Tapşır dodaqlarına edam etməsin nolar…

Tapşır…

Tapşır dodaqlarına az dara çəksin məni ,
Yaramın qaysağını yenidən qoparmasın .
İçimdəki ağrıdan xəbərin yox bilirəm ,
Qəfil bir öpüş ilə könlümü aparmasın.

Tapşır dodaqlarına, bu qədər zalım olma ,
Bax hərdən gözlərimə Bir dəfə özünü gör .
Əlini sinəmə qoy gör döyünür ürəyim ?
Ürəyimin səsində eşqimin üzünü gör.

Tapşır dodaqlarına dolaşmasın ruhumu,
Bir gündə necə dəfə mən ölüb dirilirəm.
Pıcıltıyla dediyin hər kəlmən yaşamağım ,
Sən susanda yenidən sükuta gömülürəm.

Tapşır dodaqlarına edam etməsin nolar ,
Ya ömrümdə yaşasın heç vaxt getməsin nolar!

***

Öpuşu kimi

Payız,gülüşündə böyuk kədər var,
Sevgi gözlərinin gülüsu kimi.
Ayriliq sozundə bir yük,hədər var,
Ölümün üzündən öpüşü kim,i

Könül dünyasının nağılı gözəl,
Ömür sevdasının agilı qəzəl,
Ölum də əbədi, dünya da əzəl,
Yamanib həyatın bitişi kimi.

Sökülmüş libasdır fəsli zaman da,
Bilinmir kim adil yaxşı yamanda,
Dağların zirvəsin duman alanda,
Yamanir günəşin tikişi kimi.

Bir sevgi dastanı yaradır qurur,
Dastanı qanıyla qanadir durur,
Adi bir baxışı ruha toxunur,
Üzümdən anamin öpuşu kimi.

***

Əvvəldən

Əvvəldən yox idi varım dövlətim
Xəyal sərvətimin özüm xanıydım
İçimə tökülən arzularımın
Bəzən təbibiydim gah sultanıydım

Sağım da boş olub doğulan gündən
Solumun daş yeri əsir düşəndi
Ömrüm kök altında günün toplayır
Arzum nədən qorxdu, kimdən üşəndi

Əvvəlindən kəsr oldu olanlar
Kaşkiləri asdım xəyal sapımdan
Haram qatdım gecələrin gözünə
Ha gözlədim bicə səhər tapım dan

Ovcumda cəm oldu ürəyin odu
Ruhuma sığınıb yaşadım ancaq
Hardan sınıq düşdüm öz qırığımdan
Əlimlə məlhəmin daşıdım ancaq…

Müəllif: Yadigar TƏVƏKGÜL

AYB-nin üzvü .


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədaqət Kərimova – DOĞMA KƏNDİMƏ İTHAF – Yeni kitab

DOĞMA KƏNDİMƏ İTHAF

Əziz dostlar! Dəyərli oxucularım! Bu gün sizinlə növbəti görüşə gəlmişəm. “Yargun – Həzrə” kitabımın tirajinı təhvil almışam. Bakının “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış bu kitabımı respublikamızın əsrarəngiz guşələrindən biri olan doğma kəndimə həsr etmişəm. Onu ithaf da adlandırmaq olar. Çünki kitab ana yurduma böyük sevgimin nəticəsidir.
Nəinki Qusar rayonunun, o cümlədən Qafqazın qədim və iri yaşayış yerlərindən biri olan Həzrənin tarixini, onun maddi və mənəvi mədəniyyətini, yaddaşlarda iz qoymuş tanınmış insanlarının həyatını qələmə alanda mötəbər məxəzlərdən, arxiv sənədlərindən istifadə edərək doğma yurdumla bağlı maraqlı faktları üzə çıxarmağa şalışmışam. Kitabın redaktoru tanınmış şair-jurnalist Müzəffər Məlikməmmədov, korrektoru gənc yazıçı Sevda Əzizova, tərtibşisi istedadlı dizayner Ruslan Orucovdur.
Qeyd edim ki, “Samur” qəzetinə rəhbərlik etdiyim 27 il ərzində “Ləzgi kəndləri” rubrikası ilə silsilə məqalələr yazmış, eləcə də Yargunla bağlı xeyli araşdırmalar aparmış, müntəzəm olaraq oxuculara onlarca məqalə çatdırmışam. Amma “Yargun Həzrə” adlı ayrıca kitab nəşr etdirmək mənim çoxdankı arzum olub. Düşünürəm ki, belə kitabların yazılması vacibdir. Doğulduğu yerin tarixini dərindən öyrənmək və onu başqalarına da tanıtdırmaq hər bir qələm sahibinin mənəvi borcudur.
Kitab çapa getməzdən bir həftə əvvəl Həzrədə ağsaqqallardan biri canıyananlıqla mənə belə dedi: «Son illər sən bu kitabla bağlı azı 100 dəfə kəndə gəlmisən.” Düz sözə nə deyəsən? Bu kitaba uzun illər həsr etmiş, kitabxana və arxivlərdə günlərimi keçirmişəm. Bu gün ürəyimdə qəribə bir yüngüllük hissi var. İsti yay günündə piyada uzun yol qət etdikdən sonra sərinlikdə dincini alan yolçunun sevincini yaşayıram. Amma sevincimə məsuliyyət və həyəcan da qarışıb. Görəsən kitabım necə qarşılanacaq? Oxucular onu layiqincə dəyərləndirəcəklərmi? Əmin olmaq istərdim ki, çəkdiyim zəhmət, keçirdiyim yuxusuz gecələr əbəs olmayıb.
Kitabı “Samur” qəzeti redaksiyasından və Bakının kitab mağazalarından əldə etmək olar.
Kitabın təntənəli təqdimat mərasimi bu ilin noyabrın sonlarında Bakıda keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 055 530 10 05 mobil nömrəsinə zəng çala bilərlər. Tədbirin dəqiq yeri və vaxtı barədə sizə ətraflı məlumat veriləcək.
Hörmətlə: Sədaqət Kərimova

Sədaqət Kərimovanın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmmədhüseyn Şəhriyar və övladları

Məhəmmədhüseyn Şəhriyar və övladları.

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şagirdlər Milli Kitabxanada ekskursiyada olublar

Xətai rayonu Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbin müəllimi Şənay Muxtarova 3-cü sinif şagirdləri ilə Milli Kitabxanada ekskursiyada olublar

Uşaqları mütaliəyə həvəsləndirmək, asudə vaxtlarını kitablarla keçirmək vərdişlərini aşılamaq və onları kitabxanaya cəlb etmək məqsədilə təşkil edilən tədbirdə kitabxana əməkdaşları məktəblilərə kitablar, kitabxana və ondan istifadə qaydaları haqqında məlumat veriblər.

Məktəblilər əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirə guşəsini ziyarət ediblər.

Sonra şagirdlər kitabxananın mütaliə zallarında olub, Kitabxana muzeyi və nadir kitablar şöbəsində, həmçinin kitabxananın sərgi zalında nümayiş olunan kitablarla tanış olublar:

Uşaqlar üçün nəzərdə tutulmuş uşaq otağı və uşaq istirahət guşəsində müxtəlif uşaq jurnalları və kiçikyaşlı uşaqlar üçün çap olunmuş illüstrasiyalı məlumat kitablarını mütaliə ediblər.

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu

GEDİRSƏN

A Zöhrə ulduzum, a Dan ulduzum,
Səhəri tərk edib hara gedirsən?
Ömrümə nur saçan adam ulduzum,
Çəkirsən ruhumu dara, gedirsən.

Sən göylər sonası, göylər gözəli,
Gecənin, gündüzün sonu, əzəli.
Bənzərsiz sevgimin özü, özəli,
Əlini yelləyib yara, gedirsən.

Mən sənin dağınam, sən mənim qarım,
Sanma ki, əriyə əhdim, ilqarım.
A sevgi ağacım, məhəbbət barım,
Dönüb budağımda bara, gedirsən.

Yetər Qəzənfərə həsrətin, yetər,
Ahım küləkləri addıyar, ötər.
Nə var bu dünyada zülmətdən betər,
Eyləyib günümü qara, gedirsən.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI – NİCATA DOĞUM GÜNÜ TƏBRİKİ

NİCATA DOĞUM GÜNÜ TƏBRİKİ

“Boşluqdan qaçıb” xilas, yəni nicat yolu axtaranda”həmfikri, daha doğrusu, “həmcinayəti” Nəcəf Əsgərzadə ilə iki dəfə “Fikir cinayətləri” üstündə tutulanda “Düşünən başlar ölkəsinə” qaçıb canını qurtarmaq istəyən Nicatın cinayət əməllərini öz ədalət məhkəməmdə ədalətli hakim kimi çözüb ona amnistiya vermişəm. Fikirləşmişəm ki, belə cinayətləri gənclər nə qədər çox etsələr, yəni belə silsilə cinayət sahibləri olsalar “İşığımız sönməyəcəkdir”.

Nicat gənc yaşlarından rahat yaşamaq yolundan imtina edib “vicdanlı insan rahat yaşaya bilməz” fəlsəfi düşüncəsinə sadiqdir. Əlbəttə, indi də gəncdi, düşüncələri isə qos-qoca.

Nicat sözlə o qədər kübar davranır ki, “bizim məmləkətimizin insanları (əlbəttə, bəziləri) unutqan (yəni manqurtabənzər) deyil, sadəcə xatırlamaq istəmirlər” yazır.

Nicat səhv eləmirəmsə, beş kitab müəllifidir. Hər kitabı yazanda özünə sual verir: “mən niyə yazıram?!” Tezliklə altıncı dəfə özünə bu sualı verəcək. Ürəyinin, təxəyyülünün, istedadının hökmüylə yazır, onların əmrindən çıxa bilmir, daha dəqiq desəm, çıxmaq istəmir.

Yaz, Nicat, yaz, HƏQİQƏTi yazmaq ali missiyadır, sivil mübarizədir. Nə olsun ki, sən missioner deyilsən? Həqiqət yalandan fərqli olaraq, çılpaqlığı ilə gözəldir. Elə çılpaq gözəllikdən yaz, ona heç vaxt pafosla don geydirmə. Qoy donsuz qalsın. Eybəcər, kor gözlülər onsuz da həqiqəti sevmirlər.

Nicat bəyə Cəfər Cabbarlının Sonası, Markesə yazı makinası almaq üçün nişan üzüyünü satan Mersedesi, Lev Tolstoyun nəhəng “Hərb və sülh” romanının yeddi dəfə üzünü köçürən Sofyası, dekabristlərin xanımları kimi cəfakeş, vəfalı, milli ruhumuza uyğun desəm, halal süd əmmiş el gözəli, ömür-gün yoldaşı, sirdaşı arzulayıram. Bu arzum tezliklə çin olsun. Hər kəsin uğurunun bir qismi də cəfakeş, dözümlü xanımının payına düşür. Çexov həqiqəti deyirdi: “qadınla yaşamaq olmur, qadınsız da”.

Bir də tez-tez özün özünə “mən niyə yazıram?!” deyəsən…

26.10.2024

Nicat Həşimzadənin yazıları

Təbrik etdi: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru