Sakit İlkin: – “Kəndimizə qar yağıb…”

BİZİM KƏNDİMİZƏ
QAR YAGIR BU GÙN…

..,..
Bizim kəndimizə qar yağır bu gùn,
Qar yağır çəmənə.qar yağır dağa,
Mən ki.gözəllikdən doyan deyildim,
Bu qar ùrəyimə yağır,..ay qağa…
….
Yagır agacların kəsik yerinə,
Papaqsız başlara qar ələnir…qar.
Yanıram quşların cik-ciklərinə…
Hardasa mənim tək bir ùşùyən var..
….
Qar yagır om-oyuq daşların ùstə,
Qar yagır,mamırlar qalır qar altda,
Bu qardan suvanır qaya çatları,
Dağa məlhəm olur,məlhəm.qar adda…
….
Bu qar ùrəyimə yağır ay qağa,
yağır.qar altında qalıb beşiyim.
Yağır böcəklərin yuvalarına,
Soyuğa bùrùnúr evim,eşiyim

Bir uşaq dindirir könùl sazımı
Qar yağir bozarmış yanağlarına,
Köhnə qaloşları açıb ağzını,
Qar yagır uşağın barmağlarına…
….
Bu qar ùrəyimə yağır,ay qağa,
Yagır,..qar altında qalır ùrəyim,..
Yaxsi ki.qəlbimdə arzularim var,
yoxsa əriməzdi qarlı ùrəyim…
….
Qar yağır,sevinir körpə balalar,
Qar topu oynayır Tùrkayla Túrkel..
Yaxsi ki.vədəsiz yagmadı bu qar,
Yoxsa sevinməzdi balaca tùrklər…
Bizim kəndimizə qar yağır bu gùn….

Müəllif: Sakit İlkin

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Sakit İlkin: – “Kəndimizə qar yağıb…””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir