NƏ YAXŞI
Ömrün payızında qoşa kölgəni
Sahil salamladı, gördü, nə yaxşı.
Dəniz ayağımız altına bizim,
Kövrək ləpələri sərdi, nə yaxşı.
Bənzərsiz yaratdı Tanrı bu günü,
Göylərə çatmışdı həsrətin ünü,
Gündüz səxavətlə sevən könlünü,
Sevdiyi gecəyə verdi, nə yaxşı.
Heyranam Xəzərin sirli səsinə,
Özünü qoxuyan tər nəfəsinə.
Qıymayıb ürəklər titrəməsinə,
Vüsal çələngini hördü, nə yaxşı…
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
YAZARLAR.AZ
======================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru