
LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA
Nazim Əhmədli
Nazim Şamil oğlu Əhmədli 1 may 1953-cü ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1979-cu ildən şeirləri respublika mətbuatında çap olunur. 1986-cı ildə Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. On səkkiz kitab müəllifidir, bu kitablardan altısı xarici ölkələrdə – Almaniya, Türkiyə, İran (Təbriz), Özbəkistan, Qazaxstanda və ingilis dilində (Bakıda) nəşr olunub.
Həsrətin çox ağırdı
Qəfil döyüldü qapım,
kimsə məni çağırdı;
dağların arasından,
qara sular axırdı;
bir də hacan açar dan,
xəbər yoxdu carçıdan;
qaranlıqlar saçımdan,
ulduzları sağırdı;
bu nağılı kim yazıb,
yazıb alnımdan asıb;
cığırları ot basıb,
yollar çuxur-çuxurdu;
ağ buludlar ağ papaq,
ömür-gün yarpaq-yarpaq;
gəl, ovcumu açım bax,
içi cığır-cığırdı;
harda batdım günaha,
hələ çox var sabaha;
dizlərim əsir daha,
həsrətin çox ağırdı.
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru