Xatırladaq ki, onlayn səsvermə yalnız xüsusi yer üçün nəzərdə tutulub. “20-lik”i, “10-luq”u, üç yerin qalibini münsiflər seçəcək. Qaydalara uyğun olmayan və hekayə qəbulunun son tarixindən sonra (dekabrın 10-u, saat 18:00) göndərilən hekayələr müsabiqədə iştirak edə bilməyib.
17 dekabr 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda şair-publisist Şahnaz Şahınin üç kitabının- “XOCALININ SƏRVƏRİ “,ZƏFƏR NƏĞMƏLƏRİ və “SABİRABAD ŞƏHİDLƏRI” təqdimatı keçirilib. Azərbaycan Yazıçılar birliyinin katibi Elçin Hüseynbəyli tədbiri açaraq, müəllif və kitablar haqqında məlumat vermişdir.
Sonra ədəbi tənqidçi Əsəd Cahangir hər üç əsər barəsində ətraflı danışaraq kitabların gələcək nəslin vətənpərvər ruhda yerişməsində öz rolu olsuğunu vurğulamışdır. Sonra tədbir iştirakçılarına söz verilmiş, onlar da müəllifi təbrik edərək uğurlar arzulamışlar. Sonda Şahnaz Şahin yaradılan şərait üçün Azərbaycan Yazıçılar Birliyinə və tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirmişdir.
GECİKƏN ÜMİD Külək şəhəri silib süpürürdü. Süpürdüyü tozla yerlə göy arasındakı əlaqəni kəsmişdi. Göz – gözü görmürdü. Eşidilən ugultu qulaq batırırdı. Agaclar küləyin gücündən yıxılmamamaq üçün baş – başa verib inildəyirdilər. Yerə dəyən əşyaların nə oldunu belə aydınlaşdırmaq mümkün deyildi. Gündüzün saatı gecəni xatırladırdı. Göy qaşqabagını sallayıb, susqun qəzəbli baxışlarıyla küləyi izləyirdi. Yerində dinc dayana bilməyən külək buludlarla gizlənqaç oynayırdı. Küləyin səsi şəhərin sakitliyini pozmuşdu. Ugulduyan külək qəzəbini yer üzündən çıxırdı. Agaclara verdiyi əmrlə evlərin pəncərələrini döyür, bəzilərini sındırmaga nail olurdu. Şəhər dünən başlayan, tügyan edən külək üzündən insan nəfəsinə həsrət idi. Hər kəs qapısını bərk – bərk baglayıb, hökümranlıq edən küləyin kəsəcəyi saatı gözləyirdi. Tində axsaya – axsaya gələn qaraltl göründü. İnsan ya heyvan oldugu bilinmirdi. Sanki küləklə təkbaşına döyüşə çıxan bu canlı küləyə meydan oxuyurdu. Qalibiyyətini sübut etmək üçün küləyin gücünə qarşı çıxır, yıxılır – durur, yenidən yoluna davam edirdi. Küləyin artıq taqəti kəsilmək üzərə idi. Son nəfəsini alırdı. Artıq hakimiyyəti qovdugu buludlar ələ almışdı. Şəhərin küləyin ərköyünlüyündən, hikkəsindən yaratdıgı halı onları məyus etmişdi. Çox keçmədiki bu vəziyyət onları aglatmaga başladı. Budur küləyə qalib gələn qoca, yagışla mübarizəyə başladı. Birtəhər daldanacaq tapıb gizləndi. Başını yuxarı qaldırıb dodagının altında deyindi bir az. Sonra sakitlışib sınıq bir stul tapıb oturdu. Xəyalların aguşununa atdı özün. İllər öncə doguldugu, tərk etdiyi şəhər. Daha dogrusu tərk etməyə məcbur oldugu şəhər… Əlləri əsə – əsə paltarının cibindən əzilmiş, bir az da islanmış siqaret tapdı. Yandırıb tüstüsünə büründü. Taleyin yükü qəddini əymiş, amma sındıra bilməmişdi. Qəm yükünü illərlə özüylə dostcasına daşıyan bu qoca həyatda qalma səbəbini anlaya bilmirdi. Bədbəxt hadisələrin hədəf nöqtəsi olsa da taleyi onu xilas edə bilmişdi. Dəfələrlə uçurumun kənarından yıxılmaq anında hansısa bir əl onu götürüb kənara qoymuşdu. Günlərlə küçələrdə ac -susuz qalan bu qoca ölümlə üz – üzə, göz – gözə gəlmiş, gülümsəyib keçmişdi. Neçə gündür ki ac -susuzdu. Həmdəmi olan xəyal da onu tək qoyub artıq. Sürünə – sürünə yagışın altına uzandı. Yagışın damcıları üzünə düşdükcə taleyinin üzünə gülümsünür, göy üzünü salamlayırdı. Yagış bu misgin qocanı ayıltmaq üçün hərdən səngiyir, damlalarıyla ona həyat verməyə çalışırdı. Qoca gözü göy üzündə ruhunu işıqlandlran günəşi axtardı. Son dəfə onu görmək istəməyən günəşi görmək istədi. Artıq həyat nəbzinin son ritmini vurdugunu hiss edən qoca ətrafa baxdı. Uzaqda sönük bir parıltınının ona yaxınlaşdıgını gördü. Üzünü çevirib gülümsündü.
– Gecikmisən, dostum! Qoca son sözünü deyib, gözlərini yumdu. Gecikən ümid yavaş- yavaş kiçilib sonsuzluga qərq oldu …. 04.08.2021.
15 dekabr 2021-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış həkim-yazar Məlahət Hümmətqızı “Ağ libaslı mələk” adlı yeni, sayca beşinci kitabını təqdim edib. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid moderatorluğu Arifə Arifqızına həvalə etdikdən sonra Əflatun Amaşov, Nəcibə İlkin, Xalidə Hicran, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Yusif Nəğməkar, Ayaz Arabaçı, Zaur Ustac, Narıngül Nadir, Rəfiqə Qasımqızı və digər qələm adamları müəllif haqqında xoş sözlər deyib, yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbirin gedişində Məlahət xanıma Mətbuat Şurası adından Əflatun Amaşov və Rəşad Məcid tərəfindən “Mətbuat Şurasının Diplomu”, Zaur Ustac tərəfindən isə “Yazarlar” jurnalı adından yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Olduqca maraqlı və yaddaqalan keçən tədbirin sonunda kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Tədbirdən fotolar:
Alik Dənizsevər (Alik Mürşüd oğlu Mikayılov) – 1990-cı il oktyabrın 5-də İsmayıllı rayonunun Qalacıq kəndində dünyaya göz açıb. Tarıyel Xanadanov adına orta məktəbi bitirib. 2011-ci ildən dövrü mətbuatda çap olunur. Türkiyənin CnnTürkTv və Halk HaberTv-nin xüsusi müxbiri, “Yazarlar” jurnalının redaksiya heyyəti üzvü, İsmayıllı üzrə bölgə təmsilçisidir. “Solmayan söz dünyası” antologiyasının tərtibçisi və redaktorudur.
Zildən, Bəmdən. Boğazdandır Qədir bu səs, De, hardandır. Səndə belə, Ovsunlayır, məni elə, Həmin səsdi, həmin avaz. Kimsə bilməz, yox anlamaz Şuşasızlıq, elə ağır Laçınsızlıq özü dərddi. – Kimi dovşan qılığında, Kimi nankor, kimi mərddir. Döz deməyə, dilim gəlmir, Dərmyə ki, əlim gəlmir. Sonasız o, çiçək-gülü, Ayrı düşmüş o, bülbülü. Qaytarmağa, yoxdur gücüm, Zildən dedi, yenə zildən. Mən sevdiyim, görən gündən. Nə qədirsiz, sona gördüm Nə sonasız, qədir gördüm.
DİLİ LAYLAM
Tapdığım o, yuxuların Dili laylam. Uşaqlığı, bir gecəlik, Səndən alam. Yox, dediyin qızılgüllər qəribsədi, Çəkdiklərim, çəkəcəyim indi nədir? Ömrü artıq, – Söz üstə mən əritmişəm. Ana laylam, Ata laylam, Böyümüşəm.
CƏNNƏTİ ANAM BİLMİŞƏM
Cənnətmi, Anamın ayağı altda, Gündə min yol öpür əyilirəm mən. – Saçında ağ gəzib, üzüldüyümdə. Qayğında bir ölüb, dirilirəm mən.
Nurundan pay aldım, a mehribanım, Duan da varlığım əzbərə döndü. Zakirin durnası, uçub gedəndən. Eşqimin alovu, o gündə söndü.
Başımı sığalla, bir yol sığalla, Ölüm cənnətində, ölüm qoy Ana. Nə yazdım, nə bildim hansı sualla, Dil açım danışım qayıdım Ana.
Bir ağız çağır ki, yüyürüm gəlim, Mən haqdan yoğrulub, haqdan gəlmişəm. – Açıldı Allaha, gecələr əlim, Cənnəti, ay Anam, səni bilmişəm.
GƏLİB SƏNƏ ÇIXAR…
Sənsiz dinlədiyim musiqilər də, Mənə xatırladır, ayrılıqları. Onda gözüm dolur, bu acı keçmir Mənim həyatımda, gedişlər oldu. Amma gedişin tək məni çox üzən. Ağladan, susduran heç olmamışdı, Adına dəlilik, nə deyirsən de, Qoydunmu başımda ağıl da olsun, Deyirlər, Leyli də, Məcnun da oldu. İndi ki, sevgilər nağılda olsun. Gedənlər bir kərə qayıtmamışdı, İndi sən ağılda, olanlar bu gün. Oyuncaq bildilər ayrılıqları, Qırılsın, üzülsün vecinə olmaz. Səbəbsiz, filansız gedərsən heç nə, Axı yox, yıxılan özü ağlamaz. Gün-gün o, saydığın payızda bir gün Bürünər eləcə, ayrılıqlara, Sən keçən küçəyə gəlsə nə vaxtsa, Elə əsəbləşmə o, ayaqlara Yüz yol ölçüb biçər harada getsə, Gəlib sənə çıxar sənə ayaqlar.
1. Xoş gördük birazsizi tanıyaq, Dilguşə Gülümcan?
Əslən Qazaxlıyam. BDU və Moskva meşə təsarrufatı univetsitetini bitirmişəm. Uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Əlbəttə SSRİ dövründə.
2. Öhdəsindən gələ bilmisiniz o vəzifələrin?
Bəli, həm də çox yaxşı. Öhdəsindən gələ bilməsəydim yəqin ki, o vəzifələrdə qalmazdım.
3. SSRİ ni görmüsünüz indi iyirmi birinci illə ayaqlaşmaq çətin olmadı ki, sizin üçün?
Xeyir, İnsan hansı dövrdə olursa olsun onunla ayaqlaşmağı bacarmalıdır. Mən həmişə mübariz olmuşam. SSRİ dağıldıqdan sonra xalqımın, Vətənimin azadlığı uğrunda mübarizəmi bu günə qədər də davam etdirirəm. Yəqin ki, bunu şeirlərimdə də oxumusunuz.
4. Əslən qazaxlıyam dediniz qazax şairlərlə aşıqlarla tanınır havasından suyundanmı qazaxlısansa ya yazmalısan ya oxumalısan?
Yəqin ki, torpağındandı. İnsan torpaqdan güc alır.
5. Ailə də neçə uşaq idiniz? Dilguşə xanım…
Üç bacıyıq, mən böyük bacıyam. İki bacım ekizdilər.
6. Evdə bir ədəbiyyaçı sizsiniz yoxsa sizdən başqada var ədəbiyyatla məşğul olan?
Mən ədəbiyyatçı deyiləm, kimyaçıyam, Atam ədəbiyyatçı olub. Uzun müddət məktəb direktoru işləyib. Qaldı ki, şeir yazmağıma, məncə şeir yazmaq üçün ədəbiyyatçı olmaq şərt deyil. Şairlik Allah vergisidir.
7. Səf eləmirəmsə dörd kitab müəllifisiniz necə qarşılandı? Kitablarınız…
Bəli dörd kitab müəllifiyəm. Beşinci kitabımı hazırlayıram. Oxucularıma sonsuz təşəkkür edirəm. müsbət qarşılanmasaydı, yəqin ki, kitab çap etdirməzdim. yazar üçün ən önəmli olan onun oxucularıdır.
8. Məktəb də necə şagird olmusunuz müəllimlərinizi xatırlayırsınızmı?
20 şagird olmuşuq. doqquz oğlan, on bir qız. bütün müəllimlərimi xatırlayıram. onların hamsının xatirəsi mənim üçün çox əzizdir. qazandığım bütün uğurlar üçün onlara borcluyam.
9. Atanız həm ədəbiyyatçı həm də məktəb direktoru olduğunu dediniz evdə necə biri idi atanız yazırdı yoxsa?
Atamın da şeirləri var idi. Amma çap etdirməmişdi. Atam rəhmətə gedəndə mən çox gənc idim və onun yazdıqlarının sonralar tapa bilmədim. Ata qayğısından çox tez məhrum olduğum üçün anamı həm ata, həm də ana bildim. Anam atazızlığımızı bizə o qədər də hiss etdirmədi. Çox zəhmətkeş insan idi anam.
10. Ruhu şad olsun indi hal-hazırda sizi ən çox düşündürən mövzular hansılardır?
Məni indi ən çox düşündürən mövzular xalqımın rifah halının yaxşılaşması, Dağlıq Qarabağımızın ruslardan və erməni daşnaqlarından azad olmasıdır. İnanın ki, bu mövzular mənim ən yaralı yerimdir.
11. Bilirsiniz indi nəşiryyatların sayı hesabsızdır özəlliklə işlədiyiniz nəşiryyatlar var qane edir sizi nəşiryyatlar?
Sizinlə tam razıyam. Mən kitablarımı ayrı ayrı nəşiriyyatlarda çap etdirmişəm. Ona görə bu sualınıza çətinlik çəkirəm cavab verməyə.
12. Gənc yazarlar necə bir şair kimi sizi qane edirmi? Yoxsa sadəcə söz xətrinə yazırlar?
Gənc yazarlar arasında çox istedadlı gənclərimiz var. Sizə deyim ki, bir deyim var deyərlər ki, heç kim anadan doğulanda Molla Pənah doğulmur. İnanıram ki, gənclərimiz söz xətrinə yazmırlar. Qızılı nə qədər palçıqlasan da parıltısını itirməz. Demək istedadlı gənclərimiz kölgədə qalmazlar.
13. Çapa hazırladığınız kitabda şeirlər kitabıdır təqdimat düşünürsünüz yeni kitabınıza?
Mən təqdimatı sevmədiyim üçün heç bir kitabımı təqdimat etməmişəm. Ona görə bir söz deyə bilmərəm.
14. Təxəllüsünüz ,gülüm can , özünüz seçmisiniz?
Soyadım Gülümcanovadır, ona görə Gülümcan təxəllüsnü seçdim.
15. Son olaraq sizə öz minnətdarlığımı bildirirəm darıxdırmadıq sizi oxucularınıza sözünüz nə olardı?
Mənim yaradıcılığımla və həyatımla maraqlandığınız üçün mən də sizə çox təşəkkür edirəm. Oxucularıma tək bir sözüm var nə qədər ki, mənim şeirlərimi oxuyurlar o qədər də mənim ömrümü uzadırlar. Allah bütün oxuculardan razı olsun. Yazarları oxuduqca onlara yazıb yaratmaq stimulu verirlər.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış həkim-yazar Məlahət Hümmətqızı “Ağ libaslı mələk” adlı yeni, sayca beşinci kitabını təqdim edib. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid moderatorluğu Arifə Arifqızına həvalə etdikdən sonra Əflatun Amaşov, Nəcibə İlkin, Xalidə Hicran, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Yusif Nəğməkar, Ayaz Arabaçı, Zaur Ustac, Narıngül Nadir, Rəfiqə Qasımqızı və digər qələm adamları müəllif haqqında xoş sözlər deyib, yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbirin gedişində Məlahət xanıma Mətbuat Şurası adından Əflatun Amaşov və Rəşad Məcid tərəfindən “Mətbuat Şurasının Diplomu”, Zaur Ustac tərəfindən isə “Yazarlar” jurnalı adından yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Olduqca maraqlı və yaddaqalan keçən tədbirin sonunda kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Tədbirdən fotolar:
Uzun illər bu məmləkətin ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… Qarabağ ağrı idi… Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi… Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar… Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, adı “dünya birliyi” olan xristian dünyası bizə yüz il bundan sonra da gün ağlayası deyil.
Bizim Türkdən başqa kürəyimizi söykəyəcəyimiz heç kimimiz yoxdu… Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaş günləri bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil. Bir Türk bir sözüylə bizə ordu bərabərində arxadır. Bir Türk bir şeiriylə bizə bir silah gücündə dayaqdır. Dərdimizin ortağı da, mücadiləmizin silahdaşı da, zəfərimizin sevinəni də gerçək Türk insanlarıdır…
Bizi Qarabağa aparan o qutsal yolun yolçuları ilə – haqq savaşçılarımızla, Zəfəri yaralı canı, əli, ayağı, itirdiyi gözünün nuruyla yazan qardaşlarımızla aylardır ki, həmsöhbətəm, onların cəhbə xatirələrini dinləyərək şəhidlərimizin əziz xatirəsini ölümsüzləşdirmək amacıyla “Savaş günlükləri” yazıram… Bu amacla tez-tez Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Hospitallarında tedavi görən qazilərimizə baş çəkirəm. Ötən gün şahid olduğum hadisə isə sözün bütün mənalarında ruhumu silkələdi…
Asta addımlarla hospitala daxil oluram. Ağ göyərçinə bənzəyən Tibb bacısı xoş təbəssümlə salamlayıb içəri aparır məni… Gənclərin səsi bütün dəhlizi bürüyüb, harada olduğumu unuduram:
Səndən başlar sonsuzluğa yol, Oğlum…
Dörd bir yana atmalısan qol, Oğlum!…
Çörəyini ac olanla böl, Oğlum!
Haram yemə, haqq uğrunda öl, Oğlum!
Tarixə Sən verəcəksən can, Oğlum!
Gün gələr ki, torpaq istər qan, Oğlum!
Səslər coşğuyla yüksəldikcə ürəyim dağa dönür. Səs gələn otağa tərəf yönəlirəm. Bəzən adam göz yaşlarının səbəbini nə anlaya, nə də izah edə bilmir. Gördüyüm mənzərə qarşısında heykəl kimi hərəkətsiz qalıram, ürəyim dağa dönür, amma bu elə bir izahsız duyğudur ki, sözə çevirmək olmur.
Gəz, Oğlum
Vətəninə göz dikəni əz, oğlum.!
Dostun kim, düşmənin kim, sez oğlum!
Tarixini şərəfinlə yaz, oğlum!
Yaz oğlum.!
Səndən gidər sonsuzluğa yol oğlum
Dört bir yana salmalısın qol oğlum
Ekmeğini ac olanla böl, oğlum
Haram yemə, haqq uğruna öl, oğlum.!
Çabuk böyü, çabuk yetis, tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hain gezen şu dağlarda gez oğlum!
Tarixə can vermək üçün canından, gözünün nurundan, yürüyən ayağından, vuran qolundan keçən (hətta bəziləri nitqini itirib) qardaşlarımızın belə çiyin-çiyinə söykənib ruh yüksəkliyi ilə “Vətəninə göz dikəni əz, Oğlum!” deyə oxuması ürəyimi dağa döndərir.
Kitablardan oxusaydım, bəlkə də qəribə qarşılayardım, amma indi öz gözlərimlə belə bir mənzərənin şahidi olmağım kövrəltdiyi qədər də qürurlandırır məni…
Məni dövrəyə alıb salamlayırlar. Təəccübümü və heyranlığımı görən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı, baş gizir Cavidan Səfərov sözə başlayır: Anam, siz elə bilirsiniz ki, biz Qarabağı silah gücünəmi azad etdik?! Silahımızdan da kəsərli ruh yüksəkliyimiz vardı. Bax həmin o türkülər bizə elə ruh yüksəkliyi verirdi ki, nəinki yağı düşmənə, hətta Əzrayıla belə meydan oxuyurduq…
Qürur qarışıq kövrək duyğular baş qaldırır içimdə. Bu duyğuların əhatəsində qazilərimizə Sərhat bəydən, onun Türk gəncliyinə müraciətlə yazılmış “Bil oğlum” şeirindən danışmağa başlayıram: “Əzizlərim! Dedikləriniz o qədər doğma hisslərdi ki… Sizlərin döyüşdə olduğunuz həmin o çətin günlərdə inanın ki, bizim də yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi…
İndi Sizin ifanızda çox əziz Serhat Kabaklının sözlərinə Esat bəyin bəstələmiş olduğu türkünü dinlədikcə bir neçə məqamı xatırlayıram: Şuşanın azad olunduğu gün idi. Həmin bu sözlərin müəllifi əziz Sərhat bəy özünəməxsus doğmalıqla sevincini, şükrünü belə dilə gətirmişdi: O gün olsun, burda qıldığım şükür namazını Şuşa məscidində qılım!” Bu duaya təkcə dilim yox, gözümdə gilənən göz yaşım da “Amin!” demişdi… Növbəti gün isə Sərhat bəyin “Salamlar Qarabağa! Müjdə Tanrıdağına!…” – deyə Qarabağın azadlığını müjdələməsi məndən ötrü Tanrıdağı boyda sevinc olmuşdu…
Hərbçilərimizin “Bil, oğlum!”a bu cür həssas münasibətindən ürəklənib şeirin yazılma tarixçəsini danışıram və onlara söz verirəm ki, bir gün mütləq onları döyüşə ruhlandıran bu ecazkar misraların müəllifi ilə – Sərhat bəy Kabaklı ilə görüşməyinizi sağlayacam… Hamısının gözlərində sevinc görürəm. Bir şeirin yaratdığı məhəbbət, bir misranın milyon – milyon ürəkdə yuva qurması, bir sənətkarın ruhlara toxunuşu… Sənətin bəxş etdiyi doğmalıq budur əslində…
Dəyərli Sərhat bəyin yaradıcı adam kimi uğuru da məhz bundadır. İnsanların qəlbinə gedən yolu tapmaqda… Bu yol o qədər müqəddəs bir yoldur ki, hər qələm adamına o yolda yürümək nəsib olmur. Ki, bu da Sərhat bəyin böyük ürəyinə mükafat olaraq bir Tanrı lütfüdür…
Mən Sərhat bəyi Dəyərli Ustadım İmdat Avşarın təqdimatıyla tanımışam. İmdat bəyin gözəl söhbətlərindən təsirlənərək yüksək insanlığını, şəxsiyyətini və yaradıcılığını sevdiyim Sərhat Kabaklı məndən ötrü yeriyən Türküstandır… Elazığdır, Qarabağdır, Kırımdır, Kərkükdür, Kıbrısdır, Ahıshadır…
Sərhat Kabaklının şair kimi, sənətkar kimi, şəxsiyyət kimi, insan kimi keçdiyi ömür yolu türk gəncliyi üçün – bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Bu həyatda təkcə ürəyini, ruhunu, təmiz adını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bütün bunların mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Sərhat bəy şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan, Sözü kimi bütöv insandır.
Sərhat Kabaklının ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Onun xarakterini tamamlayan və indiki vaxtda nadir rast gəlinən insan mənzərəsidir. Sərhat bəy həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan uca ürəkli şəxsiyyətdir. Sərhat Kabaklı insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.
Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Sərhat bəy… Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı, ucalmağı qəbul etməyib və insanlara da əqidəsində, yolunda sadiq olmağı bir Bilgə kimi həmişə tövsiyə edib. İxtisasca müəllim olub, amma təkcə elm öyrətməklə vəzifəsini bitmiş hesab etməyib, öyrəncilərinə kitablardan daha öncə həyatı öyrədib Sərhat bəy…
Ot kökü üstə bitər, – deyirlər… Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam fidanlar pöhrələyər. Bu gün Sərhat Kabaklı qocaman bir Dədə Palıd kimi dörd bir yanına kölgə salır… O, zəngin mənəvi ənənənələri olan bir ailənin işığından pay alıb. Sərhat bəyin fikirlərinin formalaşmağında Əmisi Türk dünyasının böyük düşünürlərindən olan Əhməd Kabaklının müstəsna əməyi olub. Əhməd Kabaklı böyük türk ədəbiyyatının çoxəsrlik tarixini beş cilddə toplayan dəyərli bilim adamlarımızdandır. Həmin toplunun böyük hissəsində Azərbaycan ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün mühüm işdir. Bu o deməkdir ki, Əhməd bəy Azərbaycanı öz vətənindən heç zaman ayrı tutmayıb.
Əmisi ilə bağlı xatirələrində Sərhat Kabaklı söyləyir ki, o zaman 18 yaşım olanda əmim mənim şeirimi Türkiyənin ən böyük ədəbiyyat dərgisində çap etdirdi və ondan sonra ədəbi məsuliyyətim daha da artdı.
21 yaşındaydım. Əmim telefonla oxuduğum yurdu aradı və məni qurucusu olduğu Türk Ədəbiyyatı Cəmiyyətinə çağırdı. Həmin ərəfədə mənim “Mərmər və İnsan” adlı şeirim yenicə işıq üzü görmüşdü. Türk Ədəbiyyatı Cəmiyyətinə çatdım ki, Nəcib Fazil Qısakürək içəridə oturur. Məni görəndə ayağı qalxdı və qaşlarını çatıb: “Sən özünü kim hesab edirsən ki, mənim hələ gələn il yazacağım şeiri indidən yazmağa cəhd edirsən?”-dedi. O görüş məni xatirimdə və yaradıcılığımda unudulmaz iz qoymuş oldu.
Bu gün Əhməh Kabaklı da, Nəcip Fazıl Kısakürək böyük Türk millətinin ürəyinə – mənəvi dünyasına köçüb. İlk qələm təcrübələrindən başlayaraq Əhməd Kabaklının təsiri ilə yazıb-yaradan Serhat bəy isə “Öncə göyərçinləri vurdular” və “Bil, Oğlum!” şeir kitabları ilə türk oxucusunun ürəyini çoxdan fəth edib.
Fəqət heç zaman şairlik iddiasında olmayıb Sərhat bəy… Sadəcə söz ürəyinə yük olanda yazmaqla hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb…
Bu gün Sərhat bəy İstanbulda əsası 1978-ci ildə Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Dəyərli Sərhat Kabaklı söyləyir ki: “Biz Türk Ədəbiyyatı Vəqfi olaraq Türk dünyasının bütün coğrafiyalarına türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik”.
Yeri gəlmişkən, bir məqamı qeyd edək ki, Azərbaycan ədəbiyyatının təbliğində Türk Ədəbiyyatı Vəqfinin xidmətlərindən dolayı dəyərli Sərhat bəy Beynəlxalq Mahmud Kaşğari Mükafatı almış, Azərbaycan Yazıçılar Birliyinin, Vektor Elm Akademiyasının fəxri doktoru” ödüllərini və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu” fəxri titulunu qazanmışdır.
Adlar, titullar, mükafatlar, təltiflər – əslində, bunların hamısından daha ucada dayanan bir məqam – insanların qəlbinə gedən yoldur… Önəmli olan insanların qəlbinə gedən yolu tapmaq və Öz işığı, saflığı, səmimiyyəti ilə insanlığa, sözün bütün mənalarında, töhfə verməyə çalışmaqdır ki, Sərhat bəy bu mənəvi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur. Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Sərhat bəy məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan, şərəfli ömrünü fədakarlıqla insanlığın, türklüyün, türkçülüyün rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı vətəndaş, Bilgə Aydın…
Cənubi Koreya rejissoru Çan Don Linin “Poeziya” adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir və poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi.
Şair – müəllim isə cavabında ona deyir: “Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yandırmamışdan əvvəl ürəyini yandırmalıdır”.
Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Sərhat Kabaklının bütün qələmə aldıqları gözünün və qəlbinin nurundan yaranmışdır və bu şeirlər, sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu kamil bir mərtəbəyə qaldırmağa çalışmaqdır ki, Sərhat Kabaklı ədəbi şəxsiyyəti və yaradıcılığı ilə bu işin öhdəsindən şərəflə gəlməkdədir.
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur, Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın – Sözün həqiqi mənasında böyük hərflərlə İNSANIN varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu millət Sərhat bəy Kabaklı ləyaqətdə qutsal və uca ürəkli bir şəxsiyyət yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
Məhbubə Hidayət qızı 1965 ci ildə. Qusar rayonunda doğulmuşam. Hal-hazırda Quba rayonunda yaşayıram. 35 ildən artıqdır yazıçılıqla məşğulam. Uşaq şeirləri və hekayələr. Uslubum daha çox ailə-məişət, drammatik formadadır. Uzun illər qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisin üzvü olmuşam. Hal -hazırda məclis fəaliyyət göstərmir. İki kitab müəllifiyəm. “İtən illər” adlı hekayələr və “Gilənar” adlı uşaqlar üçün şeir kitablarım var.
2. Qusar rayonunda dünyaya göz açmısınız ilk laylanız da orada oxunub quba rayonunda yaşamaq necə bir hisdir insanları doğmadır sizə?
Qubaya ailə qurduqdan sonra gəlmişəm bu iki rayon biri-birinə çox yaxındır.
3. Neçə yaşında ailə qurmusunuz yoldaşınız necə yazmağa meyillidir yoxsa ailənizdə sizdən başqa ədəbiyyatla yaxınlığı olan varmı?
Mən 20 yaşımda ailə qurmuşam həyat yoldaşım ziyalı insandır. nəslimizdə məndən başqa da yazan var. Bu ilahi vergi olduğu üçün mane deyil mənə dəstək olub. bunun üçün ona minnətdaram…
4. Yazıçı olmasaydınız nə olardınız özünüzü hansı peşədə görürsünüz həkim müəllim və s ilə?
Mən həm də müəlliməyəm və kiçicik də olsa tibb təhsilim var.
5. Belə düşünürəm hər iki rayon bir birinə yaxındır dediniz onda gediş gəlişiniz var hər iki rayonun insanları doğmadır sizə fərqi nədə görürsüz?
Quba rayonu çox millətlidir. bizim qusar isə əsasən ləzgilərdən ibarətdir. hər iki rayonun təbiəti çox gözəldir. Buralar sanki cənnətdir, sizi yay aylarinda məmnuniyyətlə hər iki rayonu gəzməyə dəvət edirəm.
6. Böyük məmnuniyyətlə qonağınız olaram uşaq şeirləri yazmaq necə çətin deyil uşaqların dilini onda yaxşı bilirsiniz? İlk şeiriniz nə olub?
İlk uşaq şeirimin adı “Ülkər” olub uşaqları çox sevirəm.
7. Həmin o şeiri sonda bizimlə paylaşmağınızı çox istəyirəm nəşiryyatlar necə qane edir sizi?
Azərbaycan nəşriyyatı məni qane etmir. Bu üzdən uzun müddət yazmadım. Amma təəssüf ki, beyində olan enerjini yazmadan atmaq olmur.
8. Nədir sizi qane etməyən keyfiyyət tərtibat yoxsa başqa bir şey maraqlıdır?
İnsanların kitaba marağının olmaması, bunu müəyyən formalarda təşkil etmək olar.
9. Ailə də neçə uşaq idiniz atanız övladlarına qarşı sərt idi yoxsa?
Biz 5 bacı qadaş idik. Atam gözəl insandı (rəhmətə gedib) mən hər ikisini də hələ də çox sevirəm…
10. Ruhu şad olsun ananız necə biri idi evdar qadın yoxsa hər hansısa işin peşənin sahibi idi?
Mənə ədəbiyyat istedadı, anamdan mirasdır. Amma özü heç vaxt çap olunmayıb… Anam evdar xanımdır.
11. Demək ki bu istedad ananızdan sizə mirasdır ananınızın hər hansısa bir yazısını oxumusunuz?
Anam əsasən satirik üslubda deyərdi . O sinədəftərdi.
12. Sizi ən çox düşündürən mövzular hansılardır satira sizi düşündürüb?
Mənim satiradan çoxda anlayışım yoxdur. Əsasən ailə məişət də olan problemlərdən yazıram. İnşəAllah əsərləimi mümkün qədər səhifəmdə paylaşacağam…
13. Gənc yazarlardan oxuyub mütaliə etdiyiniz var? Qane edir sizi gənc yazarlar?
Adlarını yadım da saxlaya bilməsəm də çalışıram gənclərin yazılarını daha çox izləyim. Müasir gənclərin şeirlərini çox bəyənirəm. Buna zəmanə ilə ayaqlaşmaq deyirlər inşəallah bacararıq.
14. Yeni kitaba fikriniz var? Bundan əvvəl çap olunan kitablarınız necə qarşılandı?
Zəmanə gəncləri bizlərə nisbətən daha savadlı və dünyagörüşlüdür. Bəli hazrda həm uşaqlar üçün həm də böyüklər üçün iki kitab üzərində işləyirəm. Kitablarım çox gözəl qarşılanmışdı. Əsasən də gənclər tərəfindən və hələ də əsərlərim maraqla oxunur…
15. Son olaraq incitmədik ki, sizi oxucularınıza sözünüz nə olardı? Mən sizdən son olaraq ,,ülkər,, adlı şeirinizi paylaşmağınızı istəsəm?
Mənim üçün çox xoş oldu. Çox kübar olduğunuzu söyləməyə haqqım var ,,,Ülkər,, adlı şeirimi yazdığımda 9 yaşım vardı. Oxucularıma daha çox həyatı əsərlərlə maraqlanmalarını tövsiyyə etmək istərdim. Çünkü həyatı əsərlər çox vaxt insana həyatda dəstək və ya nəticə çıxarmaq üçün kömək olur. Həyati əsərlər bəzən bizə həyat yolunda yol belə göstərir…