
DÜNYA DÜZƏLƏ BƏLKƏ.
Qar yağıbdı bu gecə,
Sakit,səssiz,gizlicə.
Yer olubdu ağappaq,
Ağaclarda hər budaq,
Bir güldü, əlindəki
Ağ donlu gəlintəki.
Hər şey gözəl görünür,
Yer-göy gözəl görünür.
Yer üzündə qalmayıb,
Qara adlı bir ayıb.
Hər şey saflaşıb bu gün,
Sevincim daşıb bu gün.
Deyirəm ki, kaş elə,
Belə ola, bax belə.
Nə günah,nə səhf ola,
Ürəklər də saf ola,
Nə kin olsun,nə küdrət,
Nə zülm olsun,nə zillət.
Qalmasın qara ləkə,
Dünya düzələ bəlkə.
Dünya düzələ bəlkə.
28.1.2017.
Müəllif:Aqşin HACIZADƏ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Hamıya bu qarlı qış günlərində könül xoşluğu, xoş istirahət və can sağlığı arzu edirəm. Şeirimi dəyərləndirib də “Yazarlar” saytınızda dərc etdiyiniz üçün sizə təşəkkür edirəm hörmətli şair dostumuz Zaur Ustac müəllim. Çox sağ olun.