7 yaşı olarkən Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmağa başladı. İlk qələm təcrübələri onu qanadına aldı, 20-ci illərdə artıq öz istedadı ilə fərqlənməyə başladı. Özünə təxəllüs seçmək qərarına gələndə Hafizin “Bəxtnamə”sini açdı, bəxtinə Şəhriyar sözü çıxdı. Bu adı çox bəyəndi. O gündən Şəhriyar onun təxəllüsü oldu və əsərlərini Seyid Məhəmmədhüseyn Şəhriyar adi ilə yazmağa başladı. O, əsərlərini klassik janrlarda – qəsidə, qəzəl, məsnəvi, qitə, rübai formalarında yazırdı. Xəlqilik, vətənpərvərlik, humanizm, azadlığa, bərabərliyə, sülhə çağırış şairin müraciət etdiyi əsas mövzular olmuşdur. Şəhriyarın həyatında və yaradıcılığında ana dilinin təəssübkeşliyi də xüsusi yer tutur. Dünya ədəbiyyatına bəxş etdiyi “Heydər babaya salam” poeması da məhz bu təəssübkeşliyin nəticəsi olaraq meydana gəlmişdir. Şair həm Azərbaycan, həm İran ədəbiyyatınin inkişafında böyük rol oynamışdır. Doğum günündə şairin xatirəsini ehtiramla yad edirik. Allah sənə rəhmət eləsin böyük ustad sənətkar!
…Deynən mənim şair oğlum Şəhriyar, Bir ömürdür qəm üstündən qəm qalar.