Vaqif İbrahim oğlu Hüseynov

İnsan

(Sonetlər çələngindən)

Xalı döşənməyib ömür yoluna,

Büdrəyib aşanda əzilməyəsən.

Qüvvət yığ dizinə, güc ver qoluna,

Dolayda təngiyib üzülməyəsən.

***

Qorxunc bir dərədə yolunu azsan,

Zülmət qurşun kimi çökər üstünə.

Qranit qayanın köksünü qazsan

Zirvə daş qalağı tökər üstünə.

***

Ancaq heç vaxt olma zirvə girinci,

İnci ol, zirvədə nə gəzir inci?

İncini bağrında gizləyir ümman.

***

Şairin sözünü yadda saxla gəl:

Hamıdan ağıllı, hamıdan gözəl,

Hamıdan güclüsən, insan, ey insan.

Müəllif: Vaqif İbrahim

Vaqif İbrahimin yazıları

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PƏNCƏRƏMDƏ DAHA YAĞIŞ AĞLAMAZ

PƏNCƏRƏMDƏ DAHA YAĞIŞ AĞLAMAZ

Çəkib bütün xatirələr pərdəsin,
Yaddaşımda nə sən varsan, nə də mən.
Tanrı belə qarğımazdı bəndəsin,
Hansı paxıl duyuq düşdü bu eşqdən?

Kövrəlmişəm, hər atılan söz dəyir,
Ölümünə üşüyürəm, of, fələk.
Durub vaxtın kandarında gözləyir,
Bilirsənmi kimə əsir bu ürək?

Qovur sanki külək bu il payızı,
Nə edəcək yalınyuva sərçələr?..
Köçən köçür, gözləyəcək o, yazı,
Ölüm marşı oxusa da küçələr…

Yoruldumu dilin məni anarkən,
Bir cavablıq söz qıymadın sözümə.
Mən o sənsiz günlərimə yanarkən,
Sən qapını bağlı qoydun üzümə.

Niyə qıydın bu sevgiyə, a zalım?
Uzaq ikən niyə getdin yaxına…
Ağlayanda göz yaşlarım… – o zalım
Necə axıb töküləcək yaxana?

Məsum-məsum baxma elə uzaqdan,
Neçəsinə içilibdir andların?
Elə quru, soyuqsan ki, sazaqdan
Özünü də qurudub inadların…

Bundan sonra gəlmərik ta üz-üzə,
Pəncərəmdə daha yağış ağlamaz.
Təbiət bir parçası deyib bizə,
Təbiət heç nədə boşluq saxlamaz.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəxrəddin Atakişi (Şamlı)

PAYIZ

Payız etdi kefimi xeyli pərişan bu səfər,
Deyil bu, sanki, yağış, dərddi, azardı, ya zəhər.

Yağdığı həftəni ötmüş, uzanıb ay olmaya,
Bilmirəm zəhri-zökəmdən qurtulam mən nə təhər.

Yoluxduq dalbadala, hamıya gəzdirdi əlin,
Bürünür maskalara kənd-qəsəbə, həm də şəhər.

Yanır tənim od alıb, heç cürə sönmür, nə edim?.,
Nitqimi kəsdi bu zalım, canımı sıxdı qəhər.

Gəlməyir ağlıma xoş qafiyə, söz, sətrə salam,
Nə zülümlır çəkirəm; olmaya, kaş, sözdə xətər.

Mən sözə ehya edib, cani-dilimlə sevdim,
Demədim, yaxşı olar, hər yaxılan sözdü, gedər.

Partlayır baş, tutulur göz, sorasın yazmayıram,
Mən azar görməmişəm, vallahi, bundan da betər.

Öskürür, asqırırıq, zərbdi çalınan elə bil,
Nə gecə susmadı səs, nə də ki, axşamla səhər.

Onsuz da idi fəna dərdlərim üst-üstə gəlib,
Yükləsəm, çəkməz onu ya qoşa ayğır, ya kəhər.

Bu da gəlmiş üstünə, çarəsi bənd parələrə, Yaxşı ki, parəsizin canına ilk çarədi tər.

Sizi Allah qorusun, hər bir azardan, dostlar!.,
Diləyin hər azara çalmağı Şamlıya zəfər.

21.10.2024.

Müəllif: Fəxrəddin Atakişi (Şamlı)

Fəxrəddin Atakişi (Şamlı)nın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Payıza yaxınam – durnalar kimi…

***

Payıza yaxınam – durnalar kimi,
ürəyim qoymayır baharı getsin..
Yoxsa bu payızın yarpaqlarıyla,
qorxur bir sevginin qatarı getsin..?!

Görəndən, dünyanı dərk eləyəndən,
nələr yaşamadım, nələr görmədim
dəyərsiz bildiyim qədrimi bildi,
dəyər verdiyimdən dəyər görmədim..

Qəmi qəm dalınca gətirdi zaman,
Sevgi də bir quru sözdü söylədim.
Nə bircə böhtanın quyruğu oldum,
Nə də bir yalana düzdü söylədim..

Dünən – gedən, sabah – gələn nəfəsim,
O aralıqdakı zaman – bugünüm..
Məni yas içində görənlər dedi,
Bu məclis mənim öz toyum, düyünüm..

Məni bu payız da qorxutmur qəti,
O – kürəyi məğrur qışa söykənən..
Nə mən Şirin oldum saraydan baxan,
Nə sən Fərhad oldun daşa söykənən…

Xəyalım çox da ki, gəzir, dolanır
Ruhum ki, gözündə qalıbdır əsir..
Ürəyim hər axşam əl açır göyə
Gəlsin əlac qılsın kimdi müqəssir…!!!

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir Rüstəmov – Təbrik

Təbrik edirəm!

Deyir ki: “Atamı itirəndə cəmi 6 yaşım var idi. Tərbiyə olunmağımda, formalaşmağımda əsas yük özümdən böyük bacı-qardaşlarımın üzərinə düşüb. İstər məktəbdə oxuyarkən, istərsə də indi – həmişə intizama və dəqiqliyə xüsusi fikir vermişəm. İntizamsız, qeyri-dəqiq adamın həyatda hansısa uğur qazana biləcəyinə inanmıram. İndi orta məktəbdə oxuyarkən yazdığım gündəliklərə baxıram: orda günün hansı hissəsində futbol oynayacağım, nə vaxt qəzet-kitab oxuyacağım, nə vaxt televizora baxacağım, nə vaxt meşəyə ¬- odun-ocaq dalınca gedəcəyim dəqiqəsinəcən yazılıb.
Orta məktəb yoldaşlarım arasında da savadlı oğlanlar və qızlar var idi. Təəssüf ki, cənub zonası üçün xarakterik olan qızların erkən ailə qurması gerçəkliyi və 1993-cü ilin təbəddülatları bir çoxunun potensialının açılmasına imkan vermədi. Əvəzində BDU-nun “jurfak”ında çox güclü, bu gün də yaşlı müəllimlərin hörmətlə xatırladığı 1034-cü qrupa düşdüm. Gizlətmirəm, kənddən Bakıya inamlı və iddialı gəlmişdim, az-çox nələrisə bildiyimi anlayırdım, amma həm də çox güclü qrup yoldaşlarımın əhatəsinə düşəndə daha çox oxumalı, inkişaf etməli olduğumu dərk etdim. Əslində həmin dövrün “Jurfak” mühitində inkişaf etməmək də mümkün deyildi. Müəllimlərin adlarına baxın, özünüz qiymət verin: mərhum Famil Mehdi, Şirməmməd Hüseynov, Tofiq və Akif Rüstəmovlar, Cahangir və Zeynal Məmmədlilər, Əliş Nəbili, Nüşabə Sadıqova, Sabir Xəlilov, Kərim Şükürov, Mahir İsrafilov, Əli Hacıyev , Nəsir Əhmədli və başqaları…”

Haqqında söhbət açdığım Mahir Əmirzadə oğlu Rüstəmov – 1976-cı ildə Yardımlı rayonunun Gölyeri kəndində anadan olub. 1993-cü ildə Şıxlar kənd orta məktəbini bitirib. Elə həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsini bitirib. Müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda Yootube platformasında veriliş aparır…

Oktyabrın 22-si Mahir Rüstəmovun növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

FAZİL MUSTAFANIN YAZILARI

ELMAN ELDAROĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şirvan şəhərində Bütöv Azərbaycan ideologiyasının aşılanmasına xidmət edən böyük layihə öz işinə yekun vurub

Şirvan şəhərində Bütöv Azərbaycan ideologiyasının aşılanmasına xidmət edən böyük layihə öz işinə yekun vurub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Şirvan Gənclər evinin texniki dəstəyi ilə iyul-oktyabr aylarını əhatə edən “Bütöv Azərbaycan Tablosu” layihəsi 3 ay müddətində gənclərə “Azərbaycançılıq” xüsusəndə bütöv Azərbaycan ideologiyasını aşılamaq üçün fəaliyyət göstərib.  Rəhbəri Şirvan Gənclər evinin əməkdaşı Rəşad Aslan olan layihə 3 müxtəlif istiqamətdə işinə start verib ki, bunlar Qərbi Azərbaycanın dünəni, bu günü, sabahı haqqında konfrans-təlim, həmin mövzuda tezis müsabiqəsi, gənclərin sosial və mədəni yanaşmasını tərənnüm edən rəsm sərgisi və Qərbi Azərbaycanın iqtisadi müzakirəsini hədəf alan Debat Forumudur.Tezis müsabiqəsində 15, rəsm sərgisində 20, debat forumunda 70 nəfər olmaqla, ümumilikdə  100-ə yaxın gənci əhatə edən layihənin iştirakçıları, hər üç mərhələdə aktivlik göstərən gənclər və müsabiqə qalibləri Bağlanış mərasimində mükafat və sertifikatlarla təltif olunublar. Bundan əlavə tezis mərhələsinin iştirakçılarına müsabiqədə iştirak üçün hazırlanmış tezislərdən ibarət toplu formalaşdırılaraq təqdim olunmuşdur.  Həmçinin bağlanış marasimində şəhərin ictimai-sosial həyatında rol oynayan təşkilat və qurumların rəhbərləri də iştirak edib. Şirvan Gənclər evinin direktoru Əfqan Həsənovun açılış nitqindən sonra, layihənin eksperti qismən Etiram Sadıqov layihə ilə bağlı fikrilərini gənclərlə bölüşdü. Daha sonra isə layihənin baş tutmasında böyük dəstək göstərmiş Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva öz çıxışı ilə bağlanış mərasiminə rəng qatdı. Sonda isə mərasimin qonaqları və layihə rəhbəri gənclərin mükafatlandırma mərasimində iştirak etdilər.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru