Mən Qazaxı İlhamından tanıdım.

Tanıdım

(Şair dostum İlham Qazaxlıya həsr edirəm)

İlk şəxsiydi salam alıb verdiyim,
Bir ömürə bəs elədi gördüyüm,
Uca sözə kərpic-kərpic hördüyü,
Ucaltdığı ehramından tanıdım, –
Mən Qazaxı İlhamından tanıdım.

Sayrışırdı qəlb işığı, göz nuru,
Çöhrəsindən süzülürdü öz nuru,
Yolumuza çıraq tutdu söz nuru,
Yandırdığı dost şamından tanıdım, –
Mən Qazaxı İlhamından tanıdım.

Saldı bizi işığının sehrinə,
Qulluq etdik dost adında bir dinə,
Agah idi işimizin sirrinə,
İşarədən, eyhamından tanıdım, –
Mən Qazaxı İlhamından tanıdım.

Sədaqəti agah idi dilində,
Dua idi, Allah idi dilində,
Sinə gərib dostlarının yolunda,
Qurban getmək məramından tanıdım, –
Mən Qazaxı İlhamından tanıdım.

Dərd görməsin ürəyində mərd yeri,
İçimizdə qalmadı bir dərd yeri,
Bir oğulla tanınırmış yurd yeri,

Qeyrətindən, imanından tanıdım,

Mən Qazaxı İlhamından tanıdım…

MÜƏLLİF: MƏMMƏD QƏDİR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir