08.2019, №139(5603), s.6.;
Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , III məqalə, “Ədalət” qəzeti, 27.08.2019, №139(5603), s.6.;
Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , IV məqalə, “Ədalət” qəzeti, 29.08.2019, №140(5604), s.6.;
Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , V məqalə, “Ədalət” qəzeti, 30-31.08.2019, № 141(5605), s.12.
“Körpə duyğulu, saf ürəkli, incə rübablı şair – Tofiq Mütəllibov…” (İncə rübablı şair) – şərikli – Tofiq Mütəllibov. Seçilmiş əsərləri, 2 cilddə, I cild, Bakı, “Elm və təhsil”, 2019, s.3-34. – 712 səh.
Xalq yazıçısı Bayram Bayramovun ədəbi portreti. – Zaur Ustac. “Qələmdar” (məqalələr toplusu), Bakı, “Ustac.az.” nəşrləri, 2020, s.3-40. – 298 səh.
Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı. (Dəyərli alim, şair və publisist Gülhüseyn Kazımlının 70 yaşına), “525-ci qəzet”, 01.02.2020, №12 (5393), s.20.
Dəyərli şair, alim və publisist. (Gülhüseyn Kazımlı – 70), “Kredo” qəzeti, 13.02.2020, №07(987), s.8-9.
Xalqın sözçüsü şair və yaxud şairliklə müəllimliyin vəhtəti. I – V məqalə, 1-ci məqalə: “Kredo” qəzeti, 17.02.2020, № 08(088), s.6.; 2-ci məqalə: “Kredo” qəzeti, 21.02.2020, № 09(089), s.6.; 3-cü məqalə: “Kredo” qəzeti, 26.02.2020, № 10(990), s. 6.; 4-cü məqalə: “Kredo” qəzeti, 06.03.2020, № 11(991), s. 5.; 5-ci məqalə: “Kredo” qəzeti, 11.03.2020, № 12(992), s. 6.
Haqqında
• Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs. • Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4. • Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70. • Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5. • Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016. • Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13. • Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “AZER.TAG” xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.) • Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7. “Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006. • Mənzər Niyarlı. “Ah, bu nəvələr,bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27. • Asif Rüstəmli. Təbrik məktubu= Qurban Bayramlı-70. • Müşfiq Borçalı. Yazıçılar Birliyində Yubiley tədbiri = Qurban Bayramov-70; • Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4. • Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5. • Əlirza Xələfli. Tənqidçi meyarı – sözün əyarı.Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1. • Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3. • Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3. • İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8. • Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim = Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8. • Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh. • Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14. • İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17. • Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142. • Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017. • Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017.
Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri
(Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə)
Salam, dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri çərçivəsində nəşr olunmuş “Dağlar” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı, eyni zamanda, “Yaradanla baş-başa” və “Qələmdar ”adlı kitablara müstəqil məqalə kimi daxil olan iyirminci yazıdır. Odur ki, hamınızı dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya-başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonunun Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görünürdü. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “Qar Ağrıya düşdüsə, üçcə günə burdadı”.
Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar gecənin gizləndiyi, gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görünürdü və uşaqlarla həmişə mübahisə edərdik ki, ora neçə günə gedib çıxmaq olar?.. Sonra tale elə gətirdi ki, bu sirli-sehrli dağlara sirdaş oldum…
Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan-aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq zövqverici, eyni zamanda, ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitdiyini sandıqları halda, sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan – yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən…
Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə, Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz…
1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya – Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhədində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz, çox gözəl havası var, lap dağ havası kimi…) Olsa-olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar”a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa, bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət, doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:
Bahar fəsli yaz ayları gələndə Süsənli, sünbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı, gədanı – Tutmaz bir-birindən “aralı” dağlar.
***
Həsənnənə, Həsənbaba qoşadı, “Xaç” bulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllimim Həsən müəllimdən (Allah rəhmət eləsin!) bu “aralı”nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ: Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100-200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. «Ev» sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiniz bütün bunların məsələyə nə dəxli?.. Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa:
Bahar fəsli yaz ayları gələndə Süsənli, sünbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı gədanı – Tutmaz bir-birindən “aralı” dağlar.
– bu bəndi o qədər demişdim ki, artıq mən: “Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…” – deyənləri çıxmaq şərti ilə, “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli, sünbüllü, lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar”ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu da qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan, sadəcə, Günəşin, Ayın, gecənin, gündüzün evi bildiyim dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə, nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca siz də bu barədə düşünə bilərsiniz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layiq bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə – məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
Yoxsulu, ərbabı, şahı, gədanı – Tutmaz bir-birindən alalı dağlar.
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik”, “bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrı-seçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qərq olanda isə özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı, “Xaç” bulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
– bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə təkrar edirəm:
Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq ölümün tam tərifi kimi alınmış «Ölüm nədir?» adlı bir şeir yazmışam:
Ölüm, ən şirin nemət, Ən sonuncu diləkdir… Ölüm, sonuncu fürsət, Ümidsizə ümiddir…
07.01.2014. Şamaxı
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur-olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
– deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…” desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…” – deməyə davam edim…
Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər! Ruhun şad olsun!..
Dədə Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Dağlar” .
Qeyd:
“Dağlar” almanaxı ilə maraqlananlar bu lingdən DAĞLAR keçid edib oxuya bilərlər.
Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur.
Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.
Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran –
yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.
Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:
Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.
Yеnə gəlib çаtdı pаyız ахşаmı,
yеnə bu könlümdə küləklər əsir,
ахşаm süfrəsində bоş qаlıb bir yеr
kölgələr dоlаşır, kölgələrdə sirr.
Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada,
ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.
Tutub boz səmanı qara buludlar,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.
Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir. Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.
Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.
“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur.
Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:
Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,
qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
rəqs meydаnınа nidаlаr qоyаn
tək qıçı üstündə оynаyаn оğlаn,
bu gecə tək qаlаn qıçın оynаyır.
Оturub оrtаdа qаrа ciyər bəy,
sаğdişi аyаqdı, sоldişi qоldu,
dаğlаrа dırmаnаn uzаnаn yоldu,
sürünə-sürünə bаrmаqlаr gəlir,
аtlаnа-аtlаnа pəncələr gəlir,
qоllаr rəqs eləyir, qıç təpik çаlır,
оynаyıb yоrulаn əl çəpik çаlır.
Hərdən hаlаy vurub yаllı gedirlər,
bir pəncə оrtаdаn çıхmаq istəmir
qаlаn bаrmаğındаn süzülür təri,
sevinc tər içində bоğur kədəri…
Şəhid Qаrаbаğdа tоydu bu gecə.
Bu qаzi tоyundа, bu ər tоyundа,
yerində оynаyаn süzənindən çох,
yerdən təbrik edən gəzənindən çох,
sаqqаllı gələni bəzənəndən çох.
Bu qаzi tоyundа, bu ər tоyundа,
tək əl оvcun döyür çəpik yerinə,
çəliklər səs sаlır təpik yerinə.
Qаzilər оynаyır, qаzilər indi –
bаşlаrı üstündə qоltuq аğаcı,
yellənir bоş, qıçsız şаlvаr bаlаğı.
Bu qаzi tоyundа, bu ər tоyundа.
Bu gün bəy оturub bаyrаğın аltdа,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа
qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,
ötən günlərini sаlа bir yаdа.
Dоlаşаn ruhlаr dа оynаyır bu gün,
itən аrzulаr dа оynаyır bu gün,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
çəngəllər, bıçаqlаr əllərdən аrtıq,
susаnı dаnışаn dillərdən аrtıq…
Göylərə ucаlаn tək qоl оynаyır
yаnındа оynаyаn bir хəyаl qоllа,
yоl gedir, yоl gedir bir kölgə yоllа.
Аnаnın yоl çəkən gözləridi bu,
оğlunа söz qоşаn sözləridi bu.
Səngərdən dаğlаrа uzаnаn аğ yоl,
sоnundа qаliblər dаyаnаn аğ yоl,
bu gecə yоl gedən tək аyаqlılаr
döyüşə səsləyir ayaqlıları,
bu qаzi tоyundаn, bu ər tоyundаn.
Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir əsərdir. Təsirli, yadda qalan əsər…
Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:
Sözlərdə bir yalan gizlənsə əgər,
Bizə yanlış gəlir, hec bəyənmirik.
Bir müdrik bir şeir yazarsa əgər,
Yalanı da görsək qüssələnmirik.
Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.
Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır.
Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:
Bu gecə yuxumu ərşə çəkdirən
dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
hələ codlaşmamış barmaqlarımla
məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə
bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
küyümü içimdə saxlayacaqdı.
Arzular qurtarmır, güman yetişmir,
uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
istərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
bu dəniz qarışıq, səma qarışıq,
ulduzlar qarışıq, o Ay qarışıq.
İlahi, sən məni günahdan qoru,
məni utandırma gecə yanında,
bu dəniz yanında, o Ay yanında,
məni utandırma Onun yanında.
… qoru bu gecəlik günahdan məni,
qoru bu gecəlik qınaqdan məni…
Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.
Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır.
Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir.
Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:
Götürüb gedirəm səni özümlə
gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könlümdən başqa
bir baxış toxuna, yerin bilinə.
Mən səni köksümə sıxıb apardım,
bürüdüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
dodağım qonubdu dodaqlarına.
İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən Ay,
salıb işığına aparır məni.
Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.
Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.
30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.
Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza – eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.
Əllərində bir dəniz,
gözlərində bir röya,
yanağın bir ay kimi
işıq salır gözümə,
barmaqlarım dalğatək
telində dalğalanır,
saçının həzin mehi
üzümdə sığallanır,
mənə dikilən baxış
tökülür üz-gözümə
mehriban xəyal kimi,
durub baxıram sənə
dili donmuş lal kimi,
bir ömürlük arzular
damla-damla süzülür
o qönçə dodaqlardan
ürəyimə bal kimi
necə də gözəl həyat,
sığın bu sinəmə, yat.
Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…
Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
QurbanBayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü28.04.2020