Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.
İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.
Azərbaycan Yazıçılar Birliyində birliyin sədri, Xalq yazıçısı Anarın Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri Rauf Aslanov, sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.
Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.
Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.
Görüşdə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.
19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Rəşad Məcid, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisit Zaur Ustac və digər tanınmış qələm adamları iştirak ediblər. Fotolar:
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Zəfər sevinci”nin işıq üzü görməsi və 50 illik yubileyi münasibəti ilə şair İlham Qazaxlıya “İsa Muğanna” diplomunu tədim edərkən. (19.05.2023. Bakı şəhəri. Azərbaycan Yazıçılar Birliyi. Natavan klubu.)
İlham Qazaxlı məclis iştirakçılarına təşəkkürlərini belə çatdırıb: – “Dəyərli dostlar, 19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 illik yubileyimin və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabımın təqdimatının keçirilməsində yaratdıqları şəraitə görə birliyin sədri Anar müəllim başda olmaqla birliyin bütün əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarıma, əziz oxucularıma, məni təbrik edənlərə, tədbirimə üzürlü səbəbdən gələ bilməyib, xoş arzu-diləklərini, xeyir dualarını çatdıran, sevincimə şərik olub mənimlə sevincimi bölüşən dostlarıma, tədbiri işıqlandıran Mədəniyyət TV kanalının rəhbərliyinə və bir sözlə poeziya sevənlərin hər birinə öz sonsuz təşəkkürümü və sayğımı bildirirəm!
AĞ ADAM ŞEİRİ (Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yarananda, ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
AĞ ADAM ŞEİRİ (Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yarananda, ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Qeyd: 21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq. Rəşad müəllim 58-i tamamlayaraq, 59 yaşınına qədəm qoyur. “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi var. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.08.2023-cü ilə qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.
“… Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Anar müəllim 20 ilə yaxın “Qobustan” jurnalına rəhbərlik edib, ilk üzv olduğu ictimai qurum Jurnalistlər İttifaqı olub. Bu gün Mətbuat Şurasının diplomunu doğum günü münasibətilə Anar müəllimə təqdim etdik, xoş arzularımızı və minnətdarlığımızı ifadə etdik.” – Rəşad Məcid
13 mart 2023-cü il tarixində bir qrup yazarlarımız ədəbiyyatımızın müqəddəs məbədi sayılan Azərbaycan Yazıçılar Birliyində öz iş otağında Anar müəllimi ziyarət edib, doğum günü münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar. Diplomlar təqdim olunub. Fotolar:
“YAZARLAR” olaraq bütün təbriklərə qoşulur, Anar müəllimə uzun ömür, cansağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
Bu gün Azərbayacan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 65 illik yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə “525-ci qəzetin” baş redaktoru, MŞ-nın sədri, AYB sədrinin müavini Rəşad Məcid açaraq Zahid Sarıtorpağın təvəzökarlığından, sözə, ədəbiyyata xidmətlərindən xeyli danışdıqdan sonra sözü tədbirin aparıcısı yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğluna verdi. Orxan Fikrətoğlu öncə Bakıda keçirilməsinə baxmayaraq, AYB-nin Şirvan bölməsinin tədbiri olduğunu və təxmini bu tərkibdə Şamaxıda da keçiriləcəyini iştirakçıların diqqətinə çatdırdı. Sonra Orxan Fikrətoğlunun moderatorluğunda keçən tədbirdə tanınmış qələm adamlarından “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, Əlisəmid Kür, Ayaz Arabaçı, Süleyman Abdulla, Qabil Dərdli, Aysel Fikrət, eyni zamanda kitabçı kimi də məşhur olan yazıçı-publisist Xan Rəsuloğlu, oxuculardan Gülnar Əhmədova və digər qonaqlar çıxış edərək Zahid Sarıtorpaq yaradıcılığından, həyatından söhbət açdılar. Tədbirə sonradan qatılan Murad Köhnəqalanın xatirələri xüsusi maraqla qarşılandı. Tədbirin gedişində yubiliyara “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu təqdim olundu. Sonda Zahid Sarıtorpaq iştirakçılara öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkdirlidi. Tədbirdən fotolar:
Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər.
Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?
Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, bir səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu “hamını” jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək.
Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq.
Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil, belələri yaşlılar arasında da var.
Neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki? Halbuki bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşgul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik “Yaşamaq haqqı” traktatını yazıb. “Yaşamaq haqqı” hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan Kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş “ЛИК Азербайджана» üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan “Söz dünyası” beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir.
Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır.