Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şair Təvəkkül GORUSLUnun “Damcı izi…” adlı yeni kitabı işıq üzü görüb. Sözə dəyər verən Şakir Həsənovun maliyyə dəstəyilə “Adiloğlu” nəşriyyatında ərsəyə gəlmiş kitabın naşiri Zaur Qafarzadə, redaktoru isə Zaur Ustacdır.
Kitaba ön sözü Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru görkəmli şair İBRAHİM İLYASLI yazıb.
Dəyərli şeirsevər oxucularımız kitabı Bakı şəhərində 28 may metrosunun yaxınlığında yerləşən KİTABEVİM.AZ kitab evindən əldə edə bilərlər.
YAZARLAR olaraq, TƏVƏKKÜL müəllimi KİTAB və MÜƏLLİF günündə belə gözəl nailiyyət münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!! Uğurlarınız bol olsun, TƏVƏKKÜL müəllim!
EŞQ KANIYAM MƏN Məcnunam, səhrada eşqə bəzəyəm, Təşnələr yatıran dolu kuzəyəm, Ondan ətirliyəm, ondan təzəyəm, Sevdiyim çiçəyin məkanıyam mən. * * * Könüldən kövrəyəm, qəlbdən naziyəm, Yada dəlisovam, həm də asiyəm, Andıma sadiqəm, eşqdə qaziyəm, Sevdiyim çiçəyin tikanıyam mən. * * * Butası çırtlayan bağam, alanam, Xudmani baxçayam, kiçik dalanam, Özüm həm satanam, həm də alanam, Sevdiyim çiçəyin dükanıyam mən. * * * Sevdanı səhraya Məcnun gətirib, Qəribə, Kərəmə vəhylə ötürüb. Cavanlar sevməyi məndən götürüb, Məhəbbət kanıyam, eşq kanıyam mən. 24. 07. 2023.
QƏZƏB TALAYIR Elə bir ruhdayam, elə təbdəyəm, Qəlbimin başını qisas yalayır. Vuruşu, savaşı, qanı hiss edən, İçimdə hayqıran qurdlar ulayır! * * * Girmiş torpağıma məramı bədlər, Qazdırır səngərlər, tikdirir sədlər, Zatıqırıqlara verincə vədlər, Təxribat törədir, nifaq sulayır. * * * Gətirib yurduma murdar, haramı, Bilmirəm qoruyur mənim haramı? İki əsrdir ki, basır yaramı, Axıdır, torpağım qana bulayır! * * * Guya ki, oxşardı, dini, soyları, Guya ki, yazıqdı bacı tayları, Qucaqda gətirib yaban “hay”ları, Qarabağda qara bağa calayır. * * * Otuz il gözləyən qocaman səbrin, Tutulsun kəfəni, qazılsın qəbri, Əsəblər tarımda, çəkəmmir cəbri, İntiqam mizrabı qisas qalayır! * * * Sevib bayrağımı, bir Allahımı, Piyada önünə atmam Şahımı, Canımı, cismimi, azad ruhumu, Kin, nifrət yandırır, qəzəb talayır! 19. 07. 2023.
ƏTA EDƏ Qapanıbdı dörd divara, Könül düşkün, ruh avara, Bircə çimdik sevinc üçün, Kim sulaya, kim suvara? * * * Məhkumluğun çatı ola, Azadlığın atı ola, Mahmızlayıb yetişəsən, Göyün yeddi qatı ola. * * * Ola ayın günü otuz, Bir yan baxça, bir yan hovuz, Unudasan dərdi, qəmi, Sevinəsən ulduz- ulduz! * * * Buludunu fata edə, Məhəbbəti buta edə, Tanrım ulu sevgisiylə, Əbədiyyət əta edə! 14. 07. 2023.
ÜRƏKDƏSƏN SƏN Sevdiyim ürəyin, sevdiyim qəlbin, Bəyənmək nə demək, ölürəm gülüm. Sevdiyim ilhamın, sevdiyim təbin, Bu eşqdən yaranmış, bilirəm gülüm. * * * Məhəbbət, sədaqət mayəsi Qeybin, Mən onu səninlə bölürəm, gülüm. İzdivac göylərdə kəsilən kəbin, Nə vaxtdır səninlə gəlirəm, gülüm. * * * Bəyənmək azdırsa, sevmək çox deyil, Sevgidən, sevdadan yüksəkdəsən sən. Goruslu qırağa salmazki mey( i)l, Əzəldən ruhunda, ürəkdəsən sən. 13. 07. 2022.
RUHUMUZ SƏNƏ ƏMANƏT İndi cismimizi zaman, Zamanı cismimiz qucaqlayıb. Necə də gözəldi bu ağuş, Sevinciylə, kədəriylə, Ruhumuz göylərdə… Qol- boyunuq, Yol gedirik, Yazısıyla, qədəriylə. Bəzən xoşbəxt, Bəzən bədbəxt, Yuxusuz gecəsi, Nurlu səhəriylə. Bir gün torpaq qucaqlayacaq, Ruhumuz göylərdən enməsin, Tanrım! Cismimiz torpaq, Ruhumuz zaman olsun! Xatırlansın zaman- zaman. Biz səndən bir şey ummadıq, Sənə şərik sanmadıq, Yaradılanıq, danmadıq, Çoxumuz röyadan oyanmadıq… Ruhumuz sənə əmanət, Tanrım! 12. 07. 2023.
HƏZİNLİK GƏLSİN Gecələr götürüb ayın nurunu, Silibdi günəşin üzdən ləkəsin. Gecənin günəşlə yoxdur sorunu, Günəş də gündüzə tökür hikkəsin! * * * Töyşüyür budaqda saralan yarpaq, Saplağı boynunda kəndir kimidi. Çırpınır küləklə burulan yarpaq, Atəşdən torpaq da təndir kimidi. * * * Hanı bu səmanın buludu hanı? Yetişsin geyinib qara çuxasın. Qovruldu çəmənin, çiçəyin canı, Açsın köynəyinin dolu yaxasın! * * * Yayılsın ətrafa torpağın ətri, Açıq pəncərədən sərinlik gəlsin. Dirilsin şeirimin yazılan sətri, Ruhuna Goruslu həzinlik gəlsin! 10. 07. 2023.
ŞƏHİD, ALLAH AMANATI Bizdən ayrılıb gedirsən, Şəhid, Allah amanatı! Güllü, bayraqlı gedirsən, Şəhid, Allah amanatı! * * * Dava günü davalanan, Nərə çəkib havalanan. Daş-qayada yomalanan, Şəhid, Allah amanatı! * * * Yorulmusan dincəl, yavrum, Qaşı çatma, teli qıvrım, Paltar cırıq, üz-baş sıyrım, Şəhid, Allah amanatı! * * * Ağacda bubbular qaldı, Göl qurudu qular qaldı, Silah dostun ular qaldı, Şəhid, Allah amanatı! * * * Eşqdi Vətən həvəsi, Qanın yurda su əvəzi Harda verdin son nəfəsi?! Şəhid, Allah amanatı! 14.09.2022. Müəllif: İlham QƏHRƏMAN
VƏTƏN Güllələrdi, mərmilərdi, Külək deyil burda ötən. Nərəsindən dağ titrəyir, İgidindi yurda yetən. Çağla Vətən, çağla Vətən! * * * O ölməzdi, yenilməzdi, Yağılardı ölən, itən. Uğurunda şəhid düşən, Bir layladı burda bitən, Ağla Vətən, ağla Vətən! * * * Bax, səmanda qara bulud, Ağır- ağır, çətən- çətən. Al göyündən, götür birin, Sar alnına, sarı, lütfən, Bağla Vətən, bağla Vətən! 15. 09. 2022. Müəllif: Təvəkkül GORUSLU
ŞƏHİD Qurban boyuna, şəhid, Düşdük oyuna, şəhid. Dörd bacı həsrət qaldı, Qardaş toyuna, şəhid. * * * Qələbə acı – şəhid, Qeyrət ağacı – şəhid. Gözü yaşlı bacının Başının tacı – şəhid. * * * Ananın nəri – şəhid, Bacının şiri – şəhid. Bir gözəlin xəyalı – Pəhləvan əri – şəhid. * * * Ata qüruru – şəhid, Məzarın nuru – şəhid. Tezliklə göstərərik, Yağıya zoru, şəhid. * * * Elin and yeri – şəhid, Ocağı, piri – şəhid. Qisası alacağıq, Yol yoxdu geri, şəhid. * * * Zəfər andı verənlər, Dərdə sinə gərənlər, Şəhid qanlı torpaqda Doğulacaq ərənlər. 14.09.2022. Müəllif: Vaqif OSMANOV
AY VƏTƏN Bu boyda şəhid yükünə Dözürsə qəddin, ay Vətən. Mütləq bir gün bütövləşər Sərhədin, səddin, ay Vətən! * * * Kəsilməyib səsi, ünü, Tarix olan qırx dörd günün… Yağılara öz gücünü Yaxşı göstərdin, ay Vətən. * * * Qabağında ağır yasın, Şah vüqarın qoy sınmasın. Sən tapda ki… tapdanmasın Cığırın, rəddin, ay Vətən. * * * Başdan-başa düşmən şərdi, Şəri boğmaq bir hünərdi. Alovlara sinə gərdi, İgidin, mərdin, ay Vətən. * * * Yaxındadır Turan turu, Yenilməzdir türkün zoru. Dəhliz edər Zəngəzuru Bu qalib həddin, ay Vətən! 14.09.2022. Müəllif: Musa ƏLƏKBƏRLİ
TORPAQ DİVARLAR (… o günləri mənimlə birgə yаşаmış keçmiş zаbit dоstlаrımа…) Mən, çırаq, bir də bilindаj, nimdаş bir yаtаq, bоz səhrаyа zəif işıq sаlаn bаlаcа pəncərə, vаhiməli bir gecə. Аrzulаr, хəyаllаr içində sən, sənsiz dünyаnın yuхulu vаrlıqlаrı, bir də növbəsi dəyişiləsi əsgər. Eni uzununа bərаbər sаnki yаrıyаcаn yerə bаsdırılmış mənimlə sübhədək keşik çəkən аçılаcаğı səngər yоlunа аçılаn- оlаcаğım. Bir ömür yаşаdın sən də mənimlə. Qоrхulu, fərəhli, həsrətli ömür. Neçə əsgərin mülki хаtirələri, sevgi məktublаrı, gələcək аrzulаrı, səndə аçıb dərdini, diləyini. Kürəyi-güllə yаğışlı, içi rütubətdən аğаrmış tоrpаq divаrlаr. Ömrümüz kimi yаnаcаğı qurtаrаn çırаğındа məktubа ürək-dirək verən sоn cümlələr tаmаmlаnаr gecə sааt üçün yаrısındа, qəfil ölüm аyаqyаlın dоlаşаr səngərlər аrаsındа gecə sааt üçün yаrısındа, qızıl lаlə аlışаr bir şəhidin yаrаsındа gecə sааt üçün yаrısındа və hаrаdаsа sevənlərin ulduzlаrı bаrışаr gecə sааt üçün yаrısındа. Pоstlаrı gəzərəm. Növbəti ахşаmdа təzədən bаşlаr mənimtək dаrıхаn хаtirə məktublаr. Yenə о yаtаq, mən, sən, о dоğmа- аrхeоlоqlаr tаpmış kimi yаrısı yerin аltındа torpaq divarlar. …mənim uzаq хаtirələrim, və üfüqdə dоğаn səhərim, ən аğır, ən dоğmа günlərim… 1995. Müəllif: Rəfail TAĞIZADƏ
ƏSGƏR MARŞI Məmləkət uğrunda fani dünyadan vaz keçmişik, Diz çöküb, bayraq öpüb sadiqliyə and içmişik, Ən müqəddəs, ən şərəfli, ən uca yol seçmişik. Dönmərik haqqın yolundan, zirvələr ünvanımız, Qoy fəda olsun Vətən, torpaq yolunda canımız. * * * Birləşək yumruq kimi can dərdinə düşsün yağı, Görməsə bizdən təpər, verməz alınmış torpağı, Qoymayaq düşmənlərə bir qönçəni, bir yarpağı, Bəxş edək azadlığı xalqa, ucalsın şanımız, Qoy fəda olsun Vətən, torpaq yolunda canımız. * * * Verdi Ali Baş komandan əmri, hazır ərlərik, Xalqın arzu-istəyindən güc alan ləşgərlərik, “Öldü vardır, döndü yoxdur” -söyləyən əsgərlərik, Biz şəhadət badəsin içdik, halaldır qanımız, Qoy fəda olsun Vətən, torpaq yolunda canımız. * * * Dalğalansın daima göylərlə tən bayrağımız, Qoymarıq ensin bir an biz var ikən bayrağımız, Sağ ikən paltar, şəhid olsaq kəfən bayrağımız, Sayəmizdə qoy bütöv olsun Azərbaycanımız, Qurban olsun bu Vətən, torpaq yolunda canımız. Müəllif: Müzəffər MƏZAHİM
AZƏRBAYCAN BAYRAĞI Namusumun örpəyi, qürurumun baş tacı, Yaralarım saranım, bütövlüyün ilacı, İstiqlalın simvolu, müstəqillik əlacı, Ölkəmə nurun saçan, azadlığın çırağı, Zirvələri fəth edən, Azərbaycan Bayrağı! * * * Rənglərində özgürlük, rənglərində din, iman, Rənginə hopub tarix, rənginə hopub zaman, Rəngində şəhid qanı, rəngindən qeyrət daman, Cismim tutan dirəyi, başım üstü durağı, Varsan, sənə can fəda, Azərbaycan Bayrağı! * * * Günəşdən min rəng alan, küləklə nəğmə ötən, Savalana, Kazbekə, hətta Everestə tən, Səninlə onurludur bu el – oba, bu Vətən, Bəzəyirsən səmamı, bəzəyirsən növrağı, Əbədi dalğalan sən, Azərbaycan Bayrağı! * * * Ulduzundu, ayındı üzərində sayrışan, Sənə həsəd aparır gecələrdə kahkəşan, Şəninə qibtə edir müxtəlif sancaq, nişan, Üxüvvətin harayı, istiqbalın sorağı, Əsrə meydan oxuyan, Azərbaycan Bayrağı! * * * Əsgər şücaətiylə Şuşaya çatacaqsan, Zəngəzuru, Göyçəni kölgənə qatacaqsan, İrəvandan yağını xırs ilə atacaqsan, Qisasın ilhamçısı, İntiqamın yarağı, İşğala sinə gərən Azərbaycan Bayrağı! Müəllif: Təvəkkül GORUSLU