DEYİRƏM YAXŞI Kİ, BU QƏLƏMİM VAR

DEYİRƏM YAXŞI Kİ,
BU QƏLƏMİM VAR

Deyirəm yaxşı ki, bu qələmim var,
Könlümü açıram mən ona hərdən.
Bir həsrət çeşməsi coşar, çağlayar,
Min arzu göyərər o dəyən yerdə.

O mənə sadiqdi intizar kimi,
Külüngə çevrilər desəm: daşı yar!
Yorulmaq bilməyən bir qatar kimi
Qəlbimdən kağıza nisgil daşıyar.

Şərikdi sevincə, ortaqdı dərdə,
Qıymaz ki, qəlbimin alovu sönə.
Bir mizraba dönüb toxunar hərdən,
Mənim həsrətimin sarı siminə.

Bir yaşıl budağa dönər baharda,
Mənim ondan ayrı təmənnam yoxdu.
O mənə arxadı çətində, darda
O mənim əlimdə qılıncdı, oxdu.

Dünyada nə qədər buqəlamun var,
Daha dizlərimin gücü tükənib.
Yaxşı ki, yaxşı ki, bu qələmim var,
Ayağa dururam ona söykənib…

1984

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir