Şuşa haqqında şeir – Sona Amal

ŞUŞA

Çəkəli sinənə düşmənlər dağı,
Qoymuşdun yollarda gözümü, Şuşa.
Yazırdım adına bayatı, ağı,
Qəmə bələyirdim, sözümü, Şuşa.

Gözəldir, hər qarış torpağın, daşın,
Üzeyir dühası, tarix yaddaşı,
Səngidi həsrətim, sevinc göz yaşım,
Yudu naxış-naxış üzümü, Şuşa.

Xanqızı bir məclis salmış qoynunda,
Vaqif könülləri çalmış qoynunda,
Qacar xəyanətə varmış qoynunda,
Kim silər, tarixdən izimi, Şuşa?!

Yağı tapdağıydı, daşın, torpağın,
Qəmlə süslənmişdi, hər gül budağın,
Gülmədi illərlə, həsrət dodağın,
Tapmırdım səbiri, dözümü, Şuşa.

Geyindi oğullar, əsgər yarağın,
Sildilər qoynundan, yağı ayağın,
Sancdılar köksünə Vətən bayrağın,
Tapıldı həsrətin çözümü, Şuşa.
Amal xoşbəxt sanır, özünü, Şuşa.

11.09.2023.

Müəllif: Sona TEYMURBƏYLİ RƏHİMLİ ( Amal)

SONA TEYMURBƏYLİ RƏHİMLİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aslanlar yurdunun şir övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayev haqqında

Son günlərdə Azərbaycanın böyük oğullarından biri olan, əslən dilbər guşələrimizdən sayılan Qarabağdan olan Bakılımız, dahi mütəfəkkir, Ölkə Başçısının müvafiq Sərəncamları ilə Xalq Yazıçısı adına layiq görülmüş, Şöhrət və Şərəf ordenləri ilə təltif edilmiş, həmçinin Rusiya Federasiyasının və Belarus Respublikasının orden və medallarını almış, 44 günlük şərəfli Vətən müharibəsinin ilk günlərindən başlayaraq ORT, Rossiya-1 və s. televiziya kanallarında Azərbaycanın haqq səsinin Rusiya və MDB auditoriyasına çatdırılmasında müəyyən rol oynayan, hüquq elmləri doktoru Chingiz Abdullaev Çingiz Abdullayev haqqında bəzi müxalif fikirli adamlar və trollar tərəfindən “facebook” sosial şəbəkəsində (əslində şər yuvasında), həmçinin metro çıxışlarında öz həcvlərini satmağa çalışan “spekulyant”lar tərəfindən xoşagəlməz fikirlər yazılmaqdadır. Ümumiyyətlə həmin adamlar ölkədə baş verən müsbət dəyişiklikləri, inkişafı, aparılan quruculuq və s. işləri məqsədyönlü şəkildə görmək istəməyən adamlardı. Məlumat üçün qeyd edim ki, Çingiz Abdullayevin çox saylı əsərləri, o cümlədən romanları, povestləri, ssenariləri dünyanın bir çox ölkələrinin dillərinə tərcümə edilmiş və böyük tirajlarla çap edilmiş, kinolar çəkilmişdir. Belə ölkələrin siyahısında İsveçin, Rumıniyanın, Estoniyanın, Fransanın, Latviyanın, Serbiyanın, Bosniya və Hersoqovinanın, Polşanın, Ukraynanın, Albaniyanın, Belarus Respublikasının, Bolqarıstanın, Macarıstanın, Almaniyanın, Argentinanın, İspaniyanın, Türkiyənin, Gürcüstanın, Suriyanın, İordaniyanın, Özbəkistanın, Çinin, Rusiyanın və s. ölkələrin adlarını çəkmək olar. Əminəm ki, yuxarıda qeyd etdiyim adamların mütləq əksəriyyəti bu ölkələrin heç xəritədə yerini tapa bilmir və nəinki roman hətta öz tərcümeyi-halını yazmaq iqtidarında belə deyil.

Müəllif: Pərviz HÜSEYNOV

PƏRVİZ HÜSEYNOVUN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tural İrfan yazır: Çingiz Abdullayev …

Xalq yazıçısı Çingiz Abdullayev “Gülüstan” sarayında keçirilən “Azərbaycan Dili və Ədəbiyyatı Forumu” nda çıxış edərək çox vacib mövzuya toxundu.
Yazıçıların, şairlərin kitablarının öz hesablarına çap edilməsinin narahatlığından danışdı. Yəni, şair həm şeir yazsın, həm yazdıqlarına redaktor, korrektor axtarsın, sonra da maliyyə sorağına çıxıb kitabını çap etdirsin. Çap edəndən sonra da onun satışını təşkil etsin. Bu, nə qədər çətin, nə qədər ağır məsələdir. Şairin, yazıçının işi əsər yazmaqdır, kitabı aidiyyatı qurum hazırlamalı, nəşr etməli, yaymalıdır.
Çingiz müəllimin toxunduğu hədəflər hamımızın yaralı yerimizdir. Əvvəllər şairlərin kitabları dövlət hesabına çap olunurdu, satışı təşkil edilirdi. Hətta yazara yüksək məbləğdə qonarar da verilirdi. Bu da ona stimul verir, daha da yazıb yaratmağa həvəsləndirirdi.
Çingiz müəllim təklif etdi ki, bu məsələ həllini tapmalıdır.

Çingiz Abdullayev sözü bir az kəsə deyir, ancaq kəsərli deyir. Onun danışığı da dil bilgisi də hesab edirəm ki, normaldır. Ancaq ola bilsin bir qədər ləhcədə, el dilində danışır deyə bəzilərimiz onun dilimizi bilmədiyini zənn edirik.
Çingiz Abdullayevin nitqində bircə kəlmə rus sözü, yad termin eşitmədim dünənki çıxışında.

Deyilənə görə böyük filosof İbn Sina vaxt məhdudluğu ucbatından, tutduğu vəzifə ucbatından əsərlərinin çoxunu at belində, səfərlərdə, narahat yerlərdə yazarmış. Onun yazdığı və qrammatik qaydalara, dil üsullarına diqqət etmədiyi bir kitabı başqa bir alimin əlinə keçir, İbn Sinaya sərt bir tənqid yazır. Yazır ki, bu necə alimdir, necə filosofdur ki, dilin qaydalarını bilmir, ancaq böyük mövzulardan danışır…
İbn Sinaya bu məlumat çatanda götürüb nitq mədəniyyəti, yazı üsulları, qrammatika, danışıq etikası, ədəbi dil normaları, elmi dil qaydaları haqqında elə bir əsər yazır ki, onu tənqid edən şəxs peşman olub üzr istəyir.

Yəni, gözəl danışmaq, bəlağət, fəsahət müsbət keyfiyyət sayılsa da əsas olan nə danışmağındır. Yaxud nöqsanlı nitq adamın savadsızlığını, dili bilmədiyini göstərmir. Boş, cəfəng söz yığınını muncuq kimi düzüb mənasız danışmaqdansa Çingiz Abdullayev kimi çətin, ancaq mənalı, içi dolu danışmaq daha qiymətli, daha lazımlıdır.

Müəllif: Tural İRFAN

TURAL İRFANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Heç yerə getmirəm, Azərbaycanda yaşayacam…”

“Heç yerə getmirəm, Azərbaycanda yaşayacam…”–  Çingiz ABDULLAYEV

İlk dəfə hekayələri mətbuatda çap olunanda sovet dönəmi idi. Moskvada deyirdilər ki, “Çingiz Abdullayev kimdir ki, siyasi detektiv yazıb? Ona deyin ki, gedib qoyunları ilə məşğul olsun, bazarda göyərti satsın”. 1988-ci ildə “Mavi mələklər” adlı ilk kitabı işıq üzü görəndə isə, onu Mərkəzi Komitəyə çağırıb banditdən, milisdən yazmasını, amma siyasi detektiv qələmə almamasını tövsiyə ediblər. Bu işin sovet yazıçısının çörəyi olmadığını bildiriblər…

Deyir ki,- “Onlar düşünürdülər ki, azərbaycanlının belə ağlı olmaz, siyasi detektivi ancaq yəhudi yaza bilər. Dedim, yazacağam. Onda mənə dedilər, çalış onlardan yaxşı yaza bildiyini sübut edəsən. Görünür, sübut etmişəm ki, Rusiyanın hər bir şəhərində, hər bir kitab mağazasında mənim kitablarımdan ibarət ayrıca rəf var. Buna sevinmək lazımdır. Fəxrlə deyirəm: kitablarım xeyli dildə nəşr olunub. Təzəlikcə bilmişəm ki, mənim kitablarımı erməni dilinə qanunsuz tərcümə edib Xankəndi və İrəvanda da oxuyurlar. Ermənilər Azərbaycan yazıçısını oxuyur, azərbaycanlılar isə deyir, iki xalq yazıçısının kitablarını yandıraq. Azərbaycanda cəmi 4 xalq yazıçısı qalıb. Onların da kitablarını yandırsaq, nə olar?”

Rusdilli ailədə böyüyüb boya çatıb. Ata tərəfdən ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu isə İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. Daha sonra Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində işləyib…

Bu gün yazıçıya azərbaycan dilində sərbəst danışmamasını irad tutanlar unudurlar ki, həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…

“İlk romanım olan “Mavi mələklər”i xaricdə yazmışam. Əllə yazmışdım. 23 yaşımda yazmağa başladım, 25 yaşımda bitirdim. Nəşriyyat dedi, bunu qəti çap edə bilmərik. Soruşdum niyə, dedilər, Dövlət Təhlükəsizlik Komitəsi icazə vermir. Neçə ildən sonra o vaxt indi nazir olan Nazim İbrahimov dedi ki, mən kömək edəcəyəm. Azər Mustafazadə Mərkəzi Komitədə şöbə müdiri idi. Onlar birləşib nə etdilər bilmirəm, amma 28 yaşım olanda icazə aldılar. Nəhayət kitab 30 min nüsxə ilə çıxdı və bir həftəyə satıldı. Çox böyük qonorar aldım. 29 yaşımda zəng vurdular ki, istəyirik, kitabı təkrar nəşr edək. 100 min tirajla çap olundu. İkinci nəşrin qonorarını alanda fikirləşirdim, bu pula ömür boyu yaşaya bilərəm. Mavi mələklər bir müddət sonra Krasnodarda 500 min tirajla üçüncü dəfə nəşr olundu.”- söyləyir.

Haqqında söhbət açdığım Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbin rus dili bölməsində orta təhsili bitirərək, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1981-ci ildə orada ali təhsilini rus dilində başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib. 1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, Kominist Partiyasının Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 1988-ci ildə “Beynəlxalq təcavüz problemləri” mövzusunda rus dilində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə yenidən rus dilində “Beynəlxalq cinayət problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və fəxri adlara layiq görülüb…

Deyir ki,- “Pul həmişə insanlar üçün önəmli olub. Çox vaxt düşünürlər ki, pulun olanda hər şey yaxşı olacaq. Məsələn, qızın yaxşı ərə gedəcək, oğlun yaxşı evlənəcək, yaxşı vəzifə ala bilərsən, yaxşı maşının, evin olacaq və s.. Pul xoşbəxtlik üçün etalon deyil. Mənə bir nəfər dedi, siz cavanları aldadırsınız, pul hər şeydən üstündür. Dedim, onda qızının gözlərini sığorta etdir, nə isə olsa, yaxşı pul alarsan. Adam övladının gözünü neçəyə ala bilər? Adamın atası-anası yanındadır, uşaqlar sağlamdır, bundan yaxşı nə var? Amma başqa bir həqiqət də var ki, bəli, pul olmayanda yaşamaq çətindir. Çox pul olanda adam onu yox, o səni idarə edir. İkincisi də, baxır pulu necə qazanırsan. Həkim gözləyirsə ki, rüşvət verməsələr, əməliyyata girməyəcəyəm, bu, haram qazanılan puldur. Mən bir dəfə demişdim, rüşvət almaq fahişəlikdir. Əgər öz vicdanını satırsansa, sənə nə demək olar? Bədənini də yox, vicdanını satırsan. Bu dəhşətdir. Axı sənin uşaqların da bilir ki, sən harada oğurluq edib, yalan danışırsan.”

Onu sevməyən insanlar da var. Doğrudur, bunun səbəbini müxtəlif arqumentlərlə izah etməyə çalışırlar, amma unudurlar ki, insanın mahiyyəti dilində yox, əməllərindədir. Prokuror ailəsində böyüyən çox harın adamları görmüşük. Adamı tapdalayıb keçməyə də hazırdırlar, lakin Çingiz Abdullayev öz əməyi, istedadı, bacarığı, intellekti ilə tanınan, məşhurlaşan prokuror balalarındandır. Onun hansı dildə danışması, fikirlərini ana dilində hansı tərzdə ifadə etməsi elə də önəmli deyil. Əsas odur ki, başdan ayağadək azərbaycanlıdır…

“Son 20-25 ildə Azərbaycanda qonorar almırdım. Alanda da Qarabağ cəmiyyətlərinə və uşaq evlərinə bağışlayırdım. Bunu bilənlər var. Yalnız xaricdən qonorar alırdım. Təəssüf ki, Rusiyada da kitablara görə vergi çoxdur. Əgər öz yazıçılarından 10 faiz alırlarsa, xarici müəlliflərdən 38 faiz vergi tuturlar. Mən Azərbaycanda qonorarı son vaxtlar alıram. Bu proses “Qanun” nəşriyyatından başladı. İndi də “TEAS Press” Nəşriyyatı mənim kitablarımı çap edir, mənə qonorar verir. Çıxan və çıxacaq kitablarımın qonorarlarını almışam. Hazırda İngiltərə və Türkiyədə də müqavilələr imzalanıb. Çünki “TEAS Press” hər iki ölkədə mənim kitablarımı nəşr edəcək. Bir dəfə filmim çəkiləndə mənə 50 min dollar qonorar yazmışdılar. Nazir Polad Bülbüloğlu zəng vurdu ki, Çingiz müəllim, gəlin, dəhşətli bir şey olub. Getdim, dedilər, 35 faiz vergi verməlisən. Məndən 17,5 min dollar vergi aldılar. Sonra Vergilər Nazirliyindən, televiziyadan zəng vurdular ki, siz yaradıcı insanlar arasında ən çox vergi verən nümunəvi adamsınız, sizi çəkmək istəyirik. Bəlkə mən də o pulu verməzdim, amma nə etmək olar, hesabdan çıxarılır. O vaxt “ANS” gəldi çəkməyə, dedim, kül mənim başıma ki, ən çox vergini mən ödəmişəm. Bu “julik” məmurların heç biri vergi vermir, yazıçının qonorarından alırlar. İndi Azərbaycanda kitablar 500 nüsxə ilə çıxır. İkincisi də açıq danışaq, yaradıcı insan təvazökar ola bilməz. Bizim çox az yazıçılarımızın kitabları xaricdə çap olunur. Azərbaycanda çıxan kitablardan da böyük qonorar ala bilməzlər. Çox sağ olsun “TEAS Press” ki, mənim kitablarımı çıxarır, yaxşı qonorar verir. Azərbaycanda iki-üç yazıçı qonorar alır. Məsələn, bilirəm ki, Elçin Hüseynbəyliyə verirdilər. Azərbaycan yazıçılarının qonorar ala bilməməsi o demək deyil ki, onlar istedadsızdırlar. Xeyir! Türkiyədə 4-5 yazıçı yaxşı qonorar alır. Rusiyada isə 12-13 belə müəllif var. Azərbaycandan təkcə mənəm. Bu faciədir, amma həqiqətdir.”

Bəli, ədəbiyyat sahəsində dünyada yeganə azərbaycanlı olan bu adam həm də qürur yerimizdir. Onu usandırmaq, yalan şaiyələrlə insanların gözündən salmaq nadanlıqdır…

Deyir ki,- “Yəqin fikirləşirlər ki, Çingiz niyə bu qədər kitab yazır. Haqqımda bəzən yalan şeylər yazırlar. Mənim nə mağazam, nə kafem, nə restoranım və şadlıq evim var. İndi kimin bir az pulu var, şadlıq evi açır. Mən pis biznesmenəm. Bütün qazancım kitablardan və kinolardandır. Bəzən mənim açıq danışmağımı qəbul etmirlər. Deyirlər, qorxmursan, heç kimdən asılı deyilsən, ona görə danışırsan. Mən Yazıçılar Birliyindən aldığım maaşı paylayıram. Oxucu kitab oxuyanda onun müəllifinə inanmalıdır. 29 milyon insan kitablarımı alıb oxuyub. Əgər onlar bilsə ki, mən yaltaqlanıram, kiminsə xoşuna gəlmək istəyirəm, onlar məni oxumayacaqlar.”

Doğrudur, hər bir insan öz ana dilində gözəl danışmağı bacarmalıdır. Bəli, Çingiz Abdullayev öz ana dilində hamı kimi danışa bilməsə də, fəqət o, danışanda hamı onu başa düşür. O qədər gözəl, pafoslu danışanları görmüşük ki, mahiyyəti Çingiz Abdullayevin kölgəsində qalır…

“Bir neçə il əvvəl də söhbətlər olmuşdu ki, guya Azərbaycanı tərk etmək istəyirəm. Bunu indi də qəsdən yazırlar. Mən yenə də deyirəm, yadda saxlasınlar: Heç yerə getmirəm, Azərbaycanda yaşayacam.”

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sona Abbasəliqızı: – Böyüyə daş atmazlar!


Böyüyə daş atmazlar

Son illər əsərləri həm ölkəmizdə, həm də dünya ölkələrində maraqla oxunan və təqdir edilən qələm sahiblərindən biri də bildiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevdir. Çingiz Abdullayev əsasən detektiv romanlar müəllifidir və oxucular tərəfindən sevilir. Onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələr bugünkü və gələcək nəsillərin ədəbi baxışlarını parlaq şəkildə cilalayır. Açığı, onun bədii qənaətləri çoxumuzda xoş təəssürat oyadır. Xalq yazıçısının yaradıcılığında səmimiyyət başlıca yer tutur. O, özü də çox səmimidir.
Əlbəttə, bu yazıda Çingiz Abdullayevin romanları barədə fikir demək niyyətimiz yoxdur. Məqsədimiz Azərbaycanı dünyada tanıdan bir qələm sahibi barədə deyilən hədyan, iftira sözlərə münasibət bildirməkdir.
Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməsi böyük qəbahət deyil. Xalq yazıçısına bu iradı tutanlar bəs nə üçün onun ədəbiyyatımıza verdiyi ədəbi töhfələri əsas götürmürlər? Məgər onlar bilmirlər ki, hazırkı dövrdə Azərbaycan ədəbiyyatını dünyada Çingiz Abdullayev kimi bir-iki qələm sahibi təmsil edir?
Əslində, Çingiz Abdullayevə qarşı hazırlanmış qara piyarın mahiyyətində zənnimcə, başqa nüanslar var. Fizianomiyasında bir həya, səsində daxili həyəcan, yeyin titrəyişlər olan Çingiz Abdullayev görəsən kimlərin yerini dar edir? Necə olur ki, son dərəcə həlim və sadə olan bu görkəmli yazıçıya dünya oxucusu hüsn-rəğbət bəsləyir, özümüzünkülər onu az qala təhqir edirlər? O şəxslər ki, Çingiz Abdullayevə qənim kəsiliblər, onlar hörmətli yazıçımızda olan vətəndaşlıq hissindən xəbərdardırlar?
Əslinə qalsa, heç kim ideal deyil. Gəlin,bir az məntiqli düşünək; aramızda yetişən, dünya arenasına çıxan və ölkəmizə maraq artıran qələm sahibləri artıq alçatmazdırlar və onlara daş atmaq böyüyə daş atmaqdır. Böyüyə isə daş atmazlar.

Sona Abbasəliqızı
Türkiyə:-“Kaya haber”ajansı Azərbaycan təmsilcisi

Razi Nurullayev: – “O”.

Yazıçı Çingiz Abdullayev ziyalıdır, tanınmış yazıçıdır, mədəni insan və əxlaq sahibidir. Çingiz müəllimin ölkəmiz qarşısında da xidmətləri böyükdür. 44 günlük müharibə zamanı Azərbaycan həqiqətlərini Rusiya kanallarından yayımlayan şəxs idi. Bizim nə qədər Rusiya televiziyasının dəvət edib efir verəcəyi ziyalımız var? Ziyalımız çoxdur, amma Rusiya televiziyasının qəbul edib efir verəcəyi say cüzidir.

Çingiz müəllimi məntiqlə və əxlaq çərçivəsində tənqid etmək olar, hansısa fikirlərilə barışmamaq da olar, amma alçaltmaq, aşağılamaq olmaz. Çünki, Çingiz müəllimi əxlaqdan kənar və aşırı şəkildə cahilcəsinə aşağılayanların əksəriyyəti cahillik kursundan yüksək qiymət alar.

Cahilliyin baş qaldırmasında, ayaq açmasında, təhqirin və söyüşün çiçəklənməsində ziyalıların, oxumuşların və cahillik fikirləri ilə barışmayanların da çox ciddi günahları var. Çünki, cahillər ağız-ağıza, əl-ələ, səs-səsə verib çoxluq yarada bilir, amma, cahilliklə barışmayanlar və ürəklərində onlarla razılaşmayan yüz minlər isə səsini çıxarmır. Sosial şəbəkələrdəki nəticə isə sanki, bütün cəmiyyətin cahillərlə razılşadığını göstərir. Real nəticə isə bu deyil.

Real nəticəni görmək və cahillərin səsini batırmaq istəyiriksə heç kim susmasın, kütləvi şəkildə müdafiə statusları yazsın və paylaşsın. Status yazmaqda, fikirlərini bölüşməkdə çətinlik çəkənlər şərh yazsın, paylaşsın və məqbul bildiyi digər hərəkətlərlə varlığını və cahillərlə barışmadığını göstərsin.

Başqa vasitələr da varmı? Varsa, fikrilərinizi bölüşün. Bəziləri deyə bilər ki, təhqir yazanları polis cəzalandırsın, sosial şəbəkələri mədudlaşdıraq və s.
Xeyr, bu çıxış yolu deyil. Sosial şəbəkəni polislə idarə etmək mümkün deyil, məhdudlaşdırmaq da həmçinin. Əksinə, sosial şəbəkələrin həyatımızdakı rolu daha da artacaq. Onun üçün də cahillik, söyüş və təhqirlərlə mübarizə elə sosial şəbəkənin özü vasitəsilə olmalıdır.

Başqa fikirlər varmı?

Elman Eldaroğlu: – Əzrailin dostu…

Əzrailin dostu…

( Rüstəm BEHRUDİ haqqında)

Keşməkeşli bir həyat yaşayıb. Dəfələrlə ölüm mələyi ilə üz-üzə dayanıb, onun bənzərsiz qoxusunu ciyərlərinə çəkib. Dörd yaşı olanda ağır xəstəliyə düçar olub. Bunu görən valideynləri uşaq sağ qalsın deyə, əhd edib adını dəyişiblər. Ölməyib, yaşayıb və bir gün 43 yaşında olarkən özünü dənizə atıb…

Deyir ki,- “Biilirsinizmi insan intihara nə vaxt qərar verir? Yaşamaq ölümdən daha qorxulu olanda. Deyə bilmərəm, bu necə baş verir, amma onu yaxşı bilirəm ki, uğursuz intiharların hamısı sonradan insanın həyatında dəyişikliklərə səbəb olur. Mən anları yaşayan adamam. Nə istəsəm, eləmişəm. Şair üçün həyatında ekstrimal anları yaşamaqdan daha gözəl heç nə ola bilməz. Nəsiminin dediyi kimi:- Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm…”

Məcara dolu belə anlar onun həyatında çox olub, amma heç vaxt sonradan onlar haqda düşünməyib. Bəlkə də “dostluq” etdiyi şəkər xəstəliyilə əlaqədardır, bilmirəm, axı bu azar adamda yaddaş problemi də yaradır…

“Mən bütün həyatımı nigarançılıq içində yaşamışam, elə indi də belədir. Anları yaşamaq cəhdim də, bu nigarançılıqdan qurtulmaq üçündür. Nigarançılıq da dünyadakı ən ağır duyğudur. Bütün türk dünyası məni tanıyır, amma bu məşhurluq da məni xoşbəxt edə bilmədi. Hərənin həyatda bir missiyası var. Mənim missiyam yazmaq, türkçülüklə, milliyətçiliklə bağlıdır və bu missiyada xoşbəxt olmaq yoxdur. Belə də ki, xoşbəxtlik nisbi anlayışdır, hər kəs bir cür qələmə verir.”- söyləyir…

Haqqında söhbət açdığım Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində dünyaya gəlib. 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra, orta təhsilini Cəfər Cabbarlı adına Biləv kənd məktəbində başa vurub. Bir il Behruddakı kolxozda işləyib. Daha sonra Naxçıvan Dövlət Pedaqoji institutunun Tarix-ədəbiyyat fakültəsində ali təhsilə yiyələnib və oranı fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib, rayon muzeyində elmi şuranın üzvü kimi çalışıb. 1984-cü ildən Bakıda yaşayır. 1986-1990-cı illərdə “Yazıçı” nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində işləyib. Həmçinin bir müddət də Sabir Rüstəmxanlının rəhbərliyi altında nəşr edilən “Azərbaycan” qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərib. Sovet dönəmində fikir və düşüncələrinə görə təqib olunub və həbsxanada yatıb…

Deyir ki,- “Həbsxanada yatmağı heç vecimə də almadım. Düzgün yolda olduğumu yaxşı bilirdim. Mən ölümün gözünə dik baxmağı bacarıram. Doğrudur, hər adamın bir əbədiləşmək istəyi var. Şairlərin də xüsusilə. İstəyirlər bütün zamanlarda onlardan yazsınlar, onlar haqqında düşünsünlər. Ona görə, bəzi şair və yazıçılar yalandan danışırlar ki, mən ölümdən qorxmuram- filan. Ancaq mən bir neçə dəfə ölümü yaxından gördüyüm üçün həqiqətən də buna öyrəşmişəm…”

Verdiyi qərarlar çox ciddi olur. Gördüyü işlər ağıl və məntiqə söykənir. Nizam-intizamı və dürüstlüyü sevir. Otuz ilə yaxındır ki, “sehirli qutuda” verilişlərə getməkdən imtina edib. AzTv-də ümumiyyətlə heç vaxt görünməyib…

“Məni müxalifətçi bilirdilər deyə, dəvət etmirdilər. İndi də, elə bilirlər. Keçən dəfə “Mədəniyyət” kanalından çağırmışdılar, orada təqdimatımı yazanda dedim, sadəcə adımı yazın, heç bir mükafat- filan qeyd etməyin, xalq məni tanıyacaqsa, elə adımla tanısın. Mənim üçün adlar, mükafatlar dəyərli deyil. Məsələn, bu gün “xalq şairi” adının mənim aləmimdə heç bir dəyəri yoxdur. Hər gün efirə çıxan xalq şairləri məndən daha məşhurdurlar, ya məndən daha çox sevilirlər? Mənim kitabım daha çox satılır, ya onların? Xeyr, istəmirəm. Versələr də qəbul etmərəm. Mənim öz ölçülərim var. Arxasında yaradıcılıq olmayan ad, mükafat kimə lazımdır? Bir də ki, Azərbaycan ədəbiyyatında nümunələr var da. Məsələn, Əkrəm Əylisli nümunəsi. Deməli, verilən bir şeyi səndən geri də ala bilərlər. Ona görə də belə şeylərə can atmaq axmaqlıqdan başqa bir şey deyil.”- söyləyir…

Cavanlığından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, sonradan bu qurumu mənasız saydığından, dörd-beş ildir ki, oradan uzaqlaşıb.

Bunu Anara, ya da orada çalışan digərlərinə görə etməyib, heç bir qərəzi də yoxdur. Sadəcə, Azərbaycan Yazıçılar Birliyi heç vaxt Azərbaycanın tale yüklü məsələlərində öz sözünü demədiyini əsas gətirir və orada olub, onların günahlarına şərik olmaq istəmir…

Deyir ki,- “Ümumiyyətlə, bu təşkilatın mahiyyətini anlamıram. Dünyanın heç bir yerində Yazıçılar Birliyi yoxdur. Daha çox keçmiş sovet ölkələrində ideologiyanın təbliği üçün lazım olan bir qurumdur. Avropa ölkələrindəki birliklər tamam fərqlidir. Onlar yazıçıların özlərinin müstəqil şəkildə yaratdıqları birliklərdir…”

Bəli, bütün ömrünü ədəbiyyata həsr etmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə ötən əsrin yetmişinci illərində başlayıb. Əlli ildən çoxdur ki, bu yoldadır. İlk şeirini orta məktəbdə yazıb. Sonradan şeirləri “Azərbaycan”, “Araz” almanaxlarında mütəmadi olaraq çap olunub. Dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edib. O, öz yaradıcılığında həmişə türkçülük və dərviş fəlsəfəsinə üstünlük verib. “Yaddaşlara yazın”, “Salam, dar ağacı”, “Şaman duası”, “Yer üzü görüş yeridi”, “İblis mələkdən gözəldi”, “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Din sevdim din üstünə”, “Bir dəli ayrılıq kimi”, “Qızıl alma”, “Məzarlıqda bitən yovşan” şeir kitablarının və “Göz yaşlarından baxan Allah” adlı fəlsəfi-publisistik kitabın müəllifidir. “Şaman duası” kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Beliçkada, Türkiyədə, İranda, Avstriyada, Almaniyada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazdığı “Salam, dar ağacı” şeiri isə müstəqillik ərəfəsində, Azərbaycanda vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir…

Sentyabrın 12-də xalqın sevimli şairi, xalqının şairi Rüstəm Behrudinin 66 yaşı tamam olur.

Düşündüm ki, bu münasibətlə onu duyduğum, anladığım qədər vəsf edim, ömür yoluna işıq tutum. Nə qədər bacardımsa bilmirəm.

Söhbətimi şairin “Mən qəm yolçusuyam” adlı şeirindən bir parçayla bitirrmək istəyirəm və ona möhkəm cansağlığı, firəvan həyat arzulayıram:

“Məni anlayan yox, məni duyan yox,
Başını itirmiş bu yer üzündə.
Bu cür təkliyimdə, tənhalığımda,
Mənəm bu dünyanın sonu, əvvəli.
Nə axır bilinir, nə də ki əzəl,
Oturub bir qərib çölün düzündə.
Elə bu təkliyə, bu tənhalığa
Ürəkdən qurd kimi ulamaq gözəl…”

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

RÜSTƏM BEHRUDİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

В АМИ Trend состоялась презентация документального фильма “Qaraxanbəyli döyüşü” (ФОТО)

БАКУ /Trend Life/ – В АМИ Trend состоялась презентация документального фильма “Qaraxanbəyli döyüşü” (“Битва за Караханбейли”), сообщает во вторник Trend Life.

В документальной кинокартине увековечен героический подвиг азербайджанских военнослужащих в битве за село Караханбейли Физулинского района Азербайджана в ходе 44-дневной Отечественной войны.

Документальная кинолента снята “Replay media”, она повествует об освобождении села Караханбейли Физулинского района 1-ым механизированным танковым батальоном в ходе 44-дневной Отечественной войны.

В начале мероприятия прозвучал Государственный гимн Азербайджанской Республики. Минутой молчания была почтена светлая память шехидов, отдавших свои жизни во имя территориальной целостности Азербайджана.

В презентации приняли участие видные общественные деятели, представители общественных организаций, члены семьи ветеранов и шехидов 44-дневной Отечественной войны.

До показа фильма было отмечено, что автор идеи документальной киноленты – Джейхун Сафаров, режиссер-постановщик – Алекпер Гусейнли.

При работе над документальным фильмом его создатели вдохновились художественной кинокартиной “Dolu” (“Град”), сценарий к которой написал депутат Милли Меджлиса (парламент), поэт и писатель Агиль Аббас, а режиссером является заслуженный деятель искусств Азербайджана Эльхан Джафаров.

В своем выступлении Агиль Аббас отметил, что интересным фактом является то, что сюжет фильма построен на кадрах, снятых азербайджанскими военнослужащими.

“Данный фильм и подобные документальные картины должны представляться более широкой общественности”, – сказал он.

Командир 1-го механизированного танкового батальона Эльчин Аллахвердиев отметил, что 44-дневная Отечественная война – символ героизма азербайджанского народа, азербайджанской армии.

Он подчеркнул, что в 2020 году доблестная азербайджанская армия под руководством Президента, Верховного главнокомандующего Вооруженными силами Азербайджана Ильхама Алиева одержала Славную Победу.

Эльчин Аллахвердиев выразил признательность всем, кто работал над фильмом, отметив, что в нем увековечена память о шехидах.

Режиссер-постановщик фильма Алекпер Гусейнли отметил, что в фильме демонстрируются кадры, снятые военнослужащими 1-го механизированного танкового батальона, поэтому фильм полностью отражает реальные условия боя. Также в киноленту вошло интервью командира батальона.

“В фильм вошли реальные кадры, снятые азербайджанскими военнослужащими. Эти кадры снимали шехиды, ветераны 44-дневной Отечественной войны. Хронометраж фильма 55 минут. После премьеры фильм будет представлен в интернет-пространстве”, – сказал режиссер.

Автор: Джани Бабаева (Все материалы)

ПЕРВОИСТОЧНИК; trend.az

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aqillər yurdunun pir övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru