Etiket arxivi: ŞƏHİDLƏR

XUDAYAR YUSİFZADƏ – XUDU

XUDAYAR YUSİFZADƏ

XUDAYAR YUSİFZADƏ
Bu gün onun doğum günüdür!
QISA ARAYIŞ:
Ləqəbi: Xudu
Doğum tarixi: 15 iyul 1998
Doğum yeri: Bərdə, Azərbaycan
Vəfat tarixi: 22 oktyabr 2020 (22 yaşında)
Vəfat yeri: Ağbənd, Zəngilan, Azərbaycan
Dəfn yeri: Bərdə Şəhidlər Xiyabanı
Vətəndaşlığı: Azərbaycan
Mənsubiyyəti: Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü: Sərhəd Qoşunları
Xidmət illəri : 2016—2018 / 2020
Rütbə: Kiçik gizir
Döyüşlər: Vətən müharibəsi
• Murovdağ döyüşləri
• Füzuli döyüşləri
• Cəbrayıl döyüşləri
• Zəngilan döyüşləri
Təltifləri “Azərbaycan Bayrağı” ordeni — 2020 “Vətən uğrunda” medalı — 2020 “Zəngilanın azad olunmasına görə” medalı — 2020
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi.
HƏYATI
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.
Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi.
HƏRBİ XİDMƏTİ
Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra “kiçik gizir” hərbi rütbəsi almışdır.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
TƏLTİFLƏRİ:
“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) 15.12.2020.
“Vətən uğrunda” medalı (ölümündən sonra) 15.12.2020.
“Zəngilanın azad olunmasına görə” medalı (ölümündən sonra) 15.12.2020.
İrsi və xatirəsi
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.
Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında “Xudayar təsnifi” olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə “Xudayar təsnifi” adlandırılıb.
2020-ci ildə Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” təsnifi yeni aranjemandan təqdim olundu. Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi oldu.
Xudayar Yusifzadənin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.

TƏRTİBATÇI: TUNCAY ŞƏHRİLİ

XUDAYAR YUSİFZADƏ HAQQINDA

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayor Rasim Əbdül oğlu Məmmədovun cənnətdəki mövludu qeyd olundu

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Naxçıvan. Cəhri kəndi. 20.05.2022. Mayor Rasim Əbdül oğlu Məmmədovun cənnətdəki mövludu qeyd olundu. “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirildi.
Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Tabor komandiri Aprel şəhidlərimizdən olan Rasim Məmmədovun dünyaya göz açdığı Cəhri kəndində başqa illəldən fərqli anım mərasimi keçirilməsinin təşəbbüskarı olub. Üç ay öncə 29 şəhidimizin (burda həm 1 –ci Qarabağ müharibəsi həm də Vətən müharibəsi şəhidləri yer alıb) əziz xatirəsinə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilmişdi. Kitabda Rasim Məmmədova da ayrılmış səhifə var. Jalə Cəfərova bir çox şəhid ailələrinin kitab təqdimatında iştirak edə bilmədiklərini nəzərə alaraq özü bir çox rayonlarda təkrar təqdmatlar sərgiləşişdir.
Cəhri kəndinə toplaşan Rasimin əzizləri, Naxçıvanın müxtəlif bğlgələrində mövluda toplaşan qazilərimiz, məktəblilər təqdimata rəng qataraq xatirələrini bölüşdülər.
Jalə xanım hər kəsi salamlayaraq bu sözlərlə mövlud gecəsini davam etdirdi”İllərdir tanıdığım bu ocaq mənim üçün həm əzizdir həm də müqəddəs. Bu ocaqda vətənə olan sonsuz sevgini sözüylə əməliyə, qanıyla, canıyla sübut edən üç nəslin nümayəndəsi gəlib keçib. Calal Məmmədov 1941-45 ci il müharibəsinin iştirakçısı, oğlu Əbdül Məmmədov Birinci Qarabağ müharibəsi başlayan kimi olmazın fədakarlığını göstərərək sağlamlığını itirərək 24 il yataq xəstəsi oldu və onun böyüdüb tərbiyə verdiyi Rasim Əbdül oğlu Məmmədov. “Anım mərasiminə toplaşan əzizlər qazilər, Rasimin və Əbdül Məmmədovun müəllimləri,Nazilə anamız söylədikləri xatirələriylə hamını kövrəltsələr də belə oğulla qürur duyduqlarını da xüsusi vurğuladılar.
Məktəb direktoru Rəşad Rüstəmli, qazilərimiz Fərdi Məmmədov, Birinci Qarabağ müharibəsi qazisi Osman İbrahimov (Osman Məmmədov həm də kitabda müsahibə verən Nurhan İbrahimovun atasıdır) ,qazi Roman İbrahimov, Tamara müəllimə, Girşad Rüstəmlinın çıxışlarını həyacansız dinləmək mümkün deyildi. Sonra Jalə xanım kitabda adı keçən igid şəhidlərimizlə bağlı geniş məlumat verərərək “Mən bir daha təkrar edirəm, bu igidlərin həyatını vərəqlədikcə,onları böyüdüb tərbiyə edən valideynləri dinlədikcə içimdə bir səs eşitdim və bir daha əmin oldum ki BU DÜNYA BELƏ OĞULLARIN QARŞISINDA ÇOX HƏM DƏ ÇOX KİÇİK GÖRÜNÜR. Kitabın adını məhz ona görə belə adlandırdım“, – dedi.

Evdəki mərasim Jalə xanımın imzasıyla təqdim etdiyi kitabların təqdim olunmasıyla davam etdi.
Rasim Məmmədovun adına açılmış süfrədən sonra ata-balanın uyuduğu dağın ən hündür yerindəki məkana məktəblilər əklil qoydular. Şəhidlərimiz anıldı, Dövlət Himnimiz səsləndi. Şəhidimizin qardaşı Etibar Məmmədov dinimizin adətlərinə uyğun müqəddəs kitabımız Qurani-Kərimdən surələr oxundu və Nazilə anamızın Etibar bəyin hər kəsə təşəkkürüylə sona çatdi.

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində”Xarıbülbül”əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəhid Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağının açılışı oldu

Şəhid Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağının açılışı oldu

20 may tarixində Qubadlı r. Xocahan kənd məktəbində şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr olunmuş sinif otağının açılışı oldu. Xocahan məktəbi şəhidimizin valideynlərinin təhsil aldığı məktəbdir. Tədbiri məktəbin direktoru Sevinc Məmmədova Azərbaycan Dövlət Himni ilə açıq elan etdikdən sonra şəhidimizin anası və atası Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağına daxil olublar. Könül müəllimənin rəhbərlik etdiyi bu sinifdə şəhidimizin xatirələri yaradılan güşələrlə əbədiləşib və şagirdlərin hər biri qəhrəmanımızı qürurla yad edəcəklər.
Bu tədbirdə illərin qocaman müəllimləri öz yetişdirdikləri şagirdlərin böyütdüyü qəhrəman oğul haqqında qürurla danışıb, valideynlərinə səbr dilədilər. Tədbirdə həmçinin İcra nümayəndələrindən şəhid Əlyar Əliyevin oğlu Emin müəllim, Natiq müəllim və başqaları iştirak edirdi.
İcra Hakimiyyətinin Xocahan nümayəndəliyindən Kənan müəllimin dəvəti ilə tədbirdə iştirak edən şairə Esmira Günəş də çıxışı zamanı şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr etdiyi şeiri səsləndirərək kitabını məktəbin ən fəal şagirdinə hədiyyə etdi.

Tədbir bir-birindən maraqlı çıxışlarla davam edərək, sonda şəhidimizin valideynlərinin çıxışı ilə yekunlaşıb. Şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım ” belə tədbirlərin sayının çoxalması, bizim təskinliyimizdir.”-deyərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkilib və qonaqlar böyük sevgi və hörmətlə yola salınıb.


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aytac İbrahim – Qorxmazın Şəbnəmi

AYTAC İBRAHİMİN YAZILARI

Eşq- ömrünün sonuna qədər qəlbinin dərinliyində tüğyan edib çırpınan duyğu…
Aşiqlər qovuşsa da, qovuşmasa da bu duyğu öz adını dəyişmir, sadəcə zaman keçdikcə həsrətə, nisgilə qarışır və hiddətlənir. Vaxt gəlir, beynində əzbərlənən ad, keçmiş xatirələr, bütün vücudunu sızıldadacaq ağrı olur. Yenə onunla söhbət etmək, birdən duruxub gözlərinin düz içinə qədər baxmaq, əllərinə, saçına, səsinin titrəyişinə toxunmaq istəyərsən. Hətta bu hissləri yenidən yaşamaq üçün o qədər darıxarsan ki, gözündə yaşlar donar. Gözünü bir nöqtəyə dikib, uzun müddət səssiz qalarsan. Bu, bəlkə də yaşananları qəbullanmaqla, “Kaş ki” kəlməsinin ortasında qalan hissdi. Çarəsizsən, amma sən bu yola tək davam etməlisən, yaşamağa çalışmalısan. Hə, hərdən özündən ixtiyarsız yaranan gülüşlərindən, yediyin gözəl yeməklərdən, onsuz gəzdiyin yerlərdən utanarsan. Yaxınlarının şad gününə qonaq gedəndə dodağına qonmuş kiçik busəni tez yığışdırarsan. Nə ani olaraq yaşadığın sevincini, nə də xoş günlərini doyunca yaşaya bilməzsən. Həmişə o duyğuların yarısına çatmadan yarımçıqlıq hiss edərsən. Qolun, qanadın sınar, amma yenə də davam edərsən…
Gecənin bir yarısında, bütün dərdlərin, itirdiklərin gözünün önündə canlanar, oturduğun yerində qıvranıb möhkəm bağırmaq istəyərsən, amma olmaz. Əmanət körpələrin yatır. Gözlərini qıyıb, dizlərini qucaqlayıb özünə layla çalarsan…
Bütün bunlar yarını itirmiş qadından -Şəhid Əlizadə Qorxmazın Şəbnəmindən müşahidə etdiklərimdir. Hələ hiss edə bilmədiyim çox şeylər var…

Əlizadə Qorxmazın həyatı, döyüş yolu, nakam qalan sevgi hekayəsi haqqında o qədər danışılıb ki, artıq bütün el-obanın dillər əzbəridir.Bu əzbər yaddan çıxmamalıdır, həkk olunanı silinməyə qoymamalıyıq…
Şəbnəmin timsalında bütün mərd şəhid qadınları məğrur dayanmağa, övladlarına gözəl həyat bəxş etmək üçün çalışır…
Bizim Şəbnəmin heç 30 yaşı belə yoxdu. Ömrünün yarısına belə çatmayıb, amma çiyinləri yaşından çox ağır yük daşıyır. Bir şəkli var, həyat yoldaşının məzarı qarşısında boynunu büküb dayanıb. Bu foto nəhəng bir ağrını təsvir edir. Həqiqi aşiq üçün o ağrıdan o tərəfi yoxdur…


Qəhrəman şəhidimiz, 1995-ci il yanvar ayının 27-də Qax rayonunun Cəlayır kəndində dünyaya göz açmışdır. Oxuduğu orta məktəbdə, hərbi təhsili aldığı liseydə, xidmət göstərdiyi hərbi hissədə böyük rəğbət qazanmışdır…
O, hər uğurunu çətinliklə əldə etmişdir. Sevdiyinə qovuşmaq üçün hər şeyi gözünün önünə alıb ailəsini tam hala gətirmişdi. Bir gün müharibə başlanır və Qorxmaz yenə də hər şeyə rəğmən həyatında olduğu kimi, döyüşdə də qəhrəmanlıqlar göstərir. Düşmənlə əlbəyaxa döyüşür, zədə alsa da döyüşə davam edir…


Şəbnəm doğulacaq körpəsinin, hələ çox kiçik olan qızı Ömürün atasını qarşılyacağını xəyal edir. Ömürün atasının önünə qaçıb, onu bərk-bərk qucaqlamağını təsvir edir. Amma təəssüf ki, onun xəyalları başqa yönə istiqamət alır. O, sevdiyini üstündə üçrəngli bayrağımız olan tabutda görür. Həmin anda nələr yaşadığını, düşündüyünü yazmaq çətindir, bunu yaşayan daha yaxşı bilər…
İkinci övladı doğulur, adını QorxmazFateh qoyur. Deyir, o mənim kiçik yarımdır. Övladlarının qoxusunu duya-duya həyat yollarında bərkiməyə çalışır, ayağına dolaşan əngəlləri aşmağa çalışır…
İllər keçəcək, şəhid övladları böyüyəcək, bizim Şəbnəm də onlarla bərabər böyüyəcək. Amma danılmaz və üzücü bir faktdır ki, o nisgil heç vaxt səngiməyəcək. Vaxt-vaxt özünü biruzə verəcək…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elşad Barat Ağsuda “Ölümsüzlər” kitabını təqdim edib

ELŞAD BARATIN KİTABI

Bu gün Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” kitabının Ağsuda təqdimatı olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – YARALI ŞEİRLƏR, ŞƏHİD ŞEİRLƏR…

AYTAC İBRAHİMİN YAZILARI

YARALI ŞEİRLƏR, ŞƏHİD ŞEİRLƏR…

(Şəhid Nəzir Osmanova ithafən) 

Dinmir buraların göz yaşı…
Damcı-damcı, asta-asta “sən” axır …
Həsrət yağır küçənizin küncündən,
Elə bilirəm, dilə gəlib ad çağırır …

* * *

Axı hardadır dünən gördüyüm?
Yollarımda gülə-gülə gəzdiyim,
Qoxusuna həsrət qalıb bitdiyim…
Eh….Ləpir izi…
A ləpir izi?
Sənə qurban, yadlaşma…
Yağış yuyub aparmasın,
Külək olub uçurmasın ,
İstəmirəm, istəmirəm …
Toxumasın,
İgidimin ayaq izinə …
Maşınlar şütüməsin,
Adamlar təntiməsin,
Qoy itməsin qədəmləri …
Yoxsa böyük dərd olar,
Bu sərsəri başıma…
Ey, sən !
O küçədəki həmin ağac…
Daha yığılmayacaq xəzəllərin
Uçacaq uzaqlara,
Elimizdən lap uzaqlara…
Görən apararmı sədamızı
Bilinməyən sonsuzluqlara,
Görünməyən adamlara….
A torpaq …
İsitdiyin canlara ömür qurban,
Qoru, oğlunu …
Qoru, körpəni …
Qoru …
Qoy qəribsəməsin qoynunda…
A başdaşı,
A daşlar,
Bir az yüngül olun,
Çökməsin ağırlıq …
Axı yaraşmır,
Siz daşların, qara mərməri,
 Onun düz 23 yaşına…

* * *

Neçə vaxtdır qanamırdı yaralar…
Bu gün oldu,
elə bu gün son olsun…
Çəkilmişdi başım üstdə buludlar,
Gəldi,
doldu,
tez gedər olsun…
Dinmişdi, əzizim,
dinmişdi gözümün yaşı…
Elə bilmişdim,
Tökmüşəm qəlbimdən,
bu möhkəm daşı!
Ay Allah,
bu qədər işgəncə nədir axı?!
Boğasan,
aparasan,
tərk edəsən bu başı!
Sızlayır könlümdə
yuva quran kəpənək.
Ömrü də az qalıb,
o da gedir deyəsən…
Azacıq bir ömürdə ,
gərəkdir ki, gün görəsən,
Yoxsa bu imtahan,
o dünyaya qədərmi, nədir?!
Donub hisslərimin hər bir nöqtəsi.
İtələyirəm,
bağırıram ,
getmir ki getmir!
Varlığımdan,
yoxluğumdan,
 elə özümdən də bezmişəm…
Ümiddir e vallah,
dünyadan kəsilmək
bilmir ki bilmir…

* * *

Ömrümün hansı payızından kəsim,
22ilin qırılıb qol-qanadı…
Hər xoşluğun arxasınca bədbəxtlik,
Saxla burda…
Saxla !Xoş günlərimi kəsim…
İtirəcəyim nə var ki,onsuz,
Qazandıqlarım ki itib,batıb…
Biriləri yıxar,ümidlər quruyar,
Yetim qalar bizsiz xəyallar…
Ömrümün hansı payızından kəsim,
Hansı yaşımı dondurum,
Hansı yaşda cavan qalım..
Bəlkə də bəsdi artıq
Onsuz da quruyub canım,
Yaxın gəlin…
Ruhumun ehsanından sizə pay çəkim…

* * *

Uzaqların min dərdi olur,əzizim
Hərdən fəryad çəkib hayqırır…
Uzaqların həsrət qoxusu olur,
Elə hey yaraları qanadır…
Əl uzatdıqca itib,batır,
Cızılır kol-kosla biləklər
Uzaqların yarası böyük
Qanadıqca iz bağlayır…
Burda bir gün isti günəş
Bir gün də soyuq ay
Bir-biri ilə yarışır..
Günlər də keçir ,aylar da
Diləklər görmür gərçək üzü…
Hərdənbir şişmək çaxır,
Hərdənsə tufan olur…
Aparır bütün ümidləri…
Burda həyat başqadı,
Saniyədə dəyişir fəsillər…
Burda insanlar olmur
Nə də  kirli bədənlər…
Ruhlardır,gəzib tozur…
Bir azadlıq uğrunda
Çırpınır illər boyu…

* * *

Fərqli sandığın fərqlənmir,
Sən yenə pislərə yaxşı de…
Zamanla insan düzəlmir,
Burax əlimi,çıx get!
Tanımırsan can deyəni,
Canını alıb gedir…
Diliylə bal tökənlər,
Əli ilə zəhər gətirir…
Əcələ gərək yoxdu,
Yaşarkən öldürürlər…
70illik ömrünü,
Tabutda gəzdirirlər…    

* * *

Səhər də açılmır,
Gəlmir birinin səsi…
Sən ki yaxşı bilirsən
Hərkəsin varkən,
kimsəsiz olmaq nədir!
Soyuq əllərinlə
Tanrıya getmək nədir…
Bir gün;
Susacaq günahların,
Bağırmayacaq üstümə
Yanaqların su içəcək
Gözyaşından birtəhər…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elnur Uğur – SULTAN ŞƏHİD!

ELNUR UĞURUN YAZILARI

SULTAN ŞƏHİD!

(Şəhid Sultan İbrahimovun dipdiri xatirəsinə!)

Bir yaz səhəri,

Günəşlə bir doğdu,

Doğum xəbərin!

Salyandan Vətənə nur saçdı o gün,

Mələklər yerə endilər,

Yerə insan gəldi,dedilər.

Vətən göyünü Salyandan

Sülh rəngi ilə rənglədilər.

Süd rənginə boyandı o gecə

Səma.

Ata,

Ana

Sevincdən qanad taxdı arzularının qollarına.

Uçdular ümid səmasında,

Sultan adını qoydular sənə,

Sultan olacaqmışsan bir gün demə,

Ayrılığın sultanı olan ölümə!

Mələklər də bir yandan

Alnına yazdılar Tanrı tapşırığını:

24 Aprel ana bətnindən olum günün,

24 Oktyabr Şəhadətə doğum günün.

24 yaş yaşadın.

Bu 24 rəqəmi nə yaman yazıldı alnına,

Bir mistik düşüncənin işığında

Qaldırıram həyat adlı dramın ilk pərdəsini,

Oynayıram öz-özümə üzümün doğmalığını,

Yamsılayıram həyatın sevgi səsini.

Düşünürəm,

Bəlkə,

Günəş Yerin başına 24 saata dövrə vurur deyə,

Bir Günəş ömrü yazıb

Tanrı bu sultan sevgiliyə.

Can Şəhidim,

Sultan şəhidim!

Ağbənddə Vətənin üzünü ağ elədin,

Düşmənə niyyətini dağ çəkdin!

Ölümü öldürdün o gün,

Gələcəyin bətninə eşq toxumu əkdin!

Eşq nə demək,

Səndən öyrənəcək,

Gələcək,

Şəhidim!

Ölümləri öldürməkdi eşq.

Özünü qurban verməkdi eşq.

Özünü qurban vermək,

Əslində özünə qiymətdi.

Dünyaya gəliş də,

Gediş də,

Yüksəliş də,

Eniş də

Nə varsa vur-tut bircə niyyətdi.

Hə, niyyətdən doğur,

Bütün iyyət şəkilçili sözlər.

Səmimiyyət də,

Cəmiyyət də.

“Niyyətin hara,mənzilin ora”

Boşuna deməmişlər,

Niyyəti xalislər.

Nə gözəl gedişdi  bu?

Addım -addım uzaqlaşdıqca,

Adam-adam yüksəlişdi bu.

Bu eşqin bir adı var elə,

Bu ad ilə

Milyard ildi,

Yer öz oxundan yapışıb qalıb.

Dünyanı eşqdir,

Bu qədər çirkablar içində duru saxlayıb.

O eşq ki,

Şəhid adı yazılıb baş daşının taleyində.

O eşq ki,

Anaların göz yaşının taleyində,

İşım-işım işıq saçır,

“Vətən sağ olsun!”nidası.

Sən də Vətən sağ olsun dedin,

Getdin,

Dönmədin!

Eh,nə danışıram axı?

Sən elə özün boyda döndün elə,

Niyyətinə,

Baxışlar qurban kəsildi.

Naxçıvan,

Qarabağ,

Şəki,Lənkəran,

Bir də ki,

Məmləkətdəki

Bütün sevdalılar,

O günü Vətən ruhuna qoşulub

Şəhadət yolçuluğuna

Yoldaş olmağa Salyana gəldi!

Bu Vətənin sənə

Vəfa borcu var,Şəhidim!

O haqq məhkəməsində,

Haqqa haqlı Şahidim!

İçdiyin Şəhadət Şərbəti,

Eşqin Kərbəlasından keçmək qisməti!

Ruhunu andıqca

Gözəl anlayıram,

Ruh susadıqca,

Çatlayır adamın qəfəsi-dərisi

Bu boyda sevdanın alın yazısının

Sabahkı yol xəritəsi,

Niyyətinlə yazılır.

Azadlığımın boyu bir ömür də uzandı.

Vətən eşqinə təşnə ruhun,

Vətən boyda sevgi qazandı.

Dualar var əliboş dönür,

Əllər var içi daş dönür,

Səcdədən.

Sən bir müjdəsən

Şəhid sevdanla.

Şahid sevdanla

Sondan sonrakı sonraya.

Yaxşı  bax Şəhidim,

Durduğun sıraya

Mələklər,Tanrı.

Bir də əkiz qardaşları

Bütün Şəhidlərin

Şəhidlər.

Yaxşı bax

Dörd yanın işıq,

Bu nur

Hansı niyyətdən doğur?

Eşqdən?!

Meytək içmisən,

Ölüm can verib hər qurtumunda.

Vətənin qurtuluşunda

Mayak olub səndən sonra

Adın!

Sən ölmədin

Şəhidim,

Yaşadın!

Nəğmədə,

Sözdə,

Əməldə,

Zəfərdə…

Zəfərin möhürü qanın!

Sən sübut elədin,

Təkcə analar qoruyucu mələkləri deyil,

Oğullar da qoruyucu mələyi olur ananın!

Adını Sultan qoymuşdu sevənlər,

Sultan doğmuşdun Atanın taleyinə,

Ananın sənli günlərinə.

Sultan kimi də ucaldın ölümünlə.

Mələklər müjdələyən Şəhadətinə,

Can deyir,can

Yarasından Vətən axan

Misralarım!

Sən Şəhidim,

Baharısan bu yurdun!

Həmişəyaşıl xatirələrin.

Hər baş daşına baxanlar

Baş daşına baş daşı yox,

Vətən deyir!!!

Vətəni torpağın üstündəkilər deyil,

Altındakılardır ayaqda tutan.

Sən dipdiri xatirənlə əbədi yaşamın sübutusan!!!

Müəllif: Elnur UĞUR

ELNUR UĞURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəhid Ramiq Mikayılov anılıb

ŞƏHİD BAŞ LEYTENANT RAMİQ MİKAYILOV

Şəhid Ramiq Mikayılov anılıb

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf İB-nin (SİM İB) üzvüləri Gülzar ananın dəvəti ilə Biləsuvarda şəhid baş leytenant Ramiq Mikayılovun anım günündə iştirak etmişlər. Gülzar ana oğlu haqqında fəxrlə danışır və bütün şəhid analarına səbr diləyirdi. Tədbirdə Biləsuvarın icra başçısı başda olmaqla rayonun məsul işçıləri, rayonlardan və Bakıdan gəlmiş şəhid anaları da iştirak edirdi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra xatirə lövhəsi önünə tər çiçəklər qoyuldu.

Şəhid baş leytenant Ramiq Mikayılov haqqında

Şəhid baş leytenant Ramiq Mikayılov 1993 cü il yanvarın 25 -də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdur.
1999-2007ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə almışdır.

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Agdam rayonunda yerləşən “N”saylı hərbi hissəsində zabit kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27 -dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı ugrunda gedən qızğın doyüşlərdə iştirak edib.

Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub.
Dogulduğu Şamaxının Ovçulu kəndində torpağa tapşırılib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissənin qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 ci il sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bnərp edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ramiq Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021 tarıxli sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra)” Azərbaycan Bayrağı”ordeni ilə təltif olundu.
Ramiq Mikayılov (15.07 2014-cü ildə) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”yubiley medalı, (26.06.2018 )” Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.

Şəhidimiz Ramiq Mikayılov evli idi. Vətənə bir oğul övladı yadıgar qaldı.

Ramiqin anası Gülgəz xanım əslən Cəbrayıldandır. Şamaxıya gəlin gəlib. Hazırda Biləsuvarın Cəbrayıl qəsəbəsində oglu Ağa və şəhidin yadigar qalan körpəsi ilə yaşayır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Azərin son gülü

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Azərin son gülü
Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim.
Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub.
O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər.
O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər.
Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar.
Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü.
2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır.
Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız.
Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb.
– Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara.
İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır.
“Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır.
Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib.
Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz.
Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi.
– Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər.
O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər.
Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub .
Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi…
Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır.
Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm.
İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Şahnaz Şahin – XÜSUSİ TƏYİNATLI ELMƏDDİN ƏLİZADƏ

Əlizadə Elməddin 1997-ci il, mart ayının 11-də anadan olub.

XÜSUSİ TƏYİNATLI ELMƏDDİN ƏLİZADƏ

    İkinci Dünya müharibəsindən yarım əsrdən çox bir vaxt keçib, amma vurduğu yaralar hələ də ağrıdır. Analar oğul, qadınlar ər yolu gözləyə-gözləyə ömrünü başa vurdu, indi də baba yolu gözləyən nəvələr var. Bəli, müharibə bitir, dərdləri isə bitmir… Onun gözlə görüməyən, dilə gəlməyən o qədər ağrı-acısı var ki… 30 ilə yaxın işğal altında olan doğma yurd yerlərimizin əsirlikdən azad olunması hər bir Azərbaycan vətəndaşının fəxr, qürur yeri oldu. Son zamanlar ermənistan ordusu tərəfindən artan təxribatlar, sərhəd boyu rayon və kəndlərimizin atəşə tutulması, bu zaman dinc əhalinin hədəf götürülməsi xalqımızın səbrini tükəndirdi. 2020-ci il, 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri, Prezident,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə başlanan və  44 Gün davam edən müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ən müasir silah, çevik hərbi texnikaya malik və peşəkar hərbi qulluqçuların olduğu rəşadətli Azərbaycan Ordusu işğalçıları doğma Qrabağ torpaqlarından qovub çıxartdı. Dövlət və xalqın sarsılmaz birliyi, mütəşəkkil və peşəkar Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımımz öz əzəli sahibinə qovuşdu. Noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə  yazıldı. İndi artıq o doğma torpaqlarda uğurla tikinti-quruculuq işləri aparılır, yollar çəkilir, şəhər və kəndlər abadlaşdırılır. Torpaq da sevinir, insanlar da…

…İlahi özü yazıb türkə qalib qisməti,

Istiqbalı, zəfəri, bu şanı, bu şöhrəti.

Dağıldı zülmün evi, qurmağa mehr-ülfəti,

Doğma yurd-yuvamıza-Qarabağa gəlmişik!…

    Vətənin azadlığı uğrunda canından keçən heç kəs unudulmur. Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. Qarabağda da hər qarış torpaq uğrunda qanlı döyüşlər getmişdir. Ermənistan ordusu ordumuzun qüdrəti, əsgərlərimizin cəsarəti sayəsində darmadağın edilərək torpaqlarımızdan qovulmuşdur…

   Azərbaycanın hər yerindən mərd oğullar çıxdı meydana, düşmən bağrı dəldi, yağı gözü tökdü. Şir kimi, pələng kimi atıldı döyüşlərə. Şəhid oldu, qazi oldu!.. Nəticədə torpaqlarımız erməni vandallarından təmizləndi… Mən Sabirabad rayonundan döyüşlərə qatılaraq şəhidliyə ucalmış 44 şəhidin ailəsi ilə görüşmüş və onların şərəfli ömür yolunu əks etdirən esselər yazmışam. Bunlar mətbu orqaqnlarda dərc edilib, oxunub və hazırda kitab halında çapa hazırdır.

    Bu gün sizə tanıdacağım gənc Əlizadə Elməddin Sübhi oğlu da Azərbaycanın haqq savaşında şəhidlik zirvəsini qazanmışdır. Elməddin, Biləsuvar rayonunun Zəhmətabad  kəndində doğulub boya-başa çatmışdır. Biləsuvar rayonu deyəndə yadıma Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşür. Erməni postlarına təkbaşına hücum edərək onları vahiməyə salan, çoxlu sayda düşmən əsgərinə ölüm hökmü verən və özü də müqəddəs şəhidlik məqamına qalxan Mübariz İbrahimov!.. O zaman mən də Əliabad kəndinə-qəhrəmanın doğulub böyüdüyü  kəndə, ailəsi ilə görüşə getdim. Ağakərim kişi ilə, Şamama xanımla görüşdüm, Mübarizin igidliyinin, hünərinin köklərini öyrəndim. Sonra “MÜBARİZ”  poemasını qələmə aldım. Azərbaycan torpağı özü müqəddəsdir, ulu Yaradan ondan heç nəyi əsirgəməyib, onun yeraltı və yerüstü sərvətləri ilə yanaşı, milli qürur mənbəyi olan cəsur oğulları da vardır…

   Torpağı vətən edən oğullardan biri idi Elməddin. Elə doğulduğu Zəhmətabad kəndi də Əliabadla qonşudur. Kənd camaatı bir-birini yaxşı tanıyır, xeyiri-şəri bir yerdə yola verirlər. Bir ailənin kədərindən hər kəsə pay düşür. Bu iki ünvan indi Biləsuvarda hər kəsin tanıdığı məkandır.

Elməddin 1997-ci il, mart ayının 11-də anadan olub. Dörd uşaqlı ailənin ikinci övladı olan Elməddin, 2003-cü ildə Ənvər Rəhimov adına Zəhmətabad kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 2014-cü ildə məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırılmış və  əsgərliyini Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən “N”saylı hərbi hissədə, kəşfiyyatçı kimi başa vurmuşdur. 2016-cı il Aprel döyüşləri zamanı general Polad Həşimovun komandanlığı altında kəşfiyyatçı kimi döyüşmüşdür. Lələtəpə yüksəkliyinin alınmasında xüsusilə fərqlənmişdir…

   Elməddin Əlizadə 2016-cı ilin iyul ayında  hərbi xidmətini başa vurub geri-ailəsinin yanına dönür. Bir müddət  sonra Bakı Tikiş fabrikində, hərbi geyim formaları tikilən sexdə işə başlayır. İşində fərqlənir, ona görə təhsilini, təcrübəsini artırmaq üçün Türkiyəyə ezam olunur. Azərbaycanın haqq savaşı başlayarkən qardaş ölkədə olsa da, vətən məhəbbəti, düşmənə olan sonsuz nifrət Eləmddini sakit buraxmır. O, təcili vətənə dönür və Müdafiə Nazirliyinə döyüşlərə könüllü qatılmaq üçün ərizə ilə müraciət edir. Az keçmiş ərizəsinə müsbət cavab alır. 2020-ci il, oktyabr ayının 1-də Biləsuvar Rayon Hərbi Komissarlığından cəbhəyə yola düşür. Xüsusi Təyinatlı Qoşunlara aid məşhur 052 saylı hərbi hissənin əsgərləri ilə birgə döyüşlərə başlayır. Ağdamdan başlayan döyüş yolu sonra Füzuli və Xocavənddən keçir. Döyüşlərdə kəşfiyyatçı olan bu igid oğlan, düşmən mövqülərini vaxtında aşkar edir və komandanlığa ötürürdü. Döyüş yoldaşları ilə birgə yeri gələndə mənfur düşmənlə əlbəyaxa döyüşlərə girir, yaralı yoldaşlarının köməyinə də yetirdi… Döyüşlərdə həmişə öndə olurdu, yoldaşları ehtiyatlı olmağa çağırsa da, o çılğınlığından əl çəkmirdi. “Məni düşündürən bu vətənin, torpağın taleyidir. Bu yolda şəhid olmaq yalnız şərəf olar mənə…” deyirdi…

     Qanlı döyüşlər bir-birini əvəz edir, torpaqlarımız azad olunduqca sevincdən Elməddinin də ürəyi sinəsinə sığmırdı. Amma qarşıda Qarabağın tacı, Azərbaycanın üzüyünün qaşı Şuşa vardı hələ… O şəhər ki, ora gedən bütün yolları düşmən  öz nəzarətində saxlayırdı. Şuşa uğrunda döyüşlər tam başqa olacaqdı, bunu hiss edirdilər. Xüsusi Təyinatlı cəngavər oğullar Şuşaya kanatlarla qalxacaq, sıldırım dağ yollarını dişləri-dırnaqları ilə qət edəcəkdilər… Ermənilərin elə keşik çəkdikləri postlarda başlarının üstünü alacaq, “səssiz-küysüz “ şəhərə daxil olacaq və qala divarlarına böyük hərflə “qələbə “yazacaqdılar!.. Amma bu qansız olmayacaqdı əlbəttə… Müharibə başlayandan ağır və qanlı döyüşlərin iştirakçısı olmuş Elməddin, Şuşanın azadlığı üçün həyəcan keçirirdi. Hər bir hazırlıq görülmüş, döyüşçülər sonadək təlimatlandırılmışdı…

    06 noyabr 2020-ci il.., həmin gün Elməddin evə zəng vurur, ata-anası ilə danışır, amma əslində sanki vidalaşır:

-“Mənim telefonuma iki-üç gün zəng çatmayacaq, narahat olmayın.., enerjisi yoxdur…”-deyir.

      8 noyabr 2020-ci il… Artıq Şuşanın içində son döyüşlər gedir. Ermənistan ordusu məğlubiyyətin acısını yaşayır, düşmən silah-sursatıyla bərabər papağını da döyüş meydanında qoyub qaçır. Qəfil çiynindən güllə yarası alan Elməddini yoldaşları kənara çəkir, tibbi yardım göstərilir. Amma o yenidən özünü irəli atır, döyüşə girir və bu zaman snayperdən açılan atəş nəticəsində ən ali məqama yüksəlir… Elməddin qələbəyə saatlar, dəqiqələr qalmış şəhidlik şərbətini içdi, amma gözlərini bu dünyaya yumanda rahat idi, çünki uğrunda döyüşdüyü torpaqların bir daha yağı əlinə keçməyəcəyinə əmin idi…

Qisas qiyamətə qalmadı, Allah,

Yurdun üzüyünün qaşı alındı.

Şad xəbər gətirdi açılan sabah,

Sevin, Azərbaycan, Şuşa alındı!…

     Əlizadə Elməddin Sübhi oğlu 09 noyabr 2020-ci ildə doğulub böyüdüyü doğma Zəhmətabad kəndində dəfn edilmişdir. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

…Şəhidlər, bu yurdun başı üzərində daim dalğalanacaq azadlıq bayraqlarıdır. Uğrunda can qurban verdiyiniz vətən sizi heç vaxt unutmayacaq. Qarabağda qanınnız çilənən daş da göyərəcək, çəmən də çiçəkləyəcək. Vətən göylərində ruhunuz azad dolaşacaq daha…

Atası ilə söhbət edərkən nə qədər sarsıntı keçirdiyini hiss edirəm. Deyir, gənc oğul itirmək asan deyil, əlbəttə, dözmək çətindir. Amma bir təsəllimiz var, o da Qarabağın azadlığı, Azərbaycanın tarixi ərazi bütövlüyünün bərpa olunmasıdır. Allah dövlətimizi və xalqımızı qorusun. Düşmənlərin baş qaldırmasına bir də imkan vermək olmaz… Təki Vətən yaşasın!

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru