Bu gün Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçlığı ilə Azərkitabda Mərziyyə Sarvanın “Əsgər anasıyam” kitabının təqdimatı keçirilib.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Mərziyyə Sarvana uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLARTədbirdən fotolar:
“Yazarlar” olaraq, Mərziyyə xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Mərziyyə xanım!!!
Əziz dostlar, Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə mart ayının 13- də, saat 13:00- da, gənc şair Mərziyyə Sarvanın ” Əsgər anası” kitabının təqdimatı keçiriləcək. Kitabın redaktoru: Nəcibə İlkinÖn söz müəllifi: Baba Vəziroğlu Poeziyasevərlər, şairlər, media nümayəndələri dəvətlidi.Ünvan: Ünvan: Azərkitab, Yasamal rayonu, Akim Abbasov küçəsi- 78, Yasamal parkının yanı, Bazarstorla üzbəüz.
“Hər tamaşa isə bir ömür” Doğrudan da, hər xalqın öz milli mənəvi dəyərləri, öz yaradıcı ruhu var. Əsrlərdir, bütün xalqlar insan həyatında dönüş yaradan adi, qeyri-adi proseslərin təfərrüatlarını öz ruhunun zirvələrində xarakterizə edir. Azərbaycan xalqının da ictimai təfəkküründə insana hörmət əsas prioritetlərdən sayılır. Nə xoş ki, yaxından tanıdığım, çöhrəsi nurlu ziyalı Dilarə Nağıyeva da Azərbaycan xalqının sədaqətli övladıdır. Məlumat üçün bildirim ki, 28 fevral saat 14:30-da Səməd Vurğun küçəsi 24-də yerləşən Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində tanınmış ictimaiyyətçi Dilarə Nağıyevanın anadan olmasının 80 illiyi və müəllifi olduğu “Hər tamaşa isə bir ömür” kitabının təqdimat mərasimi keçirildi. Maraqlı ideyaları ilə cəmiyyətdə nüfuz qazanmış Dilarə Nağıyeva müəllifi olduğu “Hər tamaşa isə bir ömür” kitabını neft milyonçusu, xeyriyyəçi, çətin gündə əldən tutmuş babası Ağa Musa Nağıyevin həyat və fəaliyyətinə həsr edib. Kitabda xeyriyyəçiliyi özünə bir həyat səltənəti seçmiş Ağa Musa Nağıyevin insanlıq işi geniş şəkildə təqdir edilib, müəllif bu araşdırma-tədqiqat işi ilə həyatı insana sevdirməyi bacaran tarixi bir şəxsiyyətə bir növ, büst yonub. Əlbəttə, tədbirə ictimaiyyət nümayəndələri, ziyalılar, Ağa Musa Nağıyevin insanlığına yüksək dəyər verənlər təşrif buyurmuşdu və hər çıxışda kitabın elmi-publisistik səciyyəsi xüsusi vurğulandı. Çıxış edənlər həmçinin, Dilarə Nağıyevanın 80 illiyi ilə bağlı səmimi sözlər səsləndirdilər, bu yaşda onun həvəslə, yorulmadan çalışmasına diqqət çəkdilər. Dilarə Nağıyeva tədbirə gələnlərə öz təşəkkürünü bildirdi, milyonçu-xeyriyyəçi babası haqda qarşıda yeni araşdırmalar aparacağını qeyd etdi. Bəli, Dilarə Nağıyeva dövlətsevər insandır. Onun solğun duyğulara vurduğu həyat ilmələri çoxlarının könül dünyasına sığal çəkir. Səmimi deyim ki, xeyli vaxtdır tanıdığım, şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim bu dəyərli qadın öz kövrək və səmimi hisləri ilə bizim də ovqatımıza rəng qatmağı bacarır. Bütün hallarda o, nikbindir, kənardakına da xoş aura bağışlayır. Bilirik ki, örnək həyata, bacarığa, nümunəvi əxlaq və davranışa sahib ola bilməyin də özünün məlum çətinlikləri var. O insan ki, zəhmətin müqabilində əldə etdiyi əməksevərliyi istedadı ilə qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Tarixdə belə tale yiyələri olub və bu gün də mövcuddur. Açığı, şəxsiyyətinə hörmət etdiyim Dilarə Nağıyeva da bəxtinə örnək həyata, bacarığa sahiblik yazılmış insanlardandır. Tədbirdən fotolar:
Sizə möhkəm can sağlığı arzulayıram, Dilarə Nağıyeva! Kitabına örnək ad seçmisən. Doğrudan da, hər tamaşa bir ömürdür…
Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb
Bu barədə yazar özü YAZARLAR.AZ-a məlumat verib. O, bildirib ki, “Bizklub” nəşriyyatında çapdan çıxan kitabın təqdimatı 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq.
Bu münasibətlə yazar YAZARLAR jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplom 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq tədbir zamanı müəllifə təqdim olunacq. (Diplomu doğrulama lingi >>> LAUREATLAR)
Xatırladaq ki, Azər Qismət “Duman”, “Çuğullar”, “Xanım taksi” kitablarının müəllifidir.
Bu gün Sona Abbasəliqızı (İsmayılova) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Sözün xaqanı” adlı yeni kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbir həm də Sona xanımın 60 illik yubileyinin qeyd olunduğu ad gününə təsadüf etdiyindən tədbir iştirakçılarının olduqca səmimi çıxışları və yubiliyar müəllifə xoş arzuları ilə yadda qalıb. Sona xanımın Xaqani Şirvaninin həyatından bəhs edən bu kitabı ətrafında baş tutan diskusiyaları ümumilikdə Nizami ilinin yekunu kimi də qiymətləndirmək olar. Bu xüsusda Sayman Aruzun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə qonaqlardan Lütviyyə Əsgərzadə, Südabə Sərvi, Sevda İbrahimova, Elşad Barat, Vahid Çəmənli, Əli Vəliyev, Bayraməli Qurbanov, Vüqar Abdu, Telli Bağırova, Müşfiqə Baladdinqızı, İmdat Kazım, Kəmalə Həsənova, Yusif Abbdulla, Əbülhəsən müəllim, Qurban müəllim, Nailə xanım və başqaları iştirak ediblər. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac klassik irsimizin təbliğində uzun illər səmərəli fəaliyyətlərinə görə cənab Sayman Aruza və xanım Sona Abbasəliqızına “Nizami Gəncəvi” diplomu təqdim etmişdir. Sonda Sona xanım qonaqlara öz təşəkkürünü bildirmişdir. Tədbirdən fotolar:
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış həkim-yazar Məlahət Hümmətqızı “Ağ libaslı mələk” adlı yeni, sayca beşinci kitabını təqdim edib. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid moderatorluğu Arifə Arifqızına həvalə etdikdən sonra Əflatun Amaşov, Nəcibə İlkin, Xalidə Hicran, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Yusif Nəğməkar, Ayaz Arabaçı, Zaur Ustac, Narıngül Nadir, Rəfiqə Qasımqızı və digər qələm adamları müəllif haqqında xoş sözlər deyib, yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbirin gedişində Məlahət xanıma Mətbuat Şurası adından Əflatun Amaşov və Rəşad Məcid tərəfindən “Mətbuat Şurasının Diplomu”, Zaur Ustac tərəfindən isə “Yazarlar” jurnalı adından yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Olduqca maraqlı və yaddaqalan keçən tədbirin sonunda kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Tədbirdən fotolar:
“Ədəbiyyat – insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Şeir -qəlbin dildə deyə bilmədiyi duyğuları sozlə ifadə edən poetik əsərdir. Və şeir Ruhun söz qidası ədəbiyyat isə bu qidanı özündə cəm edən söz mətbəxidir. Bu böyük söz məktəbindən mənim də payıma bir zərrə düşüb. Zərrələr birləşərək kitab olub ömrümə Gəlin həmin kitabı müzakirə edək”
Sumqayitfakt.Az xəbər verir ki, bunu Yadigar Təvəkgül “facebook” səhifəsində “Bircə bəndlik darıxmaq” adlı kitabının təqdimatını keçirəcəyini bildirərkən yazıb.
Qeyd edək ki, təqdimat 9 avqust 2021-ci il, saat 14:00-da “28-may metro stansiyası”nın yaxınlığında yerləşən “Səməd Vurğun” bağı ilə üzbə – üz olan “Sedet art” Rəsm studiyasında keçiriləcək. “Bircə bəndlik darıxmaq” adlı kitab müəllifin sayca 3-cü kitabıdır.
Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.
Nəcibə İLKİN– “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə.
Yazarlar.azxəbər verir ki, iyulun 22-si, saat 14:00-da “AZƏRKİTAB” kitab təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.
Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin 60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.