Nəzakət Eminqızı – NİSGİLLİ XATİRƏLƏR…

NİSGİLLİ XATİRƏLƏR….

Bu günlərdə uşaqkən nənəm Nəcimənin kənddəki evinin qabağında olan nəhəng tut ağacını və bağdakı yaşıllıqlar içərisindəki” məxmərgülü” kimi tanıdığım güllər yadıma düşdü.Bir anlıq ixtiyarsız olaraq o illərə yenidən döndüm…
Artıq böyüdükcə bağda bitmiş o güllərin heç kəsin bağında bitmədiyini də eşidirdim…
Nənəmin evi kənd yolunun kənarında idi.2otaqlı qədimdən qalma bu evdə mənim üçün maraqlı və qəribə olan əşyalar vardı.Həmin əşyalar otağın divarındakı taxçalarda yerləşdirilmişdi.: qədim naxışlı çini kasalar,saxsı kurələr,ərəbcə yazıldığından oxuya bilmədiyim kitablar, müxtəlif qab qacaq səliqə ilə düzülmüşdü.Ən yuxarı rəfdə isə bizim üçün toxunulmaz sayılan”QURAN” kitabı qoyulmuşdu…
Kiçicik eyvanı açıq idi.Yəni şüşəbənd filan yox idi.6-7 pillə enib həyətə düşər,qonşunun nəhəng qoz ağacından asılmış yelləncəkdə yellənərdik.Həyətdə nənəmin təndiri də vardı.
Mən kənddə yaşayan bibim qızı ilə nənəmin yanına gələrdim.Biz təxminən həmyaşıd idik.O məni kəndə tez tez gətirərdi.Nənəm ilk nəvəsi olduguma görə məni .çox sevirdi, mən də ondan ayrılmaq istəmirdim.Həmişə mənim üçün qovut hazırlayıb qoyur ya da bizə gələndə gətirərdi.Gözəl səməni halvası , tut doşabı,ərik qurusu və sevdiyim digər yeməli şeyləri gətirərdi.
Evimizlə kəndimiz arasındakı məsafə üç km olardı.Bibiqızımla bu yolu piyada getməyi xoşlayırdım.Çünki,yol dəmiryolunun kənarı ilə meşənin arasındakı dar cığırdan ibarət idi.Yolboyu söhbətləşə söhbətləşə gedir, kəndə nə vaxt çatdığımızı bilməzdık.
Kənddə qohumluga görəmi ya nəyə görəsə “qarabağlılar”sözlərini eşidirdim,dərk etmək anlayışım da yox idi ki, bilim nə deməkdir…
Uzun illər sonra təxminən öyrəndim ki,bu insanlar hələ əsrin əvvəllərindən köçkün düşmüş ailələr imiş.Heç onların haradan və niyə köçmə səbəblərini də dəqiq demirdilər…
Nəhayət, bu məsələyə təxminən 70-80 ci illərdə bir də qaytmalı oldum.Məlum oldu ki, bunlar Qarabağdan ermənilər tərəfindən köçkün düşmüş insanlardır, hansı ki, burada məskən salaraq ailə qurmuş və onlardan törənən nəsillər burada məskunlaşmışlar.Onu da qeyd edim ki , kəndimiz rayonda ziyalılar kəndi kimi- həm humanitar,həm də dəqiq fənlər üzrə ali təhsilli müxtəlif peşə sahibləri, alimləri ilə seçilirdi….
1988- ildən sonrakı hadisələrdən başlayaraq 2020 ci ilədək tam qənaətə gələ bilməmişdim.Ta ki,Laçın işğaldan azad olundu və məni daim narahat edən fikrə aydınlıq gətirildi ki,nənəm həqiqətən Laçının Sus kəndindən imiş. Həmin kənddən köçürülənlərin məskən saldıqları kəndlər Susay adlandırılıbmış.Bəli,Susay kəndi- Yuxarı Susay- Quba rayonunun dağlıq ərazisində,Aşağı Susay isə Xaçmaz rayonu ərazisindədir.Ola bilsin ki, yenə də hansısa rayonlarda Susay kəndlərinə rast gəlinsin .Bunlar həmin Sus kəndindən qaçıb gəlmişlərdir.
Bu məlumatları alandan sonra ilk dəfə nənəmin bağından sevə -sevə dərib gətirdiyim”məxmərgülünün” Xarıbülbül oldugunu xatırladım.Və məni aglamaq tutdu.Axı uzun illər mən bunu niyə bilməmişəm!!
Nənəmgili qorxudub oradan çıxaranda tapşırıblarmış ki, soruşsalar deyərsiz ki, özümüz könüllü köçmüşük.Nənəm çox gözəl qız olubmuş.Kəndə yeni köçün gəldiyini və köçün içərisində gözəl qızı görən yaşlı Hacı ona elçi yollayir və bir müddət sonra nənəmi alır.lakin evləri yolun kənarında olduguna görə pəncərədən baxmagı ona qadagan edir və qalın pərdə ilə pəncərəni baglatdırir.Nənəm dözümlü , agıllı qadın olubmuş.Onun üç oglu bir qızı olub.O özü savadsız qadın olmuşsa da övladlarının təhsil almaları üçün .çox ciddi cəhdlər edib və arzusuna da nail ola bilib.Atam iki ixtisas üzrə-ali təhsilli tarix müəllimi və hüquqşünas idi.Əmilərim də ali təhsilli kimyaçılar idi.Bibimi isə elçilər əl çəkmədiklərinə görə ərə verib ki,qaçırsalar rüsvay olmaqdan ehtiyat ediblər.
Nənəm həmişə kədərli görünürdü,soruşanda.fikirli halda çox yorgunam deyərdi..Sonralar anladım ki,o,doğma yurd yuvasının həsrətini çəkirmiş…
1964- cü ilin günəşli apreli idi.Nənəm dünəndən bizdə qalmışdı.Ayaqqablarını həmişəki kimi gizlətmişdim ki, kəndə qayıtmasın.
Yuxarı çıxanda gördüm ki, atama deyir:-məni o gün çıxan tərəfə keçir.Eyvanımıza gur işıq düşürdü.Nənəm otaqdan eyvana keçib divanda uzandı və” adam da bu günəşli günü qoyub ölərmi?”- dedi.Atam;-ay ana,niyə ölərsən ki?-demişdi ki,nənəm dərin ah çəkib, bizə heç vaxt bildirmədiyi həsrəti qarışıq gözlərini əbədi yumdu.Biz çaş baş,təəccüb içərisində qaldıq.Ölüm beləmi asan olur ?!
Atam;
-birdən kənddəki evi açan olar,oradakı “Quranı”gətirmək lazımdır- deməsilə bibiqızımla- biz gətirərik deyib kəndə qaçdıq
Həmin taxçadan” Quranı” bükülmüş halda təcili evə çatdırdıq.İçərisinə baxmaq marağı ilə aralamışdıq ki, nəvələrin şəkilləri ilə yanaşı qurumuş Xarıbülbülü gördük.Mənəmin nisgili bu kitabın içindəymiş!!
İllər keçdi..Atam, əmilərim bibim rəhmətə getdilər.Amma nənəmin nisğilini, hərdən köks ötürmələrinin səbəbini duyan olmamışdı.Çünki nənəm o nisgili, o sirri özü ilə qəbr evinə aparmagı bacarmışdı…
Bir dəfə mənəmdən atasının adını soruşanda Laçındı – demişdi.Biz ona inanmışdıq.Həmin inamla fa başdaşında Laçın qızı yazmışdılar…
İnanıram ki, nənəmin ruhu rahatlığını artıq Laçının Sus kəndi üzərində tapmışdır.Maraqlıdır ki, nənəm dünyasını dəyişəndən sonra o bağda Xarıbülbülü görən olmayıb.
Bəli ,Xarıbülbül nənəmin ruhu qarışıq öz doğma yurd- yuvasındadır.Nənəm haqqında xatirələrimi burda bitirib,Laçında davam etdirmək ümidilə:
Nəzakət Eminqızı ,

“Yazarlar” jurnalının İƏ üzrə meneceri,AJB-nin üzvü, yazıçı-publisist.
27 yanvar 2024 cü il.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir