Kateqoriya arxivləri: İLHAM QAZAXLI

İlham Qazaxlının “Zəfər sevinci”ndə poetik vəhdət – Elşad BARAT

İlham Qazaxlının “Zəfər sevinci”ndə poetik vəhdət

İlham Qazaxlının “Zəfər sevinci” kitabında sözlər sözlərlə, misralar misralarla, seirlər də şeirlərlə vəhdət təşkil edib. Bu da, təbii ki, İlham Qazaxlının kəndi vəhdətidir, öz yanaşmasıdır. Məsələn, İlham Qazaxlı kitabla vəhdət yaratmasaydı bu bəndi yazmazdı:

Kitab oxumaqdan uzaq olan kəs,

Hikmət dəryasına baş vura bilməz.

Kitab bir Günəşdir, tükənməz nuru,

Onda əsk olubdur həyat düsturu.

Həyat düsturu demişkən, elə bütün həyat düsturları münasibətlərin və yanaşmaların riyazi ifadəsidir. Əslində, poeziya da riyaziyyatdır. Hisslərimizin düsturunu yazırıq və şeir alınır. İlham Qazaxlı bütün bunları yaxşı bilir, hiss edir, yaşayır. Belə olmasaydı şeirlərində bu qədər səmimi ulğaşıq, yəni iç-içəlik yarada bilməzdi. Bunu yarada bildiyinə görə də canlı və cansız varlıqlarla vəhdət halına girə bilir.

Çağlayan şəlalə, coşan dənizdir,

Özülü möhkəmdir, ruhu təmizdir,

Bizi səadətə aparan izdir,

Könül qovuşduran yoldu sevgimiz.

Dəryadır, ümmandır, arzudur, kamdır,

Sevən könlümüzü isidən şamdır,

Dodaqda şirinlik, ağızda tamdır,

Şəkərdi, noğuldu, baldı sevgimiz.

Bu iki bəndin möhtəşəmliyinə baxın, elə bil ki, zərgər qızıl üzərində işləyir. Bəlkə də kimsə bu bəndlərin sirrini aça bilməz, hikmətini çözə bilməz, amma mən bu bəndləri belə təhlil edirəm ki, sanki bu bəndlər qızıl üzüklərdir, sözlər qızıl dənəcikləri, İlham Qazaxlı da zərgər. İlk bəndin ilk misrasında pak sevgi suya bənzədilir və sonra çağlayan şəlalənin suları coşqun dənizlə vəhdət yaradır, vəhdət halında olduğu üçün özülü möhkəm, ruhu təmiz olur, üçüncü misrada isə vəhdətdən səadət doğur. Gəldik əsas məsələyə, ilk bəndin dördüncü misrasında könüllər qovuşur. Bura diqqət etmək lazımdır, şəlalə yola bənzəyir, səadətə gedən izə oxşayır, həmin yol və iz könülləri qovuşdurur, yəni vəhdət təşkil edir. İkinci bənddə də eyni ilə ilk bənd kimi zərgər dəqiqliyi var. Mən bu bənddə söz və söz birləşmələrini sadalayacam, siz onlar arasındakı vəhdəti görəcəksiniz. Dərya, ümman, arzu, kam, sevən ürək, isidən şam, dodaqda şirinlik, ağızda tam, şəkər, noğul, bal və sevgi.

İlham Qazaxlının yuxarıdakı bəndləri də elədir. İdeyalar, sözlər qızıl dənəcikləri kimidir, zərgər onları elə calayır, yəni vəhdət halına gətirir ki, qızıl üzük, yəni ziynət əşyası yaranır.

İlhamam, borcluyam qələmə, sözə,

Sevgidə görmüşəm neçə möcüzə,

A dostlar, açıram sirrimi sizə,

Məni bu həyata sevgi bağladı.

İlham Qazaxlının seirlərini oxuduqca oxumaq istəyirsən. Sevgidən yazırsa vəhdət yaradır, vətəndən yazırsa vəhdət yaradır, dağdan, daşdan, quşdan, hər nədən yazırsa vəhdət yaradır. O, bilir ki, sevgisiz vəhdət olmur. Ona görə də deyir ki, məni bu həyata sevgi bağladı.

“Zəfər sevinci” kitabını demək olar ki, tam oxumuşam. Kitabda nəinki sözlər, şeirlər, hətta səhifələr də, vərəqlər də vəhdət halındadır. 300 səhifəlik bu kitab “Elm və təhsil” nəşriyyatında çap edilib. Kitabın redaktoru dəyərli şairimiz Balayar Sadiqdir. Dəyərli ziyalılarımız Vaqif Yusifli və Əli Rza Xələflinin şeirlər haqqında rəyləri də sevgi, hörmət və diqqət vəhdətidir deyə bilərik.

Sonda isə İlham Qazaxlının, yəni “Zəfər sevinci”nin poetik vəhdət müəllifinin öz obrazı haqqında bir neçə fikir bildirmək istəyirəm. İstər şair ol, istər alim, istərsə də mühəndis, bənna, həkim, birinci növbədə insan olmalısan. Gözəl ürəyin olmalıdır. Bu mənada İlham Qazaxlı həm yaxşı insan, həm yaxşı vətəndaş, həm də yaxşı şairdir, qələm adamıdır.

Bu yaxında İlham Qazaxlının 50 illik yubiley tədbirində iştirak etdim. Məclisə girəndə abu-hava diqqətimi cəlb etdi. Çünki tədbirdə ölkənin ən müxtəlif yerlərindən, müxtəlif təbəqələrdən, müxtəlif insanlar var idi. Demək olar ki, hər gün tədbirlərdəyik. Kimin tədbirinə gedirsənsə, onun öz ətrafındakı eyni təbəqəni görürsən. Həm də bir insanın kimliyini bilmək üçün onun ətrafındakı insanları görməyin kifayət edir.

Yazının sonunda Qazaxlı İlhamın vəhdət şeirləri məni ilhamlandırdı:

Qələmimiz, ruhumuz bir soydadır,

Bir gün yasdadırsa, bir gün  toydadır,

Düz deyirsən, dünya sevgi boydadır,

İblis özü bir mələkdi, Qazaxlı,

Əlli yaşın mübarəkdi, Qazaxlı…

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Elşad BARAT

ELŞAD BARATIN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞAİR HAQQINDA.

ƏLLİ YEDDİNCİ YAZI

İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!

Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyət, ümumbəşəri şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir.
Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir.
Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir…” – fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum.
QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib.
Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun – “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” – misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, – “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” – demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.

Şeirlərinin birində (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.191.) :
Dayansın hücumu şərin bəşərə,
Kökündən yamanlıq, pislik laxlasın!
Çəkməsin insanı iblis məhşərə,
Zalımın zülmündən Allah saxlasın!

– deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.

Yaxud başqa bir şeirdə (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.107.) :
Suriya! Ey, köksü yanan məmləkət!
Çəkilmir üstündən bir an fəlakət.
Hər doğan sabahın qaranlıq saçır,
Müqəddəs amallar səndən gen qaçır. …

Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır.
Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun.
03.06.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

QAZAXDA ANALAR ŞAİR DOĞURLAR. QƏZƏNFƏR MƏSİMOĞLU

QAZAXDA ANALAR ŞAİR DOĞURLAR
Pöhrələr cücərib torpaq altından
Ətrini aləmə yayır, doğurlar.
Bülbüllər öz doğma balalarının
Ömrünü güllərə qıyır, doğurlar.
* * *
Demirəm malınla, pulunla yarı,
Dünyada qalacaq dünyanın varı.
Qəhrəman yaranan qəhrəmanları,
Lazımsız alaqlar çayır doğurlar.
* * *
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

“ZƏFƏR SEVİNCİ”İMİZ ƏBƏDİ OLSUN!!!

19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Rəşad Məcid, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisit Zaur Ustac və digər tanınmış qələm adamları iştirak ediblər. Fotolar:

“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Zəfər sevinci”nin işıq üzü görməsi və 50 illik yubileyi münasibəti ilə şair İlham Qazaxlıya “İsa Muğanna” diplomunu tədim edərkən. (19.05.2023. Bakı şəhəri. Azərbaycan Yazıçılar Birliyi. Natavan klubu.)

İlham Qazaxlı məclis iştirakçılarına təşəkkürlərini belə çatdırıb: – “Dəyərli dostlar, 19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 illik yubileyimin və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabımın təqdimatının keçirilməsində yaratdıqları şəraitə görə birliyin sədri Anar müəllim başda olmaqla birliyin bütün əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarıma, əziz oxucularıma, məni təbrik edənlərə, tədbirimə üzürlü səbəbdən gələ bilməyib, xoş arzu-diləklərini, xeyir dualarını çatdıran, sevincimə şərik olub mənimlə sevincimi bölüşən dostlarıma, tədbiri işıqlandıran Mədəniyyət TV kanalının rəhbərliyinə və bir sözlə poeziya sevənlərin hər birinə öz sonsuz təşəkkürümü və sayğımı bildirirəm!

Fotolara görə Fotoqraf Fərruxa və Şakir Rəhmana təşəkkür edirəm.”

“Yazarlar” jurnalı
 kollektivi adından  İlham Qazaxlını  təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AYAZ İMRANOĞLU YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ”

ƏZİZ POEZİYA SEVƏNLƏR, HAMINIZ DƏVƏTLİSİNİZ.

Hörmətli və əziz poeziya sevənlər, sizi 19.05.2023 tarixdə saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Nətavan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” – adlı kitabının təqdimatı ilə bağlı keçiriləcək tədbirə və kitabının imza gününə dəvət edirik!

Ünvan: AZ1000, Səbail rayonu, Xaqani küçəsi 53.
“Sahil” metro stansiyasının çıxışına yaxın.