
Bir sevda
gözümdən enib yaş kimi
Düşür –
Kirpiyimin ucundan keçir.
Bir sevda sinəmdən qopub daş kimi
Yorğun dərdlərimin köçündən keçir.
Yollar iz götürmür,
Necə gəlim, de?!
Mən yenə barışdım, yenə yenildim.
Tanrım, bütün yollar məndən min ildi
Öc alan dünyanın öcündən keçir.
Həsrət hücrəsində,
Sevda günündə
Qəlbin asi çıxdı sevda dinindən…
Bütün gözəlliklər gözüm önündən,
Bütün ayrılıqlar içimdən keçir.
Bakı, noyabr 2009-cu il
Müəllif:Elçin MİRZƏBƏYLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru