Payız sənə bənzəyir…

Payız sənə bənzəyir,
O da sənin kimi sarısın,kürəndi.
Bir az ərkəsöyun ,bir az kusəndi.
Guluşundə bir dünyanın sevinci cəmlənən,
Kədərində buludların gözü nəmlənən.
Payız sənə bənzəyir.

Payız sənə bənzəyir,
Bütün nağılları,alabəzək yarpaqları ilə,
Son dəfə günəşi görmək həvəsi ilə açan,
Gülləri, çiçəkləri ilə könlünü alır,
darıxmağa qoymur adamı.
Payız sənə bənzəyir.

Payız sənə bənzəyir.
Soyuqluğu, inadı, ilqarı ilə.
Bir az aprel bir az oktyabr vuqarı ilə.
Leysan dolu ayazsan.
Bəlkə mən gec tanımışam,
Sən özun elə payızsan!
Payız sənə bənzəyir.

Müəllif: Yadigar TƏVƏKGÜL

AYB-nin üzvü .


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Damət Salmanoğlu – Solmuş çiçəyin tumurcuğu

Damət Salmanoğlu – Solmuş çiçəyin tumurcuğu – pdf:

Damət Salmanoğlu – Solmuş çiçəyin tumurcuğu – pdf.

I>>>>Damat Salmano’g’li – Tanlangan she’rlar – pdf

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QAZİ ŞAİRİN ŞEİRLƏRİ

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xocalının Meşəli kəndindən ilk reportaj – Soyqırımın Meşəli səhifəsi

Xocalının Meşəli kəndindən ilk reportaj – Soyqırımın Meşəli səhifəsi

Yolumuz Xocalı rayonunun Meşəli kəndinədir. Həmişə bu kəndi görmək arzusunda olmuşam. Meşəlidə törədilmiş qanlı soyqırım aktı haqqında bir jurnalist kimi təəssüratlarımı bölüşmək məqsədilə bu kəndin coğrafi mövqeyi, təbiəti haqqında əyani olaraq tanış olmaq istəyirdim. 2023-ci ilin avqustun 14-də Meşəli kənd ziyalısı İlham Kazımovla Qırxqız dağlarının ətəyində yerləşən Laçın rayonunun viran olmuş Nurəddin və Fərraş kəndini, hər iki kənddə dəfn edilmiş Meşəli soyqırımı şəhidlərinin məzarlarını ziyarət etmişdik. Qırxqız silsiləsindən o biri üzə – Xocalıya, Meşəli kəndinə baxmaq üçün düşmən və sülhməramlıların postları ilə üzbəüz olan postlarımızın birindən icazə alaraq kəndi seyr etməklə qəlbimizdəki qübarı azaltmaq istəyirdik. İcazə ala bilməyib geri qayıdanda çox da məyus olmadıq. Çünki fəhmimizdən, gedişatdan hiss edirdik ki, çox yaxın zamanda arzusunda, həsrətində olduğumuz yerləri azad görəcəyik. Qırxqızın ətəyindən aşağı düşərkən İlham müəllimlə əhd etdik ki, inşallah Meşəlidə görüşəndə bu intizarlı günü yada salaraq aşağıdan yuxarıya, yəni Meşəlidən Qırxqıza boylanarıq.
Azad yurd-yuvamızı, dağılmış obalarımızı görmək istəyi ilə Xocalı rayonunun Daşbulaq kəndindən olan uşaqlıq dostum Zülfiqar Məmmədov və əmisi oğlu Müşfiqlə Meşəliyə yol aldıq. Vaxt-vədə ötən ilin elə əhd elədiyimiz vaxtları idi. Yəni antiterror əməliyyatlarının ildönümünə sayılı günlər qalmışdı.
Meşəliyə gedərkən gördüyümüz mənzərələr, füsunkar təbiət bizi özünə heyran etdi. Zümzümə edən Meşəli çayı, başımızın üstündə qıy vuran qartallar, sıx meşəliklər, əzəmətli Qırxqız dağları Meşəlini sanki cənnətdən bir guşəyə çevirib. Bu gün Meşəlini cənnət edən tək onun təbii gözəlliyi deyil, həm də şəhidlərimizin müqəddəs ruhlarıdır.
Düzü, Meşəli deyəndə yada ilk öncə Meşəli soyqırımı gəlir. 1991-ci ilin dekabrın 23-də mənfur düşmənlər tərəfindən Meşəlidə törədilən o qanlı soyqırım aktı. Qətliam zamanı erməni quldurları azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə Meşəliyə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Bu yerdə insanın ruhunu qürur hissləri ilə bərabər, məyusluq da bürüyür. İnsan kədərlənir, hikkədən ağlamaq istəyir. Heç vaxt barışmaq olmur ki, belə gözəl yerlərimiz illərdir düşmən tapdağı altında inildəyib. Bu qarışıq fikirlərin ağuşunda kəndə daxil olduq. Bütün işğaldan azad edilmiş yerlərdə olduğu kimi, burada da erməni barbarlığının izləri açıq-aşkar görünür. Bir vaxt yandırılmış evlərdən qalxan alovun dilləri Meşəli soyqırımının ərşə qalxan carçısı olub, indi lal olan daş-divar sakit dayansa da, yenə də çox şeyi danışır. Təəccüb, təəssüf hissləri ilə irəliləyərkən qarşıda bir “Mercedes” markalı avtomobilin dayandığını gördük. Avtomobil Meşəli kənd İƏD-si üzrə nümayəndə İlham Kazımova məxsus idi. İlham Kazımov 80 yaşlı anası Qaratel və bacısı Gülnaz ilə birlikdə Meşəlini, atası Xəlil Kazımovun şəhid olduğu yeri ziyarət etməyə gəlmişdi.
Avtomobildə kiçik dialoqumuz oldu.
Sürücü Zülfiqar dedi:

-Qabaqda maşın görünür.
Müşfiq:

-Hə, yəqin kənd sakinlərindən olar.
Zülfiqar:

-Deyəsən, Meşəlinin nümayəndəsi İlham müəllimdir.
“Nə danışırsan? İlham müəllimdir? Gör onunla harada rastlaşdıq…, – deyə heyrətlə avtomobili saxlatdım. Avtomobildən yerə düşərkən yolları çəkə-çəkə gəldiyim telefonumun kamerasını bağlamadan İlham Kazımovla salamlaşdım və tez anası Qaratel nənənin olduğu yerdə dayanaraq çəkilişə davam etdim. Qaratel nənə həyat yoldaşı Xəlil kişinin düşmən gülləsinə tuş gəldiyi, şəhid olduğu yerdə qoyulmuş xatirə şəklinin önündə əlində gül dəstələri, dilində qəmli bayatılarla göz yaşlarını axıdırdı. İllərdir dayanmayan göz yaşları həmin gün yenidən leysana dönmüşdü. İlham Kazımov otuz üç il əvvəl ermənilər tərəfindən törədilən qanlı soyqırımın təfsilatları və atasının necə şəhid olduğu barədə danışdı: “Atamı burada vurublar”, – deyə sanki yenidən həmin günə qayıtdı. Amma sonradan özünü toprlayıb, “Əyyubun balaca oğludur, bu da Qalib müəllimdir, qəzetimizin redaktoru”, – deyə anasına bizi tanış etdi.
Qaratel nənə: “Allah köməyiniz olsun. Gələnlərin ayaqları var olsun”, – dedi.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısının qanı alındı, hamısının ruhu şaddır. Bugünkü günə şükür”, – deyə İlham müəllim dilləndi.
Sonra İlham Kazımov ötən ilin bu vaxtında Qırxqızda aramızda olan söhbəti xatırladaraq “Qalib müəllim, yadındadır, keçən il biz avqustun 14-də Qırxqızdan çalışırdıq ki, buralara boylanaq? – deyə mənə sual verdi. Mən İlham Kazımovun sözlərini təsdiqlədim. İlham Kazımov: “Amma imkan olmadı. Orda arzuladıq ki, inşallah buradan yuxarı baxacağıq. Vaxt həmin vaxtdır. Gəlmişik, buradan yuxarı baxırıq. Bugünkü günümüzə şükür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi qorusun” – dedi.
İlham Kazımov bildirdi ki, Müzəffər Ali Baş Komandınımızın qətiyyətli siyasəti, qəhrəman şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin hünəri sayəsində gəlib torpaqlarımızı görürük, öz yerimizi, yurdumuzu ziyarət edirik. Bugünkü günümüzə çox şükür. Ağlımıza gəlməyən bir işdi. Sağ olsun Prezidentimiz. Allah qorusun onu. Biz öz torpağımıza gəlmişik, ermənisiz Qarabağa gəlmişik.
Söhbətimizin ortasında Qaratel nənənin qəmli bayatısı eşidildi:
“Dağ başı dolu qaldı,
Qar yağdı, dolu qaldı.
Siz fələyə neylədiniz?”…
Qaratel nənənin ürəyində hələ nə qədər deyilməmiş sözü, bayatıların olduğunu duyaraq onunla bir az danışmaq istədim. Kənd işğaldan azad olunandan sonra bura gəlişi olub-olmadığını soruşdum. O, kəndin ziyarətinə ilk dəfə gəldiyini bildirdi. Ona buraları necə təsəvvür etdiyini soruşanda bir vaxtlar kəndin gəlhagəlli, qonaqlı, açıq süfrəli, qaynar somavarlı olduğunu dedi. Qaratel nənə bu sözləri deyəndə onun gözlərindən süzülən yaşın bir qaya parçası qədər ağırlaşdığını hiss etdim. Bu yaşda insanların gözü ata-anasını, bacı-qardaşını, həmyaşıdlarını axtarır. Sonra Qaratel nənə, “Hamısı yoxdur. Hamısı yalanıymış”, – deyərək dərindən köks ötürdü. Bu günü bizə bəxş edən şəhidlərimizə bir daha minnətdarlıq edərək rəhmət dilədi.
Qaratel nənə qızı Gülnazın viran olmuş evlərinin yanında dolandığını görüb yanımıza çağırdı. Gülnazın atasının necə vurulduğunu gördüyünü dedi. Acılı-şirinli xatirələri yada salan Gülnaz ağlaya-ağlaya ömürlük qan yaddaşına həkk olan o qanlı səhnənin baş verdiyi yerə yaxınlaşdı.
İlham Kazımov sözlərinə davam etdi: “Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdı. Pulemyotu qurub camaatı atəş altında saxlayırdılar. Atam da ov tufəngi ilə gəlib buradan atışırdı. Atama iki güllə dəydi. Biri bir az qabaqda, biri də burda. Köhnə məktəbin mərkəzi dediyimiz yerin yanında beş nəfər şəhid oldu. Xalam, həyat yoldaşı və xalamın iki oğlunu ermənilər amansızcasına qətlə yetirdilər. Novruz dayının evindən beş nəfər şəhid oldu. Bizim kəndin qəhrəman oğulları var. Bir günün içində iyirmi beş şəhid verdik. Onlardan iyirmisi Meşəli kəndindən, beş nəfər isə kənardan gələn idi. Rütbəsi baş leytenant olan Kamil adlı hərbçi bizə köməyə gəlmişdi. O, bacımı, onun uşağını, bir də qardaşımı məktəbin döşəməsinin altında saxlayıb. Deyib ki, sizi əsir düşməyə qoymayacağam. Şəhid olana qədər əlində qumbara ilə mübarizə apardı. Əgər Meşəliyə Xocalıdan və Kosalar kəndindən haraya gələn döyüşçülər olmasa itkilərimiz daha çox olacaqdı”.
Bu həyatda ən dəhşətli səhnə bəlkə də bir qız övladının gözləri qarşısında atasının qətlə yetirilməsi olar. Gülnaz da belə sarsıntılar içində ömrünü davam etdirib. El-obanın, ailəsinin namusunu qoruyan ata ov tufəngi ilə düşmənə qarşı mərdliklə mübarizə apararaq şəhidlik zirvəsinə ucalıb. Gülnaz xanım həmin dəhşətli anları belə xatırlayır: “Pəncərədən atamın döyüşünə baxırdım. Atamı gözlərimin önündə vurdular. İmkan olmadı köməyinə çatım. Birtəhər uşağın əlindən tutaraq məktəbə getdim. Atamın meyitini də məktəbə gətirdilər. Gör erməni bizim başımıza nə oyunlar açdı… Atamın meyitinin üstünü örtəndən sonra qaçıb döşəmənin altına girdim. İndi də səsi qulaqlarımdan getmir. Dedim ki, biz bu məktəbdə yansaq da olar, təki bizi girov aparmasınlar. Qorxudan dodaqları səyriyən uşaqları bağrıma basıb kömək gələnə qədər gözlədim. Yenə bugünkü günümüzə şükür ki, gəlib buraları ziyarət edə bilirik. Mənə elə gəlir ki, bu gün həminki gündür”.
Meşəlilər nə qədər ağrı-acı çəksələr də, Gülnaz xanımın timsalında bu gün mənən rahatlıq içindədirlər. Ona görə ki, şəhidlərimizin qanlarının töküldüyü torpaqlar indi mənfur düşmənin tapdağından təmizlənib. Vaqif Xaçaturyan və digər qatillər öz cəzalarını alıb. İlahi ədalət bərpa olunub. Bir sözlə, Xocalının, Meşəlinin qisası qiyamətə qalmayıb. Bütün şəhidlərimizin ruhları şaddır.
Təsadüfən alınan bu görüş Xocalının Meşəli kəndindən ilk videoreportaj kimi yaddaşa yazılaraq “XOCALI TV” yutub kanalında paylaşıldı. Təsadüf yazsam da, bu qismətdə ilahi bir qüvvənin olduğuna inanıram. İlham Kazımovla əhdimizi yerinə yetirdik. Sevinclə, qürurla, dilimizdə şükürlərlə, dualarla Qırxqıza boylandıq. Həmin gün sevinən, Meşəlini ziyarət edən tək biz deyildik. Əmin idik ki, şəhidlərimizin şad olan ruhları da Meşəlinin azad səmasında pərvaz edirlər…

Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru.

Qalib BƏYMƏMMƏDOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

LƏNKƏRANIN İGİD ŞƏHRİYARI ANILDI….

LƏNKƏRANIN İGİD ŞƏHRİYARI ANILDI….

Bu ğünlərdə şəhid anası Təranə xanımın dəvətilə Lənkərandakı Mədəniyyət Mərkəzində oldum.Burada” Şəhidlər bizim qürur yerimuz,fəxrimizdir” layihəsinin Vətən müharibəsi şəhidi Şəhriyar Vidadi oglu Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə çoxlu sayda şəhid ailələri,qazilər,Lənkəran şəhər İH- nin məsul işçiləri,əlaqədar təşkilatların nümayəndələri,Osaküçə kənd məktəbinin müəllim və şagirdləri,dəvət olunmuş qonaqlar,şəhidin ailə üzvləri iştirak edirdilər.Foyedə şəhid .Şəhriyar Həbibiyə həsr olunmuş eksponatlar nümayiş etdirilirdi..
Tədbir Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan H.Əliyevin və müstəqilliyimiz,azadlığımız,ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükütla başladı,sonra Dövlət Himnimiz səsləndi..
Tədbirin aparıcısı Cəfər Fətullayev sözü layihənin rəhbəri,H.Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqovaya verdi. O, qısa və şərəfli ömür yaşayan, Vətən müharibəsi şəhidi Şəhriyar haqqında danışarkən,Vətəndən- Vətənə həsrət qalan böyük ustad Məmmədhüseyn Şəhriyarı yada saldı:
Heydər baba,yalan dünyadır,
Süleymandan,Nuhdan qalan dünyadır,
Oğul,dogub dərdə salan dünyadlr,
Hər kimsəyə nə veribsə alıbdlr,
Əflatundan bir quru ad qalıbdlr.
Ustad Şəhriyardan böyük bir söz xəzinəsi qaldı,qəhrəman Şəhriyardan isə düşməndən azad olunmuş Vətən torpagl!
Reyhanə xanım dostu operator Tural Əliyevlə birgə,fədakar şəhid anası Təranə xanımın xatirələri əsasında Şəhriyar Həbibi haqqında sənədli film hazırladıqlarını və onun burada təqdim ediləcəyini bildirdi.
Film nümayiş olundu.Filmdə ananın kövrək xatirələri,qəhrəmanımıza dərs deyən müəlllimlərin,oxuduğuOsaküçə məktəbinin direktorunun,döyüş dostlarının,qazi və qohumllarının xoş xatirələri kadrlardan- kadrlara keçdikcə,tədbir iştirakçılarında kövrək hisslər yaradırdl.

Şəhriyarın döyüş yolu,şəhidlik zirvəsinə ucaldıgı anlar,dəfn olunması yad edildikcə şəhid analarınln hıçqırıqları zalı bürümüşdü..
Lənkəran şəhər İH başçısının Humanitar məsələlər üzrə müavini Ülviyyə Əliyeva rayonun şəhid ailələri ilə,qazilərlə,şəhidlərin xatirələrinin əbədiləşdirilməsi sahəsində gördükləri əməli işlərdən danışaraq, onlara səbr dilədi,tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona birliyinin sədri,şəhidlərə həsr olunmuş” Payızın 44 anı” kitabının müəllifi Qafar Cəfərli,yazıçı -alım,şəhid Şəhriyar barədə də kitabında ana ilə müsahibəsini əks etdirən Jalə xanım Cəfərova,şəhidin ali təhsil aldıgı BDU- nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov,BDU- nun fizika fakultəsinin professoru Tərlan Hüseynov,həmin fakultənin Astrofizika kafedraslnın dosenti Zahir Səmədov və şöbə mütəxəssisi Ələkbər Hüseynov Şəhriyar haqqında,onun nümunəvi,ədəbli,tərbiyəli savadlı bir tələbə oldugundan söhbət açdılar.
Rayonda işlədiyi kollektivin də hörmət və nüfuzunu qazandıgından danışıldı.Vətənpərvərliyini şübut edən Şəhriyar hamının dərin sevgisini qazanmışdı!
Onun istər dəfnində,istər anım və dogum günləri mərasimlərində BDU – nun müəllim və tələbə heyəti ilə ,rayon təşkilatlarının hamılıqla iştirak etmələrinin şahidi olmuşuq!Bu günkü tədbirdə də qonşu rayonların nümayəndələrindən başqa Bakıdan da gələn çoxsaylı nümayəndələrin olması bir daha şəhidlərimizə olan sevginin bariz göstəricisidir!!Şair Qulaməli Hüseynovun şəhid Şəhriyara həsr etdiyi şeri bədii- qiraətçi Təhminə Əliyeva söylədi.
“Milli Mədəniyyətin Təbliği”İB – nin sədri Jalə Cəfərova Şəhriyarın şəkli olan suveniri anaya təqdim etdi.” Vətən ugrunda”qəzetin baş redaktoru Rövşən Əhmədlinin də çıxışı Şəhriyarın döyüş yolundan oldu.
Eyni zamanda Şəhriyara həsr olunmuş mahnının təqdimatı oldu.(sözləri Reyhanə xanıma,musiqisi ABİ- nin bölgə üzrəLənkəran şöbəsinin məsul katibi, bəstəkar Zəminə Tariyelqızına məxsus)Mahnını Aygün Hüseynova oxudu.Qeyd etdiyim kimi video- klipin müəllifi operator Tural Əliyevdir.

Sonra söz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Şura sədri, “Tərəqqi” medallı” İlin müəllimi”,” Qızıl Ürək” ordenli yazar- publisist Nəzakət Əhmədovaya verildi.O, ilk növbədə təşkilatın prezidenti,dünya şöhrətli yazııçı Çingiz Abdullayevin və l – ci virse prezidenti Ruhiyyə Poladovanın salamını ,ürək sözlərini iştirakçılara və Təranə anaya çatdırdı.O,çıxışında şəhidlərimizə rəhmət,qazilərimizə can saglıgı,analara səbr dilədi! Tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi.Sonda xatirə şəkiləri çəkildi,şəhidin məzarl ziyarət olundu.
Şəhidlər ölməz ,Vətən bölünməz!

Müəllif: Nəzakət EMİNQIZ

AJB – nin üzvü, “Yazarlar” jurnalının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC ZƏFƏR YOLUNDA

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Damət Salmanoğlu – “NƏĞMƏ DİNSİN DODAQLARDA“ – PDF:

Damət Salmanoğlunun “NƏĞMƏ DİNSİN DODAQLARDA“ adlı kitabı – PDF:

I>>>>Damət Salmanoğlu – “NƏĞMƏ DİNSİN DODAQLARDA“ – PDF

I>>>>Damat Salmano’g’li – Tanlangan she’rlar – pdf

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbil Əbilovun gündəliyindən


Mərhum istedadlı gənc yazar Əbil Əbilovun (1985-2010) gündəliyindən:

“…Mənim məzhəbim millətimi sevməyimdir…
4 fekabr 2007″.


Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Damat Salmano’g’li – Tanlangan she’rlar – pdf

Damat Salmano’g’li – Tanlangan she’rlar – pdf : Damat Salmano’g’li – Tanlangan she’rlar – pdf

Damat Salmon o‘g‘lining “Tanlangan she’rlar” kitobi pdf:

 I>>>>Damat Salmano’g’li – Tanlangan she’rlar – pdf

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru