MƏNƏ MESAJ YAZMISAN…

MƏNƏ MESAJ YAZMISAN…

Mənə mesaj yazmısan, mesajında nida var,
Sükutun çox ağırdı, içində əlvida var.
Ruhunda, nəfəsində bahar adlı buta var,
Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir,
Telefonuna cavab ver, axı sənə zəng gəlir…

Deyirsən, görünmürəm, sözünə qurban olum,
Sözünün yalanına-düzünə qurban olum.
Məndən ötrü darıxan gözünə qurban olum,
Adınla ürəyimə dünya rəngbərəng gəlir,
Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir,
Telefonuna cavab ver, axı sənə zəng gəlir…

Yox, belə sevgi olmaz, bəlkə, dindi-imandı,
Bəlkə, şeytandı-cindi, bəlkə, quru gümandı.
Dardayam, günəş üzlüm, təklənmişəm, amandı,
Ayrılıqlar üstümə gör necə də bərk gəlir,
Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir,
Telefonuna cavab ver, axı sənə zəng gəlir…

Səndən özgə heç nə yox, nə varsa unutmuşam!
Xəyalımda özümü adınla ovutmuşam,
Əlindən, ətəyindən uşaq kimi tutmuşam,
Ömür nə gözəl keçir, ölüm nə qəşəng gəlir…
Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir,
Telefonuna cavab ver, axı sənə zəng gəlir…

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir