Aytac İbrahim: – “Səkkizinci sinif şagirdiydik…”

Səkkizinci sinif şagirdiydik…

Səkkizinci sinif şagirdiydik.Təhsil aldığımız məktəb binası yenidən inşa olunmuşdu.Göz oxşayan sinif otaqları, müasir partalar, yaşıl rəngə çalan lövhələr…
Bütün bunlar, biz şagirdlərin marağını cəlb edirdi, yeni məktəb binasında oxumağa, öyrənməyə həvəslə can atırdıq…
Qızlarla sinif otağının pəncərəsinin önündə durub, verilən tənəffüs müddətində ətrafı seyr etmək adətim idi.Bir də gördüm, əlində iri çantası, səliqəli geyinmiş, ağır zəhmli bir adam iti addımlarla məktəb binasına daxil oldu.Hə, deyəsən, bu müəllim məktəbimizə yeni təyinat alan Samir Qazıyev idi…
Sinif yoldaşlarımla bir-birimizin üzünə baxıb gülümsədik:” Yaman ciddi və tələbkar müəllimə oxşayır.Kitab oxumaqdan canımız birtəhər olacaq.”
Elə bu barədə söhbətə başlamışdıq ki, zəng səsi eşidildi.Biz yenə də zəngin səsinə əhəmiyyət verməyərək söhbətimizə davam etdik.Düşünürdük ki, riyaziyyat fənnini tədris edən müəllimimiz gəlməyəcək və dərsimiz boş keçecək.Biz saydığımızı saydıq, görün fələk nə saydı.
Bir də gördük haqqında danışdığımız Samir müəllim sinfin qapısından otağa daxil oldu.Yenə ağır bir zəhmlə, əlindəki iri çantasını stolun üstünə qoyub, bir-bir şagirdlərin üzünə baxdı.Elə bil, o dəmdə hamımızı həyəcan bürümüşdü, sanki yerimizdə donub qalmışdıq.Samir müəllim dilləndi ki, bəs mən sizin yeni riyaziyyat müəlliminizəm.Sonra başladı, çox mülayim və mehribancasına özünü təqdim etməyə, uşaqlığından, tələbəliyindən danışmağa…
Samir müəllimin keçdiyi ömür yolu çox əziyyətli olub, onlarla tələbəsinin sevimli müəllimi, həyat pillələrinin hər kobudluğuna, enişinə, yoxuşuna təbəssüm edərək, öz qüvvəsi hesabına irəliyə getməyə müvəffəq olmuşdu…
Günel və Sevil bacılarının tək qardaşı onsuz da güclü və bacarıqlı olmalı idi.Mübarizə aparıb qalib gəlmək tək onu yox, həm də ziyalı ailəsini, anası Yeganə müəllimi, atası Muxtar kişini daim sevindirirdi…
Yeni riyaziyyat müəllimi öz səmimi danışığı, təvəzökar xarakteri ilə sinifdəki iyirmi səkkiz nəfər şagirdin qəlbini ovsunlamışdı…
Biz hər gün arzu edirdik ki, Samir müəllim riyaziyyat fənninin dərinliklərini sadə şəkildə bizə izah etsin, maraqlı söhbətləri ilə könlümüzü oxşasın…
Məktəbimiz, riyaziyyat müəlliminin əzmi ilə yenidən dirçəlmişdi.Şagirdlər imtahanlarda yüksək nəticələr əldə edirdilər…


Sadə bir müəllim məktəbimizə o qədər yeni töhvələr vermişdi ki, saymaqla, yazmaqla bitməz…
Samir müəllimdən sonra yeni müəllimlər məktəbimizə təyinat aldı.Onlardan biri də kimya-biologiya fənnini tədris edən Rəvanə Məmmədova idi…
Tanrı sanki bu iki müəllimi, bizim gələcək yollarımız çiçəklənsin deyə göndərmişdi…
Sinif uşaqları ilə bu iki müəllimi bir-birinə o qədər yaraşdırırdıq ki…
Onların da sanki bir-birlərini görəndə gözlərinin içi gülərdi…
Hər ikisi savadlı, hər ikisi hərtərəfli inkişaf etmiş gənc müəllimlər idi…
Biz öz beynimizdə bunları xəyal edə-edə, bir də gördük xəyallarımız çin oldu.Samir və Rəvanə müəllim ailə həyatına addım atmağın ilk təməlini qurdu…
Sevincimizin həddi-hüdudu yox idi.
Hər ikisini o qədər çox istəyirdik ki…
Elə indi də, sinfimizin uşaqları ilə o gözəl çağların şirinliyindən danışıb, kövrəlirik…

Rəvanə müəllimi Samir müəllimsiz, Samir müəllimi də xanım, Xatun, Rəvanə müəllimsiz təsvir edə bilmirik …
Hal-hazırda iki gül balaları olan,(Duyğu və Leyla) müəllimlər cəmiyyətimizə, gənclərimizə hər mənada dəstək olmağa davam edirlər…
Əsil ziyalılar və müəllim adına layiq əsil müəllimlər, biz sizinlə həmişə, hər an, bundan otuz il, əlli keçsə də fəxr edəcəyik! Övladlarımıza, nəvələrimizə sizdən danışacağıq!
Yeni bir gələcək, savadlı müəllimlərlə başlayır!

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir