Rahim Üçoğlanlı – Qar yağıb

KƏNDİMİZƏ QAR YAĞIB
Tanrı bu gün lütv edib,
Kəndimizə qar yağıb.
Hər tərəf bəm-bəyazdır,
San ki yerə nur, yağıb.

Göy üzü ağ zər töküb,
Ağaclara tül çəkib,
Sevinir, hər kəs baxıb,
İnci yağıb, dür yağıb.

Tarlada şum dadlanır,
Bu qar ruzi adlanır,
Torpaq gülüb şadlanır.
Bol bərəkət bar yağıb.

Rahim, külək əsməsə,
Ağ buludlar küsməsə.
Bir necə gün kəsməsə,
Millət deyər zor, yağıb.!

Ağdam-10.01.2024

Müəllif: Rahim ÜÇOĞLANLI

RAHİM ÜÇOĞLANLININ YAZILARI

Rahim Üçoğlanlı digər mənbələrdə

Digər mənbə: Rahim Üçoğlanlı Rzayev

14 yanvar 2024 – Qarlı günün isti şeirləri – Fotolar.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Rahim Üçoğlanlı – Qar yağıb”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir