Arzu Əsəd: – “Bayırda qar yağır…”

Bayırda qar yağır

Bayırda qar yağır, bağlanır yollar,
Bir istək, bir ümid keçir içimdən;
Elə istəyirəm möcüzə ola,
Elə istəyirəm getməyəsən sən.

Nola bu qar yağa sonsuza qədər,
Bu dünya bu qarın altında qala.
Elə istəyirəm dünya dağıla,
Elə istəyirəm getməyəsən sən.

Bayırda qar kəsir, yollar açacaq,
Güldüm bu möcüzə istəyimə mən.
Bildim ki, bu dünya dağılmayacaq,
Bildim gedəcəksən, getməlisən sən.

Müəllif: Arzu Əsəd

Mənbə: Aida ADIGÖZƏL

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Arzu Əsəd: – “Bayırda qar yağır…””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir